Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə119/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   116   117   118   119   120   121   122   123   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1479



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

suveren ölkələr dənizə olan hüquqlarını bərpa etməyə çalışırlar. Bir neçə mərhələdə aparılan 

danışıqlardan sonra 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13neft şirkəti ilə ARDNŞ 

arasında bağlanmış beynəlxalq  əhəmiyyətli “Əsrin müqaviləsi”nin imzalanması ilə  Xəzərin 

statusu məsələsində yeni mərhələ başlamış oldu. 

Həmin tarixdən etibarən on il ərzində status məsələsinin müzakirəsi zamanı ölkələrin 

mövqeyində müəyyən dəyişikliklər nəzərə çarpsa da bütün Xəzəryanı ölkələr hövzədən daha 

çox pay almaq və öz təhlükəsizliyini daha yaxşı  təmin etməkçün mübarizə aparırlar. Bu 

proses isə regionun ən önəmli amilinə enerji təhlükəsizliyinə mənfi təsir göstərir. İlk vaxtlarda 

Rusiya Sovet İttifaqının dağılmasından sonra Xəzər dənizində əvvəlki nüfuzunu itirdiyi üçün 

su hövzəsinin beynəlxalq hüquq normalarına uyğun  şəkildə bölüşdürülməsini həzm edə 

bilmirdi və çalışırdı ki Xəzər hövzəsində hegemonluğunu qoruyub saxlasın. Rusiyanın möv-

qeyini müdafiə edən ilk sahilyanı ölkə Türkmənistan idi. Hətta 1994-cü il oktyabrın 19-da 

İstanbulda türk dövlət başçılarının zirvə toplantısı zamanı  Səfərmurad Niyazov öz çıxışında 

Xəzərin statusunun müzakirə edilməsini xüsusi vurğulayaraq, Rusiyanın məsələ ilə bağlı 

mövqeyini bu və ya digər formada dəstəkləməyə çalışırdı.

1

 Ölkəmizin mövqeyini isə H.Əliyev 



konkret faktlarla əsaslandıraraq məsələnin hüquq normaları əsasında həll olunmasının vacib-

liyini vurğulamışdır.  

Gərgin danışıqlar prosesi 1995-ci ildə problemə yanaşmada iki konsepsiyanın formalaş-

masına səbəb olur. Azərbaycanın obyektivlik, reallıq və beynəlxalq hüquq normalarına  əsa-

slanan konsepsiyası aşağıdakı kimi müəyyənləşdirilmişdir. 

 Xəzər sərhəd gölüdür; 

 Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir; 

 Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-

ci ildə qəbul edilmiş bölgüyə əsasən) bölgüyə əsaslanmalıdır; 

 Belə bölgü artıq mövcud olduğundan Xəzəryanı dövlətlər status müəyyənləşdirilməz-

dən əvvəl öz milli sektorlarında işə başlaya bilərlər. 

Bu mövqeyə qarşı Rusiya-İran-Türkmənistan üçlüyü isə  aşağıdakı sistemi irəli sürür-

dülər. 

 Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir. 



 Milli sektorlar əvvəlki təkliflərlə 12, hazırkı təkliflərə görə isə 45 mildən çox olmama-

lıdır. 


 Xəzərin milli sektorlara düşməyən orta hissəsində bütün geoloji kəşfiyyat və neft-qaz 

hasilatı beş Xəzəryanı dövlətin ümumi iştirakı ilə həyata keçirilməlidir. 

Baxmayaraq ki, Rusiya-İran-Türkmənistan üçlüyü Xəzərə  əsassız iddialar irəli sürüb 

sərt mövqe nümayiş etdirirlər, sonradan öz iddialarının hüquqi bazaya əsaslanmadığını dərk 

edərək ikitərəfli danışıqların davam etdirilməsini təklif etdilər. Bu ölkəmizin xarici siyasətinin 

uğuru idi. Belə ki, Xəzərin status məsələsində Azərbaycanın nümayiş etdirdiyi mövqe böl-

gədəki reallıqları  səciyyələndirən  ən uğurlu diplomatik addım olmaqla bərabər dövlətimiz 

üçün ən əhəmiyyətli variantdır. 

Hüquqi status məsələsinin həll edilməməsi regionda enerji təhlükəsizliyinə təsirsiz ötüş-

mür. İlk növbədə onu qeyd edim ki, bu məsələnin həllinin gecikməsi sahilyanı ölkələr arasın-

da əməkdaşlığı ləngidir, bu isə öz növbəsində regionda təhlükəsizlik amilini qabardır. Çünki 

region ölkələri arasında hərtərəfli inama əsaslanan əməkdaşlıq olmadıqda ölkələr öz təhlükə-

sizliklərini regiondan kənar müttəfiqlər tapmaqla, silahlanmaqla təmin etməyə çalışırlar ki, bu 

durum da yarışı xatırladır.  

  Xəzərin hüquqi statusunun tam, hərtərəfli və dəqiq müəyyən edilməsi üçün ilk növbə-

də  Xəzər hövzəsində beynəlxalq təhlükəsizlik problemləri həll edilməlidir. Bu baxımdan 

                                                            

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1480



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Xəzər sahili ölkələrin geosiyasi meyl və maraqları, beynəlxalq və regional oyunların xarakteri 

müəyyən edilməlidir. Xəzərsahili ölkələr təhlükəsizlik məsələlərini həll etmədən Xəzər 

dənizinin hüquqi statusu haqqında Konvensiya layihəsini imzalamayacaqlar. 1992-ci ildən 

bugünədək Xəzərsahili ölkələr arasında aparılan danışıqlarda Xəzərsahili ölkələr Xəzərə aid 

baza sənədinin hazırlanmasını  və imzalanmasını  təxirə salıblar. Öz təhlükəsizliklərini təmin 

etmədən bu ölkələrin çoxu Xəzəri son olaraq bölüşdürməyə risk etmirlər. Başqa sözlə, Xəzər 

sahili ölkələrin razı olduğu Paktın  şərtlərinin hazırlanması  və  Xəzərin beynəlxalq hüquqi 

statusunun qəbul edilməsi vacibdir. Belə bir pakt olmadan biz hələ uzun müddət bu gölün 

hövzəsində hüquqi ərazidən kənarda olacağıq. 

 

 

QƏDİM TÜRK SƏNƏTİ ƏNƏNƏLƏRİNİN TƏDQİQİNDƏ GƏNCƏNİN 

DULUSÇULUQ NÜMUNƏLƏRİNİN MULTİDİSSİPLİNAR 

ƏSASLARLA ÖYRƏNİLMƏSİNİN ƏHƏMİYYƏTİ 

 

Elnur HƏSƏNOV 

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi 



l-hasan@hotmail.com

 

AZƏRBAYCAN 

 

2013-2014-cü illər ərzində qədim Gəncə ərazisində tərəfimizdən ABŞ-ın Smitson İnsti-

tutunun Milli Təbiət Tarixi Muzeyi və Yaponiyanın Tokio Muzey Universitetinin tədqiqatçı-

larının texniki dəstəyi ilə qədim sənətkarlıq mədəniyyətimizin təşəkkülü tarixinin öyrənilməsi 

məqsədilə elmi araşdırmalar, arxeoloji və çöl-etnoqrafik tədqiqat işləri aparılmışdır.Həyata 

keçirilmiş bu beynəlxalq tədqiqatlarımızın əsas məqsədi Türk dünyasının zəngin sənətkarlıq 

tarixinin araşdırılmasında Gəncənin saxsı  məmulatlarının mənbəşünaslıq  əhəmiyyətinin mü-

əyyən edilməsidir. Gəncəbasar Azərbaycanın arxeoloji baxımdan ən zəngin ərazilərindən biri-

dir. Odur ki, bu məqsədlə Gəncənin ənənəvi dulusçuluq nümunələri ilə oxşar cəhətlərə malik 

olan və Anadolunun Əhlatlıbel, Mərkəzi (Orta) Asiyanın  Şirin Say, Təli-Bərza, Qaratəkin, 

Kafır-qala, Ön Asiyanın (İranın) Giyan-təpə, Sialk-təpə abidələrindən aşkar olunmuş oxşar 

nümunələrin mənbə və ədəbiyyatlar əsaında qarşılıqlı öyrənilməsi həyata keçirilmişdir. 

Tədqiqatlarımızın  əsas vəzifəsi isə bu sahədə aparılmış elmi araşdırmaların innovativ 

texnologiya və üsulların tətbiqi sayəsində  əldə olunmuş mühüm nəticələrinin elmi ictimaiy-

yətin diqqətinə çatdırılması, nüfuzlu elmi nəşrlərdə çap edilməsidir.  

Həyata keçirilmiş tədqiqat işlərinin icrası zamanı bir sıra mühüm multidissiplinar əsaslı 

innovativ elmi üsullardan istifadə edilmişdir:  

1.  Biokimyəvi innovativ texnoloji vasitələrin tətbiqi (radiokarbon, dendroxronoloji 

üsullar və s.); 

2.  Mövcud yerli sənətkarlıq məmulatlarının hazırlanma materiallarının tədqiqata cəlb 

edilməsi; 

3.  Məhz ənənəvi sənət nümunələrinin hazırlanma üsul və vasitələrinin innovativ metod-

lardan istifadə sayəsində müəyyən edilməsi; 

4.  İlk dəfə olaraq yerli sənətkarlıq məmulatlarının qədim və antik mərhələlərə aid olan-

larının istehsal texnika və texnologiyalarının tədqiqi nəticəsində  sənətkarlıq  ənənələrinin 

mənşəyi (genezisi) probleminin üzə çıxarılması; 

5.  Türk dünyası coğrafiyasında şəhər mədəniyyətinin təşəkkülü və eyni zamanda inki-

şafı tarixinin öyrənilməsində ilk dəfə olaraq ənənəvi sənətkarlıq sahələrinin səciyyəvi xüsu-

siyyətlərinin sabit və dayanıqlı mənbələr olaraq elmi tədqiqata cəlb edilməsi və bunun nəticə-

sində etnoqrafiya və etnologiya sahəsində mahiyyətcə yeni elmi istiqamətin əsasının qoyulması; 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1481



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

6.  Qədim və antik dövr, eləcə də orta əsrlər mərhələləri üçün ilkin və inkişaf etmiş ur-

banizasiya (və yaxud şəhər mədəniyyəti formalaşması) xüsusiyyətlərinin elmi əsaslarla 

araşdırılmasında sənətkarlıq məmulatlarının mənbəşünaslıq əhəmiyyətinin əyani nümunələrlə 

qarşılıqlı müqayisə əsasında tədqiqi.  

Aparılmış tədqiqatlar nəticəsində ilk dəfə olaraq türk dünyasının qədim və ənənəvi sə-

nətkarlıq mədəniyyətinin təşəkkülü, həmçinin inkişafı tarixinin tədqiqində ənənəvi sənətkarlıq 

məmulatlarının etnoqrafik və arxeoloji cəhətdən mənbəşünaslıq  əhəmiyyəti dəlillərə istinad 

edilərək tədqiq olunmuşdur.

 

Amerika Birləşmiş Ştatları və Yaponiyadan olan alimlərlə birgə bu sahədə yerli tədqi-



qatçıların iştirakı ilə aparılmış elmi araşdırmaların innovativ texnologiya və üsulların tətbiqi 

sayəsində əldə olunmuş mühüm nəticələri qeyd edilmişdir.

 

Aparılmış elmi araşdırma və tədqiqat işləri böyük tətbiqi əhəmiyyətə malikdir. Yerli ən-



ənəvi sənətkarlıq nümunələrinin qədim, antik və eləcə də orta əsrlər mərhələlərinə aid nümu-

nələrinin hazırlanma üslubları və xammal ehtiyatları əsasında oxşar məmulatların müasirlər-

inin istehsalı mümkündür.  

İlk dəfə olaraq Gəncənin qədim, antik və orta əsrlər mərhələlərinə aid yerli, ənənəvi 

saxsı məmulatları kompleks tədqiqata cəlb edilmişdir. Qədim Gəncə ərazisində yerli alimlərlə 

birgə ABŞ-ın Smitson İnstitutunun Milli Təbiət Tarixi Muzeyi və Yaponiyanın Tokio Muzey 

Universitetinin tədqiqatçıları tərəfindən türk dünyasının qədim və ənənəvi sənətkarlıq mədə-

niyyətinin təşəkkülü, həmçinin inkişafı tarixinin öyrənilməsi məqsədilə elmi araşdırmalar, 

arxeoloji və çöl-etnoqrafik tədqiqat işləri aparılmışdır. 

Antropologiya və etnoqrafiya sahəsində elmi-tədqiqat istiqaməti kimi ilk dəfə olaraq 

mühüm şəhərsalma vahidləri olan sənətkarlıq məhəllələrinin formalaşması və inkişafının tari-

xi əsaslarının öyrənilməsi sahəsində yerli səciyyəvi sənətkarlıq nümunələrinin mənbəşünaslıq 

əhəmiyyəti  əsaslandırılmışdır. Gələcək tədqiqatlarımızda Gəncənin yerli dulusçuluq sənəti 

məmulatları ilə geniş coğrafiyada təmsil olunmuş digər türksoylu xalqların tarixi abidələrin-

dən aşkar olunmuş oxşar nümunələrin qarşılıqlı şəkildə və ən əsası multidissiplinar əsaslarla, 

innovativ üsulların tətbiqi ilə öyrənilməsi məqsədilə araşdırmalarımızın miqyasını genişlən-

dirməyi nəzərdə tuturuq. 

 

 



XXI ƏSRIN İLK DEKADASINDA İSRAIL-FƏLƏSTİN SÜLH 

DANIŞIQLARI PROSESİNDƏ ABŞ-IN İŞTİRAKI 

 

NigarƏSGƏROVA 

Azərbaycan Dillər Universiteti 



asgarova.n@gmail.com 

AZƏRBAYCAN 

 

XX əsrdə Yaxın Şərqdə Fələstin torpaqlarında İsrail dövlətinin meydana gəlməsi ilə re-



gionda həllinə nail olunmayan İsrail-Fələstin münaqişəsinin əsası qoyuldu. ABŞ münaqişənin 

yarandığı ilk illərdən onun həlli istiqamətində aparılan danışıqlar prosesində iştirak etmişdir. 

Lakin, münaqişənin hələ də həll olunmaması bu cəhdlərin uğursuzluğa düçar olmasının gös-

təricisidir.  

2000-ci illərin sonunda Bill Klinton adminstrasiyası tərəfindən aparılan sülh prosesinin 

uğursuzluğu İsrail-Fələstin arasında zorakılığın böyük miqyasda yenidən alovlamasına səbəb 

oldu. Həmin ilin sonunda Ariel Şaronun Əl-Əqsa məscidinə səfəri və burada məscidinin ətra-

fında olan ərazilərdən İsrailin heç bir zaman imtina etməyəcəyi barədə etdiyi çıxışı fələstin-

lilər arasında qəzəb və narazılığa səbəb oldu. Həmin gecə minlərlə fələstinli Qərb sahili boyu 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1482



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ərazilərdə qiyama başladı. Beləliklə,2000-ci ilin sonunda fələstinlilər miqyasına, gərginliyinə 

və ölü sayına görə 1987-ci il İntifadasından (xalq hərəkatı) kəskin fərqlənən yeni İntifadaya 

başladılar.  

XXI  əsrin ilk dekadasında da bu münaqişənin həlli istiqamətində ABŞ  tərəfindən bir 

sıra təkliflər irəli sürülmüşdür. Senator Corc Mintçel tərəfindən sədirlik edilən kommisiya 

2001-ci ilin may ayında münaqişənin həllinə dair üçpilləli sülh planı təklif etdi. Plana əsasən 

hər iki tərəf öncə razılığa gəlmək üçün irəli sürülən öhdəlikləri qəbul etməli, zorakılığın qarş-

ısı alınmalı və təhülksəzlik səhəsində əməkdaşlıq qurmalı; ikinci mərhələdə yaşayış məskənl-

ərinin inşasını dayandırmaq və terror aktlarından imtina etmək kimi jest göstərilməli; üçüncü-

sü isə, sülh danışıqlarını yenidən başlamalı idilər. Planı hər iki tərəfinin liderləri təsdiq etsələr 

də, zorakılıq davam edirdi və bu da planın uğursuzluğa düçar olması demək idi.

 

2001-ci ildə tərəflərə ABŞ, Rusiya, Avropa İttifaqı və BMT-dən tərəfindən tərtib edilən 



və sülhə aparan üç mərhələləli “Yol xəritəsi” plan təqdim edildi. İlkin mərhələdə (2003-cü il 

May ayı ərzində) “Yol xəritəsi” planı terrora və zorakılığa son qoyulmasını, Fələstin dövlət 

təsisatlarının yaradılmasını və İsrail tərəfindən həyata keçirilən məskunlaşma prosesinin da-

yandırmasını nəzərdə tuturdu. İkinci mərhələdə (May-Dekabr 2003) 2003-cü ilin sonuna kimi 

müvəqqəti sərhədləri olan Fələstin dövlətinin yaradılmasını, demokratik hökumətin  əsasını 

qoyan Fələstin konstitusiyasının qəbulunu, ən nəhayətdə isə qaçqınlar, su və inkişaf məsələ-

lərinin müzakirəsini nəzərdə tutan konfrans təşkil olunmalı idi. Üçüncü mərhələdə isə (2004-

cü ilin May ayına kimi) İsrail-Fələstin arasında sərhədlər, Qüds, qaçqınlar və  məskunlaşma 

kimi məsələlərə dair sülh danışıqlarının son statusu müzakirə ediləcək növbəti konfransın təş-

kil olunmalı idi. 

Lakin, “Yol xəritəsi” planının reallaşması bir sıra çətinliklərlə üzləşdi. İlk başda, həm 

İsrail, həm də Fələstin Yerusəlim üzərində nəzarət və Fələstin qaçqınlarının hüquqlarına dair 

əsas məsələlərdə güzəştə getmək niyyətində deyildilər.  İsrail hökuməti Fələstin hökumətini 

Həmasın və digər ektrimist qrupların həmlələrinin qarşısını ala bilməməkdə günahlandırırdı. 

Fələstinlilər isə İsraili yaşayış məskənələrini ləğv etməməkdə və üstəlik Qərb sahili məskənlə-

rində güclü müdafiə qüvvələrini toplamasına görə ittiham edirdi. 

 

 2000-ci ildən başlayaraq,  İsrail dövləti hücum və istənilən təhlükələrdən qorunmaq 



üçün Qərb sahillərində  sədd hörməyə başladı. Vatikan, Avropa İttifaqı  və  hətta ABŞ-ın da 

narazılığına baxmayaraq, İsrail bu səddi hörməkdə davam edirdi. 

İsrail əhalisinin təhlükəsizliyini artırmaq, İsrail Müdafiə Qoşunlarının üzərində təzyiqi 

aradan qaldırmaq, israil və fələstinlilər arasında çəkişməni azaltmaq məqsədilə, 2005-ci ildə 

İsrail Qəzza zolağından birtərəfli geri çəkildiklərini elan etdi. Həmin il Qəzza fələstinlilərə 

qaytarıldı. Fələstin liderləri  İsrailin  İordan çayının Qərb sahillərində daha böyük iddialara 

malik olmasını beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdı. Beləliklə  də, Qərb sahillərində 

israillərin sayı artmağa başladı.  

Qəzzadan geri çəkilmə Ariel Şaronun ölkəsində siyasi nüfuzunun zəifləməsinə və növ-

bəti seçkilərdə məğlub olmasına səbəb oldu. 2006-cı ildə hakimiyyətə Ehud Olmert gəlir. Hə-

mas və Hizbullahın həyata keçirdiyi hərbi  əməliyyatlar nəticəsində  İsrail Müdafiyə Qoşun-

larının əsgərlərini əsir götürülməsi ilə, İsraili Livanda yeni bir münaqişəyə daxil oldu.  

2006-cı ildəFələstin muxtariyyətində keçirilən seçkilərdə Həmas 123 parlament yerinin 

74-nü qazandı. 2006-cı il Fələstində azad və şəffaf seçkilər ABŞ hökuməti tərəfindən dəstək-

lənirdi. Lakin Vaşinqtonun qarşısından iki seçim var idi: ya Həması Ərəb cəmiyyətində de-

mokratik islahatları  dəstəkləyən bir qüvvə kimi tanımaq, ya da ABŞ-ın terrorist təşkilatı 

siyahısına daxil etdiyi partiyanın seçki nəticələrinə qarşı etiraz etmək. Vaşinqton ikinci yolu 

seçdi. ABŞ İsrail tərəfindən işğal olunmuş ərazilərə etdiyi maliyyə yardımını dayandırdı, Ərəb 

ölkələrini yeni hökuməti dəstəkləməmələrinə dair xəbərdar etdi. İsrail isə gömrük xərcini artırdı.  


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1483



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Fələstin fraksiyaları arasında gərgin mübarizə  zəifləməmiş  və 2007-ci ilin iyulunda 

hökumət parçalanmağa başlamışdır. Həmasla Fətah arasında olan davamlı parçalanma Qəzza 

zolağında açıq qarşıdurmaya səbəb oldu. Həması  dəstəkləyənlər Fətah liderlərinə qarşı hü-

cumlar həyata keçirdi. Bu, Qəzza və  Qərb sahili olmaqla siyasi hakimiyyəti iki yerə böldü. 

Fətah Qərb sahillərində möhkəmlədi və beynəlxalq ictimaiyyət Qəzzaya deyil, Qərb sahililə 

yardımı davam etdirdi.  

İsrail-Fələstin münaqişəsi XXI əsrin ilk dekadasında da həll edilmədi. Sülhə doğru atı-

lan addımlar hər iki icmanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe səbəbindən dəfələrlə 

uğursuzluğa duçar oldu. Bu münaqişənin həlli Yaxın Şərqdə sabitlik baxımından həyati əhə-

miyyət daşıyır. Vaşinqtonun İsraili davamalı olaraq dəstəkləməsi sülhə nail olmağı çətinləş-

dirir və nəticədə ABŞ Yaxın Şərqdə öz nüfuzunu xətər yetirir.  

 

 

TARİX DƏRSLƏRİNİN TƏŞKİLİNDƏ İKT                           



İMKANLARINDAN İSTİFADƏ TƏCRÜBƏSİNDƏN 

 

Gültəkin RÜSTƏMOVA 

Xarici Dillər Təmayüllü Gimnaziya 



gulyarustamov74@gmail.com 

AZƏRBAYCAN 



 

Texnologiyanın bugünkü inkişaf sürətinə gənc nəsil bizdən daha tez yetişir. Onlar daha 

sərbəst  şəkildə bloqlar yaradır, sosial şəbəkələrin imkanları çərçivəsində informasiya müba-

diləsi edir, slaydlar hazırlayıb paylaşır, hər yeni nəsl mobil telefonların imkanlarını bizdən 

daha tez aşkara çıxarır. Bu səbəbdən də onların maraq dairəsinin mərkəzində olan müasir tex-

nologiyalardan istifadə etməklə təlim prosesinə yaradıcı və rəqəmsal yanaşılmalıdır. 

Tarix fənninin tədrisi metodikası kifayyət qədər ciddi prosesdir. Davamlı olaraq yenilə-

nən və  hərəkətdə olan tarixi komponentlərin qarşılıqlı  əlaqəsindən ortaya müxtəlif nəticələr 

çıxır. Bu nəticələrin tədris prosesində şagirdlər tərəfindən necə mənimsənilməsi günümüzdəki 

öyrənmə və öyrətmə məqsədlərinin düzgün qoyulmasından aslıdır. Təlim prosesinin səmərə-

liliyi ilk olaraq təlim metodunun məqsədyönlü seçilməsi ilə  səciyyələnir. Bununla əlaqədar 

olaraq fəal dərsin quruluşunda əlverişli metod və texnoloji yanaşmadan geniş istifadə edilmə-

lidir. Tarix fənninin tədrisi prosesində İKT-nin istifadəsi yeni faktların yerindəcə öyrənilməsi, 

müzakirəsi və keçilən mövzuya aid əlavə biliklərin əldə edilməsi baxımından praktik əhəmiy-

yətə malikdir. 

Öyrənmə prosesini cəlbedici formada həyata keçirməklə şagirdlərin diqqətini bu sahədə 

məşğul saxlamaq lazımdır. Bu proseslərin həyata keçirilməsində iki istiqamət var: 

• Microsoft ofis proqramlarından istifadə  

• İnternet resusrslarından istifadə 

Microsoft Office proqramlarından olan Publisher və Power Point proqramları  həm 

müəllimə həm də şagirdə imkan verir ki, tarix fənninə aid öz resusrsunu yaratsın. Şagirdin ta-

rix dərslərində bilik və bacarıqlarını bu proqramlar vasitəsilə sərgiləyə bilməsi onda biliyini 

möhkəmləndriməklə yanaşı, həm də özünə inam hissini aşılayır. 

İnternet resursları ilə hazırlanan tarix dərsləri daha rənarəng olmaqla yanaşı,  şagirdin 

internet istifadəsini də düz istiqamətdə formalaşdırır. Hazırda müxtəlif multimedia vəsaitləri 

var ki, tarix dərslərinin qurulmasında geniş istifadə edilir.Öz biliyinə və təcrübəsinə arxalanan 

hər bir müəllim belə resusrlar yaratmaqla təhsilimizin inkişafına müsbət təsir edir. 

Şagirdlərdə müəyyən olunmuş bacarıqların inkişaf etdirilməsində sosial şəbəkələrin 

rolunu diqqətdən kənarda qoymaq olmaz."Sosial şəbəkə" yalnız  əyləncə xarakteri daşımır. 


 

Qafqaz U

Dünya t


sesində 

məktəbl


məktəb 

müəllim


müzakir

M

məktəbl



rə ev tap

təqdim 


• r

• o


• y

 

 



nız?" su


• 2

• 3


• 4

N

təşəbbü



 

III INTERN

University     

təcrübəsinə 

çox geniş 

lərdə  tədris

müəllimlər

m tərəfindən

rələr təşkil e

Müəllimlərin

lərində 150 

apşırığını ko

edilən "Şag

respondentl

onlardan 46

yalnız 38% 

Şagirdləriniz

ualına respo

25% "tapşır

35% "bəzən

40% "həmiş

Nəticələrdən 

üskarlıq edər

NATIONAL 

                      

nəzər salsa

istifadə olu

sdə, müzaki

ri online tap

n qrup yarad

edilir. 

n bu imkanl

müəllim ar

mpyüterdə h

girdlərinizə 

lərin 23 %-i

6% "bəzən t

respendent

zə ev tapşır

ondentlər  

rmıram", 

n", 


şə" deyə cav

belə qənat

rək təhsilə İ

Ş

ko

SCIENTIFIC

                      

aq görərik k

unur. Məsə

irələrin apa

pşırıqların  ö

dılır, şagird

lardan istifa

rasında bir s

hazırlamağı

ev tapşırıgın

i suala "tapş

tapşırıram" 

t "həmişə ta

rıqlarını int

vablandırıb

ətə gəlmək 

İKT imkanl

46%


Şagirdlə

ompyute

C CONFERE

1484


 

                     

ki, sosial ser

ələn, facebo

arılmasında 

ötürülməsin

dlər o qrupd

adəsinin səv

sorğu keçiri

ı tapşırmasın

nı komyüte

şırmıram" c

deyə cavab

apşırıram" d

ernetdən ist

olar ki haz



arını sintez 

23%


38%

rin ev ta

erdə ha

ENCE OF YO

                    1

rvislərin mö

ook, tvitter 

istifadə  ol

ndə  bu imk

da toplanılır,

viyyəsini m

ilib. Rəyi so

nın səviyyəs

rdə işləməy

cavabı verib

landırıb,  

deyə cavab v

tifadə etmək

zırda bu isti

edirlər. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin