Qafqaz Universiteti Materiallar


ОСОБЕННОСТИ ПЕДАГОГИЧЕСКОГО



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə88/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   84   85   86   87   88   89   90   91   ...   124

ОСОБЕННОСТИ ПЕДАГОГИЧЕСКОГО                                    

РУКОВОДСТВА В ВЫСШЕЙ ШКОЛЕ 

 

Сёнмяз МУХТАРОВ

 

Бакинский Славянский Университет 



senmez@mail.ru 

АЗЕРБАЙДЖАН 

 

В  условиях  поступательного  движения  нашего  общества  вперёд  по  пути  демок-



ратизации всех аспектов реальной жизни, усиления внимания и заботы нашего прави-

тельства  вопросам  кардинального  усиления  действенности  и  повышения  эффектив-

ности  учебно-воспитательного  процесса  в  образовательных  учреждениях  республики 

большое  внимание  уделяется  такому  аспекту  общего  образовательного  процесса  как 

педагогическое руководство. 

Педагогическое руководство в учебно-воспитательном процессе образовательных 

учреждений  необходимо  представлять  как  обоюдный  процесс  сотрудничества,  содру-

жества и сотворчества учителей и учащихся в высшей степени пронизанный гуманис-

тическими  отношениями  и  способствующий  созданию  максимальных  по  эффектив-

ности предпосылок и условий для личностно-социального самовыражения индивида. 

Вопросам организации педагогического руководства и его эффективности посвя-

тили  свои  научные  труды  такие  выдающиеся  учёные  классики  педагогики  как  А.С. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1290



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Макаренко,  В.А.Сухомлинский,  С.Т.Шацкий,  П.П.  Блонский,  К.Д.Ушинский.  Среди 

современных  учёных  соответствующие  вопросы  разработаны  в  трудах  И.П.Волкова, 

М.П.Щетинина,  Ш.А.Амонашвили,  Т.И.Гончаровой  и  др.  В  нашей  республике  вопро-

сами  организации  эффективного  педагогического  руководства  занимались  такие  учё-

ные как А.А.Агаев, М.М.Мехтизаде Н.М.Кязимов, А.Н.Аббасов и др. 

В  современной  психолого-педагогической  литературе  чётко  описаны  основные 

стили педагогического руководства среди которых: 

Авторитарный стиль: Характеризуется тем, что педагог сам определяет направле-

ние  деятельности  коллектива,  указывает  кому  с  кем  работать,  с  кем  сидеть.  Мнения 

учащихся не учитывается. Если студент допускает ошибку, то при таком стиле педагог 

начинает  его  перед  всеми  высмеивать,  зачастую  не  объясняя  пути  исправления  этой 

ошибки. Основные способы общения у такого учителя – инструкция, указание, приказ, 

выговор. Благодарность и похвала в авторитарном стиле звучит как приказ или оскор-

бление.  Руководствуясь  этим  стилем  руководства  можно  добиться  хорошей  успевае-

мости  и  дисциплины,  но  социально-психологический  климат  учебного  коллектива 

будет  оставаться  на  низком уровне.  В  целом  это  диктаторский  стиль  педагогического 

руководства.  

Либеральный стиль: попустительский, анархический.Педагог не проявляет актив-

ность, пускает всё на самотёк, не вмешивается в жизнь коллектива, решения принима-

ются  только  учащимися.Учитель  почти  самоустраняется  от  ответственности,  его  роль 

минимальна. Такие педагоги только формально выполняют свою функцию, в действи-

тельности они не участвуют ни в социальной ни в психологической жизни стученского 

коллетива. Этот стиль педагогического руководства формирует у учащихся неправиль-

ную жизненную позицию безразличия и равнодушия к окружающим, позицию невме-

шательства, которая потом переносится на всю их жизнь если не будут приняты опре-

делённы меры. В общем этот стиль характеризуется довольно негативно. 

На наш взгляд при всех плюсах и минусах рассмотренных двух из трёх основных 

существующих  стилей  педагогического  руководства  мы  считаем,  что  самым  дейст-

венным,  самым  эффективным  в  смысле  усиления  эффективности,  усиления  действен-

ности, усиления достижения цели конкретного учебно-воспитательного процесса явля-

ется демократический стиль. 

Демократический  стиль:  Преподаватель  при  таком  руководстве  опирается  на 

мнение учащихся. При демократическом стиле руководства повышается роль студента, 

который  становится  более  самостоятельным,  чувствует  ответственность  за  свои  пос-

тупки, учится принимать решения.При этом стиле руководства студенты включаются в 

активное участие, а педагог видит свою задачу не только в координации и управлении 

студенческим коллективом, но и воспитании. При демократическом стиле у учащихся 

появляется  самоуверенность,  они  поощряются,  учитываются  их  индивидуальные  спо-

собности. Основные формы взаимодействия у такого педагога – информация, просьба, 

совет, открытый диалог. 

На современном этапе это единственный верный стиль педагогического руководства, 

который является золотой серединой. При этом стиле учащиеся могут спокойно обсуж-

дать с педагогом возникшие вопросы, так как они знают, что учитель всегда им поможет, 

поддержит, разъяснит непонятное и покажет пути преодоления возникшей проблемы. 

 

 



 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1291



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

TƏDRİSDƏ DİLÖYRƏNMƏ VƏ DİLİ QAVRAMA ANLAYIŞLARI 

 

Vüsalə HÜSEYNOVA 

Qafqaz Universiteti 



vhuseynova@qu.edu.az 

AZƏRBAYCAN 

 

Dil öyrənərkən fərqinə varmasaq da, dilçilər hesab edirlər ki, dil öyrənmək və dil qav-



ramaq bir-birindən tamamilə fərqlənən prosseslərdir. Bəs bu prossesi necə anlamaq olar və ya 

hansı  mərhələdə olduğumuzu necə müəyyən edə bilərik? Bu sualı cavablandırmaq üçün ilk 

öncə dil nədir, beynimiz dili necə öyrənir suallarının da cavabını bilməliyik.  

Dil ünsiyyət vasitəsidir və ya Azərbaycan dilinin izahlı lüğətinin dili ilə desək dil 

insanlar arasında ünsiyyət vasitəsi olub, onların bir-birlərini başa düşmələrinə və bir-birləri ilə 

fikir mübadiləsi etmələrinə imkan verən səs, söz və qrammatik vasitələr sistemidir. Dünyada 

təxminən 6500 dil mövcuddur. Bu dillərdən bəziləri kifayət qədər populyar olsa da,bəziləri isə 

azsaylı xalqlar arasında yayılmışdır. Dilə sosial cəhətdən yanaşdıqda isə hətta deyə bilərik ki, 

dil bəşər övladı üçün su, oksigen, qida və digər zəruri ehtiyaclar qədər önəm daşıyır. Necə ki 

bütün insanlar su içir, nəfəs alır, eləcə  də, fikirlərini ifadə edir və ünsiyyət qurur. Bütün 

bunları nəzərə alaraq deyə bilərik ki, dil insanın zəruri ehtiyaclarından biridir.  

Bəs insan dili necə öyrənir, fikirlərini necə ifadə edir? Dilçi alim və filosof Noam 

Chomsky hesab edir ki, yaradılış etibarilə insanın beyni dil öyrənmək qabiliyətindədir. Onun 

fikrinə əsasən, insan beynində dil öyrənmək üçün xüsusi bir şablon var və insan zamanla hə-

min şablonu doldurur və nəticə etibarı ilə dili öyrənmiş olur. Hər işdə olduğu kimi dil öyrən-

mə prossesində də təcrübə mühüm rol oynayır, belə ki, insan “beynində zamanla doldurduğu 

şablonu” daha sonralar digər ünsiyyət prosseslərində işlətməyə başlayır. Insanın dərk edərək, 

amma fərqinə varmadan keçdiyi bu prosses isə dili qavramaq adlanır. Bunu çox sadə bir 

nümunə ilə də izah etmək olar. Bildiyimiz kimi insan anadan olduqdan təxminən iki il sonra 

dil açmağa başlayır. Yəni bu iki il ərzində o, beynindəki dil şablonunu doldurur və növbəti iki 

ildə isə demək olar ki dilin az qala tam istifadəçisinə çevrilir.  

Deməli dilin öyrədilməsi prossesində insanların uşaqlıqdan bəri keçdiyi təbii bir yoldan 

istifadə etmək daha məqsədəuyğun olar. Hal- hazırda dil öyrətmə metodları arasında geniş 

yayılan bu üsul kommunikativ dil öyrətmə metodu kimi tanınır. Kommunikativ dil öyrətmə 

metodu 1970-1980- cil illərdə meydana gəlmişdir. Bu metoddan əvvəl istifadə olunan və 

geniş yayılmış metod isə dilin qrammatlk cəhətdən öyrədilməsi idi. Dilin qrammatik cəhətdən 

öyrədilməsi prossesində qrammatik qanunlar, dillər arasındakı qrammatik bənzərliklər və 

fərqliliklər dərindən öyrədilsə də, nəticə ünsiyyət baxımından heç də ürəkaçan deyildi. Bunun 

bir sıra səbəbləri var, ən başlıca səbəb isə ondan ibarətdir ki,dilin tədrisi yalnız qrammatik qu-

ruluş üzərindən aparıldığına görə dil öyrənənlərdə öyrəndikləri xarici dildə fikir yürütmək 

bacarığı yaranmırdı. Yəni dili öyrənənlər yalnız onlara verilmiş tapşırıqlarla və ya “şablonlar-

la” öyrəndikləri xarici dilin “öhdəsindən gəlirdilər”. Başqa sözlə desək, beyinlərindəki “təbii 

şablonu” istifadə etmirdilər, yəni bu metodun istifadəçiləri dili öyrənirdi, lakin onu qavramırdı.  

Kommunikativ metodun istifadəçiləri isə, qrammatik dil öyrənmə metodunun əksinə 

olaraq, dil öyrənmək üçün uşaqlıqdan bəri təbii keçdiyimiz yolu rəhbər tuturlar. Yəni insan 

eyni uşaqlıqda olduğu kimi beynindəki şablonu doldurur və bir müddət sonra dilin istifadə-

çisinə çevrilir. Lakin burada çox önəmli bir sual yaranır. Bəs nə üçün ikinci bir dili öyrənmək 

birinci dili öyrənmək qədər asan olmur? əgər məsələ yalnız şablonu doldurmaqdırsa, bu pros-

ses ikinci dili öyrənən zaman niyə bu qədər çətinləşir? Burada bir sıra faktorlar var ki , bunlar-

dan da ən önəmlisi ikinci dili öyrənmə yaşıdır.  Ən bəsit təcrübələr belə göstərir ki, ikidilli 

ailələrdə doğulan uşaqlar ailədə istifadə olunan hər iki dili öyrənməkdə  çətinlik yaşamırlar. 

Yəni ,insan iki dili müqayisə edəcək yaşda olduqda ikinci dili öyrənmək daha çətin olur, yəni 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1292



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

bu zaman o təkcə “dil şablonunu” doldurmur, həm də onu müqayisə edir. Təbii ki, dilin öyrə-

nilməsi zamanı yetkin bir insandan heç biri öhdəliyi olmayan uşağın performansını gözləmək 

də uyğun olmazdı. 

Kommunikativ dil öyrənmə dilin qavranılması ilə nəticələnən prosses olduğuna görə dil 

öyrətmədə daha uğurlu üsul hesab olunur. Nəticə olaraq demək olar ki, qrammatik cəhətdən 

dilin öyrədilməsi metodu ünsiyyət üçün önəmli olan qavrama prossesini əhatə etmir və buna 

görə də dil öyrətmə metodunda uğurlu hesab olunmur.  

 

 

NƏCƏF BƏY VƏZİROVUN YARADICILIĞINDA ŞƏXSİYYƏTİN 



İNKİŞAFINA TƏSİR EDƏN AMİLLƏRİN ROLU HAQQINDA 

 

Aysel DƏMİROVA 

Bakı Slavyan Universiteti 



aysel_89_24@mail.ru 

AZƏRBAYCAN 

 

Şəxsiyyətin inkişafı bütün dövrlərdə aktual olmuşdur. Bunun ən bariz nümunəsi yazıçı 



və pedaqoqlarımızın əsərlərində öz əksini tapmışdır. Onlar öz yazılarında insanın təkamül pro-

sesi, inkişafı və ona təsir edən amillər haqqında bu günkü gündə belə dəyərli sayılan fikirlər 

söyləmişlər. Belə ziyalılarımızdan biri də Nəcəf bəy Vəzirov olmuşdur. Azərbaycanda faciə 

janrının banisi professional teatrın yaradılmasında xüsusi rolu olan Nəcəf bəy Vəzirov öz 

məqalələrində, əsərlərində insan, onun tərəqqisi və inkişafına dair gözəl fikirlər qələmə almış-

dır. O, uşağın bədənini bir muma bənzədərək deyirdi ki, uşaqlıqda ona nə forma verilərsə, o 

ömrünün sonunadək elə olaraq da qalacaqdır. O, həmçinin əxlaqi ketfiyyətlərin anadangəlmə 

olması  nəzəriyyələrini də  rədd edirdi. Hər bir kəsin eyni dərəcədə  tərbiyə olunmağa qabil 

olmasını qeyd etmişdir. Hər  şeyin irsən övlada valideyndən keçdiyinə etiraz edən Vəzirov 

deyirdi ki, insan şəxsiyyəti ictimai mühit və tərbiyənin təsiri altında formalaşır. Gözəl əxlaqi 

sifətlər ağıl və bilik nəsilvə nəcabətdən asılı deyil, tərbiyə və şəraitdən asılıdır. O, həmçinin öz 

məqalələrində müsəlmanların anadangəlmə  cəhalətlə doğulması fikrinə  də öz tənqidi müna-

sibətini bildirmişdi. "Ev tərbiyəsinin bir şəkli", "Daldan atılan daş topuğa dəyər", "Yağışdan 

çıxdıq yağmura düşdük", "Adı var, özü yox" pyeslərində müsəlman ailələrində  dərin kök 

salan eybəcər həyat, məişət və əxlaq normaları tənqid hədəfinə çevrilmişdir.    

"Adı var, özü yox" komediyasında dramaturq mülkədar mühitinin yetişdirdiyi eybəcər 

əxlaqdan, onun səbəbindən danışmışdır. O, bir çox nöqsanların hətta irsi xəstəlik kimi 

keçməsini bildirmişdir. Bu komediyanın əsas qəhrəmanı Cənnətli ağadır. Cənnətli ağa böyük 

mülkədar olmuş, vaxtilə böyük kəndləri, mülkləri talan etmiş, kəndlilərlə kobud rəftar edərək, 

əzazilliyi ilə bütün mahalda ad çıxarmışdır. Dramaturq həmçinin bu pyesdə mülkədarların 

belə kobudluqlarının sonunda öz ailələrində, onların  əxlaqlarında mənfi xüsusiyyətlərin 

meydana gəlməsi faktını da göz önünə almışdır. Vaxtilə bütün mahalı qorxu altında saxlayan 

Cənnətli ağa indi həm sərbəstliyi  əlindən alınmış, həm də artıq öz ailəsində nizam intizam 

qaydalarını itirmişdir. Cənnətli ağa özü çox kobud və  tərbiyəsizdir, o, böyük bir ailənin 

başçısı olduğu halda nalayiq hərəkət edir. Hərbə, zorba, qaba sözlər bir an belə onun dilindən 

düşmür. O, ailə başçısı kimi nümunəvi deyildir. O, bu cür hərəkətləri həm ailəsinə, həm də 

onun mühitində yaşayanların hamısına mənfi təsir göstərir.  O, heç öz oğlunu belə düzgün 

tərbiyə edə bilmir. O, öz ictimai mövqeyinə arxalanaraq oğlu Heydərqulunu oxutmaq istəyir. 

Lakin Heydərqulu 1 həftə məktəbdə oxuduqdan sonra oradan qaçır. Ata – baba yolunu üstün 

tutur. Atası kimi avaralıq, kobudluq, əyyaşlıq edir. Tənbəllik, avaralıq az qala irsi xəstəlik 

kimi atadan – oğula, nəsildən nəsilə keçmişdir. Atası  nəinki, onu tənbeh edib, düzgün yola 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1293



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

çəkmir, hətta şikayətə gələnlərə "maşallah deyin, maşallah. Ot kökü üstə bitər" – deyir. Onun 

hərəkətlərinə haqq qazandırır. Oğlunun onun bu əyri yolunu davam etdirməsini təqdirəlayiq 

bir hal olaraq qəbul edir. Yazıçının burada gəldiyi əsas nəticə isə ondan ibarətdir ki, ağanın 

özü tərbiyəsiz olduğu üçün onun oğlu da məhz tərbiyəsiz, kobud biri kimi böyümüşüdür. 

Bunun nəticəsi isə çox pis olmuşdur. Hətta iş o yerə gəlib çıxmışdır ki, Heydərqulu öz atasını 

tüfənglə vurmaq istəmişdir. Məhz bu cür nəticəni göstərməklə yazıçı burada düzgün olmayan 

tərbiyə, tufeyli həyat tərzini tənqid etmiş, bir valideyn necə  əxlaqa, davranışa malik olarsa 

onun övladı da elə  əxlaqa malik olar fikrini əsaslandırmışdır. Vəzirovun düşüncəsinə görə 

insan şəxsiyyəti, onun mənəvi aləmi cəmiyyətdəki şəraitin, ailə və məktəb tərbiyəsinin təsiri 

altında formalaşır. Pis insan yoxdur, pis hərəkətlərin səbəbi onun cəmiyyətdən, ailədən aldığı 

tərbiyədən, mövcud şəraitdən asılıdır. O, azadlığın olmadığı cəmiyyətdə insan ağlının kilid-

ləndiyini, insanların sanki vəhşilik dövrünə geri qayıtması fikrini söyləmişdi. Bu zaman onların 

inkişafı durur, heç bir irəliləmə qeyd olunmur. O, xalqın azadlıq uğrunda mübarizəsini, şəx-

siyyətin öz xoşbəxtliyi uğrunda azadlığı kimi qəbul edirdi. Bununla da o azadlığın insanın i-

nkişafı üçün ən vacib məvhumlardan biri olduğunu sübut etmişdir. 

 

 

SİNİFDƏNXARİC OXU MATERİALLARI VASİTƏSİLƏ               



ŞAGİRDİN BƏDİİ ESTETİK TƏRBİYƏSİNİN 

FORMALAŞDIRILMASINDA MÜƏLLİMİN ROLU 

 

Ayşə ƏMRAHOVA 

aemrahova@std.qu.edu.az 

AZƏRBAYCAN 

 

Hələ əski çağlarda incəsənətin estetik funksiyasının gərəyini anlayıblar.Müasir hind ali-



mi Vadiyar Bahadur 1956-cı ildə Madras universitetində oxuduğu mühazirələr kursunda qeyd 

edir ki,”incəsənətin əsas məqsədi insanın mənəvi həyatına onun nəcibləşdirici təsir göstərmə-

sidir. Gözəlliyi seyr edərkən,insanın ağlı və ürəyi xeyirxah arzular və hisslərlə dolur.” 

İncəsənətə istinad estetik şüuru formalaşdıraraq həyatı obrazlılıq prizmasından görməyi 

ona öyrədir.Bədii-mədəni şüur qarşısında isə dünya istisnasız olaraq özünün hər təzahüründə 

estetik cəhətdən mənalı və əhəmiyyətli görünür. 

Bədii  əsər incəsənətin mövcudluq formasıdır,bir bütövlükdən ibarət bədii obrazlar 

sistemidir.Bədii  əsər eyni zamanda həm fərdi,həm də sosialdır,o həm sənətkarın özünü ger-

çəkləşdirməsi,özünüifadəsidir,həm də ictimai problemlərin həlli,ictimai psixologiya və ideo-

logiyanın ifadəsidir. 

İncəsənətin digər növləri arasında  ədəbiyyatın aparıcı rol oynamasının səbəbi ondan 

ibarətdir ki,incəsənətin bəzi növlərinin  əsasında  ədəbi  əsərlər durur.Pyessiz teatr tamaşası, 

ssenarisiz kinofilm,librettosuz opera,operetta və balet,şeirsiz mahnı yarana bilməz.Ədəbiyyat 

eyni zamanda potensial şəkildə bütün başqa incəsənətlərin xüsusiyyətlərini bir növ özündə 

daşıyır.Bədii ədəbiyyat söz sənətidir.Söz anlayışın,fikrin bilavasitə və birbaşa ifadəsidir. 

Hələ erkən yaşlarından şagirdlərə bədii-estetik tərbiyənin aşılanması müəllimin əsas məq-

sədlərindən biri olmalıdır.Bu istiqamətdə bir sıra tədbirlər görülə bilər.Bunlara misal olaraq, 

şagirdləri incəsənətin  şaxələnmiş qolları olan teatra,musiqiyə,ədəbiyyata cəlb edəcək tədbir-

ləri sadalaya bilərik. 

Ədəbiyyatın insanı islahedici funksiyasını heç kim inkar etmək iqtidarında deyildir. 

Şagirdlərə ibtidai sinifdən etibarən ədəbiyyatı,kitabları sevdirmək valideynlərin olduğu qədər 

müəllimlərin də əsas vəzifələrindəndir. Şagirdlərin elmi və bədii təfəkkürünün formalaşması 

və inkişafı çətin, həm də uzun proses olduğu üçün onu yalnız dərslə məhdudlaşdırmaq olmaz. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1294



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Təcrübə göstərir ki, sinifdənxaric tədbirlər şagirdlərin təlimə marağını artırmaqla yanaşı, həm 

də onların nitq mədəniyyətinə müsbət şəkildə təsir göstərir.Təbii ki,bu prosesin yaranması və 

inkişaf etdirilməsində müəllimin istiqamətverici tədbirləri ön planda durur.Müəllim təşkilatçı-

lıq bacarığından istifadə edərək sinifdən xaric tədbirlərin düzgün təşkil edilməsində və şagird-

lərin bilik,bacarıq və vərdişlərinin inkişaf etdirilməsində əsaslı şəkildə rol oynayır. 

Çox zaman bəzi müəllimlər sinifdənxaric və məktəbdənkənar tədbirlərə az fikir verir və 

yaxud çox səthi yanaşırlar. Sinifdənxaric iş planlı və müntəzəm olaraq müəllimlərin iş planın-

da özünə layiqli yer tutmalıdır. Əks təqdirdə hərtərəfli insan tərbiyəsindən söhbət gedə bilməz. 

 Məktəblərdə sinifdənxaric tədbirlər müxtəlif formalarda aparılır ki, bunları da kütləvi 

tədbirlər və fərdi iş kimi qruplaşdırmaq olar.Kütləvi tədbirlərə bütün sinfi və ya bir neçə sinfi, 

yaxud bütün məktəbi əhatə edən oxucu konfransları, bədii, elmi-kütləvi məruzələr, müəyyən 

ədəbi-bədii gecələr, kinolar, rəsm sərgiləri, ekskursiyalar, divar qəzetlərinin çıxarılması və s. 

daxildir. Fərdi iş təlim materiallarını müstəqil surətdə mənimsəyən və kütləvi tədbirlərdə sərbəst 

iştirak etməyənlərlə aparılır. Bu isə həm tək-tək şagirdlərlə, həm də qrup halında aparıla bilər. 

Bu cür tədbirlərin təşkili və  şagirdlərin buraya cəlb edilməsi öz müsbət nəticələrini 

şagirdlərin nitq mədəniyyətinin inkişafında və fəallığında da göstərir. Sinifdənxaric tədbirlər 

şagirdin idarəetmə vərdişlərinin formalaşdırılmasına, elmi dünyagörüşünün genişləndirilməsi-

nə, onda yüksək mənəvi və əxlaqi keyfiyyətlərin formalaşdırılmasına imkan yaradır. Şagirdin 

asudə vaxtının səmərəli təşkilini təmin etməklə yanaşı, sinifdə müəyyən fənlərdən verilmiş 

biliyi dərinləşdirir, şagirdlərin meyil və qabiliyyətini müəyyənləşdirib üzə çıxarır. 

Sinifdən xaric tədbirlərdən biri də sinifdən xaric oxu saatlarının təşkilidir.Sinifdən xaric 

oxu işi də şagirdlərin bilik, bacarıq və vərdişlərinin, elmi və bədii təfəkkürlərinin, dünyagö-

rüşlərinin, estetik zövqlərinin formalaşmasına xidmət edir. Bir çox müəllimlər yalnız proq-

ramda müəyyən olunmuş oxu materialları ilə kifayətlənərək şagirdlərin bir növ sərbəstliyini, 

araşdırmaçı ruhda tərbiyə olunmasının qarşısını alır.Halbuki sinifdən xaric oxu işi zamanı 

şagirdlərin yeni bilik mənimsəməsini,bədii-estetik tərbiyəsinin formalaşmasını bir kənara 

qoysaq,onların tədqiqatçılıq bacarıqlarının inkişafına da bir cığır açılmış olur.Belə ki ,sinifdən 

xaric oxu işi təşkil olunarkən müəllim  şagirdləri konkret bir mövzu ətrafında araşdırma 

aparmağa təşvik edir və bunun əsasında hər bir şagird öz tədqiqatının nəticəsi olaraq material-

lar taparaq onları mənimsəyir. 

Qeyd etmək lazımdır ki,şagirdlərdə estetik zövqlərinin ictimai təfəkkür və fəallığın ya-

radılmasında sinifdən xaric oxunun çox böyük əhəmiyyəti vardır.Bu işin həyata keçirilməsin-

də düzgün mövzu seçiminin əhəmiyyəti çox böyükdür.Təqdim olunmuş əyani vəsaitlər,tablo-

lar hekayə və şeir parçaları mövzuya uyğun olaraq düzgün seçilməli və ardıcıl icra edilməli-

dir.Məqsədə nail olmaq üçün təsadüfi hallarda deyil,bütün tədris ili müddətində bədii zövqün 

formalaşması və zənginləşdirilməsində mütəmadi olaraq iş aparılmalıdır.Şagirdlərin bu sahə-

də həyata keçirdiyi tədbirlər onların təhsilə marağının artmasına və kollektivin ictimai işlərin-

də yaxından iştirak etməsinə  həvəslərini artırır.Təcrübə göstərir ki,bədii-estetik zövqü daha 

inkişaf etmiş şagirdlər təhsil sahəsində də uğur əldə etməyə səy göstərir və buna nail olurlar. 

Estetik tərbiyə  şəxsiyyətin tərbiyəsində böyük rol oynayır. O, tərbiyənin digər tərkib 

hissələri ilə sıx bağlıdır və əqli tərbiyəyə kömək göstərir: o, insana bilik verir, həyatı dərk et-

məyə yardım edir.Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət in-

san mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və b. müsbət keyfiy-

yətlər formalaşdırır.Şagirdlərdə bu cür keyfiyyətləri formalaşdırmaq müəllimlərin əsas məqsə-

dinə çevrilməlidir.Çünki onlar gələcəyin vətəndaşını həyata hazırlayırlar. 



 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1295



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin