ОСОБЕННОСТИ ПЕДАГОГИЧЕСКОГО
РУКОВОДСТВА В ВЫСШЕЙ ШКОЛЕ
Сёнмяз МУХТАРОВ
Бакинский Славянский Университет
senmez@mail.ru
АЗЕРБАЙДЖАН
В условиях поступательного движения нашего общества вперёд по пути демок-
ратизации всех аспектов реальной жизни, усиления внимания и заботы нашего прави-
тельства вопросам кардинального усиления действенности и повышения эффектив-
ности учебно-воспитательного процесса в образовательных учреждениях республики
большое внимание уделяется такому аспекту общего образовательного процесса как
педагогическое руководство.
Педагогическое руководство в учебно-воспитательном процессе образовательных
учреждений необходимо представлять как обоюдный процесс сотрудничества, содру-
жества и сотворчества учителей и учащихся в высшей степени пронизанный гуманис-
тическими отношениями и способствующий созданию максимальных по эффектив-
ности предпосылок и условий для личностно-социального самовыражения индивида.
Вопросам организации педагогического руководства и его эффективности посвя-
тили свои научные труды такие выдающиеся учёные классики педагогики как А.С.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1290
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Макаренко, В.А.Сухомлинский, С.Т.Шацкий, П.П. Блонский, К.Д.Ушинский. Среди
современных учёных соответствующие вопросы разработаны в трудах И.П.Волкова,
М.П.Щетинина, Ш.А.Амонашвили, Т.И.Гончаровой и др. В нашей республике вопро-
сами организации эффективного педагогического руководства занимались такие учё-
ные как А.А.Агаев, М.М.Мехтизаде Н.М.Кязимов, А.Н.Аббасов и др.
В современной психолого-педагогической литературе чётко описаны основные
стили педагогического руководства среди которых:
Авторитарный стиль: Характеризуется тем, что педагог сам определяет направле-
ние деятельности коллектива, указывает кому с кем работать, с кем сидеть. Мнения
учащихся не учитывается. Если студент допускает ошибку, то при таком стиле педагог
начинает его перед всеми высмеивать, зачастую не объясняя пути исправления этой
ошибки. Основные способы общения у такого учителя – инструкция, указание, приказ,
выговор. Благодарность и похвала в авторитарном стиле звучит как приказ или оскор-
бление. Руководствуясь этим стилем руководства можно добиться хорошей успевае-
мости и дисциплины, но социально-психологический климат учебного коллектива
будет оставаться на низком уровне. В целом это диктаторский стиль педагогического
руководства.
Либеральный стиль: попустительский, анархический.Педагог не проявляет актив-
ность, пускает всё на самотёк, не вмешивается в жизнь коллектива, решения принима-
ются только учащимися.Учитель почти самоустраняется от ответственности, его роль
минимальна. Такие педагоги только формально выполняют свою функцию, в действи-
тельности они не участвуют ни в социальной ни в психологической жизни стученского
коллетива. Этот стиль педагогического руководства формирует у учащихся неправиль-
ную жизненную позицию безразличия и равнодушия к окружающим, позицию невме-
шательства, которая потом переносится на всю их жизнь если не будут приняты опре-
делённы меры. В общем этот стиль характеризуется довольно негативно.
На наш взгляд при всех плюсах и минусах рассмотренных двух из трёх основных
существующих стилей педагогического руководства мы считаем, что самым дейст-
венным, самым эффективным в смысле усиления эффективности, усиления действен-
ности, усиления достижения цели конкретного учебно-воспитательного процесса явля-
ется демократический стиль.
Демократический стиль: Преподаватель при таком руководстве опирается на
мнение учащихся. При демократическом стиле руководства повышается роль студента,
который становится более самостоятельным, чувствует ответственность за свои пос-
тупки, учится принимать решения.При этом стиле руководства студенты включаются в
активное участие, а педагог видит свою задачу не только в координации и управлении
студенческим коллективом, но и воспитании. При демократическом стиле у учащихся
появляется самоуверенность, они поощряются, учитываются их индивидуальные спо-
собности. Основные формы взаимодействия у такого педагога – информация, просьба,
совет, открытый диалог.
На современном этапе это единственный верный стиль педагогического руководства,
который является золотой серединой. При этом стиле учащиеся могут спокойно обсуж-
дать с педагогом возникшие вопросы, так как они знают, что учитель всегда им поможет,
поддержит, разъяснит непонятное и покажет пути преодоления возникшей проблемы.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1291
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
TƏDRİSDƏ DİLÖYRƏNMƏ VƏ DİLİ QAVRAMA ANLAYIŞLARI
Vüsalə HÜSEYNOVA
Qafqaz Universiteti
vhuseynova@qu.edu.az
AZƏRBAYCAN
Dil öyrənərkən fərqinə varmasaq da, dilçilər hesab edirlər ki, dil öyrənmək və dil qav-
ramaq bir-birindən tamamilə fərqlənən prosseslərdir. Bəs bu prossesi necə anlamaq olar və ya
hansı mərhələdə olduğumuzu necə müəyyən edə bilərik? Bu sualı cavablandırmaq üçün ilk
öncə dil nədir, beynimiz dili necə öyrənir suallarının da cavabını bilməliyik.
Dil ünsiyyət vasitəsidir və ya Azərbaycan dilinin izahlı lüğətinin dili ilə desək dil
insanlar arasında ünsiyyət vasitəsi olub, onların bir-birlərini başa düşmələrinə və bir-birləri ilə
fikir mübadiləsi etmələrinə imkan verən səs, söz və qrammatik vasitələr sistemidir. Dünyada
təxminən 6500 dil mövcuddur. Bu dillərdən bəziləri kifayət qədər populyar olsa da,bəziləri isə
azsaylı xalqlar arasında yayılmışdır. Dilə sosial cəhətdən yanaşdıqda isə hətta deyə bilərik ki,
dil bəşər övladı üçün su, oksigen, qida və digər zəruri ehtiyaclar qədər önəm daşıyır. Necə ki
bütün insanlar su içir, nəfəs alır, eləcə də, fikirlərini ifadə edir və ünsiyyət qurur. Bütün
bunları nəzərə alaraq deyə bilərik ki, dil insanın zəruri ehtiyaclarından biridir.
Bəs insan dili necə öyrənir, fikirlərini necə ifadə edir? Dilçi alim və filosof Noam
Chomsky hesab edir ki, yaradılış etibarilə insanın beyni dil öyrənmək qabiliyətindədir. Onun
fikrinə əsasən, insan beynində dil öyrənmək üçün xüsusi bir şablon var və insan zamanla hə-
min şablonu doldurur və nəticə etibarı ilə dili öyrənmiş olur. Hər işdə olduğu kimi dil öyrən-
mə prossesində də təcrübə mühüm rol oynayır, belə ki, insan “beynində zamanla doldurduğu
şablonu” daha sonralar digər ünsiyyət prosseslərində işlətməyə başlayır. Insanın dərk edərək,
amma fərqinə varmadan keçdiyi bu prosses isə dili qavramaq adlanır. Bunu çox sadə bir
nümunə ilə də izah etmək olar. Bildiyimiz kimi insan anadan olduqdan təxminən iki il sonra
dil açmağa başlayır. Yəni bu iki il ərzində o, beynindəki dil şablonunu doldurur və növbəti iki
ildə isə demək olar ki dilin az qala tam istifadəçisinə çevrilir.
Deməli dilin öyrədilməsi prossesində insanların uşaqlıqdan bəri keçdiyi təbii bir yoldan
istifadə etmək daha məqsədəuyğun olar. Hal- hazırda dil öyrətmə metodları arasında geniş
yayılan bu üsul kommunikativ dil öyrətmə metodu kimi tanınır. Kommunikativ dil öyrətmə
metodu 1970-1980- cil illərdə meydana gəlmişdir. Bu metoddan əvvəl istifadə olunan və
geniş yayılmış metod isə dilin qrammatlk cəhətdən öyrədilməsi idi. Dilin qrammatik cəhətdən
öyrədilməsi prossesində qrammatik qanunlar, dillər arasındakı qrammatik bənzərliklər və
fərqliliklər dərindən öyrədilsə də, nəticə ünsiyyət baxımından heç də ürəkaçan deyildi. Bunun
bir sıra səbəbləri var, ən başlıca səbəb isə ondan ibarətdir ki,dilin tədrisi yalnız qrammatik qu-
ruluş üzərindən aparıldığına görə dil öyrənənlərdə öyrəndikləri xarici dildə fikir yürütmək
bacarığı yaranmırdı. Yəni dili öyrənənlər yalnız onlara verilmiş tapşırıqlarla və ya “şablonlar-
la” öyrəndikləri xarici dilin “öhdəsindən gəlirdilər”. Başqa sözlə desək, beyinlərindəki “təbii
şablonu” istifadə etmirdilər, yəni bu metodun istifadəçiləri dili öyrənirdi, lakin onu qavramırdı.
Kommunikativ metodun istifadəçiləri isə, qrammatik dil öyrənmə metodunun əksinə
olaraq, dil öyrənmək üçün uşaqlıqdan bəri təbii keçdiyimiz yolu rəhbər tuturlar. Yəni insan
eyni uşaqlıqda olduğu kimi beynindəki şablonu doldurur və bir müddət sonra dilin istifadə-
çisinə çevrilir. Lakin burada çox önəmli bir sual yaranır. Bəs nə üçün ikinci bir dili öyrənmək
birinci dili öyrənmək qədər asan olmur? əgər məsələ yalnız şablonu doldurmaqdırsa, bu pros-
ses ikinci dili öyrənən zaman niyə bu qədər çətinləşir? Burada bir sıra faktorlar var ki , bunlar-
dan da ən önəmlisi ikinci dili öyrənmə yaşıdır. Ən bəsit təcrübələr belə göstərir ki, ikidilli
ailələrdə doğulan uşaqlar ailədə istifadə olunan hər iki dili öyrənməkdə çətinlik yaşamırlar.
Yəni ,insan iki dili müqayisə edəcək yaşda olduqda ikinci dili öyrənmək daha çətin olur, yəni
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1292
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
bu zaman o təkcə “dil şablonunu” doldurmur, həm də onu müqayisə edir. Təbii ki, dilin öyrə-
nilməsi zamanı yetkin bir insandan heç biri öhdəliyi olmayan uşağın performansını gözləmək
də uyğun olmazdı.
Kommunikativ dil öyrənmə dilin qavranılması ilə nəticələnən prosses olduğuna görə dil
öyrətmədə daha uğurlu üsul hesab olunur. Nəticə olaraq demək olar ki, qrammatik cəhətdən
dilin öyrədilməsi metodu ünsiyyət üçün önəmli olan qavrama prossesini əhatə etmir və buna
görə də dil öyrətmə metodunda uğurlu hesab olunmur.
NƏCƏF BƏY VƏZİROVUN YARADICILIĞINDA ŞƏXSİYYƏTİN
İNKİŞAFINA TƏSİR EDƏN AMİLLƏRİN ROLU HAQQINDA
Aysel DƏMİROVA
Bakı Slavyan Universiteti
aysel_89_24@mail.ru
AZƏRBAYCAN
Şəxsiyyətin inkişafı bütün dövrlərdə aktual olmuşdur. Bunun ən bariz nümunəsi yazıçı
və pedaqoqlarımızın əsərlərində öz əksini tapmışdır. Onlar öz yazılarında insanın təkamül pro-
sesi, inkişafı və ona təsir edən amillər haqqında bu günkü gündə belə dəyərli sayılan fikirlər
söyləmişlər. Belə ziyalılarımızdan biri də Nəcəf bəy Vəzirov olmuşdur. Azərbaycanda faciə
janrının banisi professional teatrın yaradılmasında xüsusi rolu olan Nəcəf bəy Vəzirov öz
məqalələrində, əsərlərində insan, onun tərəqqisi və inkişafına dair gözəl fikirlər qələmə almış-
dır. O, uşağın bədənini bir muma bənzədərək deyirdi ki, uşaqlıqda ona nə forma verilərsə, o
ömrünün sonunadək elə olaraq da qalacaqdır. O, həmçinin əxlaqi ketfiyyətlərin anadangəlmə
olması nəzəriyyələrini də rədd edirdi. Hər bir kəsin eyni dərəcədə tərbiyə olunmağa qabil
olmasını qeyd etmişdir. Hər şeyin irsən övlada valideyndən keçdiyinə etiraz edən Vəzirov
deyirdi ki, insan şəxsiyyəti ictimai mühit və tərbiyənin təsiri altında formalaşır. Gözəl əxlaqi
sifətlər ağıl və bilik nəsilvə nəcabətdən asılı deyil, tərbiyə və şəraitdən asılıdır. O, həmçinin öz
məqalələrində müsəlmanların anadangəlmə cəhalətlə doğulması fikrinə də öz tənqidi müna-
sibətini bildirmişdi. "Ev tərbiyəsinin bir şəkli", "Daldan atılan daş topuğa dəyər", "Yağışdan
çıxdıq yağmura düşdük", "Adı var, özü yox" pyeslərində müsəlman ailələrində dərin kök
salan eybəcər həyat, məişət və əxlaq normaları tənqid hədəfinə çevrilmişdir.
"Adı var, özü yox" komediyasında dramaturq mülkədar mühitinin yetişdirdiyi eybəcər
əxlaqdan, onun səbəbindən danışmışdır. O, bir çox nöqsanların hətta irsi xəstəlik kimi
keçməsini bildirmişdir. Bu komediyanın əsas qəhrəmanı Cənnətli ağadır. Cənnətli ağa böyük
mülkədar olmuş, vaxtilə böyük kəndləri, mülkləri talan etmiş, kəndlilərlə kobud rəftar edərək,
əzazilliyi ilə bütün mahalda ad çıxarmışdır. Dramaturq həmçinin bu pyesdə mülkədarların
belə kobudluqlarının sonunda öz ailələrində, onların əxlaqlarında mənfi xüsusiyyətlərin
meydana gəlməsi faktını da göz önünə almışdır. Vaxtilə bütün mahalı qorxu altında saxlayan
Cənnətli ağa indi həm sərbəstliyi əlindən alınmış, həm də artıq öz ailəsində nizam intizam
qaydalarını itirmişdir. Cənnətli ağa özü çox kobud və tərbiyəsizdir, o, böyük bir ailənin
başçısı olduğu halda nalayiq hərəkət edir. Hərbə, zorba, qaba sözlər bir an belə onun dilindən
düşmür. O, ailə başçısı kimi nümunəvi deyildir. O, bu cür hərəkətləri həm ailəsinə, həm də
onun mühitində yaşayanların hamısına mənfi təsir göstərir. O, heç öz oğlunu belə düzgün
tərbiyə edə bilmir. O, öz ictimai mövqeyinə arxalanaraq oğlu Heydərqulunu oxutmaq istəyir.
Lakin Heydərqulu 1 həftə məktəbdə oxuduqdan sonra oradan qaçır. Ata – baba yolunu üstün
tutur. Atası kimi avaralıq, kobudluq, əyyaşlıq edir. Tənbəllik, avaralıq az qala irsi xəstəlik
kimi atadan – oğula, nəsildən nəsilə keçmişdir. Atası nəinki, onu tənbeh edib, düzgün yola
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1293
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
çəkmir, hətta şikayətə gələnlərə "maşallah deyin, maşallah. Ot kökü üstə bitər" – deyir. Onun
hərəkətlərinə haqq qazandırır. Oğlunun onun bu əyri yolunu davam etdirməsini təqdirəlayiq
bir hal olaraq qəbul edir. Yazıçının burada gəldiyi əsas nəticə isə ondan ibarətdir ki, ağanın
özü tərbiyəsiz olduğu üçün onun oğlu da məhz tərbiyəsiz, kobud biri kimi böyümüşüdür.
Bunun nəticəsi isə çox pis olmuşdur. Hətta iş o yerə gəlib çıxmışdır ki, Heydərqulu öz atasını
tüfənglə vurmaq istəmişdir. Məhz bu cür nəticəni göstərməklə yazıçı burada düzgün olmayan
tərbiyə, tufeyli həyat tərzini tənqid etmiş, bir valideyn necə əxlaqa, davranışa malik olarsa
onun övladı da elə əxlaqa malik olar fikrini əsaslandırmışdır. Vəzirovun düşüncəsinə görə
insan şəxsiyyəti, onun mənəvi aləmi cəmiyyətdəki şəraitin, ailə və məktəb tərbiyəsinin təsiri
altında formalaşır. Pis insan yoxdur, pis hərəkətlərin səbəbi onun cəmiyyətdən, ailədən aldığı
tərbiyədən, mövcud şəraitdən asılıdır. O, azadlığın olmadığı cəmiyyətdə insan ağlının kilid-
ləndiyini, insanların sanki vəhşilik dövrünə geri qayıtması fikrini söyləmişdi. Bu zaman onların
inkişafı durur, heç bir irəliləmə qeyd olunmur. O, xalqın azadlıq uğrunda mübarizəsini, şəx-
siyyətin öz xoşbəxtliyi uğrunda azadlığı kimi qəbul edirdi. Bununla da o azadlığın insanın i-
nkişafı üçün ən vacib məvhumlardan biri olduğunu sübut etmişdir.
SİNİFDƏNXARİC OXU MATERİALLARI VASİTƏSİLƏ
ŞAGİRDİN BƏDİİ ESTETİK TƏRBİYƏSİNİN
FORMALAŞDIRILMASINDA MÜƏLLİMİN ROLU
Ayşə ƏMRAHOVA
aemrahova@std.qu.edu.az
AZƏRBAYCAN
Hələ əski çağlarda incəsənətin estetik funksiyasının gərəyini anlayıblar.Müasir hind ali-
mi Vadiyar Bahadur 1956-cı ildə Madras universitetində oxuduğu mühazirələr kursunda qeyd
edir ki,”incəsənətin əsas məqsədi insanın mənəvi həyatına onun nəcibləşdirici təsir göstərmə-
sidir. Gözəlliyi seyr edərkən,insanın ağlı və ürəyi xeyirxah arzular və hisslərlə dolur.”
İncəsənətə istinad estetik şüuru formalaşdıraraq həyatı obrazlılıq prizmasından görməyi
ona öyrədir.Bədii-mədəni şüur qarşısında isə dünya istisnasız olaraq özünün hər təzahüründə
estetik cəhətdən mənalı və əhəmiyyətli görünür.
Bədii əsər incəsənətin mövcudluq formasıdır,bir bütövlükdən ibarət bədii obrazlar
sistemidir.Bədii əsər eyni zamanda həm fərdi,həm də sosialdır,o həm sənətkarın özünü ger-
çəkləşdirməsi,özünüifadəsidir,həm də ictimai problemlərin həlli,ictimai psixologiya və ideo-
logiyanın ifadəsidir.
İncəsənətin digər növləri arasında ədəbiyyatın aparıcı rol oynamasının səbəbi ondan
ibarətdir ki,incəsənətin bəzi növlərinin əsasında ədəbi əsərlər durur.Pyessiz teatr tamaşası,
ssenarisiz kinofilm,librettosuz opera,operetta və balet,şeirsiz mahnı yarana bilməz.Ədəbiyyat
eyni zamanda potensial şəkildə bütün başqa incəsənətlərin xüsusiyyətlərini bir növ özündə
daşıyır.Bədii ədəbiyyat söz sənətidir.Söz anlayışın,fikrin bilavasitə və birbaşa ifadəsidir.
Hələ erkən yaşlarından şagirdlərə bədii-estetik tərbiyənin aşılanması müəllimin əsas məq-
sədlərindən biri olmalıdır.Bu istiqamətdə bir sıra tədbirlər görülə bilər.Bunlara misal olaraq,
şagirdləri incəsənətin şaxələnmiş qolları olan teatra,musiqiyə,ədəbiyyata cəlb edəcək tədbir-
ləri sadalaya bilərik.
Ədəbiyyatın insanı islahedici funksiyasını heç kim inkar etmək iqtidarında deyildir.
Şagirdlərə ibtidai sinifdən etibarən ədəbiyyatı,kitabları sevdirmək valideynlərin olduğu qədər
müəllimlərin də əsas vəzifələrindəndir. Şagirdlərin elmi və bədii təfəkkürünün formalaşması
və inkişafı çətin, həm də uzun proses olduğu üçün onu yalnız dərslə məhdudlaşdırmaq olmaz.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1294
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Təcrübə göstərir ki, sinifdənxaric tədbirlər şagirdlərin təlimə marağını artırmaqla yanaşı, həm
də onların nitq mədəniyyətinə müsbət şəkildə təsir göstərir.Təbii ki,bu prosesin yaranması və
inkişaf etdirilməsində müəllimin istiqamətverici tədbirləri ön planda durur.Müəllim təşkilatçı-
lıq bacarığından istifadə edərək sinifdən xaric tədbirlərin düzgün təşkil edilməsində və şagird-
lərin bilik,bacarıq və vərdişlərinin inkişaf etdirilməsində əsaslı şəkildə rol oynayır.
Çox zaman bəzi müəllimlər sinifdənxaric və məktəbdənkənar tədbirlərə az fikir verir və
yaxud çox səthi yanaşırlar. Sinifdənxaric iş planlı və müntəzəm olaraq müəllimlərin iş planın-
da özünə layiqli yer tutmalıdır. Əks təqdirdə hərtərəfli insan tərbiyəsindən söhbət gedə bilməz.
Məktəblərdə sinifdənxaric tədbirlər müxtəlif formalarda aparılır ki, bunları da kütləvi
tədbirlər və fərdi iş kimi qruplaşdırmaq olar.Kütləvi tədbirlərə bütün sinfi və ya bir neçə sinfi,
yaxud bütün məktəbi əhatə edən oxucu konfransları, bədii, elmi-kütləvi məruzələr, müəyyən
ədəbi-bədii gecələr, kinolar, rəsm sərgiləri, ekskursiyalar, divar qəzetlərinin çıxarılması və s.
daxildir. Fərdi iş təlim materiallarını müstəqil surətdə mənimsəyən və kütləvi tədbirlərdə sərbəst
iştirak etməyənlərlə aparılır. Bu isə həm tək-tək şagirdlərlə, həm də qrup halında aparıla bilər.
Bu cür tədbirlərin təşkili və şagirdlərin buraya cəlb edilməsi öz müsbət nəticələrini
şagirdlərin nitq mədəniyyətinin inkişafında və fəallığında da göstərir. Sinifdənxaric tədbirlər
şagirdin idarəetmə vərdişlərinin formalaşdırılmasına, elmi dünyagörüşünün genişləndirilməsi-
nə, onda yüksək mənəvi və əxlaqi keyfiyyətlərin formalaşdırılmasına imkan yaradır. Şagirdin
asudə vaxtının səmərəli təşkilini təmin etməklə yanaşı, sinifdə müəyyən fənlərdən verilmiş
biliyi dərinləşdirir, şagirdlərin meyil və qabiliyyətini müəyyənləşdirib üzə çıxarır.
Sinifdən xaric tədbirlərdən biri də sinifdən xaric oxu saatlarının təşkilidir.Sinifdən xaric
oxu işi də şagirdlərin bilik, bacarıq və vərdişlərinin, elmi və bədii təfəkkürlərinin, dünyagö-
rüşlərinin, estetik zövqlərinin formalaşmasına xidmət edir. Bir çox müəllimlər yalnız proq-
ramda müəyyən olunmuş oxu materialları ilə kifayətlənərək şagirdlərin bir növ sərbəstliyini,
araşdırmaçı ruhda tərbiyə olunmasının qarşısını alır.Halbuki sinifdən xaric oxu işi zamanı
şagirdlərin yeni bilik mənimsəməsini,bədii-estetik tərbiyəsinin formalaşmasını bir kənara
qoysaq,onların tədqiqatçılıq bacarıqlarının inkişafına da bir cığır açılmış olur.Belə ki ,sinifdən
xaric oxu işi təşkil olunarkən müəllim şagirdləri konkret bir mövzu ətrafında araşdırma
aparmağa təşvik edir və bunun əsasında hər bir şagird öz tədqiqatının nəticəsi olaraq material-
lar taparaq onları mənimsəyir.
Qeyd etmək lazımdır ki,şagirdlərdə estetik zövqlərinin ictimai təfəkkür və fəallığın ya-
radılmasında sinifdən xaric oxunun çox böyük əhəmiyyəti vardır.Bu işin həyata keçirilməsin-
də düzgün mövzu seçiminin əhəmiyyəti çox böyükdür.Təqdim olunmuş əyani vəsaitlər,tablo-
lar hekayə və şeir parçaları mövzuya uyğun olaraq düzgün seçilməli və ardıcıl icra edilməli-
dir.Məqsədə nail olmaq üçün təsadüfi hallarda deyil,bütün tədris ili müddətində bədii zövqün
formalaşması və zənginləşdirilməsində mütəmadi olaraq iş aparılmalıdır.Şagirdlərin bu sahə-
də həyata keçirdiyi tədbirlər onların təhsilə marağının artmasına və kollektivin ictimai işlərin-
də yaxından iştirak etməsinə həvəslərini artırır.Təcrübə göstərir ki,bədii-estetik zövqü daha
inkişaf etmiş şagirdlər təhsil sahəsində də uğur əldə etməyə səy göstərir və buna nail olurlar.
Estetik tərbiyə şəxsiyyətin tərbiyəsində böyük rol oynayır. O, tərbiyənin digər tərkib
hissələri ilə sıx bağlıdır və əqli tərbiyəyə kömək göstərir: o, insana bilik verir, həyatı dərk et-
məyə yardım edir.Estetik tərbiyə insan əxlaqına güclü təsir göstərir. Ədəbiyyat, incəsənət in-
san mənəviyyatını zənginləşdirir, humanizm, xeyirxahlıq, vətənpərvərlik və b. müsbət keyfiy-
yətlər formalaşdırır.Şagirdlərdə bu cür keyfiyyətləri formalaşdırmaq müəllimlərin əsas məqsə-
dinə çevrilməlidir.Çünki onlar gələcəyin vətəndaşını həyata hazırlayırlar.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1295
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Dostları ilə paylaş: |