Qafqaz Universiteti Materiallar


İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN TƏRBİYƏSİNDƏ



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə84/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   80   81   82   83   84   85   86   87   ...   124

İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN TƏRBİYƏSİNDƏ                            

ESTETİK TƏRBİYƏNİN ƏHƏMİYYƏTİ 

 

Günel HƏSƏNLİ 

Qafqaz Universiteti 



Gunel_hesenli00@mail.ru 

AZƏRBAYCAN 

 

Məlumdur ki, insаn  ətrаf mühiti duyğulаr vаsitəsilə  qаvrаyır.I.M.Sеçеnоvun dеdiyi 



kimi, uşаğın fikrinin kökü hiss еtməsi üzərindədir, bаşqа sözlə  dеsək, uşаq fikirləşməzdən 

qаbаq, ətrаf mühiti hiss оrqаnlаrı (görmə, еşitmə, duymа və s.) vаsitəsilə dərk еdir.Usaqlаrın 

еstеtik tərbiyəsinin  əsаsını  оnlаrın hissеtmə, duymа üzvləri təşkil  еdir. Uşаqlаr uşаqlıqdаn 

еvin, mənzillərin həyətdə, bаğçаdа küçədə təbiətin füsünkаr gözəlliyini, rəsm əsərlərini, mе-

mаrlıq  аbidələrini görür, təhsil aldığı  məktəblərin daxili xarici görünüşünü nəzərdən keçirir 

müqayisə edir küçədə dostları ilə oyunlar oynayır və musiqi dinləyir. Bu аnlаrın bədii təsiri 

nəticəsində  оnlаrın həssаslığı üzə  çıxır.  Əvvəla onu qeyd edək ki, ibtidai sinif şagirdlərinin 

əxlaqi-mənəvi və estetik tərbiyəsi ailə-məktəb-cəmiyyət üçlüyünün qüvvəsi ilə  həyata 

keçirilir. Yalnız bu üçlük sayəsində uğurlarını anlayışlarını genişləndirmək mümkündür. Tər-

biyəçinin daxili gözəlliyi, uşaqlarla ədalətli münasibəti, həssaslığı, pedaqoji məharəti, hər işdə 

ölçü hissini gözləməsi, düzlüyü, doğruçuluğu, mədəniliyi münasibət və davranış estetikasının 

tətbiqi çox təsirli vasitələrdir. Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyədə də baza 

kimi təlim prosesi götürülür.Məktəblərdə  tədris edilən dərslərin, demək olar ki, hamısında 

estetik tərbiyə imkanı vardır. Bir sıra fənlər isə bilavasitə estetik tərbiyə  və  təliminə (rəsm, 

nəğmə əmək fiziki tərbiyə və s.) xidmət edir. Məktəbdə tədris edilən fənlərin hamısı estetik 

tərbiyənin vəzifələrini həll etmək baxımından müəyyən əhəmiyyətə malikdir. Burada müəllim 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1267



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

pedaqoji ustalıq və yaradıcılıq göstərərək şagirdin hisslərinə təsir göstərməli, onun qavrama 

qabiliyyətini, dərk etmə bacarığını  və digər müsbət və  mənfi xüsusiyyətlərini göz önünə 

alaraq dərsi obrazlı şəkildə, bir aktyor məharəti ilə aktyorcasına tədris etmək zərurəti duyulur. 

Buna baxmayaraq bütün fənlərin tədrisində estetik tərbiyə imkanları vardır və onlardan lazimi 

şəkildə istifadə etmək müəllimlərin üzərinə düşür və beləki məktəblilərin estetik tərbiyəsini 

lazımi səviyyədə aparmaq üçün tərbiyənin məlum ümumi prinsiplərini rəhbər tutmaqla yanaşı, 

bir sıra vacib şərtlərə  də  əməl edilməlidir. Estetik tərbiyə insanın mənəvi tərbiyəsi, elmi və 

əxlaqi dünyagörüşünün formalaşdırılması prosesi ilə  sıx  əlaqəli  şəkildə aparılmalıdır.Estetik 

tərbiyədə yüksək ideallq təmin olunmalıdır. Estetik tərbiyə məqsədi ilə istifadə edilən material 

diqqətlə seçilməli, onların ideyaca yüksək,bədii cəhətcə  dəyərli və  zəngin olmasına xüsusi 

fikir verilməlidir.Estetik tərbiyə işində uşaqların yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Uşağı 

gözəllik aləminə daxil edən ayrı-ayrı tədbirlərdə tədriciliyə ciddi əməl olunmalıdır. Məsələn: 

uşaqları böyük ədəbi əsərləri düzgün qavramağa hazırlamaqdan ötrü onlara sadə nağıl-lardan 

danışmağa başlamaq lazımdır.Estetik tərbiyə işində ardıcıllıq gözlənilməlidir. Estetik bacarıq 

və vərdişləri uşağa yavaş-yavaş, həm də bir birilə sıx əlaqədar olan çoxlu çalışmalar nəticəsin-

də aşılamaq olar.Estetik tərbiyə hərtərəfli aparılmalıdır.Estetik tərbiyə işi elə qurulmalıdır ki 

uşaq eyni zamanda həm də incəsənətin müxtəlif növlərilə məşğul ola bilisn. Estetik tərbiyənin 

hərtərəfli aparılması uşaqların xüsusi maraq və meyillərini, qabiliyyət və istedadlarını inkişaf 

etdirməyə imkan veirr.Uşaqların estetik tərbiyəsi sahəsində aparılan işlərdə müvəffəqiyyətin 

bir şərti də məktəblə ailənin, məktəbdənkənar tərbiyə müəssisələrinin, ziyalılarının, ittifaqla-

rının və s. vahid xətt üzrə əlbir işləməsidir..Məktəblilərin estetik tərbiyəsində müvəffəqiyyəti 

təmin edən bir şərt də onları xalq incəsənətinin növlərilə, həmçinin xalqın gözəlliyə dair hik-

mətamiz kəlamları ilə yaxından tanış etməkdir.Uşaqlara estetik tərbiyə vermək üçün müəllim-

lər, valideynlər və uşaqların tərbiyəsilə məşğul olan digər şəxslər də öz estetik mədəniyyət-

lərini yüksəltməlidirlər.Əgər dоğrudаn dа insаn düzgün tərbiyə оlunursа, nəticədə bu tərbiyə 

insаnın gələcəyi üçün işıqlı bir yоl аçır qarşısındakı maneələri dəf etməyə yardımçı olur.Еstе-

tik tərbiyə vаsitəsilə insаn həyаtı gözəllik qаnunlаrı üzrə öyrənir, həm də оnun əqli, əхlаq, fi-

ziki cəhətdən inkişаfı və kаmilləşməsi təmin оlunur. 

 

 



İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNİN TƏLİMƏ MARAĞININ 

ARTIRILMASINDA İKT - NİN ROLU 

 

Günay İBRAHİMOVA 

 

Qafqaz Universiteti 



gibrahimova1@std.qu.edu.az 

AZƏRBAYCAN 

 

Birləşmiş Millətlər Təşkilatı XXI əsri “təhsil əsri” adlandırmışdır. Çünki müasir dünyada 



hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə müəyyən olunur. Möhtərəm 

prezidentimiz İlham Əliyev cənabları təhsilə yüksək qiymət verərək demişdir: “Təhsil Azər-

baycanda davamlı inkişaf strategiyasının  ən öncül istiqamətlərindən biridir.” Təhsil sistemi 

müstəqil Azərbaycan vətəndaşının ümumi dəyərlərini bölüşdürən bir vətəndaş formalaşdır-

malı, qloballaşan və müasir dünyada rəqabətli, peşəkar biliklərə malik bir insanı, bir məhsulu 

yetişdirməlidir. Bu vəzifələr ilk növbədə məktəbin üzərinə düşür. Çünki müasir məktəb – ailə-

nin, cəmiyyətin və dövlətin maraqlarına uyğun olaraq, zəruri biliklərə, həyati bacarıqlara yi-

yələnən, əxlaqi-mənəvi dəyərlər zəminində tərbiyə alan vətəndaş yetişdirmək vəzifəsini key-

fiyyətlə yerinə yetirməlidir. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1268



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Hər bir təhsil müəssisəsinin müvəffəqiyyətinin əsas və başlıca sahələrindən biri də təhsil 

verənlərin keyfiyyətli təhsil vermə bacarığıdır. Bu əsas məsələ, təbii ki, müəllimlərin, yəni təhsil 

verənlərin səviyyəsini, onların keyfiyyətli təhsil vermələrini aşkarlayır. Bu da bir həqiqətdir 

ki, hər hansı məktəbdə peşəsinin vurğunu olan, öz ixtisasını gözəl bilən bir müəllim varsa, o, 

sözsüz ki, məktəbin bütün şagirdlərini arxasınca aparacaqdır. Elmin, biliyin şagirdlərə mək-

təb, müəllim vasitəsilə ötürülməsi heç kəsə sirr deyil. Müdriklərdən birinin də dediyi kimi

məktəb bir cisimdirsə, müəllim onun ruhudur. Bu deyilənlər müəllimin elmin, təhsilin inkişa-

fında, biliklərin şagirdlərə çatdırılmasında necə önəmli rol oynadığını bir daha göstərir. 

Ümumtəhsil məktəblərində ibtidai sinif müəllimlərinin üzərinə xüsusi, böyük məsuliy-

yət düşür. Müəllimlərin ən əsas vəzifəsi ibtidai sinif şagirdlərində təlimə marağın yaradılması, 

inkişaf etdirilməsidir. Nəzərə alsaq ki, ilk bilik, bacarıqlar ibtidai təhsil pilləsində aşılanır, ib-

tidai sinif müəllimlərinin məsuliyyəti daha da çoxalır. İbtidai sinif şagirdlərinin yaş həddi elə 

yaşdır ki, onlara öyrədilən, aşılanan bilik daş üzərində yazıya bənzəyir. Heç vaxt onların 

yaddaşından silinmir. Bunun üçün ilk növbədə ibtidai sinif şagirdlərində təlimə maraq yarat-

maq lazımdır ki, bu da ilk növbədə müəllimin öhdəsinə düşür. 6 yaşlı uşaq ilk dəfə məktəbə 

gələn gündən günün yarısını öz müəlliməsi ilə keçirir, onda müəllim uşağa ana qayğısı ilə ya-

naşmalı, nəvaziş göstərməlidir. Əks təqdirdə şagirddə məktəbə nifrət hissi oyana bilər. Şagird-

də müəlliminə qarşı sevgi yaranarsa, şagird çalışacaq ki, müəllimini sevindirmək üçün daim 

dərsə hazır gəlsin. Digər  əsas  şərtlərdən biri dərsin aktiv, rəngarəng, maraqlı qurulmasıdır. 

Dərsdə yeni təlim üsullarından (müzakirə, diskussiya, problemin həlli, BİBÖ, karusel, test) is-

tifadə olunarsa şagirdlərdə  təlimə maraq artır.  Şagirdlərin öz fikirlərini sərbəst söyləyə 

bilməsi, onların fikrinə hörmətlə yanaşılması da böyük əhəmiyyət kəsb edir. 

Artıq 6 ildir ki, Azərbaycanda yeni təhsil islahatları aparılır. İlk vaxtlar bu bir qədər çə-

tin olsa da, indi yeni fənn kurikulumunun şagirdlərin bilik, bacarıq və vərdişlərinin inkişafın-

da rolunun böyük olduğu təsdiq olunur. Əvvəllər əgər şagirdə yalnız bilik verilirdisə, indi hə-

min biliyin tətbiqetmə bacarıq və vərdişləri də aşılanır.  

Müasir təhsildə  şagirdlərin təlimə marağının artırılmasında  İKT-nin rolunu xüsusilə 

qeyd etmək lazımdır. Müasir təhsili İKT-siz təsvir etmək mümkün deyil. Artıq İKT təhsilin 

ayrılmaz bir hissəsidir.  

Tədris prosesində interaktiv lövhədən istifadə edilməsi dərsin əsas prinsiplərindən biri-

ni, onun əyaniliyini təmin edir. Elektron lövhə yəni, "Ağıllı" lövhə kompyuterə qoşulan mik-

roskop, skaner, pəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri də pro-

yektor vasitəsilə qəbul edə bilir ki, bu da məktəblərdə virtual laboratoriyaların təşkilində mü-

hüm əhəmiyyətə malikdir."Ağıllı" lövhənin bir üstün cəhətini də xüsusi qeyd etmək lazımdır 

ki, onun üzərində aparılan bütün əməliyyatları, dərsin gedişini, hazırlanmış şablonları, model-

ləri kompyuterin daimi yaddaşında saxlamaq və dəfələrlə istifadə etmək olar. Belə ki, şagird 

iştirak edə bilmədiyi dərsin elektron variantı ilə sonradan tanış ola bilər və ya təlimdən geri 

qalanlar həmin materialı tam qavrayana kimi təkrar-təkrar kompyuterdə izləyə bilərlər.  

Orta məktəbdə ibtidai sinif şagirdləri ilə keçirdiyim sorğuya əsaslanaraq onu qeyd edə 

bilərəm ki, şagirdlər yeni təlim texnologiyaları vasitəsilə  dərsləri daha yaxşı  mənimsəyir, 

öyrəndikləri bilikləri əyani şəkildə gördüklərindən onu real həyatlarında bacarıqlara çevirərək 

istifadə edə bilirlər. Şagirdlərin cavablarında belə nəticəyə gəlmək olur ki, İKT-nin təhsildə 

rolu onların təlimə marağının artmasına və yeni biliklər öyrənməsinə səbəb olur. 

 Lakin İKT-nin məktəblərdə tətbiqində bəzi problemlər vardır: a) maliyyə çatışmazlığı; 

b)Pedaqoji heyətin maaşının az olması, üstəlik kompyuter biliklərini öyrənməyə əlavə vaxt və 

enerji sərf etdiklərinə görə müəllimlərin əməyini stimullaşdıran sistemin olmaması; c)məktəb-

lərdə İKT-dən istifadənin üstünlükləri və imkanları ilə bağlı maarifləndirmə işinin yetərincə 

olmaması, mövcud olan İKT-dən, o cümlədən kompyuter və internetdən səmərəli istifadə 

edilməməsi və s.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1269



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İKT görmə vasitəsilə informasiya qəbulunun imkanlarını artırır, belə ki, gözlə görün-

məyən, rəng və formasını  dəyişən  əşyaların təsvirini reallaşdırır. Video və ya animasiyalar 

formasında olan tapşırıqların yaxşı mətn və gözəl musiqinin müşayiəti ilə verilməsi  şagirdə 

güclü təsir edərək, onun bədii zövqünün inkişafına, materialı daha yaxşı mənimsəməsinə səbəb 

olur. Beləliklə, İKT nəinki insanın əqli imkanlarını inkişaf etdirir, həmçinin yeni inkişaf pers-

pektivləri, yeni qlobal mədəniyyət sistemi yaradır və təhsilin keyfiyyətinin yüksəldilməsi üçün 

maraqlı imkanlar açır. İKT-nin təlimdə istifadəsi və təhsil şəbəkələrinin yaradılması təhsilin 

gələcək inkişafı üçün vacib şərtdir. 

 

 



DİNLƏMƏ MƏTNLƏRİNİN MƏZMUNUNA VERİLƏN BAŞLICA 

TƏLƏBLƏR 

 

Nərgiz RAMİZZADƏ 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



nargizramizzadeh@gmail.com 

AZƏRBAYCAN 

 

Ümumi təhsilin bütün pillələrində Azərbaycan dili təliminin qarşısında duran başlıca 



məqsəd şagirdlərdə nitq və idraki bacarıqlar formalaşdırmaqdır. Dil dərslərində tətbiq olunan 

bütün növ çalışmalar, iş növləri, metod və priyomlar, təqdim edilən materiallar birbaşa və do-

layı yolla məhz bu məqsədə xidmət edir. Bu baxımdan dinləmə mətnlərinin də əhəmiyyəti ol-

duqca böyükdür. 

Məlumdur ki, dil dərslərində şagird düşünməyə və düşündüklərini aydın, düzgün ifadə 

etməyə təhrik edilir. Təfəkkür məhsulu olan material isə mətn formasında verilir. Mətnlər üz-

rə iş Azərbaycan dili dərslərinin mərkəzində durur. Bu heç də təsadüfi deyil. Çünki mətn linq-

vistik və metodik əsaslara malikdir. "Mətn sintaktik səviyyədə ən yüksək vahiddir." Mətndə 

dil və nitq haqqında bütün məlumatlar yerləşdirilir. Biz fikirlərimizi mətn şəklində ifadə edir, 

yazır və düşünürük. Ona görə də təsadüfi deyil ki, son dövrlərdə dil təlimi ilə bağlı aparılmış 

tədqiqatlarda mətn üzərində aparılan işlərə xüsusi diqqət yetirilir. Mətnlər bütün istiqamətlər-

də istər pedaqoji, istər psixoloji aspektdə işlərin aparılması üçün material verir. Onun vasitəsilə 

şagirdlərdə başlıca bacarıqlar formalaşdırılır. Buna görə də dinləmə mətnləri üçün material se-

çərkən diqqətli olmaq lazımdır. Dinləmə  mətnlərinin məzmununun düzgün seçilməsi ideya-

siyasi, mənəvi və estetik tərbiyəni təmin edir. Bu mətnlər vasitəsilə şagirdlərdə vətənə məhəb-

bət və sədaqət, xeyirxahlıq, təvazökarlıq, əməksevərlik, doğruçuluq kimi əxlaqi keyfiyyətlər 

aşılanır. Şagirdlərin dünyagörüşünün formalaşmasında da mətnlərin rolu əvəzsizdir. 

Məktəblilərin ünsiyyət bacarığının formalaşdırılması üçün onlara mətn qurmağı öyrət-

mək, buna müvafiq mətn nümunələri göstərmək, onların strukturunu, dil xüsusiyyətlərini, 

kommunikativ imkanlarını  mənimsətmək lazımdır. Mətn təkcə nitq vərdişlərinin deyil, həm 

də linqvistik bilik və bacarıqların inkişafında xüsusi əhəmiyyət kəsb edir. Müəllim elə mətnlər 

seçməlidir ki, burada müvafiq bacarıqların yaradılması üçün lazımi dil faktları öz əksini tapsın 

və şagirdlərin diqqəti həmin faktlara asanlıqla yönəldilə bilsin. 

Mətnlər üzrə iş şagirdlərin idrak qabiliyyətini inkişaf etdirir, fikri itiliyini artırır, onlarda 

fikir mübadiləsi aparmaq, öz mülahizəsini demək arzusu oyadır. Bu prosesdə məntiqi təfək-

kürün inkişafı üzrə də iş gedir. Belə ki, mətndə məntiqi əlaqələr tapılır, əşya və hadisələr mü-

qayisə edilir, iştirak edən şəxslərin xarakteristikası verilir, oxşarlığına və fərqli xüsusiyyətlə-

rinə görə tutuşdurulur. 

Dinləmə  mətni kimi müxtəlif məzmunlu parçalar seçilə bilər. Birinci sinifdə adətən 

məktəblilərin həyatı, ailə, vətənpərvərlik mövzusunda mətnlər verilir. Yuxarı siniflərə qalx-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1270



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

dıqca məzmun daha da genişləndirilərək mürəkkəbləşdirilir. Buraya heyvan, quş və bitkilərin 

həyatı, tarixi xarakterli materiallar, elmi və bədii xarakterli parçalar və s. daxil edilir. Eyni za-

manda dinləmə mətnləri üçün material seçilərkən onların qrammatik mövzularla əlaqəliliyinə 

də diqqət yetirmək lazımdır. Müəllim çalışmalıdır ki, seçilmiş materialda yeni keçilən qram-

matik qaydanı əks etdirən faktlar kifayət qədər olsun. 

Dinləmə mətnlərindən gözlənilən nəticəni almaq üçün şagirdlərin psixoloji və fərdi xü-

susiyyətlərini də nəzərə almaq lazımdır. Məkətəbə yenə gələn şagirdlər yeksənəq iş nəticəsin-

də tez yorulurlar. Bu baxımdan uşaqların diqqətinin tərbiyəsinə xüsusi qayğı ilə yanaşmaq 

lazımdır. Bu yaş dövrü uşaqlarının diqqəti  əsasən qeyri-ixtiyari və davamsız olur. Onların 

fikirləri asanlıqla başqa yerə yönəlir. Onlar diqqətini uzun müddət bir obyekt üzərində saxlaya 

bilmirlər. Eyni zamanda bu yaş  uşaqlarda diqqətin darlığı da xarakterikdir. Məhz uşaqların 

təlimdə geriləmələrinin səbəblərindən biri kimi diqqət problemi göstərilir. Ona görə də müəl-

lim təlim prosesində uşaqların iradi diqqətini tərbiyə etməli, tədricən uşaqların əlverişsiz şəra-

itdə  də diqqətlərini yönəltməyə nail olmalıdır. Pedaqoji tələb kimi müəllim asandan çətinə, 

sadədən mürəkkəbə prinsipini əldə rəhbər tutmalıdır vəo şagirdlərin yaş və anlama xüsusiy-

yətlərindən çıxış edərək materialın həcmini, çətinlik dərəcəsini, təlimin vasitə və metodlarını 

tənzim etməlidir. 

Bildiyimiz kimi, məktəbə yeni qədəm qoyan şagirdlər bir-birlərindən həm xarakterləri-

nə, həm də psixoloji xüsusiyyətlərinə görə  fərqlənirlər. Müəllim onlarla əməkdaşlıq etməli, 

mümkün olduqca şagirdlərə fərdi şəkildə yanaşmalı və onların hər birini təlim prosesinin fəal 

iştirakçısına çevirməlidir.  

 

 

ANA DİLİ DƏRSLİKLƏRİNİN KURIKULUM ÜZRƏ TƏHLILI 



 

Gülşən MEHDİZADƏ 

ADPU 


mehdizade.gulshen@mail.ru 

AZƏRBAYCAN 

 

Fatma xanım Bünyadova və prof. Bəhlul Abdullanın birgə yazdıqları “Təlim və tərbi-



yədə interaktiv texnologiya” kitabında göstərilir ki, dərsin əsas keyfiyyətlərindən biri şagird 

“mən”inin müəyyənləşdirilməsidir. Burada, birinci növbədə, nəzərə alınmalıdır kı, şagird təh-

sil və təlimin standart yox, çoxçeşidli, yəni çoxnövlü “istehsal vasitəsi”dir. 

Hər bir şagirdin gördüyünə, eşitdiyinə, hətta əli ilə toxunduğuna baxış və münasibəti də 

başqa-başqadır. Tədris olunan dərsi, yəni mənimsədilmə materialını da onların hamısı eyni 

şəkildə  qəbul etmirlər. Mövzunun məzmunu aşıladığı ideya onların duyğu və düşüncələrinə 

ayrı-ayrı şəkildə təsir göstərir. 

Deməli,  şagirdlərin  şəxsiyyət kimi formalaşmasına, vətəndaş kimi böyüməsinə, yetiş-

məsinə çalışan müəllim və müəllimlər, ümumi şəkildə məktəb, bu yolun əvvəlinin şagirdi ta-

nımaqdan, şagird “mən”ini öyrənməkdən başlandığını bilməli, bunu təlim-tərbiyə məqamında 

öz işinin tərkib hissəsinə çevirməsi əsas məqsəddir.  

İbtidai təhsilin nəzəri və praktik problemlrini ardıcıl olaraq araşdıran Y.Ş.Kərimov da 

ibtidai təlimi təhsil sisteminin bünövrəsi kimi dəyərləndirərək onun məzmununun prob-

lemlərinin həll olunmasını zəruri hesab etmişdir: “İbtidai təlim təhsil sisteminin bünövrəsidir. 

Bir sıra ümumpedaqoji bacarıq və vərdişlər (dinləmək və eşitmək, baxmaq və görmək, sual 

vermək, suala cavab vermək, oxumaq, yazmaq, saymaq, hesablamaq. Fəaliyyəti planlaşdır-

maq təlim tapşırığını yerinə yetirmək, özünənəzarət və özünüqiymətləndirmə ilkin vərdişlər 

və s.) bu mərhələdə yaranır. Bu baxımdan  əgər söhbət təhsil sisteminin məzmunundan ge-

dirsə, ilk növbədə, məhz ibtidai mərhələnin məzmunu məsələsi həll olunmalıdır”. 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1271



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Ədəbiyyatşünas-tənqidçi F.Köçərli ana dilini millətin mənəvi birliyi hesab edirdisə, xalq 

yazıçısı M.İbrahimov 1957-ci ildə “Azərbaycan dili” kitabının 21-ci səhifəmizdə yazırdı: 

“Dilimiz ən yüksək romantikanın, ən təsirli realizmin dilidir. Bu dil qanadlı xəyalları, coşqun 

ehtirasları dərin ifadə edə bilir... Bu dil gözəldir, cazibəlidir, şeirlə, musiqi ilə doludur”. 

Ana dilinin tədrisi metodikasının təşəkkülü, onun XX əsrin əvvəllərinədək olan vəziy-

yəti, tarixi inkişaf mərhələləri, didaktik əsasları, savad və oxu təlimi, nitq hissələrinin, qram-

matik məfhumların, orfoqrafiyanın təlimi və s. məsələlər prof. Y.Kərimovun 2011-ci ildə 

“Köşvər” nəşriyyatı  tərəfindən çap edilmiş “Ana dilinin tədrisi metodikası” dərsliyində sis-

temli şəkildə təhlil edilmişdir. Deməli, ana dili ibtidai siniflərdə fənlərin mənimsədilməsində 

mühüm rola malikdir. 

Sovetləşmə dövrünün ilk illərindən ana dilinin tədrisi metodikası yeni bir inkişaf yoluna 

düşdü. Rusiya ibtidai sinif məktəblərinin proqramları əsasında yeni ana dili və oxu dərslikləri 

yaradıldı.Yeni proqramlarında ana dilinə aparıcı bir fənn kimi xüsusi yer verilirdi. Nitq inki-

şafı, canlı danışıq dili tədrisinin məzmun və forması dəyişdi. “Ana dili proqramlarına aid me-

todiki izahatlar” başlığı ilə pedaqoji mətbuatda silsilə yazılar dərc olunardı. 

Sonralar dövrün, zamanın tələblərinə uyğun olaraq ibtidai siniflər üçün proqram və 

dərsliklər yaratmaq zərurəti meydana çıxdı. Ana dilinin tədrisi metodikası sahəsində A.Abdul-

layevin və  Ə.Dəmirçizadənin rəhbərliyi ilə yeni metodist-dilçilər nəsli yetişdi. 1961-ci ildə 

indiki Təhsil Problemləri İnstitutu bazasında Y.Kərimovun rəhbərliyi ilə ibtidai təlim metodi-

kası  şöbəsi yaradıldı, ana dili təliminin məzmunu yeniləşdirildi, yeni dərsliklər, proqramlar 

hazırlandı. 

XX əsrin sonlarına doğru Azərbaycan ikinci dəfə milli müstəqillik dövrünə qədəm qoysa 

da, bir sıra dünya ölkələrinin diqqətindən yayınmadı. Hələ müstəqillik yolunda tərəddüdlü 

addımlar atan zaman respublikamızın təkcə iqtisadiyyatına deyil, hətta onun elminə, maarifi-

nə, ibtidai təhsil sisteminə də bir sıra xarici ölkələr nüfuz və müdaxilə etməyə başlamışdı. Bu 

bir tərəfdən təhsilimizə, elm və maarifimizə müdaxilə cəhdi ilə bağlıdırsa, digər tərəfdən özü-

müzün “təşəbbüskarlığı” ilə bağlı idi. Bunun nəticəsi olaraq artıq ABŞ-ın , Avropanın təhsil 

proqramlarının bir çox elementləri, eksperimenti ibtidai, ali və orta ixtisas məktəblərimizdə 

kök saldı. 

Adi müəllim  şagirdlərə  həqiqəti çatdırır,Yaxşı müəllim isə  həqiqəti tapmağın yolunu 

öyrədir. (A.Disterveq) 

Dünya təhsil sisteminə inteqrasiya məqsədi ilə 2006-cı ildən Azərbaycan Respublikası-

nın ümumi təhsil konsepsiyası (Milli Kurikulum) sənədi qəbul edildikdən sonra UNİCEF-in 

xətti ilə məktəblərdə təhsil islahatının icrasına başlandı. 2007-2008-ci tədris ilindən başlaya-

raq köklü şəkildə interaktiv təlim metodu “Kurikulum” konseptual dövlət sənədində öz əksini 

tapdı. Kurikulum mənşəcə latın sözü olub lüğəti mənası “yol”, “istiqamət” deməkdir. İndi bu 

söz dilimizdə termin kimi işlənir. Azərbaycanın pedaqoji terminalogiyasına 90-cı illərin axırın-

da daxil olmuşdur. Kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün 

məsələləri özündə əks etdirən konseptual sənəddir. 

Hal-hazırda ibtidai sinfin ana dili dərslikləri inkişaf etməkdə olan gələcək nəslin maraq 

dairəsini əhatə etmək üçün daim yenilənir və milli mənəvi dəyərlərimiz üzərində təkmilləşdi-

rilir. 

İstifadə olunan dərsliklər şafirdlərin və müəllimlərin bələdçisi və öyrənməyi öyrətmək 



prinsipi üzərində tərtib olunmuşdur. 

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin