Qafqaz Universiteti Materiallar



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə85/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   81   82   83   84   85   86   87   88   ...   124

 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1272



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

HEYDƏR ƏLİYEVİN TƏHSİL İRSİNDƏ PEDAQOJİ                                 

KADR HAZIRLIĞI MƏSƏLƏLƏRİ 

 

Mehriban SƏRDAROVA 

ADPU 


mehribanserdarova@mail.ru 

AZƏRBAYCAN 

 

“Məktəbin müəllimlərin əsas vəzifəsi bizim 

cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli 

vətəndaşlar hazırlamaqdır”. 

Heydər Əliyev 

 

Heydər  Əliyevin çoxsaylı  fəaliyyətinin  əsas istiqamətlərindən birini onun təhsil, elm, 



milli kadr hazırlığı  məsələlərinin həlli təşkil edir. Onun təhsil sahəsindəki xidmətləri, dərin 

mənası, elmi tutumu, praktik əhəmiyyətliliyi ilə hələ uzun müddət inkişafımıza təkan verəcək, 

ideyalarımızın istinad mənbəyi olacaqdır.  

Heydər  Əliyevin böyük uzaqgörənliyi ilə müəyyənləşdirdiyi inkişaf strategiyasının 

mühüm istiqamətindən biri kimi təhsil islahatı da parlamentimiz tərəfindən 1999-cu il 15 iyun 

tarixində təsdiq edilən “Təhsil sahəsində İslahatlar Proqramı” çərçivəsində milli təhsil strate-

giyası və konsepsiyası günümüzəcən həyata keçir və uğurla davam etməkdədir.  

İslahat proqramında müəllim hazırlığı dövlət  əhəmiyyətli məsələ kimi qarşıya qoyul-

muş, bu sahədə ciddi tədbirlərin həyata keçirilməsi vacib vəzifələrdən biri hesab edilmişdir. 

Bununla  əlaqədar təhsilin məzmununda dəyişikliklər aparımış, mütəxəssislər hazırlığı  məz-

mununa və səviyyəsinə verilən məcburi minimum tələbləri əhatə edən dövlət standartları, buna 

müvafiq eksperimental ali və ya orta ixtisas baza təhsil proqramları və tədris planları hazırlan-

mışdır. 

Pedaqoji kadr hazlırlığı ilə bağlı təhsil islahatı proqramında qarşıya qoyulan əsas vəzifə 

XX  əsr təhsil sistemində  əldə etdiyimiz yaxşı nailiyyətləri qorumaq, bürokratik ünsür və 

təsirlərdən qorumaq, qabaqcıl xarici ölkələrin təlim-tərbiyə sistemində yaxşı proqressiv nə var-

sa inteqrasiya yolu ilə mənimsəmək və beləliklə, müstəqil Azərbaycan Respublikasında onun 

milli xüsusiyyətlərini və tarixi ənənələrini  əks etdirən bütün nöqsanlardan azad, mükəmməl 

təlim-tərbiyə sistemi yaratmaqdan ibarətdir. 

Pedaqoji kadr hazırlığında ümumi təhsilin aparıcı rolunu Heydər Əliyev dəfələrlə vur-

ğulamışdır. Onun ümumi təhsil müəssisələrində müəllimlərlə görüş və söhbətləri, “tələbə qə-

bulunu respublikanın həyatında mühüm hadisə” kimi qiymətləndirməsi bu məqsədə xidmət 

edir. Baza təhsilinin mühümlüyünü H.Əliyev belə qiymətləndirir: “Bizim gənclər orta mək-

təbdə yaxşı təhsil, həqiqi mənada yaxşı təhsil almalıdırlar. Bunu bilmək lazımdır ki, gənclər 

bizim gələcəyimizdir. Müstəqil Azərbaycanın gələcəyi gənclərdin əlindədir, gənclərə verilə-

cəkdir. Ona görə  də  məktəbdə  gənclərimizi nə  qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil 

Azərbaycanın gələcəyi də bir o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır... Ona görə də 

müəllimlərdən tələb olunur ki, bütün imkanlardan istifadə edib... gənclərin yaxşı təhsil almasını 

təmin etsinlər. Çünki məktəb, müəllimlər Azərbaycanın gələcəyi üçün böyük məsuliyyət da-

şıyırlar...”. 

Bu məqsədlə həyata keçirilən çoxistiqamətli işlərdən biri də 13 iyun 2000-ci il təhsilin 

təkmilləşdirilməsi haqqında fərmanın 10-cu bəndinə  əsasən pedaqoji kadrların ixtisaslarının 

artırılması, yenidən hazırlanması ilə müəllim kadrların hazırlığına yeni əsaslarla başlanması 

oldu. Pedaqoji kadrların hazırlığında beynəlxalq əlaqələrə mühüm yer verildi. Belə ki, Bey-

nəlxalq təşkilatlar və dünyanın bir çox qeyri-dövlət təşkilatları ilə, müxtəlif ölkələrin təhsil 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1273



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

qurumları ilə əlaqələr genişlənməkdə davam edir. Məsələn, Almaniyanın Akademik Mübadi-

lələr Xidməti sıx və səmərəli əməkdaşlıq, azərbaycanlı müəllimlər, tələbələr, aspirantlar staj-

lar keçməsi uğurla davam etməkdədir. Türkiyə dövlətinin təhsil sistemi ilə geniş əməkdaşlıq, 

iki ölkə arasında diplomların və ixtisasların qarşılıqlı tanınması haqqında protokola əsasən 

dərsliklərin və yeni ixtisasların artırılması, dərs vəsaitlərinin birgə hazırlanması həyata keçiril-

məyə davam edir. Pedaqoji kadr hazırlığında mühüm işlərdən biri də aparılan rəğbətləndirmə 

tədbirləridir. Təhsil Nazirliyinin pedaqoji kadr hazırlığı aparan ali təhsil müəssisələrinin müəl-

limlik ixtisasina yüksək balla qəbul olunmuş tələbələr üçün məqsədli təqaüdünün təsis edil-

məsi dövlət strategiyasına uyğun olaraq peşəkar bilik və kompetesiyalara malik pedaqoji kadr-

ların hazırlanmasına xidmət edir. 

Bir sözlə, pedaqoji kadrlarının hazırlığının həyata keçirilməsinin konseptual ideyası və 

təməl prinsipləri Heydər Əliyevin irəli sürdüyü müddəalara əsaslanır: 

- təhsil sahəsində yenilənmə inqilabi yol ilə deyil, təkanlı yol ilə həyata keçirilməlidir; 

- dünyanın inkişaf etmiş  təhsil sistemi ilə hazırda həmin ölkələrdə  təhsil sahəsində 

aparılmaqda olan islahatlarla yaxından tanış olunmalıdır; 

- xalqımızın milli-mənəvi xüsusiyyətlərini, adət-ənənələrini, milli mentalitetini, xüsusilə 

təhsil sahəsində XX əsrdə Azərbaycanda formalaşmış mütərəqqi  ənənələrindən səmərəli 

istifadə etməlidir; 

- təhsil sisteminin hazırkı dövrdəki vəzifələri, onun problemləri dərindən öyrənilməli, 

prioritet sahələri müəyyən edilməlidir; 

- Azərbaycanın təhsil sistemi milli zəminə əsaslanmaqla bəşəri dəyərləri özündə ehtiva 

etməlidir. 

Beləliklə pedaqoji kadr hazırlığının sabahını düşünərkən bu günkü reallıqlar tam 

əminliklə deməyə imkan verir ki, təhsil sahəsində həyata keçirilən köklü islahatların məqsədi 

təkcə  hərtərəfli biliyə, savada malik pedaqoji kadrlar yetişdirmək yox, həm də müstəqil, 

demokratik, açıq cəmiyyət quruculuğu işində fəal iştirak edən, Azərbaycanın dünya birliyinə 

inteqrasiyasını daha da dərinləşdirməyə kömək göstərən əsl vətəndaşlar, şəxsiyyətlər tərbiyə 

etməkdir. 

 

 



QARABAĞ MÖVZÜSUNUN FƏNLƏRİN TƏDRİSİNDƏ ROLU 

 

Ülya ŞİRİNZADƏ 

Təhsil Problemləri İnstitutu 



shirinova_ulya@yahoo.com 

AZƏRBAYCAN 

 

Ümumtəhsil məktəblərində tədris olunan fənlərin məqsədi şagirdlərdə fənlərə dair spesi-



fik bilik və bacarıqlarla yanaşı, onlarda azərbaycançılıq , vətənpərvərlik hissləri formalaşdır-

maqdır. Hər bir təhsilalan Azərbaycan xalqının dili, tarixi, coğrafiyası, mədəniyyəti barədə 

bilgilərə yiyələnməklə milli-mənəvi dəyərlərimizi qorumağı, onu dəyərləndirməyi bacarmalı-

dır. Bu gün Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın (Xankəndi, Xocali, Şuşa, Laçin, 

Xocavənd , Ağdərə, Ağdam ,Cəbrayil, Füzuli, Qubadli, Zəngilan rayonları)ermənilər tərəfin-

dən işğal olunduğu, onun uğrunda döyüşlərin aparıldığı bir zamanda bu daha mühüm əhə-

miyyət kəsb edir.  

Qarabağ haqqında bu gün umumtəhsil məktəblərində  şagirdlər nəyi öyrənir? Qarabağ 

tarixinin dərindən öyrədilməsi hazırkı dövrdə mövcud olan ictimai-siyasi şərait baxımından 

həm də vətəndaşlıq mövqeyinin təzahürü, gənclərdə milli iftixar hissinin gücləndirilməsi baxı-

mından mənəvi stimuludur.  


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1274



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Bu məqsədlə ümumtəhsil məktəblərində tədris olunan fənlər araşdırlıdı . Araşdırmalar 

zamanı müəyyən edildi ki, Azərbaycan dili, Ədəbiyyat, Azərbaycan tarixi, Həyat bilgisi, 

Coğrafiya, Musiqi fənlərinin məzmununda Qarabağla bağlı materiallar öz əksini tapmışdır.  

Birinci sinifdən başlayaraq məktəblilər Qarabağın tarixi və  təbii zənginliyi ilə tanış 

olurlar. I sinif “Azərbaycan dili” dərsliyində məktəblilərə mətn şəklində məlumat verilmişdir: 

“Qarabağ Azərbaycanın ən gözəl guşələrindən biridir. Artiq necə illərdir ki, Qarabağ erməni-

lər tərəfindən işğal olunub. Xain düşmən tarixi abidələrimizi talan edir. Məsciddlər dağılıb. 

Lakin igid oğullarımız Qarabağı mütləq azad edəcəklər. Azərbaycanın bayrağı yenidən Şuşa 

qalasında dalğalanacaq.”  

II sinif “Həyat bilgisi” dərsliyindəQarabağ barədə tarixi faktlar nüaslar şəklində qeyd 

olunub.  

“Azərbaycan tarixi” fənninin dərsliyinin ilk mövzusu Qarabağla bağlıdır. “Azərbaycan 

ərazisində ən qədim insan məskəni Qarabağdadır” mövzüsu ilə başlayır hər sinif dərsliyi. 

VI sinif “Ədəbiyyat” dərsliyində Hikmət Ziyanın “Qarabağ” şeiri “Qarabağ haqqinda nə 

bilirsən? ,“Daha nə bilmək istərdin?” kimi suallar və şagirdlərin araşdırması üçün tapşırıqlar 

verilmişdir.  

VI və VII sinif Rus bölməsində tədris olunan “Ədəbiyyat” fənni dərsliyində Rəsul Rza 

“Qarabağ” şeiri, Suleyman Rüstəm “ Qarabağ torpağım mənim” və Bəxtiyar Vahabzadənin Qa-

rabağa həsr olunmuş eyni adlı şeirləri tərçümə edilərək vətənpərvərlik fəsli adı ilə verilmişdir.  

“Musiqi” fənninin tədrisində I – VII musiqili mövzülar verilmişdir. I sinif musiqi dərs-

liyində Suleyman Əskərovun “Qarabağ şikəstəsi”, II sinif dərsliyində Suleyman Əskərovunun 

“Vətənim mənim”, Oqtay Rəcəbovun “Vətənim mənim” adli musiqilər haqqında məlumat ve-

rilmişdir.III sinif dərsliyində “Qarabağ şikəstəsi” ritmik muğam IV sinif dərsliyində Cavanşir 

Guliyevin “Əskər marşı” yer alır. V sinif dərsliyində C.Cahangirovun “Qarabağ” VI sinif dərs-

liyində Milli Qəhrəman obrazı Cingiz Aratoriyası “Ağlama xalqım ağlama” və VII sinif dərsli-

yində “Sənin adını qoruyaq” musiqisi Oqtay Rəcəbovun “Ağ atlı oğlan” filmindən əsəri öz ək-

sini tapmışdır. Toplanda “Musiqi” fənni dərsliyində vətənpərvərlik ruhunda yazılmış əsərlər 

yer alır. 

Bu mövzu “Coğrafiya” fənnində  də öz əksini tapıb. VII sinif dərsliyində Azərbaycan 

Respublikasının bitki örtüyünün öyrənməsində Qarabağ torpaqları haqqında . 

Bundan əlavə 2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində 

“Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur.  

 “Qarabağ tarixi” kursunun tədrisində əsas məqsəd məhz Azərbaycanın bu dilbər guşəsi-

nin qədim tarixi və  zəngin mədəniyyəti haqqında  şagirdlərdə dolğun təsəvvür yaratmaqdan 

ibarətdir. Bu kursun tədrisi şagirdlərin dünyagörüşünü və məlumatlılıq səviyyəsini inkişaf et-

dirməklə yanaşı, onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacaqdır. 

 

 



MƏKTƏBİN İDARƏEDİLMƏSİNDƏ LİDERLİK ANLAYIŞI 

 

Fərzanə SƏMƏDZADƏ 

Qafqaz Universiteti 



farzanasamedzade@gmail.com 

AZƏRBAYCAN 

 

 Məktəb idarəçisi üçün idarəetmə elminin təqdim etdiyi əsas anlayış, bilik və bacarıqlara 



sahib olmaq kifayət deyil. Məktəb idarəçisi, əslində tədris proqramlarının inkişaf etdirilməsi 

və planlanması, məktəbdə ümumi və xüsusi olaraq aparılan tədrislə qazandırılan bilik, dəyər 

və davranışların ölçülməsi və dəyərləndirilməsi kimi öhdəliklərə sahib olmalıdır. Məktəb ida-

rəçisi “pedaqoji lider” olmalıdır. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1275



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 Pedaqoji liderlik, bir mənada məktəb idarəçisinin, məktəbin mövcud olma səbəbinin 

“şagirdin müvəffəqiyyətlə yetişməsini təmin etmək” olduğu reallığını xatırlamasıdır. Pedaqoji 

liderlik, idarəçinin vəzifə yerinin şəxsi kabineti xaricində olan sinif və  məktəb dəhlizləri 

olduğu düşüncəsinə  əsaslanır. Pedaqoji liderlik, yaxşı  şagird yetişdirmə  və müəllimlər üçün 

əlverişli öyrənmə şəraiti yaratmağa yönəlik olaraq məktəbin çalışma mühitinin qaneəedici və 

məhsuldar bir hala gətirilməsi üçün göstərilən fəaliyyətləri ifadə edir. Pedaqoji liderlik, əslin-

də tədris prosesinə liderlik edilməsidir. 

 Məktəb idarəçisinin “pedaqoji lider” olaraq sahib olması  gərəkən təməl rol modelləri 

U.Smith və R.Andrews 1989-cu ildə çap olunan “Instructional Leadership: How Principals 

Make a Difference” kitabında 4 şəkildə təsnifləşdirilmişdir: 

1. Mənbə yaratmaq rolu: 

 

•  İdarəçi, məktəbi məqsədinə çatdırmaq üçün gərəkli olan hər cür mənbəni tapar və tə-



min edər. 

2. Tədrisin təşkili baxımından mənbə olmaq rolu:  

• 

İdarəçi, müəllimlərlə ünsiyyət quraraq onların yeni tədris vəsaitlərindən və  tədris 



strategiyalarından istifadə etmələrini təmin etməlidir. 

3. Ünsiyyət yaratmaq rolu: 

• 

İdarəçi bu rolunu məktəbin vizyonunun, proqramının hərkəs tərəfindən anlaşılması-



nı təmin edərək, yəni məktəbin mövcud tədris heyəti arasındakı ünsiyyəti gücləndirərək yeri-

nə yetirir.  

4. Öndə olan bir insan olmaq rolu: 

• 

İdarəçi, pedaqoji lider olaraq sinif mühitində, dəhlizlərdə, şöbə iclaslarında iştirak 



etməli, müəllimlərlə və şagirdlərlə söhbətlər etməlidir. Məktəbin hər yerində öz varlığını hiss 

etdirməlidir. 

 Bundan başqa “pedaqoji lider” kimi bir məktəb direktorunun, təşkilatını məqsədlərinə 

çatdıra bilmək və təşkilatın varlığını davam etdirə bilməsi üçün bu keyfiyyətlərə sahib olması 

lazımdır: 

  Bir “hədəfi” olmalıdır: hədəfləri hərkəs tərəfindən anlaşılmalı, planlama, tədris və 



qiymətləndirməyi koordinasiya edərək nailiyyətləri artırmağa çalışır; 

  Hədəfi fəaliyyətə çevirmək: bütün komanda daim çalışaraq məktəbin məqsəd və 



gözləntilərini fəaliyyətlərində vurğulayırlar; 

  Dəstəkləyici bir mühit yaratmaq: elmi əsaslarla istiqamətləndirilmiş, nizamlı və məq-



sədyönlü məktəb mühitinin təmin etmək; 

  Məktəbdə baş verən bütün proseslər haqqında məlumatlı olmaq: müəllim və şagird-



lərin nə etdikləri və nələri daha yaxşı edə biləcəkləri haqqında bilməli və bunu tətbiq etməli-

dir; 


  Məktəbdəki qeyri-formal qrupları təyin edə bilməli və onları idarə etməlidir; 

  İctimaiyyətin milli xüsusiyyətlərinə uyğun dəyərlər sisteminə malik olmalıdır; 



  İnsanlar üzərində doğru təsiretmə gücünə sahib olmalıdır; 

  Xarizmatik lider meyarlarına malik olmalıdır; 



  Başqalarının fikirlərinə hörmətlə yanaşmalıdır; 

  Fərqli düşüncələrə bitərəf mövqedən baxmalı və onları anlamağa çalışmalıdır; 



  Başqalarının öz fikirlərini sərbəst olaraq bildirmələrinə maneə olacaq davranışlar-

dan çəkinməlidir; 

  İş birliyinə açıq olmalıdır; 



  Birlikdə çalışdığı insanlara qarşı sevgi dolu və dostcasına bir münasibət göstərməlidir

  Yeni, innovativ fikirlərə açıq olmalı və onları sınaqdan keçirməyə istəkli olmalıdır; 



  Proqnoz edə bilmə bacarıqlarına sahib olmalıdır; 

  Hadisələrə çoxtərəfli mövqedən baxmalıdır ki, ədalətsizliyə yol verməsin; 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1276



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

  İnsanlarla ünsiyyət qura bimək bacarıqlarını inkişaf etdirməli; 



  Özünə nəzarət etməlidir; 

  Öz hədəflərini yüksəltməlidir; 



  Problemləri ən az zərərlə həll edə bilmək bacarıqlarına malik olmalıdır; 

  Zaman və resursları səmərəli idarə etməlidir; 



  Motivasiya etməyi bacarmalıdır; 

  Obyektiv və şəffaf qiymətləndirməyi bacarmalıdır və s. 



Son olaraq onu qeyd etmək istərdim ki, məktəb şagirdlərin həyata hazırlanmasında xü-

susilə də gələcək həyatlarına istiqamət verəcək təhsilin verilməsində, tələbələrin maraq, iste-

dad və bacarıqlarına uyğun peşə seçimi etmələrində çox əhəmiyyətli bir dövrü ifadə edir. De-

mokratik cəmiyyətdə məcburi təhsilin olduğu məktəblərdə pedaqoji liderin həyata keçirməli 

olduğu ən mühüm məsələ, bütün şagirdlərin yaxşı təhsil almalarını təmin etmək üçün effektiv 

struktura malik məktəblər yaratmaqdır. Məktəb direktorlarının effektiv məktəblər yaratmaları 

üçün peşəkar bilik və bacarıqlarını istifadə edərək  şagirdlərin öz potensiallarından istifadə 

etmələrini təmin edəcək şəraitləri təşkil etmələrinin lazım olduğu ifadə edilməkdədir. Məktəb 

direktorlarının məktəblərdə  şagird mərkəzli təhsil anlayışından başlayaraq,  şagirdlərə, 

işçilərinə və şagird valideynlərinə təsir edə bilən və məqsədlər yönündə istiqamətləndirmə edə 

bilən bir pedaqoji lider olması  təşkilati fəaliyyətin təmin olunmasında böyük əhəmiyyət 

daşıyır. Buna görə də, müasir dövrümüzdə və gələcəkdə də məktəb idarəçiliyində mühüm rol 

oynayan məktəb direktorlarından pedaqoji liderlik davranışlarına malik olmaları gözlənilir. 

 

 



GƏNC AİLƏLƏRDƏ BAŞ VERƏN BOŞANMA HALLARININ 

ÇOXALMASI VƏ ONUN SƏBƏBLƏRİ 

 

Afaq TƏHMƏZOVA 

Azərbaycan Müəllimlər İnstitutu 



afaqabdullayeva@mail.ru 

AZƏRBAYCAN 

 

Gənc ailələrdə baş verən boşanma hallarının çoxalması və onun səbəblərini müəyyən-



ləşdirmək üçün, ilk növbədə nikah və boşanma haqqında məsələlərin qanun tərəfindən tən-

zimlənən problemlərini diqqət mərkəzində saxlamaq zəruridir.  

Məlumdur ki, nikah və boşanmalar haqqında məlumatlar Ədliyyə Nazirliyinin Qeydiy-

yat şöbələri tərəfindən tərtib edilən nikahın bağlanması və pozulması haqqında müvafiq akt-

larda olan məlumatların statistik cəhətdən işlənib hazırlanması nəticəsində əldə edilir. Azər-

baycanda ailə qurmaq üçün qanunla müəyyənləşdirilmiş minimum yaş  həddi kişilərdə 18, 

qadınlarda isə 17 yaşdır.  

Nikah-kişi və qadının bir-birinə  və  uşaqlara qarşı hüquq və  vəzifələrini müəyyənləş-

dirən münasibət formasıdır. Ər və arvad arasında hüquqi münasibət, onların nikahlarının Əd-

liyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeyd etdirilməsidir.  

Boşanma (nigahın pozulması)-birlikdə yaşayan ər-arvadın nikahlarının son hüquqi ləğvi 

tərəflərə təkrar nikaha daxil olmaq hüququ verir. Nikahın pozulma faktı Ədliyyə Nazirliyinin 

Qeydiyyat şöbələrində qeydiyyata alındıqdan sonra pozulmuş hesab olunur. 

Bildiyimiz kimi müasir dövrdə boşanmaların sayı artmaqda davam edir. Xüsusi ilə gənc 

ailələrdə bu prosesi və boşanmaya gətirib çıxaran səbəbləri aydınlaşdırmaq üçün bir sıra mə-

qamlara diqqət yetirməyi zəruri hesab edirik. 

Tədqiqatçılar gənc ailələrdə boşanmalara və ailənin dağılmasına gətirib çıxaran çoxsaylı 

sosial ixtilafları ümumiləşdirərək 3 qrupa ayırmağı məqsədəuyğun hesab edirlər: 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1277



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

1) Maddi-məişət problemləri;  

2) Şəxsi münaqişələr; 

3) Xarici təsirlər. 

Maddi-məişət problemləri ailənin yaşayış tərzi ilə bağlı meydana çıxan müxtəlif çətin-

likləri özündə əks etdirir. Yaşayış şəraitinin ağırlığı, tərəf müqabillərindən birinin ailə təsər-

rüfatını idarə etmək istəməməsi və ya bunu bacarmaması, maddi təminatın olmaması və digər 

müvafiq problemlər ailədə ixtilaflar yaradır ki, bu da gənc ailələrin dağılmasına səbəb olan 

mənfi amillərdən sayılır. Belə problemlərin davamlı xarakter alması  ağır maddi-mənəvi sı-

xıntılar doğurur.  

Bu vəziyyət son nəticədə ailədə ciddi fikir ayrılığının və kəskin ixtilafların yaranmasına, 

ailənin ciddi böhran yaşamasına səbəb olur. Gənc ailələrdən bəziləri bu böhrandan çıxış yolu 

taparaq ailə həyatını məcrasına qaytarmağa nail olsalar da, digərləri-öz həyat yoldaşından ay-

rılmağı üstün tuturlar. 

Bir çox hallarda nigaha qədər dövrdə baş verən şəxsi münaqişələr də ailələrin dağılma-

sında həlledici təsirə malik olur. Münasibətlər getdikcə dərinləşən ixtilaflara çevrilir ki, bu da 

ilkin sevgi hissinin itirilməsi, həyata fərqli baxışlar, kobudluq, qısqanclıq, şübhələr, inamsızlıq 

zəminində yaranan şəxsi ziddiyyətlər ailə  həyatına olduqca mənfi təsir göstərir. Kobudluq, 

saymamazlıq və hörmətsizlik sadalanan amillər sırasında aparıcı yer tutur. Bu amillər nəticədə 

ailədə qarşılıqlı laqeydliyə, yadlaşmaya gətirib çıxarır. 

Qadınlar, adətən, həyat yoldaşları ailəyə soyuq yanaşdıqda, içkiyə qurşandıqda, narkotik 

vasitələrə aludə olduqda, bu və ya digər səbəblərdən ailə  məsuliyyətini daşımaq iqtidarında 

olmadıqda boşanmaya əl atırlar. Belə hallarda qadının ailədə zorakılığa məruz qalması, şəxsi 

ləyaqət hissinin tərəf müqabili tərəfindən alçaldılması onu bu addımı atmağa vadar edir. 

Kişilərin qadınlarla kobud və  məsuliyyətsiz davranışına münasibət isə tamam fərqli 

məzmuna malikdir. Hər bir kişi bunu özünə qarşı olan hörmətsizlik, inamsızlıq, saymazlıq ki-

mi dəyərləndirir. Burada xarakterlərin toqquşması amili özünəməxsus rol oynayır. Bu amil 

kişilər üçün daha böyük əhəmiyyət kəsb edir. Çünki, xarakterlərindən asılı olmayaraq, ailədə 

tərəf müqabilinin onunla hesablaşması hər bir kişi üçün başlıca şərtdir. 

Gənc ailənin dağılmasına təsir edən xarici amillərə gəldikdə, burada xəyanət, tərəf mü-

qabillərindən birinin həyat yoldaşına emosional-hissi münasibətinin dəyişməsi və ya yeni ailə 

qurmaq təşəbbüsü, valideynlərin, bir sıra kənar şəxslərin ailə həyatına müdaxilə etməsi xüsusi 

yer tutur. 

Bir qayda olaraq, tərəf müqabillərindən birinin öz həyat yoldaşına xəyanət etməsi onla-

rın münasibətlərində olan natamamlığı, gizli yadlaşma meylini aşkara çıxarır. Tədqiqatçılar 

gənc ailədə xəyanətin laqeydlik, inciklik və peşmançılıq hissini qüvvətləndirdiyini xüsusi vur-

ğulayırlar. Ailədə xəyanətə uğrayanlar gec-tez bundan xəbər tuturlar və bu zaman dərin emo-

sional-psixoloji sarsıntı keçirirlər. İstər qadının, istərsə də kişinin xəyanəti ailədə dərin böhrana, 

qarşılıqlı inam hissinin itməsinə, ailənin dağılmaq təhlükəsi ilə üz-üzə qalmasına səbəb olur. 

Valideynlərin gənclərin ailə həyatına bəzən kobud müdaxiləsi çox zaman mənfi fəsad-

larla müşayiət olunur. Bu müdaxilə mənfi kənar təsirlə tamamlandıqda ailələrin mövcudluğu 

təhlükə qarşısında qalır. Bəzən gənc ailələrin ayaq tutub yeriyə bilməməsinin, başqa sözlə, 

həyatın ilkin sınaqlarından çıxmamasının günahkarı məhz valideynlər olur. 

Azərbaycanın özünəməxsus ailə modeli mövcuddur. Həmişə  də ailə quruluşunun mü-

qəddəsliyinə, toxunulmazlığına çalışılıb. Heç şübhəsiz, müasir Azərbaycan əhalisinin əksəriy-

yəti üçün bu gün də ailə əsas dayaq rolunu oynayan dəyərdir. Ailə ocağını insan üçün malik 

olduqlarının ən vacib və qiymətlisi hesab edənlər təbii ki, onu kənar neqativ təsir və təhlükə-

lərdən qorumağa çalışırlar. Belə ki, ailə üzvləri problemləri evdən kənara çıxarmamalı  və 

ailədaxili işlərə kənar şəxsləri cəlb etməməli, xırda məsələləri dərinləşdirməməlidirlər və s.  

Hesab edilir ki, boşanma hadisəsinə bütövlükdə  mənfi hal kimi yanaşmaq metodoloji 

baxımdan düzgün deyildir. Belə ki, bir sıra hallarda boşanma şans kimi dəyərləndirilməlidir. 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin