Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə83/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   79   80   81   82   83   84   85   86   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1261



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

MODUL PROQRAMININ TƏŞKİLİ 

 

Aida HÜSEYNOVA 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



cemile.abbasova.1992@mail.ru 

AZƏRBAYCAN 

 

Musiqi təhsilinə müasir yanaşma, eləcə  də ibtidai sinif müəllimlərin musiqi hazırlığı 



işində yaranan problemlər pedaqoji fakültəsində musiqi təliminin optimal modelinin yaranma-

sını zəruri etmişdir. 

 

Müasir təlim – tərbiyə prosesinin idarəolunmasının vacib məsələlərindən biri təhsil işi-



nin optimal şəkildə intensivləşdirilməsidir. Onun tərkibinə  təhsil səviyyəsini məqsədyönlü 

yüksəldilməsi, təhsilin motivasiyasını gücləndirilməsi, təhsil məzmununda informasiya tutum-

luğunun artırılması, yeni proqressiv təhsil forma və metodlarını həyata keçirilməsi, onun temp-

lərini aktivləşdirilməsi, təhsil işində refleksiv vərdişlərinin inkişaf etdirilməsi, informasiya xa-

rakteri daşıyan texniki üsullardan istifadə edilməsi kimi vacib məsələlər daxildir.Bu mənada 

modul texnoloqiyasının təhsildə istifadəsi bizə daha səmərəli görünür. 

«Musiqi aləti» fənni üzrə modul proqramının işlənilib-hazırlanması zamanı biz, modul 

proqramının strukturuna dair müxtəlif müəlliflərin (V.M.Monaxov, M.A.Çoşanov, P.A.Yuts-

yaviçene) müəyyən ümumi tövsiyələrinə, öz çoxillik iş təcrübəmizə, modul texnologiyasının 

məntiqi quruluşuna əsaslanmışıq. 

 Modul proqramın tərtibatı aşağıdakı mərhələlərdən ibarətdir. 

Birinci mərhələ – tədris kursunun sistem kimi təqdim edilməsi, yəni, modul təliminin 

məzmununun ilkin strukturu. 



 İkinci mərhələ  – məqsədlərin goyulması. Modul təlim texnologiyası üzrə  tədrisin 

proyektləşməsi prosesində  ən vacibli sayılanı  məqsədyönlü zənndir. O, öz əksini müəllimin 

təyin etdiyi tədrisin diaqnostik məqsədlərin müəyyən edilməsində tapır.  

 Üçüncü  mərhələ – funksional strukturlaşma. Modul proqramının proyektləşdiril-

məsinin 3-cü mərhələsində biz, hər bir modulun elementlərini ayırdıq və daha sonra onların 

hər birinin struktur və funksional analizini etdik. Didaktik nöqteyi nəzərdən bu və ya digər 

biliyin hansı rol oynadığını, hansı funksiyanı yerinə-yetirdiyini aşkar etmək çox vacibdir. 



Dördüncü mərhələ – struktur-məntiqi sxemin hazırlanması. Modul proqramın  əyani 

yolla məzmununu təsəvvür etmək üçün modul formasında təlim proqramının struktur- məntiqi 

sxemi işlənib-hazırlanmışdır və orada məşğələlərin məqsədi, növləri, həmçinin də onların 

həyata keçirilmə  işinin məntiqi ardıcıllığı, tələbələrin bilik və bacarıqlarının nəzarət etmə 

növləri, vaxtı və ardıcıllığı göstərilmişdir. 

Beşinci mərhələ – tədris materialının didaktik seçimidir. 

 Altıncı  mərhələ – tədris elementlərinin işlənib-hazırlanması. Modul təlim sistemində 

tədris elementləri əsas didaktik materialı təşkil edirlər.  

 Bizim tərəfimizdən işlənib-hazırlanan tədris elementləri özündə öyrənmək üçün lazım 

olan müstəqil tədris materialını  cəmləyir və o, həm tələbənin müstəqil işinə , həm də 

müəllimin rəhbərliyi altında olan işə istiqamət verir. Hər bir tədris elementi, bir-biri ilə  sıx 

bağlı olan müəyyən praktiki vərdişləri və nəzəri bilikləri əhatə edir.  



 Yeddinci mərhələ – öyrənilmiş tədris materialının mənimsənilmə dərəcəsinin nəzarəti, 

qiymətləndirilməsi və korreksiyasının forma və metodlarının işlənib-hazırlanması. Tədris 

materialın mənimsənilmə  səviyyəsinin meyarlarını müəyyən etmək üçün biz, V.P.Bespalko 

tərəfindən təklif olunan sistemə dayaqlanmışıq. 



 Səkkizinci mərhələ– texnoloji həritənin tərtib olunması.  

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1262



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

 V.M.Monaxov texnoloji həritəni tədris prosesi proektinin «pasportu» adlandırır. Texno-

loji həritədə, tədrisin müvəffəqiyyətini təmin edən təhsil prosesinin əsas parametrləri bütöv və 

yığcam şəkildə əks etdirilir. Dərsin texnoloji həritəsi – dərsin ssenarisini ümumiləşdirilmiş qrafik 

ifadəsidir, onun proyektləşdirilməsinin əsasıdır, fərdi iş metodlarının təqdimat üsuludur.  

 

 

AZƏRBAYCANDA TƏHSİL İSLAHATİ VƏ İBTİDAİ TƏHSİL 

 

GülarəBALAYEVA 

Azərbaycan Dövlət Pedaqoji Universiseti 



b.gulare@mail.ru 

AZƏRBAYCAN 

 

Dünyanın hər tərəfində aparılan sosial, iqtisadi, mədəni dəyişikliklər bilavasitə təhsillə 



əlaqəli olmuş, başqa sözlə, təhsil bütün yeniliklərin əsasında dayanmış, onların formalaşması 

və inkişafında təkanverici rol oynamışdır. Yeni qurulan müstəqillik yolunda ilk addımlarını 

atan Azərbaycan da özünün inkişaf modelində təhsilə xüsusi yer ayırmış dünya təcrübəsində 

olduğu kimi, onu bütün fəaliyyətlərin əsasına gətirmişdir. Ona görə də Müstəqil Azərbaycanın 

Konstitusiyasında təhsilə dövlət səviyyəsində yanaşılmış, bu sahədə ölkənin xüsusi siyasəti 

müəyyənləşdirilmişdir. “Ən vacibi o idi ki, ölkə səviyyəsində qəbul edilmiş təhsil siyasətinin 

prioritet problemləri qlobal dünya üçün xarakterik olan təhsil problemləri ilə uyğunluq təşkil 

edirdi”. Hər bir vətəndaşın təhsil almaq hüququnun olması, pulsuz icbari təhsilin həyata keçi-

rilməsi, istedadlılarla işin aparılması, təhsil standartlarının müəyyən edilməsi və s. bu baxım-

dan qeyd olunmalıdır. 

Təhsil  ərəb mənşəli söz olub, müxtəlif mənalara malikdir.”təhsil-1)  ələ  gətirmə, hasil 

etmə, qazanma; 2) elmi məlumat əldə etmək, oxuyub öyrənmək; 3)müntəzəm surətdə oxumaq 

nəticəsində  əldə edilmiş biliklərin məcmusu” deməkdir. Heç sübhəsiz, dilimizdə pedaqoji 

anlayış kimi “təhsil”in yaranması sözün yuxarıda şəhr olunan ilkin mənası ilə bağlı olmuşdur. 

Alimlər, təhsillə bağlı insanlar yeri gəldikcə ondan istifadə etmış, tədricən əsas pedaqoji anla-

yışlardan birinin formalaşmasına nail ola bilmişlər. 

Təhsil sosial fenomen kimi öz varlığında cəmiyətin bütün istiqamətlərdə inkişafini əks 

etdirir. Onun hansi vəziyyətdə olmasını aydın göstərməklə yanaşı, həm də  gələcək inkişafı 

üçün perspektivləri əvvəlcədən ifadə edir, ardıcıl və sistemli inkişafını tənzimləyən amil kimi 

çıxış edir. Təhsilin cəmiyyətin həyatında oynadığı bu qabaqlayıcı rol onun sosial hadisə kimi 

ən əlamətdar keyfiyyətini göstərir. 

Artıq 1998-ci ildən hazırlanmasına başlanan, 1999-cu ildə ölkə səviyyəsində qəbul edi-

lən “Azərbaycan Respublikasının təhsil siyasətində İslahat Proqramı” da məhz həmin siyasə-

tin nəticəsi kimi meydana çıxdı. İslahat Proqramında göstərildiyi kimi, təhsil sistemində struk-

tur, məzmun islahatı ilə bağlı əhatə edilən məsələlərdən biri “demokratikləşdirmə, humanist-

ləşdirmə, inteqrasiya, differensiallaşdırma, fərdiləşdirmə, humanitarlaşdırma prinsiplərinə 

əsaslanaraq təhsil alanın şəxsiyyət kimi formalaşdırılmasını, onun təlim-tərbiyə prosesinin əsas 

subyektinə çevrilməsini başlıca vəzifə hesab edən, milli zəminə, bəşəri dəyərlərə  əsaslanan, 

bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləş-

dirən yeni təhsil sisteminin yaradılması” olmuşdur. 

Azərbaycanda təhsil islahatlarının layihə  çərçivəsində  həyata keçirilməsi ilə bağlı 

ümumiləşdirilmələr aparılarkən qeyd olunurdu ki, “Hazırda Təhsil Sektorunun İnkişaf layihə-

si çərçivəsində ümumi təhsil sistemində məzmun dəyişiklikləri kurikulum islahatı adı altında 

aparılır. Yeni kurikulumların hazırlaması zərurəti onunla bağlıdır ki, mövcud kurikulum təhsi-

lin müasir inkişaf tendensiyalarını  və davamlı inkişaf amillərini kifayət qədər nəzərə almır, 

biliklərin tətbiqi aspektinə yönəlməmişdir”. Təbii ki, belə bir ciddi problemin aradan qaldırıl-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1263



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ması, yeni məzmunun müəyyənləşdirilməsi məqsədi ilə ardıcıl və sistemli araşdırılmaların 

aparılmasına ehtiyac yaranmışdır. İlk növbədə, ümumi təhsilin səviyyələrinin, onlara məxsus 

məzmunun qurulması ciddi pedaqoji problem kimi meydana çıxmışdır.  

İbtidai təhsilin məzmunu ilə bağlı xeyli araşdırmalar aparılmışdır. Y.Ş.Kərimov,  Ə.S. 

Bayramov, Ə.Ə.Əlizadə, N.M.Kazımov, Ə.Ş.Haşımov, Y.R.Talıbov, Ə.A.Ağayev, Ə.X.Paşa-

yev, F.A.Rüstəmov, A.O.Mehrabov, L.M.Qasımova, R.M.Mahmudova, S.Həmidov, A.Məci-

dova, M.M.Əmirov, C.Əliyeva, V.V.Kroyevski, M.A.Skatkin, Zankov, A.Q.Kazanskiy, T.S. 

Nazarov və başqaları ibtidai təhsilin məzmununun nəzəri problemləri ilə bağlı məsələlərə to-

xunmuşlar. Xüsusən Y.Ş.Kərimov ibtidai təhsilin məzmunu ilə bağlı müxtəlif problemlərin həll 

olunması istiqamətində daha geniş fəaliyyət göstərmiş, özünəməxsus sistem yaratmışdır.  

Müxtəlif zamanlarda ibtidai təhsilin məzmununun təkmilləşdirilməsinə dövrün tələbinə 

uyğun olaraq yanaşılmış, onun yerinə yetirilməsi zəruri hesab edilmişdir. Nəticədə müxtəlif 

vaxtlarda təhsil islahatlarından, hökumətin qərar və göstərişlərindən irəli gələn vəzifə kimi 

ibtidai təhsilin məzmununda dəyişikliklər aparılmışdır.  

1999-cu ildən başlayaraq son dövrədək ümumi təhsil sahəsinə aid iki hökumət qərarı qə-

bul edilmişdir. Onlardan birincisi Müstəqil Azərbaycanın təhsil həyatında ilkin mühüm hadisə 

kimi dəyərləndirilən “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”dır. Bu 

sənəd 1999-cu ilin aprelində təsdiq olunmuşdur.  

İkinci sənəd 2006-ci ilin oktyabrında qəbul olunmuş “Azərbaycan Respublikasında 

ümumi təhsilin Konsepsiyası (Kurikulumu)”dur. 

Bu sənədlərin hər ikisində ibtidai təhsilin məzmununa tamamilə yeni aspektdən yanaşı-

lmış, orada nəticələrin müəyyənləşdirilməsinə üstün istiqamət kimi xüsusi diqqət yetirilmiş-

dir. 2006-cı ildə  qəbul olunmuş “Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası 

(Kurikulumu)”nda ibtidai təhsilin məzmununu təşkil edən fənlərlə yanaşı, onların  əsaslan-

dırılmaları və nəticələri də verilmişdir.  

Bu dəyişikliklərin baş verməsində ibtidai təhsil sahəsində əldə olunmuş təcrübələr əsas 

götürülmüşdür. Müəllim və mütəxəssislərin praktikaya söykənən fikirləri əsas götürülmüşdür. 

Lakin bu təkmilləşdirmə işlərinin aparılması sahəsində ibtidai təhsilin məzmunu əsasda sistemli 

olaraq araşdırılmamışdır. 

İbtidai təhsilin nəzəri və praktik problemlərini ardıcıl olaraq araşdıran Y.Ş. Kərimovda 

ibtidai təlimi təhsil sisteminin bünövrəsi kimi dəyərləndirərək onun məzmununun problemlə-

rinin həll olunmasını zəruri hesab etmişdir: “İbtidai təlim təhsil siteminin bünövrəsidir. Bir sıra 

ümumpedaqoji bacarıq və vərdişlər (dinləmək və eşitmək, baxmaq və görmək, sual vermək, 

suala cavab vermək, oxumaq, yazmaq, saymaq, hesablamaq, fəaliyyəti planlaşdırmaq təlim tap-

şırığını yerinə yetirmək, özünənəzarət və özünüqiymətləndirmə üzrə ilkin vərdişlər və s.) bu 

mərhələdə yaranır. Bu baxımdan əgər söhbət təhsil sisteminin məzmunundan gedirsə, ilk növ-

bədə, məhz ibtidai mərhələnin məzmunu məsələsi həll olunmalıdır”

 

 

 



AZƏRBAYCAN DİLİ DƏRSLƏRİNDƏ İNTEQRASİYADAN İSTİFADƏ 

 

Gül KƏRİMLİ 

Bakı Slavyan Universiteti 



adu-gul@mail.ru 

AZƏRBAYCAN 

 

 Hazırki dövrdə məktəbin qarşısında duran ən mühüm vəzifələrdən biri yaradıcı fəaliyyət 



göstərə bilən  şəxsiyyətin yetişdirilməsidir. Bu vəzifənin müvəffəqiyyətlə  həll olunması ilk 

növbədə ibtidai siniflərdə Azərbaycan dili fənninin səviyyəsinin yüksəldilməsindən asılıdır. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1264



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Azərbaycan dili fənni ibtidai siniflərdə təlim fənlərinin əsasıdır. Bu fənn şagirdlərə oxu-

maq, yazmaq, fikri məntiqi, rabitəli, obrazlı ifadə etmək kimi elə ümumpedaqoji bacarıq və 

vərdişlər verir ki, bunlarsız digər fənlərin mənimsənilməsi, o cümlədən yuxarı siniflərdə təh-

silin müvəffəqiyyətlə davam etdirilməsi mümkün deyil. Bütün bunlarla yanaşı həm də uşaq-

lara müşahidə aparmağı, müqayisə etməyi, ümumiləşdirməyi, mücərrədləşdirməyi, əqli nəticə 

çıxarmağı öyrədir.  

Azərbaycana dili dərslərində tədris olunan materiallar uşaqları biologiya, tarix, cografi-

ya, astronomiya, hətta kimya və fizikaya dair sadə  məlumatlarla tanış edir. Bu baximdan 

Azərbaycan dili və digər dərslər arasında müəyyən mənada inteqrativ əlaqələr mövcuddur. 

Belə  əlaqələrin movcudluğu ona görə vacibdir ki, eyni tədris materialının müxtəlif fənlərlə 

əlaqələndirilməsil fənlərarası inteqrasiyanı təmin edir, tədris prosesinin səmərə və keyfiyyə-

tini daha da yüksəldir. 

İnsan beyni informasiyaları sadəcə  qəbul edən ‘anbar’deyil. İnformasiyalar müxtəlif 

mənbələrdən gəlməklə təfəkkürdə yığılır, bütövləşir. Ona görə də bu informasiyaların inteq-

rsiya edilmiş şəkildə təqdim olunmasına daha çox üstünlük vermək lazımdır. 

İnteqrasiyadan, ayri-ayri fənlərin birləşərək təqdim olunmasindan son illərdə geniş 

söhbət açılır. Müasir həyat tərzi təhsil sistemindən tələb edir ki, bizi əhatə edən dünya haqqın-

da şagirdlərə tam təsəvvür yaradılsın. Deməli, fənlərin inteqrasiyası ayrı-ayrı hissələrin sadəcə 

birləşməsi deyil, bu hissələrin üzvü şəkildə  vəhdətdə birləşməsidir. Bununla da təlimə 

fənlərarası əlaqənin yeni mükəmməl forması, ən yüksək mərhələsi olan inteqrasiyadan başla-

nır. İnteqrasiya yalnız təlimin ümumi sosial məqsədinin – məktəblinin şəxsiyyətinin hərtərəfli 

inkişafına nail olmaq vasitəsi deyil. Həm də konkret pedaqoji vəzifələrin formalaşması, biliklər 

sisteminin, bacarıqların, münasibətlərin müəyyənləşdirilməsinin zəruri komponentlərdən biridir. 

İbtidai təlimə aid olduqda inteqrasiya anlayışı bir neçə məna kəsb edə bilər. Birincisi, 

məktəblidə dünya haqqında tam təsəvvür yaratmaqdır. İkincisi, biliklərin bir-birinə yaxınlaş-

masının ümumi bünovrəsinin tapilmasıdır. Üçüncüsü, təlimin keyfiyyıt göstəricisi olan şagird-

lərin inkişafına səbəb olur. 

İnteqrasiya – təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bö-

lünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa istiqamətlədirmək məqsədilə 

təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləş-

dirməkdir. Belə yanaşma isə şagirdlərin əqlə fəaliyyətinin şüurlu şəkildə idarə edilməsinə, ça-

lışmaların mənimsənilməsinə əngəl yaradan amillərin aradan qaldırılmasına, öyrədici və nəza-

rət texnikasının və audiovizual vəsaitlərin geniş tətbiqinə imkan yaradır. 

Müasir dünya təcrübəsində, əsasən, inteqrasiyanın iki səviyyəsi fərqləndirilir: 

Fəndaxili inteqrasiya- müəyyən bir fənnin aşıladığı anlayış, bilik və bacarıqlarının əla-

qələndirilməsi- fənn daxilindəki faktların sistemləşdirilməsidir. Belə səviyyədə inteqrasiyanı 

verilmiş materialın ayrı-ayrı tədris vahidlərində cəmləşdirilməsi də hesab etmək olar. Fənda-

xili inteqrasiya öz növbəsində həm üfüqi, həm də şaquli ola bilər. 

Fənlərarası inteqrasiya- iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik və bacarıq 

və prinsipin sintezidir. Bu inteqrasiya bir fənnə aid olan qanun, nəzəriyyə və metodların başqa 

bir fənnin öyrədilməsində istifadəsini nəzərdə tutur. İbtidai məktəbdə  fənlərarası  əlaqə elmi 

biliklərin tərkibinə görə müəyyən olunur. Məsələn təbiət cisimlərinin quruluşunda çoxsaylı 

simmetriya faktları ilə tanışlıq zamanı fənlərarası əlaqələr yaranir.  

Fənlərarası əlaqələr müxtəlif dərs fənlərində təkrara yol vermir və materialın əlavə vaxt 

itirmədən öyrənilməsinə, qarşılıqlı sistemləşdirilmiş uzlaşmanın həyata keçirilməsinə, şagirdlərin 

əldə etdikləri biliklərdən gündəlik həyatda istifadə etməsinə stimul yaratmağa imkan verir. 

 

 



 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1265



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

“HƏYAT BİLGİSİ” FƏNNİ DÖVRÜN, ZAMANIN TƏLƏBİDİR 

 

Xuraman NAĞIZADƏ 

Azərbaycan Müəllimlər İnstitutu 



x.y.nagizade@mail.ru

 

AZƏRBAYCAN 

 

Respublikamızda baş verən təhsil islahatı nəticəsində təhsilin məzmunun nə qədər şagird 



yönümlülük, şəxsiyyətyönümlülük üzərində qurulmasına nail oldusa, bir o qədər də onun tə-

ləbyönümlülük üzərində qurulmasına səbəb oldu. Bu sayılan prinsiplər sadəcə müasir təhsilin 

prinsipləri deyil, onlar özləri də dövrün, zamanın və inkişaf edən dövlətin tələbləridir. Bu gü-

nün şagirdinin hərtərfli inkişafa, yüksək intellektə və mənəvi dəyərlərə sahib bir şəxsiyyət kimi 

formalaşması üçün müasir təhsilimizdə  fənlərin mövcud məzmununda islahatlarla kifayətlə-

nilmədi, fənlər sırasına yenilərinin əlavə olunmasına da şərait yaradıldı. “Həyat bilgisi” fənni 

bunlardandır. 

2008/2009-cu tədris ilindən başlayaraq Respublikamızda fənn kurikulumlarının tətbi-

qinə əsasən "Həyat bilgisi" fənninin tədrisinə başlanmışdır. Başqa fənlərdən fərqli olaraq bu 

fənn konkret bir elmin əsaslarını öyrətmir, təbiət və sosial fənn sahələrinə aid müəyyən ele-

mentlərin tədrisinə imkan yaradır.  

İnteqrativ fənn olan “Həyat bilgisi” fənni üçün müəyyənləşdirilmiş - təbiət və biz, fərd 

və  cəmiyyət, mənəviyyat, sağlamlıq və  təhlükəsizlik kimi məzmun xəttlərinə aid olan stan-

dartların reallaşdırılması ilə öyrənənlərin şüurunda canlı və cansız aləm haqqında mükəmməl 

təsəvvür yaradılır. Şagirdlər özlərinin bu aləmin ayrılmaz bir parçası olduğuna əmin olur və 

onu daha böyük məhəbbətlə sevir, təbiətdə və cəmiyyətdə baş verən hadisə və dəyişikliklər, 

onlar arasındakı əlaqələri araşdırır və qənaətə gəlir, tədqiq və təhlil etmək, proqnozlaşdırmaq, 

arzu və düşüncələrini digərlərinə hiss etdikləri kimi də çatdırmaq bacarıqlarına sahib olurlar. 

Bu fənnin tədris olunması ilə  şagirdlər vergi, sığorta, ailə  və dövlət büdcəsi haqqında 

sistemli biliklərə  də malik olurlar. Onlar ailədə  və  cəmiyyətdə  qənaət etmək,  şəxsi və ailə 

büdcələrini idarə etmək bacarıqlarına yiyələnirlər. 

“Həyat bilgisi” fənninin tədrisi ilə ümumtəhsil məktəblərində  mənəvi tərbiyə, fiziki 

sağlamlığın əsasları, həyat fəaliyyətinin təhlükəsizliyi, fövqəladə hallarda özünü və yaxınla-

rını mühafizə, vətəndaşlıq borcu , insan hüquqları və ekoloji tərbiyə məsələləri üzrə bilik və 

bacarıqlar  şagirdlərdə ilk dəfə sistemli şəkildə formalaşdırılır. Fənnin təlimində  şagirdlərin 

idraki, emossional və fiziki inkişafı üçün bütün mümkün imkanlar nəzərə alınmışdır. Fənnin 

tədrisi ilə şagirdlər böyüməkdə olan fərd olaraq mükəmməl əxlaqa sahib, ədalətli, mərhəmətli, 

tolerant, özünə və başqalarına hörmət edən yüksək mənəvi dəyərlə sahib olurlar. 

Araşdırmalar göstərir ki, “Həyat bilgisi” fənni müxtəlif Avropa ölkələrində müxtəlif 

adlar altında tədris olunur və  məzmun xətləri etibarilə ölkəmizdə müəyyənləşmiş  məzmuna 

məqamlarla yaxın olub, inteqrativliyini saxlayır. 

Türkiyə Cümhuriyyətində bu fənn eyni adla 1924-cü ildən tədris olunur. İbtidai təhsilin 

ilk üç ilində “Məktəb həyəcanım”, “Mənin əvəzsiz ailəm”, “Dünən, bu gün, sabah” adlı məz-

mun xətləri əsasında tədris olunur. .(1.s.5) Tədqiqatlar nəticəsində müəyyənləşdi ki, burada da 

fənnin hər üç məzmun xətti istiqamətində tədrisi şagirdlərdə həyati bacarıqların formalaşma-

sına, onların vətəndaş kimi yetişməsinə xidmət edir. Bu ölkədə dördüncü, beşinci siniflərdə 

həmin fənn “Sosial biliklər”, “Fənn və texnologiya” adları altında tədris olunsa da məqsəd və 

vəzifə etibarı ilə “Həyat bilgisi fənnindən fərqli deyil, əksinə demək olar ki, eyni yükü daşıyır. 

Bu fənnin məzmun xətlərində biri olan “İnsanlar, məkanlar və mühit” ölkəmizdə tədris olunan 

“Həyat bilgisi” fənninin “Fərd və cəmiyyət” məzmun xətti ilə üst-üstə düşür. “Fənn və tex-

nologiya” fənninin “Canlılar və həyat”, eləcə də “Maddə və fərqlilik” məzmun xətləri isə “Təbiət 

və biz” məzmun xəttində əks olunan məsələlərlə eyni istiqamətlidir desək, yanılmarıq.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1266



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Müxtəlif ölkələrdə respublikamızda “Həyat bilgisi” adı altında tədris olunan bu fənn 

“təbiət və sosial bilik sahələrini əhatə edən müxtəlif adlar daşımaqla əsas fənn, bəzi ölkələrdə 

isə ümumitəhsilin ayrı-ayrı təhsil pillələrində keçid fənlər kimi tədris olunur.” Məsələn, Fin-

landiyada bu fənn zaman, insan və mühit, eləcə də fin tarixi məslələrini özündə birləşdirməklə 

tədris olunur. Hollandiyada isə eyni istiqamətli fənn tarix,təbiət elmləri, sosial əlaqələr/vətən-

daşlıq, elmi social bacarıqlar və yol mühafizəsi kimi məsələləri əhatə edir. 

Bu gün Avropa ölkələrində demokratik vətəndaşlıq, demokratik cəmiyyətin tələblərinə 

cavab verən fərdin yetişdirilməsi və inkişafı ən vacib məsələlərdəndir. Sosial biliklərin tədri-

sinin bu istiqamətdə xidmətləri danılmazdır. Respublikamızda “Həyat bilgisi” fənninin də 

tədrisində əsas məqsəd təbiəti sevən və qoruyan, ailədə, kollektivdə, cəmiyyətdə fərd olaraq 

hüquq və vəzifələrini tanıyan, şəxsi və kütləvi sağlamlığın mühafizəsi üçün çalışan, cəmiyyətə 

yararlı ola bilən, yüksək mənəvi dəyərlərə sahib müstəqil bir vətəndaşın tərbiyəsi və yetişdi-

rilməsidir. Belə bir qənaətə gəlmək olar ki, bu gün “Həyat bilgisi” fənni bəşəri bir fəndir və 

onun ümümtəhsil məktəblərində tədrisi vacibdir.  

Aparılan araşdırmalar göstərdi ki, Avropa ölkələrində bu fənnin tarixi daha qədimdir. 

Dünya təhsilinə inteqrasiya və  hərtrəfli inkişaf etmiş  vətəndaş yetişdirmək nə  qədər bu gün 

ölkəmizin təhsilinin arzusu və məqsədi olsa da, bu heç də o demək deyil ki, bu fənn respubli-

kamızda digər dövlətlərdə mövcud olduğu nümunədə tətbiq olunur. Birmənalıdır ki, bu fənnin 

məzmunu xalqımızn milli-mənəvi dəyərləri və mentaliteti, cəmiyyətin və dövlətimi-zin inki-

şaf tempi və digər üstünlükləri nəzərə alınmaqla tərtib olunub. Mütəxəssilər hesab edirlər ki, 

fənnin məzmunun qeyd olunan istiqamətdə tərtibi Vətənimizə və xalqımıza yararlı vətəndaşın 

yetişdirilməsinə xidmət edəcək.  

 

 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin