III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1244
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
olan öğretmene de büyük görevler düşmektedir. Öğretmen öğrencilerine değerler eğitimini
verirken kendisi de bir model teşkil etmeli, yaşanmış hayattan hikâyeler anlatmalı ve onların
hayatlarında karşılaşacakları ihtimal olan hadiseler karşısında tutunacakları tavır ve davranış-
ları, normlarına uygun şekilde öğretmelidir. Bu nokta da üzerinde özellikle belirtilmesi gere-
ken bir mesele ise öğrencileri gerçek anlamda azami gayret ve çabalarla her yönlü ahlaki ve
manevi değerlerle zenginleştirilmiş insanlar haline getirilmesidir.
Netice olarak, iyi insan bilgili insandır, hayat için lazım olan bilgilerin birçoğu da okul-
larda verilmektedir. Kendini ahlâki bir varlık olarak ortaya koyabilmek için, gerekli doğru
bilgiye sahip olabilen bir insan olmak gerekir. Bilen insan aynı zamanda bilgisini kullanabil-
me özelliğine de sahip olan insandır.
TƏVAZÖKARLIQ MÜASİR GƏNCLƏRİN MƏDƏNİ
DAVRANIŞININ TƏZAHÜR FORMASI KİMİ
Ozkan GÜLTEKİN
Odlar yurdu universiteti
rashad-619@mail.ru
AZƏRBAYCAN
Gənclər şəxsiyyət olaraq cəmiyyətə özünün kamilliyi, əqli, düşüncəsi, psixi sosial–psi-
xoloji keyfiyyətləri ilə xeyir verə bilər. Təsadüfi deyil ki, dünyanın dahi mütəfəkkirləri insanı
“təbiətin tacı”, “yer üzünün əşrəfi”, “yaranmışların ən əzəmətlisi” (və s.) adlandırmaqla yanaşı,
eyni zamanda onu “mürəkkəblərin mürəkkəbi”, “sirlərin ən dərini”, hər bir adam “qapalı bir
dünya”, xüsusi mikroaləm”, “çətin oxunan müqəddəs kitab” hesab etmişlər. Görkəmli yazıçı
Mark Tven haqlı olaraq yazır ki, “hər insan aya bənzər, onun görünməyən, işıq düşməyən tə-
rəfi vardır ki, onu heç kəsə göstərmir və ancaq özü görə bilir”. Freytaqa görə, “Hər bir insanın
qəlbində onun xalqının miniatür portreti vardır”. Novalinin fikrincə, “İnsan günəş, hissləri isə
onun planetləridir.Gəncləri məhz bu istiqamətlərlə şəxsiyyət olaraq həyata hazırlamaq üçün
onlarda bir sıra əxlaqi, sosial-mənəvi-psixoloji keyfiyyətlər formalaşdırmaq təlim-tərbiyə işçi-
lərinin, müəllim və valideynlərin əsas vəzifələrindəndir.Sadə və təvəzökar gənclər həmişə el-
mə, təhsilə, əqli düşüncəyə, yüksək qiymət verir və öz mənliyini, ləyaqətini qoruyur. İnsanın
şəxsiyyətə çevrilməsi onun əqli xüsusiyyətləri, intellekti, bacarığı, öz qürür və ləyaqətini göz-
ləməsi ilə sıx bağlıdır.“İnsanın mənəvi ehtiyacları, mənəvi qüvvələri, kamalı, fəzilətinin şəra-
fəti, fikir və əqli, şüur və iradə vasitəsilə təmin və idarə olunur” (N.Tusi) Şəxsiyyətə xas bütün
mənəvi-sosial, psixoloji keyfiyyətlər bir–biri ilə əlaqədardır. Ona görə də tam, bütöv şəxsiyyət
bu əxlaqi və sosial-əxlaqi keyfiyyətlərin hamısına bir tam halında malik olmalıdır. Əgər
şəxsiyyət bu sifətlərin hamısına bir tam halında malik olmazsa, əgər o əxlaqi vəzifələrinin
birini yerinə yetirib digərinə o, əxlaqca təkmilləşə bilməz. Və məhz bu səbəbdən də tam əxlaqlı
hesab edilə bilməz. Çünki insan yalnız haqqında bəhz etdiyimiz əxlaqi–sosial, psixoloji key-
fiyyətlər onun “mən”ində vəhdət halında cəmləşəndə o, özünü şəxsiyyət kimi göstərə bilər.
Bu baxımdan sadəlik və təvəzökarlıq gənclərin əxlaqi və sosial davranışlarını mınəvi zəngin-
ləşdirir.
Bütün əxlaq kodekslərində sadəlik və təvazökarlıq insanın ən gözəl keyfiyyətləridir. Bir
sözlə, sadəlik və təvazökarlıq şəxsiyyətin strukturunda oturuşmuş bir kateqoriyadır, insanın
mənəvi zənginliyindən xəbər verən bir fenomendir. İnsanda elə şəxsi keyfiyyətlər var ki, onlar
daxildən gəlir, minilliklərdən süzülərək soydan-kökdən, nəsildən irəli gəlir. “Süd ilə gələn
sümük ilə gedər”, “Ot kökü üstə bitər”, “Nəsli olmayanın əsli olmaz”, “Əslində olmayanı
astarlamaq olmaz” və s. atalar sözləri bunu bir daha təsdiq edir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1245
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
XALQ PEDAQOGİKASINDA HÜQUQ TƏRBİYƏSİNİN VACİBLİYİ
Sevinc EYLAZOVA
Bakı Slavyan Universiteti
sevinc.eylazova.00@mail.ru
AZƏRBAYCAN
Hüquq ərəb sözüdür. Mənası “haqq söz” deməkdir.Hüquq tərbiyəsi insanın sosial – hü-
quqi düşüncəsini, hüquqi mədəniyyət və fəallığını yüksəltməyə xidmət edən məqsədyönlü
fəaliyyət prosesidir.Azərbaycan xalq pedaqogikasında tərbiyənin digər komponentləri ilə
yanaşı, hüquq tərbiyəsinə də diqqət yetirilmişdir. Lakin o, elmi pedaqogikada olduğu kimi
şəxsiyyətin çeşidli hüquqlarının sistemli ardıcıllığına uyğun deyil, ümumi səciyyə daşıyır. El-
mi pedaqogika Azərbaycan Respublikasının Konstitusiyasına istinad edərək, yaşamaq hü-
ququ, təhsil hüququ, istirahət hüququ, əmək hüququ, mənzil toxunulmazlığı hüququ, seçmək
hüququ, seçilmək hüququ, azadlıq hüququ, mülkiyyət hüququ, ana dilindən istifadə hüququ,
şərəf və ləyaqətin qorunması hüquqlarının adlarını çəkir.
Xalq pedaqogikasında bu sözlər dilə gəlmir. Lakin xalq çox gözəl bilir ki, insanın yaşa-
maq hüququ var. Əgər o yaşayırsa, işləməlidir; işlədikdən sonra istirahət etməlidir. Yaşayış
üçün evi olmalıdır. İnsan şərəf və ləyaqətinin alçaldılmasına yol verməməlidir. Bütün bunlar
xalq üçün adi həyat normalarıdır.
Xalq sülh, əmin-amanlıq şəraitində yaşayıb işləməyi sevir. O, qanuna hörmət edir və öz
boynunu qanun qarşısında tükdən incə sayır. Böyüməkdə olan nəsli də qanuna hörmət etməyə
çağırır. Haqq, ədalət, düzlük və doğruçuluq xalqın həyat idealıdır.
Maraqlıdır ki, xalq pedaqogikasında oğlan və qızların hüquq tərbiyəsində fərqlər var.
Burada dinimizin də təsiri olub. Qızlar fiziki baxımdan zərif və zəif olduqları üçün onların
analıq hüququ, qadınlıq hüququ daha yüksəkdir. Onların əmək hüququ da daha çox evlə, ailə
ilə bağlıdır. Eyni zamanda mənsub olduğu ailənin şərəfini uca tutmaq, ləyaqətini qorumaq
onun həm hüququ, həm də vəzifəsidir.
Ailəni qorumaq, onun ehtiyaclarını təmin etmək, vətəni qorumaq hüququ oğlanlara veri-
lir. Təhsil almaq və sənət öyrənmək baxımından isə oğlanlarla qızların hüququ bərabərdir.
Xalq birgə yaşayışa əməl etməyi, qohumluq, qonşuluq münasibətlərinə xələl gətirmə-
məyi uşaqdan böyüyə kimi hər kəsin qarşısında bir tələb kimi qoymuş və bu zaman Peyğəm-
bər Əleyhissəlamın “Bir-birinizə güzəştə gedin ki, aranızda kin-küdurət, həsəd yox olub itsin”
kəlamına önəm vermişdir. Eyni zamanda insanın öz hüquqlarını qorumaqda, qərar qəbul et-
məkdə müstəqilliyinə önəm vermiş, kənar adamların yersiz müdaxiləsinə kinayə etmişdir:
“Evlər evlər vəkili deyil”.
Elmi pedaqogikada tərbiyə metodlarından biri də cəzalandırmadır. Xalq pedaqogikasın-
da da bu metod var: “Döymə taxta qapımı, döyməyim dəmir qapını”, “ Söymə nökər atamı,
söyməyim bəy atanı”. Amma xalq tərbiyə olunanana birdən-birə ağır cəza verməyin tərəfdarı
deyil. “Keçənə güzəşt deyərlər” , “İgid basdığını kəsməz” kəlamları bu ideyaya xidmət edir.
Təsadüfən törənmiş və itkilərə səbəb olmuş hadisələrdə isə xalq barışıq tərəfdarıdır. “Qanı
qan ilə yumazlar, qanı su ilə yuyarlar” kəlamı belə vəziyyətlər üçün deyilib. Lakin xalq “Qa-
nı qan ilə yuyarlar” hökmünü də verib. Bu hökm bağışlanılmaz cinayətlərin həlli yoludur.
“Qisas qiyamətə qalmaz”, “Tökülən qan yerdə qalmaz”, “Buynuzsuz qoçun qisası buynuzlu
qoçda qala bilməz” kəlamları da həmin hökm ətrafındadır və haqlə tərəfə geniş hüquqlar
verir. Lakin xalq demir ki, otur gözlə nə vaxtsa qisasını alacaqlar. Yəqin, “Düşmənin gözünün
içinə baxarlar” ifadəsi də bu tələbdən yaranmışdır.
Xalqın yazılmamış qanunlarında valideynlərin övladları və bütün ailəsi üzərində ölənə
qədər böyüklük etmək hüququ var. Hətta valideynlər olmadıqda böyük qardaş və böyük bacı
valideynlik hüququ daşıyır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1246
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Xalqın cəmiyyətdə insan hüquqları ilə bağlı bu hökm və qərarları Müqəddəs kitabımızın
ayələrinə uyğundur. Məsələn, “Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə
dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatib yeməyin” (“Ən Nisa” surəsi, ayə:2).
“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün
etməsi və kişilərin öz mallarından sərf etməsinə görədir”(ayə:34) və s. Hər zaman düzlük,
doğruçuluq, haqq-ədalət tərəfdarı olan xalq böyüməkdə olan nəslə hüquq və vəzifələrini başa
salarkən demişdir: “Doğruya zaval yoxdur”, “Ən böyük biclik düzlükdür” , “Düz əyrini
kəsər”, “İnsaf dinin yarısıdır”, “İstəyirsən dinc olasan, dinc otur”, “Öz yerini bil”, “Adın
nədir?-“Rəşid”- birin de birin eşit” və s.
Şifahi ədəbiyyat nümumələrinin və adət-ənənələrin tədqiq göstərir ki, xalq azad, yalnız
həqiqətə, yalnız ədalətli qanunlara tabe olan cəmiyyətin tərəfdarıdır.
ƏNƏNƏVİ TƏLİM METODLARI HAQQINDA
MÜLAHİZƏLƏR VƏ ONLARIN TƏSNİFATI
Güray YILMAZ
Bakı Slavyan Universiteti
grylmz20@gmail.com
AZƏRBAYCAN
Pedaqoji prosesdə təlim strategiyalarının tətbiqi ilə təlimin məzmunu tamamilə dəyişil-
miş, fənlərin tədrisində ənənəvilik qismən saxlanılsa da, müasirliyə doğru məqsədyönlü ad-
dımlar atılmışdır.
Ənənəvi təlim hələ XVII əsrdə didaktikanın prinsiplərinə əsaslanaraq meydana gəlmiş
və təlimin sinif-dərs formasında təşkilini nəzərdə tutmuşdur. Məşhur çex pedaqou Yan
Komenski özünün "Böyük didaktika" adlı əsərində təlimin bu tipinin əsaslarını göstərmişdi.
Ənənəvi sinif-dərs texnologiyasının fərqli cəhətləri aşağıdakı kimi qruplaşdırılır:
1. Təxminən eyni yaşdan və eyni hazırlıq səviyyəsindən olan şagirdlər sinifi təşkil
edirlər. Bu tərkib bütün tədris ili boyunca qorunub saxlanır;
2. Sinif cədvəl üzrə illik plana və proqrama uyğun olaraq işləyir. Buna görə də şagirdlər
məktəbə eyni günlərdə və eyni saatlarda gəlməlidirlər;
3. Məşğələnin əsasını dərs təşkil edir;
4. Dərs, bir qayda olaraq,bir tədris predmetinə, mövzuya həsr olunmuşdur və həmin
materiallar üzrə eyni qaydada il ərzində məşğul olurlar;
5. Şagirdlərin işinə müəllim rəhbərlik edir. O, tədris etdiyi predmetin nəticələrini, hər
şagirdin dərdə fəallıq və səviyyəsini qiymətləndirir, tədris ilinin sonunda isə şagirdin növbəti
sinifə keçirilməsi haqqında qərarını verir.
6. Dərsliklər əsasən, ev tapşırıqları üçün istifadə olunur.
Azərbaycanlı tədqiqatçılaın da ənənəvi təhsil və burada tətbiq edilən metodlar haqqında
bir sıra maraqlı fikirləri vardır. A.Mehrabov, Ə.Ağayev, Ə.Abbasov, Z.Zeynalov, R.Həsənov
kimi tədqiqatçı-pedaqoqlar bu sahədə öz sözlərini demişlər.Məsələn, professor Ə.Ağayev
müasir təlim metodlarının həm ənənəvi təcrübəyə, həm də Amerika praqmatizminin elementlə-
rini əks etdirdiyini söyləyir “Müasir təlim prosesi: Nəzəriyyə və təcrübə məsələləri” adlı mə-
qaləsində bu barədə yazır: “Hazırda Azərbaycan məktəblərində həyata keçirilən təlim prosesi
iki istiqamətdə özünü göstərir. Onlardan birincisi, əsasən elmin və təcrübənin 70-80-cı illər-
dəki nailiyyət nəticələrinə söykənir, yeni texnoloji imkanlarla zənginləşir... İkincisi isə Amerika
praqmatizminin elementlərini əks etdirən, elmi-nəzərə əsaslara, prinsiplərə lazımınca əsas-
lanmayan, cari tədris sahəsində müəllim-şagird əməkdaşlığı şəraitində müxtəlif fəal metod və
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1247
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
priyomların, iş formalarının köməyi ilə şagird müstəqilliyini təmin edən əsas istiqamətlər-
dir.”. Akademik M.Mehdizadənin 1982-ci ildə çap etdirdiyi “Ümumtəhsil məktəblərində təlim-
tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” adlı monoqrafiyasında ənənəvi təlim prosesləri
üçün vacib olan metodların təkmilləşdirilməsi məsələləri haqqında maraqlı fikirlər saöyləyir.
O, hər hansı metodun tətbiqindən öncə məqsəd və vasitənin aydın olmasını vacib bilir.
Ənənəvi təlim prosesinə dair maraqlı fikirlərə rus pedaqoji elmində də dəyərli sözlər
söyləmişlər. Məsələn, rus pedaqoqu A.Novikovun fikrincə, ənənəvi təlimin üstünlüyü az bir
zaman kəsiyində böyük həcmdə məlumatın verilə bilməsidir. Belə təlim zamanı şagirdlər bi-
likləri həqiqətə uyğun olduqlarını təsdiq etmədən alırlar. Lakin biliklərin əldə edilməsi yara-
dıcı təxəyyülə, düşüncəyə deyil, yaddaşa əsaslanır ki, bu da ənəvi təlimin çatışmamazlıqla-
rından biridir. Ənənəvi təlim həmçinin yaradıcılıq bacarıqlarının, müstəqilliyin, fəallığın inki-
şafına az təsir göstərir.
Təsnifatda kı hər bir metodlar qrupu əsas didaktik məqsədlərin yerinə yetirilməsinə xid-
mət edir. Ənənəvi təlim metodlarının ən geniş yayılmış növlərinə şərh, təcrübi və əyani metod-
ları aid edilir. Nəqletmə, müsahibə, təlimatlandırma şərh metodlarına; çalışma, məşq, özünə
nəzarət təcrübi metodlara, illüstrasiya, demonstrasiya və təsvir əyani metodlara aid edilir. Tə-
lim metodlarının digər təsnifatına şüurun, davranışın və hisslərin formalaşmasına təsir edən
aşağıdakı metodlar daxil edilir:
-Şüurun formalaşdırılması metodları (şərh, söhbət, demonstrasiya, təlimat, illüstrasiya):
-Davranışın formalaşdırılması metodları (məşq, çalışma, özünənəzarət);
-Hisslərin formalaşdırılması (stimullaşdırma) metodları (tərifləmə, mükafatlandırma,
təsdiqləmə və s.)
Rus pedaqoqlarından Y.K.Babanski ənənəvi təlim metodlarını üç böyük qrupa bölürdü:
1. Təlim-tədris fəaliyyətinin təşkili və həyata keçirilməsi metodları;
2. Təlim-tədris fəaliyyətinin stimullaşdırma və motivasiya metodları;
3. Təlim-tədris fəaliyyətinin səmərəliliyinə özünənəzarət və nəzarət metodları;
Təlim metodlarının seçilməsində bəzi meyarlar əsas götürülür. Müəllim dərsin məqsəd
və vəzifələrindən, keçilən fənn və mövzudan, şagirdlərin dərketmə imkanı və hazırlıq səviy-
yəsindən çıxış edərək konkret sinif və dərs üçün optimal (münasib) təlim metodlarını seçib
tətbiq etməlidir.
Q.Şukinaya görə ənənəvi təlim metodlarına: a) Məlumatverici - inkişafetdirici təlim me-
todları: şifahi şərh (nəql, izah, məktəb mühazirəsi); müsahibə, kitab üzərində iş.b) Evristik
(axtarış xarakterli) təlim üsulları: Evristik müsahibə, disput, müsahibə, problemli təlim, tədqi-
qatçılıq.c) reproduktiv təlim üsulları (təkrar, nümunə üzrə iş, və s.) daxildirsə, Ü.Lerner və M.
N.Skatninə görə isə bu metodlara: 1. izahlı-illüstrativ.2. reproduktiv,3. problemli şərh,4. Qis-
mən axtarış (evristik)5. tədqiqatçılıq aid edilir.
Həm ənənəvi, həm də yeni təlim texnologiyaları arasında fərqlərin olmasına baxmaya-
raq, müəyyən oxşarlıqlar da vardır. Bu oxşarlıq özünü aşağıdakı xüsusiyyətlərdə ifadə edir:
1. Hər iki metodla keçilən dərslərdə şagirdlərin tərkibi dəyişmir;
2.Mövzuların tədrisi eyni proqram tələblərinə istinadən həyata keçirilir;
3.Şagirdlərin təlim fəaliyyəti qiymətləndirilir;
4.Dərsin davam etmə müddəti əsasən eynidir.
Ənənəvi təlim və burada tətbiq olunan metodlar öz dövrü üçün bir çox üstünlüklərə
malik olsa da, zamanın, elm və texnikanın inkişafı təlimə yenidən baxmağı tələb edir. Müasir
əsr daha bacarıqlı, çevik, yaradıcı təxəyyülə malik, fəal insanın tərbiyəsini istəyir. Buna
görədir ki, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi və onların yeni tələblərə cavab
verən şəxsiyyət kimi formalaşdırılması təlimi yeni metodların tətbiqinə yönəldir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1248
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
REPİTİTORLUQ
Taleh RƏHİMOV
talehrahimov@yahoo.com
AZƏRBAYCAN
Müasir dövrdə repititorluq təhsilin inkişaf səviyyəsindən asılı olmayaraq demək olar ki,
dünyanın bütün ölkələrində çox geniş yayılmışdır. Çünki dünyanın ən inkişaf etmiş dövlət-
lərində belə müasir dövrün tələblərinə uyğun olaraq repititorluq fəaliyyəti qeyri-qanuni hesab
edilmir. Əksinə, dövlət tərəfindən dəstəklənir. Həmçinin Azərbaycanda da bu belədir. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda qeyri-formal təhsil formasının tətbiqi
göstərilib.
Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına
baxışı da yeniləmişdir. Müasir təhsil sistemi fоrmal - dövlət təhsil sənədinin verilməsi ilə başa
çatan təhsil forması ilə yanaşı infоrmal - özünütəhsil yolu ilə biliklərə yiyələnmə və qeyri-
fоrmal - müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil
sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formalarını da nəzərdə tutmuşdur.
Hazırda respublikamızda repititorluq çox geniş yayılmışdır. Bunun bir çox sosial-iqti-
sadi səbəbləri vardır. Misal üçün, müəllimlərin aldıqları maaş ilə yaşayışlarını təmin edə bil-
məməsi, abituriyentlər arasında rəqabət, məktəb sisteminin ali təhsilə hazırlığa uyğun olma-
ması və s. göstərmək olar. Ancaq repititorluğun belə geniş yayılması təhsil sahəsində də bir
sıra problemlərə də yol açmamış deyildir. Bunlardan ən başlıcası ümumtəhsil müəssisələrində
sonuncu sinif şagirdlərinin məktəbdən yayınma halları, repititorluqla məşğul olan müəllimlə-
rin məktəb dərslərinə biganə yanaşması və s. misal göstərmək olar. Bəs bu problemləri necə
həll etmək olar? Repititorluğu tamamilə qadağan etməklə probləmlər öz həll yolunu taparmı?
Yoxsa əksinə, bu alovun üstünə benzin tökmək kimi problemləri daha da çoxaldarmı?
Bu suallara az da olsa cavab tapmaq üçün anket sorğusu hazırlayıb Bakı və Abşeron zo-
nası üzrə müəllim və şagirdlər arasında keçirdik. Anketimiz cəmi 19 sualdan ibarətdir. Bir-bi-
rində bəziləri eyini suallar olmaqla 15 suallıq anketi müəllimlər, 14 suallıq anketi isə şagirdlər
arasında keçirdik. Obyektivliyi təmin etmək üçün sorğu anonim aparıldı. Iştirakçıların mək-
təbləri qeyd olunmayıb. Yalnız, işlədikləri (oxuduqları) məktəbin yerləşdiyi rayonun adı gös-
tərilib. Sorğuda cəmi 135 nəfər - 62 müəllim və 73 şagird iştirak edib. Statistikanın dəqiq ol-
ması üçün təkcə şəhər mərkəzindəki məktəblərdə deyil, həmçinin mərkəzə yaxın və uzaq
rayon və qəsəbə məktəblərində də sorğu keçirdik. Əsasən də Yasamal, Nizami, Xətayi ra-
yonları və Sabunçu rayonunun Pirşağı qəsəbəsində.
Anketin nəticələrini ümumiləşdirdikdə repititorluqla bağlı bəzi maralı məqamları üzə çı-
xarmağa müvəffəq olduq: Məktəb müəllimlərinin əksəriyyətinin (81%) qadın olması böyük
bir gender probleminin mövcudluğundan xəbər verir. Bütün müəllimlərin 58%-i, kişi müəl-
limlərinin isə 75%-i repititorluq edir. Müəllimlərin yarıdan çoxu repititorluqla məşğul olur və
onlar da əsas səbəbin maaşın azlığını göstərirlər (78%). Müəllimlərin əksəriyyəti (83%) maaş-
larının ən azı 800-1200 manat olmasını istəyir. Universitetə hazırlaşmaq üçün əksəriyyət
(72%) mütləq repititor hazırlığının vacibliyini qeyd edir. Məktəbdən kənar hazırlığın əsas sə-
bəbləri məktəb sisteminin şagirdi ali təhsilə hazırlamaması (40%) və daha yüksək bal toplamaq
olmasıdır (39%). Məktəbdə dərsin keyfiyyətinə təsir edən əsas amil isə oxumayan şagirdlərin
dərsi pozması (58%) və qismən də müəllimlərin dərs keçməməsidir (19%). Əksər müəllim (92%)
və şagirdlər (67%) sinifdə şagirdlərin sayının 15-20 nəfər olmasını istəyir. Məktəbdə dərs
deyən müəllimlərin bilik və bacarıq səviyyəsinin göstəricisi orta (49%) və yüksəkdir (34%).
Sonuncu sinif şagirdlərinin məktəbdən yayınmasının əsas səbəbi repititor hazırlığına getmələ-
ridir (72%). Müəllimlərin əksəriyyətinin şagirdlərə qarşı münasibəti normal və yaxşı hesab et-
mək olar (76%). Əxlaqı ilə şagirdlərə nümunə ola biləcək müəllimlər kifayət qədərdir (73%).
Şagirdlərn 75%-i repititor hazırlığına gedir. Şagirdlərin 83%-i gələcəkdə müəllim işləmək
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1249
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
istəmir. Abituriyentləri hazırlayan repititor müəllimlər məktəbdə onlara dərs desələr belə yenə
də onların çoxu (67%) əlavə hazırlığa gedər. Müəllimlərin əksəriyyəti başqa repititor yanına
gedən şagirdlərinə normal və yaxşı münasibət (79%) göstərsə də ayrı-seçkilik edən (12%),
düşmən kəsilən (7%) müəllimlər də var. Repititorluq məktəbdə dərsin səviyyəsinin aşağı
olmasının əsas səbəbi deyil (70%). 84% respondent məktəbin əsas funksiyasının ali təhsilə
hazırlıq olmadığını deyir. Abituriyentlərin nailiyyətlərinə təsir edən əsas amil repititor və kurs
hazırlığıdır (73%). Repititorluq qanunla qadağan olunmamalıdır (78%).
Bütün bu göstəricilərdən belə bir nəticəyə gəlmək olar ki, müəllimlərin maaşı 800-1200
manatadək artırılarsa, məktəbin sonuncu siniflərini ali təhsilə hazırlıq sisteminə uyğunlaşdırı-
larsa (hazırda bir sıra yüksək reytinqli özəl təhsil müəssisələrində olduğu kimi) və bu siniflər-
də şagird sayını 15-20 nəfərədək məhdudlaşdırılarsa, dərs oxumayan və dərsi pozan şagird-
lərlə bağlı ciddi tədbirlər görülərsə (misal üçün: peşə məktəblərinə yönləndirilərlərsə və s.),
müəllimlər keyfiyyətli dərs keçmələri üçün stimullaşdırılarlarsa, məktəbdə kişi və qadın müəl-
limlərinin sayında balans yaranar, dərsin səviyyəsi artar, müəllimlərdə repititor hazırlığına
maraq, abituriyentlərdə isə tələbat azalar. Şagirdlərin məktəbdən yayınma halları azalar, müəl-
limlərin şagirdlərə qarşı olan ayrı-seçkilik və düşmən münasibətləri olmaz. Müəllim peşəsinin
nüfuzu artar, şagirdlərdə bu peşəyə maraq yaranar. Bir sözlə təhsilimizin və millətimizin
gələcəyi üçün böyük işlər görülmüş olar.
Dostları ilə paylaş: |