III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1232
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Ölkəmizdə aparılan təhsil islahatları dövründə fəaliyyət istiqamətlərindən biri inteqrativ
təhsilin formalaşdırılması sahəsində aparılan işlər olmuşdur. Ümumtəhsil, eləcə də digər pillə-
lərdə əldə olunmuş fəndaxili, fənlərarası əlaqələr sahəsində nailiyyətlər öyrənilərək ümumi-
ləşdirilmiş, yeni təcrübənin yaradılmasında onlardan istifadə olunmuşdur.
Yeni konsepsiyaya uyğun yaradılmış təhsil proqramlarında inteqrasiya mühüm prinsip
kimi diqqət mərkəzində saxlanılmışdır. Biologiyanın tədrisində fəndaxili inteqrasiyanın əsas
prinsiplərdən biri olaraq nəzərə alınması proqram materiallarının ümumiləşmə və dəqiqləşmə-
sinə, dərsliklərin lazımsız materiallarla yüklənməsinin qarşısının alınmasına xidmət edir. İn-
teqrativ təlim şagirdlərə inteqrativ bilik almağa, müəllimlərə isə öz işini və fəaliyyətini düzgün
qurmağa kömək edir.
Orta ümumtəhsil məktəblərində biologiya fənninin tədrisinin maarifləndirmə istiqamə-
tində ən əhəmiyyətli vəzifəsi gəncləri həyatı və özunü dərk edə bilən bir şəxsiyyət kimi yetiş-
dirməkdən ibarətdir. Biologiya fənnində canlılar aləmi barədə bilik və bacarıqların ayrı-ayrı-
lıqda deyil, canlıların quruluşunun, onlarda baş verən fiziki, kimyəvi, bioloji proseslərin və s.
vəhdətdə təqdim edilməsi varislik və iyerarxiya əlaqələrinin qurulmasına səbəb olur ki, bu da
fənnin bütövlüyünü təmin etmiş olur. Biologiya fənninin tədrisində geniş şəkildə istifadə
olunan fəndaxili inteqrasiya prosesində dəyərlərin dərk olunması xüsusidən ümumiyə və ya-
xud ümumidən xüsusiyə doğru ola bilər. Fəndaxili inteqrasiya prinsipinə əsaslanmaq müəlli-
mə öz dərslərini və təlim prosesini daha geniş həcmli biliklər əsasında qurmaq imkanı verir.
Fəndaxili inteqrasiya vasitəsilə canlılar aləminin ortaq xüsusiyyətləri məsələn, hüceyrə, mad-
dələr mübadiləsi, enerji mübadiləsi, qidalanma, ifrazat, çoxalma, böyümə və s. əlaqələndirilə-
rək vahid bir sistem halında tədris edilir. Hüceyrə bölməsinin tədrisində fəndaxili inteqrasiya
daha geniş imkanlıdır. Müəllim bu əlaqə imkanlarının həyata keçirilməsinə nail olduqda şa-
girdlər canlı orqanizmlərin (bakteriya, bitki, heyvan, göbələk) vahid quruluşu olan hüceyrənin
quruluşu və funksiyalarını, kimyəvi tərkibini, hüceyrənin çoxalma və inkişafını, hüceyrənin
inkişafına mühitin təsirini, o cümlədən, canlı orqanizmlərin kimyəvi elementlərdən quruldu-
ğunu, ətraf aləm və orqanizm arasında baş verən maddələr mübadiləsini, orqanizmin tərkibin-
də gedən bütün prosesləri asan və şüurlu şəkildə mənimsəyirlər.
Fəndaxili inteqrasiyanın mahiyyətini kurikulum islahatında göstərilən müddəalara istina-
dən aşağıdakı kimi ümumiləşdirmək olar:
İnteqrasiyanın mahiyyəti, onun müasir təhsildə vacib prinsip kimi gətirilməsini zəruri
etmişdir.
Təhsildə inteqrativliyin konseptual yanaşma kimi nəzərə alınması onun şəxsiyyət yö-
nümlü mahiyyət kəsb etməsindən irəli gəlir.
Biologiya fənn kurikulumunda fəndaxili inteqrasiya təlimin məzmun komponentlərin-
dən biri kimi hazırlanmışdır.
Təhsil proqramlarında fəndaxili inteqrasiyanın məzmunun digər komponentləri ilə
əlaqəli şəkildə verilməsi, biologiya fənninə aid nəticələrin məntiqi bağlılığı, ardıcıl inkişafa
xidmət göstərməsi mühüm tələb kimi diqqət mərkəzində saxlanılmışdır.
Fəndaxili inteqrasiya ənənəvi təhsil sistemindən fərqli olaraq biologiya fənn kurikulu-
munda canlılar aləmi barədə bilik və bacarıqlar biologiyanın sahələrinin (botanika, zoologiya,
insan anatomiyası, fiziologiya və gigiyenası, ekologiya və s.) ayrı-ayrılıqda təqdim edilməsi
ilə deyil, canlıların quruluşunun, onlarda baş verən fiziki, kimyəvi, bioloji proseslərin, canlıla-
rın bir-biri ilə, ətraf mühitlə qarşılıqlı əlaqəsinin vəhdəti kimi təqdim edilmişdir. Bununla da
canlılar aləminin və bütövlükdə dünyanın vahid bir sistem kimi qavranılmasına nail olmaq
mümkün hesab edilmişdir.
Biologiyanın tədrisi prosesində fəndaxili inteqrasiya geniş tətbiq edilir və konsentrik
prinsipə əsaslanan spiralvari quruluş yaranır. Bu cür inteqrasiya prosesi zamanı canlı orqanizm-
lərin quruluşu, bioloji proseslər, canlıların bir-birilə və ətraf aləmlə əlaqəsi haqqında bilik və
bacarıqların, dərk olunması xüsusidən ümumiyə və yaxud ümumidən xüsusiyə doğru ola bilər.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1233
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Dərsdə inteqrasiyadan səmərəli istifadə, interaktiv təlimin həyata keçirilməsinə, şagird-
lərin müstəqil olaraq bilik və bacarıqlar qazanmalarına imkan yaradır.
Fəndaxili inteqrasiyanın mahiyyəti və təhsildə ondan istifadənin zəruriliyinə dair deyi-
lən fikirlərdən aydın olur ki, tədris prosesində həmişə fəndaxili əlaqə adı altında ondan isti-
fadə edilmişdir. Yenilik ondan ibarətdir ki, bu əlaqələrin yaradılması inteqrasiya adı altında
fənn kurikulumunda bir prinsip, məzmun komponetlərinin biri kimi qəbul edildiyi üçün, müəl-
limlər dərsin planını hazırlayarkən bunu bir dövlət tələbi kimi nəzərə almalıdırlar.
MƏKTƏBƏQƏDƏR TƏHSİLDƏ PASSİV ƏNƏNƏVİ TƏLİMDƏN
MÜASİR FƏAL VƏ YENİ İNTERAKTIV TƏLİMƏ
Könül KƏRİMOVA
Azərbaycan Müəllimlər İnstitutunun
konul.kerimova.1989@mail.ru
AZƏRBAYCAN
Pedaqoji tədqiqatlardan məlum olmuşdur ki, təlim prosesinə metodik yanaşmanın əsas
üç növü vardır:
- Passiv ənənəvi təlim
- Müasir fəal təlim
- Yeni interaktiv təlim
Passiv ənənəvi təlim metodunda (buna ənənəvi təlim də deyilir) müəllim əsas sima olub
yalnız şagirdlərə diktə edir, öyrədir. Buna ənənəvi təlim prosesi deyilir ki, uzun illər belə tə-
lim prosesi mövcud olmuş və bu gün də yeniliyə can ataraq yaşamaqdadır. Ənənəvi təlim pro-
sesində müəllim-tərbiyəçi fəaldır, uşaqlar isə passivdir. Müəllim deyir, uşaqlar eşidir. Belə
məşğələ prosesində qarşılıqlı əlaqə, əks əlaqə yoxdur. Uşaq bu prosesdə yalnız bir obyektdir.
Tərbiyəçinin uşaqlarla əlaqəsi yalnız suallara verilən cavablarla həyata keçirilir. Uşaqlara çat-
dırılan biliyin mənimsənilməsi baxımından belə metod səmərəsizdir. Lakin, belə ənənəvi
məşğələnin də müəyyən müsbət cəhətləri vardır. Belə ki, müəyyən vaxt çərçivəsində uşaqlara
müəyyən bilik və məlumatlar verilir.
Uşaqların bilik dairəsi genişlənir, məlumatları artır. Bu prosesdə təlim məktəbəqədər
yaşlı uşaqları inkişaf etdirir. Amma buna inkişafetdirici təlim deyə bilmərik. Bu prosesdə
yalnız biliklər, məlumatlar genişləndirilir, inkişaf etdirilir.
Buna inkişafetdirici təlim yox, təlim inkişaf etdirir deyə bilərik. Şаgirdin belə fəaliyyəti
produktiv deyil, reproduktiv təlim adlanır. Bu fəаliyyətin növləri bir-biri ilə sıх əlаqədə оlsа
dа оnlаr şagirdin inkişаfınа müхtəlif dərəcədə kömək еdirlər.
Rеprоduktiv fəаliyyət оnunlа хаrаktеrizə оlunur ki, uşaq yalnız hаzır infоrmаsiyаnı, bi-
likləri аlır, оnu qəbul еdir, bаşа düşür, yаddа sахlаyır və nəhаyət hаsil еdir, təcrübədə tətbiq
еdir. Bеlə fəаliyyətin əsаs məqsədi məktəblidə bilik, bаcаrıq, vərdişlərin fоrmаlаşdırılmаsı,
diqqət və yаddаşın inkişаf еtdirilməsidir.
Bu metodun müsbət cəhətini görən bəzi tərbiyəçilər bu metodun həmişə qalacağı iddia-
sındadırlar. Bəzi hallarda da təcrübəli tərbiyəçilər, xüsusilə də uşaqlar artıq materialın mahiy-
yətini, dərsin məqsədini biləndə passiv metodun özündən də əsaslı öyrənə bilirlər.
Məktəbəqədər təhsildə ənənəvi metodların aşağıdakı səciyyəvi cəhətləri vardır:
1. Bir qayda olaraq ənənəvi məşğələdə əsas diqqət uşaqların bacarıqlarının formalaşdı-
rılmasına deyil, biliklərin mexaniki mənimsənilməsinə yönəldilir.
2. Ənənəvi təlimdə hazır informasiyanın çatdırılması ilə onun mənimsənilməsi üçün
şərait yaradılması müəllim- tərbiyəçinin başlıca funksiyasını təşkil edir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1234
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
3. Tərbiyəçinin uşaqlarla rəftarında avtoritar, avtokratik iş üsulu, üslubu qabarıq şəkildə
təzahür edir. Ənənəvi təlimdə hər bir məşğələ hazırlığın yoxlanması, yeni materialın izahı və
biliyin möhkəmləndirilməsi mərhələləri ilə səciyyələnir.
Ənənəvi məşğələ tipində mövzuların tədrisi zamanı məşğələdə ümumi gərginlik hökm
sürür, tədris prosesi uşaqların deyil, daha çox tərbiyəçinin aktual hesab etdiyi məsələlərin həl-
linə yönəlir. Bu zaman uşaqların əksəriyyəti təlim prosesində passiv iştirak edir. Ona görə də
məşğələ eyni tipli olub, uşaqlar üçün darıxdırıcı keçir. Hər bir məşğələ öz predmeti səciyyə-
sində tədris olunur, bu zaman həm də fənlərarası əlaqəyə az diqqət yetirilir. Bu prosesə inte-
raktiv deyil, interpassiv deyilir.
Fəal təlim metodu elə təlim metodudur ki, məşğələ prosesində müəllimlə uşaq arasında
qarşılıqlı əlaqə, münasibət, ünsiyyət, tərbiyəçi - uşaq əməkdaşlığı vardır. Uşaqlar passiv dinlə-
yici deyillər. Onlar dərsin fəal iştirakçılarıdır, müəllimin yaxın köməkçisidirlər. Əgər passiv
təlim metodunda tərbiyəçi əsas fiqura, əsas sima idisə, indi tərbiyəçi və uşaqlar birlikdə çalı-
şır. Fəal təlimdə tərbiyəçi və uşaq eyni səviyyədə, eyni dərəcədədirlər. Əgər passiv dərs-məş-
ğələ avtoritar, avtokratik üsulda qurulursa, fəal dərs-məşğələ tipində isə əməkdaşlıq, işgüzar-
lıq, demokratik prinsiplər öz əksini tapır.
Fəal və interaktiv təlim anlayişlarının bir çox cəhətləri bir-birilə çox yaxın və ümumidir.
Belə ki, hər iki metodla keçilən dərs uşaqları fəallışdırmağa yönəldilmiş, hər ikisində uşaqlara
hazır biliklər verilmir, onlar axtarıcılığa, tədqiqatçılığa sövq edilir, hər ikisində tərbiyəçi- uşaq
münasibətləri, ünsiyyət və dialoqlar hökm sürür.
İnteraktiv təlim- məşğələ zamanı isə əsas diqqət uşaqlara - onların şəxsiyyətlərinin for-
malaşmasına yönəldilir. İnteraktiv məşğələ zamanı tərbiyəçinin başlıca vəzifəsi uşaqlara yar-
dımçı olmaqdır.
Təlim prosesində uşaqların fəaliyyətini əlaqələndirib onlara axtarışa həvəs yaratmaqdan
ibarətdir. İntеrаktiiv təlim mеtоdu həm təlimin, həm tərbiyənin, həm də uşaqların psiхоlоji
inkişаfınа müsbət təsir göstərir. Uşaqların bilik və dünyаgörüşünü gеnişləndirir, təlim-tərbiyə
kеyfiyyətini yüksəldir.
İntеrаktiv təlim mеtоdlаrı üzərində qurulаn məşğələlər ənənəvi məşğələdən köklü şəkil-
də fərqlənir. Bеlə məşğələlər tаm sərbəstlik şərаitində kеçilir. Uşaqlar özlərinin bütün bilik,
bаcаrıq və istеdаdlаrını nümаyiş еtdirirlər.
İntеrаktiv təlim mеtоdlаrının tətbiqi zаmаnı bir çох çətinliklərlə də qаrşılаşmаq оlur.
Bеlə ki, bu mеtоdlаrdаn hеç də bütün məşğələlərdə, bütün mövzulаrın tədrisində istifаdə еt-
mək mümkün оlmur.
Bu mеtоdlаrlа işləmək üçün tərbiyəçiyə yоl göstərən, istiqаmət vеrən mеtоdik ədəbiyyаt
da çох аzdır. Prоqrаmlаr və dərs vəsаitləri də yеni mеtоdlаrа uyğun yаzılmаlıdır.
GƏNCLƏRİN QARŞILIQLI KÖMƏK MƏSƏLƏLƏRİNDƏ DƏDƏ-
QORQUD BOYLARINDAN İSTİFADƏNİN ƏHƏMİYYƏTİ
Emiliya ŞAHMAROVA
Bakı Slavyan Universiteti
emiliya.elif@mail.ru
AZƏRBAYCAN
“Kitabi-Dədə Qorqud”dastanı zaman məhdudiyyəti bilmədən araşdırılmış və tədqiq
edilmişdir. Dastan yaradıcılığında “Dədə-Qorqud kitab”ı elə bir zirvədə dayanır ki,özündən
əvvəl və özündən sonra bu zirvəyə qalxa bilən ikinci belə bir dastan nümunəsi olmamışdır.
Türk millətinin, oğuzların dastanı olan “Kitabi-Dədə Qorqud” kitabı türklərin, oğuzların adət-
ənənəsi, tarixi, həyatı, məişəti, yaşam tərzini özündə əks etdirir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1235
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
“Dədə-Qorqud kitab”ı yaşam tarixi minillikləri aşan ulu əcdadlarımızın-qədim oğuzların
yalnız qəhrəmanlıq dastanı olmayıb, qədim türk etnosunun həyat və düşüncə tərzi ilə
qazandığı dəyərləri sonrakı nəsillərə ötürmək üçün böyük ustalıqla qoşulmuş qiymətli sənət
əsəridir. Dastanın əhatə etdiyi mövzu dairəsi, daşıdığı informasiya yükü geniş və sonsuzdur.
Boylarda təsvir olunan hadisələr Dədə Qorqud öyüdləri ilə üzvü şəkildə əlaqədardır.
Dədə-Qorqudun bu öyüdləri özündən sonra gələn nəsillərin, xalqların ədəb-ərkanına mənəvi
tərbiyə sisteminin qorunub saxlanmasına, qarşılıqlı-kömək məsəslələrində bir-birinə yardım
etməyi, tərbiyə etməyi nəsihət etmişdir və xalqda öz növbəsində Ozanın tərbiyəvi fikirlərini
nəsildən nəslə yaşatmışlar. Dədə Qorqud müdrik el ozanı, el tərbiyəçisi kimi boyların
düzücüsü, söz söyləyəni kimi göstərilir. O, oğuz elinin ağsaqqalı, yol göstərənidir.
Oğuz elinin qərəmanlq, vətənpərvərlik, əxlaq, tərbiyə, ədəb-ərkan, ana-oğul, ata-oğul
münasibəti, oğuzların bir-birinə kömək etməsi, bir-birinə qarşılıqlı kömək məsələlərində
həyan olması, adət- ənənə haqqında ibrətamiz deyimlər, öyüd və nəsihətlər ayrı-ayrı boylarda
öz əksini taparaq məzmun və ideyasını təşkil edir. Oğuzlar çətinə düşəndə tanrıya sığınır,onu
köməyə çağırırlar. Tanrı da hər dəfə oğuzların köməyi olur,onları çətinliklərdən çıxarır.
"Salur Qazanın evinin yağmalanması" boyu dastanın ən maraqlı, böyük tərbiyəvi əhəmiy-
yətə malik boylarındandır. Salur Qazanın evinin yağmalandığı boyda oğuz igidlərinin bir-bi-
rinə qarşılıqlı yardım məsələlərinə rast gəlirik. Bu boyda oğuz cəmiyyətinin vətənpərvərliyi,
yurd, el-oba və ailəni düşməndən müdafiəsi uğrunda mübarizəsi kimi məsələlər öz əksini tapır.
Eposda yeganə haldır ki, adi çoban yuxarı təbəqə ilə birlikdə mübarizədə göstərilir. Həm
də öz ağası Qazan xandan daha cəsur, iradəli və yenilməz bir qəhrəman kimi verilir. Əsərdəki
əsas surətlərin içərisində aşağı təbəqənin yeganə nümayəndəsi olan Qaraca Çobanın yalnız
bircə boyda iştirak etməsinə baxmayaraq, bütün obrazlardan, hətta Qazan xandan da artıq
sevilməsi diqqəti cəlb edir. Bununla dastan yaradıcılarının, sinfi fərq qoyulmasa da, zəhmət-
keş təbəqəyə rəğbəti təsdiqlənir. Dastanda Qazan xan Qaraca Çobanı ağaca bağlayır. Çoban
ağacı kökündən çıxarıb onun dalınca düşür. Qazan xana deyir ki, sən döyüşüb yorulanda bu
ağacdan ocaq qalayıbsənə yemək bişirəcəyəm. Bu sözlər Qazan xanın xoşuna gəlir. Qazan
xan nə etsədə Qaraca çobanı yolundan döndərə bilmir.
Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy ideyasına görə ikinci boyla səsləşir. Hər
ikisində ata, ana məhəbbəti, ağır günündə oğlunun köməyinə çatmaq motivləri vardır.
Duxa Qocaoğlu Dəli Domrul boyunda əzrailin Dəli Domrulun canını almağını bilən ata-
anası oğlanlarına kömək etmirlər. Dəli Domrulun arvadı isə əhvalatı eşidən kimi öz ömrünü
ərinə verməyə razı olduğunu bildirir. Bu boyda da qarşılıqlı kömək məsələlərinə rast gəlmiş
oluruq.
Dastanı oxuyarkən bir şeyində şahidi oluruq: İnsanların bir-birinə xoş münasibətini,
sədaqətini görürük. Dastanın ayrı-ayrı boylarında oğuzun, türkün ailəsində ailə üzvlərinin bir-
birinə ədəb-ərkanla yanaşdığını, böyüyə hörmət etdiyini, qardaşın bacıya, bacının qardaşa
səmimi münasibətini görürük.
Köməkləşmə, yardımlaşma hər insanın fitrətinin gətirdiyi özəlliklərdə var, lakin biz də bu
hisslərin təməli daha güclüdür.Çünki keçmişimiz böyük Dədə-Qorqud irsi üzərində qurulub.
Gənclərimiz onları böyüdən valideynlərindən Qorqud dastanındakı vətənpərvərlik, köməkləş-
mə, həyan durma, birgə olma keyfiyyətlərin dinləyərək böyümüş və bu xüsusiyyətləri günlük
həyatlarının ana ünsürü halına çevirmişdir. Gənclərin ruhunda belə mənəvi qidanın olması hələ
çox nəsilləri belə dəyərlər üzərində yetişdirməyə yetər.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1236
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
EKOLOJİ TƏHSİL
Səadət MƏMMƏDOVA
Bakı Slavyan Universiteti
seadetmammmadova@gmail.com
AZƏRBAYCAN
İndiki və gələcək nəslin rifahı üçün ətraf-mühitin qorunması dövrümüzdə çox aktual
məsələlərdən birdir. Bu da ekoloji tərbiyə problemlərinin həlli olmadan mümkün deyil. Eko-
loji tərbiyənin məqsəd və vəzifələri ölkəmizin sosial həyatı ilə son dərəcə bağlıdır. Əgər cə-
miyyətimizin bütün üzvləri – şagirdlər, tələbələr, mütəxəssislər, idarə işçiləri və rəhbərləri in-
san və ətraf mühit arasında münasibətlərin təkmilləşdirilməsi işlərində birlikdə hərəkət etsələr
bu problem daha tez aradan qaldırıla bilər. Bu məqsədlə 2010-cu il Azərbaycan Respublikası-
nın Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda “Ekologiya ili” elan edilmişdi. “Ekolo-
giya ili” çərçivəsində müxtəlif tədbirlər həyata keçirildi, xüsusi sahələr üzrə elektron resurslar
hazırlandı, əhali arasında maarifləndirmə tədbirləri genişləndirildi. Hal-hazırda bəşəriyyəti-
mizin üzləşdiyi ən aktual problemlərdən biri mədəniyyət və ətraf mühitin sabitliyinin təhlü-
kəyə məruz qalmasıdır. Ozon qatının məhvi, qlobal istiləşmə, səhralaşma, fauna və floranın
nəslinin kəsilməsi, ətraf mühitin çirklənməsi bütün bəşəriyyəti narahat edir.
İndi hamı ətraf mühitin qorunması haqda danışır. Təxminən 30-40 ildən artıq bir müd-
dət ərzində belə kəskin dəyişiklik 2 cəhətlə bağlı olmuşdur: əhalinin artımı və elmi-texniki
inkişaf. Son illərdə əhalinin durmadan artması demoqrafik partlayışa səbəb oldu və qarşıda
yeni sula meydana gəlir. “Əhalini necə tənzimləyək?” Bəlkə də mən bu suala cavab verməklə
dövlətlərarası siyasətə qarışmış olaram ancaq acı gərçəklərlə barışmaq lazımdır. Son zaman-
larda adı bütün televiziya kanallarında, mətbuatda, ictimai nəqliyyatlarda, demək olarki hər
yerdə çəkilən “quş qripi” və “donuz qripi” viruslarından başliyım söhbətə. Bu viruslar demoq-
rafik partlayışın qarşısını almaq üçün istifadə edilmiş silahdır. Virusu hazırlayarkən qarşıda
sadəcə bir məqsəd dayanır: “Neçə minlərlə insan məhv olmalıdır?!” Əlbəttə, bəşəriyyəti tən-
zimləmək lazımdır. Ancaq məhv etmək çıxış yolu deyil. Çünki müəyyən qədər əhalinin məhv
olması nəticəsində o qədər də insan ya şikəst olur, ya psixoloji sarsıntı keçirir və s. Bununla
nəinki ekoloji problem həll olunur, hətta problemin üstünə problem gəlir.
Ekoloji problemlərdən biridə yaşıllıqların məhvidir. Ətrafımızda hər nə qədər fərqində
olub qiymətini bilməsək də mövcud olan meşələr əslində sağlamlığımız və həyatımız üçün çox
önəmlidir.Ağaclar – quşlar da daxil olmaq üzrə bir çox canlının yaşadığı yerdir. Onlar bitkilər
üçün də çox əhəmiyyətlidir. Suyun torpaqda tutulmasını təmin edən ağaclar, torpaq altında
yetişən bitki və yaşayan heyvanları da qidalandırılar .Meşələr isə oksigen anbarıdır.Bu da sağ-
lamlığımız üçün çox əhəmiyyətlidir. Son illərdə ölkəmizdə yaşıllaşdırma işləri geniş səviy-
yədə aparılır. Bu çox müsbət haldı. Bununla bağlı "Hərəyə bir ağac əkək!", "Yaşıllıq ayı" bir-
birini tamamlayan çox nəcib və xeyirxah tədbirlərdir. Lakin məsələnin digər tərəfinə diqqət
yetirək. Yaşıllaşdırma işləri zamanı yalnız bəzək məqsədilə ekzotik və dekorativ ağacların
əkilməsi nə dərəcədə doğrudur? Paytaxtımızda havanın ağır olmasının səbəblərindən biri də
budur. Əlbəttə, biz estetik cəhətdən də tərbiyə olunmalıyıq. Ancaq birinci bizim sağlamlığımız,
sonra estetikamız.
Bugün şahidi olduğumuz ekoloji problemlərin kökündə əsasən ictimai məsuliyyətsizlik
dayanır. Yəni insanlar fərd olaraq bəlkə də əhəmiyyətini dərk etmədən ekologiyaya düşmən
kəsilirlər. Buna görə də ekoloji maarifçiliyə ehtiyac yaranmışdır. Bu işi həyata keçirmək üçün
ilk növbədə hərkəsdə müəyyən ekoloji biliklər mövcud olmalı, əhalidə ekoloji dünyagörüş
formalaşmalı, təhsilin bütün pillələrində ekoloji təlimlər keçirilməlidir.
Ekoloji təhsilin əsas məqsədi ətraf-mühitə qarşı məsuliyyət hissi yaratmaqdır. Bu zaman
əldə olunmuş biliklər, qazanılmış təcrübələr ekoloji mədəniyyətin formalaşmasına səbəb olur.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1237
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Bir sözlə, ekoloji təhsil dedikdə, ümumi ekoloji mədəniyyətin formalaşmasına yönəldilmiş
fasiləsiz təhsil, tərbiyə və inkişaf prosesi başa düşülür. Cəmiyyətimizdə ekoloji mədəniyyət
səviyyəsinin yüksəlməsi gənc nəslin ekoloji təhsil və tərbiyəsindən asılıdır. Məktəb və mək-
təbdənkənar müəssisələrdə təlim-tərbiyə proqramlarının, metodik vəsaitlərin, dərsliklərin, digər
yardımçı vəsaitlərin olmaması ekoloji təhsil sahəsində ciddi problemlər yaradır. Lakin son
zamanlar bu boşluq aradan qaldırılır. Təxminən son 10 il ərzində ekoloji təhsil daha geniş tət-
biq edilməyə başlanıb. lk növbədə respublikamızın orta və ali ixtisas məktəblərində ekoloji
fakültə və kafedralar açilıb, ekoloji tədris şəbəkələri genişlənib. Ölkəmizin ümumtəhsil mək-
təblərində “Ümumi ekologiya” tədris olunur. Ekoloji təhsilin səviyyəsini yüksəltmək məqsə-
dilə bəzi ümumtəhsil məktəbləri təbiət təmayüllü məktəblərə və ekoloji liseylərə çevrilib.
Dövlət səviyyəsində təbiətin qorunması sahəsində çox ciddi tədbirlərin həyata keçiril-
məsinə baxmayaraq, əhalinin ekoloji sivilizasiyası və mədəniyyəti hələ də günün tələbləri ilə
uzlaşmır. Zənnimizcə, bunun ən başlıca səbəbi əhalidə ekoloji şüurun sivilizasiya səviyyəsin-
də formalaşmamasıdır.
İKİNCİ DÜNYA MÜHARİBESİNDƏN SONRA DİNC QURUCULUQ
İLLƏRİNDƏ AZƏRBAYCANDA MƏKTƏBƏQƏDƏR TƏHSİLİN İNKİŞAFI
Könül ŞIXƏLİYEVA
Azərbaycan Müəllimlər İnstititunun
konul.eva.89@mail.ru
AZƏRBAYCAN
İkinci dünya müharibəsindən sonra dinc quruculuq illərində Azərbaycanda məktəbəqə-
dər təhsilin inikişafı yenidən qurulmağa başladı. Müharibə illərində bir çox bağçalar dağılmış
və fəaliyyətini dayandırmışdır. 1950-ci illərdə uşaq bağçalarının sayı 539 – idi, bunlardan da
431-i şəhərlərdə, 108-i кəndlərdə fəaliyyət göstərirdi.
Bu bağçalar 21953 uşağı əhatə еdirdi. Bundan əlavə yaz-yay təsərrüfat işləri dövründə
кənd rayоnlarında tarlada çalışan qadınların 12870 uşağını əhatə еdən 481 коlхоz uşaq bağçası
təşкil еdilmişdi. 1955-ci ildə rеspubliкamızda uşaq bağçalarının sayı 549-a və оnlarda tərbiyə
оlunan uşaqların sayı 26150 nəfərə çatdı. 1956-57-ci ildə rеspubliкada daimi fəaliyyət
göstərən 560 uşaq bağçasında 27408 uşaq, 383 yaz-yay uşaq mеydançasında isə 24 072 uşaq
tərbiyə оlunurdu. Bu müəssisələrdən 13089 uşağı əhatə еdən 270 uşaq bağçası maarif şöbələ-
rinin, 14319 uşağı əhatə еdən 292 uşaq bağçası isə başqa müəssisə və təşкilatların hеsabına
fəaliyyət göstərirdi.
Rеspubliкada uşaq bağçaları şəbəкəsinin gеnişləndirilməsi ilə bərabər məкtəbəqədər
tərbiyə müəssisələri üçün кadrlar hazırlamaq məqsədilə хеyli işlər görüldü.
1950-1960-cı illərdə də uşaq bağçalarının inkişafına xüsusi fikir verilirdi. Uşaq
bağçalarına gedən uşaqların sayı ildən ilə artırdı.
1965-ci ildə 89419 uşağı əhatə еdən 1260 müəssisə fəaliyyət göstərmişdir. Bu ildə ilк
dəfə оlaraq məкtəbəqədər tərbiyə tariхində 2 aylıqdan 7 yaşa qədər uşaqların təlim-tərbiyəsi-
nin məzmununu müəyyən еdən “Uşaq bağçalarının tərbiyə prоqramı” hazırlandı. Prоqramda
müхtəlif yaş dövrlərində uşaqların mənimsədiкləri biliк, bacarıq və vərdişlərin həcmi müəy-
yən еdildi.
1969-cu ildə rеspubliкada 108,3 min uşağı əhatə еdən 1555 müəssisə vardır.
1969-cu ilin iyul ayında rеspubliкanın rəhbərliyinə Ulu öndərimiz Hеydər Əliyеvin gəlişi
ilə ictimai-siyasi, iqtisadi və sоsial sahələrdə ciddi кеyfiyyət dəyişiкliкlərinin yaranması təhsi-
lin məqsədyönlü və dinamiк inкişafına əsaslı təкan vеrdi.
|