III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1207
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ﻰﺴﻧأ مﺎﻳأ و ﺎﺒﺼﻟا ﻰﻟ اﺮآذا ﻰﺴﻨﻳ ﻞﻴﻠﻟا و رﺎﻬﻨﻟا فﻼﺘﺧا
ﺲﻣ و تارﻮﺼﺗ ﻦﻣ ترﻮﺻ بﺎﺒﺷ ﻦﻣ ةوﻼﻣ ﻰﻟ ﺎﻔﺻو
ﺲﻠﺧ ةﺬﻟ و ةﻮﻠﺣ ﺔﻨﺳ تﺮﻣ و بﻮﻌﻠﻟا ﺎﺒﺼﻟﺎآ ﺖﻔﺼﻋ
ﺮﺼﻣ ﻼﺳ و
:
ﻪﺣﺮﺟ ﺎﺳأ وأ ﺎﻬﻨﻋ ﺐﻠﻘﻟا ﻼﺳ ﻞه
؟ﻰﺳﺆﻤﻟا نﺎﻣﺰﻟا
Gecə və gündüz unutdurur. Mənə uşaqlığımdan və keçmiş günlərimdən danış.
Xatirələrlə zəngin gəncliyimi vəsf et:
Şıltaq səba kimi əsdi, şirin yuxu və ötəri həzz kimi keçdi
Misiri soruş: qəlb onu unutdu? Ya zaman onun yarasını sağaltdı?
Əhməd Şövqinin Misir və onun görməli yerlərindən, onu görməyin həsrətindən və şöv-
qündən bəhs edən, eyni zamanda, Əndəlüsü və onun tarixi abidələrini, müsəlman ölkələrinin
məhvini əks etdirən bu qəsidəsi yüz on beytdən ibarətdir. Şairin hissləri aşağıdakı beytlərdə
daha təsirli ifadə olunmuşdur:
ﻰﺴﻔﻧ ﺪﻠﺨﻟا ﻲﻓ ﻪﻴﻟإ ﻰﻨﺘﻋزﺎﻧ ﻪﻨﻋ ﺪﻠﺨﻟﺎﺑ ﺖﻠﻐﺷ ﻮﻟ ﻰﻨﻃو
ﻰﺴﺣ ﻞﺨﻳ ﻢﻟ و ﺔﻋﺎﺳ ﻪﺼﺨﺷ ﻰﻧﻮﻔﺟ ﻦﻋ ﺐﻐﻳ ﻢﻟ ﷲا ﺪﻬﺷ
Ah, mənim vətənim, əgər mən əbədiyyətə qovuşsaydım, mənim ruhum uzun zaman ona
görə səmalarda olardı.
Allah şahiddir, o (mənim ölkəm) heç vaxt nə gözlərimdən uzaq deyil, nə də qəlbimdən
Şairin İspaniyada olarkən yazdığı şeirlərdən biri də “Əndəlusiyyə” qəsidəsidir. Bu qəsi-
dədə də şair əziz vətəni tərənnüm etmiş, vətəndən uzaqda gördüklərini və müşahidələrini vəsf
etmişdir. Əhməd Şövqi bu qəsidəni İbn Zeydunun “Nuniyyəsinə” nəzirə olaraq yazmışdır.
Sürgündə ikən şair vətənini xatırlayır, onun üçün darıxır, həmvətənləri ilə bir yerdə
yaşamaq üçün bir daha Misirə qayıtmaq istəyir.
ﻻ ﺎﻧا ﺮﺼﻣ ﻰﻨآﺎﺳ ﺎﻳ
ﺗ
ﻏ نإ و ءﺎﻓﻮﻟا ﺪﻬﻋ ﻰﻠﻋ لاﺰ
ﺎﻨﻴﻤﻴﻘﻣ ﺎﻨﺒ
Ey Misir sakinləri, siz daima qəlbimdəsiniz, şərait bizi ayrı salsa da.
Beş ildən sonra vətənə qayıdan Əhməd Şövqi bir daha saraya qayıtmır, nə cismi ilə, nə
də ruhu ilə. Sürgündən qayıtdıqdan sonra ölkəsində alovlanan milli hərakata, azadlıq uğrunda
xalq inqilablarına mənən dəstək olur. Eyni zamanda şair yalnız Misirlə kifayətlənməyib bütün
ərəb ölkələrinin probemlərini öz yaradıcılığnda əks etdirir.
НЕКОТОРЫЕ ОСОБЕННОСТИ ТРУДА
ИБН СИККИТА «ИСЛАХУ-Л-МАНТИГ»
Гюльшан ГАМИДЛИ
Институт Востоковедения
им. З.М. Буниятова НАНА
g.gamidli@gmail.com
АЗЕРБАЙДЖАН
Арабский язык – один из сложных языков по своей лексике, и при изучении этого
языка покоренные народы нуждались как в лингвистических трактатах, так и в словарях.
Развитие арабской лексикографии начинается с книги ал-Халиля бин Ахмада ал-
Фарахиди«ﻦﻴﻌﻟا بﺎﺒﺘآ» («Kitābu-l-Ayn» - «Книга Айн»). Халиль как знаток музыки пост-
роил свой словарь на основе законов артикуляции арабских букв. Книга начинается «ع»
- «ayn». В течение последующих двух веков были созданы словари, так или иначе копи-
рующие принцип составления «Kitābu-l-Ayn». «ﺔﻐﻠﻟا ﺐﻳﺰﻬﺗ» («Tahzību-l-luğa»)Азхари,
ﻂﻴﺤﻤﻟا(«əl-Muhīt») Сахиба ибн Аббада, и «ﻢﻈﻋﻻا ﻂﻴﺤﻤﻟا و ﻢﻜﺤﻤﻟا» («əl-Muhkəmu va muhītu-l-
a
zam») Ибн Сида.«ﻢﻴﺠﻟا ﻢﺠﻌﻣ» 206\821 г. («Mucamu-l-cīm»)Абу Амра Шейбани – первый
словарь, составленный в алфавитном порядке. Абу ибн Дурейд так же руководствовался
алфавитным порядком при составлении своего «ﺔﻐﻠﻟا ةﺮﻬﻤﺟ»(«Сamharatu-l-luğa»).
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1208
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Словари, составляемые в алфавитном порядке называются «ﻢﺠﻌﻣ» («Mu
cam»), ко-
торые в свою очередь делятся на словари, составленные по корневому принципу, и сло-
вари, составленные по буквенному принципу.
« بﺮﻌﻟا نﺎﺴﻟ» («Lisānu-l-arab») Ибн Манзура,«ﻂﻴﺤﻤﻟا سﻮﻣﺎﻘﻟا» «əl-Qāmūsu-l-muhīt»
Фирузабади, « سﻮﻣﺎﻘﻟا ﺮهاﻮﺟ ﻦﻣ سوﺮﻌﻟا جﺎﺗ» («Tācu-l-arūsmincavāhiri-l-qāmūs») Зубейди -
словари, составленные по буквенному принципу.
Ученые-лингвисты Арабского халифата так же создавали словари, в которых объ-
ектом исследования было лексическое значение слова, так называемые «толковые» сло-
вари. Одним из первых толковых словарей был «ﻒﻨﺼﻤﻟا ﺐﻳﺮﻗ» («Qarīb-əl-musannafi»)Ибн
Саллама. Словари составлялись по темам, например: животные, растения, болезни, и
т.д. Одним из таких словарей стал «ﺔﻐﻠﻟا ﻲﻓ ﺺﺼﺨﻤﻟا» («əl-Muxassisu fi-l-luğa») андалусского
лингвиста Ибн Сиде.
Словарь Ибн Сиккита«ﻖﻄﻨﻤﻟا حﻼﺻإ»«İslahu-l-mantig» получил широкое распростра-
нение в Халифате. Автор в этом своем труде рассматривает словарный запас арабского
языка, приводит правильное написание и произношение арабских слов, комментирует
их морфологические особенности. Книга разделена на две части, в каждой из которых
рассматривается практически весь словарный запас среднестатистического араба.
Слова объединены на группы согласно корневым формам:
«ﻰﻨﻌﻤﻟا فﻼﺘﺧﺎﺑ ٍﻞْﻌِﻓ و ٍﻞْﻌَﻓ بﺎﺑ » -«Глава (рассматривающая) слова в формах
ﻞْﻌَﻓ
и
ﻞْﻌِﻓ
имеющие разницу в значении»
«
بﺎﺑ
ﺪﺣاو ﻰﻨﻌﻤﺑ ٍلﺎﻌَﻓ و ٍلﺎﻌِﻓ
» - «Глава (рассматривающая) слова в формах
ﻞْﻌَﻓ
и
ﻞْﻌِﻓ
имеющие общее значении»
Все свои утверждения Ибн Сиккит подкрепляет словами известных в то время
языковедов, например он упоминает Юниса Хабиба - 25, Кисаи - 29, Фара - 61, Абу
Убейда – 51 раз, он так же цитирует классических средневековых поэтов: ал-Аша, Зу-
Румма, ар-Раджаз
Книга Ибн Сиккита, в течение двух с половиной веков была объектом многочис-
ленных комментариев. Согласно книге доктора Февзи Абда-ль-Азиза Мас
уда, который
в 1991 году в Багдаде опубликовал известный комментарий Хатиба Табризи это движе-
ние началось в 370 г.(х.) и продолжалось до 616 г. Он приводит имена ученых, которые
написали эти комментарии. (
ﺒﺘﻟا ﺐﻴﻄﺨﻟا ﻲﻠﻋ ﻦﺑ ﺎﻳﺮآز ﻲﺑﻷ ﻖﻄﻨﻤﻟا حﻼﺻإ ﺐﻳﺬﻬﺗ بﺎﺘآ
رﻮﺘآد ﻖﻴﻘﺤﺗ يﺰﻳﺮ
دﻮﻌﺴﻣ ﺰﻳﺰﻌﻟا ﺪﺒﻋ ىزﻮﻓ.
1991
داﺪﻐﺑ
)
По мнению вышеупомянутого ученного одним из самых выдающихся коммента-
риев написанных на этот труд стала книга Хатиба Табризи «ﻖﻴﻄﻨﻤﻟا حﻼﺳﻹا ﺐﻳﺰﺤﺗ».
Работать над этим трудом Табризи судя по всему начал еще в молодости. В книге
Шидфар «аль-Маари» описывается эпизод из жизни ал-Маари, когда его ученик Хатиб
Табризи читает труд Сиккита. То есть, Табризи еще в молодости, будучи в учении у
Маари вместе со своим учителем читал и разбирал этот труд. В предисловии книги
Табризи пишет, что читая эту книгу с Маари, они встретили в ней множество повторов
и неточностей. Поэтому Табризи позднее став одним из выдающихся филологов своего
времени приступает к работе над эти трудом. Он не только исправляет ошибки, но и
подкрепляет свои утверждения ссылками на выдающихся ученых того времени: ал-
Маари, Ибн ал-Анбари, Ибн Дурейд, Ибн Кутейба, Ахфаш, ал-Асмаи, Халил ибн Ах-
мад, Сибавейхи, Иса ибн Амр, ал-Фарра, ал-Кисаи, и т.д.
Особое внимание уделено фонетическим изменениям, в слабых, хамзованных корнях.
Рассматривая использование хамзы, Хатиб Табризи приводит список слов, которые не-
которые арабы используют с хамзой и некоторые без хамзы:
ةءﺎﻈﻋ
–
ﺔﻳﺎﻈﻋ
– ящерица
ةءﻼﺻ
–
ﺔﻳﻼﺻ
– блюдоизжаренного мяса
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1209
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ةءﺎﺒﻋ
–
ﺔﻳﺎﺒﻋ
– абая, верхняяодежда
ةءﺎﻘﺳ
–
ﺔﻳﺎﻘﺳ
– ящерица
ةءﺎﻘﺳ
–
ﺔﻳﺎﻘﺳ
– поитьсовершающиххадж
ةءﺎﺛر
–
ﺔﻳﺎﺛر
– плакальщица
В этой книге рассмотрены интересные вопросы фонетики, морфологии, лексики
арабского языка. Изучение и перевод этого произведения позволит современным линг-
вистам получить богатый лексический материал, который позволить рассмотреть раз-
витие лексики этого языка в историческом аспекте.
ƏRƏB FOLKLORUNUN ƏXLAQİ ƏHƏMİYYƏTİ
Lalə BAYRAMOVA
AMEA, Ərəb filologiyası şöbəsi
bayramova78@hotmail.com
AZƏRBAYCAN
Şərq xalqlarının hamısında olduğu kimi, ərəb xalqının da folkloru çox zəngin irsə ma-
likdir. Hər bir xalqın folkloru özünəməxsus milli forma və yaradıcılıq xüsusiyyətlərinə malik
olduğu kimi, ərəb folkloru da şərq xalqının özünəməxsus xüsusiyyətləri, milli adət-ənənələri,
həyat və məişəti, xarakteri ilə ifadə olunmuş, qəhrəmanlıq, humanizm və s. кими əxlaqi
keyfiyyətlərlə bədiiləşdirilmişdir. Ərəb xalqının həyatında elə bir mühüm, əhəmiyyətli hadisə
yoxdur ki, o, şifahi yaradıcılıq nümunələrində öz bədii inikasını tapmamış olsun. Ərəb xal-
qının öz bədii yaradıcılıq nümunələri gündəlik və gələcək həyat tərzi ilə bağlı arzu və istək-
lərini, psixologiyasını, yaratdığı poetik surətlər timsalında apardıqları qəhrəmanlıq mübarizə-
sini, yenilməzliyini göstərən gözəl sənət incilərindəndir. Buna görə də ərəb folklor nümunələ-
rinə nəzər salsaq, xalqın bütün həyat və fəaliyyətinin tarixinin və tarixi dövrlərinin bu nömrə-
lərdə çöx geniş əks olunduğunun şahidi olarıq. Və bu, hazırkı dövrdə gənc nəslin qəhrəmanlıq,
vətənpərvərlik, milli iftixar hissi ruhunda tərbiyyəvi, yüksək əxlaqi və estetik əhəmiyyətə ma-
likdir.
Ərəb folklor nümunələri ilk olaraq, şifahi şəkildə ağızdan-ağıza ötürülməklə yayılırdı.
IX əsrdən başlayaraq onlar ədəbiyyatşünas alimlər tərəfindən toplanmağa və yazıya alınmağa
başlandı. Ərəb folklor nümunələrinin bir çoxu, ənənəyə görə, əfsanəvi əllamə-loğman tərəfin-
dən yaradılmışdı. Qəbilələrarası münaqişələr zamanı baş tutan şifahi söz yarışı qəbilə üzvləri
qarşısında qədim dövrlərdə müəyyən üslubi və kompozisiya qaydalarına tabe olan natiqliq sə-
nətinin inkişaf etməsinə və oxucuların maariflənmək yolu ilə əxlaqi keyfiyyətlərə yiyələnmə-
sinə səbəb olmuşdu.
Ümumiyyətlə, ərəb folklor nümunələrindən-
xalqın həyatda sınanmış, müdrik, nəsihəta-
miz atalar sözü və deyimləri, əfsanəvi nağılları, dastanları, bir sözlə
öz xüsusi уolu ilə həmişə
tarixə yoldaşlıq edərək,
böyük əxlaqi-tərbiyyəvi əhəmiyyətə malik olmuşdur.
Ərəb folklorun-
da ilk əxlaqi və estetik prinsiplərə malik nümunəsi şeir olmuşdur. Hələ ərəb ədəbiyyatının ilk
dövrü olan Cahiliyyə dövründə yaradılmış "Ukaz" bazarı kimi təşkil olunmuş yerlərdə o
dövrün yeddi muallaqçısının (7 qəsidənin Məkkə divarından asılmasına deyilir)- İmru-l-Qeys,
Tarafə,Zühur, Əntərə, Hillizə, Gülsüm, Rabia kimi şairlərin yazdıqları həmasi şeirlər folklor
nümunələrinə daxil edilərək şifahi şəkildə cahil insanları əxlaqa səsləyirdi. Lətifələrdən-
Bəhlul Danəndə və Molla Nəsrəddin lətifələrinin ərəb variantı olan Cuha lətifələri və atalar
sözləri, zərbi-məsəllər də əxlaqi-didaktik cəhətdən qeyd olunmalıdır. Ərəb folklorunun demək
olar ki, mənşəyi olan "Əyyəmu-l-arab" toplusu hələ ərəblərdə qəbilə qurluşunun mövcud
olduğu Cahiliyyə dövründən başlayaraq, Qabra və Dahis kimi qəbilələrarası müharibələrdə
qəhrəmanlıq, öz torpağına, qəbiləsinə sahib çıxmaq, vətənpərvərlik, qəbilələrarası saf sevgi,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1210
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dostluq zəmnində əxlaqi hisslər aşılamaqdadır. Ərəb folklorunun ən məşhur nümunələrindən
biri olan “Min bir gecə nağılları” yüksək əxlaqi dəyərləri və estetik əhəmiyyəti öz mətnində
və obrazlarında canlandırmışdır.
Müsəlman qadın əxlaqı əsərin baş obrazı olan Şəhrizadın simasında ümumiləşdiri-
lir və əyalətin qadınları ağıllı Şəhrizad obrazının 1001 gecədə danışdığı bir-birindən oxunaqlı,
əxlaqi simlərə köklənmiş nağıllar vasitəsilə İran şahı Şəhriyarın qəzəbindən xilas olunur.
Bundan əlavə xalq nağıllarından, hekayətlərindən, poetik parçalardan yaranmış ərəb xalq
dastanlarının da əxlaqi əhəmiyyəti mühüm əhəmiyyət kəsb etməkdədir. “Həmzə əl-Pəh-
ləvan” dastanının əsas obrazı olan Həmzə İslam dininin carçısı Məhəmməd peyğəmbərin(s)
doğma əmisi və süd qardaşı Həzrəti Həmzənin prototipidir və dastanda öz əxlaqi və
xeyirxah əməlləri ilə Məkkə və Mədinə torpaqlarının xilaskarı, müsəlman əhlinin himayə-
darı, məzlumun yardımçısı rolunda çıxış edir. Ərəb
folklor nümunələrindən -"Əli Zibək" dastanında öz kələkbazlığı ilə başqalarının
mənafeyini gözləyən Əli Zibək, "Əntərə" dastanında VI-əsrdə yaşayıb-yaratmış məşhur ərəb
şairi Əntərənin epikləşmiş obrazı Əntərə, "Əbu Zeyd" dastanında Əbu Zeyd kimi qəhrəman-
lar oxucusunu mərdliyə qəhrəmanlığa, humanistliyə səsləyir.
JİQMOND MORİÇ YARADICILIĞINDA REALİZM
Rəna CAHANGİRLİ
AMEA
rana.g.jahangirli@gmail.com
AZƏRBAYCAN
Jiqmond Moriç (Zsigmond
Móricz) (1879-1942)
macar ədəbiyyatı tarixində tənqidi-
realizm ruhunda yazıb-yaratmış ən görkəmli yazarlardan biridir. Əvvəllər jurnalist kimi
fəaliyyət göstərən Moriç yaradıcı fəaliyyətə XX əsrin əvvəllərindən başlamış və onun bu
sahədə ilk uğuru 1908-ci ildə “Nyugat” (“Qərb”) jurnalında çap olunan “Yeddi Krajçar” (“Hét
krajcár”) novellası olmuşdur. Yoxsul bir ailənin yeddi qəpiyə olan ehtiyacının təsirli şəkildə
təsviri Moriçin mövqeyini cəmiyyətin unudulmuş üzvlərinin iztirablarını çılpaq gerçəkləriylə
ortaya qoymağı bacaran bir müəllif kimi möhürlədi. Uşaqlığının ağır və acı təcrübələrindən
qaynaqlanan bu avtobioqrafik novella yazıçının yaşadığı dövrdə macar kəndlilərin yoxsul
həyatının canlı rəsmini çəkir. Eyni zamanda, hekayə Moriçin yaradıcılıq istiqamətini qəti
şəkildə müəyyənləşdirir: belə ki, realizm onun daxili duyğularını və gördüyü reallıqları
paralel və aydın şəkildə ortaya qoymaq üçün bir silaha çevrilir.
Moriç artıq jurnalistlikdən uzaqlaşaraq professional yazıçılığa üz tutur, özünü tamamilə
ədəbi fəaliyyətə həsr edərək yorulmadan çalışır və bir-birinin ardınca novella, povest, roman
və pyeslər yazır. Uğurlu bir dramaturq kimi tanınmasa da, qələmi kəskin olan bir nasir kimi
məşhurlaşır. Xüsusilə qeyd etmək lazımdır ki, Moriçin əməkdaşlıq etdiyi “Nyugat” jurnalı
(1908-1941) və Azərbaycan ədəbiyyatı tarixində ilk satirik jurnal olan “Molla Nəsrəddin”
(1906-1931) jurnalının fəaliyyət dövrü eyni ərəfələrə təsadüf edir və “Molla Nəsrəddin” jur-
nalında olduğu kimi,eynilə,“Nyugat” jurnalında da xalqın həyatına, taleyinə biganə yanaşma-
yan dövrün mühüm ədəbi nümayəndələri, ziyalıları bir yerə toplaşaraq gözəl ədəbi nümunələr
yaratmışlar.
Müasiri olduğu dövrdə Macarıstanda mövcud olan sosial vəziyyəti, kəndlərdə yaşayan
insanların həyat tərzini çox gözəl bilən Moriç xalq arasından çıxmış sadə insanları əsərlərinin
mərkəzinə qoyaraq onları səmimi rəğbət hissi ilə xarakterizə edirdi. O, əsərlərində kənd zəh-
mətkeşlərinin böyüdüyü, yoxsulluğun hökm sürdüyü acınacaqlı vəziyyəti, kəndlilərin bir tikə
çörək, bir qarış torpaq üçün apardığı mübarizəni realist bir rəssam kimi təsvir edir. Gəzib gör-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1211
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
düyü vilayətlərdən topladığı məlumatlara əsaslanaraq müşahidə etdiyi problemlərə, hökm sürən
ədalətsizlikərə son qoymaq və çətinlikləri aradan qaldırmaq yolunda islahatçı ehtirası ilə qələ-
min gücündən istifadə edən yazıçı əsərlərini sadə, əsaslandırılmış və canlı dillə oxucularına
təqdim edirdi. Onun ilk qələmə aldığı əsərlərində istismar olunan və mənəvi cəhətdən əzilən
lakin sonunadək insanlıqlarını itirməyən macar kəndlilərinin həyatı canladırılır və yoxsullu-
ğun doğurduğu problemlərə toxunulur (“Palçıq İçində Qızıl” (“Sárarany”); “Xoşbəxt İnsan”
(“A boldog ember”); “Kəpənək” (“Pillangó”).
20-ci illərdən başlayaraq Moriç əsərlərində kənd bəyləri, kiçik şəhər zadəganlarının
həyatını canlandıraraq vilayətlərdə, şəhərlərdə baş verən hadisələrin rəsmini realistik ustalıqla,
eyni zamanda, naturalizm çalarlarıyla bəzəyir (“Kübar Cəmiyyətin Əyləncəsi” (“Úri muri”);
“Sabahın İlk Saatlarınadək” (“Kivilágos kivirradtig” ), “Əsir aslan” (“Rab oroszlán”); “Evdən
daha yaxşı” (“Jobb, mint otthon”). Qeyd etmək lazımdır ki, 30-cu illər Moriç yaradıcılığında
tənqidi realizmin mühüm mərhələsi hesab olunur,belə ki, buna misal olaraq, yazıçının həmin
mərhələdə yazdığıvə əhəmiyyətli əsərlərindən biri kimi qəbul edilən “Qohumlar”
(“Rokonok”) romanında iqtisadi böhran və rüşvətxorluq hökm sürən burjua dövlətində hakim
dairələrin acgözlüyü və haqsızlığı sərt tənqidi fikirlərlə ifadə olunmuşdur.
Moriç 1848-ci il Macarıstan İstiqlal Müharibəsi dövründən bəhs edən “Transilvaniya”
(“Erdély”) geniş həcmli trilogiyası və “Roja Sandor” (“Rózsa Sándor”) əsərlərində macar
tarixinin mühüm bir dovrünü araşdıraraq ədaləti bərqərar etməyə can atmışdır.
Yaşadığı dövrdəki sosial ədalətsizliyinin şahidi olan Moriç realist düşüncə tərzinə malik
bir şəxs, dövrünün aktiv müşahidəçisi və real həyat faktlarını bir araya gətirib bədii şəkildə
mükəmməl ifadə etməyi bacaran bir sənətkar idi. Əsərlərində daha çox faktlara söykənsə də,
Moriç insanın daxili hissləri və emosiyalarını həyatın əsas faktları kimi qəbul edirdi. Moriçin
roman və qısa hekayələrində, bəlkə də, başqa macar yazıçılarının əsərlərində müşahidə
olunmayan dərəcədə insan hiss və ehtiraslarının, insanlar arasında müxtəlif münasibətlərin,
şiddətli qarşıdurmaların və qeyri-adi sevgilərin təsvirinə geniş yer verilir.
O, yaşadığı, eləcə də üsyankarlıqla əleyhinə çıxdığı bir dünyanın tam rəsmini yarada
bilmişdi. İki dünya müharibəsinin fəlakətlərini görmüş və acı xatirələrlə dolu olan Moriçin
həyatı macar tarixində mühüm bir dövrə təsadüf edir. Təbii ki, bütün bunlar onun əsərlərində
güzgü kimi əks olunmuşdur. Macar cəmiyyətində müxtəlif təbəqələrin gerçək həyat tərzi
yazıçının əsərlərində parlaq bədii ifadəsini tapmış və Jiqmond Moriçin adı macar
ədəbiyyatının məşhur nasiri və dövrünün reallıqlarının görkəmli rəssamı kimi yaddaşlara həkk
olunmuşdur.
ƏRƏB ƏNDƏLUS ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİ
Səadət İBRAHİMOVA
AMEA, akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu
isaadat@rambler.ru
AZƏRBAYCAN
VIII əsrin əvvələrində İspaniyada məskən salan ərəblər tərəfindən tarixdə ilk dəfə ola-
raq, qərb ölkəsində ərəb ədəbiyyatı və mədəniyyəti formalaşdırılmışdır.Ərəblərin İspaniyaya
ilk gəlişi sərkərdə Tariq bin Ziyadın (711-ci ildə) adı ilə bağlıdır.Abbasilər sülaləsi tərəfindən
750-ci ildə Əməvilərin hakimiyyətinə son qoyulduqdan sonra Əməvi şahzadəsi Əbdürrəhman
İspaniyaya qaçaraq burada Əməvilərin hakimiyyətini bərpa etmişdi.Qeyd edək ki, ərəblər
müsəlmanlar tərəfindən idarə edilən İspaniyanı Əndəlus adlandırırdılar.
Ərəblərin hakimiyyəti dövründə Əndəlusda çoxlu saraylar, yüzlərlə məscid, hamam,
iyirmiyə yaxın universitet və yüzə yaxın xalq kitabxanası inşa edilmişdir. Belə ki, xəlifə əl-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1212
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Hakim məmurlarını İsgəndəriyyə, Bağdad, Dəməşq kimi elm mərkəzlərinə göndərərək yeni-
yeni kitablar aldırır və ya oradakı kitabxanalarda olan qiymətli kitabların üzünü köçürtdü-
rürdü. Beləcə Əndəlusda ən zəngin kitabxanalar yaradılmışdır. Qeyd edək ki, orta əsrlər döv-
ründə Əndəlusda yazıb-yaradan alimlər Çin və Hindistanda edilən kəşflərdən və qədim yunan
elmlərindən xəbərdar idilər. Buna görə də həmin dövrdə Əndəlus müsəlmanları mədəniyyət,
elm, ədəbiyyat və yaşayış səviyyəsi baxımından avropalılardan üstün idi. Əndəlusda oxuyan
və yaza bilənlərin sayı da Avropa ölkələrində oxuyub-yaza bilənlərdən qat-qat artıq idi.
Əndəlusda ərəblərin əldə etdiyi nailiyyətlərdən biri də şərq və qərb ədəbiyyatının
xüsusiyyətlərini özündə əks etdirən Əndəlus ədəbiyyatını yaratmaq idi. Belə ki, buradakı ərəb
əsilli şairlər klassik ərəb şeirinin iki böyük qanunu olan əruz və qafiyə sisteminə zərbə vuraraq
formal buxovlardan azad muvaşşah və zəcəl şeirini yaratmışdılar. Muvaşşah şeiri ərəb-ispan
poeziyasının ərəb ədəbiyyatına bəxş etdiyi yeniliklərdən biridir.“Muvaşşah” sözünün iki
mənası vardır: “qadınlar tərəfindən istifadə edilən inci və daş-qaşlarla bəzədilmiş dəri kəmər”
və “çiyinə salınan çələng”.Muvaşşahın ilk dəfə kimin tərəfindən yazılması barədə tədqiqatçı-
lar arasında təzadlı mülahizələr var. Lakin bir çox tədqiqatçının fikrincə muvaşşahı yaradan
Əmir Abdullah ibn Məhəmmədin saray şairlərindən olan Muqaddam ibn Muafa əl-Qabri (812-
840) idi. Qeyd edək ki, Əndəlusda kişi şairlərlə yanaşı bəzi qadın şairələr də muvaşşah şeir
nümunələri yazmışdılar. Onlar içində ən məşhuru Ummu-l Kərəm bint-ul Mutasim idi. Lakin
onun yazdığı muvaşşahlar günümüzə qədər gəlib çatmayıb. Zəcəl isə xalq şeirinə daha yaxın
bir ədəbi növdür.İspaniyada ərəblər tərəfindən yaradılan zəcəl şeir növündə ən çox yazıb-
yaradanlar isə İbn Əbdürrəbbih, Ramədi və İbn Kuzman idi.
Qərb dünyasının alimləri və ədiblərininƏndəlusda yetişmişİbn Rüşd, İbn Tufeyl, İbn
Ərəbi kimi bir çox böyük filosoflarından təsirlənmələri də Əndəlus mədəniyyətinin əhəmiy-
yətinin bariz göstəricisidir. Avropalılar şərq fəlsəfəsini və digər elmləri Əndəlusda yaradılmış
elmi və mədəni mərkəzlərdəki dəyərli əsərlər vasitəsilə öyrənə bilmişdilər. Nobel mükafatçısı,
tanınmış fransız fiziki Pierre Curie qeyd etdiyi kimi: “Əndəlusdan bizə qalan 30 kitab sayə-
sində atomu parçalaya bildik, əgər yandırılan bir milyon kitabın yarısı əlimizə keçsəydi bugün
artıq kosmosda planetlər arasında səyahət edirdik”.
Qeyd edək ki,Əndəlus ədəbiyyatı və mədəniyyəti həm Avropa, həm də müasir ərəb
ədəbiyyatına təsir etmişdir. Belə ki, müsəlmanların Əndəlusda yaratdıqları mədəniyyət barədə
XVI-XVII əsrlərdə yaşamış xristian əsilli ispan yazıçısı Migel de Servantesin məşhur "Ağıllı
zadəgan Don Kixot" əsərinin müxtəlif yerlərində məğriblilərin yəni Əndəlus müsəlmanlarının
elm və mədəni səviyyələrinin üstünlüyü qeyd edilməkdədir. Həmçinin bildirək ki, İbn
Tufeylin bütün dünyada tanınan “Hayy ibn Yəqzan” əsəri “Robinzon Kruzo” əsərinin müəllifi
Daniel Defonun və bir çox digər qərb yazarlarının yaradıcılığına təsir etmişdir. XIX əsrin
sonu XX əsrin əvvəllərində Suriya və Livandan Cənubi Amerikaya mühacirət etmiş ərəb
ədibləri də ərəblərin İspaniyada yaratdıqları ədəbiyyatın şərəfinə 1933-cü Braziliyada təsis
etdikləri ədəbi cəmiyyəti “əl-Usbətu-l Əndəlusiyyə” adlandırmışdılar.
Beləliklə, hələ Avropadakı renessansdan 4 əsr əvvəl Əndəlus artıq elmi dirçəliş dövrünü
yaşamış və ətalət içində yaşayan Qərb dövlətlərində renessans hərəkatının inkişaf etməsinə
xüsusi təsir göstərmişdir. Zəngin ədəbiyyata və mədəniyyətə sahib olan ərəblər Qərbdə-İspa-
niyada böyük bir müsəlman mədəniyyətinin qurucuları olmaqla yanaşı xristian torpaqlarında
şərq mədəniyyətini və elmini uğurla inkişaf etdirmişdilər.
Dostları ilə paylaş: |