،كرﻮﻳﻮﻴﻧ
ﺖﻠﻔﺳِﻹا ِنﻮﻠﺑ ٌﺪﺴﺟ
.
ﺎﻬﻬﺟو ،ﺐﻃر ٌرﺎّﻧز ﺎﻬﺗﺮﺻﺎﺧ لﻮﺣ
ﻖﻠﻐﻣ كﺎّﺒﺷ
…
ﺖﻠﻗ
:
نﺎﻤﺘﻳو ﺖﻟوو ﻪﺤﺘﻔﻳ
–
"
ﺔﻤﻠآ لﻮﻗأ
ﺔﻴﻠﺻﻷا ﺮﺴﻟا
"
-
ﻢﻟ ﻦﻜﻟ
ﻪﻧﺎﻜﻣ ﻲﻓ ﺪﻌﻳ ﻢﻟ ﻪﻟإ ﺮﻴﻏ ﺎﻬﻌﻤﺴﻳ
.
نﻮﻘﻓﺪﺘﻳ ﻰﺿﺮﻤﻟا ،صﻮﺼﻠﻟا ،نﻮﺴﺋﺎﺒﻟا ،ﺪﻴﺒﻌﻟا ،ءﺎﻨﺠﺴﻟا
ﻖﻳﺮﻃ ﻻ ،ﺔﺤﺘﻓ ﻻو ،ﻪﺗﺮﺠﻨﺣ ﻦﻣ
.
ﻦﻴﻠآوﺮﺑ ﺮﺴﺟ ﺖﻠﻗو
!
ﻦﻴﺑ ،ﺖﻳﺮﺘﺳ لووو نﺎﻤﺘﻳو ﻦﻴﺑ ﻞﺼﻳ يﺬﻟا ﺮﺴﺠﻟا ﻪﻨﻜﻟ
ﺔﻗرﻮﻟا
-
ﺔﻗرﻮﻟاو ﺐﺸﻌﻟا
-
رﻻوﺪﻟا
…
Nyu York,
Asfalt rəngli gövdə. Belində nəmli bir kəmər. Üzü bağlı bir pəncərə...
Öz-özümə deyirəm: Uolt Uitmeaçacaq pəncərəni,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1202
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
İlk sirli şifrəni deyirəm, lakin artıq geri dönməyəcək bir tanrı duyur bunu yalnız.
Məhbuslar, qullar, ümidsizlər, oğrular, xəstələr fışqırır boğazından.
Nə yol var, nə də gizlənməyə bir yer. Və öz-özümə deyirəm: Bruklin Körpüsü!
Uitmeni Wall Street’əbağlayan bu körpü...
Yaşıl yarpağı kağız dollara bağlayan körpü...
Şairin “Qüds konserti” (
"سﺪﻘﻟا ﻮﺗﺮﻴﺸﻧﻮآ
"
, 2010
) şeir toplusu mövzusunun aktuallığı ilə
xüsusi seçilir. Kitabda Adonis müharibə, kədər, soyqırım, işğal kimi mövzulara toxunur, inanc-
lar və müqəddəs yerlər haqqında söz açır. Onun bu fikirlərini “Qüds konserti” şeir toplusun-
dan misallarla təsbit edə bilərik:
،ِةﺎﻴﺤﻟا ﻲﻓ ةﺎﻴﺣ ﻻ
،ﻢﻳْﺮَﻣ ﺎﻳ
إ ةﺎﻴﺣ ﻻ
ّﻻ
،ةرﻮﱡﺼﻟا ﻲﻓ
،ًاﺪﻏ
ِﻚﻴﻠﻋ ﻲﻘﻠُﻴﺳ ﻦﻣ
،َمﻼﱠﺴﻟا
ُﻖَﻧﺎﻌﺘﺗ ﻲﺘﻟا تﺎﻤﻠّﻈﻟا ﻩﺬه ﻲﻓ
؟ﻲﺧﺂﺘﺗو
Həyatın içində həyat yoxdur, ey Məryəm,
Həyat ancaq surətin içindədir,
Sabah kim salam verəcək sənə
Sarılıb qardaş olduğun bu qaranlıqlar içində? (6/25)
Adonisin “Sufizm və Sürrealizm” (
"ﺔﻴﻟﺎﻳرﻮﺴﻟاو ﺔﻴﻓﻮﺼﻟا
"
,
1992) əsəri mövzusunun fəlsəfi
dərinliyi ilə seçilir. Müəllif, əsərində sürrealizmdə və təsəvvüfdə dərk edilən tanrı inancından
fərqli bir tanrı inancının olduğunu iddia edir. İlk baxışdan, sufizm və sürrealizm bir-birindən
tamamilə fərqli məfhumlar kimi görünsə də, Adonis əsərdə sufizm ilə sürrealizm arasında
müəyyən paralel əlaqələr qurmağa çalışmışdır.
“Ərəb poetikasına giriş” (
"ﻲﺑﺮﻌﻟا ﺮﻌﺸﻠﻟ ﺔﻣﺪﻘﻣ
", 2003) adlı elmi araşdırmasında şair, ərəb
şeirinin köklərini araşdırmış, cahiliyyə və islam dövründə yaranan poeziya sənətindən bəhs
etmiş, qafiyə və vəzn məsələlərinə toxunmuşdur. “Ərəb poetikasına giriş” əsəri elmi araş-
dırma xarakteri daşıyır və şair burada ərəb poeziyasını cahiliyyə dövründən bu günümüzədək
keçdiyi inkişaf prinsiplərini araşdıraraq dolğun şəkildə oxucularına izah etməyə çalışmışdır.
Bu kitab, Adonisin 1984-cü ilin iyun ayında “Fransız Kolleci”ndə keçirilən konfransda etdiyi
çıxışların mətnindən ibarətdir: 1) “Poetika və Cahiliyyə”; 2) “Poetika və Quran”; 3) “Poetika və
Düşüncə”; 4) “Poetika və Müasirlik”. Ümumiyyətlə, bu elmi araşdırma ərəb ədəbiyyatı və ərəb
dilçiliyini araşdıran kəslər üçün faydalı mənbə və dərs vəsaiti kimi çox münasib sayıla bilər.
KLASSİK ƏRƏB ƏDƏBİYYATINDA XİTABƏT VƏ QUSS BİN
SAİDANIN NATİQLİK SƏNƏTİNDƏ ÖZÜNƏMƏXSUS ROLU
Anar EYVAZOV
Qafqaz Universiteti
aeyvazov@qu.edu.az
AZƏRBAYCAN
“Xalq və ya ictimai toplum qarşısında gözəl və təsirli danışmaq sənəti”, “Bəlağətli və
nitq mədəniyyəti qaydalarına riayət edilərək söylənən söz sənəti” və sairə bu kimi təriflər
verilən xitabət-xütbə sənəti tarixə nəzər saldığımız zaman insan oğlunun xəlq olunması ilə bir
vaxtda yaranmış və hər bir toplumun, ictimai cəmiyyətin daim nəzəri-diqqətində olmuş, hər
bir fərd bu ecazkar sənətə yiyələnməyə xüsusi səy göstərmişdir. Yer üzündə yaşamış bütün
mədəni sivilizasiyaların ictimai həyatlarında bu sənət hər zaman önəm kəsb etmiş, xitabət öz
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1203
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
canlılığını daim qorumuş, demək olar ki, tarix səhnəsində mövcud olmuş istənilən millətdə,
xalqda mütləq xətiblər, söz üstadlarının xüsusi məqamı olmuş, natiqlər daima bir addım öndə
dayanmışlar. Unutmaq olmaz ki, bir millət hansı ölçüdə zəngin və bəlağətli bir dillə danışa bi-
lirsə, deməli o ölçüdə də düşünür və hansı səviyyədə düşünə bilirsə deməli o millətin söz sə-
nətinin inkişaf səviyyəsi, danışıq qabiliyyəti də o qədərdir.
Xitabət sənətinə verdiyi xüsusi əhəmiyyətə görə ərəblərin bu sahədə özünəməxsus yeri
olmuş, xitabət janrının inkişafında ərəblər kifayət qədər müstəsna rol oynamış, fitri söz söylə-
mə, natiqlik qabiliyyətləri ilə dünya xalqları arasında ərəblər fəth etdikləri zirvədə öz məqam-
larını daim qorumuşlar.
Bildiyimiz kimi cahiliyyət dövründə ərəblərdə söz sənəti çox inkişaf etmişdi və hələ ca-
hiliyyət dövründə dağınıq bir şəkildə qəbilə həyatı yaşayan ərəblər oxuma və yazma qabiliy-
yətlərinin aşağı səviyyədə olması səbəbi ilə daha çox şifahi söz söyləməyə, şeir və ya xütbəyə
yönəlmiş, buna görə də ticarət məqsədi ilə təşkil olunan bazarlardakı insan kütləsinin diqqəti-
ni şeir və xütbələri ilə özlərinə cəlb edər, ədəbi dəyərlərini burada sərgiləyər, əsrarəngiz bəla-
ğətli şeir və xütbələri ilə bir növ o dövrün tarixini yazardılar.Camaatın çox sıx olduğu bu ba-
zarlarda iştirak edən söz üstadları o dövrdə bütün Ərəbistan yarımadasında, müasir günümüz-
də kütləvi informasiya vasitələrinin oynadığı rolu oynayır və sanki onlar o dövrün bir növ
radiosu, televiziyası idilər. Bazarların ədəbi yaradıcılığa təsiri o qədər güclü idi ki, nəinki
cahiliyyət dönəmində, hətta Əməvi və Abbasi dönəmində də Mirbəd və sairə bu kimi bazarlar
söz sənətinin inkişafında çox əhəmiyyətli rol oynamışdılar.O dövrün ən məşhur şairlərinin
hakimlik etdiyi söz, şeir, xütbə müsabiqələri məhz bu bazarlarda təşkil olunardı. İştirakçılar ən
gözəl paltarlarını geyinər, xüsusi bəzədilmiş dəvə və atlarda gələr, onları əhatəyə alan xalq və
münsiflər heyətinin qarşısında öz sözlərini söylər, söz yarışına çıxardılar və nəticə olaraq bu
yarışmada qalib gələn o günün və ya o ilin ən güclü söz üstadı elan olunardı.
Doğrudur xitabət şeirə nisbətdə bir addım geri qalmışdı. Lakin ərəblərə yeni bir dinin-
islam dininin təşrif buyurması ilə xütbə janrına olan xüsusi tələbat qarşısında xitabət daha da
sürətləndi və İslam dininin qısa bir zamanda böyük bir coğrafiyanı əhatə etməsində xütbə
janrı aparıcı rol oynadı. Şübhə yoxdur ki, başda Məhəmməd Peyğəmbər olmaqla bütün islam
öndərləri bu dinin ictimai toplum tərəfindən mənimsənilməsində əsas metod kimi daim xüt-
bələrə müraciət etmiş və ictimai- mənəvi həyatın formalaşmasında xütbələr hər zaman öz ak-
tivliyini qorumuşdur. Əməvilərin dövründə isə xütbə elə bir səviyyəyə yüksəldi ki, dövrün
demək olar bütün problemləri və onların həlli yolu xütbələrlə dilə gətirilir, xütbə söyləmə
qabiliyyətinin olmaması o dövrdə ictimai qınaq ilə qarşılanırdı.
Məhz belə xətiblərdən, söz sənətkarlarından biri də Quss bin Saida olmuşdur ki, bu
məqaləmizdə ərəblərin fəxr etdikləri bu məşhur xətibin natiqlik sənətindəki özünəməxsus ro-
lundan bəhs edəcək, Quss bin Saida xitabətinin ideya, məzmun və bədii xüsusiyyətlərinə to-
xunacaq, onun bu sahədəki məharətinə işıq tutmağa çalışacayıq.
ƏRƏB DİLİNİN TƏDRİSİNDƏ DƏRS VƏSAİTLƏRİNİN ROLU
Lalə ƏLİQULİYEVA
Bakı Avrasiya Universiteti
aliquliyeva@bk.ru
AZƏRBAYCAN
Dövlətimiz müstəqilliyinə qovuşduğu gündən etibarən beynəlxalq aləmdə öz mövqeyi-
ninin möhkəmləndirilməsi üçün bütün səylərini səfərbər etməyə başlamışdır.Xüsusən beynəl-
xalq aləmdə bu məqsədə nail olmaq üçün ölkəmizi xarici dövlətlərdə layiqincə təmsil edə
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1204
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
biləcək həmin ölkənin dilində və ya beynəlxalq ( ingilis) dildə yuksək səviyyədə fikir mübadi-
ləsi aparma qabiliyyətinə malik ixtisaslaşmış kadrlara ehtiyac yaranmışdır.Odur ki, bu məq-
sədlə xarici dillərin ölkəmizdə tədrisi dövlət tərəfindən hər zaman dəstəklənmişdir.Bu
məsələnin həlli üçün mümkün olan yollar araşdırılır, nəinki ölkəmizdə, eləcə də əcnəbi ölkə-
lərdə gənc nəslin təhsil alması üçün hər cür imkan və şərait yaradılmışdır.Istər ölkə daxilində
istər sə də, xaricdə yerləşən təhsil ocaqlarında əcnəbi dillərə yiyələnən tələbələrin sayı günü-
gündən artmaqdadır. Yerli təhsil ocaqlarında əcnəbi dillərə yiyələnmənin səviyyəsinin
yüksəldilməsində əldə edilən nəticələrin daha keyfiyyətli və daha məhsuldar olmasını təmin
etmək üçün yeni dərsliklərin və yardımcı dərs vəsaitlərinin hazırlanmasına ehtiyac duyulmuş-
dur. Bu işdə respublakamızın təcrübəli müəllim-alimlərimiz, dünya şöhrətli dilçilərimiz ya-
xından cəlb olunmuşlar.Bu dərsliklər tərtib olunarkən milli şüurumuz, adət-ənənələrimiz,tarixi
keçmişimiz, müasir inkişaf yolumuz, xarici siyasətdə mövqeyimiz və digər səciyyəvi amillər
xüsusən diqqətə alılnmışdır.Tərtibatın bu yönümdə qoyuluşunda əsas məqsəd dövlətimizi
beynəlxalq aləmdə təmsil edəcək kadrlarımızın ölkəmiz haqqında əcnəbi dildə daha geniş
məlumat vermə bacarığına yiyələnməsini təmin etməkdir. Dərsliklərlə yanaşı dilə yiyələnmə-
də vacıb vəsait hesab edilən ikidilli tərcümə lüğətlərinin hazırlanması işi də uğurla davam
etdirilir.Linqivist alimlərimizinməhsuldar əməyi sayəsində artıq avropa və şərq dilləri üzrə
müxtəlif səpkili ikidilli lüğətlər tərtib edilmişdir.
Beynəlxalq aləmdə özünəməxsus yeri olan dünya dillərindən biri də ərəb dilidir. Olduq-
ca qədim tarixi və geniş diopazonu olan bu dil hələ islamın ilk dövrlərindən etibarən əcnəbilər
tərəfindən öyrənilməyə başlanılmışdır.Flektiv dillər sırasında durduğu üçün çox fərqli və mü-
rəkkəb qrammatik quruluşa malik olan ərəb dilinin xüsusən tükdilli əhali tərəfindən mənimsə-
nilməsi olduqca çətin olmuşdur.Bu çətinliyi aradan qaldırmaq və ərəb dilini təhrif etmədən,
dil normalarını pozmadan, qrammatik qaydalara düzgün riayət edərək bu dilə yiyələnməni
təmin etmək məqsədilə təqribən iyirmincı əsrin əvvəllərindən etibarən müxtəlif tipli dərslik-
lər və dərs vəsaitləri yaranmağa başlandı.Bu işdə ərəb alimləri ilə birlikdə ərəb dilinə yiyələn-
mək istəyən qeyri-ərəb xalqlarının nümayəndələrinin də böyük əməyi olmüşdur.Müasir ərəb
ədəbi dilinin tədrisində respublikamızda uzun müddət Ə.Məmmədovun ali məktəb tələbələri
üçün tərtib etdiyi “Ərəb dili “ dərsliyindən istifadə olunmuşdur.[2] leksik tərkibi əsasən siyasi
terminlərlə zəngin olan bu kitab metodik baxımdan uzun müddət əvəzedilməz bir dərslik kimi
istifadəçilərin xidmətində olmuş və olmaqdadır.Qrammatik baxımdan dərsliyin tərtibatı digər
ölkələrin tərtib etdikləri ərəb dili dərsliklərindən fərqlənir.Dərsliyin əcnəbi ölkələrdə tədrisi
üçün tərtib olunduğu nəzərə alınsa bu təbii haldır.Ə.Məmmədovun orta məktəb şagirdləri və
ali məktəb tələbələri üçün tərtib etdiyi ərəb dili dərsliklərində qrammatik izahat sadədən mü-
rəkkəbbə doğru inkişaf edir, mətnlər isə qrammatik izahatı özündə əks etdirərək kiçik həcmli-
dən böyük həcmliyə doğru irəliləyir.İngiltərənin Kembric universitetinin tərtib etdiyi “ Gün-
dəlik ərəb dili” dərsliyində isə əsasən leksik mövzular sadədən mürəkkəbə doğru inkişaf edir,
qrammatik izahat isə mətnlərin tərkib hissəsinə əsaslanır.[6]Ə.Məmmədovun dərsliyində ilk
qrammatik mövzular sadə söz birləşmələrindən, müxtəsər cümlə və şəxs əvəzliklərindən
başlayır.Mətnlərin mövzuları isə nisbətən mürəkkəb xarakterli olur.Kembric universitetinin
dərsliyində isə ilk mövzular tanışlıq xarakterlidir.Ə.Məmmədovun dərsliyi azərbaycanlı tələ-
bələr üçün nəzərdə tutulduğundan qrammatik qaydalar əsasən Azərbaycan dilinin qrammatiksı
ilə birbaşa əlaqəli şəkildə verilmişdir.lakin iki dil arasında olan çox böyük fərqlər və müxtəlif-
liklər bu və ya digər qaydaların Azərbaycan dilindəki qarşılığının verilməsində çətinlik yara-
dır. Bu halda rus dilinin qrammatikasına müraciət edilmişdir.Bu bir sıra hallarda ərəb dili ilə
rus dili qrammatikasında müəyyən uyğunluqların mövcud olmasından irəli gəlir.Məsələn, ərəb
dilində xəbərlik şəkilçisi yoxdur,Azərbaycan dilində cins kateqoriyası yoxdur.Bu kimi digər
problemlərin izahında rus dili yardımcı mövqedə durur.
Bir sıra dərsliklərdə qrammatika və oxu hissəsi ayrı kitablar şəklində verilir.Türk alim-
lərinin bu sahədəki fəaliyyəti ənənəvi şəkildə yəni, ərəb dilçilərinin dərsliklərinə uyğun olaraq
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1205
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
verilmişdir.Ərəb dilinin qrammatikası burada nəhf və sərfdə yəni morfologiya və sintaksisdə
cəmlənmişdir.
Məsələn, Ahmet Yaşarın “Arapcanın temel kuralları” və Meral Çörtünün “Arapca dil
bilgisi” adlı dərs vəsaitləri eyni səpkidə yazılmış əsərlərdəndir.[1;3]
Ərəb dilinə yiyələnmə prosesində yüksək nəticələr əldə etmək məqsədi ilə xüsusi dərs
vəsaitləri tərtib edilməkdədir.Bu baxımdan informasiya xarakterli ərəb qəzetlərinin oxunub
tərcümə edilməsində tələbələrə əvəzsiz yardımı olan Mayburovun “Ərəb qəzetini oxuyur və
tərcümə edirik” adlı dərs vəsaiti xüsusi diqqətə layiqdir.[4]Kitabda qəzet mətnlərinin tərcümə-
sində lazım olan bir sıra bilgilər və siyasi terminlər, beynəlxalq təşkilat adları ilə zəngin lüğət
verilmişdir.Kitab dörd hissədən ibarətdir.Hər bir mövzunun əvvəlində orijinal mətnlərin başa
düşülməsi və dəqiq tərcümə olunması məqsədilə xüsusi izahat verilir.mövzular kiçik mətnlər-
dən və mətnə dair lüğətdən ibarətdir.
Odessa universitetinin ərəb dili müəllimi prof. Vladimir İvanoviç Rıjix və Qahirə uni-
versitetinin prof.Hüseyn Hammidin tərtib etdikləri “Seçilmiş ərəb hekayələri”kitabı isə
tələbələrin bədii tərcümə prossesində bilgilərə yiyələnməsində qiymətli dərs vəsaiti kimi
yararlıdır.[5]Burada ərəb dünyasının kifayət qədər tanınmış yazıçılarının əsərlərindən parçalar
verilmışdir. Buəsərlər dünya ədəbiyyatının bu sahədəki ədəbi proseslərinin bir sıra aspektləri-
nin özünəməxsus xüsusiyyətləri haqqında ümumi təsəvvür əldə etmək imkanı verir.Müasir
ərəb ədəbiyyatı ilə tanışlıq yanaşı, bu kitab sayəsində tələbələr müasir ərəb ədəbi dilində isti-
fadə olunan iki mindən artıq leksik vahidləri mənimsəmə imkanına malik olurlar.Bu da onla-
rın leksik bazalarının zənginləşməsinə yardım edir. Kitabda tələbələrə çətinlik doğura biləcək
mürəkkəb formal sözlərin kök hərfləri ayrıca verilmiş və bu da həmin sözlərin mənalarının
öyrənilməsində lüğətdən istifadəni asanlaşdırmışdır.
Lakin bu dərs vəsaitləri rusdilli tələbələr üçün nəzərdə tutulmuşdur.Rus dilini bilməyən
azərbaycanlı tələbələr bu kimi dərs vəsaitlərinin xidmətlərindən istifadə edə bilmirlər.Odur ki,
bu tipli dərs vəsaitlərinin azərbaycan dilinə uyğunlaşdırılaraq tərtib olunması daha məqsədə-
uyğun və tələbələrimizin bu sahədəki biliklərinin daha da mükəmməlləşməsinə yararlı olardı.
Ərəb dilini tədris edən bir mütəxəssis kimi bu sahədə yaranmış boşluqların bərpa edilməsi
işinin ərəbşünas alimlərin qarşısında duran ən ümdə vəzifələrdən biri olduğunu qeyd etmək
istəyirəm və gələcəkdə bu sahədə daha uğurlu nəticələr əldə edəcəyimizə inanıram.
ƏMİR
ƏŞ-ŞÜƏRA
ƏHMƏD
ŞÖVQİNİN
SÜRGÜN
DÖVRÜ
YARADICILIĞI
Şahanə ŞAHBAZOVA
AMEA, Şərqşünaslıq İnstitutu
shahaneshahbazova@mail.ru
AZƏRBAYCAN
“Əmiruş-şüəra” adlandırılaraq öz dövründə ərəblərin ən böyük və ən məşhur şairi kimi
qəbul olunmuş Misir şairi Əhməd Şövqi(1868-1932) ərəb ədəbiyyatının əvəzolunmaz sima-
larındandır. Əhməd Şövqinin həm nəzm, həm nəsr, həm də dramaturgiya sahəsindəki zəngin
yaradıcılığı ondan neçə əsr əvvəl (XV-XVIII əsrlər) tənəzzül vəziyyətində olan ərəb ədəbiy-
yatına bənzərsiz yenilik gətirmişdir.
Əhməd Şövqi 1868-ci ildə Qahirədə anadan olub. Atası kürd-türk əsilli, anası yunan-türk
əsilli olub.Ana nənəsi Xədiv İsmayılın sarayında çalışıb, Əhməd Şövqi də sarayda böyüyüb,
tərbiyə alıb. 1885-ci ildə Hüquq məktəbində daxil olub və iki il orada təhsil alıb. Xədiv Tofi-
qin dəstəyi ilə üç il Fransada hüquq təhsili əldə edib. 1894-cü ildə Fransadan vətənə qayıdan
Əhməd Şövqi 1914-cü ilə kimi Xədiv Tofiqin və ondan sonra Xədiv Abbasın sarayında çalış-
mışdır.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1206
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Birinci dünya müharibəsi zamanı Xədiv Abbas İngiltərəyə qarşı türklərlə müttəfiqlik
sazişi imzalayarkən, ingilislər İstanbulda olan Xədivin Misirə dönməsinə mane olur, onun
yerinə Hüseyn Kamili təyin edirlər. Bu zaman Xədiv Abbas Hilmi tərəfdarı olan Əhməd
Şövqidən ölkəni tərk etməsini tələb edirlər. Şair İspaniyanın Barselona şəhərini seçir və ailəsi
ilə birlikdə beş il orada sürgün həyatı yaşayır.
1919-cu ildə Birinci dünya müharibəsi qurtarandan sonra vətənə qayıdan Əhməd Şövqi
vətənində böyük təntənə ilə qarşılanır. 1927-ci ildə Qahirənin Opera binasında keçirilən ərəb
ölkələrindən bir çox şairlərin təmsil olunduğu toplantıda şairə “Əmiruş-şüəra” (Şairlər əmiri)
titulu verilmişdir.Əhməd Şövqi 1932-ci ildə 64 yaşında Qahirədə dünyasını dəyişmişdir.
Əhməd Şövqi həm nəzm, həm nəsr, həm də dramaturgiya sahəsində və müxtəlif janrlar-
da əsərlər yazaraq öz əxlaqi və milli-vətənpərvər ideyalarını yüksək sənətkarlıqla ifadə etmiş-
dir. Onun poeziyası mədhiyyələrdən tutmuş, uşaq şeirlərinə kimi ən müxtəlif mövzuları əhatə
edir. Şairin zəngin irsi dörd cildlik “Şövqiyyat” adlı divanda toplanmışdır.Misir milli drama-
turgiyasının əsasını qoyanƏhməd Şövqi bu janrda “Xanım Huda”, “Xəsis”, “Kleopatra”,
“Kambiz”, “Əli bəy əl-Kəbir”, “Məcnunu Leyla” və “Əntərə” kimi pyeslər yaratmışdır. Eyni
zamanda “Hind qızı”, “Sonuncu firon”, “Ladiasın hekayəsi”, “Pentaurun xatirələri” adlı heka-
yələr qələmə alıb.
Əhməd Şövqinin yaradıcılığınıümumən üç mərhələyə bölürlər: sürgündən öncəki yara-
dıcılığı, yaradıcılığının sürgün dövrü və Misirə qayıtdıqdan sonrakı mərhələsi.1915-ci ilə kimi
Şövqi Misir xədivlərinin xidmətində saray şairi olmuşdur. Və təbii olaraq, təxminən 25 il ər-
zində onun poeziyasının əsas kütləsini böyük hökmdarlara mədhiyyələr və ənənəvi mərsiyələr
təşkil etmişdir.
Bu məqalədə tədqiqat obyekti Əhməd Şövqinin yaradıcılığının sürgün dövrüdür. Bu
mərhələ şairin poetik cəhətdən azadlığı və poeziyasında yenilikləri ilə təmsil olunur. Şübhə
yoxdur ki, Əhməd Şövqi tam azadlığı ilk dəfə yalnız sürgündə tapa bilmişdir. İlk dəfə olaraq
sürgündə qəsr həyatının şiddət göstərdiyi ağır qandallarından, sultanlara xidmətdən azad ol-
muşdur. İyirmi beş ildən sonra saray həyatından uzaqlaşan şair addımlarını müəyyənləşdir-
miş, bəlli istiqamət almışdır.
Sürgünün şairə müəyyən çətinlikləri ilə yanaşı müsbət təsiri də olmuşdur. Ə.Şövqi bu
müddət ərzində özünün informasiya mənbələrini genişləndirməyə, ispan dilini öyrənməyə,
İspaniyanın, müsəlmanların və onların mədəniyyətlərinin tarixinə dair kitablarla tanış olmağa
və eyni zamanda tarixi məkanlara- müsəlmanların Sevilya, Kardova və Qranadadakı tarixi
abidələrini ziyarət etməyə imkan qazanır.
Butün bunların səmərəsi olaraq Əhməd Şövqi Əndəlüsdə olarkən“ ءﺎﻤﻈﻋ و بﺮﻌﻟا لود
مﻼﺳﻹا” (Ərəb dövlətləri və islamın böyükləri) adlı nəzm əsərini qələmə alır. Əsər iyirmi dörd
qəsidədə cəmləşmiş min yeddi yüz iyirmi doqquz beytdən ibarətdir. Burada ərəb dili haqqın-
da, Beytul-Haramın tarixi, Peyğəmbərin həyatı, ərəb-islam fütuhatları ilə bağlı məlumatlar əks
olunub. Şair əsərdə, eyni zamanda, Raşidi xəlifələrinin dövründən etibarən Fatimi dövlətinin
sonuna qədər hökmranlıq edən müsəlman xəlifələrindən geniş bəhs etmişdir.
Əhməd Şövqinin İspaniyadan ilham alaraq yazdığı digər böyük əsəri “Əndəlüs şahza-
dəsi” adlı mənsur pyesidir. Əsərdə hicri II əsrdə İspaniya əmiri Mötəmid ibn Abbad zamanın-
da baş verən hadisələrdən bəhs olunur. Əsərin baş qəhrəmanıəmir Mötəmidin qızı şahzadə
Buseynədir.
Şairlər hər zaman qürbət duyğuları içərisində ən səmimi və ən gözəl şeirlərini qələmə
almışlar. Əhməd Şövqinin də sürgündə olarkən vətən həsrəti ilə yaratdığı şah əsərləri-qəsidə-
ləri səmimi hisslərin ifadəsinə və təsvirlərin gözəlliyinə görə ərəb poeziyasında ən gözəl şeir-
lərdən hesab olunur. Bu cəhətdən ən məşhur qəsidəsi “Əndəlüsə səyahət” adlı siniyyə şeiridir.
Şeir Buhturinin qəsidəsinə nəzirə olaraq qələmə alınmışdır. Əhməd Şövqi qəlbinin dərinlik-
lərində hiss etdiyi acı və iztirabları tam səmimi şəkildə dilə gətirmişdir:
|