Qafqaz Universiteti Materiallar



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə75/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   71   72   73   74   75   76   77   78   ...   124

 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1213


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ƏRƏB ƏDƏBİYYATINDA QUDAMƏ İBN CƏFƏRİN                                

DÖVRÜ, HƏYATI,ŞƏXSİYYƏTİ VƏ ƏDƏBİ İRSİ 

 

Aytac MƏMMƏDLİ

 

Bakı Dövlət Universiteti 



moonarap20@gmail.com 

AZƏRBAYCAN 

 

Heç bir şübhə yoxdur ki,bir insanın yetişməsində dövrünün siyasi,ictimai,elmi iqtisadi 



vəziyyətinin çox böyük təsiri vardır. Bunun üçün də ərəb ədəbi tənqidinin formalaşmasında və 

inkişafında çox böyük xidmətləri olan böyük tənqidçinin həyatını araşdırmamışdan  əvvəl 

onun yaşadığı dövrə ümumi bir baxış daha düzgün olardı. Bu dövrdə siyasi çaxnaşmalar, məz-

həblərin bir-birinə qarşı amansız qarşıdurmaları fasiləsiz olaraq davam etdiyi üçün bu dövrün 

islam tarixində mühim yeri vardır. Qudamənin yaşadığı dövr Abbası dövlətinin zəifləməyə 

başladığı və bunun nəticəsi olaraq xilafət ərazisində bir çox islam dövlətinin meydana çıxdığı 

bir zamana təsadüf edir. Bu əsrdə müxtəlif millətlər arasında davam edən qarşıdurmalar nəzə-

rə çarpmaqdadır. Bu çəkişmələr istər mərkəzdə,istərsə  də  ətrafdakı  əyalətlərdə hakimiyyət 

uğrunda aparılan dava idi. Xüsusilə paytaxt Bağdad müxtəlif dini-siyasi qruplaşmalar və 

millətlər arasında cərəyan edən şiddətli çarpışmalara səhnə olmuşdu. Bu dövrdə ixtilaf və çə-

kişmələr yalnız sünnilərlə  şiələr arasında  şiələr arasında deyil,sünniliyə  mənsub məzhəblər 

arasında da baş vermişdir. 

Şairin həyatın gəldikdə,tənqidçinin adı Qudamə atasınım adı  Cəfər babasının adı Qu-

damədir. Qaynaqlarda daha çox Qudamənin Əbülfərəc künyəsini nəql edirlər. Həriri isə onu 

Əbul-Vəlid adlandırır. Tənqidçinin Bağdadda doğulduğu qəbul edildiyindən,ən geniş yayılmış 

nisbəsi Əl-Bağdadidir. Qudamə müxtəlif dövlət idarələrində katib olaraq işlədiyi üçün Əl-Ka-

tib ləqəbi ilə məşhurdur. Qudamə ədib,həkim,tənqidçı,filosof,dilçi və tarixçi kimi tanınmışdır. 

Qudamə Bəsrədə doğulmuş və uşaqlıq illərinin bir qismini bu şəhərdə keçirmişdir. Daha sonra 

Bağdada köçmüş  və burada ədəbiyyat,dil,fiqh,məntiq,hesab və  fəlsəfə elmlərini burada öy-

rənmişdir. Kiçik yaşlarda özünü dövlət nəzdində  vəzifə almaq üçün hazırlmaqla məşğul 

olmuş,daha gənc yaşda olarkən vergi məmurları haqqında Kitabül-xərac  əsərini yazmışdır. 

İslam fəlsəfəsi və ərəb dili ilə əlaqəli elmləri öyrənən Qudamə şeir,bəlağət və ədəbiyyatda öz 

gücünü daha çox göstərə bilmişdir. Qudamənin yaşadığı əsr İslam mədəniyyətinin yunan,İran 

və hind mədəniyyəti ilə çox yaxın  əlaqə yaratdığı bir əsrdir. Yunan mədəniyyətinin  ərəb 

mədəniyyətinə  təsiri artıq təsdiqini tapmış  həqiqətdir. Qudamə  İbn Cəfər də yunan fəlsəfə 

məntiqini oxumuş və ondan təsirlənmişdir. O cümlədən tənqidçi  yunancadan ərəbcəyə tərcü-

mə edilən Qərb fəlsəfəsinə aid kitabları da böyük maraqla tədqiq etmişdir. Kraçkovskiyə görə, 

Qudamə şeir sahəsindəki görüşlərində həm ənənəvi ərəb şeirini hifz etmək istiqaməti,həm də 

yunan istiqaməti vardır. Rus şərqşünası onun hər iki istiqaməti birləşdirmək istəyən bir ədib 

olduğunu və buna cəhd göstərdiyini də vurğulamışdır. 

İbn Nədim,Yaqut Əl-Həməvi və Qəhhalənin əsərləri əsasında aparılan tədqiqatlar nəti-

cəsində Qudaməyə aid bir-birindən dəyərli təqribən 20 elmi və ədəbi əsərin adına rast gəlinir. 

İbn Nədim bunlardan 12,Yaqut isə 13 əsərin adını qeyd etmişdir. Bunlar Nəqşüd-şeir,Kitabül-

xərac,Ən-Nəcmüs-saqib,Kitabü cəlail-hüzn,Kitabü sanaatil-cədəl,Kitabü sərfil-həmm,Kitabüs 

səbunül-gəmm,Kitabür-rəd alə  İbn Mutəzz,Kitabü nuzhətil-qulub və zadi-l-musafir,Kitabüs-

siyasət,Kitabü həşvi-l cəlis,Cəvahirül-əlfaz  əsərləridir. Nəqdüş-şeir  ərəb  ədəbiyyatında yazı-

lan ilk sistemli şeir tənqid kitabı eyni zamanda poetik qayda və sistemlər kitabıdır. Tənqidçi 

bu əsərində şeirin ölçülərini,nəzmin xüsusiyyətlərini,məna və ifadə baxımından daşımalı oldu-

ğu  şərtləri açıqlayır.  Əsəri yazarkən müəllifin tamamilə  məntiqin qaydalarının təsiri altında 

olması hiss olunur. Burada ağıl demək olar ki,zövqdən xeyli ön planadadır.  Əslində Quda-

mənin  şeirdə zövqü ara-sıra ikinci plana keçirən bu üslubu tənqidlərə və onun formalizmdə 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1214


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

təqsirləndirilməsinə səbəb olmuşdur. Kitabül-xərac əsərinə gəldikdə isə o maliyyə mövzusun-

da bir katibin ehtiyac duyduğu bütün mövzuları əhatə edir. Əsər hicri 316-320-ci illəri arasın-

da yazılmışdır.Bu əsər sadəcə mərkəzi idarə,texniki məsələlər,vergi və onun tarixi,coğrafi və 

hüquqi məsələlərindən bəhs etməklə eyni zamanda dildən istifadə,ədəbi ənənələr və rəsmi ya-

zışmalarda dilin necə istifadə ediləcəyinə dair mövzuları da ehtiva edir. Ümumilikdə götürül-

dükdə Qudamə İbn Cəfərin ərəb ədəbiyyatında çox mühim rolu olmuşdur. Onun əsərlərinin az 

bir qisminin bizim dövrümüzə gəlib çatmasına baxmayaraq tənqidçinin ədəbi fəaliyyətini apa-

rılan tədqiqatlar nəticəsində dərindən öyrənilmişdir.  

 

 



“SIHAHU-L-FURS” LÜĞƏTİNDƏ TÜRK LEKSİKASI 

 

Günel ORUCOVA 

AMEA, Nəsimi adına Dilçilik İnstitutu, Qədim dillər 

və mədəniyyətlər şöbəsi 

gunelkagunelka@gmail.com 

AZƏRBAYCAN 



 

Türk xalqları ilə farsların tarixi əlaqələri, qarşılıqlı  təsirlərini özündə  əks etdirən  ən 

önəmli mənbələrdən biri də lüğətlər hesab olunur. Lüğətlər tərtib olunduqları və ondan əvvəl-

ki dövrün leksikasını, psixologiyasını, tarixi şəraitini, ədəbi mühitini özündə əks etdirən mü-

hüm vasitələrdəndir. Belə  mənbələrdən biri də “Sihahu-l-furs” lüğətidir. “Sihahu-l-furs” 

dövrümüzə  gəlib çatmış izahlı fars lüğətlərindəndir. Lüğət yazıçı, katib Şəmsəddin Məhəm-

məd ibn Fəxrəddin Hinduşah Naxçıvani tərəfindən 1328-ci ildə Təbrizdə tərtib olunmuşdur. 

25 babdan ibarətdir. Bablar daxilində sözlər izah olunan sözün ilk hərfinə əsasən fəsillərə bö-

lünür. Lüğətdə ümumilikdə 2300 söz vardır və izah olunan hər bir sözün tələffüzü təsviri yolla 

verilir, bəzən isə yeri gəldikcə həmin sözlərin ərəb dilində və yerli dialektlərdə qarşılığı verilir. 

Lüğətdə yer alan 2300 söz leksikanın müxtəlif qatlarını əhatə edir. Bu sözlər içərisində 

türk mənşəli sözlər də yer almaqdadır. Lüğətdə rast gəlinən türk sözləri müxtəlif məna qrupla-

rına aiddir. Həmin tematik qruplar içərisində həcmcə ən böyük qrupu məişət leksikası təşkil 

edir. “Sihahu-l-furs” lüğətindəki türk sözlərini aşağıdakı kimi təsnif etmək olar: 

1.Geyim adlarını bildirən sözlər: ﮎرﺎﻳ،ﯽﻧﺎﮐﺮﺗ،ﺎﺧﻮﭼvə s. 

Müəllif həm də  bəzən geyim adlarını bildirən fars sözlərinin izahını verərkən, onların 

türkcə qarşılığından bəhs edir. Bundan başqa lüğətdə geyim adlarını bildirən hibrid sözlərə də 

rast gəlinir: məsələn,ﮎﺮﺘﻤﻴﻧ 

2. Heyvan adlarını bildirən sözlər:ﺮﻐﺳ،اﺮﻐﺑvə s. 

“Sihahu-l-furs” lüğətində heyvan adlarını bildirən türk mənşəli sözlər digər məna qrup-

larına aid sözlərə nisbətən azlıq təşkil edir. 

3. Onomastik vahidlər:ﮏﻠﻳا  şəhər adı, سراhidronimi, və s. Bu qrupa aid sözlərin daxi-

lində həm dəﺪﻨﮑﺑﻼﻴﺳ fars+türk hibridindən bəhs etmək olar. 

4. Yemək adlarını bildirən sözlər:زﺎﻤﮕﺑ،غﺎﻳ və s. 

5. Bəzək və ev-məişət əşyaların adlarını bildirən sözlər:قﻮﺠﻨﻣ،ﮏﻴﻟﺰﮔ،خﺎﻤﺨﭼvə s. 

Yuxarıda qeyd olunanlarla yanaşı, lüğətdə “türk” sözünün iştirakı ilə yaranmış müxtəlif 

sözlərə, birləşmələrə də rast gəlinir:

ﮑﻴﮐﺮﺗ،شﻮﺠﮐﺮﺗ،ﯼزﺎﮐﺮﺗ،زﺎﺘﮐﺮﺗ



ند

 və s. 


 

 

 



 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1215


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ƏMİN ƏR-REYHANİ TOLSTOY HAQQINDA 

 

Fatma MƏCİDOVA 

AMEA akad. Z.M.Bunyadov adına Şərqşünaslıq İnstitutu 

“Ərəb filologiyası” şöbəsi 

fatima.mecidova@mail.ru 

AZƏRBAYCAN 

 

Ərəb məhcər ədəbiyyatının ən populyar nümayəndələrindən, daha doğrusu, onun kori-



feylərindən biri hesab olunan Əmin  ər-Reyhani yaradıcılığını  ədəbiyyatşünaslıq baxımından 

araşdıran zaman məlum olmuşdur ki, onun ədəbi irsinin bu aspekti dünya ədəbiyyatının bir 

sıra dahilərinin ərəb oxucusuna tanıdılması missiyası  kimi boyük əhəmiyyət daşıyır.  

Əmin  ər-Reyhaninin zəngin bədii irsinin önəmli bir hissəsini onun  publisist əsərləri 

təşkil edir. Ədibin dünya ədəbiyyatının məşhur nümayəndələrindən biri olan L.N.Tolstoya 

həsr etdiyi məqaləsi qayə və məzmun baxımından bu şəxsiyyəti ərəb oxucusuna əhatəli tanıda 

bilmişdir.   

 Çar  Rusiyasının zadəganlarından biri, qraf Tolstoy kimi tanınan Lev Nikolayeviçin 

XIX  əsrdə dünya ədəbiyyatının  ən çox oxunan, ən çox sevilən  şəxsiyyətlərindən birinə 

çevrildiyini nəzərə alsaq, ər-Reyhaninin ona oçerk həsr etməsini təbii saymaq olar. Özü də bu 

oçerkin Tolstoyun həyatda sağ olduğu zaman yazıldığını nəzərə alsaq, onda bu şəxsiyyətin ər-

Reyhaninin nəzərində nə qədər uca bir mövqe tutduğunun şahidi olarıq.  

Tolstoyşünas A.İ.Şifmanın “Tolstoy və  Şərq” adlı kitabında Tolstoyun Hindistan, 

Yaponiya, İran, Türkiyə, Afrika qitəsi ölkələrinin ədəbiyyatşünaslığında öyrənilməsi ilə bağlı 

yazılmış iri həcmli oçerklərlə yanaşı, onun “Tolstoy və ərəb ölkələri” adlı oçerki Tolstoyun 

ərəb ölkələrində öyrənilməsi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Məlum olur ki, Tolstoy 

hələ öz yaradıcılığında  ərəb ölkələrinə böyük yer vermiş,  ərəb yazıçı  və ziyalıları ilə 

məktublaşmış, Fələstin əsilli tərcüməçilər Səlim Kobeyn və Xəlil Beydas isə onun əsərlərinin 

bəzilərini  ərəb dilinə  tərcümə edərək  ərəb qəzet və jurnallarında Tolstoy haqqında tanıtma 

xarakterli məqalələr yazmışlar. Onu da qeyd edək ki, bunların hamısı o dövrdə Suriya 

mətbuatında çap olunmuşdur. Təbiidir ki, belə bir şəraitdə istər ərəb mətbuatında, istərsə də 

Avropa dillərində Tolstoy haqqında nəşr olunan yazılar  Əmin  ər-Reyhani kimi bir ədibin 

diqqətindən kənarda qala bilməzdi.  

Əmin ər-Reyhani Tolstoy haqqında yazdığı oçerkə çox qəribə bir müqayi-sə ilə başlayır. 

O, göstərir ki, hazırda dünyada iki varlı var. Onlardan biri Amerika milyardçısı Morqan, 

ikincisi rus yazıçısı qraf Tolstoydur. Bunların hər ikisindən vətəndaşı olduqları ölkənin 

başçıları qorxur. Onlar dövlət içərisində dövlət qurmuşlar. İstədikləri vaxt dövlətlərinin idarə 

sistemində bir çaxnaşma yarada bilərlər.  

Ər-Reyhani göstərirdi ki, Morqan öz milyardları ilə Amerika prezidentini “satın ala” 

bilər. Tolstoy isə öz ideyaları ilə istəsə çarın sarayının “sütunlarını laxlada” bilər. Onların hər 

ikisi öz ölkələri üçün potensial çevriliş mənbəyidir. 

Ər-Reyhani xeyir və şər qüvvələrini xatırladan bu iki əks qütb arasındakı oxşar cəhət-

lərin də mövcudluğunu nəzərdən qaçırmır: Onların hər ikisi bütöv bir millətin, xalqın üzərində 

təsirə malik nəhəngdir. Biri mənəvi dünyanın hakimi mütləqi, hikmət sahibi, o biri isə ticarət 

və pulun hökmdarıdır. Hökumət bunların ikisindən də  çəkinir. Yəni onlar sanki hökümət 

daxilində bir hökümətdirlər. 

Daha sonra təhkiyədən öyrənirik ki, Tolstoy dünya milyaderləri ilə müqayisədə miskin 

adamdır, onun var-dövləti yoxdur. O nə məhkəmələri, nə hakimiyyəti satın ala bilmir. O özü-

nün ədəbi gücünü və mənəvi hakimiyyətini nə ordu, nə də silah gücünə möhkəmlətməyib. Bəs 

onda rus hakimiyyəti ondan niyə qorxur? Bu suala ər-Reyhani belə cavab tapır: “əslinə qalsa 

rus höküməti ilə Tolstoy güc etibarı ilə bərabərdir. Hətta bu məşhur filosof hökümətdən daha 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1216


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

güclüdür. Çünki insanlar onun təlimləri ilə  hərəkət edirdi. Çünki bu varlı qraf insanlar ara-

sında bərabərlik istəyirdi. O, özünün bütün maddi imkanlarından, var-dövlətindən, sərvətin-

dən imtina edib, kasıblar, rus kəndlisinin yaşadığı kimi yaşayır”. 

Tolstoy öz təlimlərində zorakılığı, köləliyi pisləyir, insanlara bərabərlik prinsipini əldə 

rəhbər tutmağa çalışır. Onun təlimləri ilə İsa peyğəmbərin təlimləri arasında bir oxşarlıq var-

dır. Ümumilikdə götürdükdə, Əmin ər-Reyhani Tolstoyun görüşlərində sosialist məfkurəsinin 

əlamətlərinin olduğunu göstərir. Və onun bədii  əsərlərinin mahiyyətində Russonun, Genrix 

Corcun, Karl Marksın və İsa Məsihin təlimlərinin ifadə olunduğunu yazır. Huqo və Balzakın 

romanları ilə Tolstoyun romanları arasındakı  fərqli ictimai düşüncə  tərzindən də  bəhs edən 

ərəb ədibi sonda yazır: “Bütün bunları bir kənara qoyaraq deməliyik ki, o, böyük insandır”. 

Qeyd etmək lazımdır ki, “Lev Tolstoy və Şərq” kitabının müəllifi A.E.Şifman Əmin ər-

Reyhaninin Tolstoy barəsində dediyi “Tolstoy siyasi, təsərrüfatçı, ictimai görüşləri Karl 

Marksdan mənimsənilmişdir” fikrini səhv fikir adlandırır. O, göstərir ki, Əmin ər-Reyhaninin 

bu qeyri-obyektiv fikri görünür Tolstoyun əsərlərinin ingilis dilinə qeyri-dəqiq tərcüməsi ilə 

əlaqədardır. Yaxud da bu duşüncə  tərzi Qərb  şərhçilərinin Tolstoyun əsərlərinə verdikləri 

yanlış  şərhlərlə bağlıdır. O, daha sonra yazır: “Bütün bunlara baxmayaraq məqalədə onun 

müəllifinin rus yazıçısının önündə yüksək  əxlaqi-etik hisslərə malik olduğu  əks etdirilir”. 

Bununla əlaqədar olaraq biz də deməliyik ki, Əmin ər-Reyhaninin hələ Tolstoyun ölümündən 

bir neçə il öncə yazdığı bu məqalə onun rus ədibinə bəslədiyi məhəbbətin təzahürü idi. 

 

 

К  ВОПРОСУ О ПРОДУКТИВНОСТИ СПОСОБОВ 



СЛОВООБРАЗОВАНИЯ В СОВРЕМЕННОМ ПЕРСИДСКОМ ЯЗЫКЕ 

 

Гюнай ВЕРДИЕВА 

Институт  Востоковедения имени З.М.Буниятова  НАНА 



gunayverdiyeva@mail.ru 

АЗЕРБАЙДЖАН 

 

 На протяжении всей истории своего развития лексика персидского языка претер-



пела значительные изменения,в результате которых персидский язык обогатился новы-

ми лексическими единицами.В первую очередь следует отметить, что начиная с 7-8 вв., 

в персидский язык широкой струей влились слова арабского происхождения, что было 

связано прежде всего с  завоеванием арабов и исламизацией Ирана. Здесь в основном 

преобладали  слова религиозной, административной и военной тематики. 

Приток иноязычной лексики наблюдается и на данном этапе, поскольку с разви-

тием информационных технологий все чаще ощущается потребность в использовании 

слов, обозначающих новое явление или понятие. И поскольку в словарном составе язы-

ка не существует слова с этим значением, слово заимствуется.Однако, словообразова-

ние – образование новых слов при помощи ресурсов языка – всегда было и есть основ-

ным способом обогащения и пополнения словарного состава персидского языка. 

Словообразование  является  сферой,  областью  грамматики,  изучающей  способы 

образования  новых  слов.  Так,  в  персидском  языке  наличествует  огромное  количество 

слов, образованных путем слияния двух фрагментов, при этом оба они могут выступать 

как лексические   морфемы (т.е. иметь семантическую нагрузку), или же одна часть мо-

жет представлять собой морфему, а другая – аффикс или полуаффикс.  

Среди наиболее продуктивных  способов словообразования в персидском  языке 

следует выделить аффиксацию, полуаффиксацию,словосложение,транспозицию, лекси-

кализацию словосочетаний. При образовании новых слов продуктивность приобретает 

особое  значение  и  отождествляется    словообразовательной  активности,  под  которой 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1217


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

подразумевается способность того или иного словообразовательного элемента образо-

вывать новые слова. 

Аффиксация - один из самых продуктивных  способов словообразования персидс-

кого языка. Посредством аффиксов – префиксов и суффиксов в персидском языке обра-

зуется огромное количество слов. Производные слова, получаемые путем присоедине-

ния аффиксов к лексической основе, составляют значительную часть словарного соста-

ва персидского языка. Иногда в качестве лексической основы может служить иностран-

ное  слово,  в  частности,  арабское,  в  результате  которого  образуется  арабо-персидское 

гибридное слово. 

Примеры аффиксальных слов:  

[gələmdan]  - пенал, [bağban]-садовник, [eşğalgər] – захватчик, [xerədmənd] -  муд-

рый, [xətərnak] – опасный, [baerade] – решительный, [bişomar]- бесчисленный, [həmkar] 

– коллега и др.  

Полуаффиксация также является продуктивным способом словообразования пер-

сидского языка. К полуаффиксам относятся  словообразовательные элементы, которые 

выполняют функцию аффиксов, но в отличие от них имеют конкретное лексическое зна-

чение. Различают полуаффиксы глагольного и именного типа. К примеру, [zəhmətkeş] – 

труженик,  [şərqşenas]-востоковед, [daneşkəde] -институт, [qolqun] – розовый, [porpəhna] 

– широкий. 

Соединение в одно слово двух или более лексических морфем рассматривается в  

грамматике как словосложение. В результате этого процесса образуется сложное слово, 

состоящее из двух, а иногда и больше частей.  Например, 

[ketebxane] – библиотека, [qoftequ]- разговор, [şotormorq] – страус, [salname] -  ка-

лендарь, [çabokdəst] – ловкий, [təngdel] – печальный и др. 

Лексикализация словосочетаний – это превращение сочетания лексических основ 

в  самостоятельное  сложное  слово.  В  основном,  сюда  относятся  словосочетания, утра-

тившие изафет:  [sahebnəzər] – эксперт, [canəmaz] – коврик для намаза, [hezarpa] – соро-

коножка  и др. 

Транспозиция  - это такой способ словообразования, при котором происходит об-

разование новых слов от основ без помощи аффиксов и полуаффиксов. Этот способ  ха-

рактеризуется  достаточной  продуктивностью,  однако  значительно  менее  распростра-

нен,  чем  аффиксация  и  полуаффиксация.  Продуктивность  транспозиции  объясняется 

тем,  что  границы  между  различным  частями  речи  в  современном  персидском  языке 

размыты и нечетки, и слова  могут переходить из одной части в другую. 

К примеру,[neşəst] -   заседание, [barani]  - плащ  и т.д. 

Следует подчеркнуть, что  различные способы словообразования персидского языка  

используются не в одинаковой степени, и их «вклад» в систему словообразования пер-

сидского  языка  различен.  Однако,  факт  продуктивности  вышеупомянутых  способов 

словообразования неоспорим, что является одной из причин привлечения внимания ира-

нистов -лексикологов. 

 

 

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

1218


 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

QURANİ-KƏRİM  “ƏDƏB” JANRININ İDEYA-ESTETİK  

QAYNAĞI KİMİ 

 

  

Xanımzər KƏRİMOVA 

AMEA akad Z.M.BÜNYADOV adına 

Şərqşünasliq İnstitutu 

x.asadova@hotmail.com 

AZƏRBAYCAN 



 

Orta əsrlərdə yaranan ərəb qaynaqlarını araşdırıb, müşahidə etdikcə ədəb janrının ərəb 

ədəbiyyatında nə qədər dərin iz qoyduğunu görürük. Ona görə ərəb ədəbiyyatını daha da də-

rindən öyrənmək üçün onun xüsusiyyətlərini nəzərdən keçirmək daha məqsədə uyğun olardı. 

Bu sahədə Qurani-Kərimin təfsir və şərh edilməsinin rolu az olmamışdır. İslamdan əv-

vəl  Ərəbistanda  ədəbin mənası «Dədə-babalardan qalan milli adət-ənənələr, davranışın nor-

maları və xüsusiyyətləri kimi başa düşülürdü. İslamın meydana gəldiyi dövrdə bu termin, yəni 

“ədəb”  janrı başqa məna kəsb etdi. 

İlahiyyat elmində islam alimləri ədəbin mənasını belə izah edirlər: Ədəb - birini ziyarətə 

dəvət etmə mənasını ifadə edib, islamın gözəl saydığı söz və davranışlardır. 

İslamiyyətdən əvvəl Ərəbistan yarımadası qaranlıq bir cəhalət dövrü yaşamış, dünyanın 

heç bir yerində mənəvi dinclik və sakitlik olmamışdır. Ərəblər haqq dinini unudub, müxtəlif 

adlarla andıqları bütlərə itaət etməyə başlamışdılar. Qaranlıq bir cəhalətin hökm sürdüyü 

Ərəbistan yarımadasında haqq hər zaman gücə məhkum idi, insan haqlarına riayət olunmurdu, 

kölələr və əsirlər acınacaqlı bir vəziyyətdə idi. Demək olar ki, bütün dünya ölkələrində icti-

mai-siyasi vəziyyət gərginləşmişdi. Qaranlıq və qarışıq olan insanlıq islahatçı bir Peyğəmbə-

rin zühuruna möhtac idi. Həzrəti Peyğəmbərə 23 ilə yaxın bir zaman ərzində göndərilmiş 

Qurani-Kərim “Vəhy Katibləri” tərəfindən ayət-ayət qələmə alınmışdır. 114 Surə və 6236 ayə-

dən ibarətdir. İlk surəsi “əl-Fatihə”, son surəsi də “ən-Nas” adlanır. Ən uzun surəsi “əl-Bəqərə” 

surəsidir ki, 286 ayətdən ibarətdir. Ən qısa surəsi də “əl-Kovsər” surəsidir: cəmi 3 ayədir  . 

Quranın Peyğəmbərə ilk gələn ayətləri: birinci kəlməsi “İqra”- “Oxu” olan “Ələq” surə-

sinin ilk beş ayəsidir. Ən son gələn ayəsi “Vida Həcci” əsnasında gələn “Əl-Maidə” surəsinin, 

“... Bu gün kafirlər dininizdən ümidlərini kəsdilər. Artıq onlardan qorxmayın. Məndən qor-

xun. Bu gün sizin dininizi kəmalə çatdırdım, üzərinizdəki nemətimi tamamladım və sizə din 

olaraq müsəlmanlığı verdim, ondan xoşnud oldum” hökmü də içərisində yerləşən üçüncü ayədir . 

Doğru yol göstəriciləri Quran mətnində xeyli saydadır ki, yaşayışımızın, mubarizəmizin 

hər hansı sahəsinə – istər idarəçilik, qanunvericilik, istər savaş-barış, diplomatiya məsələlərinə 

dair – ibtidai örnəklər ayələrdə “külçə” halında mövcuddur. Bunun bir sirri də öncəki dinləri 

təsdiq edən islamın reallığa bağlılığı ilə  şərtlənən üstünlüyündədir. Reallıq ehkamçılığın 

düşmənidir. Reallıq ilahi vəhylərin hər əsrdə üzə çıxan yeni təfsirləridir və ən böyük reallıq 

isə Allahın varlığıdır.  

Quran mətninin özünə gəlincə, buradakı reallıq ovqatını gücləndirən amil ondan ibarət-

dir ki, Allahın dərkinə aparan yollar, məhz bütün kainatın, gerçək varlıqların, olmuşların, 

olanların nəliyini və kimliyini çözən mətləblərlə bağlı qavrayışlardan keçir. Quran məcburi və 

bəsit imanın əleyhinədir, imana gələnlərə tövsiyəsi budur ki, yollarda, çaylarda,  dənizlərdə, 

dağlarda, səmada, ulduzlarda, Günəşdə, Ayda, gecədə, gündüzdə və insanın özündə o böyük 

yaradanın  əlamətlərini araşdırıb tapsınlar və bunları araya-araya, ana-ana Allahın dərgahına 

doğru getməyə can atsınlar. Qurana görə təbiət hadisələri də, daşlar da, yer də, göy də, quşlar 

da hər  şeyi öz elmi ilə tutmuş xaliqın varlığından xəbər verir. Çünki təbiətin özü də O-na 

ibadətdədir: “Məgər görməzmi oldun, göylərdə  və yerdə olan kimsələr, göydə qanad gərən 

quşlar necə öyürlər Allahı. Hər biri də Allahı necə anacağını, necə öyəcəyini yaxşı bilir. 

Onların nə etdiklərini bilir Allah”  . 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin