Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə82/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   78   79   80   81   82   83   84   85   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1255



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Xarici dillərin öyrədilməsi prosesində dilin bütün aspektlərinin qarşılıqlı şəkildə tədrisi kom-

munikativ təlim metodikası və praktikasının hərtərəfli tətbiq edilməsini zərurətə çevirmişdir. 

Xarici dillərin tədrisində kommunikativ-funksional yanaşmadan bəhs edərkən tədqi-

qatçılar müəyyənləşdirmişdilər ki, qrammatik kompetensiya tədrisdə ona xüsusi yer ayrılma-

dan, öz-özünə formalaşa bilməz, əksinə xarici dilləri öyrənərkən qrammatik bacarıq və vər-

dişlərin formalaşacağı möhkəm struktur baza yaradılmalıdır. Qrammatikanın tədrisində oyun 

metodları yeni və  səmərəli bir üsuldur. Beləki, qrammatik materialın tədrisinə, başqa sözlə 

qrammatik vərdişlərin formalaşmasına fərqli şəkildə yanaşılır. Qrammatik vərdişlərin əhəmiy-

yəti onların ünsiyyətə nə dərəcədə xidmət etməsi ilə ölçülür. Bu metod qrammatik vərdişlərin 

formalaşmasını ünsiyyət kontekstində  nəzərdən keçirir, qrammatik vərdişlərin ünsiyyət vər-

dişlərinin yaranmasındakı roluna böyük əhəmiyyət verir. 

Dilin kommunikativ təlimi baxımından oyunlar xüsusi əhəmiyyət kəsb edir. Oyunun ən 

müsbət cəhəti fəaliyyətin əyləncə formasında, psixoloji gərginlik olmadan, maraq zəminində 

təşkili ilə bağlıdır. Oyunlar ünsiyyət səriştəsinə, tələbə fəaliyyətinin stimullaşmasına, onlarda 

özlərinə inam yaratmağa, intonasiya qabiliyyətinin artmasına müsbət  şəkildə  təsir göstərir. 

Oyunların digər bir xarakterik cəhəti də başqa fəaliyyət növlərinə xas olan əlamətlərin də bu 

prosesdə özünə yer tapmasıdır. Məsələn, oyun zamanı müsahibə, təxmin etmə  və s. kimi 

ünsiyyət növlərindən istifadə etmək mümkündür. 

Hazırda ingilis dilinin tədrisi prosesində Azərbaycan məktəblərində tətbiq edilən metod-

lar ənənəvi üsul və vasitələrdən, dərslik üzrə iş metodundan ibarət olduğu və bəzən də təkrar 

xarakteri daşıdığı üçün didaktik oyunlar onlardan fərqli olaraq maraqlı üsuldur və şagirdi cəlb 

edib yeni biliklər verə bilir. Belə oyunlara şagirdlər böyük səy göstərmədən qoşulur və dərsin 

gedişini unudurlar. Müəllim isə bu zaman ya aparıcı, ya hakim, ya da iştirakçıdır. Əgər oyun 

yarış xarakteri daşıyırsa, bu zaman bütün şagirdlər bu oyuna həvəslə müdaxilə edir. Lakin bu 

oyunlar həm əyləncəli xarakter daşımalı, həm də bilik məqsədi güdməlidir. 

Qrammatik oyunlar hadisələrin dərk olunması, tanınması, fərqləndirilməsi və yaddaşda 

saxlanılmasına xidmət edir. Həmin oyunların  əsas vəzifəsi qrammatik bacarıq və  vərdişləri 

inkişaf etdirməkdən ibarətdir. Qrammatikaya dair biliklərin möhkəmləndirilməsi üçün istifadə 

olunan bu cür oyunlara nümunə olaraq aşağıdakıları göstərmək olar: 

1.“Guess it” oyunu şagirdlərin böyük marağına səbəb olur. Aparıcı sinifdə olan hər hansı 

bir əşya haqqında məlumat verir. Oyunda sinfin bütün şagirdləri iştirak edirlər. Əşyanın adını 

tapmaq üçün onlar yalnız ümumi suallar verməyə çalışırlar. Aparıcı bu suallara “hə” və ya 

“yox” cavabı verir.  

2. Sinfi iki komandaya bölmək olar. Növbə ilə komandanın biri əşyanın hər hansı xüsu-

siyyətini bildirir, o biri isə onu tapır. Az sual verərək əşyanın adını müəyyən edən komanda 

qalib gəlir. Sualların mümkün variantı belə ola bilər: 

Is it a thing? 

Is it on the wall? 

Can I see it? 

Is it on the blackboard? 

Is it white? Is it the chalk? 

3. 20 Question. Bu oyun yuxarı siniflərin daha hazırlıqlı uşaqları arasında aparılır. Onun 

məqsədi -insanların, heyvanların, təbiət hadisələrinin, çay, dağ, şəhər və s. adlarını tapmaqdır. 

Burada 20 sual verilə bilər. “Guess it”oyununda olduğu kimi xüsusi adlar istisnalıq təşkil edir. 

Sual növləri genişləndirilir. Lakin heyvanların adını tapmağa səy göstərərkən “where does this 

animal live?”sualını vermək olar. 

Does this animal live in the forest or at home? 

Hal-hazırda dil öyrənmə prosesində tələbələrin qarşısında duran tələb öyrənilən dil sə-

viyyəsində müstəqil kommunikasiyaya girmək bacarığına malik olmaqdır. Qrammatik kateqo-


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1256



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

riya haqqında bilik deyil, onu, fikiri ifadə etmək, münasibət bildirmək, tənqidi düşüncəyə ma-

lik olmaq bacarığı  səviyyəsində  mənimsəmək və nitq aktında qoşmaq  əsasdır. Bir çoxumuz 

dəfələrlə şahidi olmuşuq ki, tələbə qrammatik materialı bilir amma ən sadə cümləni danışıq 

zamanı ifadə edə bilmir. Qrammatik bilik və onun uğurlu tətbiqi arasındakı boşluq belə bir nə-

ticəyə gəlməyə imkan verir ki, qrammatika dilin ayrı bir aspekti kimi yox, kommunikativ ba-

carıqlarla qarşılıqlı şəkildə aşılanmalıdır. Qrammatik bilik və bacarıqlar dilin mənimsənilməsi 

prosesində olduqca vacib komponentdir, lakin o, ünsiyyətə xidmət etməlidir.  

Xarici dilin tədrisində oyun metodları təkcə qrammatikanın deyil, dilin digər iki aspek-

tinə də (fonetika, leksika) əhəmiyyət verir və digər təlim üsullarından fərqli olaraq onları ünsiy-

yət baxımından qiymətləndirir, kommunikativ konteksti həlledici hesab edir. Bu, metodika 

tarixində dil aspektlərinə olan ən yeni və perspektivli yanaşmadır. 

 

 

MƏKTƏBDƏNKƏNAR TƏRBİYƏ MÜƏSSİSƏLƏRİNİN 

YENİYETMƏLƏRİN ƏXLAQ TƏRBİYƏSİNDƏKİ ROLU

 

 



Samirə MƏMMƏDOVA 

Bakı Slavyan Universiteti 



samire.memmedova@bk.ru 

AZƏRBAYCAN 



 

Məktəbdənkənar tərbiyə işi yeniyetmələrin şəxsiyyətinin inkişafında, onların cəmiyyətə 

adaptasiya olmasında,  əxlaqi cəhətdən hərtərəfli inkişafında sinifdənxaric tərbiyə  işi qədər 

əhəmiyyətli rol oynayır. Belə müəssisələr həm Respublika Təhsil Nazirliyi, həm Mədəniyyət 

Nazirliyi, həm də Gənclər və İdman Nazirliyi sistemində mövcuddur. Bu müəssisələrə ( Uşaq 

Yaradıcılıq Mərkəzləri, Estetik tərbiyə mərkəzi, Texniki Yaradıcılıq mərkəzi, Gənc Turistlər 

və Diyarşünaslıq Mərkəzi, Bədii yaradıcılıq evi, Uşaq Gənclər İdman Məktəbi , Gənc Tama-

şaçılar teatrı və s.) 365, bir və çox profilli müəssisə daxildir. 

Məktəbdənkənar tərbiyə müəssisələrində işin məzmunu və formaları şuralar tərəfindən 

müəyyən edilir. Məktəbdənkənar işlərə ümumi rəhbərliyi direktorlar və onların əlaqədar müa-

vinləri edir. Məktəblərdə məktəbdənkənar tərbiyə işlərinin təşkilatçısı direktorun müavini hü-

ququna malikdir. Təşkilatçıya pedaqoji kollektivin digər üzvləri, sinif rəhbərləri yaxından 

kömək edirlər. Sinif rəhbəri şagirdi qabiliyyət və marağına görə lazımi tərbiyə müəssisələrinə 

cəlb etməklə təşkilatçıya kömək göstərir. 

Məktəbdənkənar müəssisələrin imkanlarının qabaqcadan nəzərə alınması vacibdir. Aşa-

ğı siniflərdən başlayaraq məktəbdənkənar fəaliyyəti səmərəli, hərtərəfli təşkil etmək üçün yeni 

müəssisələr, ixtisas evləri yaranır. Belə müəssisələrlə həmişə sıx əlaqə saxlamaq lazımdır. Bu 

zaman bir sıra vacib məsələlərə diqqət yetirmək lazımdır. Dərs ilinin əvvəlindən başlayaraq, 

məktəbin  ətrafında yerləşən məktəbdənkənar təlim - tərbiyə müəssisələri ilə yaxından  əlaqə 

saxlanılır, iş rejimi öyrənilir. Həmin müəssisələrin məktəbəqədər işin təşkilində  məktəbə  nə 

dərəcədə kömək edəcəyini əvvəlcədən nəzərə alınır. Bu müəssisələrdə fəaliyyət göstərən klub-

ların, studiyaların, dərnəklərin sistemi öyrənilir, fəaliyyətinin inkişafına xüsusi diqqət yetirilir.  

Məktəbdənkənar tərbiyə  işi dərsdən sonra, məktəblilərin məktəbin daxilindəki təlim- 

tərbiyə işlərindən sonra, asudə vaxtlarını səmərəli keçirmək üçün təşkil olunan məqsədyönlü, 

planlaşdırılmış tədbirlərdir. Belə tədbirlər məktəbdənkənar təhsil müəssisələri tərəfindən təş-

kil edilir və həyata keçirilir. Məktəbdənkənar müəssisələrə isə uşaq və yeniyetmələrlə mək-

təbdən kənarda iş aparan dövlət və ictimai müəssisələri göstərmək olar. Məktəbdənkənar mü-

əssisələrin 2 növü var:ümumi və xüsusi. 

Ümumi məktəbdənkənar müəssisələrə, uşaq yaradıcılıq evləri və sarayları, uşaq parkları 

aid edilir. Burada şagirdlərin tərbiyəsində müxtəlif istiqamətdə işlər aparılır. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1257



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Xüsusi məktəbdənkənar müəssisələrə, uşaq kitabxanaları, gənc turistlər stansiyaları, gənc 

texniklər stansiyaları, gənc təbiətçilər stansiyaları, uşaq dəmiryol stansiyaları, uşaq meydança-

ları, uşaq kinoteatrları, uşaq teatrları ( məs. Gənc Tamaşaçılar, Kukla teatrı) , uşaq – gənc ya-

radıcılıq klubları, uşaq filarmoniyası, uşaq- gənclər idman məktəbləri, idman və incəsənət 

məktəbləri (studiyaları), uşaq düşərgələri və s.  

Məktəbdənkənar tərbiyə müəssisələrində təlim- tərbiyə işi könüllülük əsasında qurulur. 

Məktəbdənkənar tərbiyə işləri ailə, ictimai təşkilatlar, təhsil ocaqları, yaradıcılıq birlikləri, cə-

miyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, eyni zamanda vətəndaşların köməyi sayə-

sində həyata keçirilir. Məktəbdənkənar tərbiyə müəssisələrində aparılan xidmətlər pulsuz və 

güzəştlə keçirilir. Məktəbdənkənar təhsil müəssisələrində  məşğul olan uşaq, yeniyetmə  və 

gənclərlə, istirahət, bayram və tətil günlərində də iş aparılır. 

Uşaq yaradıcılıq mərkəzlərində bütün il boyu dərnək üzvləri ilə bir- birindən fərqli mə-

dəni- kütləvi tədbirlər, sərgilər, idman yarışları, müsabiqələr, ekskursiyalar, bayram şənlikləri 

təşkil olunur, onlara respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmək üçün geniş 

imkanlar yaradırlar. Belə mərkəzlərin çoxunda narkomaniya, alkoqolizm, QİÇS- lə mübarizə, 

əxlaq qaydaları, “Sağlam həyat” və s. mövzularda tədbirlər keçirilir, maarifləndirmə aparılır. 

Bu mərkəzlər məktəblərdə müxtəlif dərnəklər təşkil edir və birgə tədbirlər keçirirlər. 

Uşaq Yaradıcılıq Mərkəzlərində təşkil olunan dərnəklərə misal olaraq: “Məktəb teatrı”, 

“Xalçaçılıq”, “Bacarıqlı əllər”, “Xor”, “Bədii Qiraət”, “Tarix- diyarşünaslıq”, “Kukla teatrı”, 

“Bədii özfəaliyyət” və s. ni göstərmək olar. 

Ölkəmizdə “Texniki Yaradıcılıq Mərkəz”ləri də fəaliyyət göstərir. Bu mərkəzə əsasən 

“Gənc konstruktorlar”, “ İbtidai texniki modelçilik”, “Elektrotexnika”, “ Əyləncəli fizika”, 

“Texniki ekologiya”, “ Raket”, “Texniki estetika və s. adlarda dərnəkləri misal göstərmək 

olar. Texniki yaradıcılıq mərkəzlərinə cəlb olunan yeniyetmələrin texniki cəhətdən yaradıcılıq 

imkanları inkişaf edir. Onlar da ixtiraçılıq işlərinə cəlb olunurlar. Belə yeniyetmələr məktəbdə 

öyrəndikləri kimya, fizika, riyaziyyat, astronomiya və s. fənnlərdən  əldə etdikləri nəzəri 

bilikləri, konstruktiv fəaliyyət zamanı daha dərindən mənimsəyirlər.  

Respublikamızda “ Gənc turistlər və diyarşünaslıq mərkəzi” fəaliyyət göstərir.  

Bu mərkəzdə aparılan işlərin əsas məqsədi tariximizi, soykökümüzü, mədəniyyət, ədə-

biyyat və incəsənətimizi gənc nəslə öyrətmək, vətənimizin flora və faunası haqqında onlara 

bilik vermək, tarixi abidələrimizi qorumaq, vətənə məhəbbət hissi aşılamaqdır. Uşaq – gənclər 

idman və şahmat məktəbləri də mövcuddur. Bu məktəblər Təhsil Nazirliyinin sisteminə daxil-

dir. Belə məktəblər yeniyetmələr arasında yarışlar təşkil edir. Ekoloji tərbiyə və təcrübəçilik 

mərkəzləri, yeniyetmələrin asudə vaxtının səmərəli keçirilməsi, onların əxlaqi və intellektual 

inkişafı, yaradıcılıq istedadlarının kəşf olunması, tədqiqatçılıq qabiliyyətlərinin formalaşdırıl-

ması və s. işlərdə əhəmiyyətli rol oynayır. 

 Uşaq kitabxanaları təkcə kitab verməklə kifayətlənmir, həm də uşaqların qüvvəsindən 

istifadə edərək müxtəlif tədbirlər təşkil edir. Şair və yazıçılarımızın əsərlərinin müzakirələri, 

yubileylərinin qeyd olunması, “Kitab həftəsi”nin keçirilməsi uşaq kitabxanalarının səmərəli iş 

formalarındandır. 

Buna görə  də  məktəb məktəbdənkənar işlərə  də xüsusi yer verilməli, onun həyata 

keçirilməsi ardıcıl olaraq aparılmalıdır. 

 

 



 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1258



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

YENİYETMƏLƏRİN DEVİANT DAVRANIŞI-PEDAQOJİ VƏ 

SOSİOLOJİ PROBLEM KİMİ 

 

Dürdanə ƏLİYEVA 

Bakı Slavyan Universiteti 



durdane.eliyeva.00@mail.ru 

AZƏRBAYCAN 

 

Danılmaz faktdır ki, istər ümumilli istərsə də dünyəvi miqyasda bəşəriyyətin illər boyu 



qoruduğu, saxladığı, gələcək nəsillərə ötürdüyü əxlaqi-mədəni dəyərlər, adət-ənənələr var və 

bunlar mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bu davranışlar bizim qəbul və vərdiş etdiyimiz 

davranışlardır. Lakin elə davranışlar var ki, onlar bizim üçün formalaşan və daimiləşən davra-

nışlardan kənara çıxır. Məhz, əxlaqi, hüquqi normalarla təsnif etdiyimiz davranışlardan kənara 

çıxan davranış deviant davranış adlanır. Deviant davranış spesifik sosial hadisədir. Təbii ki, 

deviant davranışın daşıyıcıları müəyyən şəxslərdir və ya müəyyən qruplardır. Deviant davranış 

adətən yaşla əlaqəli olaraq yeniyetmə yaş dövründə özünü daha çox göstərir və bu adətən təd-

ricən formalaşır.  

Deviant davranışın vahid nəzəriyyəsi yoxdur. Bu amil haqqında bir çox elm sahələrində 

də  məlumatlar müvcuddur: tibb, biologiya, hüquq, sosiologiya və psixologiya elmində. 

Həmçinin bir çox elm sahələrində deviant davranışı öyrənən bölmələr vardır.  

Biz qeyd etdik ki, artıq deviant davranış daha çox özünü yeniyetmə yaş dövründə gös-

tərir. Müxtəlif dövrlərdə yeniyetmələrin deviant davranışının təzahürləri müxtəlif olmuşdur. 

Bu səbəbdən də istər yeniyetmə  və istərsə  də digər yaş dövrlərində deviant davranışı  şərt-

ləndirən amillər bir-birindən fərqlənir.Məsələn, bu amillər içərisində sosial-iqtisadi, psixoloji, 

etnik-psixoloji, fərdi-psixoloji amillər və eləcə  də  şəxsiyyətlərarası münasibətlər amili və s. 

mühüm yer tutur. Lakin bununla yanaşı hər dövr üçün keçərli olan deviant davranışı şərtlən-

dirən amilləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 

1. Sosial amillər: Şəxsiyyətin inkişafına sosial amillərin təsiri olduğu kimi onların devi-

ant davranışlarına da təsiri vardır. Belə ki, evdən, ailədən və məktəbdənkənar həmyaşıdlarının 

təsiri, küçədə özlərinə uyğun qrupların təsiri və s.  

2. Pedaqoji-psixoloji amillər: Ailədə yol verilən səhvlər, təlim-tərbiyə müəssisələrində 

uşaqların, yeniyetmələrin və gənclərin tərbiyəsində yaranan boşluqlar buna aiddir. 

3. Fərdi-psixoloji faktorlar: Şəxsin özünün normal davranışlara qarşı neqativ reaksiyası, 

özünütənzim xüsusiyyətləri, yeniyetmə yaşı dövründə cəmiyyətdə status qazanma istəyi və s. 

bura aid etmək olar. 

Son zamanlar deviant davranış  məsələsi aktual bir məsələyə çevrilmişdir. Bu xüsusilə 

yeniyetmələrdə sürətli cinsi və fiziki inkişafla əlaqəli olaraq özünü daha çox göstərir. Eləcə də 

bu amillərlə yanaşı Respublikamızda torpaqlarımızın 20 faizinin işğal edilməsi, məcburi köç-

künlərin öz yerlərindən didərgin düşməsi bir çox yeniyetmələrdə deviant davranış hallarının 

çoxalmasına təsir etmişdir.  

Deviant davranışın öyrənilməsi və onun şərtləşməsi ilə  əlaqəli bir çox nəzəriyyələr 

mövcuddur. Deməli, deviant davranış haqqında banisi Z.Freyd olan psixoanalitik meylli təd-

qiqatlar xüsusi yer alır. Freyde görə psixoanalizdə pozuntuların əsas mənbəyi “O”-nun struk-

turunu təşkil edən şüursuz meyllərlə “Mən” və “Fövqəl- Mən”dən çıxış edən məhdudiyyətlər 

arasında gedən konfliktdir.  

Neofreydistlər deviant davranışın təbiətini bir çox davranış pozuntularıyla – nevrozlar, 

sayıqlama halları, seksual pozuntular, şəxsiyyətin dezadaptasiyası ilə əlaqələndirirlər. Adlerə 

görə “natamamlıq kompleksi”, kompensasiya, ifrat kompensasiya şəxsiyyətdə müəyyən 

natamamlıq hissi formalaşdırır. Belə ki, bədən orqanlarının inkişafında həqiqi və ya mövhumi 

qüsurlar insanda natamamlıq hissi əmələ gətirir. Onu aradan qaldırmaq məqsədi ilə şəxs şüurlu 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1259



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

və şüursuz surətdə özünün yaradıcılıq imkanlarını səfərbər edir. Karen Horninevrozların əsas 

səbəbini pasiyentlərin durmadan dəyişən sosial şəraitə uyğunlaşa bilməmələrində görür. 

Təhlükəsizlik hissini itirmiş yetkin insan dünyada özünü aciz və zəif hiss edir. Məhz təhlü-

kəsizliyə nail ola bilməməklə bağlı yaranan təşviş nevrozların əsasını təşkil edir və müəyyən 

deviant davranışlara səbəb olur.Sallivan isə deviant davranışları şərtləndirən amillər içərisində 

şəxsiyyətlərarası münasibətlərə xüsusi yer vermişdir. O qeyd edir ki, insanın özü haqqında 

fikirləri ilkin olaraq valideynlərlə münasibəti əsasında yaranır. 

Qeyd edək ki, deviant davranışın mahiyyətini təkcə psixoloji amillərin təhlili əsasında 

müəyyən etmək olmaz. Biheviorizm və neobiheviorizmin görkəmli nümayəndələri B.Skinner, 

E.Torndayk və D.Uotson sübut edirlər ki, insanın davranışında  ərtaf mühitin təsiri daha 

böyükdür. Belə ki, insan ətrafında görüdüyü hərəkətlərdən bir növ təcrübə toplayır və onun 

davranışı daha sonra həmin hərəkətlərin təkrarı kimi özünü göstərir. Beləliklə, onlar qeyd 

edirlər ki, ətraf mühitin təsiri elə yüksəkdir ki, o deviant davranışlı insanın hərəkətlərinə də 

təsir edə bilir.  

Bu məsələyə yanaşmada qeyd edə bilərik ki, şəxsin deviant davranışı onun öz hissləriy-

lə reallıq arasında olan uyğunsuzluğun təsirindən özünü göstərə bilər. Deviant davranış 

xüsusilə yeniyetmə yaşlarında bol enerji, əks cinsə maraq, sözəbaxmamaq və s. şəkildə özünü 

göstərir. Belə ki, yeniyetmə yaşlarında şəxs ətrafda özünütəsdiqləmə, özünütanıtma, öz statu-

sunu yeritmə mövqeyində dayanır. Lakin o ailədə valideyn üçün hələ  də  uşaqdır, məktəbdə 

müəllim üçün hələ də bir şagirddir. Lakin yeniyetmədə bu bir növ reallıqla hissləri arasında 

uçurum yaradır və davranışlarında öz əksini tapır. Yeniyetmədə bu uçurumun yaranma səbəb-

ləri valideyn diqqətsizliyi, uşaqlara qarşı  qəddar münasibətlərdir. Həmçinin deyə bilərik ki, 

yeniyetmələrdə deviant davranışını şərtləndirən amillərdən biri də sanki “özünü göstərmə”dir. 

Sinifdə, dostlarının arasında, küçədə özünü tanıtmadır.  

 

 



YUXARI SİNİF ŞAGİRDLƏRİNDƏ TƏDQİQATÇILIQ 

BACARIQLARININ İNKİŞAF ETDİRİLMƏSİ MƏQSƏDİ 

 

Könül MOLLAYEVA 

ARTPİ 


konul8.8.86@hotmail.com 

AZƏRBAYCAN 

 

Respublikamızda uğurla həyata keçirilən təhsil islahatları təhsilin keyfiyyətinin yüksəl-



dilməsinə, tələbə  və  şagirdlərin yaqradıcı qabiliyyətlərinin inkişaf etdirilməsinə, onlarda 

tədqiaqtçılıq bacarıqlarının formalşdırılmasına yönəldilmişdir. 

XXI əsrin texnologiyalar əsri olması təhsilimizə bir çox yeniliklər gətirdi. Yaşadığımız 

əsr elm və texnika, kompyuter əsridir. İnformasiya və kommunikasiya texnologiyalarının in-

kişafı bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi dəyişikliklərin aparılmasını tələb 

edir. Bu dəyişikliklər özünü ümumi orta təhsilin məzmununda, təşkilində, strukturunda özünü 

göstərir və dövrün tələbinə uyğun olaraq səmərəliliyin və keyfiyyətin artırılmasını tələb edir. 

Bu gün müstəqil düşünən, yaradıcı fəaliyyət göstərən gənclər tərbiyə etmək məktəb qarşısında 

duran mühüm vəzifələrdəndir.  

Danılmaz faktdır ki, qabiliyyətli, istedadlı şəxslər cəmiyyətin aparıcı qüvvələridir. İste-

dad, demək olar ki, hər bir şagirddə var. Yalnız bu istedadın üzə çıxarılması, inkişaf etdiril-

məsi məktəbin, müəllimin üzərinə düşür.  

İstedad, ilk növbədə fəaliyyət prosesində, fəal pedaqoji prosesdə təşəkkül tapır, inkişaf 

edir. Təlim prosesi nə qədər məqsədəuyğun qurularsa, şagirdin istedadı da bir o qədər tez üzə 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1260



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

çıxar və inkişafı sürətlə gedər. Deməli, hər bir şagirdin sirli, qəribə dünyasına ilkin olaraq mü-

əllim daxil olur. Müəllim şagirdin qabiliyyətini düzgün müəyyənləşdirməkdə, ona fərdi yanaş 

maqda, inkişafına düzgün istiqamət verməkdə daim yardım göstərməlidir. 

Bütün bunlar isə müəllimlərdən hər hansı bir fənnin tədrisi işini yüksək səviyyədə qur-

mağı, özünün yaradıcı fəaliyyəti, tədqiqatçılığı tələb olunur.  

Son illərdə  tətbiq edilən yeni pedaqoji texnologiyalar şagirdlərin yaradıcı qabiliy-

yətlərinin, xüsusilə tədqiqatçılıq qabiliyyətlərinin iunkişafına qüvvətli təsir göstərir.  

Yaradıcılıq məlum baxışlar, əlaqə və münasibətlərdən gizli olanları görmək qabiliyyəti-

dir, əvvəllər heç kimin baxmadığı analoji halları tapıb üzə çıxarmaqdır. 

Bu gün biz köhnə təlim metodlarından uzaqlaşmalıyıq. Bu günün uşaqları dünənin uşaq-

ları deyil, onların maraq dairələri də, dünyaya baxışı da, dərslərə münasibətləri də tam dəyiş-

miş, inkişaf etmişdir. Deməli, zamanın, cəmiyyətin inkişafı ilə ayaqlaşmaq lazımdır. Təlim 

keyfiyyətini yüksəltməyə çalışan hər bir müəllim şagirdin fərtdi xüsusiyyətini, yaradıcı qabi-

liyyətini yaxşı bilməlidir. Müəllimlərimiz dilimizi, ədəbiyyatımızı, mədəniyyətimizi məktəb-

lilərə dərindən öyrətməlidir. 

Qeyd edək ki, humanitar fənlərin tədrisində xüsusilə  ədəbiyyat dərslərində  şagirdlərin 

tədqiqatçılıq və yaradıcı qabiliyyətlərinin inkişaf etdiirlməsi üçün böyük imkanlar vardır. 

Təsadüfi deyil ki, qədim yunan filosofu Aristotel ədəbiyyatı həyati və insanları bədi obrazlarla 

təqlid etmə sənəti adlandirmışdır. Həyatı əks etdirmək ədəbiyyatı elmə yaxinlaşdırır. Amma 

elmdən fərqli olaraq, ədəbiyyat həyatı bədii təxəyyül əsasında əks etdirir ki, bu da insan tə-

xəyyülünü, təfəkkürünü inkişaf etdirir. Ədəbiyyat sözu ədəb (mərifət) sözündən götürül-

müşdür.Ədəbiyyatın vəzifələrindən biri insanlara zövq verməkdirsə , biri də insanları tərbiyə 

etmək,onları mənəvi cəhətdən inkişaf etdirməkdir.  

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan Gənclərinin Birinci 

Ümumrespublika Forumundakı nitqində demişdir: “Gənclərimiz milli ruhda tərbiyə olunma-

lıdır, bizim milli- mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tarixi-

mizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi 

yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bil-

məyən gənc vətənpərvər ola bilməz”(1). Göründüyü kimi dilimizi, ədəbiyyatımızı, mədəniy-

yətimizi dərindən bilmək məktəbli-gənclərimizdə  vətənpərvərlik keyfiyyətləri yaradır. Bu 

cəhətdən dilimizi, ədəbiyyatımızı dərinədn bilmək üçün məktəbliləri bu sahədə yaradıcılığa, 

tədqiqiatçılığa istiqamətləndirmək lazımdır.  

Azərbaycan dilini və ədəbiyyatı öyrənərkən ayrı-ayrı bəhslərə yaradıcı yanaşmaq üçün 

fənn müəllimlərindən tədris prosesini canlı qurmaq tələb olunur. Dərs prosesi elə canlı təcrübə 

meydanıdır ki, o, şagirdlərin və müəllimlərin bəzən özlərinə belə məlum olmayan müsbət və 

ya mənfi cəhətləri üzə  çıxarır.  Şagird və ya müəllim bir-birinin əməyindən bəhrələnə bilir. 

Dərsin yekununda müəllim şagirdlərin müzakirə və müşahidələrini cəmləşdirib müəyyən nəti-

cələr  əldə edir. Bu nəticələr  şagirdlərin özü haqqında da, dərsdə  tətbiq olunan yolların fay-

dalılıq dərəcəsi haqqında da ola bilər. 

Bu gün istedadlı  şagirdləri üzə  çıxarmaq və onlardakı bu qabiliyyəti inkişaf etdirmək 

üçün müxtəlif təlim metodları yeni pedaqoji texnologiyalar mövcuddur. Görkəmli tədqiqatçı 

ədəbiyyatşünas alim Bilal Həsənli “Ədəbiyyatın tədrisi metodikası” adlı dəyərli dərs vəsaitin-

də  ədəbiyyat dərslərində istifadə olunan yeni təlim texnologiyalarının təsnifatını  aşağıdakı 

kimi vermişdir:  

“ 1. İnteraktiv təlim metodlarından istifadə; 

2. Dərsin fəal formalarından istifadə; 

3.  Şagirdlərin yaradıcılıq, tədqiqatçılıq bacarıqlarının inkişafını  təmin edən üsullara, 

vasitələrə geniş yer verilməsi; 

4. İnformasiya – kommunikasiya texnologiyalarından istifadə” 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin