Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə86/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   82   83   84   85   86   87   88   89   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1278



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İnsanlar bir-birləri ilə bir yerdə yaşaya bilmirlərsə, onda boşanma məişət zorakılığına məruz 

qalan qadınlara şans verir ki, həyatını təzədən başlasın. Bir yazını diqqət mərkəzinə gətirmək 

istəyirik: “Heç olmasa uşaqlar əzab çəkməsinlər". Boşanma, ailələrin dağılması bütün hallar-

da faciədir. Ailənin, onu quran insanların, bu ailələrdə dünyaya gələn uşaqların faciəsi. 

 

 



ŞAGİRDLƏRİN BƏDİİ ƏSƏRLƏRİ MÜTALİƏSİ VƏ                   

QAVRAMASI METODİK PROBLEM KİMİ 

 

Bilal HƏSƏNLİ 

Azərbaycan Müəllimlər İnstitutu 



bilalhasanli@yahoo.com 

AZƏRBAYCAN 

 

Şagirdlərin bədii ədəbiyyat sahəsində maraq və meyillərinin, qavrama səviyyəsinin öy-



rənilməsi, nəzərə alınması  ədəbi təhsilin səmərəliliyinin yüksəldilməsinin, oxucu fəallığı  və 

müstəqilliyinin təmin edilməsinin mühüm şərtidir. 

Bədii  əsərlərin qavranılması mürəkkəb yaradıcı proses olub məktəblinin dünyagörüşü, 

həyat, estetik, oxucu və emosional təcrübəsi ilə bağlıdır.Bədii əsərin qavranılmasına şagirdin 

yaş xüsusiyyətləri ilə yanaşı, fərdi imkanları da təsir göstərir. 

Bədii əsərin qavranılması şagirdlərin ədəbi təhsilinin bir elementi, onun əqli inkişafının, 

sosial yetkinliyinin, emosional- estetik duyumunun göstəricisi kimi çıxış edir. Nəzərə almaq 

lazımdır ki, bədii əsərin intensiv mütaliəsi heç də mətnin obrazlı təhlilinə gətirib çıxarmır. Bu-

na nail olmaq üçün şagirdlər ilk növbədə bədii əsərləri müstəqil oxumağı, qavramağı öyrən-

məlidir. Doğrudur, bədii mətni obrazlı təhlil etməyi şagirdlər məktəbdə öyrənirlər, lakin oxu-

cunun müstəqil fəaliyyətindən, mütaliəyə şüurlu münasibətindən çox şey asılıdır. 

Ədəbiyyat müəllimi bədii əsərin oxusu və təhlili prosesində şagird qavramasının xarak-

terini nəzərə almaqla kifayətlənməməli, həm də ona ciddi şəkildə təsir göstərməyə çalışmalı-

dır. Bu məqsədlə ilk növbədə bədii ədəbiyyatın mütaliəsi, qavranılması xüsusiyyətləri öyrə-

nilməli, onun nəticələri təlim prosesində nəzərə alınmalıdır. 

Bədii əsərin mütaliəsi zamanı oxucu təsvir edilən hadisələri, obrazları qavramaqla yazı-

çının həyat haqqında mühakimələri ilə tanış olur. Əsərdə öz əksini tapan mənəvi-estetik prob-

lemlərin, insanın həyatı, taleyi ilə bağlı səhnələrin dərk edilməsi, hiss və duyğu süzgəcindən 

keçirilməsi prosesində oxucu özünü də dərk edir, indiki və gələcək fəaliyyəti üçün zəruri olan 

təcrübə qazanır. Beləliklə, bədii  ədəbiyyat oxucunun hiss və duyğularının, müstəqil düşün-

cəsinin, mənəvi aləminin, fəal həyat mövqeyinin formalaşmasına ciddi təsir göstərir. 

Tədqiqatlar göstərir ki, məktəblilərdə müxtəlif fakt və hadisələri tutuşdurmaq, oxşar və-

ziyyətlərdə ümumi cəhətləri, əlamətləri müəyyənləşdirmək bacarığı inkişaf edir. Onları təkcə 

ayrı-ayrı faktlar deyil, bu faktların əlaqəsi, birinin digərindən asılılığı da maraqlandırır. Lakin 

həmin assosiativ əlaqələr bədii  ədəbiyyata münasibətdə  əksər hallarda bəsit səciyyə daşıyır. 

Bir çox müəllimlər dərsdə öyrənilən əsərlərin mütaliəsi ilə müstəqil mütaliə arasında bağlılığın 

olmamasından çox narahatdır. Ədəbiyyatdan müxtəlif məşğələlərdə qazanılmış biliklər arasın-

da mövcud olan obyektiv əlaqələr şagird şüurunda kortəbii şəkildə, avtomatik surətdə yaranmır.  

Şagirdləri bədii  ədəbiyyat oxucusu kimi səciyyələndirən mühüm cəhətlərdən biri də 

mütaliə marağıdır.Məlumdur ki, maraqlar tələbatların  əsasında yaranır və idrak prosesində 

təhrikedici rol oynayır. Mütaliə marağı  şagirdlərin mənəvi maraqlarının tərkib hissəsi olub 

onu bu və ya digər mövzuda, janrda kitabları, müəyyən sənətkarların əsərlərini oxumağa sövq 

edən amildir. Mütaliə marağı  şagirdin oxucu kimi yetkinlik səviyyəsini, onda kitaba, müta-

liəyə necə münasibət yarandığını əks etdirir. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1279



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Geniş maraqları, bir çox məsələlər barədə müstəqil rəyi, mülahizələri olan, musiqidən, 

kinodan, kompyuter texnologiyasından baş çıxaran müasir məktəblini yüksək ideya-bədii də-

yərə malik bədii ədəbiyyatın mütaliəsinə, əsl sənətkarla dialoqa sövq etmək lazımdır. Yalnız 

quru nəsihətləri, hazır hökmləri təkrar edən, bədii cəhətdən zəif əsərlər şagird-oxucunu cəlb 

etmir, onun hiss və duyğularına emosional-estetik təsir göstərmir.  

Eyni zamanda nəzərə almaq lazımdır ki, şagird- oxucunun inkişafının ilk mərhələlərində 

müsbət rol oynayan sadəlövh-realist qavrama zaman keçdikcə yeni keyfiyyət səviyyəsinə 

yüksəlmirsə,  ədəbiyyatın özünəməxsusluğunun, dərinliyinin dərk edilməsində maneəyə 

çevrilir. Odur ki, sadəlövh-realist qavramanın tədricən  şüurlu oxucu qavraması  səviyyəsinə 

qaldırılması, şagirdlər emosional, iradi, intellektual cəhətdən inkişaf etdikcə bədii ədəbiyyatın 

söz sənəti kimi özünəməxsusluğunun başa salınması,  əsəri dərindən qavramaq bacarığının 

aşılanması zəruridir. 

Bu mürəkkəb iş təlim prosesində diqqət mərkəzində saxlanıldıqda şagirdlər əsərin do-

ğurduğu hiss və duyğuları, emosional təəssüratı qoruyub saxlamaqla bərabər, bədii təsvirin 

şərtiliyini, təsvir və ifadə vasitələrinin rolunu dərk edirlər. Onların  əsərin bədii, estetik də-

yərini dolğun şəkildə dərk etməsi mümkün olur. 

Bu baxımdan  şagirdlərin müstəqil mütaliəsinə müəllimin təsirinin get-gedə  zəifləməsi 

narahatlıq doğurur. Dərsdənkənar, proqramdankənar informasiyanın mənbəyi kimi müəllimin 

rolu sinifdən-sinfə, ildən-ilə azalır. Ailənin, mühitin isə şagird şəxsiyyətinin formalaşmasında 

rolu getdikcə artır.  

Son illərdə bədii ədəbiyyatın mütaliəsinə marağın azalmasına, ədəbiyyatın qavranılma-

sına, bədii informasiyanın dərk edilməsinə müasir texniki vasitələr təsir göstərir. Müəllim bu 

reallığı nəzərə almalı, dərsin və sinifdənxaric işlərin imkanlarından istifadə edərək şagirdlərin 

bu sahədəki fəaliyyətinə də təsir etməlidir. Kino, televiziya, video, kompyuter, internet, mobil 

telefonun uşağın həyatında geniş yer tutması  nəticəsində mütaliənin  əvvəlki mövqelərini 

itirməsi ciddi problem kimi qarşıda durur. Ali məktəblərə testlə qəbul imtahanı verən şagirdlə-

rin əksəriyyətində bədii ədəbiyyatın mütaliəsinə həvəs azalmış, ədəbi-tarixi fakt və hadisələri 

əzbərləməyə, əsərin qısa məzmununu öyrənməyə meyil artmışdır. 

Bu baxımdan oxucu fəallığının artırılması  məktəbin başlıca vəzifələrindən biridir. Şa-

girdlərin mütaliə mədəniyyəti cəmiyyətin mənəvi potensialının mühüm göstəricisi sayılır. Şa-

girdlərin mütaliə dairəsinin genişləndirilməsi mənəvi mədəniyyətin qaynaqları, humanitar 

biliklərin zənginləşdirilməsi ilə bağlı məsələdir.  

Şagird mütaliəsindəki bir çox çatışmazlıqların səbəbi onların yaş və fərdi xüsusiyyətləri 

ilə deyil, daha çox məktəbdə  ədəbiyyat tədrisinin nöqsanları ilə bağlıdır. Məktəbdə  ədəbiy-

yatın öyrənilməsi bədii mətnin təbiətinə zidd olmamalı, oxucu qavraması  nəzərə alınmalı, 

mütaliə motivasiya əsasında, şagirdin maraqları nəzərə alınmaqla təşkil edilməlidir.  

Məktəblilərdə  bədii  əsərin oxusuna sabit tələbat, yaradıcı münasibət aşılamaq, estetik 

zövq tərbiyə edilməsinə nail olmaq üçün müəllim bu mütaliənin həqiqi mənzərəsini bilməli, 

şagird-oxucunun formalaşmasına məqsədyönlü təsir göstərməlidir. 



 

 

 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1280



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

İBTİDAİ SİNİFLƏRDƏ ŞAGİRDLƏRİN ŞƏXSİYYƏT KİMİ 

FORMALAŞMASINDA VİRTUAL MÜHİTİN ROLU 

 

Mehriban MƏCİDOVA

 

Qafqaz Universiteti 



mnesibova@qu.edu.az 

AZƏRBAYCAN 

 

Respublikamızın Təhsil Sistemi yeni informasiya texnologiyaları sahəsində  də sürətlə 



inkişaf edir. Yeni informasiya texnologiyaları müxtəlif fənn sahələrində şagirdlər tərəfindən 

müəyyən biliyin alınmasında  əsas istiqamətlərdən biri oldu. Müasir məktəblilər televizorla, 

video və kompüterlə çox ünsiyyətdə olurlar. Əvvəlki nəsil kitabla çox təmasda olurdusa, mü-

asir nəslin şagirdləri məlumatı kompüter vasitəsilə alırlar. Kompüter sistemləri və multimedia 

qurğuları  dərs və  dərsdənkənar vaxtda uşaqların təhsillə bağlı mühüm məsələlərin həllində 

fənn müəlliminə əsaslı kömək edir. Yeni informasiya texnologiyaları ibtidai sinif şagirdlərinin 

şəxsiyyət kimi formalaşmasında da özünü göstərir. Şagirdlərin şəxsiyyət kimi formalaşmasına 

təsir edən amillərdən biri də virtual mühitdir.  

Virtual mühit dedikdə ilk öncə ağlımıza kompüter gəlir. Bəşəriyyətin ən böyük kəşflə-

rindən biri olan kompüter böyüklərlə birlikdə  məktəbyaşlı  uşaqların da bütün günlərini sərf 

etdikləri bir alətə çevrilib. Lakin bu kompüterlərin şagirdlərin şəxsiyyət kimi formalaşmasına 

nə dərəcədə təsir etdiyini bilməliyik. 

Müasir təlimin inkişafetdirici vəzifəsi şagirdin dövrümüzün tələblərinə cavab verən ya-

radıcı, qurucu şəxsiyyətinin formalaşmasında çox mühüm rol oynayır. İbtidai sinif müəllim-

lərinin tədrisi kompüter texnologiyasının tətbiqi nəticəsində xeyli asanlaşır, mənimsəmənin 

keyfiyyəti xeyli yaxşılaşır və yüksəlir. İbtidai sinifdə tədris olunan fənlərinin tədrisində kom-

püterin köməyi ilə müxtəlif mövzuların öyrənilməsi asanlaşır, təcrübələrin aparılmasına, əya-

niliyinə və uyğun mövzuya keyfiyyətlə daha dərin yiyələnməyə imkan yaranır. İbtidai sinif-

lərdə təlimin texniki vasitələri, əyani, canlı obyektlər üzərində fəal təlim metodları ilə təşkil 

edilir. Belə dərslərin daha səmərəli, yeni variantlarının axtarmağa səy edir, qabaqcıl təcrübəni 

öyrənir və öz işlərini yaradıcılıqla tədbiq edirlər. Nəticədə  şagirdlərinin bilikləri tam olur, 

bacarıqlı müasir tələblərə cavab verir. Bir sıra məktəblərdə ibtidai siniflərdə dərslərin tədrisi 

aşağı  səviyyədədir, dövrün tələbinə cavab vermir. Bu hər  şeydən  əvvəl ondan irəli gəlir ki, 

ibtidai sinif müəllimlərinin çoxu hələ  də köhnə qayda ilə işləyir, müasir təlim metodlardan, 

dərsin tərbiyəvi imkanlarından istifadə etmir, qabaqcıl təcrübədən faydalanmır,  əyani vəsait 

və təlimin texniki vasitələrinin əhəmiyyətini qiymətləndirmirlər. Buna görə də bəzən şagird-

lərə dərin bilik vermirlər və nəticədə təhsilin praktik istiqaməti aşağı olur. 

Günümüzün ayrılmaz hissəsi olan kompüterin xeyirli və zərərli amillərini müqayisə et-

mək və bunu ibtidai sinif şagirdlərinə çatdırmaq təkcə valideynin yox, müəllimlərində öhdə-

sinə düşür.  İbtidai sinif müəllimlərinin tədrisi kompüter texnologiyasının tətbiqi nəticəsində 

xeyli asanlaşır, mənimsəmənin keyfiyyəti xeyli yaxşılaşır və yüksəlir.  İbtidai sinifdə  tədris 

olunan fənlərin tədrisində kompüterin köməyi ilə müxtəlif mövzuların öyrnilməsi asanlaşır, 

təcrübələrin aparılmasına, əyaniliyinə və uyğun mövzuya keyfiyyətlə daha dərin yiyələnməyə 

imkan yaranır. 

İbtidai sinif müəllimi  şagirdlərə  həm sinifdə, həmdə  dərsdən kənar nəzarət edə bilər. 

Amma uşaqların kompüterdən istifadə etməsinə valideyn mütləq nəzarət etməlidir. Validey-

nin nəzarəti uşaqda yaxşı məqsədlərdən ötrü istifadə etmək vərdişi formalaşdırır. 

İbtidai sinif şagirdləri kompüterdən, internetdən və oyunlardan çox istifadə edir. Əmək 

təlimi dərslərində ən çox internetdən istifadə edən şagirdlər burada videolarla əmək qabiliy-

yətlərini artıra bilirlər.  



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1281



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Kompüter uşaqların oyunlarına da müdaxilə edir. Şagirdlərin aktiv şəkildə oynadıqları 

oyunlar kompüter vasitəsilə passiv oyunlarla əvəz edilir. Saatlarla kompüter qarşısında ekrana 

baxaraq bütün fikrini oyuna yönəldən uşaqlarda ciddi psixi pozuntular əmələ gəlir. Uşaqların 

ən çox hərəkətli və enerjili olduqları bir dönəmdə bu cür hərəkətsiz qalmaları, enerjilərini bo-

şaltmaları, ətrafdakılara qarşı daha sərt və soyuq münasibətli olmalarına gətirib çıxarır. Xüsu-

silə də qəddar səhnələri olan oyunlar, uşaqların düşüncə tərzinə təsir edir. Uşaqlar gerçək hə-

yatda vurub-dağıtmağı, kimisə öldürməyi adi hal kimi qəbul etməyə başlayırlar. Oyunlarda 

qalib gəlmək və hər hansı bir yarışda qələbə qazanmaq uşaqlarda üstünlük duyğusu yaradır. 

Bu duyğudan zövq alırlar və oyunlarda xoşbəxt olmağı öyrənirlər. Əsl xoşbəxtlikləri isə hiss 

edə bilmirlər. Hətta bu xoşbəxtliyə yiyələnmək üçün yalan da danışa bilir və çoxlu bəhanələr 

tapırlar. Dərslərdən uzaqlaşıb internet kafelərə üz tuturlar. Bu da həm təhsilin səviyyəsinin aşağı 

düşməsinə, həm də pis vərdişlərə yiyələnmələrinə səbəb olur. Beləliklə, valideynlər uşaqların 

tərbiyəsində ciddi poblemlərlə qarşılaşırlar. Buna görə də valideynlər uşaqlar üzərində nəzarə-

ti gücləndirməlidirlər. Ancaq nəzarət elə olmalıdır ki, uşaqlar bu nəzarətdən bezməsinlər. 

Onları ən yaxşı üsulla başa salmaq, nəyin doğru, nəyin yanlış olduğunu real olaraq göstərə bi-

lərlər. Kompüter asılılığı uşaqların real dünyaya ayırdığı vaxtı azaldır. Uşaqlar virtual dünya-

dan ayrıla bilmirlər. Ailə  fərdləri arasında ünsiyyət azalır, özlərinə qapanırlar, real həyata 

uyğunlaşa bilmirlər, tənhalıq sindromu başlayır, özlərini bədbəxt hiss edirlər. Bununla yanaşı 

kompüter qarşısında çox vaxt keçirmək, uşaqların gözdən şikayət etmələrini artırır, skelet qu-

ruluşunda pozğunluq yaradır, müxtəlif xəstəliklərə yol açır. Pis vərdişlərdən, xəstəliklərdən 

qorumaq üçün valideyn nəzarəti əsasdı. Valideynlərlə yanaşı müəllimlər də kiçik yaşlı mək-

təblilər üzərində nəzarəti gücləndirməlidilər ki, şagirdlər dərslərdən yayınmasın, mənfi vərdiş-

lərdən uzaq olsunlar. Virtual mühitin kiçik yaşlı məktəblilərin şəxsiyyət kimi formalaşmasın-

da mühüm rol oynadığını asanlıqla görə bilirik. 

 

 

AYRI-AYRI FƏNLƏRİN TƏDRİSİNDƏ İBTİDA SİNİF ŞAGİRDLƏRİNƏ 

FİZİKAYA DAİR BİLİKLƏRİN VERİLMƏSİ VƏ ÖYRƏDİLMƏSİ 

 

Tovuz CƏFƏROVA 

Qafqaz Universiteti 



tceferova@qu.edu.az 

AZƏRBAYCAN 

 

Şəxsiyyətin hərtərəfli tərbiyəsi və inkişafı hər zaman cəmiyyətin əsas problemlərindən 



biri olmuşdur.  Şəxsiyyətin hərtərəfli inkişafı üçün çox zaman təlim və  tərbiyənin vəhdəti 

nəzərdə tutulur. Bu səbəbdən ümumtəhsil məktəblərin üzərinə böyük vəzifə düşür. Burada 

müəllimin rolu da danılmazdır. Çünki təlim tərbiyə prosesində əsas aparıcı qüvvə müəllimdir. 

Təbii ki təlim tərbiyə prosesində şəxsiyyətin hərtərəfli inkişafı zamanı tədris olunan fənlərin, 

mövzuların  əhəmiyyəti böyükdür. Təhsil, təlim  şagirdlərin tərbiyyəsinin inkişafında vasitə 

olaraq hər zaman diqqətdə saxlanılmışdır. Ümumtəhsil məktəblərində, kamil insanın, insani 

keyfiyyətləri özündə birləşdirən şəxsiyyətin formalaşdırılmasında, təbiət elmlərinin həmçinin 

fizikanın öyrənilməsinə ehtiyac vardır. Fiziki terminlərin və hadisələrin öyrənilməsi şagirdlərə 

təbiət və məişət hadisələrini tanımaq imkanı verir, onlarda müvafiq bacarıqları formalaşdırır.  

Fizika sözünün mənasının təbiət olduğunu nəzərə alsaq , deyə bilərik ki, ətrafımızda baş 

verən bir çox hadisə bizi bu elmi öyrənməyə, həyatımıza tətbiq etməyə kömək edir. İnsan ilk 

dəfə göz açanda ətrafında baş verən hadisələri seyredir və  bəzi suallar ətrafında düşünür. 

Məsələn: Niyə yağış yağır? Nə üçün hava soyuyur? Buz niyə  əriyir? və s. kimi suallarla 

böyüklərə müraciət edir. Təbiətin öyrənilmə  və öyrədilməsi prosesi uşaqlıq dövründən baş-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1282



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

layır. Fizikanın öyrənilmə və öyrədilməsi primitivlikdən elmiliyə doğru inkişaf edir. Fizika el-

minin inkişafı texnika və texnologiyanın inkişafını sürətləndirmiş, həmçinin, başqa təbiət 

elmlərinin inkişafında böyük rol oynamışdır. Bütün bunlar fizika elminin gənc nəsillərə yaxşı 

öyrədilməsi məsələsini son dərəcə aktuallaşdırmışdır. 

Şagirdlərin təlim prosesində öyrənməyə  həvəsi təlimin keyfiyyətli olmasına təsir edir. 

Bunun üçün şagirdlərə pedaqoji təsirlər göstərmək və uşaqlarda idrak marağını inkişaf etdir-

mək lazımdır. Müəllim şagirddə fənnə qarşı maraq və sevgi oyatdığı zaman dərs daha fəal və 

səmərəli olur. Şagird maraqla öyrəndikcə asanlıqla çalışır və tez qavrayır.Təbii ki, uşaqlarda 

idrak marağı anadangəlmə olmur, təlim-tərbiyə prosesində formalaşır. Təliminkeyfiyyətini 

yüksəltmək üçün bunun pedaqoji əhəmiyyəti də idrak marağını inkişaf etdirməkdən ibarətdir. 

Bu vəziyyət  şagirdlərdə  səbəbsiz yaranmır, bunun üçün şagirddə idrak marağını inkişaf 

etdirmək lazımdır. Bu prosesşagirdə müəyyən istiqamət verir və marağının yaranmasını sürət-

ləndirir. Yuxarıda qeyd olunanlara əsaslanaraq deyə bilərik ki, maraq həm təlimin ilkin şərti, 

həmdə onun nəticəsidir. 

Kiçikyaşlı məktəblilər nəğmələrə, şeirlərə, hekayələrə, nağıllara daha çox maraq göstə-

rirlər. Onlar dərsdə öyrəndikləri bilikləri, sinifdənkənar hadisələr ilə müqaisə edir, onları tu-

tuşdururlar. Əlbəttə fiziki hadisələri uşaqlara öyrətmək və onlarda bu hadisələrin həyati baca-

rıqlarına təsirinin ilkin təsəvvürünü oyatmaq üçün müəllimdən yüksək pedaqoji ustalıq və 

bilik tələb olunur. Hər beyti fəlsəfi əsər sayılan adil şair M. Ə. Sabirin şeirlərini əzbər bilmə-

yən məktəbli tapılmaz. Onun nəğmələrindən “Uşaq və buz”, “Yaz günləri” uşaqların mənəvi 

intellektual aləmini zənginləşdirir. Bununla yanaşı  həmin nəğmələrdə kiçikyaşlı  məktəblilər 

həmdə fiziki elementlər haqqında konkret təsəvvür və anlayışlara yiyələnirlər. Uşaq və buz 

şeirini təhlil etsək  şeirdə fiziki hadisə olaraq buzun əriməsi, fəsillərin dəyişməsi, suyun 

donması və buzun sürüşkənliyini göstərə bilərik. Uşaqlara maraqlıdır, buz niyə sürüşkəndir, 

su niyə donur, buz niyə əriyir və s. bu kimi sualları çoxaltmaq olar. 

Kiçikyaşlı  məktəblilər  ətraf mühitimizdə baş verən hadisələrə maraqlı olduqları kimi, 

dərslərinin də əyləncəli olmasını istəyirlər. Onlarda marağı inkişaf etdirmək üçün təlimdə əy-

ləncəli metodlardan istifadə etmək lazımdır. Təlimin əyləncəli təşkil edilməsi ilə bağlı metod-

lardan istifadə  və kiçik filimləri proyektr vasitəsi ilə göstərə bilərik. Məsələn, suyun buxar-

lanmasını sinifdə necə göstərmək olar? Müəllim bir neçə gün öncə şüşə qabın içınə yarısına 

qədər su doldurur və ağzını bağlayaraq pəncərə kənarına qoyur. 3-4 gün sonra həmin qabın 

kənarlarında və ya qapağında damcıların yığıldığını göstərərək həm buxarlanma hadisəsini, 

həm də yağışın necə buxardan suya dönmə hadisəsini göstərə bilər. Bu zaman dərs həm əylən-

cəli keçir, həm də şagirdin yadında daimi olaraq qalır. 

Bu tədqiqat işində müasir təhsil sistemində ibtidai siniflərdə fiziki hadisə  və element-

lərin tədrisi və onların tədrisinin əhəmiyyəti haqqında bir çox məsələlər araşdırıldı, bir sıra nə-

ticələr əldə edildi. Hər bir ibtidai sinif müəlliminin fizika elmi ilə bağlı primitiv də olsa biliyə 

malik olmalı və kiçikyaşlı məktəblilərin idrak marağını inkişaf etdirmək üçün motivasyanın 

qoyuluşunda müəllim əyləncəli metodlardan istifadə etməlidir. 



 

 

 

 

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1283



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

PEDAQOJİ TERMİNOLOGİYANIN İNKİŞAFINA BİR BAXIŞ 

 

Sevinc HƏSƏNOVA 

Qafqaz Universiteti 



hasanova.sevinj@gmail.com 

AZƏRBAYCAN 

 

Günümüzə qədər Azərbaycan pedaqogikasınin tərkibinə yüzlərlə termin daxil olmuşdur. 



Ona görə  də dünyanın hər yerində yeni pedaqoji terminologiyanın zənginləşməsi ilə bağlı 

müvafiq tədbirlər görülür və tədqiqatlar aparılır. Pedoqoji terminologiya geniş anlamda təhsil 

və təlimdə tətbiq edilən terminlər toplusudur. Zaman - zaman ayrı - ayrı şəxsiyyətlərin elmi 

pedoqoji irsi nəticəsində terminologiaya dair tədqiqatlar aparılmış, kitablar yazılmış, dövrün 

tələb etdiyi məzmunlarla yeniləşmışdir. 

Professor  Əjdər Ağayev” Pedaqogika terminlərinin dəqiqləşdirilməsi vacibdir” adlı 

məqalədə yazır: Məlum olduğu kimi, müəyyən bir elm sahəsinin terminoloji inkişafı ilk növ-

bədə həmin elmin özünün inkişafı ilə bağlıdır. Şübhəsiz ki, ədəbi dildəki formalaşma, inkişaf 

dəyişiklikləri də bu və ya digər elmdə, o cümlədən pedaqogikada terminoloji zənginləşməyə, 

dəqiqləşməyə  təsir göstərir. Belə olduğu  şəraitdə, qeyd etməliyik ki, artıq müstəqil bir elm 

kimi formalaşmış pedaqogikanın müasir səviyyəsini və  vəziyyətini  əks etdirən terminləri 

müasir ədəbi dil baxımından dəqiqləşdirməyə böyük ehtiyac hiss edilir. 

Pedaqoji terminologiya məsələlərinin elmi mahiyyəti mühüm nəzəri  əhəmiyyət kəsb 

edən aktual mövzulardan biri hesab olunur. 

Çox təəssüflə qeyd etməliyik bu mövzu öz həlli nəticəsini layiqli şəkildə tapmamışdır. 

Bu və ya digər arasdırmalarda istifadə olunan terminilərin pedoqoji aspektdə təhlili, incələn-

məsi, təkmilləşdirilməsi üzrə işlərin aparılması günümuzdə də öz aktuallığını qoruyub saxla-

maqdadır.  

B.B Komarovskinin fikrincə, pedaqoji terminologiyanı həm geniş, həm də məhdud mə-

nada dərk etmək lazımdır. O,“Rus pedaqogikasının terminologiyası ’’ adlı əsərində qeyd etdi-

yi kimi, pedaqoji terminologiya, sözün geniş mənasında, təhsil, təlim və tərbiyə nəzəriyyəsi 

və təcrübəsində tətbiq edilən leksik vasitələr və adlar sistemidir. Məhdud mənada isə pedaqoji 

terminologiya pedaqoji elmlər sistemində mühüm anlayışları ehtiva edən terminlərin məcmu-

sunu özündə birləşdirir.  

Professor Əjdər Ağayev” Pedaqogika terminlərinin dəqiqləşdirilməsi vacibdir” adlı mə-

qalədə yazır:"Hamıyaməlumdurki, pedaqogikaterminlərixalqmaarifinin, məktəbininkişafı, tək-

milləşməsi, təlim - tərbiyə və təhsilnəzəriyyəsisahəsində leksikvasitələrvə sözlər, anlayışlarvə 

kateqoriyalarsistemidir,  ənzərurialayışlarınmahiyyətidir. Pedaqogikaterminlərinə  qədərdüz-

günişlədilsə, pedaqojianlayış və kateqoriyalarınmahiyyətibiroqədərdüzgünifadə edilərvə daha 

düzgündərkolunar’’. 

Həqiqətən də Azərbaycan pedaqoji terminologiyasının təşəkkülü, formalaşması və inki-

şafı bilavasitə təhsillə bağlıdır. Dünya ədəbiyyatının zənginləşməsində əhəmiyyətli rol oyna-

yan Azərbaycan pedaqogikası böyük inkişaf yolu keçərək formalaşmışdır. Həqiqətən də Azər-

baycan pedaqoji terminologiyasının təşəkkülü, formalaşması  və inkişafı bilavasitə  təhsillə 

bağlıdır. Dünya ədəbiyyatının zənginləşməsində əhəmiyyətli rol oynayan Azərbaycan pedaqo-

gikası böyük inkişaf yolu keçərək formalaşmışdır. 

Qədim dünya dövlətləri ilə müqayisədə Azərbaycanda pedaqoji fikrin tarixi min illər 

bundan əvvələ təsadüf edir. Buna görə də bu tarixi bölgünü aşağıdakı kimi qeyd olunmasını 

doğru hesab etmək olar: 

1.  İslama qədərki dövr (“Avesta”da tərbiyə və Zərdüşt məktəbləri dövrü) 

2. VII əsr Ərəb xilafəti dövrü (Müsəlmanlığın başlangıcı dövrü ) 

3.  X - X III yüzillik( Azərbaycan Təhsil mədəniyytin mərkəzi hesab olunduğu dövr) 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin