Qafqaz Universiteti Materiallar


AZƏRBAYCAN DİLİNDƏN QRAMMATİK MATERİALLARIN



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə89/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   85   86   87   88   89   90   91   92   ...   124

AZƏRBAYCAN DİLİNDƏN QRAMMATİK MATERİALLARIN 

TƏDRİSİ ZAMANI İNTERAKTİV METODLARDAN                      

İSTİFADƏNİN XÜSUSİYYƏTLƏRİ 

 

Məleykə KƏRİMOVA 

Bakı Slavyan Universiteti 

kerimova.meleyke@bk.ru 

AZƏRBAYCAN 



 

Təlim prosesində müvəffəqiyyətin əldə olunmasında təlim metodları xüsusi əhəmiyyət 

kəsb edir. Adətən təcrübəli müəllimlər öz uğurlarını bu amil üzərində qururlar.Onlar daha 

yaxşı nəticələr əldə etmək üçün müvafiq təlim metodları və üsulları seçilməsinə üstünlük ve-

rirlər. Orta ümumtəhsil məktəblərinin rus bölmələrində Azərbaycan dilini tədris edən müəl-

limlər ənənəvi metodlar kimi tərcümə, təbii və qarışıq üsullara müraciət edirLakin təhsilin 

müasir səviyyəsi onu göstərir ki, şagirdlər  ənənəvi üsulla qurulan dərslərdə oturmaq, onun 

iştirakçısı olmaq istəmirlər.Daha çox şagirdləri düşündürən, onları əqli fəaliyyətə təhrik edən, 

sərbəst nəticəyə  gəlməyə imkan verən, ümumilikdə onların təlim marağını  təmin edən 

metodlar müasir tədrisin ayrılmaz hissəsinə çevrilir. Belə metodlarla təlim fəaliyyətinə  cəlb 

olunlar Azərbaycan dilinə daha çox meyl və maraq göstərir, onu praktik öyrənməyə çalışırlar.  

Orta ümumtəhsil məktəblərinin rus bölmələrində Azərbaycan dilinin tədrisinə birinci 

sinifdən başlanılır. Dərsliklərdə dilin öyrənilməsi üçün mətnlərdən başqa qrammatik material-

lar da verilmişdir. Şagirdlərin əqli fəallığını və müstəqilliyini inkişaf etdirmək üçün qramma-

tika dərslərində geniş imkanlar vardır. Şagirdlərdə sadə və mürəkkəb cümlə konstruksiyalarını 

qurmaq qabiliyyətini inkişaf etdirmək, Azərbaycan dilində rabitəli danışa bilmək bacarığı 

aşılamaqla onları sərbəst düşünmək və fikirlərini öyrəndikləri dil materialları əsasında ifadə 

edə bilmək vərdişlərinə yiyələndirmək vacibdir. Azərbaycan dili dərslərində qrammatik mate-

riallar öyrədilərkən şagirdlərin diqqətini ana dili ilə oxşar və fərqli dil hadisələrinə yönəltmək-

lə müqayisələr aparmaqla, nəticə  çıxarmaqla onların məntiqi və linqvistik təfəkkürünün 

inkişafına təsir göstərilir. Belə müqayisələr zamanı interaktiv metodlardan istifadə dərsin sə-

mərəliliyini artırır. İnteraktiv metodlardan olan Venn diaqramı metodu ilə belə işlər aparmaq 

olar. Venn diaqramı üst-üstə düşən iki çevrə üzərində qurulur. Orada ideyaların oxşar və fərqli 

cəhətləri qeyd olunur. Qeyd etmək lazımdır ki, hər hansı bir metod seçilərkən dərsin tipi və 

mövzusu nəzərə alınmalıdır. Məsələn “söz birləşmələri” mövzusunun tədrisinə Venn diaqra-

mını  tətbiq etmək olar. Burada sabit söz birləşmələri ilə  sərbəst söz birləşmələri müqayisə 

olunur, onların arasında olan oxşar və  fərqli cəhətlər izah olunur. Dərsin bu cür təşkili 

mövzunun daha yaxşı mənimsənilməsinə şərait yaradır, tədrisi daha maraqlı edir.  

Azərbaycan dili dərslərində ümumiləşdirici və sistemləşdirici dərslər də mühüm əhə-

miyyətə malikdir. Belə dərslərdə şagirdlərin əvvəllər aldıqları biliklər ümumiləşdirilərək siste-

mə salınır. Şaxələndirmə metodundan istifadə bu tipli dərslərin səmərəsini artırır. Şagirdlərin 

mövzu ilə bağlı aldıqları biliklər uzun müddət onların yaddaşından çıxmır. Öyrədilmiş 

biliklərin yoxlanılması zamanı şaxələndirmə metodunun tətbiqi müəllimin işin yüngülləşdirir, 

vaxtdan səmərəli istifadə olunmasına şərait yaradır.Məsələn: “Fonetika” bəhsinin tədrisindən 

sonra  şagirdlərin bununla bağlı biliklərini öyrənmək məqsədi ilə  şaxələndirmə metoduna 

müraciət edək. Bunun üçün əsas söz ortada yazılır və şagirdlərə suallar verilir, həmin metodun 

əsasında şaxələndirmə metodu ilə iş aparılır. Sonra şagirdlərdən alınan düzgün cavablar oxlar 

vasitəsi ilə göstərilir. 

“İsim” və fel bəhslərinin şaxələndirmə metodu əsasında tədrisinə nəzər salaq. “İsim” və 

“Fel” bəhsinin tədrisindən sonra şagirdlərin bununla bağlı biliklərini öyrənmək məqsədi ilə 

şaxələndirmə metoduna müraciət edək. Bunun üçün əsas söz ortada yazılır, sonra şagirdlərə 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1296



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

suallar verilir və həmin sualların əsasında şaxələndirmə metodu ilə iş aparılır. Sonra şagirdlər-

dən alınan düzgün cavablar oxlar vasitəsi ilə güstərilir.Təlim məşğələlərində şagirdləri müstə-

qil düşünməyə və nəticələr çıxarmağa sövq etmək çox gözəl nəticələr verir. Belə ki, iş bu isti-

qamətdə aparıldıqda şagirdlərin öz qüvvə və biliyinə inamı artır, onlarda yaradıcılıq səylərini 

və vərdişlərini möhkəmləndirir. Şagirdlər həmçinin dərsdə çox diqqətli olmağa çalışılar. 

 

 

 



Verilmiş nümunələrdən də göründüyü kimi qrammatik materialların tədrisi zamanı inte-

raktiv təlim metodlarının təibiqi dərslərin səmərərliliyini əhəmiyyətli dərəcədə artırır. Şagird-

lərin qrammatikaya aid biliklərini möhkəmləndirir.  

 

 



UŞAQLARIN SƏXSiYYƏT KİMİ FORMALAŞMASINDA                   

ESTETİK TƏRBİYƏ 

 

Günel HƏSƏNLİ 

Qafqaz Universiteti 



gunel_hesenli00@mail.ru 

AZƏRBAYCAN 

 

Estetika–gözəllik haqqında elmdir.Gözəllik hissi insan qəlbini təmizləyir, saflaşdırır, 



onu yaxşı əməllərə yönəldir, insanları gözəllik aləminə yaxınlaşdırır, estetik zövqlər yaradır, 

gözəlliyi görmə, qavrama, dərk edərək qiymətləndirmə bacarığı formalaşdırır, yaradıcılıq 

qabiliyyətlərini inkişaf etdirir.Estetik tərbiyə insanlarda gözəl hisslər yaratmaqla onları həyata 

gözəllik ünsürləri daxil etməyə təhrik edir.Tərbiyənin digər tərkib hissələri kimi estetik tərbiyə 

də əxlaq, əqli, fiziki, əmək, hüquq və s. kimi keyfiyyətlərlə qarşılıqlı əlaqədədir. Estetik tərbiyə 

şəxsiyyət tərbiyəsində böyük rol oynayır. O, tərbiyənin digər tərkib hissələri ilə sıx bağlıdır. 

Estetik tərbiyə prosesində öncə insanda estetik şüur yaradılmalı, sonra estetik hisslər inkişaf 

etdirilməli və daha sonra estetik davranışa nail olmaq lazımdır.Dahi  şairimiz Hüseyn Cavid 

deyirdi: “Mənim tanrım gözəllikdir, sevgidir” və ya Dostoyevkinin dediyi kimi "Dünyanı gö-

zəllik xilas edəcək" .Bu fikirlərə haqq qazandırmaq olar.Dоğrudаn dа gözəlliyi duymаq, 

qаvrаmаq və düzgün qiymətləndirmək insаnа  хüsusi zövq vеrir, insаn hər hаnsı bir gözəl-

likdən хоş hаl оlur, mədəni istirаhət еdir. Gözəllikdən mütəəssir оlаn insаnın bütün yоrğunlu-

ğu çıхır, qəmi-qüssəsi dаğılır, bütün pislikləri unudur və  yаlnız yахşılıqlаr bаrədə düşünür. 

Gözəl fikrə və qəlbə malik insan pisliyə, bədxahlığa, qəddarlığa yol verməz. Оnа görə də аilə-

də, bаğçаdа, məktəblərdə,təlim-tərbiyə müəssisələrində, ictimаi təşkilаtlаrdа, sоsiаl mühitdə 

Fel


təsdiq və

ya inkar 

olur

təsirli və



ya təsirsiz 

olur


zamana 

görə


dəyişir

şəxsə


görə

dəyişir


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1297



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

uşаqlаrа, yеniyеtmələrə, gənclərə, zəhmətkеş kütləyə gözəlliyi duymаğı, qаvrаmаğı  və 

qiymətləndirmə  bаcаrığı öyrətmək üçün bir sırа  nəzəri müddəаlаrdаn və  təcrübi  аmillərdən 

istifаdə  еtdikdə  оnlаrа  еstеtik hissləri  аşılаmаq dаhа  аsаn  оlur. Bu hissələrin  аşılаnmаsı 

prоsеsi еstеtik tərbiyənin həyаtа kеçirilməsi prоsеsidir.Bütün bunlаr isə dеməyə əsаs vеrir ki, 

еstеtik tərbiyə insаnlаrın fərdi dаvrаnış  və  fəаliyyətində, həmçinin cəmiyyətdə, təbiətdə  və 

incəsənətdə оlаn gözəlliklərin təmkinlə duyulmаsı, şüurlu qаvrаnılmаsı və düzgün qiymətlən-

dirilməsi bаcаrığının inkişаf еtdirilməsi, fоrmаlаşdırılmаsı və vərdişlərə çеvrilməsi prоsеsidir. 

Estetik tərbiyə məktəblilərin həyata estetik münasibətlərini, bədii zövqünü, gözəlliyi duyma, 

qavrama ,bacarıq və qabiliyyətlərini, hisslərini inkişaf etdirir və formalaşdırır.Estetik tər-

biyənin bünövrəsi ailədə qoyulur. Ailə gözəlliyin, uşaq zövqünün ilk məktəbi, ana laylası 

uşaqların ilk nəğməsidir. Ailədəki səliqə-sahman, təmizlik, uşaq oyuncaqları, ev avadanlığı və 

əşyalarının gözəlliyi, valideynlərin oxuduğu mahnı  və  şeirlər, danışdıqları nağıllar, təbiət 

gəzintiləri - bütün bunlar kiçik yaşlarda uşaq zövqünü formalaşdırır.Minbir rəng çаlаrlаrının 

аhəngindən yаrаnаn təbiət və  cəmiyyət hаdisələri,cəmiyyətdə kütlələrin yаrаtdığı  аdətlər, 

ənənələr, mərаsimlər, tədbirlər, bаyrаmlаr bütün хаlqın еstеtik mədəniyyətinin bаriz nümunə-

sini özündə əks еtdirir.Məktəb dövrlərində isə estetik tərbiyə çox böyük əhəmiyyət kəsb edir. 

Estetik tərbiyə  uşaq bağçasında,məktəblərdə ,ibtidai siniflərdə daha sistemli xarakter kəsb 

edir. Uşaqlarla estetik məzmunlu məşğələlər - təbiətlə və ətraf aləmlə tanışlıq, musiqi, rəsm, 

gil, applikasiya, quraşdırma işləri, əmək məşğələləri aparılır, musiqili-didaktik oyunlar keçiri-

lir, bayram və  əyləncələr qrup işləri yüksək estetik formada təşkil edilir.Estetik tərbiyənin 

başlıca vəzifələri şagirdlərin estetik anlayışlarını, estetik mühakimələrini, estetik zövq və ba-

xışlarını, bədii təxəyyülünü, gözəlliyi duymaq, qavramaq qabiliyyətlərini formalaşdırmaq və 

inkişaf etdirməkdir. Estetik mədəniyyətə yiyələnmək tərbiyəliliyin meyarlarından biri, insanın 

mədəni səviyyəsinin göstəricilərindən biridir. Estetik tərbiyə  nəticəsində yaranan estetik 

mədəniyyət mənəvi mədəniyyətin tərkib hissəsi kimi əməkdə, incəsənətdə, davranışda gözəl-

liyi, xeyirxahlığı, yaxşılığı duymağı, qiymətləndirməyi və fərqləndirməyi nəzərdə tutur.Uşaq-

lara ictimai həyatda, incəsənətdə gözəlliyi duymağı və hiss etməyi öyrətmək, uşağın qarşısın-

da təbiət və cəmiyyətdəki gözəllikləri açmaq uşaqların estetik qabiliyyətini inkişaf etdirmək 

vacib vəzifələrdəndir.Estetik tərbiyənin mühüm bir vasitəsi təbiət gözəllikləridir.Təbiət gözəl-

liklər mənbəyidir. O, estetik hisslərin, təxəyyülün inkişafına zəngin material verir. Təbiət gö-

zəlliklərini uşaqlara sevdirmək və onlardan zövq almağı öyrətmək lazımdır.Təbiətin füsunkar 

gözəlliklərini şagirdlərə anladılması üçün hər gülə-çiçəyə, ağaca, quşa, küləyə, buluda, yağışa, 

qara mənsub  əlamətləri başa salmaq lazımdır.Görkəmli  İsveçrə peadqoqu İ.H. Pestalotsi 

oğlunun tərbiyəsi haqqda yazdığı gündəliyində təbiətin əvəzsiz gözəlliyindən və onun əvəzsiz 

tərbiyəçi olduğundan bəhs edərək yazırdı: “Təbiətin azad auditoriyasında oğlunun  əlindən 

tutub gəzdirəcəksən.Təbiətin bu azad auditioriyasında onu sənətlə necə tanış edəcəyinə diqqət 

yetirəcəksən, dil və yerölçmək çətinlikləri onun üçün azadlıqla  əvəz olunacaqdır. Lakin, bu 

azadlıq saatlarında təbiət səndən daha yaxşı müəllim olacaq... Quşlar füsunkarlıqla civildə-

yəndə qurdlar yarpağın üstündə xışıltı ilə sürünəndə sus, danışma, dayan,dur!Bil ki, təbiət ən 

gözəl tərbiyəçilərimizdir”.Estetik tərbiyənin mühüm bir istiqaməti məişətdə, geyim və müna-

sibətdə gözəllik ruhunda şagirdləri tərbiyə etməkdir. Böyüyən nəsil məktəbdə, ailədə,  şəxsi 

həyatda gözəllik qanunları ilə yaşamağa, hər yerdə estetik mühit yaratmağa çalışmalıdırlar: 

gözəl danışmalı, gözəl geyinməli, gözəl yeriməli, gözəl davranmalıdırlar. Necə ki A.Çexov 

deyirdi ki, insanda hər şey gözəl olmalıdır. Fikir də, geyim də, sifət də, davranış da və s.Mək-

təbin özü də bütövlükdə estetik baxımdan gözəl, səliqəli və təmiz olmalıdır. Uşaqlar məktəbin 

həm daxili və  həm də xarici gözəlliyindən zövq almalı, onu qorumalıdırlar.Y.A. Komenski 

haqlı olaraq deyirdi ki, məktəb həm içəridən, həm də bayırdan gözləri cəlb edəcək xoş bir yer 

olmalıdır. 

 

 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1298



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

MÜASİR TƏLİM VƏ MÜASİR MÜƏLLİMƏ VERİLƏN  

TƏLƏBLƏRİN ARAŞDIRILMASI YOLLARI 

 

Sevinc ƏLİYEVA 

8№li tam orta məktəb 



alievasevinc_1976@hotmail.com 

AZƏRBAYCAN 



 

Ümumi təhsil –insanın, ailənin, cəmiyyətin və dövlətin marağına, milli və ümumbəşəri 

dəyərlərə, dünyəvilik, sistemlilik, varislik, inteqrativlik, demokratiklik prinsiplərinə əsaslanan, 

nəzəri və təcrübi fəaliyyət vasitəsilə şəxsiyyətin formalaşmasına, onun intellektual, sosial və 

fiziki inkişafına, təhsilini davam etdirməsinə,  əmək fəaliyyətinə başlaması üçün zəmin 

yaradılmasına yönəlmiş  məqsədəuyğun proses olub şagirdlərin yaş, fizioloji, psixoloji, fərdi 

xüsusiyyətləri və potensial imkanları nəzərə alınmaqla sürətlə dəyişən dünyada gedən proses-

ləri, problemləri və inkişaf tendensiyalarını başa düşmək və qiymətləndirmək, zəruri bilik, 

bacarıq və vərdişlər əldə etmək, öyrəndiklərini tətbiq etmək, sərbəst surətdə əlavə biliklər al-

maq bacarıqlarını, bazar münasibətləri şəraitində cəmiyyətin məhsuldar üzvünə çevrilə bilmə-

lərini, şəxsiyyətin azad inkişafını təmin edir. 

(AZƏRBAYCAN RESPUBLİKASINDA ÜMUMİTƏHSİLİN KONSEPSİYASI -

30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı) 

Müasir dərs - zamanın tələbinə cavab verə bilən təlim prosesidir. Cəmiyyətin, elm alə-

minin, insanların əldə etmək istədiklərini əks etdirə bilən təlim prosesi – müasir təlimin prin-

siplərinə uyğundur. Bu prinsiplərin həyata keçirilməsində iki aparıcı qüvvə iştirak edir – mü-

əllim, yəni öyrədən və şagird, yəni öyrənən. ( Что такое современный урок?ИНТЕРНЕТ-

ЖУРНАЛ «ЭЙДОС» А.В.Хуторской) 

 Qazanılan təcrübədən bəhrələnərək yaranan müasirlik hər bir sahədə olduğu ki-

mi təhsildə də öz aktuallığı ilə seçilir. Əsas məram dəyişməzdir - nəsillərə bilik, bacarıq 

və  vərdişləri aşılamaq, onların mənəvi , estetik və etik tərbiyəsində düzgün istiqaməti 

müəyyən etmək. Müəllim bir tərəfdən təhsil verməli, digər tərəfdən isə zamanın, cəmiy-

yətin tələblərinə cavab verən savadlı, yaradıcı  və intellektual səviyyəli gənc nəsil yetiş-

dirməlidir. 

 Müasir müəllim və müasir təlim anlayışları hər birimizin təfəkküründə müxtəlif baxış 

bucağı  və  rəngarəngliyi ilə canlanır.  Əslində bu prosesin ideoloji mahiyyəti gənc nəslin bir 

şəxsiyyət kimi formalaşdırılmasına xidmət etməsindən ibarətdir. Məhz düzgün qurulmuş 

təlim prosesi və müəllimin seçdiyi strateqiya bu məqsədə çatmaqda bizə kömək ola bilər.  

 Müasir dövrümüzdə təlim prosesindən və bu prosesin icrasını bilavasitə həyata keçirən 

müəllimlərdən nə tələb olunur? Tələblərin öhdəsindən necə gəlirik? Müəllimin cəmiyyətdən, 

cəmiyyətin təlimin prosesinin təşkilindən gözləntiləri nədən ibarətdir? 

 Pedaqoji ədəbiyyatda illərlə öz əksini tapmış bir sıra meyarlar bu gün də öz əhəmiyətini 

saxlayıbmi? Müəllimlərin öz pedaqoji fəaliyyətinə yanaşmaları eynidirmi? Elmi, iqtisadi 

tərəqqi dövründə, informasiya mənbələrinin bolluğu , valideynlərin övladlarına az zaman 

ayırması və digər faktorlar təlim prosesinin də üzərinə öz kölgəsini salmış olur. Bəs bu gün 

şagird məktəbə gələrkən nəyə nail olmaq istəyir? 

 Müasir müəllim şagirdlərin maraq və meyllərini nəzərə almalıdır. Eyni zamanda onu da 

qeyd edək ki, təlim prosesi də bu istiqamətdə təkmilləşməli və pedaqoji prosesin subyekt və 

obyektinin sərbəstliyinə və seçiminə şərait yaratmalıdır.  

 Biz müasir şagirdə nəyin necə və hansı yollarla alınmasının nəzəriyyəsi ilə yanaşı ,bu 

proseslərin mexanizmini və alınan məhsulların tətbiqi sahələrini də öyrətməliyik. Şagird qa-

zandığı kompetensiyaların həyatda yararlı olduğuna əmin olsa,dərsə marağı artacaq və daima 

öz üzərində çalışacaqdır. 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1299



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Inkişaf olduğu yerdə problemlərin və maneələrin olması normal bir prosesdir.Günümü-

zün tələbi şagirdin arzu etdiyi, valideyni qane edən, müəllimin isə normal pedaqoji mühitini 

təmin edə biləcək bir müasir təlim prosesini təmin etməkdir.  

Bu istiqamətdə aparılan dəyişiklilər məhz bu maraqları  təmin etməyə yönəldilməlidir. 

Təhsil cəmiyyətin gələcəyinin təminatçısı olmaqla yanaşı, eyni zamanda günümüzün reallığı-

nın əksidir. 

Aparılan araşdırmaların nəticəsində bir sıra problemlərin aktuallığı önə çəkildi, onların 

həlli yolları araşdırıldı . Araşdırma zamanı müasir təlim prosesinin optimal şəraiti üçün valideyn- 

məktəb münasibətlərinin daha sıx əlaqəsinin , təkmilləşdirmə kurslarının müasir tələblərə ca-

vab verməsinin , müəllimlərin dərsə hazırlıq səviyyələrinin daha yüksək olmasının gərəkliyi 

vurğulandı. 

 

Təkliflər 



  Orta məktəb müəllimlərinin iştirakı ilə müasir təlimin problemlərinin araşdırılması 

istiqamətində layihələrin hazırlanması və bu istiqamətdə müsabiqənin elan edilməsi məqsədə-

uyğun olardı. 

  Dərslik və dərs vəsaitlərinin mövcud vəziyyəti haqda ilin əvvəli və sonunda diaq-



nostik bir sorğunun keçirilməsi, nöqsanların aradan qaldırılması istiqamətində mühüm rol oy-

naya bilər. 

  Eksperiment şəklində ödənişli siniflərin açılması həm məktəbin maddi bazasının art-



masına , həm də daha yüksək nəticələrin əldə edilmısinə xidmət edəcəkdir. 

  Ixtisasartırma və yenidənhazırlanma kurslarının təşkilinin əsaslı şəkildə yenilənməsi, 



yeni formatda təşkil edilməsi daha məqsədəuyğun olardı. 

  Valideyn- məktəb münasibətlərinin daha sıx təşkili üçün xüsusi proqram və tədbir-



lər planını hazırlanmalıdır. 

 

 



RİYAZİYYAT DƏRSLƏRİNDƏ TƏLİM METODLARININ  

 SEÇİLMƏSİ VƏ TƏTBİQİ 

 

Afaq MURTUZAYEVA 

Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialı 



Omar.09@mail.ru 

AZƏRBAYCAN 

 

Təlim prosesinin müvəffəqiyyətlə  həyata keçirilməsi onun məqsəd və  məzmununa 



uyğun metod seçilməsindən çox asılıdır.Təlim metodunun seçilməsi isə tədris olunan fənnin 

spesifikasına şagirdlərin yaş xüsusiyyətlərinə,onların imkan və qabiliyyətlərinə,hazırlıq səviy-

yələrinə,mövzunun məzmununa və xarakterinə,müəllimin bu metodlardan hansıları ilə daha 

səmərəli işləməyə bilməsi bacarığına və vaxt imkanlarına əsasən müəyyən edilməlidir.Möv-

zuya uyğun təlim metodunun seçilməsindən müəllimin hazırlıq səviyyəsi də əsas rola malik-

dir. Belə ki,düşünülməmiş və formal seçilən metod heç bir səmərə verə bilməz və şagirdlərin 

inkişafına əks təsir göstərər. 

Təlim metodlarının seçilməsi heç də o demək deyildir ki,dərs yalnız seçilmiş bir uyğun 

metodun tətbiqi ilə başa çatdırılsın.Təcrübə göstərir ki,dərs eyni metodun tətbiqi ilə aparıl-

dıqda şagirdlər tez yorulur,maraqları azalır,təşəbbüskarlıqları zəifləyir və nəticədə mənimsə-

mə keyfiyyəti aşağı düşür.Bütün bunların qarşısını almaq üçün təlim metodlarının növbələş-

məsinə xüsusi diqqət verilməlidir. 

Məktəb riyaziyyat kursunda tətbiq olunan təlim metodları reproduktiv və produktiv 

olmaqla iki qrupa bölünür.Reproduktiv qrupa izahlı-illustrativ,alqoritmləşdirmə və proqram-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1300



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

laşdırılmış təlim metodları,produktiv qrupa isə problemli təlim metodik sisteminin metodları 

(problemli şərh,evrestik müsahibə və tədqiqatçılıq) aid edilir. 

Reproduktiv qrupa daxil olan metodlarla iş zamanı şagirdlərin müstəqilliyi aşağı səviy-

yədə, təşəbbüskarlıqları və təfəkkür fəallığı zəif olur.Burada şagirdlər yalnız müəllimin dedik-

lərini mənimsəmək haqqında düşünür və yaradıcı fəallıqdan uzaq olurlar. 

Şagirdlər bu metodların tətbiqi ilə qazanılmış bilikləri yaxşı tətbiq edə bilmir və tezliklə 

unudurlar. 

 Produktiv təlim metodları ilə iş zamanı biliklər şagirdlərə hazır şəkildə verilmir.Onlar 

biliyi yaradıcı fəaliyyətin,zehni əməyin nəticəsi kimi əldə edirlər.Bu isə onların təfəkkür fəa-

liyyətlərinin inkişafına və normalaşmasına geniş imkan yaradır. 

Yuxarıda qeyd etdik ki,reproduktiv metodların tətbiqi zamanı  şagirdlər yaradıcı  fəal-

lıqdan uzaq olurlar.Lakin,təcrübə göstərir ki,bu metodların produktiv metodlarla əlaqəli və 

növbəli tətbiqi şagirdlərin yaradıcı fəallıqlarının təmin olunmasına imkanı artırır.Digər tərəf-

dən, produktiv metodlar düzgün tətbiq olunmadıqda şagirdlərin yaradıcı təfəkkürü zəif inkişaf 

edir ki,bu da reproduktiv təlim metodlarına uyğun haldır.Deməli,təlim metodlarının yuxarı-

dakı şəkildə bölgüsü nisbi xarakter daşımalıdır. 

Bu məqalədə produktiv təlim metodlarının riyaziyyat dərslərində tətbiqinin xüsusiyyət 

və imkanlarından bəhs olunacaqdır. 

 Burada müəllim bir obyektiv çətinliyə diqqət verməlidir:məlumdur ki,sinfin bütün şa-

girdləri müxtəlif imkan və qabiliyyətlərə,xarakterik xüsusiyyətlərə malik olmaqlarına görə ve-

rilən sualları eyni dərəcədə dərk edə bilmir və əksəriyyəti müşahidəçi kimi heç bir yaradıcı fə-

allıq göstərmirlər.Belə halların qarşısını almaq üçün aşağıdakı məsələlərə xüsusi diqqət veril-

məlidir: 

1)Problemin formulirovkasından sonra bütün şagirdlərin həmin problemin mahiyyətini 

dərk etdiklərinə əmin olmaq.Bunun üçün sinfin bir neçə zəif oxuyan şagirdi ilə sorğu keçirmək. 

2)Sinfin qüvvəli  şagirdləri  əl qaldıran kimi onlardan soruşaraq müsahibənin növbəti 

mərhələsinə keçməyə tələsmək lazım deyil.Zəif şagirdləri də müsahibə prosesinə cəlb etmək. 

3)Sinifdə  fəallıq göstərməyən  şagirdlərə sistematik olaraq suallarla müraciət etmək və 

düzgün cavaba görə rəğbətləndirmək.Yadda saxlamaq lazımdır ki,düzgün olmayan cavaba gö-

rə şagirdi danlamaq olmaz.Çünki bu iş şagirdin özünə qarşı inamını azaldır,təşəbbüskarlığını 

və marağını itirər. 

Tədqiqat metodu ilə iş şagirdlərin gələcək zehni fəaliyyətə şüurlu hazırlanmasını təmin edir. 

Deyilənləri ümumiləşdirərək belə  nəticəyə  gələ bilərik ki, təlim metodunun seçilməsi 

hər bir mövzunun məntiqi məzmununa əsaslanmalıdır. 

Təlim metodu seçmək  şagirdlərin yaş xüsusiyyətindən asılıdır. Hər bir metod şagird-

lərin yeni bilikləri mənimsəmələri üçün bir məntiq yolu olduğundan o, şagirdin təfəkkürünün 

inkişaf səviyyəsi və xarakteri ilə hesablaşmaya bilməz. 

İbtidai siniflərin riyaziyyat proqramının izahat vərəqəsində deyilir: “Şagirdlərdə şüurlu 

və möhkəm, habelə avtomatizmə qədər çatdırılmış hesablama vərdişlərinin formalaşması mə-

sələsinə proqramda əhəmiyyətli dərəcədə diqqət yetirilmişdir.Bununla yanaşı, proqram tədris 

materialının şagirdlərə müvafiq surətdə ümumiləşməsini, öyrəniləcək riyazi faktların əsasını 

təşkil edən ümumi prinsip və qanunların şagirdlər tərəfindən başa düşülməsini, baxılan hadi-

sələr arasında mövcud olan əlaqələrin dərk edilməsini nəzərdə tutur”. 

Ümumiyyətlə, I-IV siniflərdə riyaziyyatın tədrisində əsas məqsədləri belə ifadə etmək olar: 

•  riyazi bilikəri şagirdlərə öyrətmək; 

•  şagirdlərdə materialist dünyagörüşü yaratmaq və onlara vətənpərvərlik tərbiyəsi aşı-

lamaq; 


•  şagirdlərin məntiqi mühakimə qabiliyyətini inkişaf etdirmək; 

•  şagirdlərin fəza təsəvvürlərini inkişaf etdirmək; 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin