III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1359
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
XIX ƏSR AZƏRBAYCAN MAARİFÇİLƏRİNİN ƏSƏRLƏRİNDƏ
ŞƏXSİYYƏTİN İNKİŞAFINI ŞƏRTLƏNDİRƏN
SOSİAL-PSİXOLOJİ AMİLLƏR
Zərifə ƏLİYEVA
ADPU
mushfiq76@mail.ru
AZƏRBAYCAN
XIX əsrdə ümumiyyətlə bütün dünyada kapitalizmin-burjuaziyanın sürətlə inkişafı döv-
rü idi. Bu iqdisadi inkaşaf cəmiyyətdə yeni fəsləfi, əbədi münasibətlər yaratdığı kimi yeni so-
sial-psixoloji münasibətlər də yaratdı.
XIX əsrdə Azərbaycanda neft sənayesinin inkişafı irəliləməyə başaldı. Azərbaycana
dünya kapitəlistlərinin marağı artdı və onlar bu ölkəyə kapital qoymağa başladılar. Bununla
bərabər həmin ölkələrin sosial ictimai münasibətləri də Azərbaycana inteqrasiya edirdi. Yeni
ictimai fikirlər, texniki inkişaf Azərbaycan xalqına, xüsusən də təhsilinə təsir göstərməyə baş-
ladı. Bu da Azərbaycanda yeni maarfçilik cərəyanın, dünyəvi təhsil sisteminin inkişafına təkan
verdi.
XIX əsrin ortalarında kəndli üsyanları sübut edirdi ki, xalq artıq ayılmış. Onlarda sosial
ədalətsizliyə qarşı çıxmaq üçün cəsarət, qorxmazlıq, pisi-yaxşıdan seçmə hissləri yaranmışdır.
Bu isə xalqda yeni təfəkkürün yaranması, yeni sosial-psixoloji hisslərin yaranmasına sübutdur.
Xalqda yaranmış sosial-psixoloji xüsusiyyətlər təkcə hisslər kimi formalaşmamış həm
də xalqı fəallığa, sosial fəaliyyətə təhrik edən hərəkətverici qüvvəyə çevrilir.
XIX əsrin ortalarında yaranan yeni üsulu-idarə, xalqın yeni sosial-psixoloji dövründə
yaranmış yeni sosial vəziyyət çarizmi öz sosial durumunu möhkəmlətmək üçün yeni tələblər
tətbiq etməyə məcbur etdi.
Yaranan müstəmləkəçilik hərəkatı müridizm hərəkatı yeni tərkibli mürəkkəb sosial-
psixoloji ideya və cərəyanların yaranmasına səbəb oldu.
XIX əsr Azərbaycan xalqının iqdisadi və mədəni inkişafının ziddiyyətli dövrü kimi tari-
xə daxil edildi. Çünki bu illərdə xalqın məfkurə və mədəniyyətində köhnə feodal qalıqları hökm
sürür, digər tərəfdən isə qabaqcıl Avropa və rus mədəniyyəti, demokratik fikirlər, azadlıq
ideyaları yayılmağa başlayır. Bu şəraitlə əlaqədar olaraq Azərbaycanda da elm və mədəniyyət,
sosial və fəlsəfi fikirlər, hadisələrə yeni tərzəd yanaşmalar, həyatla bağlılıq,yeni düşüncə
tərzləri və s. yaranmağa başladı. Yeni münasibətlərə uyğun olan elmi, fəlsəfi, bədii əsərlər
yarandı və bu əsərlərdə yeni psixoloji xüsusiyyətlər də öz əksini tapmağabaşladı. Bu dövrdə
ədəbiyyatda yeni realist demokratikxətt yarandı. Bu ədəbiyyatda da xalqı cəsarətə, obyektiv
düşünməyə, ağıl və mühakiməyə yiyələnməyə çağıran bədii obrazlar yaradıldı. A.Bakıxanov,
M.Axundov, M.Kazımbəy, H.Zərdabi kimi gpörkəmli mütəfəkkirlər məhz həmin dövrdə
yetişmiş, ədəbi-siyasi fəaliyyət göstərmişlər.
Onların realizm əsasında yazılmış əsərlərində həmin dövrün insanlarının şəxsiyyət
xüsusiyyətləri, psixoloji vəziyyəti konkret obrazla, həm də tipikləşdirilərək təsvir edilmişdir.
Şəxsi psixoloji xüsusiyyətlərin tipoloji nümunələri verilmişdir. Bu əsərlərdə xalqın etnik
xüsusiyyətləri, məişəti, qarşılıqlı münasibətləri, həyat tərzi, real şəkildə əks etdirilmişdir.
Ümumiyyətlə qeyd edə bilərik ki,şəxsiyyət problemi ilə yaş fiziologiyası, anatomiya,
sosiologiya, yaş psixologiyası,pedoqoji psixologiya və digər elmlər məşğul olur.Pedaqogika
isə təhsil-tərbiyə prosesində şəxsiyyətin inkişafının ən səmərəli şərtlərini öyrənir,aşkar edir.
Pedaqogika və psixologiyada şəxsiyyətin inkişafı ilə bağlı üç əsas istiqamət (bioloji, sosioloji.
biososioloji) vardır.
Bioloji istiqamətin nümayəndələri şəxsiyyəti sırf təbii varlıq hesab etməklə onun bütün
davranışını anadan olarkən özü ilə gətirdiyi,ona xas olan tələbatların,maraqların,instinktlərin
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1360
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
təsiri ilə izah edirlər.Sosioloji istiqamətin nümayəndələri insanın bioloji varlıq kimi doğulma-
sını qəbul etməklə yanaşı,ünsiyyətdə olduğu sosial qrupların təsiri ilə tədricən sosiallaşması
fikrini müdafiı edirlər.Biososial istiqamətin nümayəndələrinin fikrincə,psixi proseslərin (duy-
ğu, qavrayış,təfəkkür və.s) bioloji təbiəti olsa da,şəxsiyyətin təcrübəsi,siyasi ,əxlaqi-mənəvi
baxışları,maraqları,qabiliyyətləri və.s.sosial hadisələr kimi formalaşır.
Şəxsiyyət sözü latın dilində “Persona” deməkdir. İnsаn bir fərd kimi dünyаyа gəlir,
sоsiаl həyаt şərаitində inkişаf edərək şəxsiyyətə çevrilir.
İnkişaf ümumiyyətlə cаnlı vаrlıqlаrа xаs оlub, hərəkət,tərəqqi və yаrаdıcılıqlа səciyyə-
lənir. İnsan dünyаyа gəldiyigündən inkişaf edərək keyfiyyətcə bir-birindən fərqlənənаnаtо-
mik, fiziоlоji, psixоlоji və sоsiаl dəyişikliklərləsəciyyələnir. İnkişаf insаn оrqаnizmində kə-
miyyət vəkeyfiyyətin dəyişiklikləridir. İnkişаf nəticəsində insаn biоlоjinöv və sоsiаl vücud
kimi təşəkkül tаpır və inkişaf edir. İnsаnın biоlоji inkişаfı оnun fiziki inkişаfı ilə xаrаkterizə
оlunur. Fiziki inkşаfа morfoloji, biоkimyəvi və fizioloji inkişаf dаxildir. Sоsiаl inkişаf isə özünü
insаnın psixi, mənəvi intellektuаl inkişаfındа təzаhür etdirir. Pedаqоgikа və psixоlоgiyа el-
mində şəxsiyyətin inkişаfıvə tərbiyəsi ilə bаğlı əsаs üç istiqаmətdə fikir və mülahizələryürü-
dülür:
1)Biоlоji istiqаmət; 2) Sоsiоlоji istiqаmət; 3)
Biоsоsiоlоji istiqаmət.
Biоlоji istiqаmətin nümаyəndələri şəxsiyyəti sırf təbiivаrlıq hesаb etməklə оnun bütün
dаvrаnışını аnаdаn оlаrkən 20 özü ilə gətirdiyi, оnа xаs оlаn tələbаtlаrın, mаrаqlаrın, instink-
tlərin təsiri ilə izаh edirlər.
Sоsiоlоji istiqаmətin nümayəndələri insаnın biоlоji vаrlıq kimi dоğulmаsını qəbul et-
məklə yаnаşı, ünsiyyətdə оlduğu sоsiаl qruplаrın təsiri ilə tədricən sоsiаllаşmаsı fikrini də
müdаfiə edirlər.
Biоsоsiаlistiqаmətin nümаyəndələrinin fikrincə, psixi prоseslərin (duyğu, qаvrаyış,
təfəkkür və s.) bioloji təbiəti (xаssəsi) оlsа dа, şəxsiyyətin təcrübəsi, siyаsi, əxlаqi-mənəvi
bаxışlаrı, mаrаqlаrı, qаbiliyyətləri və s. sоsiаl hаdisələr kimi fоrmаlаşır
İnsan şəxsiyyətinin inkişafına bu və ya digər dərəcədə təsir göstərən bütün xarici amillər
mühit anlayışına daxildir: təbii cisim və hadisələr, ictimai hadisələr, ictimai – iqtisadi münasi-
bətlər, siyasi və ideoloji mühit, məişət, maddi və mənəvi mədəniyyət – bunların hamısı mühit
anlayışına aiddir. Ətraf mühitin bu cür amilləri adamın şəxsiyyətinə, onun formalaşmasına
müəyyən təsir göstərir. Hər bir ölkənin daxili vəziyyəti, daxili şəraiti ilə yanaşı xarici vəziyyə-
ti, digər ölkələrlə münasibəti də vardır. Bu sonuncular da adamlar qarşısında müəyyən sosial,
iqtisadi və siyasi vəzifələr qoyur. Həmin vəzifələrə münasibət, onların həlli də oradakı adam-
ların xarakterinə, şəxsiyyətinə müvafiq təsir göstərir. Məsələn,müstəqil inkişaf yoluna qədəm
qoymuş ölkələrin adamlarında da bir sıra xüsusiyyətlər formalaşır: vətənpərvərlik göclənir, öl-
kənin tam suverenliyinə can atılır, xarici müəssisələri milliləşdirməyə meyl artır, milli kadrlar
hazırlamaq arzusunda olur, sosial, iqtisadi və mədəni inkişaf səviyyəsini artırmaq meyli güc-
lənir və.s.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1361
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
ОСОБЕННОСТИ СОЦИАЛИЗАЦИИ. ФОРМИРОВАНИЕ
ХАРАКТЕРА И ЛИЧНОСТИ У СОВРЕМЕННЫХ ПОДРОСТКОВ
Агджа СУЛЕЙМАНОВА
Бакинский Славянский Университет
agdja@mail.ru
AZƏRBAYCAN
Люди не обладают от рождения всеми необходимыми навыками для жизни в
обществе, они приобретают их на протяжении жизненного пути. Эти знания и навыки
индивид получает в процессе общения с другими, что делает коммуникацию важным
механизмом трансляции культуры. Этот процесс получил название социализации.
В ходе социализации человек усваивает набор ролей, которые ему предстоит
играть в обществе и «вводит в свою систему поведения те шаблоны, которые санкци-
онированы группой». Это облегчает ему участие в жизни коллектива.
Факторы социализации - общий термин для обозначения воздействий на личность
со стороны общества. Среди этих факторов можно выделить институты социализации.
К институтам социализации можно отнести как те институты, основной задачей
которых является социализация индивидов, так и те институты, для которых
выполнение этой задачи является побочным.
К первым относятся все институты образования (детские сады, школы, высшие
учебные заведения и т. д.), ко вторым, все остальные, так или иначе влияющие на
социализацию институты.
Существуют различные взгляды на социализацию. К институтам социализации
можно отнести и группу сверстников.
Безусловно, то, какие институты оказывают влияние на социализацию, во многом
зависит от типа общества, его культурных особенностей. Но каждое общество готовит
для своих членов более или менее схожий путь социализации.
Так в определенном возрасте большинство детей в нашем обществе идут в детс-
кий сад, а затем в школу, и их социализация проходит пол влиянием этих институтов.
Такой институт как группа сверстников существовал всегда, но на протяжении
истории, очевидно, оказывал различное влияние. В литературе обычно говорится о вли-
янии группы сверстников на социализацию подростков, хотя этот институт оказывает
влияние как до, так и после подросткового возраста.
Есть ряд причин делающих группу сверстников особенно важной именно для
подростков. Общение со сверстниками оказывается важным «каналом информации; по
нему подростки и юноши узнают, которых им по тем или иным причинам не сообщают
взрослые». Часто через сверстников подростки получают информацию по вопросам
пола, и именно через этот канал транслируется молодежная субкультура.
Кроме того, общение со сверстниками, это «специфический вид деятельности и
межличностных отношений». В ходе этого общения вырабатываются навыки социаль-
ного взаимодействия, увеличивает набор его социальных ролей, расширяется предс-
тавление о собственной личности.
Подростковый возраст по многим причинам принято считать кризисным, поэтому
неудивительно, что подростки, переживающие кризис, ориентируются именно на себе
подобных, так как они переживают то же самое и могут лучше понять их, чем родители
или другие старшие.
Часто подростки настолько полно идентифицируются с группой сверстников, что
отвергают все «чужое», выходящее за рамки ценностей данной группы.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1362
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
«Потребность в общении со сверстниками, которых не могут заменить родители,
возникает у ребенка уже в 4—5 лет (по некоторым данным - даже раньше) и с возрас-
том неуклонно усиливается».
Значения группы сверстников как института социализации меняется на протяже-
нии истории и во многом зависит от преобладающего в данном обществе типа куль-
туры. Надо полагать, что и в будущем значение этого института не будет оставаться не-
изменным.
Нарастающая скорость культурных и социальных изменению в мире, безусловно,
повлияет и на характер процесса социализации, и адаптирует роль отдельных ее инсти-
тутов к новой ситуации.
Успешность жизни в нем зависит от способности перестраивать свое поведение
под насущную задачу, для этого необходимо иметь следующие основные качества: мо-
ральную воспитанность, полноту, цельность, определенность, силу, уравновешенность.
Эти основные свойства находятся в сложной, иногда противоречивой связи. Пол-
нота, цельность, определенность и сила характера определяются в результате жизнен-
ных влияний и воспитания.
Характер образуется в процессе непрерывного взаимодействия индивида с окру-
жающими людьми, в процессе отражения складывающихся обстоятельств жизни и вос-
питания. Нормальные люди (априори) обречены на изменение характера. Обстоятельст-
ва, кризисы, возрастные и индивидуальные, победы и утраты, приобретенный опыт и
вынесенные уроки - все это, без исключения, влияет на человека. Но вот как меняется
его характер в лучшую или худшую сторону зависит только от него самого.
Интегрирование свойств подчинено определенным закономерностям.
Доминирующее в направленности личности как бы определяет избирательный
характер переживаний и волевой активности, подчиняет и тормозит образование тех
свойств личности, которые не отвечают основной направленности.
Отсюда вытекает педагогический вывод: для формирования цельного и социаль-
ного ценного характера необходимо всесторонне развивая личность, постоянно обра-
щать внимание на образование социально значимого ядра характера.
Для этого необходимо хорошо знать пути и средства эффективного формирования
характера, индивидуальные и возрастные особенности личности.
Решающее значение в прогрессивном развитии характера ребенка имеет постоян-
ное усложнение требований окружающих и деятельности, которую осуществляет лич-
ность и которая жизненно необходима и важна для ее развития.
Воспитание тогда формирует характер, когда оно систематично и последователь-
но усложняются, то есть составляют постоянные и характерные условия жизни подростка,
которые постепенно превращаются в составные компоненты образа его жизни. Знание
же, дает ориентировку, как во внешнем мире, так и в себе самом, а это уже формирует
уверенность и решительность, что так необходимо в наше время.
İSLAM ƏXLAQI VƏ NƏFSİN TƏRBİYƏDƏ ROLU
Sənan BƏBİŞOV
Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı
sanan1991@box.az
AZƏRBAYCAN
Əxlaq, insanın özü ilə, insanlarla və ümumilikdə bütün canlı aləmlə münasibət və davra-
nışlarını ehtiva edən dəyərlər bütünü, hər hansı bir cəmiyyətdə gözlənilməli qaydalar, həyata
keçirilməli iş və vəzifələr, bir sözlə, cəmiyyət üçün yararlı bütün davranışlardır. İnsan ac ol-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1363
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
duqda yemək yeyir, susuzladıqda su içir, yorulduqda dincəlir, yuxusu gəldikdə isə yatır. Bəs
nə üçün insan ac olur, susayır, istirahət edir və yatır? Bu sualların cavabı hamıya məlumdur.
İnsanın digər canlılar(bitkilər və heyvanlar) kimi həyatını davam etdirə bilməsi üçün yuxarıda
qeyd edilən xüsusların həyata keçirilməsi vacibdir. İnsan bioloji varlıq olduğu üçün bu
xüsusiyyətlərinə görə digər canlılara oxşayır. Heyvanlar yaşamaq üçün müxtəlif işlər görür.
Məsələn, hörümçəklər qidalanmaq üçün tor qurur, arılar pətəklərdə yaşayır, quşlar yuva qurur,
qoyunlar hansı otu yeyəcəyini “bilir”. Hər bir heyvan sağ qalmaq üçün ona nəyin yaxşı, nəyin
pis olduğunu yaradılışı etibarilə bilir. Bu xüsus insanlar üçün də keçərlidir. Belə ki, insan öz
ehtiyacını ödəyə bilməsi üçün yaradılışından etibarən proqramlaşdırılmışdır. Bu baxımdan o,
yalnız insana xas olan mənəvi, mədəni və sosial keyfiyyətlərin daşıyıcısıdır. İnsanın sərbəst
qərar vermək hüququ, düşünmə bacarığı, iradəsi vardır və o, cəmiyyətin bir fərdidir. İradə isə
insanın qərar qəbul etməsində başlıca amildir. İnsanın öz iradəsi ilə etdikləri qeyri-ixtiyari
hərəkətlərindən fərqlənir. Belə ki, şəxsin öz iradəsi ilə etdiyi hərəkətlər onun şüurlu surətdə,
dərk edərək həyata keçirdiyi bütün əməlləridir. Psixoloqlar bu cür hərəkətləri “əxlaqi dav-
ranış” adlandırırıq.
İslam əxlaqı ən insani, humanist, ədalətli və nəcib əxlaqdır. O, dini ideallara, sədaqət və
həqiqətə əsaslanır. İslama gərə əxlaq sözü - “xülq” sözünün cəmidir. Xülq isə insan psixika-
sında xüsusi bir vəziyyətdir.
İslama görə əxlaqi xüsusiyyətlər gözəl və çirkin deyə, iki yerə ayrılır. Gözəl xüsusiyyət-
lərə və bunların müsbət nəticələrinə “Əxlaq-I Həsənə, Əxlaq-I Həmidə Məhasin-i Əxlaq,
Məkarim-Əxlaq(gözəl xasiyyətlər)” adı verilir. Əksinə mənfi keyfiyyətə və onun nəticələrinə
“Əxlaq-i Qabiha, Əxlaq-i Zəmimə” və s. çirkin xasiyyətlərə deyilir.
İslama görə, əxlaq elmi-nəzəri və əməli əxlaq deyə iki yerə ayrılır. 1. Elmi-nəzəri əxlaqa
əxlaqın əsasları və qanunauyğunluqları haqqında filosofların, əxlaq nəzəriyyəçilərinin fikir və
ideyaları daxildir. 2. Əməli əxlaqa isə əxlaqın dini mahiyyəti, onu vəzifələri kimi məsələlər
aid edilir.
İslam dini əxlaqa çox böyük əhəmiyyət vermişdir. Bu baxımdan İslam, bir əxlaq və fəzilət,
bir hikmət dinidir. Islamda insanların mənəvi dəyəri onların sahib olduqları əxlaqa görə qiy-
mətləndirilir.
Məhəmməd Peyğəmbər(s.a.s) buyurmuşdur:
“Allah Taalaya qullarının ən sevgilisi, əxlaqca ən gözəl olanıdır.”
Peyğəmbərimiz özü də Allaha üz tutaraq deyirdi: “Allahım, Mən səndən sağlıq, afiyyət
və gözəl əxlaq diləyirəm”.
İslama görə hər bir fərd öz əxlaqını kamilləşdirə bilər. Bunu nəzərdə tutan Peyğəm-
bərimiz insanlara üz tutaraq deyirdi: “Əxlaqınızı gözəlləşdirin”.
İslam, insanlar qarşısında bir sıra əxlaqi vəzifələr qoyur. Bunlardan biri olan dini baxım-
da olan namaz, oruc və zəkatdır. Digəri isə dini baxımdan məcburi olmasa da, arzu və tövsiy-
yə edilən əxlaqi vəzifələrdir. Islama görə insan, uca Allahı, şəxsi həyatı, ailəsi və cəmiyyət
qarşısında bir sıra vəzifələri yerinə yetirməyə borcludur. Onlardan biri Nəfsin qorunmasıdır
ki, insan psixikasında və tərbiyəsində ən ümdə gedən məsələlərdən biridir.
Nəfsin qorunması: İslamda nəfslə mübarizə vacib sayılır. Nəfsin qorunmağı, onu idarə
etməyi bacarmayan kəs, İslam əxlaqına da əməl etməz. Peyğəmbərimiz nəfslə mübarizəni
vacib saymış və belə mübarizliyi çox yüksək qiymətləndirmiş və bir müharibədən qələbə ilə
döndükdən sonra demişdir: “Biz indi kiçik bir cihaddan böyük bir cihada dönmüş oluruq”.
Bununlada Peyğəmbərimiz nəfslə mübarizənin necə çətin olduğunu israr etmişdir.
Bu cəhətdən əxlaq nəzəriyyəçilərindən Fəxrəddin Əttarın oğluna məktubu çox səciy-
yəvidir. O, yazır: “Ey oğul! Bacarırsansa, nəfsinin diləklərini yerinə yetirmə ki, nəfs toruna
düşməyəsən. Nəfsinin həvəslərinin ayaqların altına al, nəfsin başına vur və həmişə onun cilo-
vunu əlində saxla ki, səni quyuya salmasın. Nəfsinin başına ayaq basmayan igid, hünər mey-
danında cəsarət göstərə bilməz... nəfsi bir dəvəquşu hesab et, nə yük daşıyır, nə də havada uça
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1364
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
bilir. Uç, dediyin zaman dəvəyəm deyir, yük vursan quş olduğunu söyləyir. Nəfsi qulluq vəzi-
fəsinə çağırarsan tənbəllik edər, fəqət günah işlətməyə gəlincə çevikləşər. Ən yaxşısı bu yara-
mazı zindana atmaq və hər nə desə onun tərsinə etməkdir!.. Əzizim, azad və məsud olmaq is-
təyirsənsə, idrakın varsa, tamahsız yaşa!...”. Bütün bunlara görədirki nəfsin idarə edilməsi
problemi İslam əxlaqında ən vacib əxlaq problem kimi ortaya atılmışdır.
Digər ən ümdə gedən məsələlərdən biri isə bizə əmanət olan həyatımıza sahib çıxmağı-
mızdır. Hər birimiz Allahın əmanəti olan həyatımızı qorumalıyıq – Muasir dövrdə insan psixi-
kası və əxlaqında ən böyük problemlərində biridə Rəbbimizin bizə bəxş etdiyi həyatlarına sui-
qəsd etməsidir. İslam əxlaqına görə intihar etmək böyük günahdır. Bu, uca Allahın insanlara
bəxş etdiyi həyata sui-qəsd deməkdir. Bu, Allahın işinə qarışmaq, onun hökmünün əleyhinə
getmək deməkdir. Allah belələrini qiyamət günündə də bağışlamaz.
NİZAMİ GƏNCƏVİNİN YARADICILIĞINDA ETNO
PSİXOLOJİ FİKİRLƏR VƏ ONUN TƏDQİQİ
Qəribə RƏHİMOVA
ADPU
hafizbaba@mail.ru
AZƏRBAYCAN
XII yüzillikdə Azərbaycan psixoloji fikri özünün intibah ömrünü yaşayıb və “Xəmsə”
də bənzərsiz renenssans ölçüləri ilə əks olunub.
Nizaminin elm dünyasına, onun əsərlərindəki psixoloji dəyərlərə dünyanın tanınmış şərq
şünasları, Azərbaycanın filosofları, pedaqoqları, filoloqları, bioloq və kimyaçıları, müxtəlif
elm nümayəndələri dönə-dönə müraciət etmiş və bu tükənməz mədəniyyət və ədəb xəzinə-
sindən bəhrələnmişlər. Respublikamızın psixoloqları da bu problemin öyrənilməsinə öz töhfə-
lərini vermişlər. A.O. Makovelski, Ə.K. Zəkuyev, M.Abbasov, M.Muradxanov, M. Məhərrə-
mov, Ə. Bayramov, Ə. Əlizadə, Q.Əzimli, T.Babayeva, Z. Şiriyeva və başqaları həmin psixo-
loqlardandır.
M. Məhərrəmov Azərbaycanda psixoloji fikrin inkişafında böyük rol oynayan N. Ni-
zami haqqında demişdir: “N.Gəncəvi dövrünün bir sıra elmlərinə dərindən bələd idi. Onun
dünya şöhrəti qazanmış poemalarında psixoloji biliklər də öz əksini tapmışdır. Nizaminin
dünyagörüşündə materializm ünsürləri parlaq nəzərə çarpır. Nizamiyə görə, dörd ünsür-
dən−torpaq, su, hava və oddan ibarət olan maddi aləm daim hərəkət etməkdə və dəyişmək-
dədir; insan maddi aləm inkişafının zirvəsidir.
Nizaminin insan haqqında baxışı dualist mahiyyət daşıyır; insan bədən və ruhdan iba-
rətdir, bədən ruhun məhbəsidir.
Nizami insan qüvvələrinə inanır və göstərir ki, təbiətə hakim olmaq üçün onu dərk et-
mək lazımdır; idrak təmkinli, təkidli əqli iş tələb edir. İdrak, hissi surətdə əldə edilib faktlara
əsaslanan biliklərə istinad etdikdə düzgün olur. Hissi idrak və faktlar ağlı zənginləşdirir.
Nizami ağlı yüksək qiymətləndirir. İnsanı heyvanlardan fərqləndirən ağıl onun ən yaxın
göstəricisidir. “Ağıl təkcə idrakın mənbəyi olmayıb, həm də əxlaqın əsasıdır, adam öz rəfta-
rında ağlı rəhbər tutmalıdır” .Bu gün də bu ənənə davam edir. Azərbaycan psixoloqları bu sa-
hədə öz tədqiqatlarını davam etdirirlər.
Müşahidələr göstərdi ki, IX-XII əsrlərdə yaşayıb yaratmış yazıçı və şairlər, elm adam-
ları, maarifpərvər insanlar əsərlərində sistemli şəkildə olmasa da, psixologiyanın ayrı-ayrı sa-
hələri, xüsusilə şəxsiyyətin sosial-psixoloji xüsusiyyətlərinə aid elə fikirlər söyləmişlər ki, on-
lardan bu gün də gənc nəslin milli ruhda tərbiyəsi işində geniş istifadə olunur.
|