Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə101/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   97   98   99   100   101   102   103   104   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1365



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Araşdırmalardan məlum oldu ki, Azərbaycan psixoloqları IX-XII əsrlərdə yaşayıb ya-

ratmış  bəzi mütəfəkkirlərinin (Bəhmənyar, X. Şirvani, N. Gəncəvi və b.) yaradıcılığındakı 

psixoloji keyfiyyətləri öyrənmiş və bu yolla da həmin mütəfəkkirlərin yaradıcılığındakı psixo-

loji ideyaların təlim-tərbiyəyə tətbiqində müəllim və təlimçilərə kömək etmişlər. Bu mütəfək-

kirlər içərisində ən çox tədqiq olunan N. Gəncəvidir. Onun psixoloji görüşlərinə dair bir neçə 

namizədlik dissertasiyası (Abbasov M.R. “Nizami Gəncəvinin psixoloji görüşləri” (1945), 

Babayeva T.T. “Nizami Gəncəvi yaradıcılığında  şəxsiyyət psixologiyası problemi” (1993), 

Şiriyeva Z.S. “Nizami Gəncəvinin psixoloji görüşləri” (2002), bir neçə iri həcmli monoqrafi-

yalar (Allahverdiyeva İ. “Nizami yaradıcılığında təlim-tərbiyə məsələləri” (1991), Dadaşova 

T.Y., İmamverdiyeva N.B. “Nizami yaradıcılığında əqli təhsil məsələləri, N.Gəncəvinin yara-

dıcılığında təlim-tərbiyə məsələləri” (1991), Əlizadə M. “Nizami insanın məziyyətləri haqqın-

da” (1992), Əzimli Q.E. “Nizaminin psixoloji görüşləri” (2001)), elmi-kütləvi əsərlər, məqalə-

lər yazılmış və bu yolla da bu böyük şəxsiyyətin psixoloji fikirləri tədqiq və təbliğ edilmişdir. 



 

 

MƏKTƏB VƏ AİLƏNİN ƏMƏKDAŞLIĞI 

 

Fərqanə İSAYEVA 

İlyas Əfəndiyev adına Elitar gimnaziya 



ferqana@gmail.com 

AZƏRBAYCAN 

 

Ailə, məktəb, cəmiyyət – bunlar uşaqlarımızın böyüyüb ərsəyə çatdıqları ocaqlardır. 



Onların əsas məqsədi birdir: uşaqları yaxşı insan kimi böyütmək və onları əsl cəmiyyət quru-

cusu kimi püxtələşdirmək . Onların qarşısında duran vəzifələr isə müxtəlifdir.  

Ailə uşaqların maddi və mənəvi ehtiyaclarını ödəyir. Onları əzizləyir, nəvaziş göstərir, 

onun istəklərini gerçəkləşdirməyə  səy göstərir.Övladının gələcəkdə hansı peşə sahibi olma-

sına yardımçı olur.  

Məktəbin əsas vəzifəsi uşaqlara bilik vermək, elm öyrətmək, həyata hazırlamaq, ən yaxşı 

keyfiyyətləri aşılayaraq şəxsiyyət kimi formalaşdırmaqdır. Məktəbdə uşaqlar biliklərin, elmlə-

rin köməyi ilə bacarıqlara yiyələnir, vərdişlərə sahib olurlar. 

Cəmiyyət isə ailələrdən, məktəblərdən və b. kollektivlərdən ibarətdir. Bu zaman cəmiy-

yət də öz tələblərini əsas vəzifə kimi qarşıya qoyur. İlk öncə ona sağlam, açıq düşüncəli, və-

tənpərvər, humanist bir şəxsiyyət lazımdır. Beləliklə, cəmiyyətin inkişafına uyğun olaraq ailə 

və məktəb öz işini qurur. Təbii ki, sıx əməkdaşlıq çərçivəsində. Məktəb bir şagird, şəxsiyyət 

formalaşdırırsa, ailə də eyni ilə elə. Deməli, hər ikisi bir vətəndaş hazırlayır. Buna nail olmaq 

üçün məktəb və ailə sıx əməkdaşlıq etməlidir. Bir -birini anlamalı, dəstəkləməlidir. Bu pillələrlə 

addımlamağı, özünü doğrultmağı da bacarmaq lazımdır. Bu əməkdaşlığın ilk gündən bünöv-

rəsi möhkəm qoyulsa, gələcəyin savadlı, intellektual, bacarıqlı, vətənpərvər, humanist düşün-

cəli şəxsiyyətləri formalaşar. Bu bünövrəni necə qoymalıyıq? Düşünürəm ki, əgər məktəb öz 

övladına – şagirdinə humanist pedaqoqikanın tələbləri mövqeyindən yanaşarsa, əgər  şagird-

lərin qarşısına tədris edəcəyi fənlə yanaşı, pedaqoqika və psixologiyanın  əsaslarını,  İKT-ni 

mükəmməl  şəkildə  mənimsəmiş müəllimlər çıxararsa, buna qismən də olsa nail olar.Bir də 

dərs ilinin əvvəlindən valideynlərin qarşısına da planla çıxmaq, onları bir çox məsələlərdən, 

tədbirlərdən, proqramlardan agah etmək lazımdır.Və düşünürəm ki, məktəb aparıcı bir qurum 

olaraq valideynləri məktəbə cəlb etməyin yollarını özü üçün planlaşdırmalıdır. Onların mara-

ğına səbəb olmalıdır. Sual oluna bilər ki, bəs uşaqlar müxtəlif ailələrdən gəlirlər. Onlarla necə? 

Uşağın tərbiyəsində ailə ilə birlikdə  məktəbin, məktəb kollektivinin də çox böyük, mühüm 

rolu var. Burada biz dünya ölkələrinin də təcrübələrindən bəhrələnə bilərik. Çox eşitdiyimiz 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1366



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

bir fikir var: “Uşaq ailənin güzgüsüdür”. Amma etiraf edək ki, bu güzgü heç də həmişə olanı 

əks etdirmir.Və ya əksinə valideyn öz övladını yetərincə tanımır. Müəllim uşağı tanımaq üçün 

yalnız məktəb mühiti ilə kifayətlənməli deyil, gəzintilər təşkil etməli, onları fərqli bir mühitdə 

bir araya gətirməli, mütəmadi olaraq hər bir şagirdinin evinə qonaq getməli, hətta elə şərait 

yaratmalıdır ki, həm özü, həm də ailə tam sərbəst, səmimi olsun. Şagirdinin iş, gün rejimi ilə 

yaxından tanış olmalı, yeri gəldikcə çox incə, hətta deyərdim ki, sezilməyəcək bir tərzdə məs-

ləhətlərini də vermiş olsun. Tam və natamam ailələrdə fərqli tərbiyə sistemi, mühit olur. Bun-

ları mütləq nəzərdən qaçırmamalıdır. Valideynlər - ata və ana bərabər tərzdə mütləq məktəbin 

ictimai işlərinə  cəlb olunmalıdırlar. Uşaqlar bundan özlərinəməxsus mənəvi zövq alacaqar, 

bunu əminliklə deyə bilərəm (həm şahidi olduğum, həm də bu mövzunu uşaqların gözü ilə də 

araşdırdığım üçün ).  

Bu mövzuda araşdırdığım tədqiqat işindən bəzi hissələri Sizlərlə də bölüşmək istəyirəm. 

“Məktəb və ailənin  əməkdaşlığı” mövzusunda keçirdiyim sorğudan bu qənaətə  gəldim ki, 

əvvəla qadınlar bu işdə üstünlük təşkil edirlər – 81% , kişilər – 19% ( 397 nəfər respondentin 

arasında keçirilən sorğuya əsasən bu statistik məlumat əldə edilib). 

Bu cavab bu gün məktəblərimizlə kişilərin (ataların) əməkdaşlığının çox az sayda oldu-

ğunu ortaya çıxarır. Amma kişilərin sayının artırılmasına xüsusi ehtiyac olduğunu görürük. Ən 

azından ona görə ki, söhbət ailədən gedir və hər iki valideyn həm bir-birinə dəstək olmalı, həm 

də məktəblə bərabər şəkildə əməkdaşlıq etməlidir.  

“Mən bir valideyn olaraq məktəblə  əməkdaşlıq etməyi bacarıram” sualına 216 nəfər 

“bacarıram” , 178 nəfər isə “vaxtım olanda” cavabını qeyd edib. Əslində birinci rəqəm çox se-

vindiricidir, amma ikincisi də bir o qədər məyusedicidir. “Vaxtım olanda” cavabını bilərəkdən 

qeyd etmişdim. Ona görə ki məktəblərdə tez-tez eşitdiyimiz bir ifadədir, hətta şagirdlərin də 

dilinə düşüb. Doğrusu, heç birimizin nitqində bu ifadələrin olmasını istəməzdim. Bir də müəl-

lim özü şagirdini, valideyn də özü övladını kəşf etməyi bacarmalıdır. Çünki hər şagirdin, öv-

ladın qəlbində bir aləm, dünya var. Hər iki tərəf elə çalışmalıdır ki, onun kiçik qəlbinin bir gu-

şəsində özünə yer tutsun.  

“Sürətlə dəyişən cəmiyyətə uyğunlaşmağa qadir bir şəxsiyyət yetişdirək!” devizi bizləri 

hər zaman birliyə, əməkdaşlığa sövq etsin. 

 

 

MÜASİR DÖVRDƏ AİLƏLƏRDƏ VALİDEYN-QIZ  



KONFLİKTİNİN PSİXOLOJİ PROBLEMLƏRİ 

 

ŞahnazQULİYEVA  

Sumqayıt Dövlət Universiteti 



zema_p@bk.ru 

AZƏRBAYCAN 

 

Ulu öndər Heydər Əliyevin zəngin yaradıcılıq irsi və dövlətçilik fəaliyyəti gənc qızların 



milli ruhda və bəşəri dəyərlər əsasında şəxsiyyətinin düzgün formalaşdırılması üçün ən dəyər-

li mənbə hesab edilir. Azərbaycan qadınların şəxsiyyətinin formalaşmasında Azərbaycan, azər-

baycançılıq, sədaqətlik, milli qürur, milli vətənpərvərlik, milli şüurun formalaşmasında ailə 

tərbiyəsinin, təhsilin rolunu xüsusilə qeyd edirdi. 

Müasir dövrdə gənc qız şəxsiyyətinin hərtərəfli, dövrün ideologiyasına uyğun olaraq et-

nik-milli xüsusiyyətlərimiz əsas götürülməklə formalaşdırılması həm sosial psixologiya elmi-

ni, həm də cəmiyyətimizi narahat edən ən aktual məsələlərdən biridir. Aparılan pedaqoji və psi-

xoloji araşdırmalar əsasında müəyyən edilmişdir ki, bu prosesdə ailə ilk sosial qurum kimi əsas 

rol oynayır, cünki ailədaxili münasibətlər qızlarda özünüdərkin, etnik-milli şüurun təşəkkülün-


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1367



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

də əsas rol oynamaqla özünütərbiyənin də düzgün formalaşmasına böyük təsir göstərir. Sağ-

lam ailə münasibətləri əsasında özünü düzgün dərk edən hər bir gənc qızın özünütərbiyə əsa-

sında əsas məqsədi dövrün ideologiyasına uyğun olaraq ən yüksək keyfiyyətləri özündə for-

malaşdırmaq, öz davranış və münasibətlərində şüurlu surətdə özünəməxsusluğumuzu əks et-

dirən etnik-milli dəyərlərimizi qorumaq, özündə hiss etdiyi nöqsanları özünütərbiyə vasitəsilə 

aradan qaldırmaq, intellektual səviyyəsini yüksəltmək, mənəvi inkişafını düzgün istiqamət-

ləndirməkdən ibarətdir. Ulu öndərin mənəviyyatla bağlı konseptual baxışı belədir. “Mənəviy-

yat olmayan yerdə heç bir şey ola bilməz” Amma müasir dövrdə cəmiyyətimizin rastlaşdığı 

sosial-psixoloji problemlərdən biri də ondan ibarətdir ki, bir çox gənc qızlar bu kimi keyfiy-

yətlərin özlərində  tərbiyə olunması qayğısına qalmırlar. Belə  qızların davranış  və  rəftarında 

etnik-milli xüsusiyyətlərimizə yad olan keyfiyyətlər müasir dövrdə  cəmiyyətimizi narahat 

edən əsas məsələlərdən biridir. Çünki bugünkü gənc qız sabahın anası, ailə başçısıdır və ölkə-

mizin gələcək sosial-siyası, sosial-iqtisadi və sosial-mədəni inkişaf səviyyəsi də qızların şəx-

siyyətinin düzgün təşəkkülündən çox asılıdır. Aparılan müşahidələr göstərir ki, qızlar arasında 

milli dəyərlərimizə köhnəliyin qalığı kimi baxan, yüngül həyat tərzi keçirməyə üstünlük 

verən, Avropasayağı yaşamağı müasirlik kimi dəyərləndirən qızlar var ki, bunu da əsas səbəbi 

ailədə qızlarla lap kiçik vaxtlardan münasibətin düzgün qurulmaması və tərbiyə prosesindəki 

olan boşluqlarla  əlaqədardır. Valideynlərin qızlarla münasibəti düzgün qurmaması  nəticədə 

valideyn-qız konfliktinin yaranması ilə nəticələnir ki, bu da bir çox psixoloji amillərlə əlaqə-

dardır. Belə psixoloji amillərdən biri valideynlərin qızlarla münasibətdə onların fərdi-pxioloji, 

yaş xüsusiyyətlərini nəzərə almaması, onlarla sərt münasibət qurması  və valideyn tələbkar-

lığının hörmətə deyil qorxuya əsaslanması valideyn-qız konfliktinin yaranması ilə nəticələnir. 

Belə bir münasibət sistemi qızlarda “tez böyümək, müstəqil olmaq” fikrini formalaşdırır ki, 

nəticədə belə qızlar düzgün qərar vermədən, öz davranış və rəftarının nəticəsini dərk etmədən 

ya evdən qaçır, ya müəyyən qrupların təsiri altına düşür, ya da özlərini intihar edirlər. 

Valideyn-qız konfliktinin yaranmasının digər psixoloji səbəblərindən biri də  bəzi vali-

deynlərin hələ də dövrün ideologiyasını, tələbələrini nəzərə almadan, qızların maraq və tələ-

batlarına öz maraq və tələbatları prizmasından yanaşmasıdır. Amma hər bir gənc qızın arzusu 

öz  şəxsiyyətini düzgün formalaşdıraraq xoşbəxt olmaqdan ibarətdir. Qızların xoşbəxtliyi isə 

onların maraq, tələbat və ideal düşüncəsi ilə əlaqədardır .Qızların maraq və tələbat sistemi on-

ların bütün hərəkət və davranışlarına, münasibətlər sisteminə istiqamət verir, onun ideal haq-

qında düşüncəsini müəyyənləşdirir. Ona görə də valideynlərimiz qızlarının xoşbəxt olması üçün 

dövrün ideologiyasına uyğun olaraq onların maraq və tələbatlarını nəzərə almalıdırlar.  

Valideyn-qız konfiliktinin yaranmasının əsas psixoloji amillərindən biri də qız uşaqları-

nın lap kiçik vaxtlarından etibarən davranış və rəftarının motivinə ardıcıl, davamlı münasibə-

tin bəslənilməməsi, laqeyd və nəzarətsiz yaşamalardır ki, nəticədə də nəzarətsiz, qalan qızlar 

öz davranış və rəftarını kortəbii şəkildə mahiyyətini anlamadan həyata keçirir və böyüdükcə 

də artıq vərdiş halına çevrilir. Belə qızlarda ilkin tərbiyə düzgün aparılmadığından özünütər-

biyə də düzgün formalaşmır. Bu isə gənc qızlarda öz davranış və rəftarına, maraq və tələbatla-

rına kənardan baxa bilmək, qiymət vermək qabiliyyətinin formalaşmasına mənfi təsir göstərir. 

Qızların şəxsiyyətinin formalaşmasında ana xüsusi rol oynayır, çünki qızlar qadınlıq eta-

lonlarını ana ilə ünsiyyətdə mənimsəyirlər. Ona görə də analar qızlara münasibətdə öz məsuliy-

yətini dərk etməli və hər zaman anlamalıdır ki, qızların xarici aləmə münasibəti ana vasitəsilə 

reallaşır. Qızarın ailə həyatı ilə bağlı biliklərinin formalaşmasında, bu istiqamətdə qabiliyyət 

və bacarıqlarının inkişaf etdirilməsində də ailə münasibətləri əsas rol oynayır. Ailədə valideyn-

lərin bir-birinə qarşı xəyanət, inamsızlığı, qısqanclığı, sərxoşluğa qurşanması qızların ailə hə-

yatı ilə bağlı baxışlarına, ailə dəyərlərini düzgün dərk edib qiymətləndirməsinə mənfi təsir gös-

tərir. Bu isə müasir dövrdə rastlaşdığımız problemlərin-gənc xanımın öz həyat yoldaşına xə-

yanət etməsi, evi tərk edib getməsi kimi ailə dəyərlərimizə yad olan hallarla nəticələnir. Ona 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1368



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

görə də analar qızlarının ailə həyatına hazırlılığında öz xanımlığı, evdə uşaqlara qulluq etmək, 

öz həyat yoldaşına göstərdiyi qayğı, diqqət, hörmət hissi ilə qızına nümunə olmalı və qızında 

kiçik vaxtlardan etibarən sədaqətlik, məsuliyyətlik, namus və qeyrət kimi hisslərin daxili tələ-

bata çevrilməsinə çalışmalıdır. 

Beləliklə, mövzuda qoyulan problemin əsas səbəbi kimi valideynlərin, qızlarla lap kiçik 

vaxtlardan etibarən düzgün münsibət qurmaması  və  tərbiyədəki boşluqların mövcud olması 

əsas psixoloji amil kimi götürülür. 

 

 

SOSİAL STRUKTURDA MEYDANA GƏLƏN                       



DƏYİŞİKLİKLƏRİN AİLƏ İNSTİTUTUNA TƏSİRİ 

 

Vüqar İSMAYILOV 

Qafqz Universiteti 



vismayilov@qu.edu.az 

AZƏRBAYCAN 

 

Ailə fərdin doğulduğu andan etibarən içində yaşadığı və ona həyatını davam etdirə bil-



mək üçün ehtiyaclarının qarşılandığı sosial institutdur. Bu instituta yönəlik həyata keçirilən 

tədqiqatlar həm ailədəki, həm də cəmiyyətdəki baş verən tendensiyaları başa düşməyə, analiz 

etməyə və açıqlamağa əsas verəcəkdir. 

Ailə cəmiyətin təməlidir. Cəmiyyət mövcud olduğu gündən ailə də mövcuddur. Cəmiy-

yətlərdə meydana gələn dəyişikliklər ailədən də yan keçməmişdir. Odur ki, hər dövrdə fərqli 

cəmiyyətlərə rast gəldiyimiz kimi, fərqli ailə strukturlarından da bəhs etmək mümkündür. Ailə-

nin quruluşunda, onun funksiyalarında, eyni zamanda üzvlərinin sayında mütəmadi olaraq mü-

əyyən dəyişikliklər olmuşdur. Bu gün də bu tendensiya davam edir. Hətda nəinki fərqli cə-

miyyətlərdə, bəzən eyni ölkənin kənd və şəhərlərində spesifik ailə strukturlarından bəhs etmək 

mümkündür. 

XIX əsrin ikinci yarısından başlayaraq, XX əsrdə də davam edən və bu gün də özünü 

açıq – aşkar büruzə verən ictimai dəyişmənin içindəyik.  İmperiyaların devrilməsi, müstəqil 

dövlətlərin yaranması, demokratiya meyillərinin artması, mədəniyyətlərin yaxınlaşması və qlo-

ballaşma prosesinin ortaya çıxmasıyla birlikdə dünyanın bir “kənd kimi kiçilməsi” bu tenden-

siyanın məntiqi ardıcıllığıdır. Təbii ki, baş verən bu proseslər digər ictimai qurumlarla yanaşı 

ailədən də təsirsiz ötüşməmişdir. 

Ənənəvi ailədən modern ailəyə keçid nəticəsində ailə üzvlərinin sayında azalmalar, 

funksiya və strukturlarında müəyyən dəyişikliklər olmuşdur. Nuklear ailənin geniş ailədən 

daha kövrək olduğu və bu ailələrdə boşanmaların sayının artdığı görülməktədir. Hətda bir az 

daha irəli gedərək deyə bilərik müasir dövrdə baş verən ictimai dəyişmələr nəticəsində bir çox 

mədəniyyətlərdə artıq “ailə” qurumunun mövcudluğu müzakirə obyektinə çevrilmişdir. 

Geniş ailə ilə müasir ailəni müqayisə etdiyimiz zaman aşağıdakı fərqlər ortaya çıxır: kişi 

və qadın status və rollarında müəyyən dəyişikliklər baş vermiş, ənənvi ailə modelinin hakim 

olduğu cəmiyyətlərdə mövcud olan açıq rol fərqlilikləri öz yerini cütlüklər arasındakı rol 

bölüşümünə devr etmişdir. Kişinin mətbəxə girməsi, uşaqlara baxma prosesində rol alması, 

eyni zamanda qadının iş həyatına başlaması meydana gələn fərqliliklərə misal təşkil edir. Bu 

prosesin məntiqi ardıcıllığı olaraq ailə içindəki ierarxiq struktur da dəyişməyə başlamışdır. 

“Ailə  rəisi” məfhumu işlədilməməyə başlamış, gender bərabərliyinin təsiriylə ailə daxilində 

alınan qərarlarda qadının təsirinin açıq fərqlə artması və nəticə etibarı ilə də həm cəmiyyətdə, 

həm də ailə içində qadın faktorunun bir güç olaraq ortaya çıxması prosesi baş vermişdir. 

Müasirləşmə prosesiylə bərabər ailə məhrəmiyyəti də sıradan çıxmağa başlamışdır. Son 

dövrlərdə ailə ilə əlaqəli məhrəm sirlərin KİV tərəfindən təqibi, televiziya, radio və qəzetlərdə 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1369



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

bu cür məsələlərin geniş vüsət alması bu fikirə nümunə göstərilə bilər. Ailə daxili münasi-

bətlər, şiddət, boşanma, eşq əlaqələri və bənzəri mövzular KİV tərəfindən müzakirə obyektinə 

çevrilmişdir. Hətda ailə həyatı quracağın insanların televiziya vasitəsilə seçilməsi məsələnin 

dəhşətindən xəbər verir. 

Sənaye cəmiyyətində ailənin funksiyaları getdikcə azalır.  İstehsalatda iştirak həddən 

artıq azalmış, təhsil ailədən alınaraq başqa qurumlara verilmiş, nəticə etibarilə üzvlərin rol və 

statuslarında xeyli dəyişikliklər baş vermişdir. Qadın sadəcə uşağa baxan, onu tərbiyə edən, 

yemək bişirən evdar qadın deyil, eyni zamanda, iş həyatına da başlamışdır. Kişilərin isə ailədə 

üstünlüyü gedərək azalmış, bərabər haqq və hüquqlar ortaya çıxmışdır. (Işıl Sayıl,Ruh Sağlığı 

Sorunu Olarak Şiddet”, Kriz Dergisi, II, S. 2, 1994, s. 273). 

Ailə strukturundakı bir digər yenilik isə ailənin iş həyatına münasibətində ortaya çıxmış-

dır. Ailənin ənənəvi olaraq bizə məlum olan - kişilərin işləyib evə qazanc gətirdiyi, qadının 

isə evdar həyat yaşadığı strukturu qərblə yanaşı, artıq dünyanın bir çox yerində  dəyişikliyə 

uğramışdır. Ailədə tərəflərin hər ikisinin də işləməyə başladığı bir ailə strukturu meydana gəl-

mişdir. İş həyatında uşaqlı anaların sayının artması özü ilə bərabər fərqli problemləri ortaya 

çıxarmışdır. Bu cür problemlər həm qadının işlədiyi yerdə, həm də işləyən qadının ailəsində 

yaşanır. İşləmək istəyindən əl çəkməyən qadınlar isə həll yolunu ya uşaq sayının azalmasında, 

ya da doğulan uşağa kiçik yaşlarından etibarən, xüsusilə də körpələrin ana qayğısına ehtiyac-

ları olduğu yaşlarda onlara dayə tutmaqda görürlər. Bu isə uşağın istənilən səviyyədə sosial-

laşmasına maneə  təşkil edir ki, bunun acı  nəticələri gələcəkdə ictimai problem kimi ortaya 

çıxa bilər. 

Qadınların kariyera və həyat düşüncələrinin və buna uyğun rollarının zamanla dəyişdi-

yini tədqiq edən bir araşdırmada (Fiorentine, R.,“Increasing Similarity in the Values and 

Life Plans of Male and Female College Students. Evidence and Implications”, Sex Roles, 

XVIII, (3-4), 143-157) gənc nəslin kariyera düşüncələrində müsbət mənada dəyişikliklər 

görülməklə yanaşı, onların ailə daxili rollar haqqındakı fikirləri isə olduğu kimi qaldığı görü-

lür. Bu isə qadınların iş və ev həyatı dillemasını yaşamasına gətirib çıxarır. Təbii ki, qadınla-

rın israrla kariyera düşünmələri heç də onların sadəcə bu istiqamətdə zövqlərini tətmin etmək 

və kişilərlə bərabərlik hüquqlarını bu yolla ispatlamaq deyil. Bu tendensiyanın iqtisadi, siyasi, 

sosyal və psixoloji bir sıra səbəbləri mövcuddur.  

Bir vaxtlar istehsal gücünü müəyyən mənada öz əlində saxlayan kənd ənənəvi ailələri 

indi öz yerini həyatını idxal üzərində quran ailələrə tərk etmişdir. Kəndlərdən şəhərlərə doğru 

baş verən köçlər, daim yenilənən texnologiyalar, iş gücünün tarladan ofislərə doğru dəyişməsi 

artıq hər bir ailə üzvünü idxaldan asılı vəziyyətə gətirmişdir. Nəticədə isə bir “idxal cəmiyy-

əti” ortaya çıxmışdır. Ənənəvi ailələrdə hər doğulan uşağa bir işçi qüvvəsi kimi baxılırdısa, 

indi hər doğulan uşaq o ailəyə əlavə xərc yükü gətirir. Eyni zamanda, uşağın təlim, təhsil və 

tərbiyə xərclərinin artması da getdikcə ailələrdə uşaq sayının azalmasına gətirib çıxarmışdır.  

Təbii ki, dünyada gedən bu proseslər Azərbaycandan da yan keçməmişdir, baş verən bu 

dəyişikliklər Azərbaycan ailəsinə də müəyyən mənada öz təsirini göstərmişdir.  

Dünyada sürətlə dəyişir. Artıq təbii olanlar öz yerini süni olanlara tərk etməkdə, gərçək-

liklər virtual aləmdə əks edilməyə, həqiqətlər isə sanki xəyal olaraq gözdən itməkdədir. Bütün 

bunlar da təbii olaraq, özü ilə  bərabər müəyyən ictimai problemlər doğurur.  İnsanlar da bu 

proseslərlə ayaqlaşmaqda çətinlik çəkirlər. Qeyd etdiyimiz kimi ailə institutu da, öz növbəsin-

də, bu tendensiyalardan müəyyən mənada təsirlənir. Nəticədə isə ailənin bölünməsi, parçalan-

ması, tək valideyinli ailələrin sayının artması baş verir, boşanmalar, qeyri-qanuni nigahlar ge-

dərək artır. Ailə daxilində şiddət hadisələri, dul qadınların, yetim uşaqların, küçə uşaqlarının, 

ata adı yerinə ana adı yazılan uşaqların, nəticə etibarilə cəmiyyətin problemlərinin sayı gün-

gündən artır.  

Təbii ki, bir problemi həll edə bilməyin ən yaxşı yolu o problemin meydana gəlmə səbəb-

lərini anlamaqla mümkündür. Odur ki, cəmiyyətin təməli olan ailə institutundakı inkişafı ən-


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1370



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

gəlləyən proseslərin önünə keçmək üçün ilk öncə ailə strukturumuzu tədqiq etmək, onun hansı 

mərhələlərdən keçdiyini öyrənmək faydalı olacaqdır.  

 

 



TƏLİM PSİXOLOGİYASI, TƏLİM VƏ PSİXİ İNKİŞAF 

 

Zenfira SƏLİMOVA, 

S.TAĞIYEVA

 

turkoglu_musti55@bk.ru 

AZƏRBAYCAN 

 

Təlim psixologiyası pedaqoji psixologiyanın ən mühüm sahələrindən birini təşkil edir. 



Hazırkı dövrdə  məktəbin qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində  təlim 

psixologiyası sahəsində aparılan axtarışların nəticələri həlledici rol oynayır. Böyüməkdə olan 

nəslə elmlərin əsasları haqqında dərin və möhkəm biliklər vermək, onlarda həmin biliklərdən 

istifadə edə bilmək, onları təcrübəyə tətbiq etmək bacarığının yaradılması müasir dövrün ən 

ciddi tələbləri kimi qarşıda durur. Başqa sözlə, təlim problemi bəşəriyyətin daima diqqət 

mərkəzində olan bir problemdir. Bu problem hazırda da öz əhəmiyyətini itirməmiş,  əksinə 

özünün yeni cəhətləri ilə daha qabarıq  şəkildə diqqəti cəlb edən bir problemə çevrilmişdir. 

Həmin problemin günün tələbləri səviyyəsində həlli pedaqoji psixologiyanın qarşısında duran 

əsas vəzifələrdən hesab olunur. Təlim problemi pedaqoji psixologiyanın qarşısında həm nəzəri, 

həm də tətbiqi problem kimi durur. Təlimin nəzəri problemi kimi həlli birinci növbədə onun 

nəzəri əsaslarım, qanunauyğunluqlarmı psixoloji aspektdə açmağı tələb edir. Bir nəzəri prob-

lem kimi təlim fəaliyyətinin psixoloji strukturunun açılması, onun motivləri, məqsədləri və 

vəzifələrinin dəqiqləşdirilməsi, təlim fəaliyyətinin müasir tələblərdən doğan konsepsiyalarının 

aşkara çıxarılması pedaqoji psixologiyanın həll etməli olduğu əsas problemlərdən hesab olu-

nur. Bu məsələlərin həlli üzərində çalışan psixoloqlar təlim nəzəriyyəsini bir sıra istiqamət-

lərdə inkişaf etdirmişlər. Bunları ümumiləşdirdikdə pedaqoji psixologiyada aşağıdakı  təlim 

nəzəriyyələri diqqəti cəlb edir. 1) izahlı illüstrativ* təlim; 2) proqramlaşdırılmış təlim; 3) fikri 

işlərin və anlayışların mərhələlər üzrə  təşəkkülü nəzəriyyəsi; 4) problemli təlim; 5) təlim 

nəzəri təfəkkürün inkişafı kimi; 6) tərbiyəedici təlim. Təlim problemi yalnız nəzəri problem 

olaraq qala bilməz. Həmin problemin aşkara çıxarılmış qanunauyğunluqlarım təcrübəyə, mək-

təb həyatına tətbiq olunmazsa və həmin sahədə öz səmərəsini göstərməzsə onun əhəmiyyətin-

dən də danışmağa dəyməz. Təlim insanın əsas fəaliyyətlərindən biridir. Məktəb yaşı dövründə 

isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə çevrilir. Onun köməyi ilə şagirdlər mü-

əyyən məlumatları, hərəkətləri və davranış formalarmı mənimsəyirlər. Bu iş kor-koranə deyil, 

şüurlu, planlı şəkildə həyata keçirilir. Məhz buna görə də təlim prosesində aşağıdakı məqsəd-

lərə nail olma baş verir. 

a) Hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə  təşkil edilməsi üçün lazım olan 

gerçəkliyin zəruri xassələri haqqında məlumatın mənimsənilməsi; 

b) qarşıda duran məsələnin həllində lazım olan yolları və əməliyyatları düzgün seçmək 

və onlara nəzarət etmək üçün qeyd olunan məlumatlardan istifadə qaydalarmı, ikinci halda 

vərdişlərin, üçüncü halda isə bacarıqların yaranması baş verir. Təlim şagirdlərin biliklər siste-

mini mənimsəmələrinə və həmin bilikləri təcrübəyə tətbiq etmək üçün olan vərdiş və bacarıq-

lara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak fəaliyyətidir. Təlim məqsədəyönəlmiş pro-

sesdir. Burada insanın öyrənilməsi baş verir. Lakin hər cür öyrənməni təlim adlandırmaq düz-

gün deyil. 

Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi daima diqqəti cəlb edən məsələlərdən biri ol-

muşdur. Vaxtilə alman psixoloqu V.Ştem belə bir müddəanı əsas tuturdu ki, təlim inkişafın 

arxasında gedir və ona uyğunlaşır. 



Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin