Qafqaz Universiteti Materiallar


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 9,57 Mb.
Pdf görüntüsü
səhifə102/124
tarix31.01.2017
ölçüsü9,57 Mb.
#6979
1   ...   98   99   100   101   102   103   104   105   ...   124

III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1371



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

UŞAQLARDA ÖZÜNÜ GÖSTƏRƏN IRADI NÖQSANLAR,  

YARANMA SƏBƏBLƏRI VƏ ARADAN QALDIRILMASI YOLLARI 

 

Nərgiz ALLAHVERDİYEVA 

Qafqaz Universteti 



Vnnvvn86@mail.ru 

AZƏRBAYCAN 

 

Müstəqilliyə malik olmayan uşaqlar asanlıqla təlqinə məruz qalır və zəif iradəli olurlar. 



Bu səbəbdən uşaqlarla çox işləmək, cəmiyyətə adaptasiyasına kömək etmək lazım gəlir. Bu 

zaman ilk növbədə onların materialı necə mənimsədiklərini müəyyənləşdirməli, rast gəldikləri 

çətinliklərə və maneələrə üstün gəlmək üçün iradə tərbiyəsini həyata keçirmək lazımdır. Mü-

əllim ilk öncə uşaqda yaxşı oxumağın səmərəli yollarını öyrətməklə yanaşı, həmçinin məktəb-

lilərdə diqqətin, hafizənin, iradənin inkişafı qayğısına qalmaqla biliklərə yiyələnməyə yönəlt-

məlidir. Müstəqil işləməyi və öyrənməyi bacarmamaq geriliyin başqa səbəbləri ilə daha sıx 

bağlıdır.(bilikdəki kəsirlər, təlimə səyin olmaması və s.) İradəsiz uşaqlar adətən təlim tapşırıq-

larını mexaniki icra edir, əzbərləməyə çalışırlar, dərk etmə ön plana keçir, müvəffəqiyyət isə 

böyük gərginlik və qüvvə hesabına əldə edilir. Bu uşaqlar əzbərləməyə alışqan olduqlarından 

dərslər çətinlədikcə çox əziyyət çəkirlər. Çünki tədricən təlim  əməyi çətinləşdikcə gücləri 

çatmır və bu vəziyyət onların müvəffəqiyyətinə  mənfi təsir göstərir, zəifliyi daha da artırır. 

Uşaqlarda özünəinamsızlıq getdikcə çoxalır. Ailədə, məktəbdə danlağa məruz qalırlar. Belə 

olduqda da evdə valdeynlər onları istrahətdən ayırırlar, daha çox oxumağa sövq edirlər. Bu 

hal uşağın təlimə münasibətini bir qədər də pisləşdirir. 

Uşaqlar böyüdükcə bütün bu proseslər onların fərdi xüsusiyyətlərinədə  təsir göstərir. 

Onlarda sinir sistemi, müxtəlif situasiyalarda qarşılaşdıqları, tərbiyəvi tədbirlər, eləcə də müx-

təlif şəraitlərdə yaşayıb, gördükləri bilavasitə təsir göstərir. Uşaqlarla aparılacaq fərdi söhbəti 

danlağa çevirməkdə olmaz. Bu psixoloji – pedaqoji baxımdan çox zərərlidir. Danlamaq cəza 

tədbiri olduğu halda, fərdi söhbət uşağa öz nöqsanlarını başa salmaq üsuludur. 

Uşağın şəxsiyyətinə hörmət etmək eyni zamanda yaşına müvafiq olaraq ona tələbkarlıq-

la yanaşmaq böyük tərbiyəvi əhəmiyyətə malikdir. Lakin bu təsir elə qurulmalıdır ki, hərtərəfli 

düşünərək uşaqlara təsir edə bilsin. Bu zaman məharətlə,  ətraflı  tədqiq edilərək elə  tələblər 

vermək və onları həyata keçirmək lazımdır ki, uşaq onları mutləq yerinə yetirsin, bu zaman 

qarşısına çıxan xarici və daxili maneələri aradan qaldırmağa cürət etsin. 

Buna nail olmaq üçün valdeyn uşağını yaxşı tanımalıdır. Deməli, valdeyn yaş xüsusiy-

yətlərini bilməklə yanaşı, həmçinin onların fərdi xüsusiyyətlərinidə yaxşı bilib, baş açmalıdır. 

Həmçinin məktəbdə müəllimi və tərbiyəçi də uşağı hərtərəfli öyrənib tanımalıdır. Fərdi fərq 

və xüsusiyyətlərdə çoxdur. Hər bir konkret hala müvafiq hərəkət etmək lazımdır. Uşağı yaxşı 

tanımaq və pedaqoji mərifət burada müvəffəqiyyətə nail olmaq üçün əsas  şərtdir. Uşaqların 

biri tapşırığı ləng, lakin yaxşı, digəri isə tez, amma ala – yarımçıq yerinə yetirir. Biri işi axıra 

çatdırır, o birisi yarımçıq qoyur. Biri ürəklə işləyir və bu zaman müstəqillik göstərir, başqası 

candərdi və daimi nəzarət altında işləyir.. 

 Ümumiyyətlə, tərbiyə işi düzgün aparılmadıqda uşağın iradəsinin inkişafında müəyyən 

nöqsanlar əmələ gəlir. Xüsusilə səhv tərbiyə nəticəsində əmələ gələn iradi nöqsanları başlıca 

olaraq  şıltaqlıq, höcətlik, tərslik və  tənbəllikdən ibarətdir. Tərbiyə düzgün aparılsa, həmin 

nöqsanlar baş verməz. Lakin onlardan hər hansı biri bu və ya başqa uşaqda müşahidə edilərsə, 

tərbiyə işində yol verilmiş səhvi düzəldib, onu düzgün istiqamətə yönəltməklə həmin nöqsanı 

tədriclə yox etmək olar. İradi nöqsanların yaranma səbəblərini uşağın böyüdüyü və əhatə olun-

duğu mühitdə, valdeyn və  tərbiyəçinin iş üslubunda axtarmaq lazımdır. Uşaqla sərt olmaq, 

günahı olmadan onu danlamaq, üstünə qışqırmaq, kobud və qəddar rəftar və s. kimi münasibət 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1372



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

onda qeyri səmimilik doğurur və  əsəbiliyin yaranmasına səbəb olur. Onlara verilən tələblər 

konkret olmalı, nəsihətçilik xarakteri daşımamalıdır. Çünki, uşağın yaşı az olduqca, onu nümu-

nələr əsasında tərbiyə etmək daha əhəmiyyətlidir. 

 

 

İNTERNET BAĞIMLILIĞI VE ÖNLEM YOLLARI 



 

Mələk KERİMOVA 

Khazar Üniversitesi  



melsenem@mail.ru 

AZƏRBAYCAN 

 

Günümüz toplumlarında bilgisayarsız, internetsiz, cep telefonsuz vb. bir evi düşünmek 



neredeyse olanaksız görünmektedir. Son 10 yılın istatistiği dünya kapsamında internet kulla-

nıcıları sayının 63.0 milyondan 582.6 milyona kadar artış gösterdiyini ortaya koymaktadır. 

(Kitai Kim,2013,55,703-709). “Apa-Economics”in (2010) verdiyi bilgiye göre, Azerbaycanda 

internet kullanıcılarının sayının genel nüfusa oranı % 44.4 oluşturmaktadır. Bu da yaklaşık 3.7 

milyon kullanıcıyı kapsamaktadır. Genel nüfusu 9.5 milyon olan Azerbaycan için bu oran bü-

yük önem taşımaktadır.  

İnternet teknolojisinin böyle sık kullanılmasının bir cok sebebleri vardır ki, bunlar ara-

sında internetin bir çok amaçla kullanılmasıdır. İletişim kolaylığı, anında haberleşme, eğlence, 

bilgi edinme, alış-veriş vb. bir çok sayılan özellikler internetin sağladığı olanaklar arasındadır. 

İnternet kullanıcılarının sayındaki artış internetin sağladığı olanak ve faydaları ile bera-

ber yeni bir bağımlılık türü olan “internet bağımlılığı” anlayışını da karşımıza çıkarmaktadır. 

Genellikle bağımlılık kavramı alkol, uyuşturucu, sigara ve diğer bağımlılık türlerini çağrıştır-

maktadır. Buna karşılık madde kullanımı  dışında da bağımlılık türleri olduğu unutulmama-

lıdır. Televizyon, mobil telefon bağımlılığı, yeme bağımlılığı, alış veriş bağımlılığı ve diğer 

bağımlılık türleri de davranışla ilgili bağımlılık türleridir. 

 Akademik alanyazında internet bağımlılığı kavramının değişik biçimlerde kullanıldığı 

görülmektedir. İnternet bağımlılığı anlayışını ilk kez Dr.İvan Goldberg (1996) uluslarası alan-

da “internet addiction” kavramı kimi kullanmış ve daha sonraları “ internet dependency” ola-

rak kullanıldığı görülmektedir. Young DSM IV ün “ patolojik kumar oynama” ölçütlerinden 

yola çıkarak internet bağımlılığını tanımlamış , ayrıca “İnternet Bağımlılık Merkezi” ni kur-

muştur. Bu kavramı “Patological internet use” kullanmayı öneren Young ve Goldbergi izle-

yen araştırmacılar da dikkati çekmektedir. Aslında kullanılan kavramların hepsinin ortak bir 

zemini olduğu ifade edilebilir. Aşırı ve problemli internet kullanımını ifade eden bu kavram-

larin hepsinde en büyük belirti kişinin zamanının büyük bir bölümünü internet başında harca-

ması ile ilgili olduğu söylenebilir. İnternet bağımlılığında zamanın ölçüt olarak alınmasına 

rağmen, zamanın hangi amacla kullanıldığı dikkat çekmektedir. İnternet bağımlısı olmayan 

bireyler interneti bilgi, araştırma amaclı olarak kullanmaktadırlar. Oysa ki,internet bağımlısı 

olan kişiler düzenli olaraq uzun süreler boyunca çevrimiçi kalarak kendilerini bu davranıştan 

alıkoyamamaktadırlar.  

İnternet bağımlılığı ile ilgili Azerbaycanda kapsamlı bir araştırma olmamasına rağ-

men,Türkiyede yapılan bir çok araştırma dikkati çekmektedir.  

Bayraktar (2001) yaşayan 12-17 yaş arası okula devam eden 686 ergenle yaptığı araştır-

masında internet'in çoğunlukla erkek ergenler ve üst sosyo-ekonomik düzeydeki kişiler tarafın-

dan kullanıldığını, ergenlerin % 1.1'inin patolojik internet kullanıcısı olduğu bulmuştur. Şükrü 

Balcı, Birol Gulnar (2009) 953 öğrenci üzerinde yürüttüğü araştırma sonuçlarına gore, öğren-

cilerin 23.2%-nin internet bağımlılığı belirtisi gösterdiyi belirtilmiştir. Selim Günüç, Murat 



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1373



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

Kayrı (2010) 754 ortaöğretim öğrencileri ile gerçekleştirdikleri çalışmada öğrencilerin 76sı ( 

%10.1) internet bağımlısı olarak tespit edilmiştir. Canan F. (2010) yılında Düzce Üniversite-

sinde 18 ila 27 yaşları arasındaki 1034 öğrenci üzerinde araştırma gerçekleştirmiştir. Araştır-

ma bulgularına gore çalışma örnekleminin %9.7’si internet bağımlısı idi. Ayşegül Durak Batı-

gün, Nevin Kılıç (2011) 1198 öğrenci uzerinde yürüttükleri çalışmada öğrencilerin günde 

ortalama 1.53 saat internete bağlı kaldıkları, 18.89% nun internet bağımlısı olduğu tespit 

edilmişdir.  İşleyen (2013) lise öğrencilerinin internet bağımlılığı düzeylerinin kişisel ve 

ailesel faktörlerle ilişkisinin incelediyi araşdırmasıda lise öğrencilerinin % 7‘si bağımlı grupta 

yer aldığını, % 23.2‘si bağımlılık riski taşıyan grupta yer aldığını belirtmiştir. 

Araştırma sonuçlarına dikkat ettiyimiz zaman yakın gelecekte ebebeynlerin, psikoloq ve 

eğitimçilerin karşılaşacağı problemler arasında internet bağımlılığının ön sıralarada olma ihti-

malı artmaktadır. Bu bağlamda diğer bağımlılık türlerinde olduğu kimi bu kişilerle yapılacak 

önleyci tedbirler önem kazanmaktadır. Literatür taraması yapıldığı zaman internet bağımlıları 

ile yapılan psikolojik danışma oturumlarında etkili baş etme stratejileri üzerinde daha çox 

durulduğu görülmektedir. Internet kullanımı ile ilgili danışandan kapsamlı bilgi alınmalı (ne 

zaman,kaç saat, hangi günler internet kullanıldığı sorulmaktadır), son dönem yaşamış olduğu 

sıkıntılar araştırılmalıdır. Internet bağımlısı kişilerin interneti sıkıntıdan, yalnızlıktan kaçış gi-

bi kullanıb kullanmadığı da belirlenmelidir. Hedefler danışanla birlikte belirlenmeli, internet 

kullanım süresi kısıtlanmalı ve haftanın günlerine uygun zaman dilimlerine bölünmelidir. İn-

ternet bağımlılığının tedavisinde Young (1999) ın önerdiyi bilişsel-davranışçı teknikleri özet-

lersek, internet kullanımının tam zıt saatlere kaydırmak, dış durdurucular kulanmak (örn alarm 

saatinin kullanılması gibi), internet kullanımıyla ilgili hedefler belirlemek, daha çok kullan-

dığı  işlevlerden uzak durulması, hatırlatıcı kartlar kullanılması, kişisel defter kullanılması, 

destek qrubuna katılması, aile terapisi gibi sıralanabilir. 

Özellikle kiçik yaşlardan itibaren bilgisayar kullanımında ebeveynin denetimi önem 

kazanmaktadır. Ahmet Adalier, Emre Balkan (2012) internetin gün içerisinde uzun sureli ve 

iletişim amacıyla kullanımı, üst sosyoekonomik düzey, erkek olma, gelecek beklentisi, yaşam 

doyumu ve özdenetimin düşük, nörotizm, anksiyete ve somatizasyonun ise yüksek olmasının 

internet bağımlılığını yordayan değişkenler olduğunu belirtmişler. Nitekim, Binnaz Kıran 

Esen, Mehmet Gündoğdu (2008) 558 öğrenci üzerinde gerçekleştirdikleri araştırmada da aile 

ve öğretmen desteği arttıkça internet bağımlılığı puanlarının düştüğü de bulmuşlar. Dolayısıy-

la olumlu aile ilişkileri, boş zamanların etkili kullanımı, evde çocuklarla birlikte yapılacak et-

kinlikler onların kendilerini yalnız hissetmemelerine, özdenetimlerinin yüksek olmasına, sosial 

destek almalarına olanak tanıyacaktır.  

 

 



HƏYAT YOLUNUN MÜXTƏLİF VARİANTLARININ QISA TƏHLİLİ 

 

İlahə ABDULLAYEVA 

Bakı Dövlət Universiteti 

Abdullayeva_i@bk.ru 

AZƏRBAYCAN 

 

Müasir dövrdə fərdi inkişafı xarakterizə edərkən “həyat yolu” terminindən istifadə daha 



məqsədə uyğun sayılır. Həyat yolu dedikdə, insanın inkişaf prosesi, şəxsiyyətin formalaşması 

başa düşülür. Həyat yolunun variantları isə, insanın öz həyat yolunu formalaşdırması üsulla-

rıdır. V.N.Drujinin həyat yolunun müxtəlif variantlarının tipologiyasını vermişdir. O hesab 

edirdi ki, həyat variantları insandan aslı olmayaraq mövcuddur və onların formalaşması sosial 

sistem vasitəsilə reallaşır. İnsan konkret şəraitdən asılı olaraq bu və ya digər variantı seçə bilər, 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1374



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

ancaq həyat variantı ona uyğun olmaya bilər. Insan sosial mühitə adaptasiya məqsədilə bu və 

ya digər varianta daxil olur və bu da onun psixoloji simasını formalaşdırır, sonrakı həyat yolu-

nu müəyyən edir. 

Həyat variantının seçimi kortəbii baş verir. İnsan sosial reallığa onun tələblərinə uyğun 

daxil olur, və bu zaman ola bilər ki, onun şəxsi potensialı rellaşmasın, məqsədləri həyata keç-

məsin. S.L.Rubinşteyn, R.A.Axmerov, A.V.Bruşlinski, V.N.Drujininin, D.A.Leontyevin baxış-

larına  əsaslanaraq demək olar ki, həyat variantının  şüurlu seçimi şəxsiyyətin effektiv özünü 

realladırmasına səbəb ola bilər. 

Şəxsiyyətin özünüreallaşdırması və adaptasiyası problemi fərdi tələbatlarla sosial tələb-

lər arasında konfliktlər çərçivəsində  nəzərdən keçirilir. Belə ki, R.A.Axmerov “şəxsiyyətin 

həyat proqramınnın” “daxili” və “xarici” olmaqla iki tipini qeyd edir. Xarici proqramın məq-

sədi mühitə sosial-psixoloji adaptasiya, daxili proqramın məqsədi isə özünüreallaşdırmadır. 

D.A.Leontyev həyatın mənasının dərk edilməsinin iki yolunu ayırd edir: adaptasiya - öz həya-

tının mənasını onun reallığına uyğun dərk etmək və özünürellaşdırma - həyatı mənasına uyğun 

dərk etmək. V.N.Drujinin həmçinin “özünüreallaşdırma” və “özünütəsdiqetmə” anlayışlarını 

irəli sürür. Özünütəsdiqetmə sosial mühitdə adaptasiya tələbatı kimi çıxış edir, özünüreallaş-

dırma isə insanın öz təbiətinə uyğun həyatını yaşaması hesab olunur. Bu fikirlərə əsaslanaraq 

deyə bilərik ki, optimal həyat variantının seçimi şəxsi potensialın reallaşmasına səbəb olur, 

sosial mühitdə uğurlu adaptasiyanı və özünüreallaşdırmanı təmin edir.  

Nəzəri araşdırmalar göstərir ki, həyat variantının seçiminin əsasında duran fəaliyyət 

analitik-sintetik xarakter daşıyır, intellekt vasitəsilə icra olunur. İntelektual inkişaf səviyyəsi 

həm adaptasiyanın, həm də özünüreallaşdırmanın effekivliyini şərtləndirir. İntellektin rolunu 

izah edən iki istiqamət vardır. J.Piaje, R.Sternberq, V.D.Şadrikovun əsərlərində sosial mühitdə 

uğurlu adaptasiya üçün əsas rol intellektə verilir. C.İsterbuk və U.Teycson intelektual inkişaf 

səviyyəsini şəxsiyyətin özünüdeterminasiyasını təmin edən psixoloji keyfiyyət kimi nəzərdən 

keçiri. D.A.Leontyev, E.R.Kaliteyevski, E.İ.Kuzminanın, R.Meyin, E.Frommun işlərində 

qeyd olunur ki, şəxsi potensialı reallaşdıran variantların seçimində istənilən şəraitdə əsaə rol 

intellektə məxsusdur. Seçim fəaliyyətində intellektin əsas funksiyası mümkün gələcəyin alter-

nativlərin yaradılması və virtual imkanların sərhədinin müəyyən edilməsidir. 

Fərdin azadlığının səviyyəsi və sosial mühitin ona etdiyi təsirin qüvvəsi konkret tarixi 

şəraitdən asılıdır. “Həyat variantı” anlayışı fərdin psixoloji xarakteristikası sayılır və insanın 

həyata münasibəti ilə müəyyən olunur, onun şəxsiyyətini formalaşdırır. 

İnsanın öz həyat yolunu formalaşdırılması üsulları  həyat yolunun müstəqil variantları 

kimi yeddi tipə ayrılır: “həyat sabah başlayır”, “həyat yaradıcılıq kimi”, “həyat nailiyyət ki-

mi”, “həyat yuxu kimi”,“qaydalarına görə həyat”, “həyat vaxt itkisidir”, “həyata zidd həyat”. 

Bu adların bədiiliyinə baxmayaraq onlar psixoloji reallığa əsaslanır. 

“Həyat sabah başlayır”- bu variantda insan passiv xəyalpərəst rolunda olur. Həmişə bü-

tün işlərini sabaha saxlayır, belə həyat yaşayan insanın sonu çox qəmgin olur, boş keçən illərə 

görə peşmançılıq keçirir. İnsanın gələcəklə bağlı planları olsa da, onları reallaşdırmaq imkanı 

olmur. 

“Həyat yaradıcılıq kimi”- bu variantda isə insana öz həyatı üzərində  təcrübələr edən 



eksperimentator rolu verilir. Yaradıcı şəxsiyyətin həyat yolu normativ həyat modelindən kə-

narlaşır, mövcud həyat obrazına qarşı şıxır. Şəxsiyyətin yaradıcılığının əsasında real həyatın 

xoşagəlməzliyi, acı hadisələrdən qaçmaq cəhdi gizlənir. Həyatın reallığı yaradıcı şəxsiyyətdə 

travma yaradır və özünə xoş aləm yaratmaqla o yaradıcılıqda sığınacaq tapır. Bioqrafiyanın 

əsas məzmunu xarici deyil, daxili həyat hadisələri özünüreallaşdırma, şəxsi yüksəliş, dəyərlər 

sistemində dəyişikliklə ölçülür. Bu varianta misal olaraq alman filosofu Fridrix Nitsşenin hə-

yat yolunu göstərmək olar. 

“Həyat nailiyyət kimi”- özünü yaradan insan rolunda çıxış edir. Bu variantın əsas psixo-

loji xüsusiyyəti odur ki, insan indiki anınını gələcəyə qurban verir. “Həyat zamanı” daha yaxşı 


III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1375



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

həyatı təmin edən məqsədləri reallaşdırmaqda əsas resurs kimi çıxış edir. İnsana elə gəlir ki, 

əsl həyat qarşıdadır, ona çatmaq üçün səylə çalışmaq lazımdır. Bu insanlar istirahət vaxtını 

belə məqsədə çatmaq yolunda məcburi fasilə hesab edirlər. Karyeristləri, praqmatikləri bu va-

rianta misal göstərmək olar. 

“Həyat yuxudur” – bu variantda insan real həyatdan çıxıb illuziyalar aləminə daxil olur. 

Passiv, seyrçi həyat tərzi keçirir. Drujinin bu vəziyyəti “psixoloji anabioz” kimi xarakterizə edir. 

Bu varianta həyatın təbii gedişinə qarışmamaq prinsipi ilə yaşayan bəzi cəmiyyətlərdə rast 

gəlinir. 

“Qaydalara əsaslanan həyat”- bu variantda insanın həyat fəaliyyətinin yüksək normativ 

tənzimi mövcuddur. İstənilən mədəniyyətdə  və istənilən cəmiyyətdə insanın həyat yolunun 

reallaşdırması prosesi müəyyən qaydalarla nizamlanır. Normativ həyat qrafikindən uzaqlaşan 

şəxs cəzalanır, nadir hallarda isə mükafatlandırılır. Çox vaxt sosial normalar yaş gözləmələri 

şəklində müəyyən yaşa çatmış  fərdlərə aid edilir. Yaş gözləmələri yaş  mərhələsinə uyğun 

fərdi müəyyən işlər, məqsədlər dairəsinə salır. Erik Bernin fikrincə, insanın həyatı boyu məş-

ğul olduğu işlər sosial qarşılıqlı təsir strukturları ilə rituallar, oyunlar, ssenarilərlə, proqram-

laşdırılır. Oyuna qoşulan insan, qaydaları pozduqda uduzmaq, uğursuz insana çevrilmək təh-

lükəsi qarşısında qalır. Onu həmçinin ssenari aparatını pozduğu üçün həyat ssenarisinin digər 

iştirakçıları da məğlub edə bilər. Drujinin qeyd edir ki, qaydalara görə həyat ona görə rahatdı 

ki, insanı yüngül olmayan seçimdən azad edir. Onun əvəzinə hər iş görülür. Bu variant totari-

tar və ya avtoritar rejimin hökm sürdüyü ölkələrdə yayılıb. 

“Həyat-zaman itkisi kimi”-bu variantda şəxsin əsas işi boş vaxt keçirməkdir. Bu variant 

çox insanları ona görə cəlb edir ki, homeostatik istiqamətə malikdir. Bu o deməkdir ki, insa-

nın həyat məqsədlərinə nail olmaq üçün səy göstərməyə ehtiyacı yoxdur, işlərin gedişi ilə bağlı 

narahat deyil. İnsanın həyatı vaxt itirməklə keçir. Bu variant yüksək inkişaf etmiş ölkələrdə

orta sinfə xas insanlara aiddir. 

“Həyata zidd – həyat” bu variantda əsas hərəkətverici qüvvə yaşayış uğrunda mübari-

zədir. Burada söhbət həqiqi müharibədən getməsə də, belə insanın həyat fəaliyyətindən zərər-

çəkənlər həmişə olur. Bu həyat variantını seçən insanın fəaliyyəti həmişə digər insanlara qarşı 

yönəlmiş olur. Bu variant yüksək formada hərbiləşmiş  cəmiyyətlərdə  və ya aşağı iqtisadi 

inkişaf səviyyəsinə malik ölkələrdə yayılıb. 

Həyat yolunu tədqiq edən alimlər həmçinin “real”, “ideal” və “arzuolunmaz” həyat va-

riantlarını irəli sürmüşlər. “Real variant” insanın hazırki anında öz həyatına münasibətini əks 

etdirir. “İdeal variant” proqnozlaşdırılan gələcəkdə arzu olunan və güman edilən münasibəti 

göstərir. “Arzuolunmayan” həyat variantı həm indiki anda, həm də gələcəkdə adaptasiya və 

özünüreallaşdırmanın yolverilməz üsullarını xarakterizə edir. 

Bu və ya digər həyat variantının seçiminə təsir edən xarici və daxili determinantlar möv-

cuddur. Sosial iqtisadi həyat şəraiti, adət-ənənələr, mənəvi normalar xarici determinantlardır. 

Daxili determinantlar isə psixoloji keyfiyyətlərdir. 

Bu baximdan seçimin məzmununa təsir edən psixoloji determinantları,  şəxsi keyfiy-

yətləri öyrənmək zərurəti meydana çıxır. S.L.Rubinşteyn, A.Leontyev, B.Q.Ananyev həyat 

yolu variantının seçimini “subyekt-fəaliyyət” yanaşması ilə izah edərək, bu prosesdə psixoloji 

determinatların əsas rol oynadığını təsdiq etmişlər. Seçimi reallaşdıran şəxsiyyət həyat subyekti 

hesab olunur. Həyat prosesinin məzmununa aktiv təsir edə bilir, inisiativlik göstərərək öz se-

çiminə görə məsuliyyət daşıyır. 

Tədqiqatlar nəticəsində müəyyən edilib ki, həyat variantının seçimi, sosial mühitə adap-

tasiya və özünüreallaşdırma intelektual inkişaf səviyyəsindən aslıdır. Bəzi şəxsi keyfiyyətlər 

həm optimal, həm də qeyri optimal həyat variantlarının seçiminə təsir edir. Optimal həyat vari 

antları səxsi potensialı maksimum reallaşdırmağa imkan verən, şəxsin qarşıya qoyduğu məqs-

ədə çatmağa kömək edən özünüreallaşdırma üsullarıdır. Bu variantları seçənlər intelektual in-



III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

1376



 

Qafqaz University                                                                                          17-18 April 2015, Baku, Azerbaijan 

kişaf səviyyəsi yüksək olan insanlardır. Qeyri-optimal həyat variantını seçən insanlar həyat 

əhəmiyyətli orientasiyaları kifayət qədər inkişaf etməmiş və özünəmünasibətin neqativ aspect-

lərinə malik insanlardır. 

Həyat yolu variantını düzgün seçən insanlar öz şəxsi potensialını reallaşdırmaqda çətinlik 

çəkmir. Bu prosesdə qarşıya çıxan maneələri asanlıqla dəf edə bilirlər. 

  

 

AİLƏ SİSTEMİ VƏSİSTEM TERAPİYA 



 

Gülnar AĞABALAYEVA 

Qafqaz Universiteti 



gagabalayeva@qu.edu.az 

AZƏRBAYCAN 

 

Şüurluluq səviyyəsində  təzahür edən davranışlarımız heç də  şüursuzluğumuzu həmişə 



tam şəkildə əks etdirmir. Şüursuzluğumuzda toplanan məlumatlar sonrakı davranışlarımıza və 

hisslərimizə bizim iradəmizdən asılı olmadan təsir edə bilir. Ən böyük təsirlər kompleksi də 

ailədən başlayır. Çünki bəzi nəzəriyyələrə görə insanların həyatboyu yaşadıqları onların ge-

netikasına həkk olunur və nəsildən-nəsilə ötürülə bilir. Nəticə olaraq soykökümüzdə var olan 

müsbət və ya mənfi davaranışlar, təcrübələr və həyat tərzi bizə təsir edə bilir, yəni soykökü-

müzün, ailəmizin taleyi bizim də taleyimiz ola bilir. Buna sübut olaraq da alman psixoterapevt 

Bert Hellingerin illərlə ailələr üzərində sistem terapiya ilə məşğul olaraq əldə etdiyi nəticələri 

misal çəkmək olar. Bert Hellingerin verdiyi konfranslar və keçdiyi təlimlərlər əsasında yazıl-

mış kitablarda günahsızlıq, günahkarlıq hissləri, şüurun sərhəddi, sevginin gizli simmetriyası, 

ailə  şüuru və bu kimi başqa başlıqlar altında gördüyü işlər və  gəldiyi nəticələri qələmə 

alınmışdır. 

Bert Hellinger ailə sisteminin də özünəməxsus bir nizamı olduğunu və bu nizam pozu-

larsa ailədə sevgi axınının pozulduğunu kəşf etmişdir. Hellingerə görə ailələr nəsillər boyu 

görünməz bağlarla bir-birinə bağlanmışdır. O, bu qənaətə Cənubi Afrikada Zulu qəbiləsində 

16 il boyunca misyonerlik fəaliyyəti ilə məşğul olarkən gəlmişdir. Onun müşahidə etdiyi Zulu 

qəbiləsi öz dini ayinlərində əcdadlarının ruhunu çağıraraq o gün qarşılaşdıqları problemlərin 

həlli üçün onlardan kömək istəyirdilər. Əslində istər əvvəlki nəsillərdəki ailələrin, istərsə də 

mövcud ailənin fərd üzərində əhəmiyyətli təsirə malik olduğu bir çox alimlər tərəfindən qəbul 

edilir. Bu fikrə ən çox etiraz edən Zigmund Freyd olmuşdur. O daha çox 0-6 yaşlardakı uşaq-

lıq dövrün insanınxarakterinə, şəxsiyyətinə və gələcək həyatına təsir edə biləcəyini iddia et-

mişdir. Lakin burada başqa bir reallıq da var ki, bir çox dəfə biz uşaqlıq dövrümüzdə heç vaxt 

qarşılaşmadığımız, öyrənmədiyimiz və ya təcrübə etmədiyimiz hadisələrlə gələcək həyatımız-

da qarşılaşa, bu yöndə problemlər yaşaya və ya iradəmiz xaricində davranışlar nümayiş edə 

bilirik. Həqiqətən də ailə sisteminə nəzər saldığımızda ailədəki bəzi ailə üzvlərinin nümayiş 

etdiyi davranışlar öz duyğu-düşüncələrinə görə deyil və sanki illər əvvəl ailə sistemindən çıxa-

rılmış, unudulmuş, və ya ailə daxilindəki yerinə layiq görülməmiş olan birini və ya birilərini 

təmsil etdiyini müşahidə edirik. Bu ailə üzvləri sanki öz talehlərini onlar üçün yaşayır və ya 

öz həyatlarında uğursuzluq yaradaraq günahdan qurtulmağa çalışır, günlük davranışlarında 

etdiyi hərəkətlərə  əsasən sistemdə öz yerini başqaları ilə  əvəz etməyə  gətirib çıxarır. Bunu 

bəzən də keçmiş soykökümüzdə yaşananların bizim iradəmiz xaricində  və istənmədən bizə 

verilərək, başqalarıyla özümüzü identifikasiya edərək və öz hisslərimizdən imtina edərək baş-

qa bir həyat yolu keçə biləcəyimiz şəklində müşahidə etmək mümkündür. 

 Məsələn, əvvəlki nəsillərdəki bir ailə üzvü şüurlu şəkildə bir cinayət işləyib və bunun 

üçün hər hansı bir peşmanlıq və ya təəssüf hissi yaşamayıbsa, bu hadisə gələcək ailədəki bir 

üzvə təsir edə bilir. Bu yeni ailədəki şəxs cinayətkar əcdadının yerinə peşmanlıq hissləri duya 


Yüklə 9,57 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin