III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1353
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
AUTİZM SİNDROMLU UŞAĞIN DİAQNOSTİKASI
Tünzalə VERDİYEVA
ARTPI
tunzaleverdiyeva@mail.ru
AZƏRBAYCAN
Autistik davranışları tək bir səbəbə bağlamaq mümkün deyil. Buna görə də, autizmin qəti
diaqnozu üçün istifadə edilən obyektiv bir üsul və ya bioloji bir test yoxdur. Autist uşağın
davranışları sistematik olaraq müşahidə edilərək və ailədən inkişafa dair məlumat alınaraq di-
aqnoz qoyulmaqdadır.
Bir fərdə autizm diaqnozu qoyula bilməsi üçün bu meyarların izlənilə bilməsi vacibdir:
Ən azı ikisi birinci maddədən və bir dənəsi iki və üçünü maddədən olmaq üzrə 1, 2 və 3-cü
maddələrdən cəmi altı (ya da daha çox) maddənin müşahidə olunması:
1. Aşağıdakılardan ən az ikisinin varlığı ilə özünü göstərən sosial qarşılıqlı münasi-
bətlərdə keyfiyyət pozulması:
- Sosial qarşılıqlı münasibəti təmin etmək üçün edilən əl-göz hərəkətləri, alınan bədən
mövqeyi, üz ifadəsi, göz-gözə gəlmək kimi bir çox şifahi olmayan davranışda diqqətə çarpan
bir pozulmanın olması;
- Yaşıdları ilə inkişaf səviyyəsinə uyğun sosial münasibətlər qura bilməmək;
- Digər insanlarla əylənmək, maraq, ya da müvəffəqiyyətlərini sərbəst şəkildə paylaş-
maq axtarışı içində olmamaq (məsələn, maraqlandığı obyektləri göstərməmək, gətirməmək və
ya ifadə etməmək);
- Sosial və ya emosional qarşılıqlar verməmək.
2. Aşağıdakılardan ən az birinin varlığı ilə özünü göstərən ünsiyyətdə keyfiyyət po-
zulması:
- Nitqin inkişafında gecikmə olması, ya da heç inkişaf etməmiş olması (əl, qol və ya üz
hərəkətləri kimi digər ünsiyyət yolları ilə bunun yerini tutmaq cəhdi olmur);
- Nitqi olan fərdlərdə, başqaları ilə ünsiyyəti başlatmaq və ya davam etdirməkdə diqqətə
çarpan bir pozuntunun olması;
- Şablon və ya təkrarlayıcı, ya da özünəməxsus bir dildən istifadə etmək;
- İnkişaf səviyyəsinə uyğun müxtəlif xəyali ya da ictimai təqlidlərə söykənən oyunları
sərbəst şəkildə oynamamaq;
3. Aşağıdakılardan ən az birinin varlığı ilə özünü göstərən davranış, maraq və fəaliy-
yətlərdə məhdud, şablon və təkrarlayıcı hərəkətlərin olması:
- Maraqlanmaq səviyyəsi, ya da üzərində fokuslanmaq baxımından fövqəladə sayılacaq
bir və ya daha çox şablon və məhdud maraq çərçivəsində bağlanıb qalmaq;
- Spesifik, funksional olmayan, vərdiş etdiyi üzrə edilən gündəlik işlərə və ya davranış
formalarına heç dəyişiklik etmədən əməl etmək;
- Şablon və təkrarlayıcı kiçik motor hərəkətləri (məsələn, əl çalmaq və s.) və ya kom-
pleks bütün bədən hərəkətləri (məsələn, yellənmək, fırlanmaq, dayanmadan o tərəf-bu tərəfə
qaçmaq və s.);
- Əşyaların bütünü ilə deyil, hissələri ilə mütəmadi olaraq məşğul olmaq.
İndiyə qədər autizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr meydana çıx-
mışdır. Ümumilikdə isə araşdırmalar əsasən üç istiqamətdə: genetik, psixoloji və nevroloji-bio
kimyəvi istiqamətdə aparılır.
Autizmin oğlan uşaqlarında daha çox olması, bəzi genetik xəstəliklərdə autizm əlamət-
lərinin meydana çıxması autizmin genetik olduğunu düşündürmüşdür. Autizmin genetik əsası
hələ də tam olaraq öyrənilməmişdir. Lakin bəzi ailələrdə birdən çox autist uşağın olması autiz-
min genetik əsasının olması istiqamətindəki fərziyyələri gücləndirmişdir. Belə ki, bir-birlərinə
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1354
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
genetik olaraq eynilə bənzəyən əkizlərin autist olma ehtimalı 70%-dir. Bununla yanaşı autist
uşağı olan ailənin digər uşaqlarının da autist olma ehtimalı 5%-dir.
Autizmə səbəb olan tək bir gen müəyyən olunmamaqla yanaşı, birdən çox genin bu sin-
dromda iştirakı ola biləcəyinə dair bir çox dəlillər vardır. Autizmlə əlaqəsi olduğu təxmin
edilən genlər; on beşinci xromosom, on üçüncü xromosom, altıncı xromosom və yeddinci
xromosom üzərində yerləşir. Buna baxmayaraq araşdırmalar göstərir ki, autizmin meydana
çıxmasında genetik faktor tək başına yetərli deyil.
Autizmi psixoloji səviyyədə açıqlamağa çalışan bir çox nəzəriyyələr mövcuddur. Belə
ki, autizmin meydana çıxdığı ilk dövrlərdə onun sırf psixoloji səbəbdən olduğunu düşünür-
dülər. Bu nəzəriyyələrdən biri “psixodinamik nəzəriyyə”dir. Bu nəzəriyyə Bruno Bettelhemin
adı ilə bağlıdır.
Bir başqa nəzəriyyə, “duyğu nəzəriyyəsi” olaraq adlandırılır. Bu nəzəriyyəyə görə autist
insanlarda başlanğıcdan bir duyğu problemi var. Başqalarının duyğularını anlamaqda, xüsusən
üz mimikalarına və jestlərə baxaraq şərh etməkdə çətinlikləri var. Autizmə psixoloji yanaşma-
lardan biri də “mərkəzi əlaqələndirmə” nəzəriyyəsidir. Bu nəzəriyyə mövcud məlumatların
müəyyən bir mənaya gələcək şəkildə əlaqələndirliməsini ifadə edir. Autist insanlarda bu
mexanizmin pozulduğu düşünülməkdədir.
Bir başqa nəzəriyyə də “danranış nəzəriyyəsi” adlanır. Davranış nəzəriyyəsinə görə
autizm uşağın içində olduğu mühitlə ünsiyyətə girmək yolu ilə öyrəndiyi bəzi atipik və xüsusi
davranışlar bütünüdür. Bu nəzəriyyəyə görə autist uşağın mühitdən müstəqil olaraq bəzi
məlumatları və bacarıqları öyrənməsi qeyri-mümkündür.
Müasir dövrdə autizmin yaranma səbəblərindən ən çox araşdırlan istiqamət nevroloji-
biokimyəvi istiqamətdir. Ümumiyyətlə autizmin beyin quruluşundakı və ya funksiyalarındakı
anormallıqlardan qaynaqlandığı fikri qəbul edilməkdədir. Beynimizin fərqli bölgələri fərqli
funksiyalara malikdir. Nevroloji sahədə aparılan araşdırmalar göstərir ki, autist insanlarda bey-
nin bir çox bölgələrində, xüsusən alın bölgəsində, beyincikdə və beyin yarımkürələrini əlaqə-
ləndirən sinirlərdə funksiya pozuntusu müşahidə olunur. Aparılan nevropatoloji araşdırmalara
görə autizm beynin birdən çox bölgəsi ilə əlaqədar meydana çıxır. Belə ki, 2-14 yaş arası au-
tistlərlə aparılan tədqiqatlar göstərmişdir ki, bu uşaqların beyinlərinin müəyyən bölgələrində,
xüsusən xarici qıcıqların analiz edildiyi yollar və bölgələrdə anormallıqlar müəyyənləşdiril-
mişdir. Bu da autist uşaqlarda müşahidə olunan duyğu problemləri ilə əlaqələndirilmişdir. Ey-
ni zamanda autizmdə limbik sistemin də funksiyasının pozulduğu qeyd olunur. Bunun nəti-
cəsində autist insanlarda sosiallaşma və emosional sahələrdə problemlər olur.
YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİNİN İRSİNDƏ QADINLARA
OLAN MÜNASİBƏTİN ETNOPSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ
Könül HƏSƏNQULİYEVA
ADPU
dadasseliyev@bk.ru
AZƏRBAYCAN
Yusif Vəzir Çəmənzəminli Kiyev Universitetində tələbə ikən qadın məsələsi, qadın prob-
lemi ilə maraqlanmış, bu problem ilə bağlı kitablar, fəlsəfi-psixoloji əsərləri dərindən öyrən-
mişdir.
Cəmiyyətdə qadının roluna, onun ləyaqətinə, şəxsiyyət və qüruruna, tarixən yüksək
qiymət verilmiş bu zərif məxluqun elm, təhsil almasına qayğı ilə yanaşılmışdır. Qadın proble-
mi dünyanın mütərəqqi fikirli adamları, elm xadimlərini, pedaqoq və psixoloqları düşündür-
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1355
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
müşdür, və hal – hazırki dövrdə düşündürür. Hər bir millətin qadınlarının vəziyyəti o, millətin
mədəniyyət dərəcəsinin ölçüsüdür.
XX əsrin əvvəllərinə kimi istər Şərqdə, istərsə də Qərbdə qadına münasibət haqqında
məlumatı böyük ədib və diplomat Y.V.Çəmənzəminlinin əsərlərində ala bilərik. O, bir çox
əsərlərində “Divana Dərdli Züleyxa”, “Yuxu”, “Hərrac” adlı hekayələrin eləcə də “Arvadları-
mızın halı”, “Ana və analıq” və s qadına münasibəti kəskin tənqid edir.
XXI əsr Y.V.Çəmənzəminlinin müasiri olduğu dövrdən qadının ictimai – siyasi, sosial
cəhətdən cəmiyyətdə rolunun artmasına və ümumiyyətlə qadın azadlığı məsələsinə yanaşma-
nın müsbət istiqamətə doğru dəyişməsinə görə fərqlənirlər. Çəmənzəminlinin yaradıcılığının
təhlilində bu nəticəyə gəlmək olar ki, qadın əxlaqı cəhətdən təkmilləşməli, islamiyyətdə və
ümumiyyətlə cəmiyyətdə böyük hörmət bəslənilən analıq adına və mənsubiyyətinə layiq ol-
malıdır. Üzərinə böyük məsuliyyət qoyulmuş qadın – ana öz dəyərini bilməli və bu məsuliy-
yəti dərk etməlidir. Çünki ananın mənəvi cəhətdən yoxsulluğunun cəzasını həm ailədəki öv-
ladlar, həm də cəmiyyət çəkir. Bu isə acınacaqlıdır.
XX əsrin ortalarında elmdə yaranan yeni humanist istiqamətlərdən biri gender sahəsidir.
Cəmiyyətdə qadın və kişinin sosial-mədəni münasibətləri və mövqeyi baxımından bir dünya-
görüşü kimi ilkin insan cəmiyyətinin təşəkkül tapdığı dövrlərdən başlamışdır. Təbii ki, cəmiy-
yət bir-birindən fərqli iki cinsdən ibarətdir. Bu fərqli cinslər arasındakı münasibətlər haqqın-
dakı fikirlər mədəniyyətin və elmin demək olar ki, bütün sahələrinə sirayət etmişdir. Belə
sahələrdən biri də ədəbiyyatımızdır.
Məlum məsələdir ki, mədəniyyət ilk öncə Şərqdə meydana gəlmiş, daha sonra isə
tədricən Qərbdə inteqrasiya etmişdir. Qoca Şərq öz növbəsində dünya tarixinə çoxlu sayda
filosoflar, ədəbiyyatçılar, dövlət xadimləri və mütəfəkkirlər bəxş etmişdir. Hər bir yazıçının,
şairin əsərlərində yaşadığı dövrün aktual problemlərinə rast gəlmək mümkündür.həmin prob-
lemlərdən bəziləri indi də problem olaraq qalmaqdadır. Belə problemlərdən biri də qadına
münasibətdir.
Yusif Vəzir Çəmənzəminli elmi faktlarla sübut edir ki, ailə cəmiyyətin yaşadıcısıdır,
onun qoruyub saxlayan ilk özəkdir. Ailədə təhsil bərqərar olmalıdır. Ər-arvad, uşaqlar bərabər
hüquqa malik olmalıdırlar. Azərbaycan ailələrində diqqət cəlb edən müsbət adət-ənənələr (ailə
ləyaqətini namus və qeyrət, qadın və qızların ismətini, kişi qüruru, mərdlik və dözümlülük,
qarşılıqlı hörmət, böyük-kiçik yerini gözləmək, nəsilə, kökə, qan yaddaşına, torpağa, vətənə
bağlılıq, yüksək əxlaq, əxlaqi məsuliyyət və s. onlarca başqaları) çoxdur, bunlara əməl olun-
malı, ailənin saflığı üçün ailə üzvləri arasında həya, abır gözlənilmli, üzvlər arasında psixoloji
pərdə götürülməməlidir. Övladın yaxşısı ona atasından qalan mirasa deyil, ağlı ilə ölçülür.
Övlad üçün ən yaxşı miras ata-babaların qoyub getdiyi əxlaqi, sosial-psixoloji sərvətlərdir.
Yusif Vəzir Çəmənzəminli əsərlərində əsərlərində etnopsixoloji baxımdan düzgün
qurulmayan ailələrin sonda faciə ilə bitməsi təhlil olunur. Valideynlərin uşaq və yeniyetmələ-
rin, gənclərin faciəli taleyinə diqqəti cəlb edir. “Biz kimik və istəyimiz nədir?”, “Milli-mədəni
işimiz”, “Azərbaycan nağıllarının əhval-ruhiyyəsi”, “Analıq”, “Evdar arvad”, “Arvadlar elmli
gərək olsun”, “Anasız uşaqlar”, “Analı yetimlər”, “Analı uşaqlar”, “Həqiqi ana”, “Müsəlman
arvadlarının sərgüzəştləri”, “Kənddən şəhərə göndərilmiş bir kağız”, “Şaqqulunun xeyir işi”
hekayələrində, “Studentlər”, “Qızlar bulağı”, “Qan içində” adlı romanlarında ictimai-sosial
həyatın bir çox problemləri ilə yanaşı, ailə həyatının etnopsixoloji məsələlərinə də diqqət yetir-
mişdir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1356
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
GƏLƏCƏK İNKİŞAFIN TƏMƏL PRİNSİPLƏRİ
Orxan TAĞIZADƏ
Qafqaz Universiteti
tagizade.orxan@gmail.com
AZƏRBAYCAN
Milyon illər bundan əvvəl dünyaya gələn ilk insandan indi mövcud olan insanadək hər
kəs dünyanın formalaşmasında və onun inkişafına lazım olan biliklərin öyrənilməsində az və
ya çox rol oynamışdır.İnsanın hər zaman yeniliyə meylli olması və daha yaxşı yaşamaq istəyi
dünyamızı odun tapılması,ilk salın hazırlanmasından kompyuterlərin kəşfinə,planşetlərin, hid-
rogenlə çalışan maşınların istehsalına,süni adaların yaradılmasına qədər gətirib çıxarmışdır.
Kürə formasında olan planetdə yaşadığını belə bilməyən insan indi kainatda sayca 9-dan çox
planetin olduğunu iddia edir.Sizcə də bu cür kəskin dəyişiklik bir möcüzə qədər heyrətamiz
deyilmi ?Insanlar çox qısa bir ömür yaşadığı halda bu cür dəyişikliyi necə əldə edə bilmişdir?
Mənim fikrimcə bunun tək bir cavabı var,insanlar heç vaxt heç nəyi sıfırdan başlamayıb.
İlk dünyaya gələndə belə tanrı onlara bu cür gözəl və zəngin dünya bəxş edib.Dünyanın bütün
sahələrində baş verən inkişafını ümumiləşdirib bir pilləkən kimi baxsaq,bir tərəfdə də ortala-
ma 100 illərlə dəyişən nəsilləri və əhali artımını düşünsək,hər nəsil pilləkənin bir pilləsini ya-
radır və onun üzərində gələcək nəsili saxlıyır,öyrəndiklərini öyrədirki digər pilləkəni yaratsın
və eyni zamanda gələcək nəsil də bu zəncirvari prosesi davam etdirə bilsin.”Qısa ömürlər,
böyük dəyişiklik”.Bu mürəkkəb bir prosesin sadə ifadəsidir.Deməkki insanlığın bu cür kəskin
dəyişiklik əldə etməsinin əsas iki amili var:öyrənmək və öyrətmək.Bu iki amil birlikdə bir
mexanizm kimi cəmiyyətdə inkişaf enerjisini yaradır.İki fərqli yüklü maqnitlərin yaratdığı
maqnit sahəsi kimi.
İnsanlıq nə qədər çox öyrənib nə qədər çox öyrətsə inkişaf enerjisi bir o qədər də qüv-
vətli olar.Hal-hazırki dövrümüzdə elm inkişaf etdikcə onu öyrənmək çətin olduğu qədər
asandlaşır.Əgər əvvəlki dövrlərdə 6-7 əsas fənn mövcud idisə indi bu fənnlər müəyyən alt
fənnlərə bölünərək təxminən 8000-i keçib.Lakin əvvəlki dövrlərdə oxumaq üçün vəsaitlər
sayılı rəqəmlərlə ölçülürdüsə indi artıq milyardlarladır və eyni zamanda İnternet adlanan
qlobal şəbəkənin kəşfindən sonra hər hansı bir informasiyanın tapılması üçün sadəcə 2-3
dəqiqə kifayət edir.İmperatorluqlar zamanında hökmdarın bir məktubunu bir neçə aya qonşu
ölkəyə çatdıran bir dövr indi email vasitəsilə sadəcə bir neçə saniyəyə milyonlarla hərflər
sıralamasının ötürülməsi ilə əvəz olunub.Bu gün dünyanın istənilən ölkəsində istənilən şəhə-
rindəki istənilən şəxsi ilə əlaqə saxlamaq və təkcə səsini deyil eyni zamanda onun vizual gö-
rüntüsünü də görmək mümkündür.Bəs bu qədər böyük dəyişiklik varkən niyə bizə bu kəşflər
adi görünür?
Çünki biz,bizdən qabaqkı nəslin yaratdığı pilləkənin üzərində saxladığı və sonrakı pillə-
kəni yaratmağı öyrətdikləri növbəti nəsilik.Biz sıfırdan heç nəyi başlamadıq elə deyilmi?Biz
hər şeyi ilk oddan və ilk salın hazırlanmasından da başlaya bilərdik.Artıq bu texnologiya,bu
dəyişiklik bizim başlanğıc nöqtəmizdir və bizim daxilimizdəki “daha yaxşı,daha rahat yaşa-
maq” istəyi bizi başlanğıc nöqtədən irəliyə aparacaq və bizim son gəldiyimiz nöqtə gələcək
nəslin başlanğıcı olacaq.Deməkki biz daha çox öyrənib öyrətməyə borcluyuq.Gələcəyimizin
fundamentini biz formalaşdırmalı və onları növbəti pilləkəni yaratmağa biz sövq etməliyik,
öyrəndiklərimiz düzlərimizlə istiqamətləndirməliyik.Bəs biz gələcəyimizin fundamentini necə
formalaşdırırq?
Bu gün dünyamızda ordusu olmayan barmaqla sayılı ölkə var və olanlar bu işə milyard-
larla pul xərcləyir. Ötən il dünya üzrə hərbi büdcə ümumilikdə bir katrilyon 747 milyard
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1357
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
dollar təşkil edib ve eyni zamanda digər bir göstəriciyə görə iki dünya müharibəsində ümumi
ölənlərin, aclıq və xəstəliklərdən məhv olanların sayı 3,6 milyard nəfər idi.Ancaq digər
tərəfdən isə dünyada hər 5 uşaqdan 4-ü bu gün məktəbə gedib,təhsil almağa can atır.Təhsil
hələ bu qədər yüksək göstəriciyə nail olmamşdı.Lesota dünyanın ən kasıb ölkələrdən biri olsa
da təhsilə ən çox önəm verən ölkələrdən birinə çevrilib.Digər tərəfdə isə varlı ölkələrdən biri
olan Qatar dünyanın ən yaxşı təhsil ocaqlarına öz qapısını açır. Mədəniyyət, innovasiya,
araşdırma. Bunlar qiymətli və itirilməyən resurslardır.Milyonlarla qeyri-hökümət təşkilatları
insanların həmrəyliyinin ayrı-ayrı ölkələrin özlərinə olan sevgisindən daha güclü olduğunu
təsdiqləmişdir.Misal olaraq Banqladeşi göstərmək olar.Yalnız kasıblara pul verən bankın
yaradılması ilə 13 il ərzində dünyada 105 milyona yaxın insanın həyatını dəyişdi.Antarktika
zəngin resurları malik bir yer olsada o əraziyə heç bir ölkə iddia edə bilmir.49 ölkənin sazişi
ilə bu dünya qoruğunda sadəcə elmi araşdırmalara icazə verilir.Dünya ölkələri dünyada möv-
cud olan suyun 2 faizini müdəfiə edir.Bu az göstərici olsa da 10 il ərzində ən yüksəyidir.Cə-
nubi Koreyada müharibə zamanı meşələr məhv edilmişdi ancaq ölkənin meşələrin bərpası ilə
bağlı hökümətin başlatdığı proqram sayəsində artıq meşələr yenə ölkənin 65 faizini əhatə
edir.Costa Rica hərbi xərclərini dayandırdı artıq orada hərbi ordu mövcud deyil.Bütün resurslar
təbitətin qorunmasına sərf olunur ( ekaturizm və s.).Qabon və s ölkələrdə təbiətə ziyan vurma-
dan hər bir hektara uyğun hesablanmış statistikaya görə müəyyən edilmiş sayda ağacın kəsil-
məsinə icazə verilir.Deməkki dünyanı yenidən əvvəlki gücünə qaytarmaq üçün və gələcəyi-
mizə sağlam fundamentli pilləkəni ötürmək üçün hələ də gec deyil.Bu gün bir sıra ölkələr
gələcəyimizi daha yaxşı etmək üçün çalışırlar.5000 insan günəş enerjisi ilə alınan elektriklə
təmin olunan evlərdə yaşayırlar.Almaniya,Fransa kimi inkişaf etmiş ölkələr də bu proyektdə
iştirak edir.Əgər bütün dünya səfərbər olub silahları,səhv addımları,çirkli pulları bir kənara
qoysa o zaman dünyamızı ilk yarandığından da daha gözəl edə bilərik.Unutmayın itirilənlər
önəmli deyil bizim üçün indi geriyə qalanlar önəmlidir və onları qorumaq bizim borcumuz-
du,çünki o bizə tanrının əmanətidi.
MƏKTƏBƏQƏDƏR UŞAQLARDA ƏQLİ KEYFİYYƏTLƏRİN
FORMALAŞDIRILMASINDA MİLLİ- MƏNƏVİ
DƏYƏRLƏRDƏN İSTİFADƏ İMKANLARI
Günay AĞAMALI
ADPU
raquf_qazax@mail.ru
AZƏRBAYCAN
«Ağıl obyektiv gerçəkliyin inikasının ali forması, insanın ətraf mühitə münasibətinin
dəqiq və məqsədəuyğun surətdə tənzimetmə qabiliyyətidir…» ağıl hadisləri qiymətləndirmək,
müvafiq nəticə çıxarmaq, bilikdən yerində istifadə etmək bacarığıdır. O fitri deyil, ictimai
mühitdə, ailədə, həyatda, təlim işində, daha planlı şəkildə isə tərbiyə prosesində formalaşır.
Şəxsiyyətin ən mühüm keyfiyyət olan ağıl və təfəkkür atalar sözü və məsəllərdə qabarıq
şəkildə öz əksini tapmışdır.
Atalar sözlərində elmə yüksək qiymət verilir. Atalar sözləri ilə tanış olan uşaq bir daha
elmin qüdrətinə, gücünə inanır. Oxumağın qədrini bilir, oxumağı özünə adət edir. Uşaq başa
düşür ki, oxuyan adamların hörməti çox olur. Oxuyan adam çox bilir. Elmli adam sadə və tə-
vazökar olur.
Elm ağlın çırağıdır.
Bilik xəzinədir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1358
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Yazan əl boş qalmaz.
Qələm sultandır, əhli qələmə rütbə verər.
Alim öldü, aləm öldü.
Atalar sözlərində səpələnmiş şəkildə və müxtəlif formada irəli sürülmüş fikirləri tədqiq
edib ümumiləşdirsək, belə məlum olur ki, əməkçi xalq ağılın insanı ucaldan, ona şərəf gətirən
amil olduğunu dərk edir. Ağıl hadisələrə müstəqil yanaşma, məntiqi nəticə çıxarağa imkan
verir.
Atalar sözlərində ağıllılığın bir sıra nişanələri göstərilir ki, bunlardan istifadə edərək
uşaqları bir şəxsiyyət kimi formalaşdırmaq mümkündür. Uşaqlar dərk etməlidirlər ki, bilikli
olmaq özündən böyüklərin sözünə qulaq asmaq, özünü adi vəziyyətdən ali dərəcəyə qaldır-
maq, ən çətin situasiyalardan baş çıxarmaq, məntiqi danışmaq, ehtiyatlı olmaq, hay - küyü az,
mühakiməsi dərin olmaq, dostluğa sədaqətli olmaq, yaxşılıq etmək, səmilik, sadəlik, ağlın ni-
şanələridir. Belə adamlar elin – obanın ən sevimli insanlarıdırlar. Bu yolla da onlarda şəxsiy-
yətə xas olan keyfiyyətləri inkişaf etdirmək mümkündür.
Ağıl ağıldan üstün olar.
Boş sünbül başını dik tutar.
Ağıllı söyünc qəzəb yatırar, ağılsız söyünc qəzəb artırar.
Ağlın mətahı söz xiridarından asılıdır.
Ağıl başda, ləl daşda olar.
Xalqa görə insan gündəlik həyatında ağıla istinad etməlidir. Artıq tamah olmamalıdır.
Nəfsini cilovlamağı bacarmalıdır. Çünki ”Dünyada ağıl hər şeyə qalib gəlir”.
Ağıllı imandan, yalançı böhtandan yapışar.
Ağıllının əli işlər, ağılsızın dili.
İctimai - siyasi məsələlərin həllində də ağıl effektindən istifadə etmək lazımdır.
Ağıllı gəlin həmmər evində yarıyar, həm də qarıyar.
Ağıllı kişidən pis övlad törəməz, o , arvadın pis əməlindən törər” kimi atalar sözlərini
buna misal gətirmək olar.
Azərbaycan xalq atalar sözü və məsəllərinin mövzu dairəsi çox genişdir.Buna insanın
idrak fəaliyyəti, münasibətlər sistemi, yoldaşlıq, dostluq şəxsi keyfiyyətləri – yaxşılıq, mərd-
lik, qəhrəmanlıq kimi keyfiyytlər vəsf olunur. ”Dost yaman gündə tanınar”, “Dost min isə az-
dır, düşmən bir isə çoxdur”, “Dost dosta tən gərək, tən olmasa gen gərək” və başqaları
dediklərimizə aiddir.
Atalar sözü və məsəllər çox zaman məcazi mənada da işlədilir: “qisas qiyamətəcən qal-
maz”, “İlanın ağına da lənət, qarasına da”, “İslanmışın yağışdan nə qorxusu”, “Buynuzsuz qoçun
qisas buynuzlu qoçda qalmaz” kimi ifadələrdə konkret olaraq müəyyən bir fikir verilməsə də
oradan çıxarılan məntiqi nəticə aydın olur.
Bu atalar sözlərində uşaqların əqli tərbiyəsinə, dostluq və yoldaşlığına, ədalətə, düzlüyə
aid dəyərli fikirlər öz əksini tapır. Tərbiyəçilər və valideynlər bu gün də bunlardan faydalana
bilərlər.
Dostları ilə paylaş: |