Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ


- yumşaq, açıq, gəvik pişmiş ət yeməyi



Yüklə 12,74 Mb.
səhifə26/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   22   23   24   25   26   27   28   29   ...   102

- yumşaq, açıq, gəvik pişmiş ət yeməyi: pörtmə. qapusqa. qapatma. qapturma.
- ət xal: tütə. ur. bez.

ətacı kəkirə. qaçurqan. qaçıran. ısız. kötü. bədəxlaq. - kəkrə kolu: acı ətacı kişi.

ətacılıq tərslik. sərtlik.

ətək sarqın. salqın. damənfars. taman. (< təmən. təbən). dib. aşağ. asraka. alt.
- ətəklər tutuşmaq: çox talaşlanmaq. şaşıb nə yapacağın bilməmək.
- ətək ətək: ətək dolusuyla. bol bol.
- ətəkçi: mütəməlliq.
- ətək öpmək: əl öpmək.
- ətək beldə: anıq. hazir. amadə.
- ətək sərpən: əyni toplu olmayan. açıq tökük. pasaqlı.
- ətək silkəmək: əl üzmək. daha qarışmamaq. qırmaq. əl götürmək.
- ətə düşmək: ətəyə sarılmaq: yalvarmaq.
- ətəyinə yapışmaq: sığınmaq.

ətəkləmək 1. ətək öpmək törəni, mərasimi. 2. ətəklə yelləmək. yelləmək. 3. bol bol ətəyə doldurub götürmək.

əti - böş böğür əti: əti: qabırğa əti.

ətiq atıq. əsgi. dirin (< dərin). əsgi. aımıq. qədim.

ətiqlik atımlıq (uzaqlığı göstərir). qədimlik. əsgilik. keçmişdən qalan. - bu şəhəin atımlığı. - atımlığı: qədimlığı. - bu küplərin dəğəri atımlığındadır.

ətlənmək qanlanmaq. gursmaq. gürsəmək. kürsəmək. gurlanmaq. şişmək.

ətli səmiz. səmin. yağlı. şişman. toplu. bəsli. dolu. arıq olmayan. - bu kərə onu toplu gördüm. - gürbüz, ətli cocuq: toxmaq kimi.

ətmək (< ötmək: pişirmək). əkmək. çörək. 1. qazaş. məişət. - əkməyini çıxarmaq. 2. görəv. iş. qulluq. xidmək. - məni əkməkdən edəcəksiniz.
- su ətmək: süc çörək (süc: süci: şərab). "nan o şərab" . (müsəlmanlıqda " süc çörək" (süc: süci: şərab) "nan o şərab" yerinə "su ətmək" deyilir).
- quş ətməyi: xətmi gül çeşiti.
- əkməyi dizində: keçəri qulluq, iş, qazaş.
- yuvarlaq əkmək, ətmək: somi. somun. sumun.
- quru əkmək: yavan əkmək. qatıqsız çörək.
- pənir əkmək: yavan yemək. az qazaş.
- əkməyinə yağ sürmək: istəyindən artığına çatmaq.

ətsiz arıq. quru. - quru kişi. - quru cocuq. - quru öksürük. - quru yemiş. - quru soyuq. - quru hava.

ətsiz arıq.

əv bax > ev.

əvam - ayaq takımı: qara yaxa.

əvciğiz avcıqız. evcığız. evcığaz. evlək. kiçik ev.

əvədəmək ağılmaq. ağnamaq.

əvirmək çevirmək.

əvlək evlək. ivlək. 1. tarla. bölünmüş yer. 2. bölünmüş yerlərin ivi, xətti. kərpici. - əvlək paltar. - əvlək parça. - əkin əkilməmiş əvlək doğru gedməz. 3. dönəm. əni boyu qırx arşınlıq yer. rüb'. 4. avlaq. arx. güh2. su yolu.

əvrək övrək. evə, yapıya bağlı iş, süs.

əvşüq 1. xəstəlik. arizə. 2. evin dirəği.

əvzəmək koğlamaq. köpöyoğluluq edmək.

əyəkü - onun əyəkü artdı: onu qabırqası genəlib: təmbəlləşib.

əyə əbə. hey. mirə. mürə. vərə. bərə. mərə. yansıma sözlər. - əyə demədimmi. - əyə qardaş.

əyiliş əyliş. otruş. yığın. cəlsə

əyirmiq yarmıq. (< yarmaq). yarma.

əyku əğku. zil'. pəhlu.

əyləndirmək əqləndirmək: əkləndirmək. (< ək). 1. geri, qırağ buraxmaq. yubaltmaq. mə'təlləmək. tə'viq edmək. - boşuna məni orda əyləndirdi. 2. avutmaq. sevindirmək. dadlatmaq. kef vermək. həzz vermək. - bu xəbər iyicə əyləndirdi bizi. - uşağı əylədirmək.

əylənilmək əqlənilmək. əklənilmək. çağlanmaq. çağ sürmək. vax keçirmək.

əyləşib əyləşmə. əyləşim. oturub. oturum. oturma. cələsə.

əyləşim əyləşmə. əyləşib. oturub. oturum. oturma. cələsə.

əyləşmə əyləşim. əyləşib. oturub. oturum. oturma. cələsə.

əyliş əyiliş. otruş. yığın. cəlsə

əyp eyp. ip. 1. fikir. zehn. xatir. 2. güvən. e'tibar.

əypləmək ipləmək. eypləmək. 1. xatırlatmaq. yada salmaq. 2. güvənmək. saymaq. önəmləmək. əhmiyət vermək. e'tibar edmək.

əyrəti əğrəti. amanat.

əzbərfars < bərdən. (< bar. var). bax > bər.

əzbərləmək bəlləmək. öğrənmək. yadlamamaq. zehnə tapşırmaq.- dərsi bəllədizmi.

əzdirmək 1. şımartmaq. üz vurub azdırmaq. üz vermək. sırtıtmaq. ərköyül böyütmək. - cocuğu şımartma. 2. yox etdirmək. basdırmq. ölüştürmək. öldürmək.

əzəmətli - əzəmətli təkəbbürlü davranış: quruluş. köküş. tavlanış. tovlanış. götürüş. qılınış.

əzgi yasgi. nəğmə.

əzgil - kiçik əzgil: dönqül.

əzikdirmək ittirmək. yazıqlamaq. zaye' edmək. fovt edmək. tələf edmək.

əzik əzilmiş. basıq. basılmış. pozuq. yaysıq. yazıq. bükük.- əzik kişi: əzilən kişi: işində, duyqusunda, durumunda artığına irəliləmiş. mayılka. mağıl. ölçüsün aşmış kişi. qudurmuş.- çox mağıl adamdı. - mağıl ba, gör görməmişdin.

əzikmək itmək. yazıq olmaq. zaye' olmaq. fovt olmaq. tələf olmaq.

əzilən bulaşıq. bulaşan. lus. - əzilən kişi. əzik kişi. işində, duyqusunda, durumunda artığına irəliləmiş. mayılka. mağıl. ölçüsün aşmış kişi. qudurmuş.- çox mağıl adamdı. - mağıl ba, gör görməmişdin.

əzilib açılmış durum yasılıq. yassılıq. yasıqlıq. yassıqlıq. basıqlıq.- bir taxdananın yasılıqı.

əzilmə - içkəm əzilməsi: qarın qıyıntısı, bayılması. - içimdə bir qıyıntı vardır.

əzilmək qıyınmaq. bayılmaq. keçinmək. gedmək. pamal olmaq. basılmaq. urulmaq. vurulmaq.bərəlnmək. zədələnmək. tozalmaq. döğülmək. basılmaq. məğlub olmaq. şımarmaq. üz tapıb azmaq. üzlənmək. sırtılmaq. ərköyüllənmək. əriklənmək. əzginmək. olmasından tez yetişmək. şitlənmək. yersiz daxılmaq. - şımarmış cocuğ. - urulmuş yemişlər. - ürəyim qıyındı.

əzilmiş əzik. basıq. basılmış. pozuq. - basılıb əzilmiş kimi: yası. yassı. açıq. basıq. müstəvi.

əzinti ürək gedməsi kimi duyulan bayqınlıq.

əziz eşq. səvük. sevik. sevgili. məhbub. aşıq. yaşıq. ışıq. sevinc. uğurlu. saygıdəğər. onuq.

əzizləmək göz üsdə tutmaq. əl üsdə tutmaq: çox saymaq. qutqamaq. qutsamaq. təbrik edmək. mübarək edmək.

əzizlik qutqalıq. qutsaqlıq. müqəddəslik. mübarəklik.

əzqinmək əriklənmək. əzilmək. olmasından tez yetişmək. şitlənmək. yersiz daxılmaq.

əzmə tə'ziz. danlaq. qalay. yerik. tobix. sərzəniş. məzzəmət. - qalay atmaq, basmaq: paylamaq.

əzmək öldürmək. ölüştürmək. yumşatmaq. sərtliyin, qatlığın aparıb yumşatmaq. süründürmək. rəzil edmək. sıymaq. qırmaq. kəsmək. pozmaq. basıb yox edmək. tə'ziz edmək. qalaylamaq. danlamaq. paylamaq. yermək. tobixləmək. təpikləmək. sərzəniş edmək. məzzəmət edmək.
- bu işlərin səni süründürəcək.
- soğanı, göyü öldürmək: balaca qızdırıb qızartıb pöşləmək.
- vurub əzib yumşatıb, yıpratmaq: vursalamaq. ursalamaq.- bu kağazın qıraqları ursalanmış.
- əzib qarışdırma: yoğurma. xəmir tutma.

fala < ufala. bala çıxartmaq üçün kük yatan toyuğun altına qoyulan yumurta.

fanya iri gözlü balığ ağı(toru). (ufaq gözlüsünə "tor " deyilir.).

fart furt qılmaq "sart surt" "zart zurt" kimi səs çıxarmaq.

faytunçu arabaçı. daşqaçı. qoşaç. qoçaç. (< qoşmaq).

fes (börk çeşti) < qəfəs börk: üzəri qəfəs kimi səkrək, aralı, gəvşək toxunmuş börk.

fəğfur < bağpur: baypur. bəypur.

fənər - gəlin fənəri: əlkəkənc deyilən bitgi.

fərax <> paraq. darıxmaz. dar olmayan. açıq.

fəravan barvan. baravan. gür. kür. gur. zor. bol. məbzul. - gür su.

fərsiz soluq. - bulanıq bəniz(surat).

fıqı - sıqı fıqı: sıqı sıqı: bərk sıx, bitişik. arasız. möhlət vermədən. davamlı dolaşıq. - sıqı fıqı qonuşur. - sıqı sıqı döğmək.

fılıq fırıq. < met > qınıf. qılıf. dağarcıq. nərsənin, heyvanın qının, dərisin çəkib, bütün soymaq. böylə soyulmuş heyvan dərisi, tulum, tuluq yasılmağa (yapılmağa) yarar.
- fılıx badam: qarqa dələn: çox yumşaq qabıqlı badam çeşiti.

fındıq - fındıq, fıstıq kimi ağacların dənəsini içinə alan topcık: qozaq.

fındıq bu söz hər nəyin kiçiyini göstərir.
- fındıq sıçanı: sıçanın ən kiçiyi.

fır - fır dolayı: ötə bəri. çəp çevrə. - ormanı fır dolayı dolandıq.

fırıq fılıq. < met > qınıf. qılıf. dağarcıq. nərsənin, heyvanın qının, dərisin çəkib, bütün soymaq. böylə soyulmuş heyvan dərisi, tulum, tuluq yasılmağa (yapılmağa) yarar.
- dərisin fırıq çıxarmaq: tulum çıxarmaq.

fırıldaq batakçı. aldadan.

fırıldaq pırlanqıc. topaç. cocuqların qıbacla (iplə) döndürdükləri, təxdədən olub, soba (məxrut) biçimində, ucunda sivri bir çivisi olan oyuncaq:

fırıldaqçı kələkçi. bağıcı. baxıçı. göz bağcı. qataquli.

fırlaq uğraq. çıxar. - yoluz uğraq olsun.

fırlamaq gurlamaq. gedmək. atılmaq. ölmək. - oda gurladı. - top yoluna gurlamaq: havayı yerə gedmək.

fırlamaq qalqımaq. sıçramq. xoplamaq. şaxa qalxmaq. - at qalxdı. - balıq qalxdı.

fırlamaq uğramaq. çıxmaq. - gözlərim dışarı uğradı.

fırlanar dönər. çönər.

fırlanmaq - aşağı fırlanmaq: yuvarlanmaq.- qablama qazan tınğır mınğır, yuvarlandı, aşağı gurladı.

fırlatmaq qalqıtmaq. sıçratmq. xoplatmaq. şaxa qaldırmaq. təpdirmək. yerindən oynadub atmaq.- topun səsi taxcadaki qabları təpdirdi.
- atın səkrətib qalxıtdı.
- fırlatıb atmaq: huvlamaq. pərtavlamaq.
- yuxarı fırlatmaq: sıçratmaq. zıplatmaq.

fırlayan sıçrayıcı. sıçrayan. oynayıb hoplayan. - sıçrayıcı heyvanlar.

fırtına bora. boran. gurultulu yel. çovğun. yələn. yelən. qatı yel. qasıntı. qasa. savurqac. - martın sonunda olan boran, fırtına: qırlanqıc fırtınası.
- qoç qatımı fırtınası: bu çağda oluşan tufan.

fısıldamaq - ilanın ıslıq çalması, fısıldaması: qızğırmaq.

fıstıq - fındıq, fıstıq kimi ağacların dənəsini içinə alan topcık: qozaq.

fişar sıqış. sıxış. sığış. soxuş. təzyiq. beziq. biziq. bıqıq. bıxıq. təzyiq. sıxlıq.

fişənglik qarğılıq.

fışqa ışqırıq. qışqıraq. fışqıraq. ıslıq. sıqlıq. ıslıq. səsi dil dodaq ilə sıxaraq çalınan iti, incə dar səs. - ıslıq, fışqa çalmaq: sıqlamaq.

fışqalamaq ışqırmaq. qışqırmaq. ıslıqmaq. ıslıq çalmaq.

fışqar suyu sıx sıx pəpələyən qırant.

fışqı sərgin. kübrə.

fışqıraq ışqırıq. qışqıraq. fışqa. ıslıq.

fışqırıq ışqırıq. topraq fışqa.

fışqırmaq qoğalanmaq. qoğuşmaq. qaynaşmaq.

fışlanmış faşlanmaq. açılmaq. - gizlisi fışlanmış, faş olmuş. baqlası çözülmüş: içi açılmış.

fitil - sap sap, fitil fitil etmək. əğirmək. bükmək. - pambığı büküb ip yapmaq.

fıtına - yaz fıtınası: durna keçidi.

foslanmaq boslanmaq. boylanmaq.

ha ! aha !. ahan !. doğru !. gərçək !.

haq həqq. çat. yat. yad. yet. - sizin mənə gücənməyə həqqiz yoxdur. - yada daşı: haq daşı.

haqsız çatsız. yetsiz. yatsız. yadsız.- öz yurdumda çatsız qaldım.

hal tutam. tür. cür. durum.- xəstəlik tutamı: naxoşluq halı. - tutamı yaman. - tutamı əldə tutmaq gərək. - tutamı pozuq. - iyi tutamlı kişi: halı yaxcı. - tutamı qolay: dinc hallı. rahat.

halqa qulp

halqalı qulplı.

halva halva çeşiti: - qurqut: qorqut.halva ki yağ ilə undan yapılır, sucuqsuz (şəkərsiz) olub, dişsiz yaşlılara, cocuqlara yedirilir:- qorqutdan yanan, yoğurdu püflər.
- qamış halvası: bal ağdasından yapılan çeşiti.
- qar halvası: qarla doşab yeməyi.

hamam qaplıca. örtülü qaynarca. basılı ılıca.(üstü açıq hamama ılıca. qaynarca deyilir).

hamam sıcaq. - yarın sıcağa getmişdim.
- hamamın bərk sıcaq olmayan yeri: soğuqluq. - soyuqluqda yuvundum.

hamar sıvat. bərabər. əş hündürlükdə olan.

hambar qambar. yambar. yanbar. ambar > ənbar.

hamı qamu. bütün. dükəli. tükəli. - qamu aləm.

hammısı - evliklə.anası ilə danası ilə.

hamut qamut. quşun boyun həlqəsi.

handa qanda. hanı. qanı.

hanı qanı. handa. qanda.

hanqqı hansı. kay. kaysı. kandak. nəndəy.

hansı kay. kaysı. kandak. hanqqı. nəndəy.

hapursapur aburçubur. 1. qıvırzıvır. 2. saçmasapan. abuqsapuq. həzəyan.

har bağsız. bədsiz. utanmaz.

harın < armaq. 1. arqın. yorqun. zəif. 2. zəbun. 3. xuysuz.

harınlamaq < armaq. yorulmaq. xuysuzluq edmək. doğru yoldan çaşmaq.

harlaşmaq qudurmaq. azmaq.-azmış köpək.

haşarı aşağı. alçaq. əsgik. yaramaz.

haşarılıq sərtlik. əsgik. yaramaz.

hava - badi hava: müft. yuf. məccan.- yufa gedmək. - yufa almaq. - yufdan qazanmaq. - yufuna vermək.

hava 1. asıntı. tə'liq. tə'liq. tə'xir. - iş asıntıda qaldı:sonraya qoyundu. - oyun, təpsi, rəqs havası: quşma. qoşma. qoşuq. quş kimi atılıb düşmə. 2. qalağ. - gəlin qalağ: gəlin havası: bərk durğun, rakit hava.
- soyuq hava: soyuqlar. - soyuqlar gəldi.
- oyun havası: qoşu.
- don havasıdır: havalar don gedir hava dona çəkir.

hava axım.

havadar havalı. yeliz ( yel - iz)

havalanmaq taslamaq. şişinmək. yekəxanalanmaq. bulutlarda gəzmək.- igitlik taslıyan.

havalanmaq uçuşmaq. yönəlmək. - quşlar göydə yönəlirlər.

havalı havadar. yeliz ( yel - iz) yeləc. yələc. yel alan.

havayı 1. aylaq. avanaq. boş gəzən. işsiz. avara. 2. kövəz. kofas. boş. sapaq. - havayi danışmaq: əbəs söyləmək.yabana söyləmək.
- boşuna, havayı gedmək: top yoluna gedmək. topa gedmək. hədər olmaq.

havəngfars həvəng. avəngfars < avanaq. avlanmış. tutulmuş. asılı. asıq. asıqı.

havruz kavruz. qarurə. otraq. oda içində oturulan qab.

havut qavut. dəvəyə vurulan kiçik palan.

hay xorra. hurra.- köpəyin qızları xorra çəkirdilər. - hay küylü: qalaylı. süslü bəzəkli.

hayda hayta. haydut. xaylaz. haylaz. ası. yağı.

haydalamaq hay küy ilə cumdurmaq. sürüb axına keçirtmək. yağmalatmaq.

haydamaq hay küy ilə cummaq. sürüb axın edmək. yağmalamaq.

haydut (< haydamaq). dağ oğrusu. yırtıcı oğru. cəbbar. ağın. axın. zorba.

hayküy hayqırı. urı. qığı qaş. qıqı. qürültü. çığlıq. yayqara. vaveyla. gürültü. urı. qığıkaş. hayqırı. qıqı.

hayqırı gürültü. urı. qığıkaş. hay küy. qıqı. urı. qığı qaş. qıqı.hay küy. qürültü.

hayqırmaq bağırmaq. böğürmək. öqrəmək. büqrəmək.

haylaz xaylaz. hayta. hayda. haydut. ası. yağı.

haylazlıq işsizlik. hırsızlıq. təmbəllik.

haymana başı boş heyvanları haylayub salı verildikləri yer, çayırlıq. - haymana camışı: gəvşək, təmbəl kişi.

hayta hayda. haydut. xaylaz. haylaz. ası. yağı.

hazırlamaq qurmaq. yerləştirmək. tərtibləmək.- ordu qurmaq. - qazan qurmaq. - yığva qurmaq. - duzaq qurmaq.

heç - heç dəgilsə: barı. barılıq. barılkim. heç olmazsa. - heç olmazsa: barı.

heç olmayış. yoxluq. fuqdan. - yoxdan nə çıxar.

henqaməfars < həngəmə. həngirti. şamata. guruldu. qovğa.

herək hərək. hərəkə. herəkə. ağac, kötük dallarının dikə qalması üçün yerə dikilən dayaq çubuq. - hərək tikmək: hərəkə almaq. hərəkə bağlamaq.

herəkə hərək. herək. hərəkə. ağac, kötük dallarının dikə qalması üçün yerə dikilən dayaq çubuq. - hərək tikmək: hərəkə almaq. hərəkə bağlamaq.

heryrətdə qalmaq şaşqınlamaq. şaşırmaq. çaşmaq. yanılmaq.

heybə buxca. yenqə. yetqək. yenqək.

heybət aşa.

heybətli üləşür. ülgən. ülkən. iri. böyük. tanqa.

heykəl bük. burqat.

hey əbə. mirə. mürə. vərə. bərə. mərə. əyə. yansıma sözlər. - hey demədimmi. - hey qardaş.

heyva bax > ayva.

heyva tuç. tuş. beyik alma.

heyvan - ərkək heyvanlara verilən ad: baytar

heyvan - heyvan ağzına yem vermək: tuşurmaq.
- heyvan ayağının topuğu: topaq.
- pis qoxuyan bir heyvan: qoqarca.
- heyvan dırnağı: dırnaq. tuynaq.
- heyvanın dırnağı aşınmağla ( yeyilməklə), ətin daşmasından topallamaq: taşırmaq. daşırmaq.
- quş, pişiklər üçün su qoyulan qab. sulaq: sulaq.
- heyvan burun dəliyi: qalaq.
- yeyəcəklərin quylayan bir para heyvanlar: gömici. - quş, it gömücü heyvandırlar.

həb - həbbəni qubbalamaq: ləpəni dəvələmək.

həcəmət - həcəmət ayqıtı: tüngü. tanqu. kərəniz. buynuzdan olub, kürəyi çırtıb qan alma aracı.

həqqüzzəhmət ayaq təri.

hələ hənuz. daha. - indi sordum, hənuz gəlməmişdi.

həlqə 1. bağ. təsmə. kəskük. 2. toqaq. tuqaq. toqqa. büklüm. tuq. - büklüm büklüm qıvrımılmış ilan.
- kiçik həlqə: qıncurqa. qancuğa. quşların boğazına asılan tuğ. çığıldan.

həm əm.

həmən 1. çabucaq. - həmən durdi ayağa. 2. az qabaq. - siz gələdən həmən yatmışdım. 3. bir düzüyə. arasız. elə o çağ. - həmən söylər. 4. kimi. sanki. bəlkə. - həmən qaldı: çox az qaldı. sanki qalmadı. - həmən yoxdur: yox kimidir. sanki yoxdu. elə bil yoxdu. 5. az qaldı. - həmən düşmüşdüm. 6. yalnız. ancaq. tək. - həmən birbelə param qalmış. - həmən üç odalı evmiz vardır. 7. yeni. ancaq. hənuz.- hənuz bitmiş yapı. - mən hənuz yetişmişdim ora, o gəldi.
- həmən: top kimi. quşqusuz.

həmxuy xuydaş. sınar. bab.

həmicik kəddən şəhərə yeni gəlmiş, bir nə qanmaz kişi. - budaki lap həmcik kişiymiş.

həmişə təvgənə. hər vax. hər zaman.

həmişə yatab. durmadan. dayima.

həmodaq otaşıq. odaşıq.

həmyan kəmyan. yanda götürülə biləcək çanta. kisə. torba.

həngəmə > henqaməfars. həngirti. şamata. guruldu. qovğa.

həngirti henqaməfars. < həngəmə. şamata. guruldu. qovğa.

hənuz hələ. daha. - indi sordum, hənuz gəlməmişdi. 1. yeni. ancaq. həmən. - hənuz bitmiş yapı. - mən hənuz yetişmişdim ora, o gəldi.

həp bütün. bütünlük. yapa. yaba. çap. xap. tam. lap. köb11. tüm. tam. bütün. cümlətən. tüqəli. dükəli. bütün. yəməka. yinə. yenə. bütün. tamamiylə. dahi. həpsi. bütün. top. bütün. top. - topu gəldilər. topunu gördük. - gözəllərin topuna qurban. - topun sən götürdün, bəs bizə nə qaldı.
- topu gəldilər. topunu gördük. - gözəllərin topuna qurban. - topun sən götürdün, bəs bizə nə qaldı.
- həp birlikdə. takımca. takımınca. heyəti ilə. kamilən. həpisi. təmamən. olduğu kimi. məcmuən.

hər - hər kim: dəqmə. hər gələ. rasgələ. raslanan. təsadüfi. - dəqmə kişinin işi değil. - dəğmə gələnə söz demə. - dəğmə ağız üzrə yazılmaz.
- hər vax: ikidə bir: ikidə birdə: bərk sıx.
- hərcür: çula. ayrı başqa. dinqə ayratın. hər rəng.
- hərdən: ara sıra: arada sırada: aralıq aralıq. bə'zən.

hərək herək. hərəkə. herəkə. ağac, kötük dallarının dikə qalması üçün yerə dikilən dayaq çubuq. - hərək tikmək: hərəkə almaq. hərəkə bağlamaq.

hərgələ olur olmaz. ras gələ. hər adam. - olur olmaz kişinin işi dəyir.

hərrac yarlıq. carlıq. carlıyaraq satılan mal.

hərvələ qoşu. qaçu. qaçış. qoşış. ivmə. yüryüş. tələsik. qoğala qaç.

həsəq12 bölmə.

həşəri aşqar. itik. ütük. uçarı. iti. çapqın. yaramaz. rahat durmaz. qırıq. azqın. qudraq. coşqun. taşqın. daşqın. azqın. - daşqın kişi. - uçarı çapqınlardandır. - həşərilik edmək(heyvan): gürimək.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin