Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə45/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   41   42   43   44   45   46   47   48   ...   102

qıssa 1. güdə. qısır. - əlim qısır qaldı: əlim səndən güdə qaldı. 2. qopal. kopal. kupal. küp kimi. tobaç. qunt. biçimsiz. 3. küt. qunt. künt. biçimsiz. qılıfsız.
- şişman, biçimsiz, qıssa olan: tumbadız. - tumbadız kişi.
- qıssa dəğənək: tayancaq. dayancaq.
- qıssa, qalın olaraq biçimsiz: topaç. - topaç kişi. - topaç qıra, xiyar. - topaç yapı. - qısa boylu, tıqnaz, topaç olan: top topuz.
- bərk qıssa: sürəksiz. dəvamsız. bəqasız. çoq sürməz. - gül devri sürəksiz olur.

qıstaşmaq titrəşmək. sılaşmaq. qasnaşmaq.

qıstı (< qısmaq). qısıt qısıt, parça parça gümüş, qızıl, dəmir taxımı olub, qopca, zəncirlə harasa qısdırılıb, sırqav, boyun bağ, köstək kimi işlənir.

qisur qısur. sarqan.

qisvət kisvət. kəsbət (< kəsmək). 1. biçək. pəçək. nərsiyə uyqun kəsilən parça, örtük. 2. bir işə özəl geyim. iş paltarı. - çöpçü, süpürgəçi kisvəti. - çərik kisvəti.

qısyartmaq qusdurmaq. qusyurmaq. quysarmaq. qusyan etdirmək. qaytatmaq.

qış - qara qış: qışın ortası olub, ən soyuq sırası.
- qara qış: qışın ortası. zəmhər. - qara qışda yolçuluq: işlərin ən gücü, zoru.
- yaz qış: həmişə. hər vax.
- qış yapmaq: soğumaq. - azərbaycanda çox qış yapar.
- qış yemək: soyuq çəkmək.
- qış yapar: qışlaq. qışı çox olan yer.
- qış: soyuq olan. - qış durum: soyuq əhval. - qış hava: soyuq hava.
- qış keçirmək: qışı keçirmək. qışlatmaq. - qoyunları harda qışlatacaqsız.
- qış olmaq. qışlamaq. soğuq olmaq.- bu il yaman qışladı.

qişi insan.
- böyük varlı kişi: atabay. atabəy.
- kişiyə ayıbdır bu işlər.
- ərkişi: ərkək.
- xatın kişi: qadın.
- hər kişi: hər kəs.
- topalaq kişi: topalaq. girdə. kəllək. kəllə biçimində olan.
- atalıq qalayı kişiyə yaramaz: atasının ad sanına güvənmək (sevinən) kişiyə yaraşmaz.
- dağ kişisi: dağ ayısı: yabanı adam.
- qatsız kişi: idəsiz adam.
- som kişi: doğru, kamil kişi.
- topaç kişi: qıssa, qalın olaraq biçimsiz.
- inğəs kişikə: yabancı kimi sağına soluna baxan adam.
- inğəs kişikə: yabancı kimi sağına soluna baxan adam.
- kişidən kişi: ər oğlu ər.
- kişisiz. sevgisiz. öksüz. adamsız.

qışıq qışqı. qışnıq. kişnək. qışqırma.

qişiqıl kişiqıl. çələbi. nəciblik. tərbiyəli.

qişilik kişilik. 1. çələbilik. nəcabət. tərbiyə. 2. usturə. ustura. utsara. qaramanlıq. qəhrəmanlıq.

qışqı qışıq. qışnıq. kişnək. qışqırma.

qışqıraq ışqırıq. fışqıraq. fışqa. ıslıq.

qışqırıq iq. hıçqırıq. hıq. ürküş. qorxub qaçış. həyəcan. talaş.

qışqırma qışıq. qışqı. qışnıq. kişnək.

qışqırmaq 1. ürküb, qorub qaçmaq. - quşlar qışqırdılar. 2. həyəcanlanmaq. 3. talaşlanmaq. qorxub ürkmək. 4. ışqırmaq. ıslıqmaq. ıslıq çalmaq. fışqalamaq.

qışqırtmaq 1. ürküdüb, qorxudub qaçırmaq. - qarqaları tarladan qışqırtmalıyıq. 2. həyəcanlandırmaq. talaşlandırmaq. təhyic edmək.

qışlaq - qışı çox olan yer: yapar. qış yapar:

qışlamaq 1. soğuq olmaq. qış olmaq. - bu il yaman qışladı. 2. qış işin, görəvin, çəkimin görmək, yerləmək. - yayda qışlamaq gərək.

qışlatmaq qış keçirmək. qışı keçirmək. - qoyunları harda qışlatacaqsız.

qışlıq qışlaq. qışa özgü, özəl olan. - qışlıq azıq: qış zəxirəsi. - qışlıq ev. - qışlıq hava: soğuq hava.

qışmır mızi. taxılıb incidən. - qışmır kişi.

qışmırlıq mızılıq. - qışmırlıq bəsdi daha.

qişnək kişnək. qışıq. qışqı. qışnıq. qışqırma. kişğinmək, kişnəmək yanısı, yanqısı, səsi.

qışnıq qışıq. qışqı. kişnək. qışqırma.

qişr < qoşur. qoşulmuş, yapışmış nərsə. dəri.

qıt 1. kəsmə işi. biçək. biçin. - qıt dövrü: biçin çağı. 2. qurı. quraq. yabıs. 2. qıqıt > qəht. (# bolluq). 3. qır. kəsi. kəsik. eyb.

qitab kitab. qatlaq. hər nəyin qalxıq qoğzaq qıraqı, yanı.

qıtal qıtqıl. qırqıl. qırqın. vuruşma. savaş. - aralarında qıtqıl üz verdi. - qıtqıl qırqıl: döğüş savaş.

qıtan qıran. 1. kəsən. - qıran ayqıt. 2. qısa kəsən. qurtaran. bitirən. - sıtma qıran. 3. bölən. cizgi. xətt. sekantlatin.
- yol qıran: yol kəsən. soyqunçu.

qıtan qutan. kitən. kütən. gütən. saxlur. gizlədən. söyləməz.

qıtar qırar. kəsər. qate'.

qıtat qudrət. güc.

qitən kitən. kütən. gütən. qıtan. qutan. saxlur. gizlədən. söyləməz.

qitər kitər. kədər. kətər. kətir (< kitmək: qapamaq). 1. qapalı. tutuq. bulanıq. 2. tasa. qussə. qayğı.

qitərlənmək kitərlənmək. kədərlənmək. kətərlənmək. kətirlənmək ( < kitlənmək: qapanmaq). kədər etmək. tasalanmaq. qussələnmək. qayğılanmaq.

qitəş kitəş. təşgilat. sazıman.

qitəşmək kitəşmək. kitləşmək. kitməkləşmək. kilitləşmək. birkişmək. bağlaşmaq. müttəhid olmaq.

qıtıq 1. qırtıq. qırxım. (< qırmaq. qırqmaq). yun, ip, kətən kədir qabuğı qırıntıları ki yastıq kimilərə doldurmağa yarar. - qıtıq doldurmaq. 2. qıtma. tənqid. nəqd.

qıtıl qətil. qırım.

qitim kitim. qıtım. qutum. kütüm. güdüm. gizli. söylənməz nə. sirli. salığ. saxlı.

qıtım kitm. qutum. kütüm. güdüm. gizli. söylənməz nə. sirli. salığ. saxlı.

qitir kitir. kədər. kətər.

qıtırdamaq gəvrək bir səs çıxarmaı.

qıtırdı gəvrək səs. - qıtır qıtır etmə.

qıtır 1. yalan. uydurma söz. - qıtır atmaq. 2. incə, iti, sərtcə , yaxud gəvrək səsi yansıtır. - qıtır qıtır gülmək. - qıtır qıtır çörək yemək. 3. dəğər. ölçü. əndazə.

qıtqı sərzəniş.

qıtqıl qırqıl. 1. qıtal. qırqın. vuruşma. savaş. - aralarında qıtqıl üz verdi. - qıtqıl qırqıl: döğüş savaş. 2. qırıcı. - qırqıl darı, ot.

qıtlaq 1. öldürücü tənqid olunmaq. 2. qırılan, ölünən yer. qətlgah. sallaxxana.

qıtlamaq qıtmaq. 1. tənqid edmək. 2. eyibləmək.

qıtlaşmış qart. yaşlı. qarı. qarıq. keçmiş. geçgin. əsgimiş.

qitlə kitlə. kiltə. dəmət. dəsdə.

qitləmək kitləmək. kitmək. kitməkləmək. neçə nərsəni birbirinə keçirmək. bağlamaq. - barmaqların kitləmiş dururdu.

qitləşmək kitləşmək. kitəşmək. kitməkləşmək. birkişmək. bağlaşmaq. müttəhid olmaq.

qitli kitli. kilitli. bağlı. qapalı.

qıtlıq 1. yoxsulluq. kəsət. kasad. - para kasadı yoxumuzdur. - yemək kasadı. 2. > qıqıtlıq. qırqıtıtlıq. qəhti.

qıtma qıtıq. tənqid. nəqd

qıtmaq qıtlamaq. 1. tənqid edmək. 2. eyibləmək.

qitmək kitləmək. kitməkləmək. neçə nərsəni birbirinə keçirmək. bağlamaq. - barmaqların kitləmiş dururdu.

qitməkləmək kitməkləmək kitmək. kitləmək. neçə nərsəni birbirinə keçirmək. bağlamaq. - barmaqların kitləmiş dururdu.

qitməkləşmək kitməkləşmək. kitəşmək. kitləşmək. kilitləşmək. birkişmək. bağlaşmaq. müttəhid olmaq.

qıtmır qısmır. pinti. xəsis. kəsmük. ağın. axın. qırpın. qırın. çinis. qısmır. kibritçi. qısıs. xəsis.

qitrəmək kitrəmək. titrəmək.

qıtrı qırtı. > qədriərəb. < qırıq. az.

qıtrıl qırılmış. məqtul. qətil.

qıvam tavan. dayqun. duruş. durma. quysunq. çağqın.- ölkə qıvamı qılıncla qələmdəndir.

qıvamlanmaq tavanlanmaq. tabanlanmaq. dayqunmaq. duruşsunmaq. quysunmaq. çaqqınlanmaq.

qıvamlı dayqunlı. tavanlı. tavında olan. quysunqli.

qıvım burum. qopum. - bir qıvım: bir burum. bir qopum.

qıvır - qıvır qıvır: durmadan sarılmağı yansıtır. - qıvır qıvır qıvrılmaq.

qıvırcıq 1. durmuyub qıvrılan, buruşub toplanan. buruşuq. mücə'əd. tudə. tuydə. tüydə. - qıvırcıq kahı. - qıvırcıq saç. - qıvırcıq saqqal. - qıvırcıq qoyun: incə qısa quyruqlu, qıvıcıq yapal (tüklü) qoyun çeşiti. merinüs. 2. qıvraq. fer. mütəcəiid. - qıvraq saç.

qıvırma 1. burma. çevirmə. döndərmə. 2. çevirmə. əğmə.

qıvırmaq 1. əğirmək. bükmək. qırıtmaq. qatlatmaq. - saçını, saqqalını qıvırmaq. - keçəl saç istər, onda qıvrığından. - bunu qırağın qıvırın. 2. başa çıxmaq. bacarmaq. başarmaq. bəcərmək. - bunu qıvırdınsa, eşq olsun. - onuda qıvırarım. 3. təpsəmək. oynamaq. qırcanmaq. nazlanmaq. - qıvıra qıvıra oynamaq. 4. əğmək. çevirmək. 5. qıyı vermək. avrımaq. oğramaq. oğmaq. çarpmaq. 6. dartmaq. büzmək. qıvrışdırmaq. tıncıqdırmaq.

qıvırzıvır aburçubur. hapursapur.

qıvraq qıvrıq. 1. dolanmış sarılmış. qanqal olmuş. - ilan qıs qıvraq olmuşdu. - qıs qıvraq: sıxıq bərk. ip iti. bərk bərkinə. bək bəkinə. kip kipinə. - qıs qıvraq bağlamaq: kipə kip bağlamaq. 2. burşuq. pürtük. burtuk. - qıvraq saç. 3. qırtıq. qırlı. nazlı. - qıvraq qız. 4. iti. dartılı. çəkilmiş. qıyaq. sivir. sever. zirək. qıvırcıq. fer. mütəcəiid. - qıvraq saç. 5. başarlı. bacarlı. bəcərli. çıxarlı. bacmar. çıxmar. 6. burraq. burqaq. bırraq. bırqaq. iti. yeyin. dikiz. tıkız.
- iti qıvraq: çağ durumlu. quşqunlu. qusqunlu. çağlayan.

qivrəmək kivrəmək. kehimək. soyuğundan üşümək.

qıvrıq qıvraq. 1. başarlı. bacarlı. bəcərli. çıxarlı. çıxmar. bacmar. 2. qıp. qıpır. yarıq.- yağış yağıb çəkilib, topraq qıp qıp qaldı. - yaşı ötüb, dərisi qıp kəsildi. - dağlar baş alıb buram buram, qıpır qıpır gedirdi.
- qıvrıq dallı budaqlı: əğrəlti. əğri büğrü. dolaşıq. - əğrəlti bacaqlı qarı: dolaşıq qıçlı. - əğrəlti yollar.

qıvrılmaq 1. əğrilmək. bükülmək. qırtılmaq. qatlanmaq. çəkilib toplanmaq. - iplik, saç, qıl qıvrıldı. - bu kitabın yapraqları qıvrılmış. - qıvrıla qalmaq: gəbərmək. 2. çömbəlmək. çönbəlmək. çörəklənmək. çövrəklənmək. qanğallanmaq. tos toparlaq devşirilmək. - ilan, köpək qıvrılıb yatmış. 3. ölüşgəmək. xumarlanmaq. qığrılmaq. 4. qığrılmaq. ölüşgəmək. xumarlanmaq.

qıvrım 1. sancı. əzab. dərd. 2. əğrim. bükim. büklüm. qırlım. qatım. qatlım. - saçın qıvrımı.
- qıvrım qıvrım, büklüm büklüm bükmək: qatlandırmaq.
-
qıvrım qıvrım: çoq qıvırcıq. - saçı qıvrım qıvrım.
- qıvrım qıvrım qıvrılmaq: sandıdan bükülüb durma.

qıvrıntı (qumaşın qırağında olan tikinti, çevrinti). qıvırma. əğrətin. bükünti. qıyıntı. basdırma. qatlama. - bu yəmşəyin qıvrıntısı qaba düşmüş. - qoşa qıvrıntı: bu tikişin oya (yazı. bəzək) kimi tikilməsi.

qıvrışdırmaq qıvırmaq. dartmaq. büzmək. tıncıqdırmaq.

qıyağan - qıyağan daş: soğan daş: mərmər daşların sürtməkdə, soğanlamada işlənən daş.

qıyaq 1. qıyan. zalim. əsirgəməyən. qəddar. rəhimsiz. əsigəməksiz. qıymazın. - bərk qıyaq kişi. - qıyaq gedmək: iti. - qıyaq davranmaq. 2. iti. ürkək. cəsur. igid. - qıyaq qəhrəman igid. 3. aşırı. bətər. fövqüladə. mubaliğəli. - qıyaq gözəl. qıyaq zəngin. - qıyaq bağadur. 4. qıvraq. sivir. sever. zirək. 5. ə'la. bərk iyi. əntiq. yavuz. foquladə. xariqüladə. 6. hünkür. qudurqan. vəhşi. asav.

qıyaqlıq 1. ə'lalılq. yavuzluq. bərk iyilik. əntiqlik. foquladəlik. xariqüladəlik. 2. qıyanlıq. zalimlik. əsirgəməzlik. qəddarlıq. rəhimsizlik. qıymazınlıq.

qıyan 1. aparan. aparcı. mücri. 2. amil. bais. 3. qıyıcı. qıyıcı. əsirgəməyən. zalim. qəddar. 3. qıyıcı. sərraf. para qıyan. 4. qıyaq. zalim.əsirgəməyən. qəddar. rəhimsiz. əsigəməksiz. qıymazın. - bərk qıyaq kişi. - qıyaq gedmək: iti. - qıyaq davranmaq.

qıyanlıq qıyaqlıq. zalimlik. əsirgəməzlik. qəddarlıq. rəhimsizlik. qıymazınlıq.

qıycıq ğıycıq.qıcıq. ğıcıq.

qıycıqlamaq qıcıqlamaq.

qıyı 1. ağız. uc. qıraq. kənar. - qıyı vermək: qıvırmaq. avrımaq. oğramaq. oğmaq. çarpmaq. 2. yalı. yalqı. yalıq. qırağ. kənar. - yalıya enmək. - yalı boyunca getmək. - yalıya düşmək. 3. qıraq. kənar. uc. nahiyə. 4. qıysı. sahil.
- pusula tapılmadan ön, gəmilər qıyıları izlərdi.
- qıyıda bucaqda: ötədə bəridə.
- qıyı küləyi: qara küləki: kecəyin qurudan dənizə əsən külək.
- qıyıda tapılan nərsələrin baxıcısı, gorucusu: qıyıcı.
- qıyı sıra: dəniz boyu. qıyı boyunca.

qıyıcı 1. qıyıcı. qıyan. əsirgəməyən. zalim. qəddar. 2. qıyıda balıq tutan avçı. 3. qıyıda tapılan nərsələrin baxıcısı, gorucusu. 4. doğrayan. - tütün qıyıcı. 5. sərraf. para qıyan. 6. qıyan. sərraf. para qıyan.
- bucaq qıyıcı: araçı sərraf.

qıyıc qıyıcı. qıyan. əsirgəməyən. zalim. qəddar.

qıyıq qıyma. qiymə. 1. incə incə doğranmış. - qıyıq ət. 2. qırıq. münhərif. 3. irinğ. çirk.

qıyıqlıq qırıqlıq. inhiraf.

qıyım zülüm. - qatmarlı qıyım: müzaəf zülüm.

qıyımlı bir dürlü, bir qılıqlı qırılmış, doğranmış. - incə qıyımlı ət. - qaba qıyımlı ət, göy, tütün.

qıyın 1. çətin. çəlşirimli. 2. tuq. tuqş. tuş. bucaq. burcaq. 3. zülm. - qıyına muzayiqə edməmək, qısırqanmamaq: qıymaq. acınmadan qılınmaq. qıymaq. qədər edmək.

qıyınmaq 1. əzilmək. bayılmaq. keçinmək. gedmək. - ürəyim qıyındı. 2. qırılmaq, qırıqlığa uğramaq. - bütün gövdəm qıyınır. 3. boğzamaq. kinlənmək. nifrət bəsləmək.

qıyıntı 1. qıyılmış nərsə, qıymıq ürünü, məhsulu. - ət qıyıntısı. 2. içkəm əzilməsi. qarın bayılması. - içimdə bir qıyıntı vardır. 3. qırıqlıq. inhiraf. - işlərdə bir qıyıntı duyuram. 4. ağrı. əzab. dərd. 5. sıxıntı. darıxma. üzülmə. 6. zəhmət. 7. müzahimət. 8. (qumaşın qırağında olan tikinti, çevrinti). qıvırma. qıvrıntı. əğrətin. bükünti. basdırma. qatlama. - bu yəmşəyin qıvrıntısı qaba düşmüş. - qoşa qıvrıntı: bu tikişin oya (yazı. bəzək) kimi tikilməsi.

qıyıraq qıyraq. qıyıda olan. yaxın. yağuq. yoğuq. qonşu. qərib. (# qıraq: uzaq).

qıyma qiymə. qıyıq. 1. incə incə doğranmış. qırılmış ət. qıyıq ət. - küftəlik qiymə. lüləlik qiymə.- qiymə taxdası: ət qıydıqları qalın taxda. 2. çərxlənmiş. - qıyma çərxi. 3. qılma. rəva görmə. rəva bulma.

qıymaq 1. incə incə, rizə rizə doğramaq. 2. öldürmək. qəsd edmək. - canıma qıyma. - bu gözələ qıyılarmı. 3. əsirgəməmək. acımıyaraq qoymaq, vermək, edmək. bağışlamaq. bəzl, fəda edmək. - parasın qıyamır. - parasına qıyıb bu kitabı almadı. 4. acınmadan qılınmaq. qədər edmək. qıyına (zülmə) muzayiqə edməmək, qısırqanmamaq. - fələk mənə qıydı. - suçsuz birinə nasıl qıyarım. 5. əqd edmək. qərarlaştırmaq. bağlamaq. əncam çəkmək. - malla çağırıb nikah qıydırdılar. - nikah qıymaq. - qıyamamaq: əsirgəmək. acıyıb fəda edəməmək. - parayı qıyamadı. 6. doğramaq. qırmaq. əsirgəməmək. rəhmisizlik edmək. zülm edmək. 7. qılmaq. rəva görmək.

qıymamaq 1. asrağamaqcığa. asramaqcığa əsigətmək. əsirgəmək. azırqanmaq. diriğ edmək. qısmaq. muzayiqə edmək. - sözi əsirgədi: asradı: ağzın açıb danışmamaq. düşünb daşınıb danışmaq. - parasına əsigəməyən: asramayan: xərcləmək. 2. qısdırmaq. qısmaq. əsirgəmək. diriğ edmək.

qıymazınlıq qıyaqlıq. qıyanlıq. zalimlik. əsirgəməzlik. qəddarlıq. rəhimsizlik.

qiymə qıyma. qıyıq. 1. qırılmış ət. qıyıq ət. incə incə doğranmış. - küftəlik qiymə. lüləlik qiymə. - qiymə taxdası: ət qıydıqları qalın taxda. 2. çərxlənmiş. - qıyma çərxi.

qiymətlənmək alınmaq. dəğər tapmaq. dəğinmək. tutunmaq. bahalanmaq.

qiymətli qala. bahalı.

qiymətsiz 1. dəyərsiz. kəməlsiz. qədirsiz. bahasiz.kəkiz. kənğiz. kəniz. 2. savan.

qiymətsiz kəpəz. kəpəzə. köpək. kövək. salıkasız4. salmaksız4. sıysız. sayqısız. e'tibarsız. mübtəzəl. dəğərsiz.

qiymətsizlətmək kəpəzlətmək. kəpəzələtmək. köpəklətmək. kövəklətmək. salkasızlatmaq. salsızlatmaq. sıysızlatmaq. sayqısızlatmaq. e'tibarsızlatmaq. mübtəzəllətmək. dəğərsizlətmək.

qıymıq qırıq. xırda. baltalanmış taxda, gəmikdə olan kiçik qırcıqlar. - əti iyi yu, qıymıqı qalmasın. kiçik yonqa. - yemkdə qıymıq varıdı, dişimə düşüb qırdı.
- odun qırıqları: qıymıq. iriq otunğka.

qıynaq quş pəncəsi.

qıynaqlı çaqır, qartal pəncə. qaparuzçi.

qıyraq qıyıraq. qıyıda olan. yaxın. yağuq. yoğuq. qonşu. qərib. (# qıraq: uzaq).

qıysı qıyı. sahil.

qiyusk kiyusk. < köçək. köşək. salaş. baraqa. yol üstü qurulan əğrəti tüncıq. - qəzet salaş. - bostan salaş.

qiz giz. 1. sirr. iç. - bu işdə gizil (gizli) yox. - gizsiz iş, söz, duruş, baxış, anlam. - bir gizni, sirri, içi açımaq: sökmək. qoxulatmaq. iylətmək. ifşa edmək. - yarın onun işlərin qoxulatacağam. 2. zəmir olub, "sizinğ" deməkdir. - işinğiz: sizin işiz. - atanğız: sizin ataz.

qız ğız. ğiz. zəmir olub, "sizinğ" deməkdir. - işinğiz: sizin işiz. - atanğız: sizin ataz.
- qız almaq: evlənmək.
- yinçqə qızka. odalıq qız. inçqə qız. kəniz.
- qulluqçu qız: yanaşma qız: bəsləmə.
-
qız xanım: xanım qız: xan qılığı, tərbiyəsi görən gənc qız. madmazel.
- damla qız: çox gözəl, arıq incə qız.
- duzlu qız.
- qız məməsi: şaftalı ( bir çeşit). ağac qavını.
- qız quşka: insan üzərinə düşəcək kimi alçaqtan uçan. tüklərinin rəngi hunduşqaya bənzəyib açılınca rəngtən rəngə girən bir quş.
- qız quşı: ağac qaqanın yaşıl bir çeşiti.
- qız kimi: çox utancaq oğlan, kişi, adam.
- qız kilimi: qız toxumu: elat qızlarının toxuduğu çox gözəl bir kilim, toxunma.
- qız məməsi: şaftalı ( bir çeşit). ağac qavını.
- qız vermək: evləndirmək.

qızaq qayaq. 1. ğırılğac. qar buz üstündə sürülən təkərsiz, alçaq beşik. dənizdə yerləşdirilib, üstündə gəmi düzətməyə yarar böyük taxda. qayığı dənizə yendirilən dəzgah. millər ilə döşənmiş yolda sürülən bir çeşit beşik. 2. qazıq. işkəncə. - nədən böylə qazıq, böylə qızaq. - qopan qazıq: qiyamət uqubəti.

qızaqlıq döşəmə təxdələrin altındaki qılıclama kirişlər.

qızaqmaq gücənmək. darılnaq. tarılmaq. hırslanmaq.- sizin mənə gücənməyə çatız yoxdur.

qızalaq çöl lalası. gəlincik. çayırda bitən qızıl qırmızı çiçək. gəlincik çiçəyi.

qızamuq qızılca. həsbə. - qızamuq çıxarmaq. - qızamuq tutulmaq.

qızan dəli qanlı. qəhrəman. - qarı qızan: hammı. tüm el.

qızarma qızıllıq.

qızarmaq 1. (utancdan, hirsdən, yeyin işləməkdən) qan üzə qaçıb qımızı boya almaq. 2. tutışmaq. - kömür qızardı.
- göz qızarmaq: ağlamaq.

qızarmış - qızarmış olan: qızıl. qızğın.

qızartma bəqəndi. tava kababı.

qızartmaq alazlamaq. alatlamaq. ütmək. ütüləmək. ota tutub qızdırmaq. qızıllatmaq. qızmartmaq. qızıllatmaq. qırmızılatmaq. alğatmaq. - günəş almanı qızartdı.
- göz qızartmaq: utandırmaq.
- kabab qızartmaq: gürpləmək. güriləmək.

qızdırmaq 1. ota tutub qızartmaq. qızıllatmaq. 2. cinlətmək. sataşmaq sonuncu olaraq quşqrtmaq, qışqırtmaq. yügrütmək. acıqlandırmaq. - əğlənmək üçün üçün birin qızdırmaq. 3. azdırmaq. qızışdırmaq. küysitmək. şəhvətə gətirtmək. - qızların çılpaq dolanması, ərkəkləri qızdırar. - qoçları qızdırmaq. 4. issilik vermək. qızışdırmaq. - qırmızı bibər, toyuqları qızdırar: yumurtlamağa gücləndirər. 5. itmək. təşviq etmək. tərğib etmək. - uşaqları oxumağa qızdırın. 6. tarqıtmaq. darğıtmaq. tarlatmaq. darlatmaq. hirsləndirmək.
- artığına qızdırmaq: təpindirmək.

qızğın qızarmış olan. qızıl.
- qızğın tas: keçmişdə qızdırıb başa geydikləri işkəncə atqıtı.

qızğınlığ 1. kövsünmə. azqınlıq. - buğanın, inəyin, ayqırın qızğınlığı. 2. çox qızışma. çox ısınma. 3. alovlanma. odlanma. - danışığın qızğınlığı. 4. darğınma. gücənmə. hirslənmə. - indi çox qızğındı. 5. darqınlıq. gücnük. hirs. qəzəb. 62. alovlanma. iştiğal. - qavqanın qızqınlığı. 7. azqınlıq. köysünmə. küysünmə. yanqığ. - kişinin qızğınlığı. - buğanın qızğınlığı.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin