Qamusi TÜRKİ ŞƏMSƏDDİn sami etimolojiK İŞ aparan həSƏNBƏy hadi 2008 TƏBRİZ



Yüklə 12,74 Mb.
səhifə24/102
tarix25.03.2017
ölçüsü12,74 Mb.
#12336
1   ...   20   21   22   23   24   25   26   27   ...   102

əqşiliq əkşilik ( ş <> s ) əksilik. turşluq. tərslik. sərtlik. pis xuyluq.

əqşimək əkşimək. kəkrəmək. acımaq. əkşiyib qabarmaq. təxmir olmaq. dil burarcak əkşimək.
- əkşiyib qabarmaq: kəkrəmək. acımaq. dil burarcak əkşimək. təxmir olmaq.

əqşimsi əkşimsi. əqşimtıraqə. əkşicə. az əkşi. əkşiyə çalar.

əqşimtıraqə əkşicə. az əkşi. əkşiyə çalar. əkşimsi.

əqşitmək əkşitmək. təxmir edmək. acıtmaq. bayatlatmaq.

əqtələmək əxtələmək. əntəmək. entəmək. iğdişləmək.

əqti əgti. əkit. 1. kəkrə. gəs. acımtıraq. - əkti yemiş. 2. üzü sarxıq, turşa. turş kişi. əkşi üzlü. - əktinin biridir. 3. tərs. acı. - əkti söz.

əqtilik əkitlik. 1. kəkrəs. gəsis. acıqlıq. 2. sarxılıq. turşa. turşluq kişi. əkşik üzlü. 3. tərslik. sərtlik. ətacılıq. - əkti söz.

əqtirmək əğdirmək. bükmək. - üzün əğmə: turşatma.

əqtirmək əğtirmək. yantatmaq. yanqatmaq. meyilləndirmək.

əqu əgu. qabırqa gəmiyi. onqura gəmiyinə arxa yanda bağlanan sümüklər. fəqərə. - əmud fəqəri: bel gəmiyi. əgin.

əqü əgü. əğə, qabırqa gəmiyi.

əl əl. 1. qol. qulp. qılp. sap. bir aracın tutacaq bülümü. dəsdə. - dəqiman əli.- həvəh əli. 2. ələ, avuca sığacaq ölçüm. avuc. tutam. - bir əl buğda. 3. kərə. kərət. sıra. yol. növbət. - bir əl gəldi bitdi. - əl kimdədir. - əl sizə: sizin sıraz. - əl bizə çatanda, əllər qurudu. 4. bir işin yalnız bir dəfəliyi üçün olan nərsə. - bir əl yemək. - bir əl kağız. 5. tum. tom. dəsdə. - bir əl sözlük. bir əl kitab. 6. urma. vurma. zərbə. - əli ağır. - ağır əlli. 7. dəxalət . müdaxilə. - onunda bu işdə əli var. 8. güc. bacarıq. iqtidar. ixtiyar. qudrət. - bu iş mənim əlimdədir. 9. iyəlik. malikiyyət. təsərrüf. - mal kimin əlindədir. 10. yetə. yeti. vasitə. - onun yeti ilə verdim.
10. üzər. ərkə. ixtiyar. yan. üst. - üzərində para olmamaq. - yaraqı üzərindən atmaq. - mənim üzərimə düşdü. - əl bezi: yağlıq. kir silmək üçün parça. peçətə. dəsmal. 11. iş. qılay. əməl. - o yazıçının əli bəllidir. - yumşaq əlli. 12. qolay. fürsət. açıqlıq. - bir əl tapsam: bir fürsət bulsam. - əl vermədi: fürsət vermək. 13. ulam. takım. bölüm. qol. dəsd. - əl əl: bölük bölük: ulam ulam: takım takım. qol qol. dəs dəs. - əl dəğirmanı: yarğucaq. - əl satıcı: küçə satıcı. dəstfiruş. yanaşma.
- əl yumaq: əl çəkmək. qəti irtibat edmək.
- ələ almaq: avıtmaq. ürəyin dilə tutmaq. oyalamaq. mehribanlıq edmək.
- bir əl (takım) geyimə gərəkli nərsələr: geyinti qoşantı. qoşu qoşantı. takı takım. təkmil geyinti.
- əl geyim: orta quşaq. aralıq geyim. bayağı qapsam, geyim. (# qopsam: rəsmi).
- əl qaldırmaq: vurmaq.
- əllərin qaldırmaq: alqışlamaq. dua edmək.
- əlindən gələni edmək: bildiyindən qalmamaq.
- ələ salma: kəsinti. alay. məsxərəlığ. istehza.
- ələ salmaq: istehza edmək. kəsinmək. məsxərə edmək.
- ələbaxan: əliboş. yoxsul. möhtac.
- əliaçıq: əlaçıq. comərd. səxi.
əliboş: 1. ələbaxan. yoxsul. möhtac. 2. işsiz. məəttəl. 3. qarabəx. bədbəxd. kovı. qovuq. kovuq.
- əl işi: yazma. qələmkarlıq. oyma.
- ələ keçirmək: qısdırmaq. tutdurmaq. tutmaq. qapsalamaq. yaxalamaq. dar yerə gətirib tutmaq.
- əl suya yetirmək: gəzinmək. həyətə çıxmaq. su tökməyə gedmək.
- əldə edmək: sağlamaq.
- əldən düşmüş: bunqaq. bükük. qarı. köhnə.
- əldən ayadan gemək: əldən ayadan çıxmaq: özündən çıxmaq.
- əldən vermək: ıçqınmaq. itirmək. - ovu ıçqındın, quşu ıçqınma: ovu əldən verdin, quşuvu əldən vermə.
- ələ gəlir, ələ keçir, tutulaca nərsə dəğil: ipi sapı yox.
- əl açmaq: dilənmək. yolçuluq edmək2.
- əlatında. - əlaltından: gizlicə. özün göstərmədən.
- ələ almaq: qazanmaq. özünə çevirmək.
- ələ avuca sığmaz: çox həşəri. çox qızqın. tutulmaz. alınmaz. - əl ayası: ovucun ortası, düz yeri.
- ələlə vermək: birləşmək.
- əl vurmaq: {1. başlamaq. girişmək. 2. alqışlamaq. çəpikləmək. 3. əl qoymaq. toxunmaq. basmaq}.
- əl uzatmaq: almaq istəmək.
- əli uzun: əluzun: güclü. yetli. qudrətli.
- əl üstündə əl var: foqunun foqu var.
- əl oğuşturmaq: oğucun için iyləmək. əli boş qalıb şaşırmaq, çaşmaq. mə'yus olmaq.
- əl edmək: işarə edmək.
- əl çatar: qərib. ulaq. əlulağı. yaxın. - əl altı: gizlicə. - əl altı: tabe.
- əl daşqası: çəkçək.
- əl əməyi: aqtı. götürülən işdən olan qazanc.
- əl altı: dəstrəs.
- əl atmaq: əlləmək. girişmək. dəxalət edmək. müdaxilə edmək.
- əl ilə itişib şakalaşmaq. əl şakası edmək əlləşmək.
- əl ulağı: yadımçı.
- əldən çıxartmaq: uçurtmaq. qaçırtmaq.
- ələ almaq: qanıtmaq. əğmək. razılatmaq.- kəndivi ək bir az. - əkilmədən iş yerin tutmaz. - nə edirik əkilmir: qanlmır. razı olmur.
- əldə edmək: qazanmaq. mənimsəmək. yiyələnmək.
- əl irmək: əl ərmək. ərişmək. irişmək. nail olmaq.
- ələbaxmaq: yoxsul olmaq. möhtac olmaq.
- əli bayraqlı: əli çabuq: kopoğlu. hüllükbaz.
- əl birliyi: müşarikət. ittifaq.
- əli beldə: əl pəncə. quluqa duran. qlluqa hazir.
- əl pəncə: əli beldə: quluqa duran. qlluqa hazir. - əlibərk: çinis. xəsis.
- əl bağlamaq: qulluqa bel bağlamaq. quluqa durmaq. qlluqa hazır olmaq.
- əl çəkmək: əl üzmək. vaz keçmək. sərfi nəzər edmək.
- əl vermək: qazanlı olmaq. sərfəli olmaq.
- əldən çıxmaq: itirmək. fovt olmaq.
- əldən gəlmək: bacarmaq. başarmaq. baş çıxarmaq. gücündə olmaq.
- əldən gələni, əsirgəmə: bacardığıvı yap, çəkinmə, müzayiqə edmə. bu iş əlimdən gəlmir.
- ələ vermək: təslim edmək. xəbər vermək.
- iki əlim yaxasındadır: qiyatdə yaxasından tutacağam.
- iki əli böğründə: qalmış. bükük. mə'yus. heyran.
- dörd əl: iki kişi ilə çalınan piyano. - dörd əlli: tam gücüilə. tüm çalışaraq. - dörd əlilə bir işə sarılmaq, yapışmaq.
- əl sürmək: əl toxundurmaq. bir işə başlamaq. bir işə qarışmaq.
- əlsuy: dəsdəmaz.
- ələ keçmək: ələ girmək: əldə olunmaq. tutulmaq. - əli kəsilmək: qırağa düşmək.
- əl qaldırmaq: {1. vurmaq istəmək. 2. dua edmək}.
- əldə olmaq: {1. gücündə olmaq. iyəsi olmaq. iqtidarında olmaq. təhtində olmaq. 2. qazanılmış. tabe'. müti'}.
- əldən çıxarmaq {: 1. satmaq. uzaqlamaq. 2. törətmək. tolid edmək. 3. anıq. hazır. mühəyya}.
- əl varmaq: çağ, yaraq, çatı, vaxt, fürsət tapmaq.
- əlim varamadı: {- əlim varsa, billəm neynərəm. bacaramaq. başarmaq. güc bulmaq. qıymaq. cəsarət edmək. - necə əlin vardı}.
- əldən düşmək: bunğalmaq. bunalmaq. halsızlanmaq.
- əldən düşmüş: bunğaq. bunaq. bunalmış. fərtut. - bunaq bir qoca.
- əldən düşüklük: bunğaqlıq. bunaqlıq. bunalmış durum. fərtutluq.
- əldən salmaq: bunatmaq. bunğatmaq. bunalmış. halsızlatmaq.
- əl sürmək: sığamaq. oxşamaq. oğşalamaq. məsh edmək. - arxasın sığa: dalın oğşala.
- ələ avuca sığmamaq: bərk dikəbaş, qaşarı (> haşarı. həşəri) olmaq.
- ələ salmaq
: toqramaq. saqalına soğan doğramaq.
- kiçik, biləyi, əl ursi: sava.
- əl üsdə tutmaq: göz üsdə tutmaq: çox saymaq. əzizləmək.
- əl yolu, ayaq yolu, bulaşıq yolunun, bulanıq suyunu dışarı göndərən genglər, gühlər. qobur. - qobur tıxanmış. - qoburu açmaq.
- əli, qapısı açıq: əkməğinə qoç. səxi.
- əldə bulundurmaq. tutmaq. qapsamaq. qəbzə edmək. - bu ipi tut.
- ələ keçirmək: tutmaq. yaxalamaq. toqif edmək. - bir quş tutdum.
- əlini tutmaq: özün saxlamaq. əl uzatmamaq.

əlacsız düzəlməz. toxdamaz. geçməz. - geçməz xəstəliyə tutulmaq, düşmək.

əlaçıq əliaçıq. comərd. səxi.

əlaqə ələqə. 1. ilişik. münasibət. maraq. 2. eşq.

əlaqəli ələqəli. 1. ilişikli. maraqlı. münasibətli. 2. eşqli.

əlaltı altlıq. yazarkən əlin altına qoyulan qalın kağaz.

əlatı əlaltın. 1. hazır. mühəyya. 2. dəstrəs. - əlaltı nərsələr. 3. gizli. gizlin. astın. yaşın. yaşırın. xəfiyyən.

əlatın əlaltı. 1. hazır. mühəyya. 2. dəstrəs. - əlaltı nərsələr. 3. gizli. gizlin. astın. yaşın. yaşırın. xəfiyyən.

əlcək əllək. əldivən. əldüvan.

əlcəkçi əlləkçi. əldüvançı. əldivənçi.

əlçi elçi.

əldə (sayıda, hesabda cəmdə). zəxirə. mandə. - igirmi doqquzla igirmi biri cəmliyək: doqquzla bir elər: on. sıfırı yazarıq, bir əldə. iki ilə iki elər: dörd, əldə olanla elər: beş.

əldən 1. əlsiz. sırasız. nobətsiz. 2. tələsik. acilən. 3. əldən düşmə. ələ düşmə. düşmə. okazyonlatin. - bu arabanı əldən aldım. 4. hərrac bazarı. 5. dəllalsız, satıcının özündən alınan nərsə.

əldivənçi əldüvançı. əlləkçi. əlcəkçi.

əldivən əlcək.

əldrüq yıTıq ot. yıdıq otka. üzərlik otu. ilrüq. üzərük.

əldüvan əldivən. əllək. əlcək.

əldüvançı əldivənçi. əlləkçi. əlcəkçi.

ələkçi çingənə qarısı: açıq saçıq qadın.

ələk ələcək. - ələkdən keçirmək: ələçək. incədən incəyə aramaq.

ələqə əlaqə. 1. ilişik. münasibət. maraq. 2. eşq. 3. ara. bağ. munasibət.

ələqəli əlaqəli. 1. ilişikli. maraqlı. münasibətli. 2. eşqli.

ələqimsağma göy qurşağı. gün ışığının bulutlu çisli havadan keçib boyalı saçması.

ələməgə cəhrə. dolab. çarx. iplik əğirmək, sarmaq aracı. dayaqlanmış bir oxun çevrəsinə ağıllanmış neçə çubuğu olan doğalaq.

ələmək 1. seçmək. 2. ələkləmək. incədən incəyə aramaq. - incə ələmək: dibinə darı əkmək.
- incə əliyib, sıx toxumaq: çox incələmək. dibinə gedmək. hər nəyə çöb qoymaq.

ələmə 1. ələnmiş. ələkdən keçirilmiş. - ələmə un. 2. seçilmiş. iri xırdası, iyi kötüsü alınmış nərsə. - ələmə kömür. - ələmə yemiş. 3. arıtlama. paksazi.

ələnmiş ələmə. ələkdən keçirilmiş. - ələmə un.

ələnti əğrəti. yerli olmayaraq bir yerdə qalmaq. - əğrəti oturmaq.

əlqən əlkən. ləgən. əl suyu tökməyə yarar qab.

əllək əlcək. əldivən. əldüvan.

əlləkçi əlcəkçi. əldüvançı. əldivənçi.

əlləmək 1. əl toxundurmaq. əl vurmaq. əl atmaq. girişmək. dəxalət edmək. müdaxilə edmək. 2. əl ilə tutmaq. 3. əldə qarışdırmaq. 4. əl ilə yoxlamaq. 5. örsələmək. övsələmək. əvsələmək. 6. əl qarışdırmaq. girişmək. müdaxilə edmək. 7. itmək. qoğmaq. rədd edmək. dəf edmək. 8. işarə edmək. 9. qarışdırmaq. qurdalamaq. qurcalamaq.

əlləmə (əl ilə, bir bir) seçilmiş. seçmə. birər birər ayrılmış. azdırma. qurda. qurca. qarışdırma. təhrik.

əllənmək 1. əl ilə toxunulmaq. əl vurulmaq. 2. əl ilə tutunmaq. 3. əldə qarışdırılmaq. 4. əl ilə yoxlanmaq. 5. örsələnmək. övsələnmək. əvsələnmək. 6. əl qarışdırılmaq. girişinmək. müdaxilə edinmək. 7. itinmək. qoğulmaq. rədd edilmək. dəf edilmək. 8. işarə edinmək.

əlləşmək 1. əl şakası edmək. əl ilə itişib şakalaşmaq. 2. savaşmaq. döqüşmək. 3. çalışmaq. gücün dənəmək.

əlli qollu. qulplu. - əlli qazan. - əlli şamdan.

əllilik əlli yaşında olan.

əlmas - qaşıqçı əlması: adlım bir daş.

əlsiz əlsiz ayaqsız. tölük. bacarıqsız. tələsik. əldən. acilən.
- əlsiz
ayaqsız: əlsiz. tölük. bacarıqsız.

əlsizləmək qonıqmaq. qalmaq. acizləmək.

əlsu əlsuyu. yasar. dəsdəmaz. vizu. - əlsuyu almaq: əlsulanmaq dəsdəmaz almaq. - kiçik əlsu: işəmək. - böyük əlsu

əlsuqan yasqan. abdəstxana. vizuxanə.

əlsuqar yasqar. yasarmağ ibriqi.

əlsulanmaq əlsuyu almaq. əlsu almaq. yasarmaq. dəsdəmaz almaq.

əlsusuz yasarsız. vizusuz. dəsdəmazsız.

əlsuyu əlsu. yasar. dəsdəmaz. vizu. - əlsuyu almaq: əlsulanmaq. yasarmaq. dəsdəmaz almaq. - kiçik əlsu: işəmək. - böyük əlsu

əlti elti. ilti. iki qardaşın bir birinə verən adı. bir qadına görə qaynı arvadı.

əlulağı əlil ( < əl iləşən nərsə). əlçat. dəstrəs.

əluzun əli uzun: güclü. yetli. qudrətli.

əlük - əlük: nə elük. nasıl. nələk. nəlük. necə. nətək.

əlvan (< alvan < alavan). alvan. alacalı. rəhbərəh. ağlı qaralı. qartalka. çal. - alacalı kağız.

əlverir yetərli. yetər. kafi. - əlverir deyil. - yetərincə.

əlveriş əlverişli. 1. yetər. çatar. kafi. 2. asılı. faydalı. 3. yqun. münasib. muvafiq.

əlverişli 1. yetərli. çatarlı. kafi. 2. asılı. faydalı. 3. uyuşuq. münasib. muvafiq.

əlvermək 1. yetmək. çatmaq. kafi olmaq. - iştə birbələ mənə əlverir: ytəir. 2. uymaq. yqun gəlmək. münasib olmaq. muvafiq olmaq. - bu mənim işimə əlverməz. - onun önərisi (təklifi) mənə əlverməz. 3. üz vermək. olmaq. çökmək. icra olmaq. vaqi' olmaq. - üzüntü əlverdi. - ökünüş, peşmançılıq əlverdi.

əm həm.

əmcik - köpək əmciyi: köpək məməsi: qoltuq altında çıxan çiban.

əmcitmək əmitmək. yamtamaq. yamatmaq. öğrətmək.

əmə əmrən. imə. himə. kökə iyə olan kimsə. ərmin. ərgin. çatmış. yetmiş. vurqun.

əməcə iməcə. (1. < əməkcə. 2. < həməcə. qamıca). (məci daha deyilir). el içində iş birliyi. elliklə yardımlaşıb iş görmək. - əməcə günü.

əməkdar əməkli. çalışmış. qarşılığa, mükafata dəğər kiməsnə.

əməkdaş Qıltaş.

əmək 1. çalış. çalışma. sə'y. cəhd. 2. yorqunluq. incin. zəhmət. - əmək çəkmək: incinmək. zəhmət çəkmək. 3. qarşılıq. çalışma qarşılığı. müzd. mükafat. 4. bər. müzd. padaş. - bərli iş, bərsiz iş.
- əl əməyi: aqtı. götürülən işdən olan qazanc.
- çox əmək çəkmək: ağla qaranı seçmək.
- əməyə, zəhmətə gəlmiyən kişi: qaba soğan. lapaçı.

əməkləmək 1. iməkləmək. sürünmək. sürüklənmək. körpə cocuğun yeriməyə çabalaması, dəpənməsi. 2. çabalamaq. çalışmaq.

əməkli incikli. çətin. zəhmətlii. - çox əməkli işdir.

əməksiz əməksizin. 1. incinsiz. zəhmətsiz. - əməksizin işdir. 2. ögey. - əməksizin oğlun. əməksin qızım.
- əməksiz, zəhmətsiz bi nəyə yiyələnmək: daş atıb qolu yorulma.

əməksizin əməksizi. 1. incinsiz. zəhmətsiz. - əməksizin işdir. 2. ögey. - əməksizin oğlun. əməksin qızım.

əmgək zəhmət. ırqat. ırqal. zəhmət.

əmi çəçə.

əmir 1. buyruci. hakim. fərmançı. 2. qırağı. sis. inğir. 3. atabəy. ulqan, uca ustad.

əmişdirmək amuziş vermək. əmzişdirmək. vərdişlətmək. yavaşdırmaq. alışdırmaq. yumşatmaq. öğrətmək. tə'lim edmək. tə'nis edmək.

əmişmək dinə dinə əmmək, sormaq.

əmitmək əmcitmək. yamtamaq. yamatmaq. öğrətmək.

əmlik birlik. himlik.

əmlik ibriq. imlik. ilmik. əmzikli su qabı.

əmmə çiçə. çəçə.

əmrən ərmin. ərgin. əmə. imə. himə. kökə iyə olan kimsə. çatmış. yetmiş. vurqun.

əmritmək qaşımaq. gidiştirmə üzündən qıdıqlamaq.

əmrülmək amrulmaq. sinilmək. çəkilmək. sorulmaq.

əmşən amşan. quzu dərisi.

əmzik məmə başı. məmə başına oxşayan sosqa.

əmzikli 1. süt verən qadın. 2. lüləli qab, ibriq.

əmziqanmaq ımızqanmaq.

əmzişdirmək amuziş vermək. əmişdirmək. vərdişlətmək. yavaşdırmaq. alışdırmaq. yumşatmaq. öğrətmək. tə'lim edmək. tə'nis edmək.

ən bax > ənğ. - əni qoni: ənği qoni: əninə boyuna. çoxdan çox. - oyanndığımda əni qoni gün yayılmışdı. - bu gün əni qonuna soyuqdu.
- əninə
boyuna: əniqoni. ənli dibli. olduğuca. olmasın. gərğincə. - bu gün əniqoni soyuqdu. - əniqoni işləyən.
- ənli dibli: əniqoni. əninə boyuna. olduğuca. olmasın. gərğincə. - bu gün əniqoni soyuqdu. - əniqoni işləyən.

əncir - daban ənciri: yassı, quru əncir.

əndəbən əndəvənd. tarımar. parçalanmış. pozqun. - əndəbənd olmaq: dağılmaq.

əndəkfars < endək. tək. az. az tapılan. kəmik ( > kəm yek).

əndəvənd əndəvənd. tarımar. parçalanmış. pozqun. - əndəbənd olmaq: dağılmaq.

əndişə anğaşa. düşüncə. əfkar. tüşünüş. düşünüş. təfəkkür. mütaliə. - bu gün çox düşüncəliyəm. - sizin bir düşncəniz vardır.

ənduh qayğı. çözək. közək. qussə.

ənəq ənək. əng. əngə. yanağın alt bölümü. üzdə çənə bölümü. - əngə gəmiyi: üst çənə.

əngəbəlik isik. iysik. çuxurlu. çuxurluq. obruq.

əngək yafuq. bınğıldaq. cocuq təpisinin yumşaq yeri.

əngəl dikən. mane'. hayil. otlaqçı. tüfüyli.

əngəlləmək oyalamaq. uğraştırmaq. məşğul etmək.

ənğək baş örtük, börkün uclarının bağları.

ənğqmək imtahan. sınav.

ənğrəşmək canı sıxılmaq. inləmək. mızmızlanmaq.

əniqoni ənli dibli. əninə boyuna. olduğuca. olmasın. gərğincə.- bu gün əniqoni soyuqdu. - əniqoni işləyən.

ənkə qubad. gobud. gopud. quba. qaba. batal.

ənq əng. ənğ. ənək. əngə. ən. 1. genişlik. - əni qoni: əni güni: bayağı. olduqca. çox. - bu gün əni güni qış oldu. - kimi əninə çəkər, kimi boyuna. 2. muvafiq. (# boy: muxalif). - ən boy səslər toplusu. 3. anğ. üzün rəngi. bəniz. - qara ənğli. - buğday ənğli. 4. yanağın alt bölümü. üzdə çənə bölümü. - əngə gəmiyi: üst çənə.

ənqə əngə. ənək. əng. yanağın alt bölümü. üzdə çənə bölümü. - əngə gəmiyi: üst çənə.

ənqəbə enqəbə. atar tutar. yeniş yoxuş

ənqək ənğək. yanağın alt yanı, çənəni örtən yer. - əng ağacı: yavaşa. - sapan əngi: sapan ağacına yanakı keçirilən ağac.

ənqəl əngəl. 1. talqağuq. dalqağuq. çılpaq. sarıqsız. soytar. yaltaq. kasalis. tüfeyli. 2. tolaş. dolaş. mane'. - dolaş olmaq: əngəl olmaq. birinə qatılmaq. quyruq olmaq.

ənqin ənğin. əngin. əngin. engin. 1. ənli. geniş. 2. uqyanus. böyük, sonsuz tənqiz. dənizin, açıq, dərin, uzaq yeri. əninə açılmış yeri. 3. tanrının adlarıdan. əl, ürək açıqlığı sonsuz olan. 4. dəniz açığı. orta. ulu orta.

ənqinləmək ənğinləmək. ənginləmək. ənliləmək. genişləmək.

ənqinlik ənğinlik. ənginlik. ənlilik. genişlik. açıqlıq. tənqizlik. vüsət.

ənqiz ənğiz. anğız. yanğız (< yanmaq: nərsənin qarşıtı). bitgiləri biçəndən son, yerə yapşıq qalan yanqıları, əksiləri, əsgikləri, qırıqları.

ənqlənmək ənlənmək. ənnilənmək. genlənmək. açlanmaq. açıqlamaq.

ənqlətmək ənlətmək.ənnilətmək. genlətmək. açlamaq.

ənqlik ənnilik. genlik. genişlik.

ənqlı rəngli. rəhli. anğlı. üzlü. bənizli.

ənqliz ənğliz. uzun. açıq.

ənqsə ənsə. 1. peysər. - ənsə gəmiyi: onquranın baş sümüyü ki, baş onun üstündə dayanır. başın arxadan alt bölümü. - ənsə çuxuru. 2. arxa. dal. - ənsəsindən ged. - ənsəvə al. - ənsəsinə mindirmək. - ənsəsinə minmək: başına çıxmaq. üstələmək. - ənsəsi qalın: öngər. boynu yoğun.

ənqsiz ənğsiz. ənsiz. dar. gensiz. - ənsiz yol.

ənqül əngül. engül. gəvşək. təmbəl.

Yüklə 12,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin