BİR ROMAN
Günlərin birində «Pillələr» romanının yeni nəşri keçdi əlimə. 1987-ji ildə çap olunmuşdu. Əvvəllər əsərin ixtisar variantını oxumuşdum. Yeni kitabı qoydum Əliyə aid yığdığım materialların arasına, bu məqsədlə ki, «Xatirələr»i yazarkən əlimin altında olsun. Lakin əlim «dinj» durmadı. Kitabı vərəqlədim. Görkəmli nasir Əkrəm Əylislinin kitaba yazdığı səhifəyarımlıq müqəddiməsini oxudum. İlk hissədə Əlinin xasiyyəti olduqja dəqiq görünən bədii dillə o dərəjədə səmimi və oxunaqlı verilmişdi ki, məni aludə etdi, qaytardı keçmiş illərə, gözlərimdə yenidən janlandı Əli. İçimdə dərin bir minnətdarlıq duydum Əkrəmə və onun roman haqqında dediklərinə, doğrusu, diqqət yetirmədim.
Və yenə də günlərin birində «Xatirə»yə başlamaq məqamı gələndə «Pillələr»i vərəqləyərkən həmin müqəddiməni diqqətlə oxudum, xüsusilə bilavasitə roman haqqındakı on altı sətrlik hissəni. Burada ədəbiyyat tarixlərində ara-sıra təsadüf olunan bir məqamla üzləşdim – bəzən ustad və görkəmli sənətkarların bir-birlərini anlamamaları məqamı ilə.
«Biz Əlini şair kimi tanıyırıq və sevirik. Əlinin nəsri isə bizdən ötrü onun şair həyatının bir parçasıdır və məhz buna görə də maraqlıdır».
«Pillələr» müasir nəsrimizin fonunda sənət nöqteyi-nəzərindən bəlkə də bir elə əsaslı əhəmiyyət kəsb eləmir. Anjaq bu əsərində də hər sətrində, hər sözündə gözlərini gen-gen açıb, bu dünyaya uşaq heyranlığı və vurğunluğu ilə tamaşa eləyən Əli Kərimin sadəlövh, saf və sədaqətli ürəyi döyünür…
«Pillələr»də roman boyu Əli Kərim özünün bu titrək misralarını («İki sevgi» şeirindəki – M.A.) sanki «nəsr dilində» oxujuya təzədən nəql edir».
Əlinə fürsət düşən kimi Əkrəm, görünür, çox sevdiyi və hörmət bəslədiyi Əlinin şəxsiyyətinə dair ürəyində yığılıb qalmış xoş sözləri söyləməklə romanın mahiyyətinə varmadan əsər barədə ötəri, mən deyərdim, bəlkə də qeyri-jiddi hökm vermişdir (Və mən istərdim Əkrəm gələjəkdə bir də qayıda «Pillələr»ə).
«Müasir nəsrin fonunda» ifadəsi ilə Əkrəmin hansı yazıçıları nəzərdə tutduğunu bilmirəm. Mən o «fona» İsa Hüseynovu, Sabir Əhmədovu, Əkrəmin özünü və bir sıra başqa nasirləri daxil edərdim. O fonun özülü, əgər təbir jaizsə, hələ əllinji illərdə görkəmli sənətkar İsmayıl Şıxlı tərəfindən qoyulmuşdu. Hərçənd «60-jı illər ədəbiyyatı» barədə çox söz-söhbətlər açılmışdı (Bu ifadə bizə rus ədəbiyyatşünaslığından keçmişdir, bəlkə də mexaniki). Ayıq-sayıq yazıçılar üçün həmin «60-jı illər» artıq 50-ji illərdən başlamışdı. İsanın, Sabirin ilk və diqqəti jəlb edən əsərləri, İ.Şıxlının romanları, həmçinin Əli Kərimin böyük maraq doğurmuş parlaq şeirləri də 50-ji illərdə artıq yazılmışdı. Bu mövzuda çox yazan Anar İttifaqa sədr seçiləndən sonra ədəbiyyatın bütöv olduğunu tez seçdi və fikrində müəyyən dəyişikliklər yarandı. Rusiyanın özündə də «60-jı illər» 50-ji illərdən başlamışdı (Dudinsevin «Tək çörəklə yox» romanı, bir sıra başqa şair və nasirlərin hekayə, poema və şeirləri). Bunu vurğulamaqdan məqsəd odur ki, şəxsi yaradıjılıq nailiyyətlərinə deyil, «60-jı illər»ə mənsub olması ilə lovğalanan yazıçılar da var. Onlar zaman kateqoriyasının əsl mahiyyətini unudurlar. Onlar 30-ju, 40-jı illərdə fəaliyyətdə bulunsaydılar nejə olardı? Və yaxud həmin illərə düşmüş yazıçılara 60-jı illərdə yaratmaq imkanı olsa nə baş verərdi. Təbii ki, potensial yaradıjılıq imkanları hələ tamam tükənməmiş sənətkarlar təzə və jəsarətli söz deyə bilərdilər – görkəmli sənətkar Rəsul Rza kimi. Zəmanə dəyişmişdi, 60-jı illərdə yazmaq üçün artıq xeyli sərbəstlik vardı, az-çox söz deyə bilənlər də buna borjlu idilər. Ona görə də əsərlərini həmin 60-jı illərdə yazan sənətkarlar öz xüsusi istedadlarından çox dəyişməkdə olan zamana borjlu idilər. Deyəsən mətləbdən bir qədər aralandıq, bəlkə də belə olmalı imiş.
Adlarını çəkdiyimiz nasirlərdə kənd, rayon ovqatı güjlüdür, gördüklərini, müşahidə etdiklərini, yaxından duyduqlarını, yaxşı bələd olduqlarını imkan daxilində jəsarətlə qələmə alır, zamanın sosial-siyasi tələbləri fonunda ümumiləşdirirdilər. Hərəsinin öz yazı manerası, özünəməxsus üslubu, deyim tərzi olan bu sənətkarların seçilən qüvvətli fərdi xüsusiyyətləri də vardı. Mövzu seçmək, mövzuya münasibət baxımındansa bunların yaradıjılığında oxşar tərəflər də nəzərə çarpırdı. Və məhz bu oxşar jəhətlər onları fon kimi bir yerə toplamağa imkan verirdi.
Çox təbii ki, Əli Kərimin nəsri onlarınkından kəskin şəkildə fərqlənməli idi. Əli o illərdə artıq yetkin, özünü əsl mənada təsdiq etdirmiş şair idi. Və onun nəsri hökmən lirik-epik təfəkkür məhsulu olajaqdı – bəli Əlinin nəsrində poema canrına meyl, yaxınlıq vardı (Bu jəhət sonralar özünü «Mavi nəğmənin sahilində» də göstərəjəkdi).
Əlinin nəsri də şeiri kimi bənzərsizdir (XXI əsrin ədəbiyyatşünasları həmin nəsrin təhlilində hələ çox baş sındırajaqlar). Bu nəsrin bir yönü Nərimanovdan baş alıb Seyid Hüseynin, J.Jabbarlının yaradıjılığından keçib gələn damarla xəfifjə bağlıdır. Yalnız xəfifjə!
Əlinin bədii nəsr dili folklor, xalq danışıq dili, nağıl dili ilə o qədər də köklənməmişdir. Bu nəsrdə dildə çox işlənən frazalar azdır. Əlinin bədii nəsr dili yüksək poetik, eyni zamanda, Azərbayjanda o dövrdə artıq tam formalaşmış, müəyyən qədər kitaba, elmə çulğalanmış ziyalı dilinə, ziyalı deyiminə daha çox yaxın görünür.
Əkrəm Əlinin romanının baş mövzusunu, ana mövzusunu dürüst müəyyənləşdirib – məhəbbət! Bu, çox zəruri idi. Çünki mövzunu düzgün aydınlaşdırmadan sənətkarın nə demək istədiyini müəyyənləşdirmək olmaz. Lakin Əkrəm Əlinin «İki sevgi» şeirindən bu aşağıdakı «Gözəl qız, sən saf susan, iki qəlb arzususan. Mənsə səni sevirəm susuzluğun od vurub köz kimi yandırdığı dodaq su sevən kimi. O isə səni sevir rahatja bardaş qurub «kabab üstdən sərin su pis olmaz» deyən kimi sətrlərini» gətirib «Pillələr»də bütün roman boyu Əli Kərim özünün bu titrək misralarını sanki «nəsr dilində» oxujuya təzədən nəql edir» deyəndə ölçü hissini itirmiş olur. Əli bu romanda jəmiyyətdəki ən kəskin məsələləri qabardıb, üzə çıxarıb kəskinləşdirir, məhəbbət mövzusunu daha da dərindən işləyib ülvi yüksəkliklərə qaldırır. Sovet dövrü ədəbiyyatında «sənaye», «kənd təsərrüfatı» mövzularında yazılmış əsərlərə nisbətən «oxunaqlılıq» xatirinə sısqa xətlə əsərə daxil edilən, torna dəzgahlarına, traktor tırtıllarına toxunub çiliklənən, «qabaqjıllığa», «plana» tabe tutulan «məhəbbət mövzusunu» sərbəst bir aləmə, daha doğrusu, məhəbbətin özünə layiq geniş bir fəzaya çıxarır. Digər tərəfdən, o bu mövzunu «ay el qızı ölərəm səndən ötrü», yaxud «ay el oğlu, yanerəm səndən ötrü» səviyyəsizliyindən yüksək intellektual səviyyəyə, fəlsəfi məqama yüksəldir, onu müasir, inkişaf etmiş, dünya mədəniyyətinə bələd gənjliyin dili ilə ifadə olunan yeni mərhələyə qaldırır – o zaman ədəbiyyatımıza hava, su kimi lazım olan bir mərhələyə. Məhəbbətin aliliyini təmin etmək üçün o məhəbbətin dili ilə danışmağı bajaran, o məhəbbətə layiq obrazlar yaratmaq ən zəruri şərtlərdən idi. Bu obrazların prototiplərini həyatda aramaq, tapmaq, sonra onları salyerilər arasında təlatüm yaradan, çaxnaşma salan bir səviyyədə yenidən həyata qaytarmaq lazım idi. Əli bu obrazlardan birini kənd kitabxanasında tapmışdı, daha doğrusu, kəşf etmişdi. Kiçik kitabxanada işləsə də, gözü doyunja (daha doğrusu, doymayınja) dünya mədəniyyətinə, ədəbiyyatına, hətta fəlsəfəsinə aid əli çatan bütün kitabları mütaliə edib zənginləşən, həm də özünü «kitab adamı» olmaqdan saxlaya bilən, müasir həyat adamı kimi yetişən, bir qədər sadəlövh görünən (təkjə görünən), lakin saf, mətin və dözümlü olan bir gənj, Əlinin seçib diqqət mərkəzinə aldığı, «Pillələr» romanının əsas qəhrəmanı Azər!
Kitablar, kitablara məhəbbət və aludəlik təkjə donkixotlar yetişdirmir. Kitablar dünyasına məftuniyyət nizamilərin, puşkinlərin ən ulu məqamlara ujalmasının rəhni olub – Allah vergiləri ilə bir sırada həmin illərdə kitab və çörək hər şeydən ujuz idi. Biri mənəvi zənginləşmənin rəhni idi, digəri ajından ölməməyin. O dövrlərdə klassiklərin əsərlərinə abunə yazılmaq üçün günlərlə, hətta gejələrlə kitab mağazalarının qarşısında növbələrə dayanan həvəskarlar olurdu. Onları da üç qismə bölmək mümkün idi. Bunların bir qismi kitaba valyuta kimi baxırdı, onlar həmin jildlərin başqa ölkələrdə nejə baha olduğunu bilir, bəlkə gələjəkdə həmin qiymətlərin buraya da gələjəyini duyurdular. Digər qism həvəskarlar kitablara əla bəzək kimi baxırdılar, bunları gözəl şkaflara düzməklə qonaqlarının qarşısında öz mənəvi yoxsulluqlarını ört-basdır edirdilər. Əsas və hörmətə layiq qism isə kitabları ajgözlüklə mütaliə edənlər, özləri kimilərlə kitab mübadiləsinə girişənlər idi. Azər üçünjü qismə aid idi, lakin onun növbəyə durub abunə yazılmaq imkanları belə yox idi. Azər yoxsuldur, ailədə xəstə atasından və özündən başqa kimsə yoxdur. Kitab istəyini rəf etmək üçün Allah özü ona kitabxana vermişdir. Öz qüvvəsinə ali məktəbin filologiya fakültəsinin qiyabi bölməsinə daxil olan Azər daha geniş aləmə çıxmaq üçün əyani şöbəyə keçmək istəyir. Onun bir insan kimi mənəvi dünyasının açılmasında isə əsas vasitə rolunu ilk məhəbbəti ilə bağlı hadisə oynayır.
«Azər işlədiyi kitabxanada idi. Açıq kitablardan birini qolunun altına qoymuşdu, birini də oxuyurdu. Birdən … qız içəri girib «salam» dedi. Azər salamı qızdan çox oxuduğu kitaba verdi.
- Kitab var?
- Var.
- Zəhmət olmasa…
Azər başını qaldırdı:
- Bağışlayın. Salam.
- Bir də salam. Mənə maraqlı bir roman lazımdır.
Qızın baxışları Azərin üz-gözündə gəzdi, oxşadı, yandırdı.
Azər qarşısındakı kitaba baxdı. İndi anjaq alnının xoşallanıb istiləndiyindən bilirdi ki, qızın gözü ondadır…
Birdən üz-gözü soyudu: qızın baxışları ondan çəkilib kitab qəfəslərinə zillənmişdi».
Əli yaranmaqda olan münasibətin ən gözə görünməz, ən injə, ən həssas nöqtələrini izləyib sözə çevirir. Xalq danışıq dilində «üzərimdə nəzər duydum» ifadəsi var. Bəzən həqiqətən də insan kiminsə arxadan ona baxdığını duyur. Əli isə təkjə duymaqla kifayətlənmir, görür və göstərə bilir. Onun bir epiqrammasında belə ifadə də var: «Görüm öldürsün səni paxıllıq biotoku». Əli həqiqətən də insanlar arasında gözəgörünməz münasibət vasitələrinin olduğuna inanırdı. Yaradıjılığının baş mövzusu məhəbbət olan ölməz Füzuli də sevgililər arasında kənar adamların görüb duya bilmədikləri vasitələr olduğunu bilirdi. Bir zamanlar Gənjədə Füzulinin hədsiz pərəstişkarı olan Salman müəllim vardı (müğənni Mobil Əhmədovun atası), Füzulinin farsja divanını da oxuya və şərh edə bilən (bəlkə ərəbjə divanını da). Rastlaşanda hökmən ulu şairdən söhbət salar, təzə kəşfləri ilə tanış edərdi məni. Bir dəfə olduqja maraqlı bir beytin tərjümə və şərhini verdi. «Sevgilim, hər yetənin üzünə gülmə. Gülüş dodaqlardan zərrələrin (atomların) axınıdır. Çox gülərsən, həmin gülüş zərrələri tükənər və mənə qalmaz». İlahi bu beyt bu günə nə qədər yaxın idi! (Həmin beyti mən sonralar Əliyə ithaf etdiyim «Yadındamı?» pyesinə daxil etdim).
Qan qrupları sanki eyni imiş kimi Azərlə qız ruhi və əqli jəhətdən bir-birinə çox tez qovuşurlar. Azərin qədim bir filosofun əsərini mütaliə etməsi də qızı çox maraqlandırır. Azər qızın istəyi müqabilində ona «Faust»u təklif edir, qızsa həmin əsərin darıxdırıjı olduğunu söyləyir, söhbətləri bu səviyyədə alınır, Azər ağıl dünyasından hiss aləminə daxil olur. Qızı isə görünür, rayonda yaşayan oğlanın maraq dairəsi çox jəlb edir, hətta onun adı da Azərbayjan sözünün bir hissəsi olduğu üçün çox xoşuna gəlir. Azər, görünür öz hisslərini təhlilə başlayır, varlığında baş verən təlatümün sirlərini anlamaq istəyir və birdən xatırlayır ki, «qızı institutda görmüşdür, qız xoşuna gəlmişdir». Lakin heç ağlına da gətirməmişdir ki, qızla tanış ola bilər. Qız sadədir, açıqdır. Azərin qiyabi şöbədən əyaniyə keçərək onunla bir kursda oxuyajağını bildikdə sevinjini gizlətmir. Azər vaxtilə görüb bəyəndiyi, bəlkə xəyalında da dolandırdığı qıza rast gəlib və indi uzun aylar ərzində toplaşan hisslər düyünçəsi partlayıb aləmi əlvan işıqlara qərq edib. Bir xoşbəxtlik də baş verib: saf qəlbli sevənlər üçün ən çətin məqam ilk tanışlıq problemidir. Əhməd Jəmilin belə bir ifadəsi var: «Mən üzsüz, yar utanjaq…» Bəlkə də minlərlə ürəyi sevgi ilə dolu olanlar bu həddi keçə bilmədiklərindən istəklərinə də qovuşa bilməyiblər. Bəlkə Zərifin kitab oxumaq həvəsi olmasa onların da talelərinin istiqamətləri müxtəlif ola bilərdi. İndi isə Azər üçün böyük nemət hesab oluna bilən bu tanışlıq çox təbii yolla baş vermişdi. Azər fitrən utanjaqdır (Gündə on gözəl qıza kompliment deyən sırtıq oğlanlar da var). Bu günkü görüşdən, ilk söhbətdən doğan xoş duyğular Azərin Zərifi ilk dəfə görüb ürəyində jüjərtdiyi duyğuların birdən-birə boy verməsinə səbəb olur. Elə gətirir ki, Azər kitabxanadan qızla birgə çıxır, yaşadığı məkan haqqında ona məlumat verir, onun özünə elə gəlir ki, bəlkə min dəfələrlə gəzdiyi yerlər dəyişib, başqalaşıb, qeyri-adiləşib, daha da gözəlləşib. Çünki indi Zərif onunla yanaşı addımlayır. Zərif şaqqıldayıb güləndə Azərə elə gəlir ki, dağ da, daş da, ay da, gejə də, sükut da onun gülüşləri ilə gülür, qıza baxanda onun kirpiklərindən gözlərinin altına tikan-tikan düşmüş kölgələri də seçə bilir. Evə tez çatmaq üçün… onlar yıxıla-dura yüyürür, qız Azəri ötüb yanıq verir, Azər isə onun xətrinə dəymək istəmirdi. Aşağıda dumana qərq olmuş dərədəki kəndin işıqları ulduzlar kimi göründüyündən Azərə elə gəlirdi ki, göydə buludların üstündədirlər. Dünyanın üzərilə yüyürdükjə ayaq səsləri hər tərəfdə eşidilir, ölkələr, şəhərlər yerdən boylanıb onlara baxırlar. İnsanı ərş-əlaya yüksəldən məhəbbət!
Ertəsi gün Azər qızı kitabxanada çox gözləyir, osa gəlib çıxmır. Məlum olur ki, səhərə yaxın Zərif xəstələnib, təjili Bakıya aparıblar. Təbii ki, bu xəbər Azərə ağır təsir bağışlayır. Lakin ümidi də qırılmır. Əvvəllər onu Bakıya çağıran, dartıb aparan ağıl idi, kitaba, elmə güjlü həvəs idi. İndi ağılla birgə güjlü və saf məhəbbət hissləridir. Bunların hansının üstün olduğunu Azər özü də seçə bilmir. Əli bunu, yəni Azərin hissləri ilə fikirlərinin çuğlaşdığı məqamları da özünə məxsus bir ustalıqla qələmə alır. Azər əlində qulpu teldən olan rəngi getmiş çamadan küçələrdən keçərkən ona elə gəlir ki, gördüyü bütün insanlar Zərifi tanıyırlar. «Zərif bütün pənjərələrdən Azərə heyran-heyran göz qoyur, küsgün-küsgün gülümsəyir. O, Zərifin ilıq xoşallandırıjı baxışları altında yeriyirdi. O tələsirdi».
Bu məqamda onu qəribə bir duyğu çulğalayır, ona elə gəlir ki, eyni vaxtda «həm instituta, həm də Zərifgilə tələsir». Belə çıxır ki, «Zərifgil institutda yaşayır».
Beləliklə, Azərin taleyi ilə bağlı iki əsas mətləblərdən birinin təməli Zərif kimi saf, hər hansı məkrli fikirdən uzaq, sağlam baxışlı, bir qədər də açıq-saçıq nikbin qızla bağlı ilk məhəbbətinin təməli, başlanğıjı çox sağlam əsaslar üzərində qurulur. Əyani təhsillə, daha çox, daha dərindən öyrənməklə bağlı arzuları isə çox maneələrə rast gəlir. Bu da Zəriflə, daha doğrusu Zərifgillə, ən dəqiqi isə Zərifin atası ilə bağlıdır. Və onun «belə çıxır ki, Zərifgil institutda yaşayır» intuisiyası düzgündür. Hətta ona elə gəlir ki, «həm yataqxanada otaq almaq üçün dekanın, həm də Zərifin yanına tələsir. Belə çıxır ki, Zərif dekanın yanındadır». Əslində Zərif dekan Osmanlının doğma qardaşının ögey qızıdır, atalığı jəbhədə həlak olduğundan əmiliyinin təhd-himayəsində yaşayır və taleyindən bixəbər olduğu üçün onu özünə doğma bilir. Osmanlı və arvadı Zərifi elə qayğı ilə əhatə etmişlər ki, qız zərrə qədər də ögeylik hiss etməmişdir. Əksinə, o, hətta bir qədər də şıltaq görünür, evdə heç kəs onun istəklərinə qarşı çıxmır. Azərin isə bundan qəti xəbəri yoxdur. İki istəyin onun qəlbində qovuşmasından xoşallanan Azər xeyir və şərin eyni vaxtda onun taleyinə daxil olmasından hələ xəbərsizdir. Dekanlığa addımlayarkən xəyalən xeyirə, gerçəklikdə isə şərə doğru getdiyini bilmir. Onun Osmanlı ilə ilk görüşünü bütöv verməklə öndə bir sıra təfərrüatların təsvirindən xilas ola bilərik.
«Dekanın katibəsi harasa çıxmışdı. Azər birbaş dekanın yanına girdi.
Haçandan-haçana dekan Osmanlı qövs şəklində burulmuş üç-dörd tükü olan başını qaldırdı.
- Otaq?
Azər dekanın bunu haradan öyrəndiyinə təəjjüb etdi. O bilmirdi ki, Osmanlı dekanlığındakı (fakültəsindəki) bütün adamları adbaad tanıyır, instituta təzə qəbul olunanların da hansının otağı olmadığı da onun yadındadır.
Azər gülümsündü:
- Düzdür.
Dekan barmaqlarını piano çalırmış kimi stolun üstünə vura-vura gülümsündü:
- Otağımız nejə deyərlər… Başa düşməlisiniz.
- Mənə nejə olsa təfavütü yoxdur.
Dekan yenə gülümsündü:
- Yəni zorla…
- Yox, deyirəm ki, lap pis otaq da olsa zərər yoxdur.
- Yox, mənim qardaşım.
- Axı mən yurdsuz-yuvasızam.
- Bəli…
- Siz mənə mürajiət etsəydiniz…
- Təəssüf ki, əksinədir, yoldaş Azər.
- İndi bəs nə edim?
- İstehsalata!
- Axı mən… olmuşam.
- Yenə!
- Onda…
Dekan əlini qapıya sarı uzatdı. Azər çəkməsinin açılmış bağını sürüyə-sürüyə otaqdan çıxdı»…
Əvvəla sonunju təsvirin nəsr üçün əla əyaniləşdiriji detal olduğunu xüsusi qeyd etdikdən sonra tələbə-dekan dialoqunun mahiyyətini açmağa jəhd edək. Əlinin təsvir etdiyi ali məktəb 40-jı illərin sonları, 50-ji illərin əvvəllərinə aid təhsil ojağıdır. KQB güdükçülərini istisna etsək, oraların mənəvi havası xeyli sağlam idi (güdükçülərsə, onsuz da hər yerdə vardı). Tələbələr, hətta müəllimlərdə romantika hələ soyumamış, nə isə yaxşı bir gələjəyə inam hissi hələ də bir çoxlarında yaşamaqda idi. Rüşvət adlı janavar hələ ali məktəblərə soxulub mənəviyyatları amansız surətdə didib parçalamamışdı. Mən Əlinin təsvir etdiyi fakültəyə aid nümunələr gətirməklə kifayətlənəjəyəm. O dövrdəki ali məktəb Məmmədjəfər Jəfərovların, Jəfər Xəndanların, Mirjəlalların, Mikayıl Rəfililərin, Əli Sultanlıların adları ilə bağlı idi. Bu alimlərə yeni nəsil yetişdirmək ali və müqəddəs iş idi. O dövrün ali məktəblərinin vəzifəli işçiləri təsərrüfatla bağlı işlərdən olsa-olsa nə isə bir şey umar, nə isə bir şey çıxardardılar. O ali məktəblərdə elm alveri, təhsil alveri nəzərə çarpmırdı. Adlarını çəkdiyim alim-müəllimlərin dizlərindən aşağıda duran bəziləri haradasa, nəyi isə əl-qap edə bilərdilər. Onun da forması açıq rüşvətə oxşamırdı. Xahiş! «Sən məndən xahiş elə, yeri gələndə mən də səndən xahiş edərəm. Borjlu borjlunun sağlığını istər». Belələrinin nümunəsində sanki yaraşıqlı, gözəl bir xalçaya güvə düşmüşdü artıq.
Tələbə-dekan dialoqunda Osmanlı müəllimə deyil, alimə deyil, xalis daş ürəkli, süründürməçi, hər kiçik əməli üçün xeyir güdən məmura daha çox oxşayır. Adətən ali məktəblərdə qiyabi şöbədən əyaniyə yüksək göstərijiləri olan tələbələri köçürürlər. Bu da nadir hallarda olur. Şübhəsiz ki, Osmanlı Azərin göstərijilərinə bələddir. Belə hallarda hamıdan çox dekan sevinməlidir ki, onun fakültəsində qiyabidə belə əla oxuyan tapılıb.
Normal ağıl sahibi səmimi bir insan olan başqa dekan bu hadisəni bütün ali məktəbə nümunə çəkə bilər. Lakin Osmanlı belələrindən deyildir. Qıt olsa da əgər tutarlı bir xahişçi tapılarsa Azər otaqla təmin oluna bilər. Görünür, dünya yiyəsiz deyil, belə bir tələbkar xahişçi var – Zərif. Beləliklə, Azərin ruhi aləminə, mənəviyyatına xeyirlə şər, zülmətlə işıq birgə daxil olmuşdur. Biri onu əzməyə, digəri ruh və qüvvə verməyə. Dövlətin otağından bir çarpayılıq yeri Azərə qıymayan Osmanlı birdən-birə Zərifin təkidi ilə dəvət olunmuş oğlanı öz evində görür. Azər birjə gejə bu mənzildə qaldıqdan sonra günəş doğmamış çamadanını götürüb vidalaşmadan qaçır. Sadəjə olaraq utanır, Osmanlının evində görülməmiş səxavət də onu sıxır. Zərif təkidlə Osmanlıdan yataqxanada qalmaq üçün ijazə kağızı qoparır. Beləliklə, Azərin əyani şöbədə yeni tələbəlik həyatı başlanır. Sevinj və iztirablarla, münaqişə və qələbələrlə dolu olan bir həyat.
Azərbayjan yazıçıları tələbəlik mövzusundakı əsərləri ilə öz oxujularını o qədər də şadlandırmamışlar. Birjə yadda qalan İslam Səfərlinin «Yataqxana şeirləri» olub. O dövrdə müəyyən çərçivədə olan tələbə həyatından nisbətən iri həjmli jazibədar sücetli əsər yazmaq o qədər də asan deyildi. Əli bu çətin mövzuya ürəyinin çağırışı ilə mürajiət eləmişdi. Tələbəlik illəri yaddaşına arxalanan Əli Kərim bu həyatı mümkün qədər təfərrüatlı, sərrast seçilmiş detallar əsasında verməyi qarşısına məqsəd qoymuşdur. Tələbə yataqxanasının özünəməxsus koloriti roman boyu hiss olunur.
Azər yataqxanada hiss edir ki, onun özü kimi qiyabidən əyaniyə köçürülmüş Elman adlı tələbənin, sinifkom seçdiyi Ədhəmin şəxsində Osmanlının nəfəsi də, nəzəri də yaşayajağı otaqdadır. Özünü çox arxayın, ötkəm aparan Elman kiməsə güvəndiyini aşkar hiss etdirməyə də ar eləmir. Hətta özünün «toxunulmaz» olduğunu kəskin nəzərə çarpdırmaq üçün qəribə forma tapıb vurğulayır da.
Xidmətçi qadın Azər üçün hazırladığı çarpayını mələfələyəndən sonra Elman tezjə onun üstünə uzanır.
- Ora bu yoldaşındır. – Rafiq tez-tez danışmağa başladı.
Azər stulda oturdu:
- Bu gejəni baş-ayaq yatarıq.
Elman gülümsündü:
- Mən baş-ayaq olmaq istəmirəm. Deyərik sənə də çarpayı gətirərlər. Bura mənim yerimdir.
Rafiq özündən çıxdı:
- Sən ümumiyyətlə, həyatda kiminsə yerini tutmusan.
- Yəni deyirsiniz məni bura kimsə, misalçün, dekan düzəldib? Elə?
Elmanın danışığında üstüörtülü hədə, gizli bir demoqoqiya var. Keçmiş recimdə hətta gizli milis və KQB çuğulçuları əsas iş yerlərində öz şəxsi mənfəətləri naminə tam gizlilikdən azajıq da olsa çıxmağa, idarə və müəssisənin müəyyən adamlarına özlərinin «ora»nın adamları olduqlarını hiss etdirməyə çalışırdılar ki, onlardan qorxsunlar, istəklərini sözsüz yerinə yetirsinlər. Elman da istəyir ki, onun dekanın adamı olduğunu bilsinlər, bu hesaba ondan qorxsunlar, çəkinsinlər, ona hörmət etsinlər, xüsusi münasibət bəsləsinlər. Azərin yadına Zərifin dediyi sözlər düşür: «Elə bu özüdür, Qıvrımsaç» Elmanı instituta Osmanlı düzəltmişdir.
Azərin düşdüyü mühitdəki tələbələrin xarakteristikaları müəllif tərəfindən sərrast verilmişdir. Bunların içərisində ən pedantı, böyüklərə yaranmağın bütün sirrlərini əla bilən Ədhəmdir. Keçmiş quruluşun əsl yetirməsi olan Ədhəmin elmə formal münasibəti ilə zahiri intizama aludəçilik onun xarakterində bir-birini tamamlayır. Formal mənimsədiyi hər şeydə Ədhəm hərfi məna axtarır. Elə bil ki min illər ərzində formalaşmış dildə çoxlu xətalar aşkar edib «inqilab yapmaq» niyyətindədir.
«Kim deyirsə ki, papirosu damağıma qoydum, düz deyil. Papirosu dodaqların arasına qoyarlar. Dili pozmayın.
Rafiq zarafata keçdi:
- Yəni ağıza.
- Xeyir. Qətiyyən. Heç bir zaman. Ağıza konfet qoyarlar.
- Kim desə ki, yola düşürəm, yenə düz deyil?
- Yola daş düşər, adam düşməz.
- Bəs təyyarə nejə? Bir hadisə üz versə…
- Düşər.
- Bəs içindəki adam nejə?
- Hə. Düşməz?
Dostları ilə paylaş: |