Qəribə burasıdır ki, hətta Elmanın belə ələ saldığı, siqareti sümürüb tüstüsünü onun saçları arasına üfürüb başında «yanğın törətdiyi» Ədhəmi Osmanlı kursa sinifkom təyin edir. Və burası da qəribədir ki, o məsələni elə təqdim edir ki, guya bunu tələbələrin öz xahişləri, öz təqdimatları əsasında edir. Burada romanın iştirakçılarının əsas xüsusiyyətlərinin təqdimatını yarımçıq kəsib, dayandırıb Əlinin siyasətdən çox uzaq görünən yaradıjılığının mühüm jəhətlərindən birinə bir daha diqqət yetirməyi vajib hesab edirəm. Təbii ki, heç bir zaman «jəmiyyətdə yaşayıb onun fövqündə dayanmaq» (durmaq) mümkün olan deyil». Əli heç bir vaxt jəmiyyətdə müəyyənləşdirdiyi qüsurlara diqqəti «qışqırıqla» jəlb etməyi xoşlamırdı, o müəyyənləşdirdiyi qüsuru jəmiyyətin təbii halı kimi haysız-küysüz təqdim edirdi. Həmin dövr seçki sisteminin saxtakarlığını ifşa etmək üçün Əliyə adi sinifkom seçkisi prosedurası da kifayət idi.
Burada Əlinin özünün çox sərrast təsviri olmadan keçinmək də mümkün deyil. Hətta iç dünyasında, özünə qapılanda belə yaltaq olan, «intizam» ayamasını qazanmış Ədhəm bir dərsin boş keçməsi bəhanəsi ilə Osmanlının qəbuluna gəlir. Dərsə gəlməyən müəllimin ünvanına elə bir irad tutmayan («Bəlkə Osmanlının yaxınıdır» düşünjəsi ilə) Ədhəm işgüzar görünə bilən ifadələrlə dekana mürajiət edir:
- Biz çox istəyirik ki, qızıl kimi vaxtımız boş keçməsin.
- Demək sizin köhnə ağsaqqalınız başqa instituta keçdi.
- Yadınızda olar ki, onun bizim instituta layiq olmadığını siz özünüz dediniz.
- Dekan qımışır, barmaqlarını stola vururdu.
- Sizdə indi elə bir adam varmı ki, ağsaqqallığa layiq olsun?
- Var.
- Kimdir?
- Yaxşısını siz bilərsiniz, yoldaş dekan.
- Bəs sizin fikriniz?
- Mən sizin fikrinizlə razıyam.
- Axı, deməmişəm.
- Nə olar ki.
Buraya qədər sanki Ədhəm sınağın birinji mərhələsindən keçə bilir. Dekan hiss edir ki, Ədhəmə nə desə, yerinə yetirəjək, nejə desə, qəbul edəjək. Dekana məhz öz fikri olmayan, şəxsiyyəti olmayan adam gərəkdir, onun bu keyfiyyətini bilən, öyrənən Ədhəm də özünü dekana xoş gələn bir sifətdə təqdim edir. Dekan özü üçün çox vajib olan sinifkom seçə bilmək prosedurasını davam etdirməyi lazım bilir, o sinifkomlar vasitəsi ilə tələbələrin nə düşündüklərini: nə düşünə biləjəklərini, nə ilə nəfəs aldıqlarını səhih bilir. Sinifkom onun gözü və qulaqlarıdır. Sinifkom seçməyə bu qədər diqqət təkjə Osmanlının şəxsi xisləti ilə bağlı deyil, burada «dövlət mənafeyi» də var. Birdən allah eləməmiş tələbələr başqa-başqa fikirlərə düşə bilərlər. Beləliklə, dövlət quruluşu, recimlə Osmanlının təbiəti, xarakteri arasında bir harmoniya, bir uyarlıq da var.
Dekan «yaxşı bir namizəd deyə bilməzsiniz?» sualından sonra o özü kursdakı tələbələrin adlarını sadalayır, Ədhəm də bir-bir rədd edir. Qalır jəmi üçü.
«- Onlardan da biri, yoldaş Ədhəm Ədhəm oğlu, qiyabidən bizə təzə keçən oğlandır.
- O oğlan uşaqları yaxşı tanımır, yoldaş dekan.
- Mənim də Zərifim heç. Mən razı deyiləm. Demək, heç kim qalmadı hə? Heç kim eləmi?
Ədhəm susurdu.
Dekan birdən qımışdı:
- Bəs siz?
- Mən. Axı…»
Burada dekan iki məqamda Ədhəmdən narazı qala bilərdi. Bir Elmanın adını çəkdiyi üçün gərək Elmana qulp qoymaya idi. Lakin həmin «qulp» ona ağlabatan görünəjək. İkinji özü qızın namizədliyinə etiraz edərkən Ədhəm xala xətrin etiraz edəydi ki, «qızınız olanda nə olar, o da bu ali məktəbin tam hüquqlu tələbəsidir». Lakin Ədhəmdə vəzifə hərisliyi o qədər güjlüdür ki, dekanın dediklərinə «heç xala xətrin» də qarşı çıxmazdı.
«Dekan başındakı üç-dörd tükün qövs şəklində durub-durmadığını çeçələ barmağı ilə yoxlayıb, gözlərini Ədhəmə elə zillədi ki, Ədhəm özünü itirdi. Elə bildi ki, Osmanlı onun jiyərlərinə baxır. Osmanlının baxışı Ədhəmi içəridən üşütdü».
Bayaqdan bəri Ədhəmin şəxsində öz gənjliyi ilə söhbət edən Osmanlı, yeni, daha çətin sınaq mərhələsinə hazırlaşır. Ədhəmi bərkə-boşa çəkir. Ona qapını göstərir, yəni «çıx get!» Ədhəm isə özünü sanki bilməzliyə qoyub qımışır. Bir-iki eyni məzmunlu cestdən sonra sözlə əmr edir ki, çıxıb getsin. Ədhəmin bu «sınaqdan» uğurla çıxdığını görüb dekan qımışır, baxışları ilə oğlanın butun «arzu və istəklərini ələk-vələk» edir. Ədhəmin içindən bu məqamlarda nələr keçdiyini isə Əli özünə məxsus ustalıqla açıqlayır. «Ədhəm özünün də xəbəri olmadan birdən professora qarşı ürəyində narazılıq olajağından və bunun bilinəjəyindən şübhələndi. Ürəyində Osmanlını tərifləməyə başladı: «Mən sizi sevirəm. Ata kimi! Çox-çox! Hörmətli professor!... Tək dekana yox, onun katibəsinə də yaltaqlanan Ədhəm sinif curnalını da götürüb böyük bir arzuya çatmış kimi kabinetdən çıxır. Ən qəribəsi isə Osmanlının öz namizədini tələbələrin namizədi kimi qələmə verib onun sinifkomluğunu qanuniləşdirməsidir. Bu prosesin özü də recimlə, sovetlər ölkəsində keçirilən seçkilərlə çox bağlıdır, daha doğrusu onun miniatür şəklidir. Yuxarılarda tərtib olunmuş seçmə, müəyyən gizli, açıq təşkilatların ələyindən keçmiş, recimə sədaqətinə qətiyyən şübhə olmayan adamların siyahısı və xalqın özünün müəyyənləşdirdiyi, sonra da «gizli səsvermə» yolu ilə «seçdiyi» xalq elçiləri. Sinif ağsaqqalı təyin etmək üçün isə Osmanlının başqa təşkilatlara mürajiət etməyə ehtiyajı yoxdur. Onların bütün funksiyalarını o öz üzərinə götürmüşdür. Yuxarıdan aşağıyadək öz adamını irəli sür, seçijilərə də böyük minnət qoy ki, «sizin (hətta az qala sevimli) namizədinizi seçdik» - de! Bir kursda bu seçmə üsulu öz əksini Osmanlının keçirdiyi tədbirdə qabarıq göstərir: «Mənə elə gəlir ki, sizin içərinizdə olan bir nəfər ki, var… - o bir-bir hamının üzünə baxıb qımışırdı. - Bizim çox başıaşağı yoldaşdır. Ədhəm Ədhəm oğlu Dərgahov! Mən eşitdim ki, siz onu öz ağsaqqalınız seçmək istəyirsiniz. Özünüz bilərsiniz.
Rafiq səsləndi:
- Biz istəmirik.
Ədhəm dönüb Rafiqə baxdı. Dekan halını pozmadı:
- Hə, yoldaşlar, yaxşı etmişsiniz onu seçməkdə. Mən də sizin fikrinizin əleyhinə gedə bilmərəm.
Azər də təəjjübləndi: «Biz elə bilirik ki, bunu dekan seçib, dekan elə bilir ki, biz seçmişik».
Başqa tələbələr kimi Osmanlının mühazirələri ustalıqla, aktyor kimi söyləməsindən Azərin də xoşu gəlir, əvvəllərdə müşahidə elədiyi nöqsanlarını da hesaba salmır, ona qarşı özündə kin-küdurət bəsləmir. Hətta dekanın Elmana qəyyumluğunu da bir növ sinirə bilir. Lakin həyatda hər şeyin ölçüsü olduğu kimi dözümün də, səbrin də bir həddi-hüdudu var. Ədhəm kimi ultra yaltağın dekan bijliyi ilə sinifkom seçilməsini o heç vəjhlə sinirə bilmir. «…Azər hiss edirdi ki, bundan sonra sakit ola bilməyəjək, Ədhəmə, Elmana, lap yeri düşəndə dekana qarşı da çıxış edəjəkdir. Bu hiss qəlbinin hansı guşəsindəsə yavaş-yavaş közərirdi. Bu hiss Azərdə Ədhəmin sinifkomluğa seçildiyi gün alışmışdı».
Belə bir sual da çıxa bilər ki, kənddən yenijə gəlmiş, kimsəsiz və imkansız bir oğlan bu qeyri-bərabər münaqişəyə hansı ürəklə girişmək niyyətindədir? Əvvəla, qiyabiçi tələbəlik illərində Bakı və ali məktəb həyatına Azər xeyli alışıb, adaptasiya olunub. O özünü ən müasir insanlar sırasında görmək istəyir, o zamankı qaynar tələbəlik illərində müasir insan olmaq üçün yaradılmış bütün imkanlardan istifadə etməyi bajarır. Azər bədən tərbiyəsi məşqlərini buraxmır. Boksla məşğul olur. O dövrdə müasir ədəbiyyat məsələlərinə aid keçirilən diskussiyalarda fəal iştirak edir. Bal rəqsləri dərnəyinə getməyə vaxt tapır. İnstitutda tez-tez keçirilən Şərq və Qərb konsertlərini də buraxmır. Bir sözlə, özünü mənən zənginləşdirmək üçün yaradılan şəraitdən, verilən imkanlardan istifadə edir. Digər tərəfdən, Azər əyani tələbələrin əksərindən fərqli təhsilə əməkdən gəlib, Əli yazmasa da o öz keçmiş iş yerində də müxtəlif haqsızlıqlarla üzləşib, mübarizə aparmalı olub.
Bütün bunlara görə ali məktəbdə qarşılaşdığı müxtəlif haqsızlıqlar onu qıjıqlandırmaya bilməz. Onun ətrafındakı təzə yoldaşları onun bir boy yüksək olduğunu hiss edirlər. Azər qısa bir zamanda tələbələr, hətta müəllimlər arasında özünə xüsusi mövqe təmin etmişdir. Hələ indiyə qədər də ikinji növ tədris müəssisəsi hesab olunan qiyabi şöbədən əyaniyə keçən kənd kitabxanaçısı birdən-birə diqqət mərkəzində dayanır – həm xeyirxahlarının, həm də bədxahlarının. Onu seçdirən nədir, onun qüvvəsinin mənbəyi haradadır? Əli olduqja çətin bir yol seçmişdir, bunu reallaşdırmaq, həqiqi bədii səviyyədə təqdim etmək müşküldür. Ona görə ki, mövzunu moralistik müstəvidən real həyat müstəvisinə köçürmək zərurəti var. Haradasa kitab, kitaba məhəbbət «bilik mənbəyi olan kitabı sevin» çağırışı kimi öyüd-nəsihətlə bağlı olan mövzu janlı həyat materialları əsasında, yenə də həyatın ən maraqlı hadisələr axarında oxujuya heç bir yorğunluq gətirmədən, usantı doğurmadan təqdim olunmalıdır. Görkəmli bir tənqidçinin dediyi kimi, nəsihətdən nəinki gənjlərin, heç yaşlıların da xoşu gəlmir. Azər kitabxanada işləmiş olsa da əsl həyat oğludur. Sonradan onun ən yaxın dostlarından biri olajaq Rafiq ilk dəfə Azəri ingilis dilində Sternin romanını oxuyan görəndə gözləri bərələ qalır. Axı nə üçün? Hələ XX əsrin əvvəllərindən Azərbayjan ziyalıları dünya ədəbiyyatının ən görkəmli nümayəndələrinin əsərləri ilə dərindən maraqlanır, mənsub olduqları xalqı ən gözəl ədəbi nümunələrlə tanış etmək arzusu ilə alışıb yanırdılar. 20-ji illərdən başlamış Azərbayjandan Avropa ədəbiyyatına geniş pənjərələr açılmağa başladı. Hüqo, Şekspir, Balzak, Mopassan, Mark Tven, Zolya, Qorki, Çexov, Tolstoy, Drayzer, daha sonralar Dante, Homer, Esxil, Evripid, Hesiod, Taqor, daha kimlər, yüzlərlə dahilər Azərbayjan dilində danışmağa başladılar. Oxuyana minnət! Belə kitab bolluğunda, belə kitab mühitində azərlərin yetişməsi üçün hər jür şərait var idi. Azərin istedadlı, inadı, tez qavramaq qabiliyyəti ilə ən az maaşlı kitabxanaçı vəzifəsi qovuşmuşdu, Azər təkjə bu xəzinənin keşikçisi olmaqla qalmamışdı, ona heç bir xələl gətirmədən istədiyi qədər bəhrələnib zənginləşmişdi. Hər kəs bu kitabxana-xəzinədən mənəvi jəhətdən yoxsul, kasıb çıxsa günah da onun özündə idi. Azər hər şeydən əvvəl yoldaşlarını və müəllimləri öz zəngin biliyi ilə jəlb edir, həm də «rayondan gələsən, qiyabidən köçürüləsən və belə də zəngin biliklərə yiyələnmiş olasan» heyrəti də buna əlavə olunurdu. Azər «Abşeron»dakı Tahirin əksidir, o hər şeyə heyrətlə göz bərəldib öyrənməyə jəhd etmir, bəlkə də mərkəzdə yaşamağa alışanlara hər şeyi öyrətmək istəyir, öyrədə bilir. Əli Azərin kitaba olan münasibətini (bəlkə də böyük məhəbbətini) xüsusi vurğulamağı vajib sayır, (baxmayaraq ki, moralist olmaq istəmirdi heç vaxt Əli): «Azər yata bilmirdi». Bu gün də az iş gördüm. Daha çox oxuya bilərdim, hər gün bir az artırmaq lazımdır. Adam onlardan doymur. Kitab oxumaq Azər üçün həm jiddi işdir, həm də həzz mənbəyidir. Əli Kərim Azərin kitab aludəliyini kəskin nəzərə çarpdırmaq üçün ümumiyyətlə mənfilik bildirən bənzətməni müsbət məqsədli bənzətmə kimi işlədir. Romanın bir yerində deyilir ki, Azər bir kitabı oxuyur; eyni zamanda başqa bir kitabı da qolunun altında saxlayır, bu ajgözlük əlamətidir, anjaq kitab ajgözlüyü. Yaxşı ajgözlükdür. Bütün gənjliyin o dövrdə şəxsi istəyindən və şəxsi qabiliyyətindən asılı olaraq Azər səviyyəsinə çatmaq, dünya mədəniyyətinə, injəsənətinə bələd olmaq ən müasir səviyyəli dünya vətəndaşı olmaq imkanları mövjud idi. Ali məktəbin ən seçmə, hamının məhəbbətini qazanmış, elm, bilik, mədəniyyət etalonuna çevrilmiş alim-müəllimləri Yolçuzadə, Qaraqaşlı ilə söhbətlərdə belə Azər az qala eyni səviyyədə iştirak edir. Hələ heç bir kurs da başa vurmamış Azər fakültədə öz yerini müəyyənləşdirə bilir. İnsan kimi Azərin bir xoşbəxtliyi, bir üstün jəhəti də odur ki, o bütün yoldaşlarını eyni yüksək səviyyədə görmək istəyir. Güman etmək olardı ki, bu qədər kitab, elm, bilik aludəsi olan Azər bəzi yoldaşları kimi ətrafda baş verən hadisələrə laqeyd qala bilər; çünki hər hadisəyə reaksiya verməklə Azərin elmə olan qüvvətli aludəçiliyi sanki bir yerə sığan deyil. Elə bil ki, kənd kitabxanasındakı işi hər hansı bir münaqişədən kənarda olub, özü kitabları oxuyub, təbliğ edib, narahatlıq, narazılıq hiss etməyib, kiçik kitabxana vəzifə sahiblərinin əsas maraq dairəsindən kənarda olub, bu da ona bir növ mənəvi rahatlıq təmin edib. O, bəlkə də əyani bölmədəki tələbəlik həyatının mürəkkəb olajağını heç də əvvəljədən təsəvvürünə gətirə bilməyib. Onun bədii əsər, xüsusən roman qəhrəmanı kimi düşdüyü vəziyyət olduqja mürəkkəbdir.
Azərin sevdiyi qız və nifrət etdiyi qız atası. O, dilemmma qarşısında qalmışdır.
Həyatda sanki yarandığı gündən axtardığı, gözlədiyi, nəhayət tapdığı qızla xoşbəxt bir dünya qurmaq, yaxud əlinə düşmüş xoşbəxtliyi itirə bilmək təhlükəsi altında ədalət hesab etdiyi bir məramın yolunda münaqişələrə girişmək! Hələ aydın bir nətijəyə gəlmədən Azər ikinji yolla getməkdə davam edir.
Osmanlı mürəkkəb və qansız bir adam təsiri bağışlayır. Ölən qardaşının qızını saxlamasına baxmayaraq fitrən qəddardır. Əli Kərim bu obraz vasitəsi ilə o zamankı ali məktəbin hələ rüşeym halında olan az sezilən qüsurlarını da göstərmişdir. Osmanlı tələbələr içərisindən seçdiyi özünə oxşarlardan həm təşkilatçılıq baxımından, həm də elm baxımından «varislər» hazırlayır. Sinifkom seçdiyi Ədhəm xəlvətə düşəndə Osmanlının ədalarını məşq edir. O, hamisini gələjəkdə rektor, özünü dekan vəzifəsində görür. Ali məktədin gələjək aspirantları da bu üsulla müəyyənləşdirilir. Hətta belə «seçmə» aspirantların dissertasiyalarına verilən mənfi rəylər də münaqişə mənbəyinə çevrilir – Osmanlı ilə Qaraqaşlı və Yolçuzadə arasında.
Osmanlı Əlinin ədəbiyyatımıza gətirdiyi kəşfə bərabər obrazlardan biridir. Janlı kimi onun həzz mənbəyi, həyatı, yaşayışı üçün stimul ola biləjək yer, mənəvi rahatlıq tapdığı yer heç də çox səliqəli, müasir zövqlə bəzədilmiş mənzili deyil, iş yeridir. Ali məktəbdə bu vəzifə müstəqil, tamhüquqlu, həllediji bir vəzifə deyildir, burada son söz, qəti hökm rektorundur. Dekan təqdim edə bilər, təklif edə bilər. Lakin Osmanlı özünün «müdhiş təşkilatçılıq bajarığı» ilə, bu vəzifəni aparıjı, hökmveriji bir qüvvə ilə təmin edib. Tələbələri də, müəllimləri də, hətta onun vəzifə funksiyasına aidiyyəti olmayan təsərrüfat işçilərini də özündən asılı edib. Bəlkə də o bu sahədə bajarıqlarını nümayiş etdirməklə daha yuxarılara qalxmağa jan atır. O, inzibati yolla idarə etmənin bütün psixoloci vasitələrinə yaxşı bələddir. O, fakültədə özü üçün az qala saat kimi işləyən «ideal» iş recimi yaratmışdır. O zamankı dövlət quruluşuna xas ola biləjək bütün əsas əlamətlər bu recimdə mini formada öz əksini tapmışdır. Bu recim Osmanlını az qala məğlubedilməzlik məqamında saxlayır. Ev, ailə elə bil onun üçün fondur. Fakültədə isə hər bir şeyin tam dəqiqliyi ilə işləməsi üçün əlindən nə gəlirsə, hamısını etmişdir. O, «ştatdan kənar» xəfiyyələri, jasusları olduqja diqqətlə seçir. Vaxtilə «qəzəllər yazmış», haralardasa müəmmalı yerlərdə xidmətdə olmuş nimdaş Komendant dekanın tapşırıqlarını tez başa düşəndir. O, Osmanlının əlinə Ədhəm kimi «xam», ya da «yarımfabrikat» kimi düşməyib. Osmanlı elə əzəldən anlayıb ki, Komendant «dünyagörmüş», «zəngin təjrübəli» onun hər jür işinə yaraya bilən «hazır maldır». Osmanlı müəllim yoldaşlarının da psixologiyalarını dərindən müşahidə etmiş, nəyi nejə etməyi, baş vermiş hadisələri onlara hansı yöndə təqdim etməyi əla mənimsəmişdir. Onun həzz aldığı əsas amil fakültəni öz əlində tamamilə jəmləşdirməsidir. O, yaxşı bilir ki (və eyni zamanda da yanılır ki), Yolçuzadələr, Qaraqaşlılar romantiklərdir, onları fakültədə görülən işlər az maraqlandırır, onlar nəzəriyyə ilə məşğuldurlar. Osmanlının onlarla bir mühitdə olması və bu fonda tam yad görünməməsini Əli bədii jəhətdən əsaslandırmışdır. Obrazların ya təkjə işıqlı, yaxud da təkjə zülmət boyalarla təqdim etməyi xoşlamayan Əli Kərim hər kəsin üstün jəhətlərini də görməyə və göstərməyə çalışır. Bu aşağıda gətirdiyimiz təsvirdən də aydın görünür:
«Azər hiss edirdi ki, Osmanlının mühazirəsi ona da, uşaqlara da xoş gəlir. Laki başa düşürdü ki, mühazirənin mənasından çox dekan özünə diqqət yetirir, yadında elmdən çox dekanın… təkmilləşmiş yaraşıqlı əl hərəkətləri qalır… Azərin tez-tez Osmanlı ilə tutuşdurduğu Qaraqaşlı isə mühazirə oxuyanda tamamilə unudulur, misal çəkdiyi qəhrəmanların, hadisələrin arxasında yox olur». Yada «ən yaxşı recissor qoyduğu tamaşada yoxa çıxan, heç yerdə görünməyən, hiss olunmayan recissordur» kəlamı düşür. İki səviyyəli mühazirəçini bu jür injəliklə yalnız Əli səjiyyələndirib fərqləndirə bilərdi.
Əlinin təsvirində Osmanlı məişətdə hətta az qala nümunəvi bir şəxsdir, müasir qayda-qanunlara riayət etməkdə də fərqli adamdır. O, Zərifin Azəri evə dəvət etməsinə, hətta oğlanın onlarda gejələməsinə də irad tutmur. Zərif sərbəstdir, bunu təbii ki, Osmanlı təmin etmişdir. Bu onun fitrətindədirmi, yoxsa «moda», «dəb» kimi bir şeydir? Bunu təyin etmək çətindir. Çünki Osmanlı müəmmalı xarakterə malikdir. O, hətta Zərifin Azərlə həyat qurmasına etiraz da etməz. Çünki oğlanın qabiliyyət və zəkasına bələddir, lakin bir şərtlə ki, Azər «qatırçının qatırını ürkütməsin», yəni Osmanlının fakültədə yaratmış olduğu recimə toxunmasın, ona qarşı çıxmasın. Zərif xəbərdarlıq etmədən başqa yerdə gejələyəndə belə qıza ajıqlanmayan Osmanlı özü haqqında tələbə tərəfindən tutulan kiçik bir irada qarşı da dözümsüzdür. Azərin fövqəladə istedada malik olduğunu bilə-bilə onu ali məktəbdən çıxarmaq dərəjəsinə qədər gətirib çıxarır. Osmanlı hədsiz qəddardır, Azərin xəstə atasının ölümünün səbəbkarı da odur.
Əli Kərimin obrazların əsas keyfiyyətini qabartmaq, kəskin nəzərə çarpdırmaq məharəti əsərdəki az qala bütün iştirakçıların təqdimində nəzərə çarpır. XX əsr Azərbayjan ədəbiyyatından xüsusi kurs keçən Mühiddinli Osmanlı ilə eyni qütbdə dayanır. Onlar həyata baxışları və xarakterləri etibarilə bir-birlərinə çox yaxın adamlardır. Sanki bunlar məxsusi bir-birlərini axtarıb tapmayıblar, təbiət özü, hadisələrin gedişi onları bir mühitə salıb. Onlardan biri əskik olarsa mühit natamam görünə bilər. Məlumdur ki, xislətinə görə Osmanlının həm tələbələrin içində, həm yataqxanada xəbərçiləri vardır. Müəllimlər içərisində isə onun baş xəbərçisi və eyni zamanda həmfikri Mühiddinlidir. Çox qəribədir ki, adam güdmək, izləmək kimi sifətlər onun xislətindədir. Onun bəxtinə içərisində olduğu mühitin xüsusiyyətləri yaşamaq üçün çox əlverişlidir, yararlıdır. Əli Kərim Mühiddinlinin portretinin və xarakterinin olduqja dürüst təsvirini verir: «Mühiddinli alnı yumru, burnu sivri, çənəsi şiş olduğundan kostyum geymiş böyük quşa oxşayırdı. O, demək olar ki, pənjələri üstə yeriyirdi… Çəkmələrinin dabanları təzə qalardı. Universitetdə danışırdılar ki, bunun səbəbi Mühiddinlinin uşaqlıqdan onun-bunun gizli söhbətinə qulaq asmaq üçün pənjələri üstə gəzməsi olmuşdur. Mühiddinli elə o vaxtdan bu jür yeriməyə vərdiş etmiş, sonralar da tərgidə bilməmişdir».
Burada Əli «tərgidə bilməmişdir» ifadəsi də işlətmişdir. İndiki əyyamda «tərgitmək» sözü ən çox içkiyə, papirosa, narkotik maddələrə aid edilir. Mühiddinli adamları pusmaqda həqiqi tiryəkiyə çevrilmişdir, insanları pusmaq, onların nejə nəfəs aldıqlarını bilmək və bunları haralarasa, kimlərəsə çatdırmaq tiryəkisinə çevrilmişdir. Yoxsa Əli onun bu mərəzini bu jür kəskin boyalarla ümumiləşdirməzdi: «Biri vardı, biri yoxdu. İkisi vardı. Biri irəlidə, biri geridə. Söhbət edirdilər, yol gedirdilər. Anekdotdur. Bir az burnunu, qulağını düzəltmək lazımdır.
Mühiddinli ilə yanaşı gedən Osmanlı qımışdı:
- Sən ki, mahirsən!
- Anekdotdur. Düşəsən bunların dalınja, qulaq asasan. Ha… ha… Anekdotdur…»
Osmanlı öz dostunun güdükçülük məharətini tərifləyir, Mühiddinli isə bununla fəxr edir. Belələrinə də ali məktəb öz isti qoynunda yer verib, nəinki yer verib, hələ insanların taleyi ilə oynamaq imkanları təmin edib. Mühiddinli tək görüb eşitdiyini yerinə çatdırsaydı, nə vardı ki! O bunlara əlavələr də edir, bəzək də vurur. O sinifə girərkən əvvəljə öz-özünə gülməyə başlayır, onun bu şakəri həmişə əvvəljə məzəli bir əhvalat danışajağından xəbər verir. O, xoşu gəlməyən, lakin tələbələrin rəğbət və məhəbbətini qazanmış müəllimlərin qeybətini etməkdən, onlar haqqındakı uydurduqlarından danışıb nüfuzlarını aşağı salmaq üçün müxtəlif üsullardan istifadə etməkdən də çəkinmir. Azəri daha çox əsəbiləşdirən odur ki, Mühiddinli öz uydurmalarını məharətlə yeridə bilir, bəzən tələbələri, hətta Azərin özünü də yalanların həqiqi olduğuna inandıra bilir. Mirzə Ələkbər Sabir haqqında danışarkən birdən haşiyəyə çıxıb guya professor Qaraqaşlının məqalələrinin birində Məhəmməd Hadini Sabirdən yüksək tutduğunu, «romantizm göylərini realizmin üzərinə qaldırdığını» söyləyir. Eyni zamanda İmamyar riyakarlığı edir:
«Qaraqaşlı yaxşı professordur. Fikirləri yox deyil. Qojalıb da. Heç zəngi də eşitmir. Bəlkə başqa səbəbləri də var. Onu siz bilərsiniz. Tələbə bilməyən şey yoxdur. Amma deyirlər ki, bunları sevilmək üçün eləyir. Yalan olar».
Beləliklə, o «dəli» kimi yox, riyakar bir araqarışdıran kimi iri bir daşı itələyib salır dərin bir quyuya, hünərin varsa indi gəl çıxart. Qaraqaşlını çox sevən tələbələrin öz müəllimlərinə olan səmimi, zərif təsəvvürlərini zədələyir. Və özü də guya həmin professorla yaxşı münasibətdə olduğunu vurğulaya-vurğulaya. Xəbər alanda ki, Qaraqaşlı haqqında bu sözləri kim deyir, Mühiddinli utanıb, çəkinmədən: «-Kim? Deyən? Deyirlər. Müəllifi yoxdur. Hamı» - deyə yaxasını kənara çəkir.
Qaraqaşlını Sabiri sevməməkdə günahlandıran Mühiddinli böyük şairin sənətkarlığından danışdığı yerdə arabir Sabirə də toxunub «gülə-gülə alverçiliyinə də işarə vurur». Daha doğrusu, onun sabun bişirib satmağına. O dövrdə, yəni sovet hakimiyyəti illərində alverçilik ən həqarətli sənət, peşə hesab olunurdu və Mühiddinlinin bu mətləbə toxunması riyakarlığın ən rəzil forması kimi qiymətləndirilməlidir. İndi isə hər hansı keçmiş sovet yazıçısı sabun bişirib satmaq imkanı olarsa, özünü xoşbəxtlər xoşbəxti hesab edər yəqin. İndi yazıçı yox, hər hansı biznesmen jəmiyyətin ən nüfuzlu üzvü yerindədir.
Mühiddinlinin hər hansı şəkildə olursa-olsun, Sabir haqqında azajıq da həqarətlə danışması Azər üçün «müqəddəsliyə zərbədən başqa bir şey deyil…» Mühiddinli şorgözdür, dərs prosesində gözlərini sinifin sayma-seçmə qızlarından, o jümlədən, Nazlıdan və xüsusi ilə yaxın dostu Osmanlının qızı Zərifdən bir an belə çəkmir. Eyni zamanda həmin məqamlarda Azərə də diqqət yetirir, onun reaksiyasını yoxlayır. O, Azərlə Zərifin münasibətlərini də yaxşı bilir. Mühiddinlinin qorxduğu məqam Azərin dərin mənalı və geniş izahat tələb edən suallarıdır. Bir məqamda bu özünü daha qabarıq göstərir. Azər ona sual vermək istəyir. Dərsin sonuna doğru «Mühiddinli nə duydusa, Azərin söz deyəjəyini gözlədi:
- Mənimləsən, Azər?
Rafiq az qaldı ki, Azərin qılçını qoparsın: «Dinmə! Lazım deyil!»
O, ayağa durdu:
- Mühiddinli müəllim, zəng oldu.
- Oldu. Bəli. Sağ ol Azər. Sağ olun uşaqlar».
O, elə bil ilanın ağzından qopub çıxır. Rafiq Azəri danışmaqdan ona görə saxlayır ki, Mühiddinlinin Azərə olan pis münasibətini heç olmasa dərinləşməyə qoymasın. Bir qism müəllimlər «qəliz» suallar verən tələbələrə qarşı ürəklərində kin bəsləyirlər, Mühiddinli də belələrindəndir.
Mühiddinli nəhayətdə ən çox çəkinib qorxduğu məqamla üzləşməli olur və günahkar da burada o özüdür.
Mühiddinli nəhayətdə ən çox çəkinib qorxduğu məqamla üzləşməli olur və günahkar da burada yenə o özüdür. Zərifin ad günündə məjlisin tamadası olmuş Mühiddinli (əslində öz dairəsinin daimi tamadası olan Mühiddinli bununla daim fəxr edir, bir-iki saatlığa məjlisə başçılıq etməklə elə bil o, öz hakim olmaq azarını öldürür) dərsə gələrkən tamadalığını sinifdə də davam etdirir. Bu ənənə müqəddiməni əvəz edir. Zərifi bir daha təbrik etdikdən sonra məjlisdəki sağlıqları qiymətləndirməyə keçir və Azərin yaxşı danışdığını, eyni zamanda onun sözlərinin anlaşılmaz olduğunu vurğulayır. Təbii olaraq Azər ondan xəbər alır:
- Nejə yaxşıdır ki, bir şey başa düşə bilməmisiniz?
- Anlaşılmayan fikrin nejəliyini bilmək olar? – Mühiddinli dirsəklərini belinə sıxdı – çalışın bundan sonra sadə olsun. Bilirsiniz nə kimi sadə… Bu dəqiqə deyim.
- Boş yer kimi. – Azər yanındakı boş yeri göstərdi.
- Boş niyə, götürək lap dolusunu.
- Çünki boş yeri müzakirəsiz də başa düşürlər.
- Bəli? Hə, ola bilər. Pis deyil.»
Adi söz güləşdirmə raundunu uduzan Mühiddinli bir qədər sonra özünə gəlib döyüşü davam etdirmək istəyir. O, artıq Azərin sövər yerini bildiyi üçün Qaraqaşlı müəllimin əleyhinə danışmağa başlayır. O yerdən yapışır ki, uşaqlar sevimli müəllimlərinin müdafiəsinə qalxa bilməsinlər. Yenə də o Sabirdən danışmağa başlayır. Çünki o dedi-qodular (əslində özünün uydurduğu dedi-qodular) əsasında guya Qaraqaşlı müəllimin böyük şairin əleyhidarı olması nağılını uydurmuşdur. Sabiri leyk-boğazdan yuxarı tərifləməklə assosiativ şəkildə Qaraqaşlını mənfi halədə onların yadına salır, xüsusilə Azərin.
«- Sabir elə günəşdir ki,
Azər başını aşağı dikmişdi: Görəsən, yazıçılara nə qədər günəş, bahar, ulduz demək olar. Bunlar sözsüzlükdən irəli gəlmirmi? O qədər adlarını çəkiblər ki, adamın günəşdən də, bahardan da, ulduzlardan da zəhləsi gedir.
- Bəli yoldaşlar, Sabir o vaxt ədəbiyyatımızın baharı idi.
- Yoldaş Mühiddinli, sual olar? – Azər ayağa qalxdı.
- Buyurun, xoşdur.
- Bəs Jəlil Məmmədquluzadə?
- O? Jəlil Məmmədquluzadə! O ədəbiyyatımızın, demək… o da baharı idi. İki yanaşı bahar.
- Fərqləri yoxdur?
- Yaxşı qulaq assaydın fərqlərini bilərdin. Xahiş edirəm belə suallarla bizə mane olmayasınız. Hökumət mənə pul verir, mən onu aldada bilmərəm.
- Suallara javab vermək üçün pul almırsınız?
- Pis suallar üçün yox. Sonra xahiş edirəm ki, otağı tərk edəsiniz». Beləliklə, indinin oxujularına bəlkə də olduqja qəribə görünə biləjək bir səbəb ujundan Azər sinifi tərk etməlidir. Niyə? Haqlı sualdır. Ona görə ki, Mühiddinlinin oynatdığı sözlər o dövr üçün xatalı idi. Sovet jəmiyyəti Sabiri keçmiş jəmiyyəti amansız döydüyü üçün qəbul etməli idi. Hadi isə geniş oxuju kütlələrinin qavraya bilmədiyi, dərindən dərk edə bilmədiyi bir sənətkar idi. «Yox millətimin xətti bu imzalar içində» deyən, şeirlərindən millətçilik iyi gələn bir xatalı şair idi, onun adının zikr olunmasına ijazə verilməsinə baxmayaraq, haqqında gözəgəlim əsər yazılmasına, dissertasiya müdafiə edilməsinə ijazə verilmirdi o dövrdə. Kim onun haqqında xoş sözlər söyləyirdisə qeyri-rəsmi, az qala dissident adlandırılırdı. Beləliklə, Mühiddinli Qaraqaşlını hadipərəst kimi qələmə verəndə Azərə xox gəlirdi. Bu, bir növ siyasi şantac xarakteri daşıyır. Əslində isə Qaraqaşlı da, Azər də Sabir sənətinə dərindən pərəstiş edən adamlardır. Bəs Əli Kərim özü nejə? Əli Sabir haqqında həmişə heyranlıqla danışırdı. Böyük şairin rəsmi təbliğatsız filansız geniş kütlələrin dərinliklərinə nüfuz etməsini poeziyanın təntənəsi sayırdı. Bir dəfə Əli bazarda ət alarkən qəssabın fəhləyə dediyi sözləri tez-tez xatırlamağı xoşlayırdı. Kişi özünün fəhlə olduğunu söyləyir və qəssabdan buna qarşı xüsusi münasibət umur. Qəssab həmin adama deyir ki, fəhlə sənin kimi boynubükük olmaz, indi heç elə bil əsl fəhlə də yoxdur. Fəhlə o zaman vardı, rəhmətlik Sabir deyən fəhlə:
Bu çərxi-fələk tərsinə dövran edir indi,
Fəhlə də özün daxili-insan edir indi.
Fəhlə o fəhlə idi, Sabir deyən, sizin kimi müti yox.
«Qəssaba bir bax» deyirdi Əli.
Azər isə Sabirə azajıq da sataşmağı «müqəddəsliyi pozmaq» adlandırır.
Beləliklə, Mühiddinli «öhdəsindən gələ bilmədiyi» tələbəni siyasi şantacla qorxudur. Həm də ona demək istəyir ki, «sənin arxanda dura biləjək Qaraqaşlının da öhdəsindən gələ bilərik». Bununla kifayətlənməyən Mühiddinli Osmanlıya (bilərəkdən dekanın «dikbaş» tələbəyə pis münasibətini) şikayət edir, başqa ali məktəbə çıxıb gedəjəyi ilə hədələyir. Əsərin qəhrəmanına qarşı hüjumlarda Mühiddinlinin əsas rol oynayanlardan biri olduğunu nəzərə alaraq biz bu obraz üzərində nisbətən çox dayanmalı olduq. Mühiddinli dekanın ali məktəb daxilində bir fakültədə yaratdığı xüsusi recimin əsas həlqələrindən biridir., mahir ijraçıdır. Keçmiş sovet reciminin kiçik modelini xatırladan tələbə xəbərçilər də əsərdə xüsusi yer tutur.
Yadımıza salaq ki, Azərdən ilk danosu verən onun kurs və otaq yoldaşı Ədhəmdir – tələbələrin yox, dekanın iradəsi ilə seçilmiş sinifkom. Və haqqında pis fikirli olanlara qarşı qəti dözümü olmayan Osmanlı isə fövri Azəri çağıtdırıb onu müəllim və ya alim ədaları ilə deyil, özünə məxsus sürtük çinovnik ədaları ilə bütün mənəvi işgənjələrdən keçirir. Onun barəsində Azərin dediklərini yazılı istəyir, Azərsə fərqinə varmadan dekanın istəyinə əməl edir. Dekan yenə özünə məxsus əda ilə əlini qapıya uzadır (bu onun dilində «rədd ol get» deməkdir). Azərin dekan otağında keçirdiyi bütün mənəvi sıxıntılar psixoloci təfərrüatı ilə təsvir edilmişdir. Və Azər bir də gözünü açanda özünü foyedə görür. «Sağ qaşının üstü ağrıyırdı, deyəsən çıxanda qapıya dəymişdi».
Bu, Azərin keçirdiyi ilk ən ağır sarsıntıdır. Bundan sonra o ya mum kimi yumşalıb Osmanlının görmək istədiyi müti bir tələbəyə, ikinji bir ədhəmə çevrilməli, ya da…
Ədhəm isə yaltaqlıq müjəssiməsidir. O, xəbərçiliyini pedantjasına edir. Tələbələrin birjə dəqiqə gejikməsi də onun «jan dəftəri»ndə öz əksini tapır. Hətta dekanın qızı Zərifə də fərq qoymur; burada pedantlıq vərdişi onun hətta yaltaqlığını da üstələyir. Yaxud bəlkə də Zərif haqqındakı danosu bərayi-ehtiyat toplayır ki, birdən demək olmaz, Osmanlı öz qızı haqqında da ondan məlumat tələb edə bilər. Danosbazlıq və yaltaqlıq onda bir vəhdət halındadır. Əgər sevimli müəllimi Mühiddinli gəlişini, pusquda durduğunu bilməsinlər deyə pənjəsi üstə hərəkət edirsə, Ədhəm-şagird «gözləri açıq» yatır, elə bil yuxuda da «kimisə pusur…», haqqında nə qədər ajı sözlər deyilirsə hamısını udur, Elmanın kobud zarafatlarını, təhqirlərini də qəbul edir. Hamı hiss edir ki, o, nəyin bahasına olursa-olsun ilişib ali məktəbdə qalmaq eşqi ilə yaşayır. Hətta ona indidən «dekan» da deyirlər. Osmanlını qüvvətli adam bildiyi üçün onlan bərk yapışmışdır. Belələri Osmanlı kimilərin tapşırıqları ilə Azərlərin həyatını zəhərləməklə məşğuldurlar.
Əlinin həyatda kəşf eləyib romana gətirdiyi oricinal obrazlardan biri də tələbə yataqxanasının komendantıdır. O, Osmanlının yataqxanadakı gözü və qulağıdır. Komendant təkjə xəbərçiliklə kifayətlənmir, lazım gələndə tapşırıqla müxtəlif provakasiyalar da törədə bilir. Məhz Osmanlının xoşu gəlməyən tələbələrə qarşı. Onun tələbələrlə nərd oynamaq şakəri də var. Lakin məlum olur ki, bu nərd oyunları prosesində o qarşısındakılardan mümkün qədər söz çəkmək məqsədi güdür, xüsusilə Osmanlıya olan münasibətləri daha çox öyrənmək və sahibinə çatdırmaq istəyir. Gözləri yaxşı görməyən, eynəyini tez-tez itirən, nimdaşlaşmış komendant adamda otuz yeddidən çoxlu adam tutdurmuş, əsas qabiliyyəti üzə durmaq, mərdümazarlıq etmək olan bir peşəkar provakator təsəvvürü yaradır. O, «Osmanlı recimi» zənjirinin tələbə yataqxanasındakı mühüm həlqəsidir. Onun şəxsi hörməti lazımlılıq, istifadə jəhətdən o qədər «yüksəkdir» ki, hətta qızının yaş günündə onu dəvət etməyi Osmanlı özünə əksiklik saymır.
Beləliklə, Azər İnstitutda da, yataqxanada da Osmanlının «jəsus» torundadır. Lakin onun bir xoşbəxtliyi var ki, «dünya hələ ki, «xali deyildir». Ali məktəbdə öz mənliyini qoruya bilən, müəllimlik, alimlik şərəfini yüksək tutan Yolçuzadə, Qaraqaşlı kimi şəxsiyyətlər də hələ var. Tələbələr içərisində isə onu hədsiz dərəjədə istədiyindən ona olan məhəbbətindən keçə bilməyi bajaran, yalnız onun xoşbəxtliyini istəyən Nazlı kimi mərd, geniş ürəkli, gözəl bir qız. Nazlı ağır məqamlarda həmişə onun yanındadır. Azərin başqa bir dostu Rafiqdir. O, daima Azərin qoruyujusu kimi çıxış edir, əyani şöbədə əzəldən oxuduğu üçün buranın qayda-qanunları, adət-ənənələri ilə onu yaxından tanış etməyə çalışır ki, Azər səhv addımlar atmasın. Rafiq onu müəyyən sərt hərəkətlərdən çəkindirməyə çalışır, Azəri müdafiə etmək üçün özünü qabağa verir. İstiqanlı, yanımjıl, dilli-dilavər olduğu üçün onu az qala ali məktəbin bütün tələbələri tanıyır, ona xüsusi münasibət bəsləyirlər. Azər müşahidə elədiyi ölçüdən kənar hər şeyə reaksiya verdiyi halda, Rafiq adət etdikləri üçün belə şeylərə əhəmiyyət verməməyə çalışır, bunları «ola bilən şeylər» kimi qəbul edir. Nöqsanlara reaksiya vermək hisslərini Azər onlarda yenidən oyada bilir, öz hərəkətləri, jəsarəti, düzlüyü, səmimiliyi ilə.
Nəhayət Azərlə dekan Osmanlı arasındakı münaqişə getdikjə kəskinləşir, bütün fakültəni, hətta bütün institutu əhatə edir.
Bu mübarizə az qala amansız xarakter alır. Osmanlı tərəfdarlarının məkrli olması bəzən Azərin dostlarında ümidsizlik oyatsa da Azərlə müəllimlər arasındakı münasibətlər birmənalı deyil. Osmanlı və Mühiddinlidən fərqli olaraq Azərin Qaraqaşlı və Yolçuzadəyə olan münasibəti tamamilə başqadır. Onların şəxsində Azər özünə arxa və dayaq görür. Dekanla münasibətləri hədsiz gərginləşəndə o, Qaraqaşlıya mürajiət edir. Müəllim onu öz evinə dəvət edir. Əli onların görüşlərini quru rəsmiyyətçilikdən çıxarmaq üçün müxtəlif vasitələrə mürajiət edir. İki şəxsin söhbətinin alınması, rəvan bir məjrada axması üçün bəzən üçünjü bir vasitəyə də ehtiyaj hiss olunur, xüsusi ilə səviyyələrdə qeyri-bərabərlik olanda. Deyək elə müəllimlə tələbə arasında. Fikirlərin deklorativ axardan çıxarılması, sənət barədə, gözəllik barədə söhbətin rəsmiyyətdən kənar, təbii səslənməsi üçün Əli şəkildən, daha doğrusu, hansısa qüdrətli bir sənətkarın çox böyük ustalıqla çəkdiyi Göygöl mənzərəsindən də istifadə edir. Qaraqaşlının başı kitab şkafında nəyi isə axtarmağa qarışanda Azərin gözü Göygöl mənzərəsini tutur, onun ən çox xoşuna gələn Göygölün və onun arxasından ujalan qarlı Kəpəzin mənzərəsi olur.
«Azərə elə gəlirdi ki, mənzərədəki Göygölün şəffaf suyu torpağın ən alt qatını belə keçib, haradasa əfsanəvi dərinliklərdə okeanlara qarışır. Əgər ora bir daş atılsa, dünya durduqja yol gedər. Kəpəz isə elə görünürdü ki, insan fikri ömrü boyu uçsaydı da onun zirvəsini fəth edə bilməzdi. Xəyal bir anda haçalanıb həm ən son zirvəyə uçur, həm də ən son dərinliyə yol alırdı. Ürək intəhasızlıqda çaşıb qalır, zaman və məkan qüvvədən düşür, idrak əbədiyyətlə qovuşurdu».
Əlinin bu sözlərini köçürdüyüm zaman xəyal məni uzaqlara qovur, ilk javanlıq çağlarına aparırdı. Lakin həmin dövrə qayıtmazdan əvvəl Azərin pərəstiş etdiyi müəllimi, həmin şəkili mənzilindən asan Qaraqaşlının da sözlərini bu yazıya köçürmək istərdim. O, Azərin şəkilə diqqət kəsildiyini görəndə sanki gözəlliyə münasibət, estetik görüş baxımından öznə müttəfiq tapır.
«- Sənət əsəri belə olar. Xoşun gəlir?
- Çox.
Qaraqaşlı zənnlə Azərə diqqət verdi. Azər başını aşağı saldı.
- Demək yaxşıdır. Həm yüksək, həm dərin gözəllik. Mən bu rəsmə baxıb qurtara bilmirəm. Mən ömrüm boyu bu rəsmin içində çırpınıram. Elə bilirəm ki, məni bu rəsmdəki Göygölə atıblar. Bir vaxtda həm enir, həm yüksəlirəm...»
Təbiidir ki, divardakı rəsmin müəllifi Əli özüdür. Çünki Azərbayjanın gözəllik herbi olan Göygölün mənzərəsini Əlinin təqdim etdiyi gözəllikdə hələ heç bir sənətkar çəkməmişdir. Şəkil Əlinin vaxtilə Göygölün gözəlliyindən aldığı təəssürlərin ifadəsidir…
Və bu məqamda ailələrimizin bir yerdə Göygöl səfəri gəlir xatirimə.
1965-ji ilin yayında Əli ailə üzvləri ilə birgə Gənjəyə gəldi. Məqsədimiz Göygölə getmək idi. O, zamanlar maşın belə bol deyildi. Maşın axtarmaq adı ilə Əli ilə şəhərə çıxdıq. Bir az hərlənəndən sonra «Kommunist» qəzeti redaksiyasının əməkdaşları ilə rastlaşdıq. Xəlil Mütəllimov, Tofiq Həsənzadə, qalanlar yadımda deyil. Onlarla birgə nasir və sonralar kino aktyor Gündüz Abbasov da vardı. Əlini görüb çox sevindilər. Məramımızı biləndə dedilər: «Elə biz də Göygölə getmək üçün yığışmışıq. Bu gün birgə gedək, sabah da uşaqlarınızla gedərsiniz. Qərəz, çox üzdən-gözdən saldılar, biz də razılıq verdik. Mən hiss eləyirdim ki, onların hamısı Əli ilə bir yerdə olmaq, onunla çörək kəsmək istəyindədirlər. O zamanın Göygölü ilk dəfə onu görənlər üçün nağıla, əfsanəyə, möjüzəyə bənzər ilahi bir şey idi. Qürdrətli yaradanın Azərbayjan torpağında şah əsəri idi Göygöl. Bir müddət Göygöl onu ilk dəfə görənlərin yuxusuna da girirdi. Əli gözəllik qarşısında donub qalmışdı, daha dəqiqi heykəlləşmişdi. Elə bil Əli gözəllikləri iri açılmış gözlərinə yığırdı. Aşağıda meşəyə qarışmış göl, yuxarıda günəşin qızılı şüalarını sorub qızıllaşan Kəpəzin zirvəsi. Gözəlliyə şairin dalması da bir möjüzəyə bənzər. Əli özü də Göygölün gözəlliyinə qovuşmuş, onun bir hissəsi olmuşdu. Göygölün gözəlliyinə belə məftunluğu bir dəfə də görmüşdüm. Nazim Hikmət də Göygöllə ilk görüşündə ağıla sığmaz bir məftunluqla dalmışdı bu gözəlliyə…»
Gej qayıtdıq şəhərə. «Qorxumuzdan» anamgildə gejələdik. Anam da zəng edib ailələrimizi nigarançılıqdan çıxarda bildi və onlara tapşırdı ki, filan saatda hazır olsunlar. Ertəsi gün maşınla gedib, arada söz-söhbətə imkan olmasın deyə tələsik əyləşdik maşına, üz tutduq Göygölə. Təbii ki, şoferin yanında dünənə aid heç bir sorğu-sual olmadı. Saxladılar sonraya, Göygölə çatan kimi isə gözəllik müqabilindəki məftunluq məlhəm oldu əsəblərə…
İndi qarşımda «Pillələr» romanı, romandakı Göygölün təsviri məni çəkib aparır Əlinin sağ-salamat olduğu o əziz çağlara. Və görürəm ki, Əli hiss və duyğularının bir hissəsini qoyub gedib, özü ilə aparmayıb.
Şəkil şəkil olaraq qalmır. O, Qaraqaşlının və Azərin zövqlərini müəyyənləşdirməyə kömək edir, onların estetik görüşlərini açıqlayır, vətənə məhəbbətlərini də ritorik şəkildə deyil, konkret, eyni zamanda gözəl bir vasitə ilə üzə çıxarır. Şəklin funksiyası bununla da bitmir. Sonralar Yolçuzadənin də həyata baxışını, xarakterinin müəyyən jəhətlərini aydınlaşdırmağa kömək edir.
Azər Qaraqaşlıgilə ondan kömək almaq məqsədilə gəlmişdir. O hiss etmişdir ki, təkjə və ya Nazlının, Rafiqin köməyi ilə Osmanlı ilə bajara bilməz. Osmanlı ilə baş vermiş ixtilaf barədə Qaraqaşlını məlumatlandıranda, o Azərin konkret öz fikrini xəbər alır. Azər deyir:
«-Mən elə bilirəm ki, (ajığınız gəlsə də deyəjəyəm) Osmanlı bütün tələbələrindən başıaşağı olmağı tələb edir. O qədər başıaşağı ki, ağır yük aparan adam kimi gərək burnu yerə dəysin. Baş aşağı yox, yuxarı olmalıdır».
Anjaq burası da aydındır ki, Osmanlı «fikir açarı» olan xalına barmağını basdımı, Azər institutdan çölə düşə bilər. O, xallı kürzə üçün nəinki tələbəni, hətta bəzi müəllimləri də universitetdən çıxarmaq jibdən yaylıq çıxarmaqdan asandır.
Azər bütün bunları nəzərə alaraq Qaraqaşlının yanına kömək və məsləhət üçün gəlmişdir. Müəllimi onun ədalət naminə dekana qarşı çıxmasını təqdir etsə də birinji növbədə ona konkret kömək göstərmək istəyir. Əli romanın bəzi yerlərində Azərin əynində sətin penjək, ayağında altı getmiş ağ ayaqqabılar olduğunu qeyd edir. Təbii ki, onun bu yoxsul geyimi Qaraqaşlının nəzərlərindən yayınmamışdır. O, nə olursa olsun babat bir paltarla da olsa Azəri yenidən geyindirmək istəyir. İndi haqqında yerli-yersiz çox danışılan xeyriyyəçilik sovet dövründə belə müxtəlif formalarda davam etdirilirdi. Bu işdə dahi bəstəkar Üzeyir bəyin fəaliyyəti misilsiz olmuşdur. Bütün dövrlərdə yüksək amallı xeyirxah adamlar əksik olmamışdır. Qaraqaşlı Azərin yüksək bilikli, çox ümid verən gənj olduğunu bilir. O həm də bu gənjin yenilməz və məğrur olmağından da xəbərdardır. Buna görə də kömək təklifini çox ehtiyyatla və injəliklə həyata keçirməyə çalışır.
«-Hə, Azər… Mənə elə gəlir ki, bütün institutlarda «İnsanşünaslıq» adlı bir fənn də lazımdır. Bu fənndə insanın mənəvi zənginlikləri, gözəl xalq adətlərinin qorunub saxlanılması, əmək, dostluq, sevgi və sair məsələlər qoyulmalıdır…»
«… - Mən həmişə düşünürəm ki, çiçək dünyaya gəlir, ətir saçır. Özü də onun nəfəsi ətirdir. Qurtaranda ikisi də birdən qurtarır. Mənjə insan da belə yaşamalıdır…»
«-Hə, Azər… Mənə elə gəlir ki, bəzən yaxşılığı ürəklə, çəkinmədən qəbul etməmək xəsis adamların işidir. Gərək yaxşılıq bizi təəjjübləndirməsin. Ondan utanmayaq. Əgər mən bir adama yaxşılıq edirəmsə, demək öz mənəvi ehtiyajımı ödəyirəm. Odur ki, ikimiz də eyni dərəjədə bir-birimizə minnətdar olmalıyıq…»
Beləliklə, Qaraqaşlı Azəri həm fəlsəfi, həm əxlaqi, həm mənəvi jəhətdən yardımı qəbul etməyə hazırlayır. Bu, onu bir obraz kimi Osmanlı və Mühiddinlinin fonunda daha əzəmətli edir. Onun düşünjə miqyası çox böyükdür. Tələbə həyatı ilə dərindən maraqlanan bu alimin fikrinjə «indi gərək tələbə dünya mədəniyyəti səviyyəsində durmağı bajarsın. Yoxsa o, doğma xalqına heç bir şey verə bilməz».
Təbii ki, Azər Qaraqaşlının bu idealına javab verən bir tələbədir və onun müdafiəsi üçün əlindən gələn hər şeyi edə bilər. Həmin Azər-Qaraqaşlı görüşündə az sonra başqa bir, olduqja maraqlı obraz-professor Yolçuzadə də iştirak edir. Onun universitetdəki nüfuzu daha böyükdür. Tələbələr onu zarafatla «baş rektor» adlandırırlar. Xariji ölkələr ədəbiyyatından mühazirələr oxuyan Yolçuzadəyə bu ad təsadüfi verilməmişdir. Onu universitetə rektor təyin etdikləri halda vəzifəsini təkidlə keçmiş tələbəsinə – bir elmlər namizədinə verdirməyə nail olmuşdu. İndiki vəzifə ölülərini göz önünə gətirəndə Yolçuzadə ideal bir məqamda görünür. Onun tələbələrə xitabən dediyi sözlərdə əsas amalı aydın açıqlanır: «…kitablar sənin ürək döyüntülərindir. Biri ara verdimi, məhv olajaqsan. Yol budur. Bu yol ömür qədər uzundur». Azərin özünün xitabsız, filansız kəşf etdiyi bu həqiqət onda Yolçuzadəyə böyük hörmət və rəğbət oyatmışdır. Yolçuzadə böyük alim və böyük nüfuz sahibi olsa da onun özünə məxsus qəribəlikləri də var. Azər bunları Qaraqaşlıgildə müşahidə edir. Burada da vasitə Göygölün mənzərəsidir. İlk dəfə gördüyü üçün mənzərəyə uzun müddət dalır, heç ondan qopmaq istəmir. Çox həyəjanlandığından yumruğunu stola çırpır. Lakin o əsərə qiyməti təzadlı bir ifadə ilə verir.
«-Rəssamlıq bununla başlayır, bununla da qurtarır. Dahidir! Belə dahilərə qəlbimin hansı guşəsindəsə nifrət edirəm. Çünki belələri lazım olduğundan çox təsir edir. Ona baxandan sonra nə qədər şeyə nifrət edirsən. Adamın əlindən hər şeyi alan ajgöz dahidir. Bir sözlə dahidir…»
Elə bil mənfilik bildirən sözlər müsbətin qiymətini bir qədər də kəskinləşdirir, daha da artırır (Əziz Nesin yazılarının birində qeyd edirdi ki, bizim millətin qəribə xüsusiyyətlərindən biri də onun yaxşı bir şeyi də bəzən az qala söyüşə bərabər sözlərlə ifadə etməsidir. Avtobusda onun təzə bir hekayəsini ağız dolusu tərifləyən iki nəfərdən biri yenə ağız dolusu deyir: «Köpək oğlu yaman yazıb»). Əlbəttə: Yolçuzadənin ifadəsini heç jür bu ifadə ilə tutuşdurmaq olmaz, yalnız assosiasiya ilə xatirə gətirmək olar. Onu Qaraqaşlı belə xarakterizə edir: «…Yaman qəribə kişidir, xalq üçün janından keçər».
Azərin hər iki alimlə görüşü, müəyyən qədər mərhəmləşməsi onun «xallı ilanla» mübarizədə sağ-salamat qalmasına çox kömək edir.
Oğlunun nəyin üstəsə ali məktəbdən xarij olunajağını eşidən ata xəstə-xəstə yığışıb Bakıya gəlir. Osmanlının qəbulunda o qədər əzaba düçar edilir ki, xəstəxanaya düşür. O, Azərin tam günahsız olduğuna əmindir. İztirablar kişinin ürəyini üzür, o, dünyasını dəyişir. Dostlarının köməyi ilə Azər atasını dəfn edir. Tələbə həmrəyliyi Əli tərəfindən çox səmimi təsvir olunmuşdur. Nəhayətdə həmin tələbə həmrəyliyi sayəsində, Yolçuzadə və Qaraqaşlının yaxından iştirakı ilə Komendant və Mühiddinli ali məktəbdən kənar edilirlər, Osmanlı isə dekanlıqdan azad olunur. Təbii ki, tələbələrin buna güjləri çatmazdı, burada Qaraqaşlı və Yolçuzadənin şəxsi nüfuzları həllediji rol oynayır, ali məktəbdə onların şəxsiyyətləri bütün vəzifələrdən yüksək görünür. Bu məsələdə kurs komsomol təşkilatı katibi olan Nazlının da vəzifəsi deyil, şəxsi keyfiyyəti, xarakteri, qorxmazlığı, jəsarəti mühüm rol oynayır. O zamanlar «belə bir şey ola bilərdimi?» sualına birmənalı javab vermək çox çətindir. Ola da bilərdi, olmaya da. Məsələ bu lokal qələbədə deyil, əsas məsələ ondadır ki, qlobal şəkildə hadisələr qaraqaşlıların, yozçuzadələrin, azərlərin ideallarına zidd istiqamətdə inkişaf edirdi. Ali təhsil sistemində güjlü aşınma baş verməkdə idi. Çox qəribə və bəlkə də əjaibi bu idi ki, otuz-otuz beş il ərzində, yəni tarix üçün çox qısa bir müddətdə on milyonları savadlandıran, milyonlarla ali və orta təhsilli mütəxəssis yetişdirən, on minlərlə alim hazırlayan bir təhsil sistemi, daha doğrusu, sosializm təhsil sistemi çox sürətlə çürüməyə başlamışdı.Əli bu çürümənin başlanğıjını hədəfə almışdı. Osmanlı bir tələbəyə himayədarlıq etmişdir, sonrakı dövr dekanların yanında o lap toya getməlidir. Məsələ burasındadır ki, Əli Azərbayjan xalq ədəbiyyatında mövjud olan və S.Ə.Şirvaninin də qələmə aldığı «Oğru vaqiəsi» adlanan hekayədə səsləndirilən mövzuya oxşar bir mətləbə toxunmuşdur. Bir naxır oğrusunu yaxalayırlar və edama məhkum edirlər. Dar ağajının altında deyirlər ki, «son arzunu söylə». Anası ilə görüşüb, vidalaşmaq arzusunda olduğunu bildirir. Ananı gətirirlər. O, oğlunun boynuna sarılır. Oğul deyir: «Ana dilini çıxar, öpmək istəyirəm». Ana dilini çıxarır, oğlusa onu öpmək əvəzinə dişləyib qoparır. Hakimlər bunun səbəbini soruşduqda deyir: «Uşaq vaxtı mən qonşunun hinindən bir yumurta oğurlayıb anama gətirdim, o, bunu şadlıqla qarşılayıb dedi ki, bəs bunu yumurtlayan toyuq hanı? Toyuğu da oğurladım, sonra qoyun, quzu, at ilxısı, naxır… Əgər ilk yumurtanı gətirəndə anam məni tənbeh etsəydi, indi dar ağajının altında durmazdım». Əlinin təsvir etdiyi hadisə ali təhsil ojağında ilkin yumurta oğurluğunu xatırladır. Anjaq tarix osmanlıların, mühiddinlilərin, elmanların, ədhəmlərin arzu və istəklərinə uyğun inkişaf etdi. Gələjəkdə ali təhsil ojaqlarında bütün əsas vəzifələr onlara bənzər tiplər tərəfindən tutuldu, çürümə prosesi daha da sürətləndi. Anjaq bunu tək Azərbayjana aid fajiə kimi qəbul etmək lazım deyil, bu çürümə bütün keçmiş sovetlər ittifaqını və sosializm sistemini bürüdü, bəzisini az, bəzisini çox. İstiqlal əldə edildikdən sonra güman etmək olardı ki, bu xəstəliyə bir əlaj tapılajaq. Lakin bir-iki özəl institutları çıxmaq şərti ilə xəstəlik daha da şiddətləndi. Təhsil haram biznes vasitəsinə çevrildi. Ostap Benderlər və Ostapiya Benderixalar rayonlarda, kəndlərdə açdıqları belə məktəbləri haram gəlir mənbəyinə və orduya getməkdən imtina edən fərarilər yuvasına çevirdilər. Heç bir dövlət təhsilin fırıldaqçılar əlində vasitəyə çevrilməsinə dözə bilməz. Millətin gələjəyi gənjlərdir, gələjəyi təhsil-tərbiyə-təlimin dələduz dəllallarına etibar etmək olmaz, bu böyük fəlakətlərə gətirib çıxara bilər. Gözləyək böyük sülh sazişini. Əli Kərim və onun qəhrəmanı müqəddəs təhsil ojağında bir himayədarlığa dözə bilmirdilər. Hər bir xalqın inkişafı müəyyən mərhələdən keçir, yollarsa hamar deyil, daşlı, kəsəkli, enişli yoxuşludur. Əlinin təsvir etdiyi ali məktəb keçmişdə qaldı, pisəmi, yaxşıyamı dəyişdi, indi o uzaqlardadır. Yaxşı olardı ki, jəmiyyət dəyişəndə pis nə varsa arxada buraxıb, yaxşı nə varsa özü ilə irəliyə apara. Bəs Əlinin romanında dəyişməyən nədir? Dəyişməyib əbədi qalan MƏHƏBBƏTDİR.
Əli Kərim bu romanda ümumbəşəri mövzu olan məhəbbətdən istədiyi qədər, doyunja bəhs etmək üçün geniş imkan tapmışdır. Onun təsvir və tərənnüm etdiyi məhəbbət qətiyyən başqa mövzuya qarışıb itmir, zədələnmir, elə məhəbbət mövzusu kimi də qalır. Və Əli çalışır ki, seçdiyi həyat parçası ilə bağlı (yəni sevgi mövzusunu tam və dolğun əks etdirməyə maneçilik törətməyən həyat parçasından) ən ülvi hissləri əks etdirmək üçün maksimum istifadə etsin.
Roman boyu hiss olunur ki, Əli məhəbbət mövzusundan, onun tərənnümündən qətiyyən doymamışdır. Gözəl, təkrarsız şeirlərindəki, dolğun poemalarındakı MƏHƏBBƏT Əli üçün azlıq təşkil edirmiş, kifayətləndiriji deyilmiş, romanda məhəbbətin tərənnümü üçün əl-qol açmaq imkanları daha geniş imiş.
Sevginin insan mənəviyyatında yaratdığı təlatümləri hər zaman sözlərə çevirmək mümkün olmur. Əlbəttə, bu məqamları özündə müşahidə edən hər bir şəxs eşq təlatümlərini özünün bilikləri əsasında qiymətləndirməyə, mənalandırmağa, hətta əyaniləşdirməyə çalışır. Az bilikli, lakin zəngin həyat müşahidələri olan şəxslər bu hissləri çox vaxt təbiətin onlarda oyatdığı intibalarla müqayisə edə bilərlər. Həm zəngin müşahidələri, həm zəngin bilikləri olan şəxslərin isə müqayisə və bənzətmə imkanları daha çox, daha əlvan olur. Azərin Zəriflə görüşündən sonra keçirdiyi duyğuların sözlərə çevrilmiş nümunəsi: «…Mən səni yenə həmin yerdə gözləyəjəyəm. Mən səni ilk insan dünyaya gələndən bəri gözləyirəm. Biz bir zaman naməlum qaranlıqlarda daş, ağaj, toz, hava, nə bilim, nə olduğumuz zamanda görüş vermişik. Nəinki əsrləri, illəri, hətta dəqiqələri belə dolaşıq salmadan biz oraya gəlib üz-üzə oturmuşduq. Min əsrdir dünyaya gəlmirdim ki, sən də gələsən. Bütün əsrlər çağırdı – susdum. Qızlar səslədi – eşitmədim.
Mənəm! Gəlmişəm! Mən səni min əsrdir ki, sevirəm! Min əsr! Sən məni görəndə tanıdınmı? Mən də səni tanıdım! Mən sənə tozdan belə diksinən ağır yaralanmış bir əsgər qolu kimi həssas olaram. Ağrın ürəyimdən, odun gözümdən, sözün dilimdən çıxar… Zərif» (Yəni dönüb sən olaram, sən də dönüb mən olarsan). Burada ənənəvi məhəbbət andları lap tazə-tər libasda, tazə-tər deyimdə, yeni ifadələrlə zühur edir, eyni zamanda burada ənənədə olmayan, çox qəribə heyrət doğuran yalnız Əli Kərimə məxsus yenilik nümunəsi olan tapıntılar da var. Əlinin qəhrəmanı kosmik ölçülərlə düşünür məhəbbət haqqında. Əli Kərim məhəbbəti, eşqi hər hansı istehsalat, siyasət şeluxalarından təmizləyib yenidən öz ülvi, öz müqəddəs məqamına qaytarır. Azərin ən həssas məqamlarda belə özünü müşahidəsi qüvvətli olur. Görüş məqamlarında «yer də, göy də, dəniz də işıqla, sevinjlə dolu» olur. Görüş məqamlarında «sözlər ilk mənasını» itirir. «Ağaj da, skamya da, torpaq da ilk məhəbbət demək» olur, bütün sözlərin yalnız birjə mənası olur: «Sevirəm».
Əli Kərim biotok təsirinə inanır, ya gerçək, ya da məjaz kimi. O, sevənlərin sözlərlə, jümlələrlə deyil, duyğuları ilə də danışa biləjəklərinə inanır, bu sözsüz danışıqları hamıya aydın ola biləjək söz və jümlələrin «dilinə» tərjümə edir: «Azər hər baxanda Zərifin qaranlıqda parıldayan iri gözlərindəki ifadələr gah dəyişir, gah da anlaşılmaz olurdu. Zərif şıltaq baxanda Azər özünü uşaq, çəkingən baxanda javan, jiddi və qəmli baxanda qoja bilirdi».
Əli sevənlər arasındakı intim münasibətlərin təsvirinin elə bil ideal ölçüsünü tapıb, millətin, xalqın, oxujunun tələb və zövqünə javab verən ölçüdə, onu qıjıqlandırmayan dərəjədə. Çox qəribədir, hətta XIX və XX əsr maarifçi realist ədəbiyyatımızda belə sevgililərin intim münasibətlərinin verilməsinə olduqja ehtiyatla yanaşılıb, burada təbii əxlaq normaları ilə jəhalət və fanatizmlə bağlı olan əxlaqa baxışın hədlərini müəyyənləşdirmək çətin olduğundan realistlər maarifçilik ideyalarının yayılması xatirinə fanatikləri əlavə qıjıqlandırmamaq üçün nələrəsə güzəştə getmək məjburiyyətində qalıblar. Halbuki onların hamısı Qərbi Avropa və klassik rus ədəbiyyatına dərindən bələd idilər. Sevgi məqamlarında intim hisslərin müəyyən halədə verilməsi baxımından elə bil ki, xalq ədəbiyyatımızın ən parlaq nümunəsi «Dədə Qorqud» və Azərbayjan, bəlkə də Yaxın Şərq ədəbiyyatına ilk dəfə şux, yüksək intellektual səviyyəli, joşğun ehtirasla sevməyi bajaran mərdanə qadın obrazları gətirmiş Nizami Gənjəvi (əsl müsəlman ola-ola) daha mütərəqqi mövqedə olmuşlar. «Dədə Qorqud» qəhrəmanlarının sevgililəri ilə görüş səhnələri, Xosrovla Şirinin intim münasibətlərinin təsvirləri buna parlaq nümunələrdir. Hələ mən Leyli və Məjnun, yenə Xosrovla Şirinin yüksək, intellektual tutumlu söhbətlərini demirəm. Sevgililər görüş məqamlarında zəmanənin ən vajib məsələləri barədə də söhbətlər edir və bu onların intim münasibətlərinə heç bir xələl gətirmir. Əli Kərim də elə bil son əsr ədəbiyyatımızdakı aşkar hiss olunan boşluğu doldurmaq istəyir (Axı səssiz islahatçı idi).
Qayıdaq iki sevgili arasındakı münasibətlərin təsvir və təqdiminə. Əli görüş məqamlarında hər iki tərəfin keçirdikləri hissləri verməyə xüsusi diqqət yetirir:
«Zərif müvazinətini saxlamaq üçün skamyanın qırağından yapışmaq istəyəndə, onların əlləri baxışları kimi birləşdi.
Azərin çiyni Zərifin çiyninə dəyib dayandı, bütün bədəninə istilik yayıldı. O, alnına tökülmüş saçını düzəltmək istəyəndə onların Zərifinki olduğunu gördü. Üzləri o qədər yaxınlaşmışdı ki, bir-birinə alov saçırdı. Nə üçünsə bu onun, o da bunun adını demək istədi. Amma deyə bilmədilər. Adlar dodaqlarında donub qaldı. Elə o andaja adlar onların birləşən dodaqlarında öpüşdü. Haradasa, ujalarda, naməlum boşluqlar üzərindəjə gözqamaşdırıjı ilğım arasında üzdülər».
Əli Azərlə Zərifin görüş məqamlarında öz-özlüyündə adi görünən, lakin ünsiyyət anlarında qeyri-adi, hətta ejazkar, uzun müddət unudulmayan parlaq detala çevrilən vasitələr tapır. «…Azər indi, ümumiyyətlə, düşünmək istəmirdi. O, Zərifin əlini əlinə almışdı. Ona elə gəlirdi ki, ovjunun, barmaqlarının da yaddaşı vardır. Onlar Zərifin ipək təmaslı əlini unutmayajaqlar. Azər bu əli boynuna, sinəsinə, alnına, saçına, dodağına aparırdı. «Qoy hamısı yadında saxlasın».
Bütün dünyanın yazıçıları neçə min ildir ki, əbədi, əzəli mövzu olan məhəbbətdən yazırlar. Elə bil ki, sevgililərin bir-birinə deyəjəkləri sözlərin hamısından istifadə edilmişdir, elə bil bu jür sözlər artıq ritorikaya çevrilmiş, banal olmuşdur. Buna görə də sənətkarlar sevgi münasibətlərinin yeni vasitələrlə təsviri üçün daim axtarışlardadır. Göründüyü kimi, Əli belə vasitələri çox da uzaqlarda axtarmır, bir əlin təbii təması da minlərlə sözləri əvəz edir, özü də sözlərdən daha qüvvətli, daha gerçək, daha əyani və səmimi. Əli istər poeziyada, istər, dramaturgiyada, istərsə də nəsrdə daima axtarışda idi və onun bu axtarışları əksər hallarda uğurla nətijələnirdi; axı Əli islahatçı idi, səssiz, təvazökar islahatçı.
Əlinin ifadələri təzə idi, lakin haradansa, kimlərdənsə borj alınmamışdı. Onun təzə təsvir vasitələrinə diqqət yetirsən, görərsən ki, burada, ustalıqla əxz edilmiş Qərbi Avropa ədəbiyyatı nümunələrindən əsər-əlamət yoxdur. Bu əsərlərdə yeniliklə bahəm qədim ədəbiyyatımızın ətri və əlamətləri var, həm deyim tərzində, həm də seçilən obrazlarda:
«Zərifin öz ətri, təzə paltarının, söyüdün ətri, yel vurduqja budaqların arasından xoş bir gələjəyin parıltısı kimi onların başına səpilən şüalar, bir-birini ötmək istəyib qarışan xatirələr Azəri ilıq, xoşallandırıjı, güjlü axarına alıb, Zəriflə bir yerdə naməlum bir səadət mənzilinə aparırdı».
Əli obrazları həm daxili əlamətlərinə, xarakterlərinə uyğun şəkildə fərdiləşdirir, həm də zahiri əlamətlərinə, portret jizgilərinə görə. Son dövr dünya ədəbiyyatında, deyək XIX əsrdə olduğu kimi obrazların, təfərrüatlı portretlərinə çox az təsadüf olunur. Yazıçılar öz oxujularının təsəvvür və təxəyyüllərinə arxayın olmuşlar. Onlar portret jizgilərini daha çox qısa ştrixlərlə çəkirlər. Kino, nəhayət, televiziya oxujuların təsəvvürlərini çox genişləndirmişdir, göz önünə gətirmək imkanlarını artırmışdır. Əli də portret çəkərkən ştrixlərdən daha çox istifadə edir. Onun ştrixləri də obrazları oxujulara çox yaxınlaşdırır. Əli ən çox Zərifin portretinə diqqət yetirir və obrazın şəklini daha çox Azərin nəzərləri ilə janlandırır. Qızın şaqraq səsi eşidilir, qısaja vurulmuş topa qara saçları göz önünə gəlir. «Zərif şaqqıldayıb güldü, səsi yaxındakı kahalı qayaya düşdü…», «Zərif elə mehriban danışırdı ki, sanki soyuqdan çəhrayıya çalan titrək dodaqları bir-birini öpürdü. O iki yerdən qabarmış sinəsini qujaqlayıb büzmüşdü». «Zərif ləçəyini açıb stulların birinin üstünə atdı. Yaxşı qurumamış qara saçları ordan-burdan bərq vurub onun ağ dondan seçilməyən çiyinlərinə töküldü». Zərif gözəldir, onun portret jizgiləri təmiz, xoş duyğular oyadır. Səsi də, çəhrayıya çalan titrək dodaqları da ovqat təzələyən, təravətləndirəndir. Lakin Əli Əli olmazdı əgər obrazın portretinin yalnız zahiri əlamətlərini rəsm etmiş olsaydı.
Zərifin portretini müxtəlif rakurslardan çəkən Əli Kərim yağan qar altında da qızın hansı görkəmdə olduğunu dəqiq və təfərrüatlı təsvir edir. Bu, elə-belə zahirin dəyişdiyini göstərən portret deyil. Qar altında görünən Zərifin Azərdə oyatdığı təəssürlərin ifadəsi üçün bir vasitədir. Onların gələjəkləri hara tuşlanıb, hara gedir, bu məhəbbətin ömrü nə qədərdir, sona qədər getmək üçün bu məhəbbətin odu, ojağı, enercisi çatajaqmı? Və burada Zərifin portreti az qala bütöv ömür yolunu ani olaraq sınaqdan keçirməyə vasitədir.
«Zərifin saçı da, qaşları da qarla örtüldüyündən o xeyli yaşlı görünürdü. Hətta Zərif bir az fikirli baxanda vaxtından tez qojalmış bir qadını xatırladırdı. Təkjə gözlər o gözlər idi. Azərin qəlbindən titrək və zərif bir qəm də gəlib keçdi. Zərifin yaşlı vaxtını təsəvvürünə gətirən Azərin birdən ağlına gəldi ki, indi Zərif göründüyü kimi sinli olsaydı… «Sevərdim. Mütləq sevərdim. Əri də olsaydı sevərdim, ərinə qibtə edərdim. Heç birinə bildirmədən gizli-gizli sevərdim».
Təbii ki, burada kənar bir fikrə Əli yer qoymur. Dünya bir-birini xəbərsiz sevənlərlə doludur. Dünyanı yaşadan bəlkə elə bu möjüz qüvvədir, yoxsa heç ulu Nizami «Xosrov və Şirin»də «eşqdir… eşqdir» deyə məhəbbəti ən ulu zirvələrə qaldırmazdı. Onun fikrinjə dünyada tarazlığı yaradan eşqdir, onun bütövlüyünü, tamamlığını hifz edən yenə eşqdir, eşqin çox böyük jazibə qüvvəsidir. Əlidə məhəbbət mövzusunda qabağa getmək, gələjəkdə nələr olajağını təsəvvürə gətirmək üsulu bir şeirində də var, lakin başqa səbkidə, başqa məzmunda. Bu təsvirdə Azərin nə olursa-olsun, hansı fajiələrdən keçiləjəksə keçilsin öz eşqinə sona qədər sadiq olajağı oricinal bir yolla vurğulanır.
Azərlə Zərifin münasibətləri əksərən bir-birini müşahidə, bir-birini yaxından öyrənmək üzərində qurulmuşdur. Bu, onları bir-birinə daha çox yaxınlaşdırıb mərhəmləşdirir. Əlinin romanında portretləri ən əla fotoaparatla da çəkmək mümkün deyildir, sifət və hərəkət dəyişmələri o qədər sürətlə baş verir ki, fotonun onu saxlamağa iqtidarı çatmaz; bu vəziyyətləri nisbətən dəqiq əks etdirmək üçün ən həssas kino aparatı gərəkdir.
Söyüdün altını balaja bir jahana oxşadan Əli sevgililərin söhbətlərini belə təsvir edir:
«Bu alatoran, səssiz, yanları bağlı, üstü örtülü dünyada oturub bir-birini başdan-ayağa əzbərləyirdilər. Azər skamyanın yanından tutur, Zərif barmaqlarını sayırdı. Azər Zərifin çənəsi altında gözlə çətin seçilən xırdaja tükləri belə görür, onun bir-birinə qarışmış baxışlarını ayrı-ayrı öyrənib yadda saxlamaq istəyirdi. Birdən Zərifin gözlərində ifadələr yox olur, tək birjə şıltaq ifadə qalır, Azər özünü keçmişin qoynunda uşaq bilir və o uzaq aləmdən bu söyüd altında oturmuş qıza baxırdı. Onunla yan-yana olmağı arzulayırdı».
Əgər əvvəlki təsvirlərdə Azər özünün gələjəyini də ömrünün lap sonuna qədər bu məhəbbətinə daha doğrusu, ilk məhəbbətinə həsr edirdisə, son nəfəsinədək Zərifi sevəjəyini izhar edirdisə, bu təsvirdə artıq keçilmiş həyat yolunun da Zəriflə olan məhəbbətə aid olduğu qənaətindədir. Çox hallarda bir-birini həqiqi məhəbbətlə sevənlər bu məhəbbətin başlanğıjını heç jür yada sala bilmirlər, sanki bu məhəbbət elə əzəldən var imiş, sanki onlar elə dünyaya gələn bir gündən bir-birlərini sönməz bir istəklə sevirlərmiş. Məhz bu təsvir də həmin qənaətə gəlmək üçün əsas verir. Əli həmin təsvirin davamında zahiri təsvirlə daxili duyğuların bir-biri ilə tam bağlı olduğunu, bəlkə zahirə aid heç nəyin olmadığını, hər şeyin mənəvi aləmdən zühur etdiyini əyaniləşdirir.
«Zərifin gözündə süzgün heyranlıq ifadəsi görünəndə Azər həmin uzaq məsafədən qayıdır, Zərifin nə arzuladığını bilmək istəyirdi. Birdən Zərifin gözündən küskünlük qaçır, anjaq heyranlıq qalırdı. Bu ifadə onun qaşlarını tarım çıkir, üzünün bütün jizgilərini axıra qədər açır, onları sığallayıb injələşdirirdi. Bu vaxt Zərif doğrudan da gözəl olurdu. Amma Azərə elə gəlirdi ki, Zərif gözlərindəki ifadələr bir-birinə qarışanda daha qəşəngləşir. O, tez bu fikrindən də daşınır. Zərifin nə vaxt gözəl olduğunu başa düşmürdü».
Fikirləşirsən ki, İlahi, bu joşqun ilhamlı şairdə müşahidə, təsbit etmə baxımından nə qədər hövsələ, nə qədər, səbr, nə qədər təmkin varmış. Sifətdə olan hər hansı injə sezilməz bir dəyişiklik onun gözlərindən zərrə qədər də yayınmır, hər bir injə dəyişmə mənalandırılır, daxili aləmlə əlaqələndirilir, biri digərinin təzahürü kimi göstərilir.
Əlidə portretlərin «çulğalaşması» prosesi də özünü göstərir.
Zərif də Azərə baxır, onun yana daranmış saçını bir az qaldırır, pərişan görünməsini istəmirdi. Birdən Zərif şəhadət barmağını Azərin alnına qoydu:
- Bu nədir? Bu da qırışdır?
Azərin alnında üç qırış vardı. Biri… tut ağajından yıxılan zaman alnında qalmış jızıq idi. Uzaqdan baxanda o biri qırışlardan seçilmirdi. Azər bunu danışanda Zərif şən-şən başını yellədi. Zərifin Azərlə söz-söhbəti tutursa, dediklərini dərk və qəbul edir – deməli, intellekt jəhətdən onun səviyyəsinə çox yaxındır. Onların söhbəti «Faust» kimi mürəkkəb və çətin mövzudan baş alıb gedib, nədən danışırlarsa danışsınlar bütün haqqında bəhs etdikləri predmetlər nəhayətdə onların hisslərinə, məhəbbətlərinə bələnir. Zərif mürəkkəb obrazdır, onun xarakterini Nazlınınkı kimi bir haləyə toplamaq və sonra da qiymətləndirmək, sanki imkan xarijindədir. Nazlı barədə demək olar ki, yeni mərhələdə Gülüşün davamıdır. Anjaq Zərif barədə bunu demək mümkün deyil. Onun məhəbbəti də sürəkli və bəlkə də bir ömür daxilində əbədidir. Onun sevgisi yolunda atdığı bütün addımlar jəsarətlidir. Təmiz məhəbbəti onu hər addımı çək-çevir etməkdən «nə deyərlər»dən xilas etmişdir. Bəzən şən və qayğısız görünən Zərifin sonrakı daxili sarsıntıları onun həqiqətən zəngin və mürəkkəb daxilindən nişan verir. Hətta ömrünün böyük hissəsini tələbə gənjlər arasında keçirmiş Qaraqaşlı üçün də Zərifin xarakteri tam aydın deyil. O, Azərə deyir ki, «sizin sinifin uşaqlarının çoxundan xoşum gəlir. Zərif də yaxşı qızdır. Amma elə bil onda nə isə çatışmır, ya da artıqlıq edir. Ümumiyyətlə yaxşıdır». Sevimli müəllimin sözləri o dəqiqə Azərin xatirinə dəyir, anjaq hörmət əlaməti olaraq ürəyində etiraz edir: «Razı deyiləm… Yaxşıdırsa, bəs niyə pisləyirsiniz? Bu fariseylikdir. Bağışlayın. Əlbət qojalırsınız». Burada Azər özü də bilmədən Mühiddinlinin sözlərini təkrar etmiş olur.
Əli Kərim qızın tərjümeyi-halını elə vermişdir ki, istər-istəməz suallar doğurmuşdur. «Qadın da elə Osmanlının özü də Zərifə doğma deyildilər. Zərif, Osmanlının müharibədə ölən qardaşının ögey qızı idi. Zərifin doğma atası da, ögey atası da müharibədə həlak olmuş, anası xərçəng xəstəliyindən ölmüşdü. Zərif indi də elə bilirdi ki, Osmanlı doğma əmisidir. Heç kim əsl həqiqəti ona deməmişdi. Osmanlı da onu qardaşının, uzaq da olsa, bir yadigarı kimi saxlayırdı».
Belə görünür ki, Zəriflə nə Osmanlı, nə də onun ölmüş qardaşı arasında heç bir qan qohumluğu, heç bir genetik qohumluq yoxdur. Bunun səbəbini araşdırmaq bir qədər çətindir. Əli ilə gen barədə söhbət etməyimiz yadıma gəlmir. Roman yazılan dövrdə belə söhbətlər dəbdə idi.
Azər-Osmanlı münaqişəsində Zərif sevgilisinin tərəfini saxlayır. Bəlkə Əli «Pavlik Morozovçuluqdan» ehtiyat etmişdir? Buna görə də Osmanlı ilə Zərif arasında qan qohumluğu olmadığını vurğulamışdır. Mənjə, buna heç bir ehtiyaj yox idi. Çünki məhəbbət zəminində övlad-valideyn arasında münaqişələr həm yazılı, həm də xalq ədəbiyyatında öz əksini kifayət qədər tapmışdır. Elə indinin özündə də kitablarda deyil, bilavasitə həyatın özündə də müxtəlif formada davam etməkdədir. Digər tərəfdən, ijtimai həyatda insanların genlərinin təyinediji əsas amil olmasına Əli heç özü də inanmırdı. Ona görə də Zərifin Osmanlı nəslindən bu jür təjrid olunması məndən ötrü bir müəmma olaraq qalır.
Osmanlı Zərifin Azərin tərəfini saxlamasını onun məhz doğma olmaması ilə izah edir. Qıza onun doğma olmadığını söyləməklə dəhşətli bir mənəvi-ruhi böhrana düçar edir. Zərif xəstəxanaya düşür. Azəri və başqa tələbə yoldaşlarını yanında gördükdən sonra yenidən ona həyat eşqi, yaşamaq eşqi qayıdır.
Əkrəm öz yazısında «İki sevgi» şeirini xatırladır. Burada «üçlüyə» əgər müəyyən bir səviyyəsi olardısa, Elmanı daxil etmək olardı. Lakin Elman qüsurları üzdə olan javandır. Lovğadır, kobuddur, həyasızdır. O, heç zahiri ilə də Azərlə, Zəriflə, Nazlı və Rafiqlə bir jərgədə durmaq ləyaqətinə malik deyil. Onların arasında heç bir ahəng, heç bir harmoniya yoxdur.
1961-ji ilin mayında Latviyada, onun kurort zonası hesab olunan Dubultuda ümumittifaq dramaturqlarının növbəti seminarında o zamanlar dəbdə olan teatrşünas İnna Lisnyanovna Vişnyevskaya öz söhbətində belə bir iddia ilə dedi ki, indi qadın dramatik əsərin hərəkətverijisi ola bilməz, bir qədər aydınlıq gətirsək, yəni məhəbbət əsərin təkanverijisi ola bilməz. Onun sözlərində ola bilsin ki, ironiya da vardı, bəlkə də müasir jəmiyyətdə qadın ləyaqətinin ujuzlaşdığına işarə etmək istəyrdi, məhəbbətin qədr-qiymətinin olmadığını bildirmək istəyirdi… Kim bilir, o dövrdə «qarğa dili» danışmaq, deyilən fikirləri müxtəlif şəkildə yozmaq da dəbdə idi. Çək-çevir etsəydilər, teatrşünas deyə bilərdi ki, «mən o mənada yox, bu mənada demişəm». Vəssalam.
İndi mən Əlinin romanını vərəqlədikjə aşkarja hiss edirəm ki, sanki o var qüvvəsi ilə həmin tezisin əleyhinə çıxış edir. Vişnyevskayanın sözləri «təslim olmuş» yazıçılara aid ola bilərdi, Əli Kərim yenilməz, konyunkturadan uzaq əsl sənətkar idi. Onun üçün məhəbbət öz əzəli mövqeyindən «birjə vergül də» aşağı düşərsə, bəşəriyyət az bir zaman içində yoxa çıxa bilərdi. Yaradan eşqi, məhəbbəti ona görə bu qədər ülvi, bu qədər müqəddəs, bu qədər jazibəli yaradıb ki, insan oğlu öz insan nəslini əbədi davam etdirə bilsin. Əli üçün məhəbbət min il əvvəl hansı güjə, qüdrətə malik idisə, bu gün də, sabah da həmin qüdrətə malik olajaqdır. Məhəbbət nə az, nə də çox həyatın stimuludur. Fərhad və Şirin məhəbbəti ilə Əlinin romanı arasında səkkiz yüz illik məsafə var, anjaq eşqi yolunda qayaları parçalayan Fərhadla Azər arasında məhəbbətin güjü, qüdrəti baxımından sanki heç bir məsafə yoxdur. Hər ikisində məhəbbət stimuldur. Təkjə zəmanəyə görə vasitələr dəyişib, koloritlər başqa-başqadır. Onsuz da yoldaşlarından bilik, elmilik sahəsində əlçatmaz yüksəklikdə olan Azərin içindəki bir qüvvə onu «bu dəqiqə ayağa qalxıb daha çox kitab almağa, hər şeyi dərk etməyə çağırırdı.
Azər istəyirdi ki, Zərif ona nə sual verirsə, bilsin. Musiqini də, rəssamlığı da, heykəltaraşlıq və memarlığı da, teatrı, etikanı və estetikanı da – bir sözlə, hər şeyi öyrənsin».
Azərlə Zərifin söhbət mövzularında Bethovenin də adı var, Şopenin də, Qriqin də, Asəf Zeynallının da, Xan Şuşinskinin də, muğamın da, simfoniyanın da, Əflatunun da…
Lakin bu adlar süni surətdə obrazların intellektual səviyyələrinin yüksəkliyi naminə çəkilmir, hər ikisi bu şəxsiyyətləri yaxşı tanıyır, onların yaradıjılıqlarına nəinki bələddirlər, hətta bu barədə sərrast fikir də söyləmək, mübahisə etmək iqtidarındadırlar;
«-Bethoven sənə xoş gəlirmi, Azər?
- Çox.
- Amma Şopen daha injədir, Qriq də, Asəf Zeynallı da.
- Məsələ orasındadır ki, Zərif, Bethoven injəliyi qüdrətli injəlikdir. Üsyankardır. Mən onu dinləyəndə istəyirəm ki, qeyri-adi bir şey edəm… Ondakı səslər, yarımsəslər, görünməz səs qırçınları, burulğanı, çovğunu… Eh, biz nə qədər adi adamlarıq. Amma bu sənə aid deyil ha.
Zərif heç nə demədən sakitjə gülümsəyirdi:
- Danış. Xoşum gəlir.
- Bəzən gərək özün hiss etməyəsən (danışmadığını). Elə ki, danış dedilər, yaxşı sözlər fikirləşirsən ki, süni çıxır.
- Düzdür. Onda danışma. Bax belə. – Zərif əlini onun dodaqlarına aparıb tez də götürdü».
Azər musiqini heç də müasir musiqişünaslardan əksik təhlil etmir. Bütün xırdalıqları ayırd etməyi, hətta onu əyaniləşdirməyi də bajarır. Qarşılıqlı məhəbbəti izhar etməkdə, olsun ki, musiqi bədii ədəbiyyata nisbətən daha münasib, daha əlverişlidir, burada hisslər, fikir və istəklər daha pərdəli ifadə oluna bilir, bəzən pərdə şəffaf olsa belə. Azərlə Zərifin məhəbbəti ehtiraslar üzərində deyil, yüksək, ülvi, hətta ilahi hisslər üzərində qurulub, bəlkə də məhz elə buna görə musiqidən onlar öz duyğularını aça bilmək üçün tez-tez istifadə edirlər. Musiqi haqqındakı söhbətlər onlara bir-birlərini daha yaxından tanımaq üçün injə vasitəyə çevrilir. Musiqini dinləmə prosesində belə «biotoklar vasitəsi ilə müqəddəs söhbətlər davam edir».
«Zərif Şopenin «Noktyurn»unu çalmağa başladı. Musiqi çox həzin və uzaq idi. O, illərin, ayların arasından keçir, uşaqlıq çağlarından eşidilir, kiminsə dərdini izah edir, alçalır, geri qayıdır, yenə gəlir, yenə gedirdi.
Azərin gözü Zərifdə idi. Onun baxışları hələ vurulmamış xalları çağırır, musiqini çəkib arxası ilə aparır, çatışmayan guşələri doldururdu. Baxışları musiqi ilə qovuşmuşdu. Əlləri adi Şopenin, qırpılmayan gözləri isə dahi Şopenin mürəkkəb ürək nidasını fəryada gətirir, öz dünyasını da oraya əlavə edirdi. Gözlərin lal musiqisi pianonun səsini batırırdı. Gözləri özləri haqqında oxuyurdu».
Obrazların daxili dünyasına daha dərindən daxil olmaq üçün musiqi Əli Kərimin özünə yaxın köməkçi olur. Onu məhəbbət haqqında çox deyilmiş, bəzən artıq şirinsoylaşmış ifadələrdən də xilas edir. Musiqi eyni zamanda sevən gənjlərin qarşılıqlı zənginləşməsinə də vasitə olur. «Qəribə burası idi ki, əvvəllər muğamı xoşlamayan Zərif indi fikrinin yavaş-yavaş dəyişdiyini başa düşürdü. Amma bilmirdi ki, qayıdıb bayaqkı yerə getsə, qadın səsi ilə oxuyan xanəndənin nəğməsinə də qulaq assa, xoşuna gələjəkdir. Bir də hiss etmirdi ki, çahargahdan çox, Azərin bu muğama həvəsini izləyir, musiqinin məzmunundan çox Azərin sevinji və kədəri ilə maraqlanır. O indi müsamirəni yox, Azərin qəlbini dinləyirdi. Musiqi Azəri Zərifin əlindən almışdı. Zərif musiqiyə qısqanırdı. O, Azəri anjaq özününkü etmək istəyirdi.
Tarçı Zərifin kənddə – Azərgilin kəndində gördüyü tarçı kimi çalırdı. Azər stulun yanından bərk-bərk yapışıb qulaq asırdı». Çahargahın xalları nəhəng bir pəhləvan və injə bir qız ürəyinin qarışıq döyüntüləri kimi ardı-arası kəsilmədən axıb gəlirdi.
Əlidə həqiqətən adi adamların görmədiyi, görə bilmədiyi təbiət hadisələrini, predmetlərin xassələrini, rənglərini, ətirlərini görmək, duymaq, əyaniləşdirmək istedadı fövqəladə bir qüvvəyə malik idi. Hələ «Üçünjü atlı»da yağışın müxtəlif rəngli olduğunu görən və göstərə bilən sənətkar bu əsərində artıq səslərin də rəngini və ya rənglərini çeşidləyir. Oxujusunu səsləri tək eşitmək yox, həm də görmək məqamına yüksəldir, bunu qəribə bir həzz mənbəyinə çevirir.
«Azər xəyal dünyasında tarın simlərindən qopub gözqamaşdırıjı bir aləmə tökülən damlaların rəngini də görürdü. Sarı simdən qopanları qızılı, ağ simlərdən qopanları isə gümüşü idi. Bax, onların biri düşdü, iki bölündü, səpələndi. Bax, bu bir-birinə bitişib gələn qızıl damlalara bax… Onlara gümüş damlaları da yapışdı, salxım-salxım enib gəldilər.
Muğam qurtaranda Azər Zərifə baxıb heyrətləndi; sanki indijə gördüyü rəngarəng salxımlardan biri onun sinəsinə düşmüşdü». Bu nədir. Əli təsvirə çox mürəkkəb, sözlə təsviri az qala mümkün olmayan psixoloci məqamları təsvirə gətirir. Müəyyənləşdirmək çətin olur ki, bir qədər əvvəl Azərin sinəsində gördüyü sanjaqmı onun xəyalında qızılı və gümüşü səslərdən düzəldilmiş əsrarəngiz, bir xəyali predmetdir, yoxsa əksinə. Azərin bu qədər predmetləri bənzətmə yolu ilə əyaniləşdirməsi onun şair təbiətindən nişan verir; baxmayaraq ki, romanda onun şeir yazıb-yazmamasına aid heç bir işarə yoxdur.
Musiqi tamamlandıqdan sonra Azər sanjaqla bağlı düşünjəsini Zərifə deyir.
«- Bəli, bu musiqidən yadigardır – Zərif döşündəki sanjağa baxdı – demək musiqi sinənə yatır.
Zərif güldü.
- Yatır».
Müəyyən məqamlarda az qala hərəkətveriji amilə çevrilən musiqi gənjləri qarşılıqlı şəkildə zənginləşdirir.
Azərlə Zərifin münasibətlərində müəyyən əxlaqi normalar baxımından «ekstremal» adlandırıla biləjək məqamlar var. Güman edirəm ki, Əli Kərim belə məqamları qəsdən yaratmış, qəsdən də xüsusi vurğulamışdır. Əgər gənjlərin münasibətləri sağlamdırsa, ülvidirsə, safdırsa, əgər onlar bir-birini həqiqi məhəbbətlə sevirlərsə, belə «ekstremal» məqamlar onların yüksək məhəbbətlərinə heç bir xələl gətirə bilməz.
Bir dəfə yağışa düşüb saat on ikiyə qədər küçədə qalmalı olurlar. Azər nə qədər təkid etsə də Zərif onu tək buraxmır.Qız Azərlə bərabər yataqxanaya gedəjəyini, orada Nazlının yanında qalıb evi xəbərdar edəjəyini bildirir. Bu da alınmır. Nəhayət, Zərif təklif edir ki, kurs yoldaşları Solmazgilə getsinlər. Solmaz evdə olmasa da anası onları yaxşı qarşılayır, qızının otağında qalmalarını təklif edir. Heç bir məzəmmət notu olmayan səmimi və birbaşa təklifi onlar qəbul etməli olurlar, haradasa bəlkə də məmnuniyyət duyğuları ilə. Axı müəyyən məqamlarda sevən kəslər gözlərdən iraq xəlvəti bir yer tapıb öz təmiz duyğularını sərbəst ifadə edə bilmək üçün lap yerin orbitindən də çıxmağı arzu edirlər. Lakin Azər bir şeyi çox-çox arzu etmişdi… Görəsən nədir onun çox-çox arzuladığı şey? Sadəjə olaraq Zərif şirin-şirin yuxulayanda, səhərə qədər dayanıb ona baxsın. Ulu Nizaminin «Yeddi gözəl» poemasında müxtəlif ölkələrdən gəlmiş gözəllərin Bəhram şaha söylədikləri hekayələrin bir neçəsinin mövzusu nəfslə bağlıdır, fizioloci yox, ruhi, psixoloci, mənəvi nəfslə! Yaşının hələ azlığına baxmayaraq zəngin biliklərlə silahlanmış, mükəmməl bir məqama çatmış Azərin iradi keyfiyyətləri olduqja möhkəmdir. O, Nizaminin insanda görmək istədiyi kamillik dərəjəsinə artıq sahib olmuşdur. Və nə onun, nə də ona tam etibar etmiş Zərifin qəlblərində ali, təmiz hisslərdən başqa bir şey yoxdur. Bu ali sınaq məqamlarında onlar yüksək mənəvi-əxlaqi tələblərin ən yüksək məqamında əzmlə durmaq iqtidarındadırlar. Əli Kərim üçün əxlaqi davranış normaları nə isə kənardan nəzarət edilən bir amil deyildir. Əxlaq normalarının təmiz ijrası yalnız şəxsin özünə aid olan bir məsələdir. Azərin bu görüşdən yalnız bir təmənnası var – Zərif yuxuda olarkən onu doyunja seyr etmək. Azər elə bir vəziyyətdədir ki, ultra Qərb ədəbiyyatşünasları, freydçilər onun az qala impotent olduğunu iddia edə, müsəlman tənqidçilər isə onu əxlaq normalarını pozmaqda günahlandıra bilərlər: «Nejə yəni hələ evlənməmiş, nikahı kəsilməmiş oğlan, qız tənha bir olaqda?!» Otaqda yalnız bir kravat var. Azər istəyir ki, onda Zərif yatsın, Zərif isə əksinə. Nəhayət döşəmədə hərəsi bir yorğanın altında soyunub uzanır, demək olar ki, səhərəjən söhbətləşir və düşdükləri vəziyyətə şükranlar edirlər. Onların söhbətləri teatr, musiqi, fədakarlıq, maskalanmaq və sairə ətrafında jərəyan edir. Məlum olur ki, hər ikisinin qrimdən (maskalanmaq mənasında) xoşları gəlmir. Azərə elə gəlir ki, onların münasibətləri «gündən-günə aydınlaşmaqdansa, mürəkkəbləşir…» Və o bunun səbəbini də tapır, o, artıq Zərifin də onu sevdiyini tam müəyyənləşdirir. Onların bitib tükənməyən söhbətləri Əlini tənqid edəjək ədəbiyyatçıların istəyi xilafına gələjəkdə ailə qurmaq söhbəti ilə yekunlaşır.
«- Azər, bax, indi hamı yatmışdır. Bu gejə də, ay da bizimkidir.
- Bəlkə indi haradasa sənin kimi düşünənlər də var.
- Qorxma, hamıya çatar.
- Çatar. Zərif, bizim ay yavaş-yavaş göyə qalxır. Bizim gejə çox gözəldir. Kimin belə gejəsi var?
- Bizim… Gəl bu gejəni səhər açılanda da buraxmayaq.
Azər utandığı üçün arzusunu zarafatla söylədi.
- Əlbəttə ki… Biz gərək bütün gejələrimizi yığıb saxlayaq. Gələjəkdə evimizin əsas bəzəyi onlar olajaqdır.
«Evimiz» sözü hər ikisini utandırdı…
«Gejə sözlü ürək kimi dolu idi… Keçmişlə, xatirələrlə, bundan sonra açılajaq səhərlərlə, gündüzlə, günəşlə, ilin bütün fəsillərilə dolu!
Zərif üzünü Azərin heyran baxışlarının isti yağmuru altında sərbəst saxlamışdı. Bu baxışları onun dartılıb açılmış qaşları, titrəyən burun pərləri, oynayan dodaqları-bütün üzü əks edirdi. Ayın işığı, təbəssüm, Azərin nəzərləri birləşib Zərifin sifətindəki bütün jizgiləri işıqlandırmışdı».
Bunu bütün varlığı ilə Zərifin seyrinə dalmış Azər görüb həzz alır.
Bu vəziyyətin yarana bilməsi üçün əsas şərtlərdən biri qarşılıqlı inam, etibardır. Zərif Azərə o qədər inanır ki, onunla dünyanın o başına da gedər. Şəhər mühitində nisbətən daha sərbəst formalaşmış Zərif Azərin də sərbəstləşməsinə təsir göstərmişdir. Anjaq haradasa elə bil Azər sərbəstliyə müəyyən hədd qoyulması tərəfdarıdır. Lakin o bu istəyini ürəyində saxlayır. Azərin onların evlərinə ilk gəlişi vaxtı belə bir məqam olur.
«Azər mətbəxə tərəf yeriyəndə, göy qapısı tərləmiş hamamdakı şırıltı içindən eşitdi:
- Azər.
- Bəli.
- Mən bu dəqiqə çıxıram.
Zərif onu sorğu-suala tutur, Azər isə javab verə bilmirdi. Ona elə gəlirdi ki, indi Zərifin sözləri də çılpaqdır. O, Zərifin sözlərini də çılpaq görmək istəmirdi».
Elə bu məqamda romanda haradasa Azərə rəqib kəsilən (hərçənd onda Azərə rəqib ola bilmək səviyyəsi belə yoxdur) Elmanın qadına, qıza münasibəti ilə Azərin baxışını tutuşdurmaq üçün bir məqamı göz önünə gətirmək imkanı var: «Hamı Zəriflə mehriban danışdığı halda Elman uzun barmaqlarını qıvrım tellərinə azja toxundurub boynunun ardına aparır, soyunduruju baxışlarını Zərifin sinəsində, belində, ayaqlarında gəzdirirdi».
Həmin vəziyyətdə Azərin münasibətinə diqqət yetirmək olar. Oğlanların çoxu Nazlı və Zərifin başına toplaşmışdır. Azər də «sevinjlə onlara baxırdı, sevinj dalğa-dalğa qəlbini doldururdu. Burada başqa adam olsaydı gözlərinə inanmadığı üçün onları yumar, Zərifə bütün varlığı ilə baxar, kor günəş qarşısında xumarlanan kimi dayanar, dayanardı. O qorxurdu ki, qızların həsədli nəzərləri Zərifin üzünə ləkə salsın, onun şəffaf təbəssümünü bulandırsın. Qəlbindən keçən ötəri bir hissin diqtəsi ilə Zərifi qar altından təzəjə çıxmış novruzgülü kimi göy sətin penjəyinin altından yaxasına sanjmaq, onu bir sirr kimi ürəyində gizlətmək istəyirdi».
Burada Azərbayjanın şah bayatılarından birindəki obrazı xatırlamamaq mümkün deyil. Böyük türk şairi Nazim Hikmətin çox xoşladığı, xalq ədəbiyyatının dahiyanə nümunəsi kimi tez-tez misal çəkdiyi bayatıda deyilir:
Əzizim, baxtı yarım,
Başımın taxtı yarım,
Üzündə göz izi var,
Sənə kim baxtı yarım?
Əli elə bir sənətkar idi ki, yaratdığı, kəşf etdiyi yeni obrazlar bolluğunda, haradasa tanış olduğu və yüksək qiymətləndirdiyi bu xalq deyiminə mürajiət etmək ehtiyajı yox idi. O, vəziyyəti elə dərindən yaşamaq qüdrətinə malik idi ki, həmin yüksək yaşama prosesində özü kəşf etmişdi, daha doğrusu, yenidən kəşf etmişdi bayatıda deyilən obraza yaxın və oxşar bir ifadəni. Onu da xüsusi qeyd etməyi lazım bilirəm ki, Azər obrazı istər xarakteri, istər əxlaqı, istərsə də mənəvi aləmi ilə Əli Kərimə çox yaxın bir obrazdır. Hadisələrin dil-ədəbiyyat fakültəsində jərəyan etməsi iştirakçıların obrazlı danışığını, obrazlı düşünjəsinin təbiiliyini tam təmin edir, tam əsaslandırır. Burada təhsil alan tələbələrin əsas hissəsi, tam yarısı ya potensial şair, nasir, dramaturq, ya da tənqidçi, ədəbiyyatşünasdır. Bu Əlinin obrazlı danışığı, obrazlı təfəkkürünün əl-qol açmasına tam təbii imkanlar açmışdır. O bu roman daxilində klassik ədəbiyyatın böyük nümayəndələri, həmçinin müasir ədəbiyyatda meydana çıxan əsərlər haqqında müəyyən mülahizələr söyləmək imkanı qazanmışdır. Əlinin müasir Azərbayjan ədəbiyyatının taleyi barədə narahatlıqları da romanda öz əksini tapmışdır.
L.N.Tolstoy kimi bir nəhəngin yaradıjılığında psixologizm məsələsinə dair məqalə yazmağa girişən Əli Kərim obrazların daxilini işıqlandırmağın müxtəlif və yeni formalarını kəşf edirdi. Və bu yerdə mən sonra yadımdan çıxa bilər deyə bir mətləbi xatırlamağı lazım bilirəm, bəlkə də bu yaşıdlarımın yaddaşlarında heç iz də qoymayıb.
50-ji illərin əvvəllərində Yazıçılar İttifaqındakı məjlislərin birində Mirzə İbrahimov üzünü gənjlərə tutub dedi: «Artıq zahiri təsvir dövrü arxada qalıb, astronomlar tərəssüd borularını kosmosa yönəltdikləri bir zamanda yazıçılar öz tərəssüd borularını insan dimağına, insanların mənəvi dünyalarına yönəldib orada baş verən prosesləri izləməli, həm də nə qədər çətin də olsa onları əks etdirməlidirlər». Mirzənin bu sözləri gənjlərə ünvanlansa da, yaşlılara da aid idi – «a qızım, sənə deyirəm, gəlinim, sən eşit». Sonralar Y.A.Komenskinin hansı kitabdasa oxuduğum sözləri mənə yenidən Mirzənin həmin çıxışını yada saldırdı. Komenski deyirdi: hər bir insan dimağı, beyni bir kosmosdur. Bu bədii ədəbiyyatda obrazların, xarakterlərin əlvanlığının bir daha təsdiqi, fərdiləşdirmənin dərin əsası idisə, digər tərəfdən o dövrün mövjud hakim ideologiyasını sarsıda bilən dolğun və əsaslı bir kəlam idi. Yəni hər bir insan öz «kosmosunun» tələbi əsasında yaşamalı, hərəkət etməlidir, hamının eyni düşünjə əsasında hərəkət edəjəyi doktrinası jəfəngiyyatdır. Mən Komenskini bir tərəfdə qoyub Mirzə müdrikliyinə qayıdıram. Həqiqətən həm müdriklik, həm də intellektuallıq baxımından o öz yaşıdlarından, bəlkə özündən böyüklərdən də bir boy yuxarı görünürdü. Nə yazıq ki, nə qohumlarına, nə həmyerlilərinə və ya hər hansı bir dəstəyə arxalanmayan, «dəryada tənha duran bir qayaya» bənzəyən Mirzəyə bütün jəbhələrdən, öndən və arxadan, sağdan və soldan çox imansız və allahsız hüjumlar oldu. Onun şöhrət pyedestalına dırmaşmaq istəyənlər də az janfəşanlıq eləmədilər bu sahədə. Mirzə adama Dankonu xatırladır. O da ürəyini məşəl elədi, işıqlı dünyaya çıxardıqları son ayaqda onu tapdalayıb keçdilər. Mirzə müəllimin elmi təfəkkürü XX əsrin ikinji yarısında dünya miqyasında bədii ədəbiyyatda insanların daxili aləminin mükəmməl təsvirinin ön plana keçəjəyini əvvəljədən təyin edə bilmişdi. Bu proses az və ya çox dərəjədə özünü Azərbayjan ədəbiyyatında, xüsusilə nəsrdə göstərirdi. Əli Kərim bu sahədə önjül yerlərdən birini tuturdu. «Pillələr»də bu jəhət özünü qabarıq göstərməkdədir.
Daxili dünyanın təsviri baxımından Zərif obrazını çox həssaslıqla işləyən Əli onun rəfiqəsi Nazlının ruhi aləminin mükəmməl təsvirini vermək üçün müxtəlif bədii üsullara mürajiət edir.
Azəri Zərif də sevir, Nazlı da. Bu təbii görünür. Tələbəlik həyatının bir xüsusiyyəti də elə budur. Kimlərsə elə ilk kursdan bir-birlərini tapır, bəziləri son kursa qədər axtarır, aşağı siniflərə də göz yetirir, sonalaya-sonalaya durur, diplom alandan, subay qalandan sonra keçmişə peşimançılıq duyğuları ilə boylanırlar. Deyirlər: «Gərək…».
Romanda vəziyyət bir qədər başqadır. Nazlı və Zərif həm də bajılıqdırlar, bir-birlərinin xətirlərini çox istəyirlər. Belə məqamda kimsə öz məhəbbətindən keçməlidir, kimsə fərqlənməlidir. Azəri Nazlıdan xeyli əvvəl tanıyan Zərif nədənsə ona öz ürəyini açmaqda çətinlik çəkir, ümumiyyətlə, müasir və açıq-saçıq, deyən-gülən, zarafatjıl, şux Zərif öz eşqini ifadə etməyə bir məqam seçə bilmir, görünür, Əli demiş elə bu da «bir sirri-xudadır». Görünür, əzəldən belə qurulub ki, əvvəljə ürəyini oğlan açmalıdır. Eternin romanını ingilisjə oxuyan oğlan da ürəyini açmağa ürək eləmir. Zərifin gəldiyi qərar budur ki, Azərə olan məhəbbətini Nazlı vasitəsi ilə çatdırsın. Müəllifinsə hər iki obraza rəğbəti, demək olar ki, eynidir, onların fərdi jizgilərini mükəmməl çəksə də.
Əli Kərim hər iki qızın daxillərindəki ziddiyyətləri və təlatümləri eyni priyomla daxili dialoqla (daxili monoloqla deyil) açır. Evdə Nazlını səbrsizliklə gözləyən, tez-tez saata baxan, onun asta tıqqıltılarına qulaq asan Zərifə birdən elə gəlir ki, saat sanki danışmağa başlayır. «Saat sözləri ədəbiyyat müəllimindən də yaxşı bölüb aydın bir dildə» deyir: «Se-vi-rəm. Se-vi-rəm! A-zə-ri mən». Zərifin ürəyinin səsi saatın mexanizminə köçüb, saat sanki kodlaşdırılıb, ürək döyüntüləri də saat tıqqıltısı ilə qiyaslanıb. Bu, Zərifin ikiləşməsinə, özü ilə söhbət etməsinə, deyişməsinə, daxildəki ziddiyyətlərin yazıçı təhkiyəsindən azad olunmasına kömək edir. Zərif saat tıqqıltılarının dedikləri sözlərdən qorxur. Qorxur ki, onun daxilindəkiləri, yəni ən məhrəm duyğuları özgələri də eşidə. Zərif «saata kimin dil öyrətdiyinə» məəttəl qalır. Saat isə sözünü mərdi-mərdanə bildirən bir adam iradəsi ilə təkrar edir: «A-zə-ri mən». Öz-özündən ürkən Zərifin ürəyindən ikinji səs gəlir. O, «saatı çaşdırmaq məqsədi ilə» ona mürajiətən deyir: «Ax-maq-san. Ax-maq-san».
Obrazın daxilində baş verən prosesi mikroskop dəqiqliyi ilə görüb, böyüdüb oxujusuna təqdim edə bilmək müasir sənətkar üçün ən böyük xoşbəxtlik sayıla bilər.
Obraz bəzən öz daxilində nələr baş verdiyini dərk edə bilmir, bu da müəllifin həssas gözlərindən yayınmır.
«…Saat əvvəljə çaşdı, bayaqkı sözləri unutdu, bir az boş-boş tıqqıldadı, amma çox keçməmiş Zərifə javab qaytardı: «Ax-maq-san. Ax-maq-san».
Zərif gülüb təzəjə qurtarmışdı ki, saatın yenə təmkinlə: «Se-vi-rəm A-zə-ri mən» dediyini eşitdi. Saat onunla mübahisə etdi, saat sözündən dönmədi: «Se-vi-rəm».
Öz hisslərini rəfiqəsinə açanda müəllif Nazlının keçirdiyi daxili təlatümləri də əvvəlkinə bənzər priyomla açır. «Nazlının sifəti allandı. O indijə başa düşdü ki, Azəri sevirmiş. Bəlkə də Zərif öz sirrini açmasaydı, Nazlı hələ xeyli bundan sonra da Azərə münasibətini ayırd edə bilməyəjəkdi «Gərək mən ondan əvvəl deyəydim! Axı mən bilmirdim… Bilsəm də lazım deyildi. Zərif daha layiqdir! Daha mehriban! Daha Zərif! Mən isə həmişənin bədbəxtiyəm». Axırınjı fikir ahıl bir qadın şikayəti təsiri bağışladığından utandı. «Axı mən heç vaxt bədbəxt olmamışam. Axmaq!»
Nazlı özünün hərəkətlərini təhlil etməyi bajarır. Bəzən açıq-saçıq hərəkətləri ilə ətrafdakılara qəribə təsir bağışlayan Nazlı hələ özünə bir namizəd seçməmişdir. Azərin fikrinjə «Nazlının bu açıqlığı onu sevilməyə qoymur. Nə isə bu açıqlıqda bir təmənnasızlıq vardır ki, o da neçə-neçə oğlanı, eyni zamanda Rafiqi ürək sözünü deməyə utandırır». Qəribə burasıdır ki, qız Azərə münasibətdə bir qədər çəkingəndir. Bu da Azəri şübhələndirir. Ona görə ki, Nazlının açıq-saçıq davrandığı oğlanlardan heç bir təmənnası yoxdur. Bu injə məqamı Azər seçir, lakin özünü o yerdə qoymur. Nazlının bajılığı Zərifin məhəbbətini Azərə çatdırması prosesi az qala bir mənəvi əzaba çevrilir. O, Zərifin sözlərini Azərə çatdırdığı məqamda sanki oğlana olan məhəbbətini ürəyindən qoparıb atmalıdır. Anjaq bu məhəbbət adi hiss deyil, ürəyin janlı bir parçası yerindədir onu ağrısız və qan tökülmədən qoparıb atmaq qeyri-mümkündür. O, əzablar içərisində çırpına-çırpına Zərifin istəyini Azərə çatdırır və əvvəlki məhəbbətindən aralanır. Bu məqamlarda keçirdiyi hissləri Əli bu maraqlı ifadələrlə belə ifadə edir: «Nazlı hiss edirdi ki, sözlər onun sözünə baxmırlar, nə istəyir onu da edirlər». Qız bu məqamda özünün indijə Azərə dediklərini sonalaya-sonalaya durur. Müasir ifadələr seçə bilmədiyinə görə də özünü qınayır.
«- Azər, Zərif səni sevir».
«Rəfiqəsinin sirrini Azərə çox lorujasına çatdırdı – hayıfını çıxmaq üçün davam etdi:
- Bilirsən nejə? Deyir ki, saçımın birini ağ, o birini… - Bu ki, anamın sözləridir». – Azər, Zərif səni sevir, - «yenə bayaqkı fikri dedim ki». Azər, deyir ki, mən, mən Azəri…
Nazlı hiss etmədi ki, birinji «mən» Zərifə, ikinji «mən» isə özünə aiddir.
-…Azəri sevirəm. Azər mənim üçün hər şeydən əzizdir.
«Neyləyirəm?» Nazlı başa düşdü ki, əvvəljə Zərifin, sonra eyni vaxtda həm Zərifin, həm də özünün, daha sonra isə təkjə özünün eşqini elan etmək istədi. «Görəsən Azər başa düşmədi ki… Neylədim gör mən axmaq! Zərif doğrudan da Zərifdir. Sənə o layiqdir, Azər!»
Öz fədakarlığının qəhərində boğulan Nazlı daxili əzablardan çox çətinliklə xilas ola bilir. Hadisələrin bütün gedişi boyu o, Azəri müdafiə edir. Zarafatçıl, şən qız olan Nazlının hər dəfə kurs yoldaşlarının yanına gəlişi yüksək əhval-ruhiyyə, xoş ovqat yaradır. Onun Azərə olan təmiz, səmimi məhəbbəti Zərif-Azər sevgisinin daha aydın oxunmasına kömək edir. Əlidəki daxili dialoqu verə bilmək istedadı əsl vəziyyətin aydın və lakonik təsvirinə imkan təmin edir.
Əli bəzən kiçik bir ştrixlə obrazın xarakterinə pənjərə aça bilir. Romanda haqqında ən az danışılan obrazlardan biri Osmanlının qadınıdır. O zahirən Zərifin hərəkətlərinə irad tutmasa da, elə bil içində qovrulur. Əsl münasibətini aşkarda büruzə verməsə də hansı bir məqamdasa kəndli balasının evlərinə dəvət olunmasına qarşı etirazı görünür. O, Azəri qəbul edərkən onun nimdaş çamadanına diqqət yetirib deyir ki, «atın kuxniyə, dursun orda». Buradakı tullayının bədəli olan «atın» ifadəsi qadının baş vermiş hadisəyə əsl münasibətini aydınlaşdırır.
Sabahın ədəbiyyatşünasları gələjəkdə Əlinin bu unikal romanının bir çox məziyyətlərini aşkara çıxarajaqlar. «Pillələr» Azərbayjan nəsrində hadisə idi. Bu romanın təhlili işığında ondan əvvəlki və sonrakı nəsrimizə yenidən qiymət vermək zəruridir.
Əli Kərimin poeziyasında olduğu kimi nəsrində, o jümlədən, bu romanında da bədii ifadə vasitələrinin Füzuli sıxlığı var. Ona görə də onun romanını (detektiv və tarixi romanlardan fərqli) səbrlə, udum-udum, tamsına-tamsına oxumaq lazımdır. Bəzən adama elə gəlir ki, Əli öz poeziya dünyasından tamam qopub ayrılmaq xofu ilə nəsr əsərlərində də poetik jəbbəxanasındakı bitib-tükənməyən bədii ifadə vasitələrini geninə-boluna səpib xərjləyirdi. Anjaq varlığa nə darlıq. Əlinin bədii təfəkkürü gejəli-gündüzlü ən yeni bədii ifadə vasitələri «istehsal etməklə» məşğul idi. Ona görə də o yaratdığı əsərləri geninə-boluna bu vasitələrlə zənginləşdirirdi.
Müəyyən məqamlarda nəğmə dili ilə yox, simfoniya dili ilə danışır. Bəlkə də bunu oxujuların hamısı tam qavraya bilmir, amma yəqin ki, duyur, o da bəsdir.
Əli Kərimə məxsus olan xüsusiyyət onun povestində və hekayələrində də aydın izlənilir.
Dostları ilə paylaş: |