SON SÖZ
Kitab sona çatmaqdadır. Elə bil Əlidən iyirmi səkkiz il əvvəl deyil, indi ayrılıram. Həmin qüssə, həmin təəssüf, həmin kədər… Birjə əvvəlki kəskin reaksiya yoxdur, təbii bu, qojalıqdandır. Görən iç dünyamda Əli Kərimdən nələr qaldı? Əlinin mənəvi dünyasının zəngin xəzinəsindən javan nəslə nələri gətirə bildim? Əvvəljə güman edirdim ki, çox şey. Qanrıldım. İlahi, bu möjüzəli xəzinədə nələr gördüm. Əli şeirinin misralarından yaqutlar, almazlar, zümrüdlər bərq vururdu. Heç əksilməmişdi bu xəzinə. Deməli, mən çox jüzi bir şey götürə bilmişdim.
Görəsən bir də həmin xəzinəyə qayıtmaq mənə qismət olajaqmı? Bu yandan da ömrün sahili görünür artıq.
Kitabı mən niyə belə gej yazdım?
Çoxdan yazmalı idim Əli haqqında xatirələrimi. Hətta formasını da müəyyənləşdirmişdim. Əlinin məzarına gül qoymağa gəlmişəm. Görürəm qəbir yoxdur, amma Əli dayanıb orada, onun ölümünü, dəfnini, başqa hadisələri danışıram və deyirəm ki, «nə yaxşı bunların hamısı yuxu imiş». Sonra «Xatirələr»i yazmağa başlayanda hiss etdim ki, bu uzun mətləblər bir yuxuya sığmaz.
O «yuxudan» qalansa Əlinin park-qəbristanlığının girəjəyindəki heykəlidir. Onunla da söhbətləşmişəm. Dünyada nələr baş verdiyini də danışmışam. Heç bir heyrət, filan izhar eləməyib. Bu dünyada qoyub getdiklərini yaxşı tanıyırdı Əli. Müdrikdir Əli.
Hərdənbir sifətində təkjə ona məxsus bir ilıq təbəssüm zühur edir.
Yenə özümə sual verirəm, nə üçün «xatirəni» belə gej yazdım?
Bəlkə mən Əli Kərimi axıra qədər dərk etmək istəyirdim?
Dərk edə bildimmi?
Yox! Bəyəm dünya sona qədər dərk olunandırmı, Azərbayjan poeziyasının hansı dühası axıra qədər dərk olunub?
Kitab nejə alındı? Adına layiq olajaqmı? Özü demiş «bu da bir sirri-xudadır».
Dünyada gözəl bir oğlan vardı Göyçayda doğulmuş.
Dünyada pak bir kişi vardı.
Dünyada həssas bir ata vardı.
Dünyada saf və müqəddəs bir insan vardı – ətəyində namaz qıl.
Dünyada təp-təzə bir şair var idi – zəngin və sadə, mürəkkəb və aydın, lap aydın, şəffaf.
- Var idi nədir?!!!
- Var! Var!! Var!!! Vaaar!!!!
15 mart 1997-ji il
HÖRMƏTLİ ELZA XANIM,
ƏZİZİM PAŞA
Nəhayət ki, Əli haqqında kitabı yazıb başa gətirə bildim. Gejikməyin səbəbi sonda qeyd olunub. Anjaq bir şeylə təskinlik tapa bilirəm ki, indi deyilən sözlərin çoxunu on beş il əvvəl demək olmazdı. Hədsiz yorulduğum üçün yazını istədiyim kimi redaktə edə bilmədim, ümidimi Əlinin yaradıjılığını hamıdan yaxşı bilən Sizlərə bağladım. Yazıda Sizin azajıq da ürəyinizjə olmayan nə varsa ixtisar edin, bu məsələdə Siz tam ixtiyar sahibisiniz. Bəzi illər, tarixlər mənim yadımda qalmayıb, mümkünsə onları da düzəldin.
Mən kitabda Əli haqqında yazılmış şeirlərin çox getməsini arzulayıram. Mətndə yazmışam ki, Əli S.Vurğundan sonra haqqında ən çox şeir yazılan bir sənətkardır (Anar da atası haqqında yazılan bütün şeirləri toplayıb xatirələr kitabına daxil etmişdir). Mən bilən Əli haqqında çox şeir yazılıb. Əlini çox istəyən şairlərdən xahiş edib onları qısa bir zamanda toplamaq, seçib yaxşılarını kitaba daxil etmək olar (bəzilərini ixtisarla).
Güman edirəm ki, kitab barədə öz rəyinizi tezliklə bildirəjəksiniz.
Dərin hörmətlə: Altay Məmmədov
18.III.1997
MÜNDƏRİJAT
Qara teleqram 3
Əbədiyyətə gedən yol 15
Əsl şairlərin tərjümeyi-halları
onların öz əsərləridir 125
Azərbayjan poeziyası Əlini gözləyirdi 129
Əzəli, əbədi 151
Ölümün zirvəsi – şəhidlik –
şəhidliyin zirvəsi – Nəsimilik 174
Göz yaşında islanar bayatılar, ağılar 183
Ölümlə üzbəüz 190
Üç poema 197
Bir pyes 273
Bir roman 298
Bir povest 361
Üç hekayə 394
Damjılar 409
Ölümündən sonra 418
Etiraf 422
Son söz 426
ƏLİ KƏRİMƏ HƏSR OLUNMUŞ ŞEİRLƏR
Xəlil Rza Ulutürk
Şair Əli Kərim yada düşərkən
- Qələm, kağız qoyun – dedi – qəbrimə!
Yazmaqdan, yanmaqdan doymayan şair.
Neçin yer dağılmır? –
şair məzarı
Yerə basdırılmış vulkan kimidir!
Çağırır Göyçay məni
Əlimdən yapışmayıb,
ürəyimdən yapışıb
çağırır Göyçay məni.
Saçaqlı söyüdlərin
salxımından süzülən
göy güzgülü çay məni.
Payızın sazağından
partlayıb şəzdi axan
iri narlar çağırır,
Hündür, sal qayaların
dərin yarıqlarından
qışdan yaya saxlanan
təmiz qarlar çağırır.
Çağırır palıdların
zirehlənmiş qolları,
Dolu və gürşad döyən
qədim Şirvan yolları.
Mənjə daha parlaqdır
o yerdə Ay da Gün də.
Ulduzlar Günəş boyda, bulaqlar çay güjündə.
Ağajlar…
üstündə bar
yaqut, jəvahir kimi,
Bar gətirib baş əyən
böyük bir şair kimi.
O, bu təbiət qədər
saf, qüdrətli oğuldu.
O, bu yerdə doğuldu.
Hansı bir qartallasa dünyaya qoşa gəldi,
Baxışları beşikdən ulduzlara dikildi.
O, bu yerdə od içdi bulaqların ovjundan.
Boz nənnisi asıldı bəlkə tut ağajından,
bəlkə də ildırımlı buludların ujundan!
Mənə çinar göstərin, günəşə çatsın boyu,
Kökü yer kürəsinin bağrından içsin suyu.
Qanında budaq-budaq xırda çaylar çağlasın,
başında papaq-papaq quşlar yuva bağlasın.
Mənə tufan göstərin, dolsun dar keçidlərə,
çıxış tapa bilməsin.
qışqırdığı kahada
dağları silkələsin!
Gedəm gərək
seyr edəm orda gümüş göyləri,
Şair çiyinlərilə genişlənmiş göyləri.
Şair surəti
Çüxmaz ürəyimdən o gözlər mənim,
Ürəkdən su içən işığı vardı.
Görüşsəm onunla gündüz bir anlıq,
Könlüm gejələr də işıqlanardı.
Mənim gözüm qalıb o gözdə, qaşda,
Dupduru, apaydın jizgilərində.
Uşaqlıq, təmizlik lap ilk baxışda,
Böyüklük, yetkinlik xeyli dərində.
Qaş qara, göz qara, kirpiklər qara…
Üzü ağ…
aydan da, günəşdən də ağ.
Mən harda görmüşəm bu aydınlığı,
Gərək ki, Göy göldə görmüşəm anjaq.
Kəpəzdə görmüşəm dan söküləndə,
Bir gölə bir dəniz nur töküləndə.
Dərin maviliyə işıq düşəndə,
Sular başdan-başa zümrüdləşəndə.
Sal qayalar kimi möhkəm çiyinlər,
Janlı əzələlər palıddan mətin.
Səhərə bənzəyən bir ağ köynəkdə
Bahadır balası şeirin, sənətin!
Pəhləvan deyildi. Anjaq hər sözü
Ağırdı, güjlüdü pəhləvan kimi.
Qızıl qoparardı söz qayasından
Qaya çarpan kimi, dağ yaran kimi.
Hər gün söz üstündə qolu çirməkli,
Damarlar – dolaşıq dağ jığırları.
«Kür, sənə bənzəyən nəğməm olaydı…»
Keçərdi könüldən Kürün axarı.
Keçərdi Şamxorun küçələrindən,
Ağsudan, Göyçaydan sözlü-suallı.
«Yollar kənarında pinəçilər var,
Alim təfəkkürlü, şair xəyallı».
Ömründə heç kəsdən gileylənmədi
Muğan bərəkətli şair xilqəti.
Hamıya səadət, sevinj paylayıb
Özü qəm yeyərdi, o da xəlvəti.
Onun qarşısında suçluyam bir az,
Neçin mən qoruya bilmədim onu?
Qəlbimizdə bitən o qızıl gülü,
Ana torpağımın şair oğlunu!
Təmkin
Deyirlər şairlər çılğın, sərt olur,
Bəzən çaylar kimi aşıb-daşırlar.
Gahdan qəzəblənir, gahdan pərt olur,
Tez-tez ipəkləşir, poladlaşırlar.
Deyirlər şairlər qızğın dəlisov…
Mən onda görmədim bu sifətləri.
Kiçik yumruğunda həbs eləmişdi
Qəlbində qışqıran qiyamətləri.
Onun tufanları içəridəydi
Üzdə sakit olan ümmanlar kimi.
Ətəyi çiçəkli…
dərinlikləri
Bəbirli, qaplanlı ormanlar kimi.
İlhamı şəlalə, özü bir dəniz.
Yadımdan çıxmayır sakit durması,
Sənət güləşində səssiz-səmirsiz
Sözün arxasını yerə vurması.
Böyük məjlislərə, gur salonlara
Bizim hamımızdan çox yaraşardı.
Anjaq kürsülərdə görmədik onu
Kürsüdən yüksəkdə küysüz yaşardı.
İynə tikanların, boz yarpaqların,
Bəzən külək qıran sıx budaqların,
Üstündə yetişən gülöyşə narlar
Yəqin ki, beləjə əmər günəşi.
İçər quraqlıqda son damla mehi
Səssiz-səmirsiz.
Açıb geniş-geniş qanadlarını,
Çovğuna, gürşada məhəl qoymayan
Səhra qartalları, dağ qartalları
Yəqin ki, beləjə süzər göyləri
Səssiz-səmirsiz.
Əjəl, qapısını kəsəndə vaxtsız
Bir qələm götürdü, bir yarpaq kağız.
Kağız dan yeri tək işıqlı, təmiz.
Ölümün gözünə ölüm hökmütək
Yazdı son şeirini
Səssiz-səmirsiz.
Göyçayda bəzəksiz bir məzar durur,
Nə qədər istəkli, nə qədər əziz.
Vətən güllərini qoyub üstünə
O qəbri qızıla tutmalıyıq biz,
Səssiz-səmirsiz.
Sərdar Əsəd
Mavi nəğmələrin sahillərində
Şair Əli, İlham atı səyirdən,
Şair Əli, şeir gətir yuxuma!
Şair Əli, utanıram şeirdən,
Şair Əli, bu şeirimi oxuma!
Yaddaş
Başınız üstdən baxan
O ömür tarixini
Nəqqaş baxışımızda
Naxışlayır gözümüz.
Əbədi bir çələngə
Qəlbimizdən açılır
İki çiçəkli kəlmə:
«Şair Əli» sözümüz
Dinməz ad-sanınızda
Adımız adsızlaşıb…
Susub sağ yanımızda –
Başda oturmusunuz.
Şərəfli söhbətlərin
Başında durmusunuz!
Yumşaq-yumşaq qəzəbin,
Hamar-hamar qılınjın
Kəsərlə şöhrətlənən
Taleyində əriyən,
Kəsiləndə ayağı,
Başı ilə yeriyən
Yaralı bir aşiqin
Səpmisiniz odunu
Gah alışan, gah sönən
İldırım çətrimizə…
Əvvəl qonaq tək girib
Əbədi qaldığınız
Dost ürəkli hər evdən
İndi yolunuz düşüb
Arxanızja üşüyən
Yanar xatirəmizə!
Bir boy orda göründü…
Burda bir səs çinləyər…
Handasa dinməz durub
Gün altında… Kölgədə…
Əli hardasa indi
İrəlidə danışır,
İrəlidən dinləyir –
Oturub son jərgədə.
17 may 2012-ji il saat 13:00-da Əli müəllimə yeni, qutuda kolonka verdim.
Dostları ilə paylaş: |