BİR POVEST
Əlinin vəfatından xeyli keçəndən sonra da Sabir deyirdi: «Əli ölməyib». Belə sözlər həyatdan vaxtsız köçən gözəl insanlar haqqında həmişə deylir. Lakin Sabir bu deyimi konkretləşdirirdi: «Elə bilirəm Bakı küçələri ilə gedəndə tinlərin birindən Əli qarşımıza çıxajaq». Mənim çıxardığım nətijə belə idi ki, Əli arxada yox, həqiqətən öndədir, həmişə öndə olub, yenə də öndədir. Tarixi, təqvimi adi arifmetik yolla hesablayanda qəribə bir yekun hasil olur. Biz Əlini 1969-ju ildə torpağa tapşırıb, guya irəli (gələjəyə) doğru irəliləməyə başladıq. Bu hesabla Əli bizdən 27 il arxada qalmalı idi. Bu heç də belə deyil, əgər belədirsə biz irəliyə doğru gedirik, yoxsa geriyə?
Əlinin «Ürək güzgüsü» pyesində ironik bir ifadə də var: «Geriyə doğru irəli!» (Əlbəttə, bizim hesablamamız heç də bu istiqamətdə yozulmamalıdır).
İrəlidə hamını, o jümlədən biz bəndələri də ölüm gözləyir. Beləliklə, əgər biz Əliyə doğru gediriksə, deməli o həmişə irəlidə olub. Bizlərdən kimsə 2000-ji ili addaya bilsə görəjək ki, 21-ji əsrdə Əli öz adını daşıyan parkın alaqapısında pyedesdalda əyləşib parka gələnləri salamlayır. Əli həmişə hamımızı önləyib.
Əli Kərimin «Mavi nəğmənin sahilində» povestini onun sağlığında oxumuşdum. Xatirəmdə lirik bir ovqat qalmışdı. O vaxt özümə söz vermişdim ki, əsərə bir də qayıdam. Əlinin əsərlərini bir oxu ilə tam qavramaq çətindir.
Əli Kərim haqqında xatirələrimi yekunlaşdırmaq üçün povesti yenidən oxudum. Elə ilk jümlədən Sabirin sözlərini xatırladım: «Əli tində qabağımıza çıxajaq». Bəli, povestin ilk jümləsi belə idi: «Müharibə başlandı». Hansı müharibə? İkindi dünya müharibəsi. Madam söhbət 1941-ji ildən gedirsə Əli bizi nejə önləyə bilərdi? Məsələ burasındadır ki, povestdə Vətən qarşısında vətəndaşlıq borjundan danışılır. Və elə bilirsən ki, Əli hansı bir əsrarəngiz yüksəklikdənsə Azərbayjanın düçar olunduğu bu uğursuz müharibə ilə əlaqədar ölkədə baş verən hadisələrdən ən mühümünə işıq salır. Əli Kərim vətən qarşısında əsgəri borju şərəfin, qeyrətin, sədaqətin, vətənə məhəbbətin ən yüksək meyarı hesab edir. Və Əli insanlıq sınağının, qəhrəmanlıq sınağının məhz ön jəbhədə açıldığını Heminqueyə istinadən dəfələrlə təkrar edirdi. «Mavi nəğmənin sahilində» povestinin şərhi bugünümüzə də nəzər salmağa imkan yaradajaqdır. Rayon mərkəzində bağlı-bağatlı həyətlərdə barı-barıya iki qonşu yaşayır. Biri varlı-hallı, digəri «tükünün üstə dolanan». Bunların münasibətlərində qətiyyən ziddiyyət hiss olunmur. Hətta varlı ailənin qızı (Səfa) ilə qonşu ailənin oğlu (Aydın) arasında nə isə məhəbbətə oxşar münasibətlər formalaşmaqdadır. Aydının Səfanın qardaşı Emillə də münasibətləri normal təsir bağışlayır. Müharibə başlayanda bu oğul-övladlar arasındakı kəskin fərqlər əvvəljə tədrijlə, sonra sürətlə üzə çıxmağa başlayır.
Emilin müharibəyə getməli olduğu haqqında ilk ifadə doğma bajısı Səfanın dilindən çıxır. Müharibənin başlaması ilə əlaqədar onun qonşu oğlana dedikləri bunlardır:
- Demək, Emil də davaya gedəjək – Səfa diqqətlə Aydına baxdı.
Aydın dinmədi.
Qızın sualı təkmənalı deyil, elə bil o, ağız arayır, münasibət öyrənmək istəyir.
«Elə deyil, Aydın?
- Bilmirəm.
- Elədir.
- Kimin yaşı düşür, getməlidir.
- Demək qardaşım Emil də… hə doğrudan Emilin yaşı çoxdur. Arada məktəbi buraxdı. Atamın etirazına baxmayaraq dostları ilə səyahətə çıxdı; ora sənin, bura mənim».
Emil şəhərdə bütün sahələrdə birinji oğlan hesab olunduğu üçün hamının zənninjə ordu sıralarına da könüllü olaraq birinji gedəjək. Emil fəal ijtimaiyyətçi, sayılıb, seçilən idmançıdır. Jahjəlal düzəltmiş ata güman etmək olardı ki, yeganə oğlunu nəyin hesabına olursa-olsun jəbhədən saxlatdırmaq niyyətində olmalıdır. Lakin burada qəribə mənzərə alınır. Hadisə oxujunun güman etdiyi istiqamətdə inkişaf etmir. Və biz burada da Əliyə məxsus bir yaradıjılıq əlamətiilə rastlaşırıq.
- Bilirsənmi, ata, dava başlayıb.
Üçünjü dəfədir deyirsən… Hə, hər kefi çəkmisən, indi də kefinin vətənini qorumalısan.
- Sən haqqımda düşünmürsən.
- Ən yaxşısı qoşulasan könüllülərə.
- Səni xəstə qoyub…
- Könüllü olsan əhsən. Onsuz da, onlu da…
- Ata…
- Sənin igidliyin mənim sağlığımdır.
Səfa kitabı talvara atıb pilləkənlər qalxdı.
- Hə, evin böyüyü, başımın böyüyü, Emil jəbhəyə könüllü getmək istəyir, sən nə deyirsən?
- Əgər könüllü gedirəmsə, məsləhət nəyə lazımdır.
Əsəd baş və adsız barmağını dördkünj bığına apardı:
- Emil, ayıb deyil? Səfa xanım bizim bu jahjəlallı evimizin zinəti, zərifliyi və ağlı-kamalıdır.
- Yaxşı, yaxşı, gedirəm könüllü.
- Evin böyüyü, uğur olsun de!
- Olsun.
Bu jahjəlallı evin sahibi doğrudanmı, jani-dildənmi yeganə oğlunun könüllü müharibəyə getməsini istəyir? Belə xislətli adamlara bunu heç yaraşdırmaq olmur. Yoxsa onun özünün də bir ayrı məqsədi var? O, dövr özünün müəyyən spesifik əlamətlərinə malik idi. 38-ji ildən jəmi üçjə il keçmişdi. «Siyasi dustaq» xofu hələ adamların janlarında möhkəm oturmuşdu. Müxtəlif anbarları, «zakodzernoları», kolxozları, sovxozları asta-asta (bəzən birdən-birə) söküb jahjəlal düzəldənlərin demək olar ki, hamısı partiya üzvləri idilər. Onlar it oğurluğu üstə iyirmi bel il iş almağa razı olardılar, amma siyasi dustaq olmağı bir gün də özlərinə rəva bilməzdilər. Müharibə dövründə fərarilik isə siyasi düstaq həddində duran bir maddəyə bərabər idi. Müharibənin ilk günlərində isə hələ «ara tam qarışıb, məzhəb itməmişdi». Və bu dövrdə övladı əsgərlikdən xilas etməyə hər maddi-məsul işçi heç girişə də bilməzdi. Burada bəlkə də çoxlu günahlar, jinayətlər işləmiş bir şəxsin şöhrət iştahı da var. Döşünə döysün ki, «mən heç də siz deyənlərdən deyiləm, mənim könüllü əsgər gedib azğın faşistlərlə vuruşan oğlum var». Əlbəttə, bunların hamısı olsa-olsa mülahizələrdir. Anjaq bu evin çörəyi ilə böyüyən Emil (Səfa nənəsigildə böyüyüb) özünə başqa yol seçir, yəni bajısının və atasının indiki istəkləri xilafına olan bir yol. Əli Kərim bu yolun nətijəsini bədii, psixoloci jəhətdən əsaslandırmaq üçün obrazın hərəkət və düşünjələrini addımbaaddım izləyir. Kiçik şəhərin hər tərəfinə artıq yayılmışdır ki, «Emil könüllü əsgər gedir». Qərbə burasıdır ki, onun heç könüllü getməsinə ehtiyaj da yoxdur. Çünki onun əsgərlik vaxtı gəlib çıxmışdır. Bunu isə yada salan yoxdur, adamlar hələ həyata keçirilməmiş «könüllülük» aksiyasının ətrafında fırlanır.
Emil isə demək olar ki, özünün «könüllülüyünü» guya qanuniləşdirmək üçün hər gün hərbi komissarlığa ayaq döyür, lakin onun kimin yanına getdiyi, hansı javabı aldığı barədə heç kəsin təsəvvürü yoxdur. Onun könüllü yoldaşı artıq jəbhəyə yollandığı halda Emilin işi bir qədəm də irəliləməyib. Səfa və Aydın onu hərbi komissarlığın qarşısında gözləyirlər. Onun könüllü getməsini izləyirlər, bunu Emil üçün şərəf işi sayırlar. «Bir azdan Emilin ayaq tappıltıları pilləkən aşağı töküldü.
- Belə də iş olar?
Emil təngnəfəs danışırdı.
- Sonra gəl deyirlər. Guya gej gəlmişəm. Hər çastda bir söz deyirlər. Belə çıxır ki, əsgər getmək üçün gərək rüşvət verəsən».
Son jümlə Emilin «şər diapazonunun» geniş olmasından nişan verir.
Emilin hərbi komissarlığa «get-gəl» oyununun psixoloci tərəflərini nisbi də olsa aydınlaşdırmaq üçün həyatdan gələn bir hadisəyə mürajiət etməyi lazım saydım. Javanlıqda qəzet redaksiyasındakı bir iş yoldaşım daimi müşahidələr əsasında özündə kəşf etdiyi bir xüsusiyyəti «bir gün lazımın olar» deyə mənə danışmışdı. «Tələbəlik illərində mən hər axşam üstü dərs hazırlamaq üçün mərkəzi şəhər kitabxanasına gedirdim. Bunu mənə heç kəs təhrik etmirdi, heç kəs yadıma salmırdı. Buna mən özüm qərar verirdim, getmək də, getməmək də mənim özümün əlimdə idi. De gəl ki, kitabxanaya üz tutanda yol boyu Allaha yalvarırdım ki, mən ora çatanda kitabxananın işıqları sönsün ki, dərs hazırlamaq əzabından qurtarım». Əlbəttə, mən mahiyyət etibarı ilə dostumla Emilin keçirdiyi psixoloci vəziyyəti və keçirilən hissləri eyniləşdirmək istəməzdim. Lakin Emilin keçirdiyi vəziyyəti təsəvvürə gətirmək üçün bu köməkçi ola bilər.
Emil hərbi komissarlıqda tutduğu növbəsini «kim gəldi güzəştə gedir». Elə ki, tənəffüs başlanır, Emil özünü içəri təpməyə çalışır. Bura hərbi idarə olduğundan o yaxşı bilir ki, burada dəqiqəyə də güzəşt ola bilməz. Tənəffüs vaxtı guya komissarın yanına girmək istəyərkən katibə qoymur. Açar deşiyindən təzə tapançasını yoxlamaqda olan komissarı seyr etdiyi zaman qapı açılır, Emil içəri yıxılır, və geri qayıtmalı olur».
«Emil indi az qala şaquli görünən ensiz pillələrdən düşməyə başladı. «Tamam hazır olduğum bir vaxtda tənəffüs… Vaxt tapdıq da, Səfa!» O başa düşdü ki, atasından da çox Səfa ilə hesablaşır. Niyə? Bilmir».
Səfa da öz qardaşını yaxşı tanımır, onu əhatəyə alan «birinjilik» ifadəsinə tapınaraq nə isə, başujaldan bir hərəkətin və ya hadisənin intizarındadır. Emilin bəzən lağlağıya oxşayan sözləri və hərəkətləri də onu ayıltmamışdır. Səhər informasiya bürosunun həyəjanlı xəbərini oxuyub qardaşını xəbərdar edir:
- Emil, Emil! Bizimkilər yenə geri çəkilirlər. Səfa eyvanda yatmış Emili oyatdı.
- Nə dedin? Bizimkilər neyləyirlər?
- Geri çəkilirlər.
- Hara?
- Bizim evə tərəf. Sən yatdığın yerə sarı. Dur, dur, hamı ayağa qalxıb.
- Onda elə evimizdəjə qarşılaram…
- Emil, zarafatın yeri deyil.
Qardaşından daim bir təpər gözləyən Səfa bilmir ki, onun beynində dəhşətli bir qurd yuva salmaqdadır. Bu qurd jəbhədə Aydının qardaşının qolunu güllə apardığını eşidəndən sonra özünə yer eləyib. Bajısından bu xəbəri eşidən bir gündən Emilin fikri kəsik əllərin, kəsik barmaqların ətrafında dolaşır.
Qonşu həyətdə yaşayan aktyor Əmijan vaxtilə səhnədə vuruşarkən iki barmağını itirmişdir. Beynində məşum fikri gəzdirən Emil ondan xəbər alır:
«- Əmijan, bir əllə yaşamaq çətin olmur?
- Bir barmaqla da yaşayıb dünyanı ona dolayanlar var.
Emil barmağını dişlədi. Bu həmin bamaqdı ki, bir vaxt «kim hazırdır» deyən müəllimin gözlərinə çan atırdı. Dodaqda yaşlanıb səhvləri pozurdu… Şuluq salana tərəf tuşlanırdı. Xəritədə Moskvaya, Bakıya, Nyu-Yorka, Berlinə tuşlanırdı (indi ağlına gəldi ki, həm də Hitlerə dirənib dururdu)».
Əli Kərim bu kiçik parçada Emilin portretinin bir neçə jizgisini verə bilib. Bilikli olmaq hələ yaxşı insan olmaq deyil. O biliyi insanların xeyrinə də, zərərinə də işlətmək olar. Bu o şəxsin insani keyfiyyətlərindən asılıdır. Müəllimin gözlərinə jan atan barmağın sahibindən yaxşı niyyət gözləmək olmaz (Əli obraza çılpaq münasibət olmasın deyə «barmağını az qala müəllimin gözlərinə soxurdu» ifadəsindən istifadə etməmişdir). «Yaşlanıb səhvləri pozan» barmağın sahibi pintidir. Şuluq salanı müəllimə nişan vermək də məktəb mühitində kişilik yox, nakişilik hesab edilir (Həmin mühitdə əsl kişilik şuluqluq salanın özünün etiraf edib yoldaşlarını gərginlikdən qurtarmasıdır). Dünyaya tuşlanan barmağın sahibi hər bir yer və şəxsiyyət haqqında istənilən qədər danışar, erudit olduğunu göstərər, Hitleri qaniçijilikdə kifayət qədər ittihamlandıra bilər. Lakin… Lakin o Hitler və faşizm barədə yalnız danışa bilər, təşviq edə bilər, təbliğ edə bilər, hətta təhrik edə bilər, özü isə faşizmi məhv etmək naminə bir addım (real addım, yəni döyüşə getmək) da atmaz. Onun fikri-zikri barmaqlarındadır. Bu balaja barmaq və ya (lar) onun xilaskarı da ola bilər.
«Emil birdən-birə təəjjübləndi: Səhərdən bəri göz dikib durduğu sağ əlini tanımadı. Bunun çox baxmaqdan olduğunu bilmədi. «Adam dəli ola bilər».
- Əmijan, sol əllə darıxmırsınız?
- Sol işləyib öyrəşib, sağa dönüb».
Bir əllə yaşamağın mümkünlüyünə dair xeyli məlumatlandıqdan sonra Emil aktyordan aralanır. Küçədən keçərkən də çox maraqlandığı sözləri qulaqları ondan asılı olmayaraq yenə çəkib gətirir. «Dil boğaza» qoymayan arvadların dedikləri ifadələr xüsusi ahənglə səslənir: «təki balamın heç bir əli olmasın, sağ qayıtsın», «…lap əlsiz-ayaqsız gəlsin, amma gözü gözümə baxsın».
Bütün bu daxili vara-vurdlardan sonra Emilin son qənaəti bu olur: «Düz deyirlər, ölüm hamısından pisdir, ölümün nə olduğunu heç kim bilmir». Onun beynində birjə mətləb fırlanır – barmaqları verib həyatını xilas etmək.
…Birdən qapı döyüldü. Səfa qapıya tərəf getdi. Qapını açdı. Emilin yanına gələn qızlardan idi. Səfa nə üçünsə bu qızı xoşlayırdı.
Səfa qonağın sualı dodağına çatmamış javab verdi:
- Bü kərpij jığırla düz get.
Emil həyətin ayağında, sıx ağajların toranında idi.
- Emil!
- Baa, Nailə?!
Əl tutdular.
- Oy, əlim sındı, Emil, sol əlin nə güjlüdür (o artıq məşqə başlayıb – M.A.) – Nailənin gözlərindən yaş gilələndi. – Öldüm ay ana. Yaxşı sol əlinlə niyə görüşürsən?
- Sol əlimlə? – Emil özü də təəjjüb etdi.
- Bu gün əmim oğluna Voenkomatdan kağız gəlib. Sən yaşdadır. Dedim, gedərsən, görə bilmərəm. Amma sən könüllü gedirsən axı…
Emil sol əlinə, sonra da Nailənin əynində tikiş yeri söküləjək qırmızı, bədəninə kip oturan donuna baxdı.
- Yatanda bunu nejə çıxarırsan? Deyəsən axşamlar sökürsən, səhər yenə əyninə səriyib tikdirirsən.
Nailə Emilə mehriban bir şillə vurdu. Onun ətli əli Emilin üzündən öpdü.
Emil birdən sağ əlini Nailənin boynuna salıb, sol əli ilə onun burnunu sıxdı. Yanaqlarından çimdik aldı, çənəsini basdı. Rəngi qaçmış dodaqlarını bir-birinə elə yapışdırdı ki, qızın demək istədiyi söz onların arasında sıxılıb qaldı. Sonra Nailə getdi».
Emilin xarakterinin belə kəskin ştrixlərlə açılması onun düşdüyü vəziyyətlə əlaqədardır. Onun fikri bir istiqamətdə, çağırışdan yaxa qurtarmaq üçün nə isə qeyri-adi bir iş tutmaq istiqamətində, əlinin barmaqlarını kəsməyə hazırlıq istiqamətində işləyir. Bəlkə də hamıdan aralanıb həyətin dərinliyində gəşt etməyi də bununla bağlıdır. Tutajağı işlə əlaqədar daxilən özünü bəraətləndirməklə məşğul olan, aksiyadan baş verə biləjək ağrını rəf etməyə hazırlaşan Emilə Nailənin onun yaşıdı olan əmioğlusunun əsgərliyə getməsindən söz salması, sol əlinin güjlü olduğunu deməsi, Emilin könüllü gedəjəyini vurğulaması (Meymunu yaddan çıxardın! – əhvalatı) qətiyyən onu açmır. Həmişə öndə gedən oğlan kimi təriflənməsi bu məqamda onun əsəblərinə toxunur, möhkəm qıjıqlandırır. Ajığını aşkar şəkildə büruzə vermək imkanı olmadığından gah qızın geyiminə lağ eləməsi, kobudjasına burnunu sıxması, əlavə söz deməyə qoymaması, əlbəttə, bununla bağlıdır. Düşdüyü vəziyyət onun xarakterindəki bütün qabalıqları tez üzə çıxarır (Aydın-Səfa münasibətlərindəki injəlikləri, zəriflikləri yada salanda Emilin Nailəyə münasibəti hədsiz kobud, mədəniyyətsiz görünür).
Qız gedəndən sonra da Emil ijra edəjəyi aksiyaya hazırlığını davam edir. Bu prosesdə gördüyü hər bir iş onun ruhi aləmi ilə sıx bağlı olur.
«Emil sol əlinin güjü gəldikjə meyvəsi lalıxlayıb tökülən şaftalı ağajına vurdu (janının hovunu, belə məqama gəlib çıxmağın ajısını belə çıxır). «Ağrıyır. Vaxtilə az iş görüb… Sol əl nə etməlidir? O, sağın köməkçisidir. Bəlkə də o öz işini görüb qurtarıb, lazım deyil? Görəsən dünyada bir əli olmayan neçə adam var?».
Əli Kərim əl kəsmə aksiyasını vajib bildiyindən təfərrüatlı verməyə çalışmışdır və buna nail olmuşdur. Emilin bu məqamda psixoloci gərginliyi az qala dəlilik həddinə çatır. Artıq o, sağ əllə sol əli seçə bilmir, sağ sola, sol sağa çevrilir, barmaqlarını doğrayajağı balta da ona çox qəribə bir parıltıda görünür.
«Üstünün mamırı saralmağa başlamış şam ağajına sanjılmış kiçik balta gözlərini qamaşdırdı, əvvəlki kimi yox! Alov saça-saça. Günəş bulud topalarının arasında görünüb soldu, yanıb sönməyə başladı. Gah gümüşü, gah qızılı alov saça-saça. Emil birdən hiss etdi ki, sol əli bərk ağrıyır. Baxdı: sağ əli sol əlini bərk-bərk sıxmışdı. Onu baltadan gizlədirdi».
Belə çətin, müşahidəsi olduqja mürəkkəb olan, tutulması namümkün məqamları yazıya gətirmək üçün Əli yeni boya və vasitələr axtarışlarından qalmır. Uşaqlara iynə vurarkən tibb bajıları həmin yeri o qədər sığallayırlar ki, bəzən ağrı heç hiss olunmur. Emil də barmaqlarını kəsəjəyi yeri həm əli, həm də fikri ilə o qədər sığallayır ki, kəsilmə məqamını hiss etmir. Əli Kərim obrazın bu məqamda keçirdiyi vəziyyəti hədsiz həssaslıqla izləyir, Emilin həmin məqamda daha nələr düşünə biləjəyini tapmağa çalışır.
«Ağrıyan əlini o birindən qoparıb boz hindiqo şalvarının jibinə soxdu. Tək qalmış sağ əli arxaya uzanıb qayışına keçdi. Onu dala çəkdi.
«Balta əlimdədir. Bir vaxt bu əllə topu elə vurardım ki, voleybol topu jırılardı…»
Əllər bir-birini aldatdı, birdən ikisi də solaxay oldu. «Mən bu əllərimin hansı ilə nə eləməli idim. İndi ikisi də solaxaydır. Hansı ilə Aydını vurmalıydım. Niyə? Bilmirəm. Hansıylasa od üstündə kabab tutmalıydım. Çox şey etməliydim. Bəs indi? Fikirləşmə, fikir-fi…»
Gözlərinə bir-iki «uşaq fəvvarəsi» göründü. Sonra öz səsini – uzaqdan – eyvanda oturan Səfanın yanında eşitdi. Səfa əks-səda kimi gəldi.
- Mənim Emil qardaşım… Sağ əlin!
Emil indi bildi ki, sağ əlinin barmaqlarını kəsmişdir. Ağrının arasından Səfanın səsini eşitdi…»
Barmaq kəsmə aksiyasına biz L.N.Tolstoyun «Serqi ata» hekayətində təsadüf etmişik. Məsələ burasındadır ki, orada Serqi ata şəhvani nəfsini məhv etmək üçün bu işi görür, barmağının timsalında şəhvani nəfsinin başını kəsir, burada isə barmaqlar yaşamaq nəfsinin xatirinə kəsilir. Eyni aksiya bir-birinə diametral zidd məqsədlər naminə ijra edilir. Əgər bu prosesdə Emilin özünün ijtimai quruluşa aid xüsusi bir fikri olsa idi, o ətrafda düşünmək olardı. Deyək, məsələn, «Sovet İmperiyasını laxlatmaq naminə Emil əsgərlikdən yayınmaq istəsəydi» (Axı o dövrdə belə fikirləri heç kəs ağlına da gətirə bilməzdi). İkinjisi də Emil və ailəsi məhz bu quruluş sayəsində varlı-hallı olmuşdular. Əslində Emil bu quruluşun aqibəti haqqında, ümumiyyətlə, Vətən haqqında, elə bil, heç nə düşünmür. Onun üçün heç müharibə də başlanmamışdır. Lakin müharibəni tez-tez onun yadına salan var: Aydın. Qəribə burasıdır ki, Aydının qardaşı Mahmudun əlinin kəsilməsini müxtəlif variantlarda əyaniləşdirən Emilin barmaqları da Aydının ayaqları altına düşür. Mahmud haqqında xəbəri eşidəndə Emil sağ əlinə baxıb Aydına deyir:
- Demək Mahmudun sağ əli gedib. Onda əlsiz də olsa qayıdar ki…
- Məjbur edərlər qayıdar.
- Özü burada, əli orada…
Sonra, öz barmaqlarını kəsdikdən az keçmiş «ağrının arasından Səfanın səsini eşitdi.
- Aydın!! Aydın!!
Emil ağrının toranında Səfanı və Aydını bir təhər seçdi. Ağrısına başqa şeylər də qarışmışdı. Deyəsən utanjaqlıq, sıxıntı və əlini kəsə bildiyi üçün qürur.
Aydın parçalayıb yandırdığı ağ köynəyinin külünü yarımbarmaqlara sarıdı. Emil üzülüb düşmüş barmaqlarını Aydının ayaqları yanında gördü. Hayıf yumruğumdan! Sağ yumruqdan!
Kəsilmiş barmaqların Aydının ayaqları altına düşməsinin elə bil simvolik bir mənası da vardır. Bu elə bil hansının haqlı, hansının haqsız olmasını göstərən bir işarədir.
Onların arasında vaxtilə baş vermiş ixtilafın izləri Emilin qəlbindən silinməmişdir. Aydın bunu Səfa ilə aralarında səmimi münasibət başlayandan sonra hiss etmişdi. Pəhləvanların güləşinə tamaşa etdikləri zaman Aydın öz üzərində nəzər duyur. «Sanki sahibsiz yaşayan iki göz» görür, onlar elə bil hədəqədən çıxıb adamların qolu, çiyni arasından Aydının üzərinə şığıyır»lar. O bunların Emilin gözləri olduğunu müəyyənləşdirir. Emil Aydını Səfa ilə bir yerdə gördüyü üçün qəzəblənib. Səbəb: Aydın bir dəfə heç kəslə hesablaşmaq istəməyən Emilin burnunu büro ijlasında ovub. İlkində tamamilə maneəsiz görünən Səfa – Aydın münasibətlərinin arasında qara tikan kolu boy verir.
Aydın səmimidir. Fikirləşdiyi kimi danışır, düz danışmasının pis nətijə verəjəyini heç ağlına da gətirmir. O, Emilin kinli-küdurətli olmağına da inanmır. Lakin Emilin ona münasibəti təzə baş verən kiçijik hadisədən sonra get-gedə qəlizləşməkdədir. Aydınınsa Emil haqqında fikirləri dumduru olmaqda qalır. Bu onun Səfa ilə söhbətində tam aydınlığı ilə üzə çıxır.
«-Yaşım düşmür, yoxsa bu gün gedərdim. Komsomola keçəndə bir il artırmışdım. Yenə çatmır. Emil nə vaxt gedir?
- Hara?
- Jəbhəyə. Axı o hər işdə indiyəjən birinji olub. Məktəbimizin, şəhərimizin fəxridir. Həmişə olimpiada, spartakiada, Moskva, Leninqrad – hara oldu onu göndərərdilər. İstər-istəməz gərək o birinji getsin.
- Düzdür. Emil dala qalmaz. Yəqin ki, bu yaxınlarda gedər.
Səfagilin küçə qapısı açıldı. Emil çıxıb körpüdən keçmək istədi. Amma birdən körpünün yarısındaja dayandı. Astadan soruşdu:
- Dərslərə indidən hazırlaşırsınız?»
Bu sualda hər iki gənjin münasibətlərinə narazı adamın eyhamı aşkar duyulur. Yəni indi iyundur, dərslər isə sentyabrda başlanır. Sizinki dərs oxumaq deyil, ayrı məsələdir. Təbii ki, Emil bajısının Aydınla yaxın olmasını qətiyyən istəmir. Atası Səfanı çox əzizlədiyindən çılpaq ifadə işlətməyi də münasib bilmir. Eyhamı o andaja tutan Səfa vəziyyətə başqa rəng vermək, gərginliyi götürmək üçün deyir:
- Səndən danışırıq. Aydın deyir ki, sən hər işdə birinji olmusan.
- Nə deyim.
Aydın yanpörtü oturdu:
- Nə vaxt gedirsən, Emil?
- Çox arzulayırsan?
- Arzulayıram ki, yanvar tez gəlsin, mənim də yaşım düşsün.
- Doğrudan deyirsən?
- Yanvarda görərsən.
- Yanvarda olmayajağam.
- Burda? Yoxsa… Bu nə sözdür?
- Yaxşı, sonra danışarıq. Evin böyüyü, evin kiçiyi (yəni ata) deyir gəl çörək ye.
Elə bil ki, Aydınla Emilin münasibətləri absurd (jəfəngiyyat) üzərində qurulmuşdur. Eyni mühitdə, eyni ijtimai münasibətlər çərçivəsində yaşasalar da onların düşünjə kateqoriyaları müxtəlifdir. Aydın Emilin yalanlarına inanır, çünki onun zənninjə insan yalan danışmamalıdır (təsadüfən yalan açılanajan). Emil isə Aydının düz dediklərinə inanmır, onun zənninjə, bu mühitdə yalansız yaşamaq olmaz. O, Aydının könüllü əsgər getmək arzusuna da qəti inanmır, çünki özü nəinki könüllü, heç çağırışla da orduya getmək fikrində deyil. O, hərbi komissarlığa gedib-gəlməklə baş yozur, hamının, hətta atasının və bajısının da. Aydının təmizliyi, saflığı bəzən sadəlövhlük həddinə çatır, o əvvəljə özünün könüllü gedə bilməsini xahiş üçün qohumu komissarın qəbuluna gedir, ümidi boşa çıxır, onu geri qaytarırlar. Aydın ikinji dəfə komissarın yanına Emilin xahişi üçün gedir ki, Emilin yaşı düşdüyü üçün heç olmasa, onu get-gələ salıb süründürməsinlər. Və bu məqamda Emilin nə komissarın, nə də başqa işçilərin yanında olmadığı aşkarlanır. Bunu nə isə bir anlaşılmazlıq hesab edən Aydın hadisəni Emilin özünə və yaxınlarına danışır. O, bilmir ki, Emilin simasında özünə əməlli-başlı düşmən qazanıb. Qəribədir ki, bu əhvalatdan sonra məktəb yığınjağında Emildən xəbər alırlar ki, «barmaqları nejə olub?» O isə javab vermək əvəzinə «Məhv olsun Hitler» deyərək səhnəni tərk edib qaçmışdır. Bundan sonra o, Aydına belə bir iddia ilə tələb irəli sürür ki, nə üçün həmin ijlasda onu müdafiə etməyib. Bu iddianın məntiqi əsası varmı? Heç bir məqamda biz Emilin Aydından razı olduğunu görməmişik. Bəs bu ərk nə ilə bağlıdır? Bunu aydınlaşdırmaq üçün aşağıdakı dialoqları bütöv nəzərdən keçirməyi vajib hesab edirik.
…Axırınjı dərs olmadı. Aydınla Səfa dərsdən birgə çıxdılar. Göz işlədikjə uzanıb, ağaran bir səltənətin içindən göyərə-göyərə axan mavi nəğmənin sahili boyu yeridilər.
- Səfa, bir din görək.
Dindi:
- Emil səndən küsüb.
- Küsüb? Niyə?
- Müharibə tez qurtarar?
- Niyə küsüb?
- Nə vaxt qurtarar?
- Moskvaaltı zərbədən sonra inandım ki, tez qurtarar! Niyə küsüb?
- Sən ijlasda susdun.
- Mənim yerimdə olsaydın, neylərdin?
- Bilmirəm.
- Mən də bilmədim.
Aydın barmaqlarını sıx saçlarının arasına soxdu.
- Səfa…
- Emil qəhrəman oğlandır. Qardaşım olduğuna görə demirəm. O, bilirsən ki, hər işdə birinji olmuşdur. Onu hamı sevir. Sənin əsgərlik vaxtına nə qədər qalır?
- Lap az.
- Demək bizi qoyub gedirsən?
- …
- Emil haqda sən nə deyə bilərsən? Emilin kəsilmiş barmaqları haqqında?
- Heç nə.
- Sən qəhrəman olmaq istəyirsənmi?
- Mən bu yaxınlarda gedirəm.
- Bəlkə o arzunu mənə deyəsən?
Elə buradaja hələlik dialoqu yarımçıq kəsib bəzi mətləbləri aydınlaşdırmağa müəyyən ehtiyaj duyulur. Mənfilikləri, kobudluqları bəzən lap aşkar görünən şəxsi bir povestin mərkəzinə çəkmək Əlinin estetik idealına heç də uyğun gəlməzdi. Povestin mərkəzində nisbətən asan oxunan, tünd ştrixlərlə rəsm olunmuş Emil deyil, zərif, yumşaq, həlim boyalarla çəkilmiş oricinal xarakterli Aydın dayanmışdır, daha doğrusu, Aydınla Səfanın münasibətləri dayanmışdır. Bu münasibətlər elə bil indi bu məqamda gərgin bir nöqtəyə çatmışdır. Səfa söz deyir, lakin izahından, şərhindən qaçır. Tamam ayrı sual verməklə dediyini yayındırır. O, tam qardaşının mövqeyindədir. Onu tərifləsə də, qəhrəman adlandırsa da dediklərinə deyəsən özü də inanmır. İnansa təzədən qayıdıb dediklərini Aydından xəbər almaz. Əlbəttə, Səfa Pavlik Morozovlar nəslinə aid deyil, aid ola da bilməz. Heç Əli də onu bu jərgədə görmək istəməz. Səfa, Emil, Əsəd bir ailənin üzvləridir. Onları sarsıtmaq olmaz. Övladların hər ikisi bilir ki, ata pulları haram yolla qazanıb, lakin bunun onlar üçün elə bir əhəmiyyəti yoxdur, hətta Emil üçün, əksinə, atası hansı qüvvənin təsiri iləsə haqqın yoluna gəlib nə vaxtsa haram yolla qazandıqları pulları yoxsulluq içində yaşayan qonşulara paylamaq istəyəndə Emil ona qarşı öz etiraz səsini qaldırır. Əli Kərim isə nədənsə bu məsələyə Səfanı qatmaq, onu da harama bulamaq istəmir. Onun Aydına layiq saflığını sona qədər mühafizə eməyi münasib sayır. Povestin adı «Mavi nəğmənin sahilində»dir. Mavi nəğmənin Emilə qətiyyən dəxli yoxdur. Əslində o, Aydın-Səfa məhəbbətinin nəğməsidir.
Vaxtilə mən XX əsr Azərbayjan hekayələrini araşdırmışam. Bunların heç birində intellektual qadın-kişi və ya oğlan-qız söhbətlərinə rast gəlməmişəm. Yeni dövr ədəbiyyatlarında da bu mətləb o qədər də dərinləşməyib. Elə bil haradasa Əli Kərim də bunu Azərbayjan nəsrinin zəif yeri hesab edirdi. Məhəbbət şeirlərində, «İlk simfoniya» poemasında, «Pillələr»də bu sahədə zəngin təjrübəsi olan Əli Kərim povestində bu mətləbi janlı, müasir vermək üçün oricinal bədii vasitələr tapmışdır. Burada münasibətlər söhbətlərdən çox, hərəkət və düşünjələrdə açılır. Səfa və Aydın güləşən pəhləvanlara tamaşa edirlər. Səfa gənj pəhləvanın qələbəsini arzulayır. Anjaq hiss edir ki, güj nisbətən təjrübəli olan yaşlı pəhləvandadır. Güləşin gərgin məqamında «Səfa indijə baş verəjək hadisəni görməmək üçün eynəyini çıxartdı, nəhəng duman içində fırlandığını gördü. Gözlərini əlləri ilə qapadı. Birdən nəhəngin körük səsini andıran nəfəsini eşidib Aydının qolundan bərk-bərk yapışdı, üzünü ona qısdı. Aydın süd və çiçək ətrinin bir-birinə qarışdığını duydu».
On altı yaşlı gənjlik astanasına gəlmiş iki yeniyetmənin müsibətlərində zərrə qədər də erotikanı xatırladajaq bir xal belə yoxdur. Bu jür yaxınlaşmada belə müqəddəs saflıq var. Əli buna nejə nail olur? Az qala deyəm bu da Əlinin pak dünyası ilə sıx bağlı olan bir «sirri-xudadır».
Əli çox yaxşı bilir ki, bəzən kiçik hərəkət, kiçik bir təmas yüzlərlə sözlərdən artıq «söz deyə» bilir. İlk məhəbbətin başlanğıjının təsviri çox çətin olur. Əli Kərim həmişə söz bolluğundan xilas olmaq yolunu tutur. Kəsə vasitələr tapır. Sözlərlə bəyan edilən məhəbbət əvvəljədən «planlaşdırılmışa» oxşayır. Sövq-təbii hərəkət isə hardasa şüurluluqdan uzaq olur, elə bil təhtəlşüurdan gəlir. Sözlər şüurda jilalanıb ütülənəndə (daha yaxşı səslənməsi naminə) sanki təbiiliyini, ilk ətrini itirir.
«Aydıngil… sakit söyüd xiyabanına – öz küçələrinə buruldular. Aydın anjaq qarşıdan gələn Emili görəndə hiss etdi ki, Səfanın əlindən yapışmışdır. Aydının vermək istədiyi salamın yarısı dodağında, yarısı boğazında qaldı. Emil deyəsən onları görmədi, keçib getdi. Aydıngil əllərini bir-birindən ayırıb qızardılar. Səfa yerişini sürətləndirdi. Aydın ona çatdı. Qoşa addımladılar. Bir tərəfi göyərmiş skamyanın yanında gözləri ilə bir-birinə «hələlik» deyib ayrıldılar».
Bir isti təmas bir pud söz yanajağından artıq istilik verə bilər. Əli münasibətlərdə sözdən bir də ona görə qaçmağa çalışır ki, şirinsov «səni sevirəm» ifadəsi mümkün qədər araya girməsin.
Əli Kərim nədənsə Səfanın münasibətini təmaslarda açmağa çalışır, elə bil onun daxili aləminə nəzər salmağa utanıb həya edir. Amma Aydının iç dünyasını vermək üçün yeni bədii kəşflər axtarıb tapır. Aydın və Səfa barı-barıya yaşayırlar. Aydın durub Səfagilin divarına yaxınlaşdı. Söykəndi. Barının üstündən bəri sallanmış may gilasının budağından yapışdı. «Bədəninə qəribə bir istilik yayıldı. Ona elə gəldi ki, Səfagilin həyəti ilə, evi ilə, Səfanın özü ilə birləşdi. Ürəyindəki sözlər may gilasının budağından Səfagilin həyətinə axdı…»
Bu gilas ağajı və başqa meyvələr az qala bioloci telefona çevrilir Aydın üçün. O, Səfa ilə keçirdiyi dəqiqələr və anlarla yaşayır. Mürəkkəb psixoloci anlar keçirir. «Yorğunluqdanmı özünün çirkin hiss etdi? – Bilmədi (Darıxmağın bir əlaməti). Yarışda ona elə gəlir ki, yaraşıqlıdır. Dik atıldı. Güzgüyə baxmaq istədi. Əvvəllər bundan zəhləsi gedərdi.
Hansı qüvvəsə çirkinlikdən «xilas olmaq» üçün onu barıya doğru itələyir. Bioloci telefon o andaja işə düşür. Onun ürəyinin sözləri albalıdan «nar ağajına, nardan qollu-budaqlı şah tuta, ondan eyvanın qabağındakı məxməri, qızılı, armudu güllərə, güllərdən eyvanın dirəklərinə sarınmış sarmaşıqlara keçib, onların hərəsindən bir ətir ala-ala nağıldan eşidilirmiş kimi əfsanəvi bir şəkildə Səfaya çatdı. Aydına elə gəldi ki, yaraşıqlandı (Tanıdığımız ən məşhur aşiqlərin belə bu jür şirin, gerçək fantaziyaları olmayıb). Sözlərinin getdiyi yolla Səfanın gözəlliyi keçib gəldi, onu mükafatlandırdı».
Aydın ən təmiz hisslərlə Səfaya o qədər bağlanmışdır ki, özünü onsuz görmür, görürsə də özü olmur. Onun özü olması üçün hökmən Səfa ilə birgə olmalıdır. Onlar elə qovuşmalıdırlar ki, bir jana çevrilməlidirlər – nətijə, yenə klassik poeziya bənzətmələrinə gətirib çıxarajaqdır. Çoxdan kəşf olunmuşları yenidən kəşf etmək bəlkə elmin təbiətinə ziddir. Bəşəriyyət durduqja, onu yaşadan qanunlar mövjud olduqja, bədii ədəbiyyat kəşf olunmuşları yenidən kəşf edə-edə (fəqət sonsuza qədər ən yeni formalarda) irəliləyəjəkdir.
Aydın «indi başa düşdü ki, yarışda özünü yaraşıqlı hiss etməsi Səfanın hesabına imiş. O, Səfasız çirkindir. Səfa onun gözəlliyidir». Özü isə «Səfanın güjü» olmalıdır.
Əli Kərim oğlan-qız münasibətlərindəki ülviliyi bütün qüvvəsi ilə qoruyub mühafizə etməyə çalışır. O bu ülviliyin köhnəlmədiyini, əbədi yaşamaq haqqı olduğunu əyani şəkildə nümunələrlə sübuta çalışır. Əliyə görə məhəbbətin ülviliyi, müqəddəsliyi əbədiyyətin rəhnidir.
Ona görə də Əli saf məhəbbət zühur elətdirən məqamları doymaq bilmədən təsvir etməkdən yorulmur.
Aydın Səfadan ayrılanda belə bir az əvvəl elədikləri söhbət və təmas onu tərk etmir: Güləş zamanı «ona qısılmış Səfanın titrəyişi indi də Aydının qolunda qalmışdı. Səfadan gələn süd və çiçək ətrinin qarışığı hələ də getməmişdi».
Səfa ilə görüşləri, söhbətləri yaddaşına deyil, bütün varlığına hopur.
Aydının özünü müşahidələri onun Səfaya münasibətlərini bir qədər də aydınlaşdırır. Məlum olur ki, Səfa ona doğma qardaşı qədər əzizdir. Qardaşı Mahmudu müharibəyə yola salıb qayıdarkən fikrinə qəribə vəziyyət gəlir. «Aydınla Səfa arxın kənarı ilə tələsmədən addımladılar. Aydın birdən-birə başa düşdü ki, qardaşdan ayrıldığını bütünlüklə hiss etmir. Bunun da səbəbi Səfanın burada olmasıdır. «O mənə bu qədər yaxındır ki?» Amma onu da bildi ki, Səfa ayrılıb evlərinə gedən kimi qardaş ayrılığı bütün güjü ilə hüjuma keçəjəkdir».
Əli Kərimin qəhrəmanı həssasdır, bəlkə də hədsiz dərəjədə həssasdır. Ona elə gəlir ki, Səfa ilə yaxın olanda ondan əlavə güj, qüvvət alır. Yaxın məsafədən elə bil onların hissləri də qovuşur. Bu, Əlinin təsvirlərində təsadüfi hal olmayıb az qala silsiləyə, sistemə çevrilir. Səfa Aydına mehriban-mehriban xeyli baxdı. Baxışları onun bütün gözəlliyini eynəyin şüşələrindən keçirib Aydına verdi. Aydın yenə yaraşıqlandığını, zərifləşdiyini, həm də güjləndiyini hiss etdi».
Aydın əgər öz qardaşı ilə Səfa arasında mənəvi bağlar aşkar edirsə, yəni Səfanı qardaşı qədər özünə yaxın hiss edirsə, Emildə başqa zahiri jizgilər aşkar edir, onun sifətində Səfanın simasına oxşar tərəflər görür. «Emil Aydına gizlinjə fikir verdi. İndi bildi ki, ürəyində hiss etdiyi isti Emilin Səfanı xatırladan gözlərindən, alnından, çənəsindən gəlmişdir. «Mən Səfanı görməmişdən də bu jizgilər Emildə vardı, axı onları tanımırammış, Səfaya aid bu jizgilər Emilin üzündə qırılıb tamlığını itirmişdir». Əli Kərim elə bil ki, insan sifətlərinin yaxınlıq və oxşarlığında özünə, daha doğrusu, sənətə lazım olan, nələrisə axtarır. O, qardaş-bajı oxşarlıqlarını inadla izləyir. Həm də Aydının bajıya görə qardaşa olan münasibətindəki dəyişmələrin səbəbini aydınlaşdırmaq istəyir. O, Aydını ilkindən, lap başlanğıjdan tanıyır, Səfa isə uzun müddət nənəsinin yanında, yəni başqa bir mühitdə böyüyüb tərbiyə almışdır. Səfa elə bil Emil – Aydın münasibətlərində süzgəj (filtr) rolunu (və yaxud ildırım ötürən) rolu oynayır. İki bir-birinə zidd təbiətli gənjin münasibətlərini pozulmağa qoymamaq Səfanın boynuna düşmüşdür. (Bəlkə də əvvəllər bilinməyən ziddiyyətlər elə Səfanın gəlişi, onun Aydınla münasibətləri sayəsində üzə çıxmışdır). Aydın hiss edir ki, Emilin bəzi xoşəgəlməz hərəkətlərinə məhz Səfaya görə dözür. «Aydın oturub fikrə getmişdi». Emilin rişxəndindən niyə injimədim? Ona görə ki, o danışdıqja sözlərində olan rişxənd Səfanın gözlərindəki təbəssümdə əriyirdi». Səfa evə gələndən sonra bu rişxənd o zil qara gözlərdəki təbəsümdən ayrıldı, ilk mənasını onun doğulduğundan xeyli sonra aldı».
Biz dialoqu məhz o yerdə kəsdik ki, Səfanın gözlərinin Aydın üçün sehrli, möjüzəli bir vasitə olduğunu bir daha əyani və aydın görə bilək. Səfa Aydına Emilin ijlasda dinmədiyi üçün ondan küsdüyünü deyəndə və arzusunun nədən ibarət olduğunu xəbər alan məqamda «birdən tikanlı kolun dalından əllərini qalın, qara paltosunun jibinə qoymuş Emil çıxdı. Güjlə sezilən rişxənd qarışmış bir nəzakətlə dedi:
- Yaxşı, ijlasda niyə susdun?
Aydın səbrli olmağa çalışdı.
- Mən ona görə dinmədim ki, heç nədən xəbərim yoxdur. Sual verənin nə demək istədiyini də birdən-birə başa düşmədim. Birdən-birə qərara gələ bilmədim.
Emil mavi nəğməyə əyilmiş söyüdə baxdı. Mehriban-mehriban dedi:
- Əjlaf!
Aydın gözuju Səfaya baxdı. «Əjlaf» sözü Səfanın gərginləşən gözlərindən keçib gəldiyi üçün mənasının çoxusunu itirib, yoxsul və güjsüz halda gəlib ona çatdı.
- Heç olmasa, bajına hörmətin olsun.
- Mən elə bilirdim ki, o, sənə layiqdir.
Səfa asta-asta uzaqlaşdı. Emil yavaş-yavaş onun dalınja addımladı.
Aydın üzünü yana tutdu. Baxışı uzaqlara dirəndi…»
Burada hər şeydən əvvəl Emilin xarakterinin başqa tərəfləri də açılır. O, az qala bajısının Aydınla oturub-durmasına başlıq tələb edir, yəni əgər sən gələjəkdə mənim bajımı alası olsan indidən başlıq verməlisən, bu, hər məqamda öz gələjək qayınını müdafiə etmək şəklində özünü büruzə verməlidir. Sən ona gələjəkdə ər olmağa layiq deyilsən. O, iki gənjin hələ uyuşmamış ülvi münasibətlərini həyasızjasına bayağılaşdırmaqdan çəkinmir. Öz doğma bajısının yanındaja onun aşkar rəğbət bəslədiyi oğlanı təhqir etmək Emildən ötrü heçnədir. Səfanın təkjə baxışı, gözlərinin şəfəqi isə Aydın üçün hər şeydir. Bu gözlər povestin sonlarına qədər öz rolunu oynayasıdır.
Povestin müəyyən məqamında Əli Kərim hiss edir ki, hadisələri nə realist, nə də romantik üsulla irəlilətmək imkanları sanki yoxdur, burada Əli fantasmaqoriyaya mürajiət etməli olur. Halbuki povest yazılan dövrdə Azərbayjanda Markesdən əsər-əlamət yox idi.
Emilin atası Əsəd kişi vaxtilə gön-dəri idarəsində işlərkən külli miqdarda varidat toplamışdır. Yeri gələndə dövləti ilə qürrələnəndə pullarının hətta nəvələrinə çatajağını da söyləməkdən çəkinmir. İndisə pulları yoxsullara paylamaq fikrinə düşür.
Bu fantasmoqrafik aktın ijraçısı povestdə özünəməxsus yeri olan, vaxtilə aktyorluq etmiş laübalı həyat sürən Əmijandır. O, vaxtilə öz truppalarında gözəl bir aktrisanı sevmiş, qız ona etinasızlıq göstərdiyindən sənətini atmışdır. Əmijan qeyri-standart hərəkətləri ilə hamıdan fərqlənir, yeri gələndə adamları ətrafına toplayıb monoloqlar söyləyir, Şekspir ifadələrindən istifadə edir, məzəli sözlər danışır və hər gün də içir. Qeyri-standart adam olsa da, jəmiyyətin üzvüdür, o bu yerlərdə, bu adamlar arasında qətiyyən yad görünmür, halaldır, doğru danışandır. O özünün ürəyində vermiş olduğu hökmü ijra etmək üçün birbaşa Əsədin üstünə gəlir. Gəlişinin səbəbini Əsəd xəbər aldıqda deyir:
- Pullarımdan bir az istəyirəm. Jamaata paylayajağam.
- Hansı pullarından?
- Özün deyirdin ki, mənim var-dövlətim jamaatdan – sizdən kəsdiyim puldandır. Deyirdin ki, gön-dəri idarəsindən yığdığım pullar nəvələrimə də çatar. Mən də sənin nəvən. Niyə dinmirsən, Kral?
Belə bir vəziyyət qurmaq Əlinin haradan ağlına gəlib?
Azərbayjanda (bəlkə də Yaxın Şərqdə) belə bir gəzərgi sücet, ya da lətifə vardır. Klassiklərimizdən bundan istifadə edənlər olmuşdur. Konkret olaraq Mirzə Şəfi Vazehin miniatürünü nümunə gətirmək istərdim.
Bir dərviş bir bəxil Xajənin yanına gəlib dedi ki, «mənim və sənin atamız Adəmdir və anamız Həvva, pəs səninlə qardaşam və sənin bu qədər malın var, istərəm ki, mənə qardaşlıq payı verəsən».
Xajə qovzanıb istədi ki, ona qara bir fülus (yəqin qəpiyə bərabər) versin.
Dedi ki, ey xajə, niyə qiyamətdə zülm edib mənə bir fülus verirsən?
Dedi: - Xamuş ol ki, əgər sair qardaşlar bu işdən xəbərdar olsa, sənə bir fülus dəxi yetişməz».
Belə bir situasiyada «sovet» xajəsi nə etməli idi. O, qətiyyən müjərrəd bir dövrün və müjərrəd bir məkanın xajəsinin hərəkətini təkrar edəsi deyil. Jəmiyyəti sökməyin bütün yollarını bilən «sovet» xajəsi tamam başqa yol tutur. O, Əmijanın haqlı olduğunu etiraf edir və pulları verməyə hazırlaşır. Lakin Əsəd eyni zamanda əjayib-qərayib geyimli Əmijana da xüsusi diqqət yetirir. «Ağ köynəyinin yaxasına bant bağlamış xəfə qoxusu verən təzə qara kostyum, palto, tufli geyinmiş, əlində qızıl naxışlı əsa olan Əmijan Əsəddən gözlərini çəkmirdi. Əsədin gözləri sual verdi: «Niyə geyinib-keçinmisən?»
Artistin qəribə geyimi əslində Əsədin janına xof salmalıdır, çünki bu teatral libasda Əmijan xristian ölkələrindəki dəfn karetalarının sürüjülərini yada salır. Təbii, bu geyim Əsədin ruhunu, mənəviyyatını lərzəyə salmalıdır. Təbii ki, aktyor insan psixologiyasını pis bilmir. Və Əsədin sualını ölümlə bağlı bir mətləblə javablandırır:
- Ehh… Bu gün-sabah öləjəyimi hiss eləyirəm.
- Dəli olma!
- Dəli də ölür. Bir də başqa vaxt olsaydı qorxmazdım. Şiddətli müharibə getdiyi bir zamanda arxada ölmək bir növ biabırçılıqdır. Nə adamın özünə təsir edir, nə dosta-yada. Adam var ki, ot yemək istəyir. Xəzinəni aç, Kral! Ajlar qoşunu məni gözləyir.
Əsədin yavaşja durub o biri evdən gətirdiyi meşin bağlamasını Əmijan qoltuğuna vurdu.
- Əlvida! Vaxtın olsa dəfnimə gələrsən. Dəvət edirəm. – O, qapıdan çıxanda Emil içəri girdi. Atasının qolundan yapışdı.
- Sənin haqqın yoxdur, ata, ajlıqdır. Səfa var.
- Mən hələ bu işimdə də günahkaram. Çünki biabırçılığımı da onların pulu ilə yumaq istəyirəm.
- Nə biabırçılıqdır o?
Əsəd oğlunun sualı üstündən keçdi. Səsini lap alçaltdı, kədərli bir mehribanlıqla dedi:
- Get kefini elə. Kababı niyə elə qupquru bişirirsən?
Buradakı psixoloci və sətiraltı mənalara diqqət yetirək. Fantasmaqorik məqam olsa da Əli onu da bədii jəhətdən əsaslandırmağa çalışıb. Yəni aktyor pulları almaq üçün ölümü yada salan paltarı ilə Əsədi əvvəljə ruhi-mənəvi jəhətdən sarsıtmaq istəmiş və buna nail olmuşdur, intəhası ölümün obyektinin özü olduğunu deməklə vəziyyəti bir qədər yumşaltmışdır. Lakin nə fərqi var ki, ölüm xofu artıq Əsədin janına hopmuşdur. Çünki aktyorun yaratdığı vəziyyətin mənası budur: «Əsəd, qarşıda ölüm var!» Əsəd üçün ölüm o qədər qorxuludur ki, o bunu heç aktyor üçün də yaxın qoymur. Aktyora «dəli olma!» - deyir. Digər tərəfdən «arxada ölməyi biabırçılıq» kimi vurğulayan Əmijan elə bil Emilin barmaqlarını qəsdən kəsməyinə işarə edir. Vaxtaşırı kabab tüstülənən həyətin sahibinə ajından ot «yemək istəyənləri» də xatırlatmaqla onu mətləb üstünə tez gətirir. Bütün bunlar hədəfə tez çatır. Və Əsəd bir bağlama pul verməyi vəziyyətdən ən yaxşı çıxış yolu hesab edir. O ki, qaldı Emilin pulla bağlı təlaşına, burada da doğma ata-oğul arasında səmimiyyətin olmaması aşkar görünür. Oğul özünü bir kənara qoyub sanki atanın daha çox qayğı göstərdiyi Səfanı bəhanə gətirir. Əlbəttə, əslində o yalnız özünü düşünür. Ona elə gəlir ki, ata olub-qalanının hamısını artistə vermişdir. Ata isə onun pullarının başına daş salanın Emil olduğu üçün, hər şeyi ona açıb demir, təkjə onun təlaşını soyutmaq üçün «get kefini elə» deyir. Yəni pul hələ çoxdur. Əli Kərim elə bil Əsədi açmaq üçün boya sərf etmək istəmir, ona elə gəlir ki, bu obraz oxujulara kifayət qədər tanışdır. Povestin sonuna doğru bu obraz hərəkəti ilə tam açılır.
Emilin isə gözləri gedən pulun dalında qalmışdır. Onun Aydınla sonunju qarşılaşması bu zəmində baş verir. Ana Əmijanın hökumət adından verdiyi pulla Aydını bazarlıq etməyə göndərir. Heç bir şeydən xəbəri olmayan Aydın bazardan qayıdarkən Emillə üz-üzə gəlir. Qonşuların hədsiz kasıb güzəranından xəbərdar olan Emil dolu zənbilin yalnız atasından alınan pulun hesabına olduğunu kəsdirir və özünün gəda sifətini tam çılpaqlığı ilə üzə çıxarır. Buradakı dialoqlar əvvəlkilərdən sərtdir, dava ilə nətijələnəjəyi hiss olunur. Başlayan da Emil olur.
- Mənə niyə baxmırsan? Utanırsan?
- Nə üçün?
Aydın əlindəki dolu zənbili skamyanın üstünə qoydu.
- Mən indi bildim ki, aləmə sən jar çəkmisən!
- Mən də indi bildim ki, sənin əlindən hər şey çıxar, hətta barmaqların da (Bu, xalis Əli gülüşüdür).
Bu təsviri tamamlamaq üçün təkjə «Emil Aydını yumruqla vurdu» jümləsi kifayət edərdi. Lakin Əli Kərimin zərbə almış Aydının hansı halları nejə keçirdiyi haqqında millimetr-millimetr dəqiqliyi ilə sərrast və dəqiq təsvirin yanından elə-belə keçmək qeyri-mümkündür.
«Aydının burnuna endirilən ağır zərbə onu dondurdu, gözlərinin qabağında atasının tez-tez çaqqıldatdığı çaxmaqovun qığıljımları oynadı. Onlar elə bil Aydından xeyli aralı havada öz-özünə əmələ gəlir, havada da enib qalxır, yox olurdular. İkinji zərbə də burnundakı ağrıya möhürləndi. Aydın ayaqlarının yerdən üzüldüyünü hiss etdi. Əlləri havada skamyanı axtardı. Skamya indi ağappaq olduğundan qarlı küçəyə, şəhərə, kəndlərə qarışıb dünya boyda olmuşdu. Aydın bu dünyanın harasından yapışajağını bilmədi. Birdən gözləri bu sonsuz ağ aləmin içində qaraltını aldı. Bunun zənbil olduğunu bilmədi. Məsafə hissini itirdiyindən nahaq yerə əllərin qaraltıya atdı. Ağzı üstə sərələndi. Qar üzünün ağrısını oxşadı, istiliyini sordu, şüurunu işıqlandırdı. Aydın bir ovuj qar götürüb yavaş-yavaş ayağa qalxdı. Qarı üzünə sürtdü. Skamyada oturdu. Emil bir ayağı qaçaraq dayanmışdı.
Artıq o, Aydından ehtiyat etməyə, hətta qorxmağa başlayır, bir qədər geri çəkilib hirslənmiş olduğunu söyləyir, az qala aman istəyir. Onun igidliyi ilə düşkünlüyü arasında sanki heç bir məsafə yoxdur. Bu, Aydınla Emil arasında sonunju qarşıdurmadır. Əvvəlki münaqişələrdə Emilin kin-küdurəti daima Səfanın təmiz, mehriban baxışlarında əriyib yumşaldığı, həlimləşdiyi halda bu dəfə telepatik bir güj sayəsində Aydın Səfanın baxışlarını qardaşının gözlərində görür. Anjaq bu dəfə Səfanın baxışları qətiyyən mərhəmət diləmir, əksinə əvəz, bəlkə də intiqam tələb edir, ədalətsizliyə dözməməyə çağırır. O, artıq heç bir şey gözləmədən Emilin sifətinə yumruq endirir və o dəqiqə də başa düşür ki, «bu güjü Emilin hədəqələrindən baxan gözlərdən – Səfanın gözlərindən almışdır».
Emilin ən miskinlik dərəjəsinə enib «hələ bizim pulumuza zənbil dolusu şey almağından utanmır» deməkdən başqa əlajı qalmır. Və Aydın da zənbili arxa tullamaqla hər şeyə xətm verir. Güman etmək olar ki, Aydın jüjərməkdə olan ilk məhəbbətindən əl çəkmişdir. Lakin belə deyilmiş. Ona elə gəlir ki, Emili vurmağa ədalət naminə Səfa özü onu təhrik etmişdir. Və ona elə gəlir ki, Səfagilin qapısı onun üzünə qapanmamışdır. Lakin yenə telepatiya! Aydın yuxudan dik atılır və nə isə gözləmədiyi bir vaqiənin baş verdiyini duyur. Birbaşa Səfagilə jumur, gözü «təkər izlərinə, at ləpirlərinə» sataşır fövqəladə bir sürətlə atasının fayton atını çıxarıb «onun belinə aşırılır». Burada yenə obrazın daxilində nələr baş verdiyini izləmək üçün Əlinin özünə söz verək: «Əlini atın sağrısına çəkdi. Qar üstəki at ləpirlərini ötməyə çalışdı. Daş yola çıxanda ləpirlər yoxa çıxdı. Yoldakı qar gəliş-gedişdən ərimişdi. Atı ha tərəfə sürsün? Günbatana? Yox, gündoğana! At götürüldü. Çayın böyük körpüsündə gurultu salıb qanadlandı. Aydın ondan çox qabaqda uçub gedən ürəyini ötmək istəyirdi. Uzaqlara dirənmiş baxışlarını qovurdu.
Səfagil isə bu vaxt əks istiqamətdə köhnə bir faytonda sürətlə mavi nəğmənin sahilindən uzaqlaşırdılar.
Aydın bilmirdi ki, atı bərk sürmək onun zərərinədir. Aydın bilmirdi ki, indi Səfadan ikiqat sürətlə ayrılır».
Bu isə artıq simvolik bir səhnədir. Burada söhbət fiziki ayrılıqdan getmir. Ümumiyyətlə, Səfa ilə Aydının yolları ayrılır, özü də əbədi. Burada Əli çox mətləbi inanıb etbar etdiyi oxujusunun ixtiyarına buraxır. Aydının mənəvi dünyası ilə çox məşğul olan, onun zəngin aləmini təsvir etməkdən yorulmayan Əli ata-oğulu bir tərəfə qoyub onların aqibətindən oxujularının asan baş çıxarajağına əminliklə başqa səmtə yönəlir. Əlinin ayrı-ayrı işarələri əsasında Əsəd ailəsinin şəhərdən aralanma səbəblərini aydınlaşdıra bilərik. Məktəbdə barmaqlarının nə üçün kəsildiyi barədə verilən javabsız sual, Əmijanın pul dalınja gəlməsi, müəmmalı sözləri, nəhayət Aydının bu ötkəm oğlana javab zərbəsi vurması barmaq kəsmə məsələsinin artıq ünnəyə düşməsindən xəbər verir, Əsəd onların hamı tərəfindən yaxşı tanındığı bu kiçik şəhərdə qalmağın artıq mümkün olmadığını başa düşür. Burada Əli Kərim oxujusuna bir «kod» da verir. O da Əsədin «selpoda» işləməsidir. Həyat onun üçün əvvəlki məjrada axır. Nisbətən kiçik miqyasda əvvəlki gəlir, əvvəlki qazanj. Şəhərdəki gön-dəri idarəsini bütöv udan bir kişi üçün selponu barmağında fırlamaq su içmək kimi bir şeydir. Ona görə zaman keçəjək, oğlunun jəbhədən yayınmaq üçün barmağını baltalaması yaddan çıxajaq, Emilin barmaqlarının hərbi əhəmiyyətli bir zavodda torna dəzgahı çarxları arasında qalması barədə bir yoxlama ilə yenidən həyata atılıb karyera dalınja getməsi üçün münasib şərait yaranajaqdır. O, əmmək üçün bu dövlətin bütün əmjəklərinin yerini çox gözəl bilir. Bəlkə də bir zaman keçəndən sonra atasından mükəmməl dərs almış Emil jəmiyyət dəyişəndə qürurla sinəsinə döyüb deyəjək: «Mən sovet imperiyası yolunda vuruşmamaq üçün qəhrəmanjasına barmaqlarımı balta ilə doğramışam, verin mənim igidlik payımı!» Azərbayjanda sovet hakimiyyəti qurularkən ideoloci təzyiq nətijəsində xalq, millət kəskin şəkildə iki qütbə bölündü: fəhlələr, kapitalistlər; rəiyyətlər, bəylər; bir sözlə, varlılar yoxsullar. Parçalanıb qarşı-qarşıya qoyulmaqdan Azərbayjan xalqı misli görünməmiş zərərlər çəkdi. Yaxşı ilə pisi müəyyənləşdirmək üçün heç zaman təkjə sinfi mənsubiyyət meyar ola bilməz. Əvvəllər bu bölgü fəhlə, kəndli, istiqamətindən gəlirdisə, bu dəfə bəylərin səmtindən gəldi. Az qala bəyliyi hər şeyin panaseyası hesab etməyə, bu dəfə milləti əks istiqamətdən parçalamağa jəhd göstərildi, guya xalqın başına gələn bütün bəlalar bəysizliyin nətijəsi imiş. Hətta meydan qəhrəmanlarından biri deyirdi (yüksək tribunadan): «Əgər bəylər olsaydı, onlar qoymazdılar ermənilər Qarabağı ala!» Bilmirəm o özü bu dediklərinə inanırdı, yoxsa yox? Görünür, o bilmirdi ki, Rusiya Azərbayjanı işğal edəndə burada minlərlə bəylər vardı, üstəlik yeddi də xan! Bir də bilmirdi ki, həmin bəylər bir süvari alayı təşkil edib rus qardaşlarına qoşularaq Türkiyəni işğal etməyə qoşmuşdular. Deməli bir məmləkətin ləyaqətini onun bəyləri ilə ölçmək heç də həmişə doğru nətijəyə gəlmək imkanı verməz. Əsl bəylər isə əsasən «Dədə Qorqud» əyyamında qalıb, o əyyamdakı bəyliyin qarşısına vətəni qorumaq, döyüşdə qələbə çalmaq, dinj dövrdə xalqı doyurmaq və geyindirmək vəzifəsi qoyulurdu. Bu povestdə təbii ki, rəsmi bəy yoxdur, lakin var-dövlət baxımından bəyləşmiş qulluqçu var, həm də o quruluşun özünün yetirməsidir. O, yetişdirməsi olduğu quruluşu müdafiə etmək əvəzinə övladları ilə gözdəniraq bir yerə çəkilir.
Vətən torpağı təhlükədə olanda artıq zənginləşmiş şəxs vəzndən yüngül, qiymətdən ağır var-dövlətini götürüb aradan çıxır, yoxsul isə əkib bejərdiyi torpağı dalına şəlləyib aparası deyil, onun qisməti, borju dolanışıq mənbəyi olan torpağı sona qədər, ölənədək qorumaqdır. Əlinin povestdə bütövlükdə rəğbəti, məhəbbəti Aydıngilin ailəsinədir. Əlinin tək birjə jümləsi də bu ailənin halallığından çox gözəl və aydın nişan verir. Atası müharibə başlayandan sonra çörək daşımağa başlayır. Və hər axşam «evə bir araba çörək ətri aparır». Yalnız çörəyin ətrini, ətirdən başqa heç nə! Onun böyük oğlu müharibə başlayan kimi ilk jəbhəyə gedənlərdən biri olur. MTS-də işləyən Mahmudu əsgərliyə gedən gündən Aydın əvəz edir, barmaqları suluqlayana, nəhayət qabar bağlayana qədər çalışmalı olur, qardaşı bir qolunu jəbhədə qoyub gələnədək. Müharibə başlanan gündən (elə povestdəki əhvalatlar da həmin gündən başlanır) Aydının beynində iki mühüm mətləb kök salır – Səfaya günü-gündən artan məhəbbət və müharibə. O, komsomol sıralarına keçərkən yaşını bir il artırıb, buna baxmayaraq, əsgər getməyə yenə yaşı düşmür, qohumu olan hərbi komissar hər dəfə onu geri qaytarır. Aydın vaxtilə yaşını nə üçün iki il artırmadığının peşmançılığını çəkir. O, hər dəfə müharibəni yada salanda almanların bu torpaqlara nə qədər irəlilədiklərini hesablayır, bu ona qəti rahatlıq vermir (Almanlarsa hər gün, hə saat irəliləməkdədirlər). «Düşmənin vətən torpaqlarında sürətlə irəlilədiyi vaxtda bir yerdə qapılıb durmaq ona jinayət təsiri bağışlayır. Onun Hitler və faşistlər haqqında təsəvvürü aydındır. «Faşistlər günəşi insanlara istədikləri vaxt, jirə ilə vermək istəyirlər. Yox! Günəş hamınındır!» Deyə bilərlər ki, Aydının təbliğat vasitəsi ilə beynini dumanlandırıblar. Yox, təbliğat faşizmin törətdikləri jinayətlərin müqabilində çox zəif olub.
Hətta Aydının Səfa ilə söhbətləri də müharibə mövzusu ilə çuğlaşır, qızın bu barədəki söhbətləri də ona əlavə impuls verir:
«Mavi nəğmənin sahilində yaşayanlar həmişəki kimi tez yatmadılar. Səfagilin həyətindən axıb keçən arxın kənarında skamyalarda oturanlar gej dağılışdılar. Çarpazlaşan, dolaşan, düyün düşən fikirlərin bəziləri çözələnib açıldı, bəziləri daha da qarışdı, müharibə gah gej qurtardı, gah tez.
- Müharibəni uzanmağa qoymazlar – deyə Səfa bir tərəfi göyərmiş skamyanın yanından tutdu. Aydın dinmədi.
Səfa:
- Qəhrəmanlar var ki, müharibəni üç günə qurtararlar, - dedi.
Aydın:
- Elədir.
Aydın Səfanın nəzərdə tutduğu qəhrəmanlara həsəd apardı. Onları Səfaya qısqandı. Balajalaşdı.
Nəhayət, Aydının səbrsizliklə gözlədiyi gün də gəlib çıxır. Emil atası ilə dağ kəndinə daldalananda Aydın jəbhəyə yola düşür. O, ürəyində Səfaya olan məhəbbətini də aparır. Oxuju isə Səfanın ona olan münasibətindən az qala nigaran qalır. Povestin sonunda epiloqa bənzər bir parça iki təmiz gənjin münasibətlərinə müəyyən işıq salmış olur hər halda.
Bu hadisə Emilgilin daldalandığı dağ kəndində vaqe olur.
«Yaz təzəjə girmişdi.
Emil şəhərdən gəldi.
- Al, ev darğası, hər gün «qəzet», «qəzet» deyirsən (Səfanın anası öləndən sonra atası onu nəvazişlə «evin böyüyü» adlandırır. Emil buna öz sərt münasibətini «evin darğası» şəklində ifadə edir).
Palıd kötüyündən kəsilmiş mizdə oturmuş Səfa dizləri üstünə düşən qəzetləri bir-bir gözdən keçirməyə başladı. Birdən əllərini yandırırmış kimi qəzeti yerə tullayıb dik atıldı:
- Oy, ooy!
Əli ilə gözlərini tutdu. Eyvanda o başa – bu başa gedib gəlməyə başladı.
Qəzetdə yazılmışdı: «Sadıq və Aydın adlı iki azərbayjanlı balası bir vzvod alman soldatlarına qarşı son gülləyə qədər vuruşmuşlar. Axırınjı güllələrini özlərinə vurmuşlar…»
Əli Səfanın Aydına isti münasibətini elə bil nisbətən xəsisliklə ifadə etmişdi. Sən demə, o istəklər damjı-damjı yığılıb-yığılıb sıxlaşmış, bərkimiş nəhayətdə oy, ooy! qıyyası şəklində partlamışdır. Təbii ki, Səfanın Aydına olan məhəbbətini ifadə etmək imkanı və məkanı olmamışdır. Əli burada da ilk məhəbbətin başlanğjına yenidən qayıtmaq üçün vasitə tapa bilmişdir. İlk məhəbbət mavi nəğmənin sahilində başlamışdır. Göyçay çayının başlanğıjındakı şəlalə Səfanın yaşadığı dağ kəndindədir. Həmin şəlalənin soyuq suları ilə Səfanın isti yay günlərində ayaqlarını sallayıb oynatdığı mavi nəğmənin ilıq suları birləşir, qızın gözləri vaxtilə Aydınla bərabər oturub şirin söhbətlər etdiyi sahili də dartıb öz yanına gətirir.
«Qız evdən çıxdı. Axıb, mavi nəğməyə qarışan şəlaləyə yaxınlaşdı. Şəlalədən gələn çisək üz-gözünü islatdı. Sel-sudan bozarmış şəlalə şaraqqa-şaraqla daşlara dəyib parçalana-parçalana, sına-sına, lay-lay, lülə-lülə, damla-damla tökülürdü. Sanki mavi nəğmənin güjlü bir guşəsi şahə qalxıb, başı aşağı dağa-daşa çırpılırdı».
Əli Kərim qızın daxili aləmi ilə çağlayan şəlalə arasında qəribə və oricinal bir qiyas yaratmışdır. «Şaraqqa-şaraq» təbii ki, qızın daxili harayıdır, «şahə qalxıb, dağa-daşa çırpılan» Səfanın ruhudur. «Daşlara dəyib parçalana-parçalana, sına-sına» qırıqlanan onun ümididir. «Lülə-lülə, damla-damla» tökülən ürəyinin qanıdır.
Beləliklə, povestin mərkəzindən keçən nakam məhəbbət teması burada tamamlanır.
Bununla müvazi povestdən keçən bir ideya xətti isə təmizlik və halallıqla bağlıdır. Əli lap uja səslə deyir ki, VƏTƏNİ yalnız onun HALAL oğulları qoruya bilər.
Bu povestdə Əlinin həm də bir nasir kimi haqqında bəhs etdiyi mühiti qavramaq, onu parlaq jizgilərlə əks etdirmək istedadı parlaq şəkildə açılmışdır.
Böyük vətən müharibəsi başlayanda Əlinin jəmi on yaşı vardı. Onun yeniyetmə gözləri ətrafdakı hadisələri yaşlı adamların yetkin nəzərləri kimi qavrayır və rəsm edir, xüsusilə müharibənin ilk gününün ab-havası olduqja dürüst verilmişdir. Hərbi komissarlığın qarşısındakı hərəkət, get-gəl tam olduğu kimidir. Əsgərlərin yola salınma əhval-ruhiyyəsi də düzgün verilmişdir. Hələ bu təsvirə fikir verin: «Tonyarımlıq maşınların kuzaları gələjək qəhrəmanlar, ölülər, itkinlərlə doldu. Maşınlar bir-bir dartınıb onları əhatə edən baxışlardan qopdu. Baxışlar beş addımdan bir halay-halay qalxan toza qarışdı».
Elə burada da şair Əli nasir Əlinin yanındadır.
Əli Kərim müharibə dövründə sivill adamların gejələr səhərəjən küçədə növbə çəkmələrini, hər jür təxribata qarşı hazır olduqlarını da təsvir etməyi unutmayıb.
Əli Kərim doğulub, boya-başa çatdığı Göyçayın portretini az, lakin seçmə ştrixlərlə çəkmişdir. Pəhləvanların güləşi həmin illərdə Azərbayjanda çox məşhur olan iki məşhur ağırlıq qaldıranın adlarını yadına salır – Eldar və Jümşüd Göyçaylılar. Bu idman növünün respublikada təbliğ olunmasında Göyçayın xidməti unudulmazdır. Aktyor Əmijan həm bir obraz kimi yadda qalırsa, həm də Göyçayın teatral bir şəhər olduğunu yaddan çıxmağa qoymur. O dövrlərdə gənjləri mədəniyyətə, injəsənətə, idmana istiqamətləndirməkdə Göyçayın kifayət qədər potensialı vardı. Bakıda yaşayan göyçaylıları paytaxt əhalisindən seçmək mümkün deyildi, istər nitq mədəniyyətlərinə görə, istərsə də davranışlarına görə.
Həyatı bütün jəhətləri ilə əhatə etməyinə görə «Mavi nəğmənin sahilində» povesti nasir Əlinin böyük müvəffəqiyyəti idi.
Dostları ilə paylaş: |