51. PROSTAT VƏZİSİ: Zirə yağı ilə kürəyin əsasını hövkələmək və masaj etmək, qasığı da onunla ovmaq. Yarım stəkan isti suda 1 xörək qaşığı bal, 1 çay qaşığı qara zirə və çobanyastığını qarışdırıb istənilən vaxt içmək.
52. BABASİL: Qara zirə yağı və zeytun yağını (1:1 nisbətində) qarışdırıb hər gün 3 dəfə 1 xörək qaşığı 10 gün ərzində qəbul etmək. Qəbzliyin qarşısını almaq məqsədilə xəstə nahiyəni qara zirə yağı ilə masaj etmək.
53. SIZANAQLARA QARŞI: Üzü sızanaqlardan təmizləmək üçün gün ərzində 3 dəfə 20 damcı qara zirə yağı qəbul edilsə, Allahın köməyi ilə təsir göstərər.
54. TONZİLLİT: 2 çay qaşığı qara zirə toxumunu 1,5 litr suda qaynadıb süzgəcdən keçirmək və boğazı hər gün 2 dəfə qarqara etmək.