6. QARABAĞ XANLIĞININ RUSİYA TƏRKİBİNƏ
DAXİL EDİLMƏSİ
1797-ci ildə İbrahimxəlil xan Car-Balakəndən Şuşaya qayıtdı. Ağa
Məhəmməd şahın ölümündən qəzəblənmiş İran şahlığı ilə münasibətləri
yaxşılaşdırmaq siyasəti yürütdü. Lakin İbrahimxəlil xanın 1797-1805-ci illərin
əvvəllərində İranla dinc yanaşı yaşamaq siyasəti istənilən nəticəni vermədi.
Fətəli şah öz sələfi Ağa Məhəmməd şah Qacarın cənazəsini ehtiramla İrana
yola salan və əlavə olaraq oğlu Əbülfət xanı onun himayəsinə, qızı Ağabəyim
ağanı şaha ərə verən İbrahimxəlil xana hörmətlə yanaşsa da, tezliklə onu özünə
tabe etmək üçün yollar axtardı.
Buna rəğmən İbrahimxəlil xanın Rusiyaya dostluq, itaətkarlıq siyasətində
ardıcıllıq var idi. Bu siyasət müxtəlif məktub və sənədlərdə, eləcə də 1805-ci
ilin mayında Kürəkçayda bağlanmış sazişdə öz ifadəsini tapmışdır. Rus dövləti
İbrahimxəlil xanın sədaqətini nəzərə alaraq onun əleyhinə nə XVIII əsrdə, nə
də XIX əsrin əvvəllərində heç bir güc işlətməmişdir. Buna baxmayaraq,
çarizmin milli müstəmləkə siyasətini icra edən dargörüşlü mayor Lisaneviç
231
Kürəkçay sazişindən bir il keçməmiş İbrahimxəlil xanın Rusiyaya
sədaqətinə şübhə edərək, eləcə də erməni məliklərinin, xüsusilə Məlik
Cümşüdün donosları əsasında xan ailəsi və yaxın adamları ilə birlikdə 11 iyul
1806-cı ildə Şuşa qalası yaxınlığında öldürüldü. Böyük dövlət xadimi, misilsiz
sərkərdə, Rusi-yanın sədaqətli dostu İbrahimxəlil xanın öz "dostlarının" əlilə
öldürülməsi Qarabağ ehalisini narazı saldı və onlar kütləvi etirazlarını çara
bildirdilərsə də, bir nəticə vermədi. Əksinə Lisaneviçin hərbi rütbəsi artırıldı...
O, əvvəlcə polkovnik, sonra isə general rütbəsi aldı. İbrahimxəlil xanın
qətlindən sonra oğlu general-mayor Mehdiqulu xan Qarabağ xanı təyin edildi.
Mehdiqulu xan Qarabağ xanlığının ləğvinə qədər (1822) xanlıq vəzifəsini icra
etdi...
Mirzə Camal "Qarabağ tarixi"nin yeddinci fəslini "Ağa Məhəmməd şah
öldürüldükden və İbrahim xan Balakəndən Qarabağa qayıtdıqdan sonra baş
vermiş hadisələr haqqında" adlandırmışdır. Həmin fəsildə Ağa Məhəmməd
şahın talançı hücumlarından sonra Qarabağ xanlığının dağılmış təsərrüfatının
bərpasından, xalqın güzəranını yaxşılaşdırmaq tədbirlərindən söhbət açılır.
Nəhayət, Qarabağ xanlığının Rusiya himayəsini təsdiq edən 1805-ci il
Kürəkçay müqaviləsi və İbrahim xanın öldürülməsi səbəbləri göstərilməklə
həmin fəsil tamamlanır. 1797-1804-cü illərdə İbrahim xanla Fətəli şah Qacar
arasında dostluq əlaqəsi davam edirdi. Lakin Zaqafqaziyanın çar Rusiyası
tərəfindən tutulması haqda geniş hərbi-siyasi plan bu dostluğun pozulmasına
səbəb oldu.
İbrahimxəlil xan öz vəziyyətini möhkəmləndirmək və düşmənlərin Rusiyanı
onun əleyhinə yönəltməsinin qarşısını almaq məqsədilə general-poruçik
Q.A.Potyomkinə məktub yazıb bildirdi ki, Rusiya təbəəliyini qəbul edib ona
bac verməyə hazırdır
1
.
Bu mühüm sənəd göstərir ki, II Yekaterina hələ 1783 -cü ildə bütün
Zaqafqaziyanı Rusiyaya tabe etməyə hazır idi.
İbrahimxəlil xan öyrəndi ki, knyaz Q.A.Potyomkin Asiyada xristian dövləti
yaratmaq istəyir və bu məqsədlə Qarabağ məliklərinə arxalanmaq fikrindədir.
Bu planın yerinə yetirilməsi İbrahimxəlil xan üçün hakimiyyəti itirmək demək
idi
2
.
Lakin o, Rusiya komandanlığı ilə özünü elə aparırdı ki, guya təbəəliyə
keçmək meylindədir; o, ümid verir və lakin ondan gözlənilən addımı atmırdı.
Niyyəti özünə sərfəli olan şərtlər barədə razılığa gəlmək idi. Bu məqsədlə o,
1784-cü ilin əvvəllərində Rusiyaya öz elçisi ilə məktub göndərib bildirdi ki,
himayəni xahiş edir, bununla birlikdə onun daxili işlərinə qarışılmasını istəmir.
Eyni zamanda II Yekaterina İbrahim xanla daha çox maraqlanmağa
başlamışdı. 1784-cü ilin mayında o, Q.A.Potyomkinə yazırdı: "Deyəsən,
İbrahim
1 В ах: П.Бугков. Материалы для новой истории Кавказа, ч. II., СПб., 1869,
стр.142.
2 Yenə orada, səh.l 15.
232
xanın məktubu türklərin və digər iranlıların mənə çatan məktubundan daha
nəzakətli yazılıb. Xahiş edirəm, onu mənə tanıt. O, necə xan olub? Cavandırmı,
qocadırmı, güclüdürmü, zəifdirmi, iranlılar ona meyillidirmi"
1
.
Məlumdur ki, Qudoviçi baş komandan əvəzinə general Kovalevski əvez
etdi. Bu dəfə İbrahimxəlil xan onun yanına "elçi ilə hədiyyələr göndərib, öz
dostluğunu bildirdi. Həqiqətdə də general Kovalevski elçiləri böyük hörmətlə
qarşılayıb, xüsusi sovqat və töhvələr göndərərək mərhum İbrahimxəlil xanın
haqqında olduqca mehribanlıq göstərdi"
2
. Göründüyü kimi, Rusiyaya dostluq
münasibətində qubalı Fətəli xanla yanaşı, ən ardıcıl olanı İbrahimxəlil xan idi.
Əhməd bəy Cavanşirin yazdığına görə, Rusiyanın Zaqafqaziyanı ələ
keçirmək, burada İran mənafeyini alt-üst etmək və nəticədə Zaqafqaziyanı öz
tərkibinə daxil etmək siyasətini həyata keçirməkdə Gürcüstan dayaq nöqtəsi idi.
Mirzə Adıgözəl bəy "Qarabağnamə"nin "Rusiya qoşunlarının Qafqazın bu
tərəfinə təkrar gəlməsi və əmələ gələn hadisələr haqqındadır" adlandırdığı
doqquzuncu fəslində XVIII əsrin sonu XIX əsrin əvvəllərində Qarabağ və ona
qonşu əyalətlərdə baş verən hadisələri təsvir edir. Onun fikrincə, Gürcüstan
valisi yenicə hakimiyyət başına keçən Fətəli şahdan qorxurdu və bu səbəbdən
"öz böyük oğlu Davud Mirzəni yalvarıcı ərizələr və səmimi məktub"larla böyük
imperator Pavel Petroviçin uca dərgahının astanasına göndərdi"
3
.
Doğrudan da, Fətəli şah Cənubi Azərbaycandan sürətlə Zaqafqaziyaya
yaxınlaşır, Rusiyaya meyil edən Qarabağ xanlığını, Gürcüstanı və başqa
əraziləri tutmağa hazırlaşırdı.
Valinin məktubu Peterburqa yetişən kimi Davud Mirzə ilə Kovalevski bir
polk soldatla valinin sərəncamma, Tiflisə yola salındı. Onunla birlikdə general-
mayor Lazarev 1799-cu ildə Tiflisə daxil oldular.
Daha sonra Mirzə Adıgözəl bəy Ümmə xanla general Lazarevin hərbi toq-
quşmasını qələmə almışdır. General-mayor Lazarevin Ümmə xanla apardığı
hərbi əməliyyatların prinsipial əhəmiyyəti var idi. Fətəli şah bu döyüşlərə
böyük ümid bəsləyirdi. Lakin uzun sürən müharibədə Ümmə xan məğlub
edildi. Ümmə xandan Cavad xan da narazı idi. Çünki onun qüvvələri Gəncə
xanlığını qarət etmişdilər...
Ümmə xanın vəfatı Fətəli şahın ümidini boşa çıxardı və Tiflis üzərinə qoşun
göndərmək fikrindən çəkindirdi.
II İraklidən sonra Gürcüstan hakimi olmuş XII Georgi 1800-cü il dekabrın
29-da vəfat etdi. General-leytenant Knorrinq Gürcüstanda rus movqeyini möh-
kəmlətmək meqsədilə 1801-ci ilin may ayında Tiflisə gəldi.
1 (Собственноручное письмо императрицы Екатрины II кн. Г.А.Потемкину.
28 мая 1784 г.).
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.130.
3 Yenə orada, səh.67.
233
Mirzə Adıgözəl bəy yazır ki, Knorrinq Gürcüstanı idarə etmək məqsədilə
gürcü tavadlarından dörd nəfəri seçib divanbəyi təyin etdi. Mirzə Adıgözəl
bəyin verdiyi məlumat tarixi həqiqətə də uyğun gəlir
1
.
1803-cü ilin əvvəlinə qədər Zaqafqaziyada, o cümlədən, Qarabağda
vəziyyət bu şəkildə inkişaf edirdi. 1803-cü ilin fevralında Sisianovun
Gürcüstanı idarə etməsi ilə vəziyyət dəyişdi.
Gürcü vəliəhdlərini itaətə çağıran general-mayor Lazarev 1803-cü il aprelin
21-də çariça Dariya Georgiyevna tərəfindən öldürüldü. General Sisianovun
əmrilə Dariya Georgiyevna 1803-cü il oktyabrın 26-da Rusiyaya yola salındı.
Bundan sonra Sisianov Azərbaycan xanlıqlarını Rusiyaya tabe etmək fikrinə
düşdü. Mirzə Camal Sisianovun əməliyyatlarına geniş yer verir. 1803-cü ilin
fevral ayında general Sisianov Tiflisə gəldi. Onun ilk tədbirlərindən biri Car və
Tala ləzgilərinin Gürcüstana basqınlarına son qoymaq idi və tezliklə, öz
məqsədinə nail oldu. Bundan sonra Sisianov gəncəli Cavad xanı aradan
qaldırmağa çalışdı.
Mirzə Camalın yazdığına görə, Sisianovun qoşunları 1803-cü ilin
axırlarında gəlib Gəncəni mühasirə etdi. Lakin Cavad xan son nəfəsinə qədər
müqavimət göstərmək qərarına gəldi. Sisianov təslim olmaq barədə Cavad xana
29 noyabr və 9, 11, 26, 28, 29 dekabr tarixli məktublar yazdı
2
.
Cavad xan qalanı döyüşsüz təslim etməyə razı olmadıqda 1804-cü il yanvar
ayının üçündə Ramazanın axırmcı gecəsi xan, oğlu Hüseynqulu ağa ilə birlikdə
ümumi hücumda qala divarları üzərində mayor Lisaneviç tərəfindən
öldürüldü
3
.
Gəncə qalası alınan kimi Sisianov Cavad xanın qatili mayor Lisaneviçi
Şuşaya İbrahim xanın yanına göndərib itaət etməyə çağırdı və İbrahimxəlil
xandan Rusiya himayəsinə keçməsi barədə məktub aldı. Bu səbəbdən Sisianov
Gəncədən Qarabağa gəlmədi. Daha narahat saydığı başqa xanlıqlar üzərinə
getdi.
1804-cü ilin yazında İrəvan xanı Məhəmməd xan və Naxçıvan hakimi
Kəlbəli xan Sisianovdan kömək istədilər. Onlar yazmışdılar: "Fətəli şah oğlu və
vəliəhdi Abbas Mirzəni İrəvan üzərinə göndərmişdir. Əgər Sərdar təşrif gətirib,
bizə kömək etsə, biz İrəvan qalasını Sərdara verib, yüksək Rusiya dövlətinə
tabe olmağı qəbul edərik".
Sisianovun hərbi qüvvələri İrəvana doğru yürüş etdi. 1804-cü ilin iyun
ayında rus qoşunu ilə Abbas Mirzə qoşunu arasında Üçkilsə (Eçmiadzin)
yaxınlığında şiddətli müharibə oldu. Həmin döyüşdə ruslar İran qoşunlarının
hücumlarını dəf etdilər. Vəziyyətin gərginliyini görən Fətəli şah güclü qoşunla
oğlu-nun köməyinə getdi. Məhəmməd Həsən xan və Kəlbəli xan Sisianova
verdikləri vədi açıq-aşkar pozur, rus qoşunlarına qarşı vuruşurdular.
1 B ax: AKAK, I cild, sənəd 542, səh.425.
2 B ax: AKAK, II cild, sənəd 1172, 1178-1179, səh.588, 590-591.
3 Bax: "Rnyaz Sisianovun Qafqaz mülki qubernatoruna yazdığı 1804-cü il 8 yanvar tarixli 5 nömrəli teliqə, AKAK,
II cild, sənəd 1189, səh.592.
234
Ermənilərin Rusiya
himayəsinə keçmək barədə hələ 1783-cü il müraciəti də özünü doğrultmadı,
çətin vəziyyətdə qalan Sisianovun ordusu azuqə cəhətdən də korluq çəkirdi.
Mirzə Camal və Mirzə Adıgözəl bəy bu xəyanəti ermənilərin ruslara qarşı
xəyanəti kimi qələmə almışlar. Sənədlər də bu həqiqəti təsdiq edir
1
. Beləliklə,
Sisianov İrəvan qalasını ala bilmədi və Tiflisə qayıtdı.
Məqsəddən uzaq düşməmək üçün burada Mirzə Adıgözəl bəyin İrəvan
müharibəsi haqqında fikir və mülahizələrini şərh etməyə ehtiyac hiss etmirik.
Bununla yanaşı, onu xatırlatmaq istəyirik ki, knyaz Sisianovun ağır döyüşlər
nəticəsində ala bilmədiyi İrəvan 40 ildən artıq (1754-1797) Pənahəli xan və
İbrahimxəlil xanın hökmranlıq etdiyi Qarabağ xanlığının itaəti və təsiri altında
olmuşdur.
İrəvan qalası rus qoşunları tərəfindən 1804-cü il iyul ayının 2-dən etibarən
mühasirəyə alınsa da təslim olmadı: "Şah, mərhum İbrahim xanla Rusiya
sərdarı arasında dostluq əlaqəsinin olmasını və elçilərin gedib-gəlişini eşitdi-
yinə görə İrəvandan qayıtdığı zaman Əbülfət xana beş min nəfərlik qoşun
verib, atasına yardım və kömək göstərmək adı ilə Qarabağa İbrahim xanın
yanına göndərdi və tapşırdı ki, Məhəmmədhəsən ağanı bir neçə Qarabağ
bəyzadələri ilə Fətəli şahın hüzuruna göndərsin, Əbülfət xan İbrahim xanın
həyatının axırına qədər vəkil sifətilə Qarabağda qalsın və Əbülfət xandan
icazəsiz və məsləhətsiz heç bir iş görməsin"
2
.
Fətəli şahın təklifinin mahiyyəti aydın idi. O, İbrahimxəlil xanın
suverenliyini pozmaq istəyir, özünün tabeçiliyinə almağa cəhd göstərirdi.
Qarabağ xanlığı yaranandan beri ilk dəfə idi ki, İbrahimxəlil xana belə bir
təlıqiranə təklif edilirdi. Bu səbəbdən İbrahim xan Fətəli şahdan incidi.
Mirzə Camal yazır: "Mərhum İbrahim xan Fətəli şahın belə təkliflərindən
inciyib, Əbülfət xana ağır cavablar verərək, yazdı ki, Qarabağ torpağına
girmədən geri qayıtsın. Əbülfət xan möhtərəm atasının sözünə baxmayıb,
İbrahim xan və Məhəmmədhəsən xan Dizaq mahalının Tuğ kəndində
olduqlarından, Qızılbaş qoşununu götürüb, o tərəfdəki dağların qoçaq
tüfəngçilərini, özünün işgüzar nökərlərini və başqalarını toplayıb tam bir surət
və böyük izdihamla mərhum İbrahim xanın və öz böyük qardaşı
Məhəmmədhəsən ağanın hüzuruna gəldi. Hamin gecə Mehdiqulu xan da gəlib
çatdı. Səhər Əbülfət xan böyük dəstə ilə Tuğ kəndinə hücum etdi. Mərhum
xanın və oğlanlarının yanında olan qoçaq tüfəngçilər və adlı-sanlı atlılar
hücuma keçərək Qızılbaş qoşununu məğlub edib, düşmən ordusunun bütün at
və heyvanını qarət etdilər. Düşməndən çoxlu əsir düşən və ölən oldu. Əbülfət
xan Arazın o tayına qaçdı"
3
. Anası erməni qızı
1 Sisianovun 1804-cü il 2 iyulda Rusiya qoşunlarının vəziyyoti barədə məktubu Bax: AKAK, II cild, sənəd 1168,
səh.810.
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.151.
3 Yenə orada, səh. 150.
235
olan Əbülfət xan həm Fətəli şaha, həm də erməni məliklərinə xidmət
göstərərək, İbrahimxəlil xan əleyhinə fəal mübarizə aparırdı.
Fətəli şah Əbülfət xanın məşhur Tuğ döyüşündə biabırcasına məğlub
olmasından təşvişə düşdü. O, hər vasitə ilə İbrahimxəlil xanla Sisianov arasmda
və ümumən onun Rusiya ilə dostlaşmasına mane olmağa çalışırdı. Bu məqsədlə
Fətəli şah yeni diplomatik manevrə əl atdı. O, "... iki-üç nəfər xanı elçi adı ilə
İbrahim xanın yanına göndərdi, Əbülfət xanı isə danlayıb, məzəmmət etdi.
Kərim xan, Rəhim xan və Abdulla xandan ibarət olan bu elçiləri mülayim və
şəfqətli sözlər, möhkəm təəhhüdlər və qəliz andlarla dolu fərmanla İbrahimxəlil
xanın yanına göndərib söz verdi ki, bütün Qaradağ mahalını şah xəzinəsinə
çatmalı olan mədaxili ilə birlikdə əbədi olaraq mərhum İbrahim xan nəslinə
verəcəkdir, övladlarından iki nəfərini də Şuşa qalasına İbrahim xanın yanına
girov göndərəcəkdir. Müqabilində İbrahim xan Şuşa qalasının üç ağaclığında
Tifiis və Gəncə yolunun üstündə olan Əsgəranın hər iki qalasını (Qızılbaş)
qoşununa təhvil verməlidir. Rus qoşununun qabağını kəsmək üçün hər iki qala
möhkəmləndirilib içərisində qoşun saxlanmalıdır. Habelə qalanın bir
ağaclığında olan çay, Şuşa qalasının üç verstliyindəki səngərlə birlikdə Qızılbaş
qoşununun ixtiyarına verilməlidir..."
1
.
Hələ bunlar az imiş kimi, Şahbulaq qalasının da Fətəli şaha verilməsi tələb
olunurdu. Fətəli şah Qarabağda yerləşəcək bütöv bir ordunu pulla satın alınan
ərzaqla təchiz etməyə söz verirdi. İbrahimxəlil xan Fətəli şahın təkliflərinə heç
bir məhəl qoymadı. Onun qızı Ağabəyim ağa şahın hərəmi olmasına, oğlu
Əbülfət xanın nüfuzlu mövqe tutmasına rəğmən İbrahimxəlil xan müdriklik və
tarixi şəraitlə hesablaşmağı zəruri saydı. O, Tiflisə general Sisianovun yanına
nümayəndə göndərərək onunla görüşmək və Rusiyaya itaət şərtlərini
müəyyənləşdirməyi təklif etdi. Sisianov İbrahim xanın elçilərini "hörmət və
ənamla geri qaytarıb" onunla 1805-ci ilin yazında görüşəcəyini bildirdi.
Əhməd bəy Cavanşir yazır: "Bu hadisədən sonra Məhəmmədhəsən ağa öz
tərəfdarları ilə birlikdə qəti qələbə çaldı. Onun təkidi ilə bir neçə nəfər adlı-
sanlı bəy xanın admdan knyaz Sisianova məktub apardılar. Həmin məktubda
xan iranlıların pis niyyətlərindən şikayətlənib, rus imperatorunun təbəəliyinə
daxil olmaq haqqında özünün əyanları və təbəələrinin qəti arzusunu bildirdi.
Məktubun cavabını bir nəfər qərargah zabiti gətirdi; həmin cavabda müqavilə
bağlanmasının vaxtı və yeri haqqında əvvəlcədən razılığa gəlmək təklif edilirdi.
Beləliklə, 1805-ci ilin mayında, xanlığın sərhədində, Kürəkçay sahilindəki
düşərgədə (Yelizavetpolun 20 verstliyində) knyaz Sisianov Qarabağ xanlığının
rus imperatoruna sədaqəti haqqında andını qəbul etdi..."
2
.
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.151.
2 Yenə orada, səh.206.
236
Sisianovla İbrahim Xəlil xanın 1805-ci ilin mayında Gəncə yaxınlığındakı
məşhur görüşü başlandı.
İbrahim Xəlil xanın Rusiya təbəəliyinə keçməsi haqqındakı traktat 1805-ci
il may ayının 14-də, Səlim xanın isə Rusiya ilə bağladığı traktat həmin il may
ayının 21-də imzalanmışdır
1
.
Mirzə Camal traktatın bağlanması şəraitini belə qələmə alır: "Kürəkçayın
qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və
əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basdılar,
böyük sərdar isə ona qol çəkdi. Bir-birinə böyük hörmət ve ehtiram
göstərdikdən sonra geri qayıtdılar. Şərtə görə, Məhəmmədhəsən ağanın ikinci
oğlu Tiflisdə girov qalmalı idi. Mərhum İbrahim xanın xahişinə görə bir dəstə
rus qoşunu topxana ilə həmişə Şuşa qalasında xanın yanında qalmalı idi. Həmin
yığıncaqda İbrahim xana və Səlim xana general-leytenanthq, mərhum
Məhəmmədhəsən ağaya və Mehdiqulu xana general-mayorluq, mərhum Xanlar
ağaya isə polkovniklik rütbəsi verilməsi haqqında sərdarın vasitəçiliyi ilə
padşaha ərizə yazıldı. Dörd aydan sonra bu iltifat və daimiməvacibli dərəcələrin
verilməsi haqqında fərman gəlib çatdı"
2
.
Kürəkçay müqaviləsi (may 1805) İran şahlığının qəzəbinə səbəb oldu. Fətəli
şah bu müqaviləni pozmaq və böyük strateji əhəmiyyəti olan Şuşa qalasını,
Əsgəran və Şahbulaq qalalarını almaq məqsədilə son dərəcə ciddi hazırlığa
başladı. Kürəkçaydan qayıdarkən İbrahimxəlil xanla Lisaneviçin hərbi dəstəsi
də gəlmişdi. Lisaneviçin hərbi bölməsi və topxanası hələlik Şuşanın 10
kilometrliyində olan Xan bağında yerləşdirilmişdi. Bu zaman İran hərbi
qüvvələrinin Araz sahillərinə yaxınlaşdığı xəbəri gəldi. İranlılarla müharibə
aparmaq üçün Məhəmməd Həsən ağanın rəhbərlik etdiyi Qarabağ süvariləri
göndərildi. Mayor Lisaneviçin hərbi hissələri də Məhəmmədhəsən ağaya
kömək edirdilər. İran qoşunu ilə Qarabağ döyüşçüləri arasında müharibə
Cəbrayıl qəsəbəsi yanında baş verdi. Məhəmmədhəsən ağa İran qüvvələrinin
güclü olduğunu nəzərə alaraq Şuşanın müdafiəsi məqsədilə qalaya qayıtdı.
Qızılbaş qoşunu Şuşanın dörd ağaclığında olan Ağoğlana girdi. Beş minə yaxm
İran qoşunu Əsgəran qalasını almaq üçün onu mühasirə etdi. Mayor Lisaneviç
vəziyyət barədə Sisianova təcili çaparlar vasitəsilə xəbər verib kömək istəmişdi.
Bu zaman İran vəliəhdi naibüssəltənə Abbas Mirzə yeni qüvvələrlə Çanaxçı
kəndinə yaxınlaşıb hərbi düşərgə qurdu...
"...Şah özü Qarabağın Təxti-tavus adlı yerinə və naibüssəltənə də Ağoğlan
və Çanaxçı yolundan Əsgəranın aşağısına gəldi. Naibüssəltənə Gəncədən bir
dəstə soldatla Şuşaya gedən polkovnik Karyagin ilə döyüşə başladı. Polkovnik
qayıdıb Şahbulaq yanında olan Tərnəküt qalasına gəldi..."
3
.
1 AKAK, II cild, sənəd 1436, 1437, səh.700.
2 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.152.
3 A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, 1951, səh.195.
237
Göründüyü kimi, 1805-ci ildə naibüssəltənə Abbas Mirzənin və sonra ona
köməyə gələn Fətəli şahın müharibə yolu ilə Kürəkçay əhdnaməsini pozmaq
səyləri boşa çıxdı.
Sisianov tərəfindən göndərilən rus hərbi qüvvələri polkovnik Karyagin və
polkovnik Kotlyarevskinin komandası altında Qarabağ xanlığının köməyinə
gəldi. Həmin döyüşün təfsilatını Mirzə Camal belə təsvir edir:
"Polkovnik Karyagin və podpolkovnik Kotlyarevski böyük sərdarın əmrinə
görə qoşun və topxana ilə Şahbulaq qalasının yaxınlığına çatdılar.
Naibüssəltənə Çanaxçıdan köçüb, polkovnik Karyaginin üstünə getdi. Bunlar
vuruşa-vuruşa Əsgəranın yaxınlığına çatdılaf. Qızılbaş qoşunu hər yeri, bütün
yolları və Əsgəran qalasını tutub möhkəmləndirdiyinə görə qoşunun və topların
hərəkəti çətinliyə düşdü. Buna görə bir dəstə rus qoşunu orada səngərə girib, on
bir gün ərzində, gecə-gündüz bütün Qızılbaş qoşunu ilə vuruşdu. Bundan başqa
rus qoşununun səngəri sudan da uzaq idi. On bir gündən sonra polkovnikin
(Karyaginin və Kotlyarevskinin) yaralandığına və rus qoşununun yarısının
davada tələf olduğuna və yaralandığına baxmayaraq, üç yüzə yaxın soldat
bütün topları götürüb, Vanya yüzbaşının bələdçiliyi ilə Şahbulağa
qayıtdılar..."
1
.
1805-ci ilin sonu 1806-cı ilin əvvəllərində Rusiya - İran müharibəsi daha
geniş miqyas aldı. Əvvəlcə bu müharibə Qarabağı Rusiya himayəsindən
çıxarmaq məqsədi daşıyırdı. Bu səbəbdən İran hərbi qüvvələri Qarabağ
ərazisində cəmləşdirilmişdi.
Mirzə Camal Qarabağ uğrunda Rusiya - İran müharibəsindən sonra
Sisianovun həyata keçirdiyi başqa tədbirlərdən söz açaraq yazır: "Həmin ilin
(1805-ci il - N.A.) qış fəslində (knyaz) böyük Rusiya dövlətinin qoşunu ilə
Kürdən keçib, Şirvan, Bakı, Quba və Dərbəndi tutmaq üçün Şəkiyə tərəf
hərəkət etdi. Böyük Rusiya dövlətinə səmimiyyət bəsləyən İbrahim xan öz
istəkli oğlu Mehdiqulu ağanı Qarabağ qoşunu və bir neçə bəyzadə ilə birlikdə
padşah əsgərləri sırasına, tapşırılan vəzifələri yerinə yetirmək üçün sərdarın
hüzuruna göndərdi. Böyük (Rusiya) dövləti itaəti altında olan Şəki hakimi
Səlim xan sərdarı lazım olan tədarükat və layiqli peşkəşlərlə Şəki vilayəti
sərhədindən götürüb Şirvan vilayəti sərhədinə çatdırdı.
Öz dövlətinə, gücünə və ölkənin çətin yollarına qürrələnən Mustafa xan bir
neçə gün sərdara qürurla cavablar yazaraq itaətdən boyun qaçırtdı. Lakin
qüdrətli rus əsgərləri, Qarabağ və Şəki qoşunu qarşısında müqavimət göstərə
bilməyəcəyini və Qarabağ qoşununun fürsət tapıb Şirvan kəndlərinə əl
uzatdığını gördükdə o, Mehdiqulu xanla Səlim xanın göstərişi ilə itaət
edəcəyinə yalandan söz verdi. İbrahim xan və Səlim xan kimi müqavilə və
əhdnamə yazıb, üzdə Rusiya dövlətinin itaəti altına girdi"
2
.
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh. 153.
2 Yenə orada, səh.155.
238
Mirzə Camal Sisianovun Bakı üzərinə yürüşü dövründə Qarabağda baş
verən hadisələri və onun siyasi-ictimai həyata təsirini də qələmə almışdır:
"Böyük sərdar Şirvandan gəlib Bakı tərəfə hərəkət etdi. Bu zaman mərhum
İbrahim xanın xəstə olan böyük oğlu general-mayor Məhəmmədhəsən ağa
Allah rəhmətinə getdi. Bu kədər gətirən hadisədən Qarabağ vilayətini qəm və
pərişanlıq basdı. Ürəkdə rus dövlətinə itaət etməyə razı olmayan bir para
adamlar Məhəmmədhəsən ağanın vəfatından, Mehdiqulu ağanın vilayətdən
uzaqlaşmasından, mərhum İbrahim xanın xəstəliyi, yaşının çoxluğu və
qüvvəsinin azlığından istifadə edərək müqavilə və əhdnamənin əksinə olan işlər
görməyə başladılar. Buna görə böyük sərdar Mehdiqulu xanı Qarabağ qoşunu
ilə birlikdə geri göndərməyi məsləhət bilərək, onu böyük ehtiram, izzət, layiqli
ənam və xoş xəbərlər ümidi ilə Qarabağa qaytardı. Mərhum general-mayor
Məhəmməd Həsən ağaya xüsusi səmimiyyəti və məhəbbəti olduğundan
hörmətli cənab polkovnik Cəfərqulu ağaya sevgi və ehtiramını andıran məktub
yazıb, mərhum Məhəmmədhəsən ağanın vəfatından son dərəcə təəssüfləndiyini,
ona məhəbbət bəsləyib, qeydinə qalmağa hazır olduğunu bildirdi.
General-mayor Mehdiqulu xan Qarabağ qoşunu və bəyzadələri ilə
möhtərəm atasının hüzuruna gəlib, böyük sərdarın məhəbbətli və ümidverici
sözlərini söylədi, fəsadlıq törədən bəzi şəxslərin qarşısını almağa başlayıb,
yüksək (rus) dövlətinin qanunlarının yerinə yetirilməsi uğrunda çalışırdı..."
1
.
Mirzə Camal Cavanşir Bakıda Sisianovun öldürülməsinin Qarabağ
xanlığında yaratdığı əhval-ruhiyyəni, xüsusilə İbrahim xana pis təsir etməsini
də qələmə almışdır: "Bu zaman xəbər çatdı ki, Hüseynqulu xan və onun
adamlarından alçaq və pis hərəkətlərin baş verə biləcəyini güman etməyən
böyük sərdar, Bakı vilayətində iki nəfər bəyzadə ilə birlikdə (xanla) söhbət
etməyə getmiş və bu zaman pusquda durmuş İbrahim bəy və iki nəfər başqa
adam onu və yoldaşlarını güllə ilə yaralayıb öldürmüş və bununla da özlərini
padşahın əsgərlərinə müxalif və düşmən olduqlarını bildirmişlər.
Bu xəbərdən İbrahim xan, övladı və vilayət əhli kədərlənib pərişan oldular.
Çünki bunlar hələ Rusiya dövlətinin qayda-qanunlarından xəbərdar deyildilər.
Fikirləri İrana gedirdi. Çünki orada belə bir böyük sərdar vəfat etsə idi,
qoşunun və vilayətin işlərində böyük pozğunluq əmələ gələrdi. Əksinə,
düşmənlə müharibədə rus dövlətinin neçə sərdarı və sərkərdəsi öldürülsə belə,
ondan yüksək dövlətin möhkəm qayda-qanunlarına heç bir xələl dəyməz və
ölkədə heç bir iğtişaş baş verməz.
Sərdar Sisianov vəfat etdikdən sonra general Nesvetayev Tiflis şəhərində
qoşunu və vilayəti idarə etməyə məşğul oldu. Mərhum İbrahim xanın adamı
(elçisi) məhəbbət və səmimiyyət andıran məktublarla generalın yanına getdi.
Hər cəhətdən xatircəmlik əldə edildi".
1 B ax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.155.
239
Mirzə Camal 1806-cı ildə Rusiya - İran müharibəsinin yenidən başlanması
ərəfəsində İbrahim Xəlil xanın öldürülməsini də qələmə almış, Qarabağ xanlığı
uğrunda İran və Rusiyanın apardığı mübarizənin bəzi cəhətlərini işıqlandırmış-
dır: "Həmin il, yəni 1806-cı ilin yaz fəslində Qızılbaş qoşunu Qarabağ
torpağına yenidən hücuma keçməyə başladı. Gizlincə adamlar göndərib,
mərhum İbrahim xana yenidən vədə və ümidlər verməyə davam etdilər. Elə
qüdrətli düşmənin qabağını almaq üçün Qarabağda mayor Lisaneviç və yeger
dəstəsindən başqa qoşun olmadığından və məhsul vaxtı gəlib çatdığından
İbrahim xan Qarabağ elləri və kəndlərinin ayaq altında dağıdılmaması üçün
qızılbaşlarla xoşluqla rəftar etməyə başladı. O hər bir iş barəsində mayorla
məsləhətləşirdi. Mayor isə yüksək rus dövləti qoşununun tezliklə gəlib
çatacağını İbrahim xana vəd edirdi: həqiqətdə isə (rus) qoşunu çox yubandı.
Qızılbaşlar və onların qoşunu qalanın iki ağaclığına çatmışdı. Mərhum İbrahim
xan evini və köçünü Xan bağından köçürüb, qalanın yaxınlığına gətirdi.
Dələduzların bir neçəsi mayora nə isə danışdılar. Gecə mayor bir dəstə qoşunla
İbrahim xanın yaşadığı mənzilə getdi. Hökmü dəyişilməz olan fələkin
qəzasından mərhum İbrahim xan bir neçə nəfər əhli-əyalı və yaxın adamı ilə
orada öldürüldü"
1
.
İbrahim Xəlil xanın ölçülüb biçilmədən, gizli donoslar nəticəsində
öldürülməsi xalqın böyük narazılığına səbəb olmuşdu. Onun öldürülməsi
haqqında çoxlu şikayətlər bürokratik quruluşda uzun müddət ləngidilmiş,
nəticəsiz qalmış, hətta həmin hadisədən sonra mayor Lisaneviç general
rütbəsinə yüksəldilmişdi. Buna baxmayaraq Mirzə Camal yazır ki, İbrahim
xanın xələfləri onun ölümündən sonra Şuşada və bütün Qarabağda sabitliyi,
Rusiya ilə bağlanmış Kürəkçay əhdnaməsini saxlamağa müvəffəq oldular:
"General-mayor Mehdiqulu xan və polkovnik Cəfərqulu ağa qalanın içində
idilər. Onlardan yüksək (rus) dövlətinə bəslədikləri səmimiyyət qaydalarını
poza biləcək heç bir hərəkət baş vermədi"
2
.
1806-cı ilin iyul ayında Xonaşen (hazırkı Martuni qesəbəsi) ətrafında
Qarabağ və rus hərbi qüvvələrinin Abbas Mirzəyə qarşı müharibəsi başlandı:
"Naibüssəltənə öz qoşunu ilə köçüb müharibəyə gəldi. Xonaşen mənzilinin
yaxınlığında iki qoşun üz-üzə dayandı. Müharibə odu alovlandı. Mehdiqulu
xan, adamları və Qarabağ qoşunu ilə daim yol göstərir, kömək edir, döyüş
zamanı isə Qızılbaş qoşununu məğlub etmək uğrunda bilavasitə çalışırdı.
İyul ayının 15-də Xonaşen mənzilində yeddi saat davam edən döyüşdən
sonra generalın tədbiri, Kotlyarevskinin mərdliyi və Mehdiqulu xanın köməyi
ilə Qızılbaş qoşunu məğlub edildi. Qoşunun bir parası öldürüldü, bir parası əsir
düşdü (qalanları isə Araza tərəf qaçdı). Kotlyarevski də yaralandı. Otuz nəfərə
yaxın zabit və əsgər yaralandı və öldürüldü.
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.156.
2 Yenə orada, səh.157.
240
General qoşun götürüb (düşmənin ardınca) Qozlu çaya qədər getdi lakin
onlardan əsər tapmadı. Naibüssəltənə ağır yükünü atıb qaçaraq, iki günün
ərzində Qızılbaş qoşunu ilə Arazın o tayına keçdi
1
.
Fətəli şah tərəfindən təhrik edilən və erməni məliklərinə satılan Əbülfət xan
Qarabağda ciddi pozuculuq işi aparırdı. Onun bir məqsədi də Qarabağın əsas
tayfalarını İrana aparmaq idi. Əbülfət xan bu sahədə təxribata başlasa da
qarabağlılar onun qeyri-vətənpərvər hərəkətini pozurdular.
İranlılar 1806-cı ilin payız və qış aylarında da Qarabağı işğal etmək üçün
inadlı müharibə apardılar. Bu müharibələrdə Qarabağ əhalisi özünün Kürəkçay
müqaviləsinə sədaqətini bir daha nümayiş etdirdi.
Mirzə Camal "Qarabağ tarixi"ni 1806-cı ilin sonunda Mehdiqulu xanın
hakimiyyətə gəlməsi ilə bitirir. O, Mehdiqulu xanın 1807-1822-ci illərdə davam
etmiş hakimiyyətini təsvir etməməsi səbəbini qısaca olaraq belə əsaslandınr
"Mehdiqulu xanın hakimiyyəti göstərilən tarixdən başlayaraq, 1822-ci ilin
oktyabr ayına qədər davam etmişdir. Bunun təfsilatı yüksək dövlətin
kargüzarları tərəfindən dəfələrlə qeyd edildiyinə görə sizə məlumdur və mənim
ərz etməyimə ehtiyac yoxdur"
2
.
1807-1828-ci illərdə Qarabağ ərazisində baş verən hadisələr, xüsusilə
Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan (1813) və Türkmənçay
(1828) müqavilələrinə gətirib çıxaran hərbi-siyasi hadisələr Mirzə Adıgözəl
bəyin "Qarabağnamə"sində, Mirzə Yusif Nersesovun "Tarixi-safi" əsərlərində
qələmə alınmışdır.
Məlumdur ki, "Gülüstan" müqaviləsinə əsasən İrəvan və Naxçıvan
müstəsna olmaqla bütün Zaqafqaziya ərazisi Rusiya tərkibinə daxil edildi.
Ermənilər dəfələrlə vədlərinə xilaf çıxıb İrəvan qalasının ruslar tərəfindən
alınmasına mane oldular. "Gülüstan" müqaviləsindən narazı qalan İran dövləti
Rusiya ilə yeni müharibəyə hazırlaşdı. Müharibəyə hazırlıqda İrana Fransa və
İngiltərə hökumətləri yaxından kömək edirdilər. Bu səbəbdən naibüssəltənə
Abbas Mirzənin koman-dası altında böyük bir ordu artıq 1825-ci ildə
müharibəyə hazır idi... "...1813-cü ilin baharında isə İran dövləti ruslar
tərəfindən alınan ölkələri geri qaytarmaqdan naümid oldu. Rum (osmanlı)
barışığı və Xorasanda baş verən iğtişaş nəticəsində, şah barışığa meyil göstərdi.
Mirzə Əbdülhəsən xan Şirazi İran dövləti tərəfindən vəkil edildi. Sərdar Rtişşev
də gəldi. Qarabağın Gülüstan adlı yerində hicri 1228 (1813)-ci ildə, təşrini-
əvvəl (oktyabr) ayının 12-də, Rusiya ilə İran dövləti arasında əhdnamə
bağlandı. Bu əhdnaməyə görə İran dövləti Gəncə, Qarabağ Talış, Şəki, Şirvan,
Bakı, Quba, Dərbənd xanlıqlarını, bütün Dağıstanı, Gürcüstanı və ona
həmhüdud olan ölkələri Rusiya dövlətinə tərk etdi. Onlar haqqında hər cür
iddiadan əl çəkdi. Rusiya imperatoru da öhdəsinə aldı ki, şah hansı bir övladını
vəliəhd təyin etsə, ona yardım göstərsin və hüququnu müdafiə etsin"
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.157.
2 Yenə orada, səh.158.
241
Mirzə Adıgözəl bəy "Türkmənçay" müqaviləsi (1828) ilə nəticələnən 1826-
1827-ci illər Rusiya - İran müharibəsini "Qarabağnamə"nin 12-ci fəslində
qələmə almışdır. Həmin fəslə də müəllif maraqlı ad vermişdir: "Qızübaşların öz
əhdlərini dübarə sındırıb əzəmətli dövlətə qarşı ədavət və inad göstərmələri
haqqındadır".
Burada "Qızılbaşların öz əhdlərini dübarə sındırıb əzəmətli dövlətə qarşı
ədavəti" ifadəsində İranın "Gülüstan" müqaviləsi şərtlərini pozaraq Rusiyaya
qarşı müharibəyə başlaması fikri nəzərdə tutulmuşdur.
Həmin fəsli yazarkən Mirzə Adıgözəl bəy iştirakçısı olduğu bir sıra tarixi
faktları nəzərə çatdırmış, bəzən xırda təfərrüatları da verməyə çalışmışdır.
Bu dəfə də İran-Rusiya müharibəsi İran qoşunlarının böyük hissələrinin
1826-cı ilin iyununda Xudafərin köıpüsünü keçib Qarabağ ərazisinə daxil
olması ilə başlanmışdı
1
.
Qarabağın və ümumən Azərbaycanın dincliyi yenidən pozulub müharibə
meydanına döndü.
XIX əsrin I rübündə Azərbaycan ilə Rusiyanın birləşməsinə səbəb olan
amilləri hər şeydən əvvəl biz ölkənin iqtisadi və ictimai həyatındakı gerilikdə
və siyasi cəhətdən xanlıqlara parçalanmasında axtarmalıyıq.
Bu konkret tarixi şəraiti yaxından görən İbrahimxəlil xan çox yaxşı bilirdi
ki, yalnız Rusiya dövlətinin tərkibinə daxil olmaqla xarici düşmənlərin
hücumundan və dözülməz daxili feodal müharibələrindən xilas olmaq
mümkündür.
Məlumdur ki, artıq 1822-ci ildən Qarabağ xanlığı ləğv edilmişdi. Bununla
belə, Şuşanın müdafiəsini şuşalılar və onlara kömək edən rus hərbi hissələri
həyata keçirirdilər. Mirzə Adıgözəl bəy yazır ki, 42-ci yeger polkunun
komandiri polkovnik Reytt doqquz rotadan ibarət soldatla cəld Şuşaya gəldi.
1826-cı il iyulun 25-dən başlayaraq Şuşa qalası yenidən İran qoşunu tərəfindən
mühasirə olundu. İran hərbi qüvvələri az sonra Şamxora qədər irəliləyə bilsələr
də Şuşanı təslim edə bilmədilər.
Mirzə Adıgözəl bəy 1826-1827-ci illər İran-Rusiya müharibəsində
iranlıların məğlub olma səbəblərini təfsilatı ilə göstərir. O, yeni Qafqaz canişini
Paskeviçin müharibəyə son qoymaq səylərini işıqlandırır. İrəvanın çox
çətinliklə alınması rus qoşunlarının Arazı keçib Təbrizə qədər irəliləməsinə
şərait yaradır
2
.
General V.Mədədovun Türkmənçay müqaviləsi ərəfəsində Azərbaycan
xanları ilə pis münasibəti, onlarla hesablaşmaması nəticəsində bir çox xanlar, o
cümlədən Mehdiqulu xan İrana getmişdilər. Paskeviç tezliklə Mehdiqulu xanın
öz yaxın adamları ilə Qarabağa qayıtmasına nail oldu. Mirzə Adıgözəl bəy
yazır: "Bu əsnada, Darlagəzdə olan Qarabağ hakimi həmail sahibi general-
mayor Mehdiqulu xana Paskeviç arasında gəliş-gediş oldu. Mehdiqulu xan İran
1 Bax: General-leytenant Velyaminovun çara 1826-cı il 30 iyul tarixdə göndərdiyi raport - AKAK, c. VI, h. II, sənəd
651, səh.367.
2 Bax: AKAK, c. VI, h. II, sənəd 698, səh.385.
242
dövlətindən üz çevirib bu işıqlı dövlətin itaətinə gəlmək istəyirdi. Knyaz
Abxazov Pankratiyevlə müşavirə etdi. İki batalyon qoşun götürüb Mehdiqulu
xanın yanına getdi. İki dövlətin sərhədində olan Ağ karvansarada görüşdülər.
Knyaz onu xatircəm etdi. Ona qoşulan və tabe olan adamları köçürməklə
məşğul oldu"
1
.
Mehdiqulu xan 1827-ci ildə Qarabağa qayıtdıqdan sonra ömrünün sonuna-
dək (1845) dinc şəraitdə yaşamış, öz mülklərini və təsərrüfatını idarə etmişdir.
Mirzə Camal "Qarabağ tarixi" əsərinin sonunda "Mehdiqulu xanın varis və
vəliəhd olmasının səbəbi" adlı əlavə bir fəsil də yazmışdır. Burada deyilir:
"Mərhum İbrahim xan birinci dəfə Kürəkçay qırağında knyaz Sisianovla
görüşdüyü zaman varislik və vəliəhdlik adı onun böyük oğlu mərhum Məhəm-
mədhəsən ağaya verilmişdi. O zaman Məhəmmədhəsən ağanın ikinci oğlu
girov adı ilə Sisianovun yanına göndərildi. General-mayor Məhəmmədhəsən
ağa mərhum İbrahim xanın sağlığında öldüyündən xanın yerdə qalan oğlanları
içərisində ən böyüyü general-mayor Mehdiqulu ağa idi. Buna görə mərhum
İbrahim xanın öz sağlığında varislik və vəliəhdlik kağızı, xanın və Qarabağın
başqa əyalının möhrü ilə Mehdiqulu ağaya verildi, xan və varis adlandırıldı.
Bu səbəbə görə Lisaneviç, mərhum İbrahim xan öldükdən sonra general
Nesvetayevin hüzuruna raport yazmış və ona əsasən 1807-ci ildə böyük
imperator mərhum Aleksandr Pavloviçin fərmanı üzrə Mehdiqulu xana
Qarabağın xanı adı, hakimiyyət bayrağı və cavahirə tutulmuş qılınc verildi..."
2
.
Məhəmmədhosən ağanın oğlu Cəfərqulu ağa əmisi Mehdiqulu ağanın
Qarabağa xan təyin edilməsindən narazı idi. O, əvvəllər Rusiyaya rəğbət
bəsləməsinə baxmayaraq, bu dəfə ondan üz çevirməyə cəsarət etdi.
A.Bakıxanov yazır: "1811 -ci ilin axırında, İrana tərəfdar olması qəti zənn
edilən polkovnik Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə alınıb,
ruslardan bir dəstə piyada və bir neçə kazakla Tiflisə göndərildi. Tərtər çaym-
dan keçərkən, Cəfərqulu ağa atının cilovunu soldatın əlindən qapdı, özü ilə
bərabər atın sağnsında oturan o biri soldatı suya salaraq, Cəbrayıllı elinin
arasına qaçdı. Bu xəbər naibüssəltənəyə çatan kimi Qarabağa gəldi. Əmir xan
Qacarı, Cəfərqulu ağa ilə Cəbrayıllı elini və Qarabağın sair elatını köçürməyə
məcbur etdi. Özü isə Topxana və sərbazla Sultanbud səngəri üzərinə gəldi.
Burada qarabağlı Mehdiqulu xanla bir rus batalyonu var idi. Bunları məğlub
edib bir çoxunu öldürdü və sağ qalanlarını əsir aldı. Mehdiqulu xan isə qaçıb
canını qurtardı.
Əmir xan və Cəfərqulu ağa beş-altı min ailəni Arazdan keçirib, naibüssəltənə
ilə birləşdilər. Naibüssəltənə Qarabağ elatını yerbəyer edib, Qaradağ kəndləri-
nin hökumətini xanlıq ləqəbilə Cəfərqulu ağaya verdi. Özü də Təbrizə qayıtdı"
3
1828-ci il Türkmənçay müqaviləsindən sonra Qarabağ bir müddət rus hərbi
komendantlığı tərəfindən idarə olundu.
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.98.
2 Yenə orada, səh.166.
3 A.Bakıxanov. "Gülüstani-İrəm", Bakı, 1951, səh.202.
243
XIX əsrin 20-60-cı illərində Qarabağ Mərkəzi Şamaxı şəhəri olan Şamaxı
quberniyası tərkibinə verilmişdi. 1868-ci ildən başlayaraq Azərbaycanda Sovet
hakimiyyətinin qələbə çaldığı 1920-ci ilə qədər Qarabağ, mərkəzi Gəncə şəhəri
olan Yelizavetpol quberniyası tərkibində olmuşdur. Yaxın tarixi keçmişdə, yəni
1501-ci ildən başlayaraq Qarabağ Azərbaycan ərazisində mühüm inzibati ərazi
olaraq əvvəl Qarabağ bəylərbəyiliyi (1501-1747), sonra Qarabağ xanlığı (1747-
1822), XIX əsrin əvvəlindən isə yuxarıda qeyd olunan rus ərazi-inzibati
bölgüsündə zəmanəmizə qədər öz Azərbaycan varlığını saxlamışdır. Əsrlər
boyunca İrəvan xanlığı fars və Azərbaycan feodallarının, Türkmənçay
müqaviləsindən (1822), sonra isə (1920-ci ilədək) çar general-qubernatorlarının
idarəsində idi...
* * *
Qarabağ xanlığı (1747-1822) Pənahəli xan və İbrahimxəlil xanın haki-
miyyətləri dövründə (1747-1806) öz suverenliyini saxlaya bilən Azərbaycan
feodal dövləti idi. Onun paytaxtı Şuşa şəhəri yarım əsrdən çox Zaqafqaziyanın
xarici istilalardan mühafizəsində əsas dayaq mərkəzi olmuşdur.
Qarabağ xanlığının daxili və xarici siyasətinə qarşı Qarabağ Xəmsə
məliklərinin çoxu müxalifətdə olmuş və ağır müharibələrdə düşmən tərəfə
keçmişlər. Eyni zamanda, Xəmsə məlikləri Qarabağın iqtisadi həyatında da
əhəmiyyətli rol oynamamışdır.
Qarabağ xanlığının Rusiya tərkibinə daxil olmasını təsdiq edən Kürəkçay
(1805), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələrindən sonra
Qarabağda ermənilərin sayı mühacirət hesabına artdı. Buna Zaqafqaziyada
hakimlik edənlərin xristian dininə mənsub olmaları da şərait yaradırdı. Xaçatur
Abovyan "Ermənistan yaraları"nın sağalmasınım başlanğıcını məhz
Zaqafqaziyada çar Rusiyasının hakimiyyəti ilə əlaqələndirirdi. Zaqafqaziyaya
ermənilərin axmı yazıçıya bu fikri söyləməyə imkan verirdi.
1804-1813 və 1826-1828-ci illər Rusiya-İran müharibəsinin gedişində və
onlardan sonra ermənilərin Zaqafqaziyaya, o cümlədən Qarabağa kütləvi
surətdə köçməsi başlanır... "...Biz 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya
40 mindən çox fars, 84 min türk ermənisi köçürmüşük. Onları erməni əhalisinin
az olduğu Yelizavetpol və İrəvan quberniyalarındakı ən yaxşı dövlət
torpaqlarında yerləşdirmişik. Bu məqsədlə 200 min desyatin dövlət torpağı
ayrılmış, müsəlmanlardan 2 milyon manatlıqdan çox torpaq satın alınmışdır. Bu
ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsində və Göyçə (İndi Sevan -
N.A.) gölünün sahillərində yerləşdirilmişlər. Köçənlərin sayı rəsmi məlumata
görə 124 min olmasına baxmayaraq, əslində onların sayı 200 mini keçmişdir
1
.
1 Н.Н.Шавров. Новая угроза русскому делу в Закавказье: Предстоящая распродажа Мугани инородцам. СПБ,
1911, 8ЭП.59-60.
244
Torpaqların köçənlərə verilməsi yerli azərbaycanlıları narahat etməyə
bilməzdi. Bu hadisələrin şahidi, məşhur rus diplomatı və şairi A.S.Qriboyedov
yazmışdır: "Biz onunla (knyaz Arqutinski ilə -N.A.) həmçinin müsəlmanların
ağırlaşmış vəziyyətləri ilə necə barışdırmaq, ermənilərin onların torpaqlarını
həmişəlik tutmayacaqlarına inandırmaq barədə də fikir mübadiləsi aparırdıq
1
.
Ermənilərin Zaqafqaziyaya, o cümlədən Qarabağa köçürülməsi sonrakı
illərdə də davam etdirilmiş və böyük vüsət almışdı: "...köçənlər içərisində
çoxluq ermənilərə məxsusdur. Belə ki, hazırda Zaqafqaziyada yaşayan 1
milyon 300 min nəfərin 1 milyondan çoxu yerli sakinlərə mənsub deyil və
bizim tərəfimizdən köçürülmüşdür. Son 13 ildə köçürülən ermənilərin sayının
çoxluğu aşağıdakı müqayisədən aydın görünür: 1896-cı ildə general-adyutant
Şeremetyev Zaqafqaziyada yaşayan ermənilərin sayının 900 minə yaxın
olduğunu, 1908-ci ildə isə 1 milyon 300 minə çatdığını qeyd edir. Başqa sözlə,
bu müddət ərzində onların sayı 400 min nəfər artıb
2
.
Qarabağ xanlığı Rusiyaya birləşərkən - 14 may 1805-ci ildə regionda
ermənilər əhalinin cəmi beşdə birini təşkil edirdilər. 1823-cü ildə çar
məmurlarının tərəfindən tərtib edilmiş "Qarabağ əyalətinin təsviri"ndə verilən
məlu-matlara görə "...Qarabağ xanlığında 90 min əhali, 1 şəhər, 600 kənd
(onların 150-si erməni kəndidir) olmuşdur. Şuşada təxminən 1948 azərbaycanlı,
474 erməni ailəsi yaşayırmış. Kəndlərdə bu rəqəmlər müvafiq surətdə belə
imiş: 12.902 və 4.331".
Köçürmə Qarabağın dağlıq hissəsində milli tərkibin dəyişilməsinə səbəb
oldu. Belə ki, XIX əsrin 80-ci illərinin sonunda Şuşa qəzasında (indiki Dağlıq
Qarabağın təxminən bütün ərazisi onun tərkibinə daxil idi -N.A.) ermənilərin
sayı əhalinin artıq 58 faizini təşkil edirdi
3
.
Gətirilən rəqəmlər bu gün Dağlıq Qarabağ ərazisində ermənilərin nə üçün
çox olduğunu sübut etmək üçün kifayətdir.
Türkmənçay müqaviləsinə qədər Şuşa şəhərinin yerləşdiyi dağın yuxarısı
şəhər təsərrüfatı məqsədilə istifadə olunurdu. Lakin XIX əsrin 30-cu illərindən
başlayaraq Şuşa şəhərinin yuxarı-hündür hissəsində sürətlə erməni məhəllələri
salındı.
Şuşada komendantlıq illərində yeganə rus kilsəsi şəhərin bazarbaşı adlanan
hissəsində tikilmişdi. Rus hərbi işçilərinə xidmət edən bu kilsə sovet dövründə
30 ildən artıq şəhər klubu kimi istifadə olunmuşdu.
XIX əsrin II yarısında Şuşada erməni kilsələri meydana gəldi. Çox qəribədir
ki, bu kilsələr erməni Qriqoryan kilsələri kimi qotik üslubda deyil, qədim alban
kilsələri memarlığı üslubunda tikilmişdir.
Əgər XVIII əsrdə Qarabağ öz iqtisadi və hərbi gücü ilə Zaqafqaziyada
aparıcı rol oynayırdısa, XIX əsrdə Qarabağ ədəbiyyatı və incəsənəti bütün
1 А.С.Грибоедов. Соч. в 2-х томах, т. 2, М., 1971, səh..341..
2 N.N.Şavrov. Göstərilən əsəri, səh.59-61.
3 Bax: Кавказский календарь на 1896 г., стр. 48-61.
245
Zaqafqaziya xalqlarının qəlbini fəth etmişdi. Qarabağda doğulan və
tərbiyətəhsil alan Q.Zakir, Aşıq Pəri, M.M.Nəvvab, X.Natəvan,
C.Qaryağdıoğlu, Ü.Hacıbəyov, H.Vəzirov, Ə.Ağayev, Ə.Haqverdiyev,
Y.V.Çəmənzəminli, F.Köçərli və onlarca başqaları mədəniyyət tariximizdə
parlaq səhifələrdir.
Bizim günlərdə Şuşanı erməni mədəniyyəti mərkəzi adlandıran ekstre-
mistlər faktik olaraq Qarabağda ədəbi-mədəni hadisə sayıla bilən bir nəfər belə
erməni yazıçısının adını çəkə bilməzlər.
Şimali Azərbaycan Türkmənçay müqaviləsindən sonra (1828) Rusiyanın
inzibati-ərazi bölgüsünə daxil edildi. Qarabağ xanlığı ərazisi əvvəlcə Şamaxı,
sonra Yelizavetpol (Gəncə) quberniyasının Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur,
bir qismi isə Cavad uyezdlərinə daxil olmuşdu. Böyük Oktyabr sosialist
inqilabının qələbəsinə qədər Qarabağın inzibati-ərazi bölgüsü bu şəkildə idi. İki
ilə yaxın davam edən, müsəlman Şərqində ilk demokratik respublika
"Azərbaycan Demokratik Cümhuriyyəti" dövründə də ərazidə dəyişiklik
edilməmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonrakı illərdə
(1920-1923) sabiq Qarabağ xanlığı və Yelizavetpol quberniyasının inzibati-
ərazi bölgü-sündə bir sıra ciddi dəyişikliklər edilmişdir. O cümlədən sabiqdə
əsrlər boyu Qarabağ bəylərbəyiliyi və xanlığı ərazisi olan Zəngəzur mahalı (o
cümlədən Mehri, Qapan (indiki Qafan - N.A.), Gorus və başqa ərazilər)
Ermənistan SSR-ə verildi. Tarixdə ilk dəfə olaraq Qarabağın dağlıq hissəsində
Dağlıq Qarabağ Muxtar Vilayəti təşkil olundu (1923). Şuşa şəhərinin köməkçi
hərbi və təsərrüfat qəsəbəsi olan Xan kəndi DQMV-nin mərkəzi elan olundu və
bu qəsəbə Stepanakert şəhəri adlandırıldı. 10-dan artıq dağıdıcı müharibəyə
sinə gərmiş, dörd yüzə qədər memarlıq abidəsi olan Şuşa şəhəri 1923-cü ildən
sonra ikinci plana, Xan kəndi birinci plana keçdi... 1920-ci ildə 50 mindən çox
əhalisi olan Şuşa şəhərinin hazırda 13 min, cəmi 1500 nəfərə yaxın əhalisi olan
Xan kəndinin hazırda 50 minə yaxın əhalisi vardır. Bu tarixi ədalətsizlik,
əhalinin tərkibini süni yollarla azaldıb-artırmaq 1988-ci ilin fevralından
başlayaraq Dağlıq Qarabağ hadisələri adlanan hərc-mərcliyə gətirib çıxardı...
Bu hadisələrin mahiyyətində ise yeganə bəhanə Dağlıq Qarabağda erməni
əhalisinin azərbaycanlılara nisbətən sayca çoxluğudur.
Axı başqa inkarolunmaz - tarixi dəlillər də var: Qarabağ birdir; onun dağı da
var, aram da. Hazırda Qarabağda milyon nəfərdən çox əhali yaşayır ki, onun
yalnız onda bir hissəsi ermənilərdir. Digər tərəfdən Qarabağ tarixin heç bir
mərhələsində Ermənistan torpağı olmamışdır.
Nazim Axundov
246
MÜNDƏRİCAT
Tərtibçidən………………………………………………………………….5
Mirzə Rəhim Fəna
Tarixi-cədidi-Qarabağ
(Ön söz N.Axundovun, transliterasiya A.Ramazanovundur)……… ……....7
Baharlı
Əhvalati-Qarabağ
(Ön söz və transliterasiya N.Axundovundur)..…………………………….31
Həsən İxfa Əlizadə
Şuşa şəhərinin tarixi
(Ön söz, transliterasiya N.Axundovundur) ………………………………..75
Həsənəli Qaradaği
Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları,
Pənah xan, İbrahim xan və Mehdiqulu xan
əyyami-hökumətlərinin əksər vəqaye və hekayətləri
(Ön söz, transliterasiyası N.Axundovundur)…………………………..…121
Abbasqulu ağa Bakıxanov
Gülüstani-İrəm. V fəsil…………………………………………………...131
Son söz…………………………………………………………………...174
247
Buraxılışa məsul:
Əziz Güləliyev
Texniki
redaktor:
Rövşən Ağayev
Tərtibatçı-rəssam:
Nərgiz Əliyeva
Kompyuter səhifələyicisi:
Aslan Almasov
Korrektorlar:
Elnaz
Xəlilqızı
Tutu Məmmədova
Yığılmağa verilmişdir 25.07.2006. Çapa imzalanmışdır 14.12.2006.
Formatı 60x90 V16. Fiziki çap vərəqi 15,5. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 191.
DÜST 5773-90, DÜST 4.482-87
Tel/Fax:447 75 04.Tel.:447 75 05
Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur.
Bakı, Şərifzadə küçəsi, 3.
248
Dostları ilə paylaş: |