SON SOZ
QARABAĞ VƏ "QARABAĞNAMƏ"LƏR
Qarabağ xanlığının tarixindən bəhs edən "Qarabağnamə"Iərlə hələ əllinci
illərdən tanış idim. Klassik ədəbiyyatımızı tədqiq edərkən tez-tez Mirzə
Adıgözəl bəy, Mirzə Camal Cavanşir Qarabaği, Rzaqulu bəy Mirzə Camal
oğlu, Əhməd bəy Cavanşir, Mir Mehdi Xəzani, Həsənəli xan Qaradaği, Baharlı,
Mirzə Yusif Qarabağinin adlarına rast gəlirdim. Bu müəlliflər öz dövrlərinin
tanınmış şəxsiyyətləri olmuş, ədəbi həyatda da yaxından iştirak etmişlər.
Hələ XIX əsrdə həm mətbuatda, həm də "Qafqaz Arxeoqrafiya Komissi-
yasının topladığı sənədlər aktları"nda (AKAK) Qarabağ tarixinə dair saysız-
hesabsız materiallar toplanmışdı. Lakin bu vaxta qədər tarixçilərimiz həmin
problemi tam şəkildə işıqlandırmamışlar. Elə bu səbəbdən, Dağlıq Qarabağ
Muxtar Vilayətində məlum hadisələr zamanı erməni müəlliflərinin nəşr
etdirdikləri bir sıra kitab və məqalələr həm Azərbaycanda, həm də
Ermənistanda sözün həqiqi mənasında çaşqınlıq yaratdı. Halbuki, Qarabağ
tarixinə dair elmi əsərlər vaxtında yazılsaydı, indi bu torpağa göz dikənlərin
yanlış yol tutduqları aşkar olardı. Nə Azərbaycan Sovet Sosialist Respublikası
yaranarkən, nə də son minillik tarixi ərzində xalqımız heç kimin ərazisini zəbt
etməmişdir. Əksinə, Rusiya ilə İran arasında bağlanan Gülüstan sülh
müqaviləsi nəticəsində Azərbaycan ərazisi iki yerə parçalanmış, Cənubi və
Şimali Azərbaycan məfhumları yaranmışdır. Şimali Azərbaycanın -
Azərbaycan SSR-nin coğrafi və tarixi ərazisi də indiki kimi qolu-qanadı
kəsilmiş vəziyyətdə deyildi. Azərbaycanın şimal hüdudları tarixən Dərbənd
qalasını, şimal-qərbdə Tiflisi, qərbdə Göyçə gölünü, cənub-qərbdə Naxçıvan da
daxil olmaqla Zəngəzur mahalını özündə birləşdirirdi...
Bir xalqın başqa xalqdan torpaq iddiasını heç bir təbliğat, hay-küy, qərarla
həyata keçirmək olmaz. Tarixdən də məlumdurki, Fətəli xan Əfşar,
Məhəmmədhəsən xan Qacar, Ağa Məhəmməd şah Qacar, Fətəli şah Qacar və
onun oğlu Abbas Mirzə Qacar və başqaları Qarabağ torpağında on minlərlə
insan cəsədi qoyaraq geri çəkilməyə məcbur olmuşlar. Görünür, tarixi
həqiqətlər çoxlarına dərs olmamışdır...
Dağlıq Qarabağ hadisələri ərəfəsində və ondan sonra erməni tarixçiləri bir
sıra kitablar nəşr etmişlər. O cümlədən, "История Агван", "Албания-Алуанк
в греколатинских и древноармянских источниках", "Армянский геноцид",
"Турки перед историей", "Нагорный Карабах" və s.
Bu əsərlərdə Alban dövləti qeyd-şərtsiz Ermənistanın tərkib hissəsi kimi
alınır. Ermənistanın tarixi coğrafiyası Qara dəniz, Aralıq dənizi və Xəzərin
174
qərb tərəfini əhatə edən geniş ərazi kimi oxucuya təqdim olunur. Əlbəttə, hər
iki mülahizə yanlışdır.
Bu yaxınlarda Yerevanda, rus dilində çap olunmuş " Армяния в пеpвой
половине XVIII вeкa" xəritəsində qəribə bir mənzərə ilə qarşılaşdıq.
Azərbaycanın təxminən bütün ərazisi, Kiçik Asiyanın üzdə bir hissəsi və cənubi
Gürcüstan bu xəritəyə daxil edilmişdir. Xəzər sahili Azərbaycan şəhərlərinə
qəribə adlar verilmişdir. Min ildən bəri elmi mənbələrdə Bakı (Badkubə) kimi
xatırlanan, tanınan Bakı şəhəri Bakunakert adlandılmışdır. Rus alimlərinin
XVIII əsrin sonu və XIX əsrin əvvəllərində topladıqları və çap etdirdikləri
statistik materiallarda göstərilir ki, Dərbənd, Salyan, Kənkəran kimi şəhərlərdə
o zamanlar erməni əhalisi yaşamamışdır.
Adi çəkilən xəritə "daşnaksutyun"un çoxdan bəri iflasa uğramış "dənizdən-
dənizə böyük Ermənistan" "ideyasının" ifadəsindən başqa bir şey deyildir. Bu
tarixi saxtakarlığın tarixşünaslıq elmi ilə heç bir əlaqəsi yoxdur. Əksinə,
xalqlararası münasibətlərə ciddi zərbə vurur. Nədənsə, həmişə Ermənistanda
qonşu xalqlara qarşı torpaq iddiası baş qaldıranda tarixi həqiqətlərə göz
yumulur. Əlüstü qədim Albaniya problemi ortaya atılır. Halbuki, Alban
dövlətinin süqutundan sonra da Zaqafqaziya xalqlarının gün kimi aydın tarixi,
həmçinin xəritələri vardır.
Təxminən 75 il mövcud olmuş Qarabağ xanlığının tarixindən (1747-1822)
söz düşəndə bu ərazini köçəri türk tayfalarının zəbt etməsi ideyası irəli sürülür.
Bəs xanlıqdan əvvəl Səfəvilər dövründə təxminən iki əsr yarım mərkəzi Gəncə
şəhəri olan Qarabağ bəylərbəyliyi?
Məgər iki yüz ildən artıq monqolların, teymurilərin işğalı altında olan
Qarabağda ermənilər yaşayırdı? Kürəkçay (1805), Gülüstan (1813),
Türkmənçay (1828) müqavilələrilə Rusiya tərkibinə daxil edilmiş Qarabağ,
sonrakı dövrlərdə də Gəncə (Yelizavetpol) quberniyasının mühüm hissəsi idi.
Azərbaycan Demokratik Cümhuriyyəti dövründə də mərkəzi Şuşa şəheri olan
Qarabağ vilayəti hazırki Dağlıq Qarabağı, aran Qarabağını və 1920-ci ildən
sonra ədalətsiz olaraq Ermənistana "töhfə" edilmiş Zəngəzur mahalını əhatə
edirdi. Görünür, 1923-cü ildə Qarabağın dağlıq hissəsinə muxtariyyət verilməsi
Lenin milli siyasətinin ifadəsi kimi yox, bəziləri tərəfindən Ermənistana
məxsusluğu kimi mənalandırılır...
Erməni tarixçilərinin son dövrdə çap etdirdikləri kitablarda, saysız-hesabsız
məqalələrdə Türkiyə Cümhuriyyəti az qala erməni xalqının bütün faciələrinin
əsas müqəssiri hesab edilir. Əsil həqiqət isə belədir: Eramızın IV əsrinin
sonlarında Ermənistan dövləti ləğv olunub Qərbi və Şərqi Ermənistana
bölündü. Bu aktı həyata keçirən Bizans və İran dövlətləri idi.
Türklərin Kiçik Asiyaya gəlişi isə erməni dövlətinin parçalanıb
suverenliyini itirməsindən təxminən 7 əsr sonra, XI əsrdə başlamışdır...
175
1. "QARABAĞNAMƏ" MÜƏLLİFLƏRİ
XVIII əsrin ikinci yarısında Azərbaycanda 20-yə yaxın xırda feodal
dövlətləri - xanlıqlar yaranması tariximizin maraqlı bir mərhələsi idi. Bu
xanlıqlar arasında Qarabağ xanlığı heç bir digər dövlətə, xüsusilə İran və
Türkiyəyə tabe deyildi, öz suverenliyi uğrunda xarici müdaxiləçilərə qarşı
uğurla mübarizə aparırdı.
Elə bu səbəbdən XIX əsr Azərbaycan tarixşünaslığında Qarabağ xanlığının
tarixini işıqlandırmağa meyil güclü idi. Müqayisə üçün deyək ki, Quba, Şəki,
Gəncə xanlıqlarının hər birinin tarixindən cəmi bir əsər yazıldığı halda,
Qarabağ xanlığından yeddi kitab yazılmış, saysız-hesabsız məqalələr, sənədlər
çap edilmişdir. Rus jurnalisti və hərbi xadimi Platon Zubov "Qarabağ astroloqu
və Şuşa qalasının 1752-ci ildə əsasının qoyulması" adlı kitabını 1843-cü ildə
Moskvada çap etdirmişdir.
XIX əsrin 40-cı illərində Mirzə Adıgözəl bəyin Azərbaycan dilində
"Qarabağnamə" (1845), Mirzə Camal Cavanşir Qarabağinin "Qarabağ tarixi"
(1847) əsərləri yazıldı. Həmin əsrin 60-70-ci illərində Mir Mehdi Xəzaninin
"Qarabağ tarixi", Mirzə Yusif Qarabağinin "Tarixi-Safi", Rzaqulu bəy Mirzə
Camal oğlunun "Qarabağnamə" əsərləri meydana çıxdı. 1884-cü ildə Əhməd
bəy Cavanşirin "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə
dair" əsəri "Kavkaz" qəzetində hissə-hissə çap olundu. Özü də bu əsərlərin bir
neçəsinin variantları da mövcuddur. Bu variantlar: Məşhur Azərbaycan şairi və
xəttatı Mirzə Şəfi Vazehin üzünü köçürdüyü Mirzə Adıgözəl bəyin
"Qarabağnamə"sindən, şərqşünas Adolf Berjenin ruscaya tərcümə etdiyi Mirzə
Camalın "Qarabağ tarixi"ndən, Həsənəli xan Qaradağinin Mir Mehdi Xəzaninin
yazdığı "Qarabağ tarixi"nə əlavələrdən ibarətdir.
Qarabağ xanlığının tarixinə dair rus, İran, Türkiyə tarixçilərinin əsərlərində
də çoxlu faktik materiallar, fikir və mülahizələr toplanmışdır.
"Qafqaz Arxeoqrafiya Komissiyasının topladığı sənədlər aktları"nda
Qarabağ xanlığı tarixi ilə əlaqədar dəyərli sənədlər çap edilmişdir. XIX əsrin II
yarısından rus dilində çap olunan "Qafqaz əyalətləri və tayfalarını təsvir etmək
üçün materiallar məcmuəsi"ndə (SMOMPK) Qarabağla bağlı onlarca oçerk,
bədii və etnoqrafik əsərlərlə qarşılaşdıq.
Mirzə Adıgözəl bəy (təxminən 1780-1848) "Qarabağnamə" əsərini 1845-ci
ildə yazmışdır. O, varlı ailədən olub böyük mülk sahibi idi. Ailəvi məqbərələri
hal-hazırda Qasım İsmayılov (indiki Goranboy) rayonunda vaxtilə sahibi
olduğu Rəhimli kəndindədir.
Mirzə Adıgözəl bəy öz tərcümeyi-halı barədə "Qarabağnamə"də xüsusi
bəhsdə söz açır.
Mirzə Adıgözəl bəy bu əsəri şifahi söyləmiş, qarabağlı şair Mirzə Hüseyn
Salari onu qələmə almışdır.
176
Əsər yazıldıqdan bir neçə il sonra qədim erməni dilinə (qrabar) tərcümə
edilmişdir.
Keçən əsrdə Tiflis şəhər ümumi kitabxanasında Mirzə Adıgözəl bəyin
"Qarabağnamə"si saxlanılırdı. Bu, Adolf Berje tərəfindən həmin kitabxananın
təsvir olunmuş kataloqunda da öz əksini tapmışdır.
Mirzə Adıgözəl bəyin yazdığı tərcümeyi-haldan aydın olur ki, o, məktəbdə
oxuyarkən, 1795-ci ildə Ağa Məhəmməd xanın Şuşaya hücumunu görmüşdür.
Beləliklə, Mirzə Adıgözəl bəy 1795-ci ildən sonra Qarabağda baş vermiş
hadisələrin ya şahidi, ya da iştirakçısı idi. 12 fəsildən ibarət olan
"Qarabağnamə" 1736-1828-ci illərin hadisələrini əks etdirir. Mirzə Adıgözəl
bəy Tiflisdə nazir Kovalenskinin yanında qulluq etmişdir. Sonralar o, general-
mayor Lisaneviçin yanında tərcüməçi işləmişdir. Bu zaman ona podporuçik
rütbəsi verilmişdir. 1816-cı ildən Mirzə Adıgözəl bəy general Yermolovun
icazəsi ilə Qarabağ hakimi Mehdiqulu xanın yanında işə başlayır. Mirzə
Adıgözəl bəy birinci (1805-1813) və ikinci (1826-1827) Rusiya-İran
müharibələrində iştirak etmişdir. Türkmənçay müqaviləsindən sonra (1828) o,
kapitan rütbəsinə layiq görülmüşdür. Qarabağ xanlığının ləğvi ilə əlaqədar
olaraq Mirzə Adıgözəl bəy əyalət məhkəməsində işləyir. O, məşhur şair Qasım
bəy Zakirin uşaqlıq və gənclik dostu idi. Gəncədə bərbad vəziyyətdə olan
Nizami Gəncəvi məqbərəsini öz hesabına bərpa edib abadlaşdırmışdı.
Mirzə Adıgözəl bəy 9 sentyabr 1848-ci ildə vəfat etmiş və Rəhimli
kəndində dəfn olunmuşdur. Onun özünəməxsus mülkü əvvəllər Ağbulaq kəndi
idi, sonralar Varvarah və Qaraoğlanlı kəndlərinə də sahib oldu. Bu kəndlərdən
59 ailə Mirzə Adıgözəl bəyə vergi verirdi. Həmin kəndlərdə 37 rəncbər ailəsi
yaşayırdı
1
.
İlk "Qarabağnamə"lər Zaqafqaziyanı idarə edən nüfuzlu şəxslərin sifarişi ilə
yazılırdı. Mirzə Adıgözəl bəy "Qarabağnamə"ni kimin sifarişi ilə yazdığını belə
izah edir:
"...Qarabağ mahalında Rusiya hakimiyyəti bərpa olandan bir qədər sonra
buraya təyin olunan hakimlərdən biri də... general Kolyubakinin oğlu cənab
podpolkovnik Mixail Petroviç idi. Onun keçmiş hadisələri bilməyə həmişə
həvəsi vardı. Podpolkovnik xüsusilə Qarabağ xanlarının və (Şuşa) şəhərini bina
edən şəxsin əhvalatını öyrənmək istəyirdi. Buna görə, məndən - kapitan Mirzə
Adıgözəl bəydən xahiş etdi ki, bu əhvalatı qısa və müxtəsər bir surətdə bəyan
edim. Çünki, mən bizdən əvvəl keçmiş Gürcüstan sərdar və əmirlərinin
hüzurunda xidmət etmişdim, bir-birindən fərqli olan dilləri və müxtəlif
ləhcələri bilirdim. Mən bu əhvalatın bir hissəsini erməni, bir qismini də gürcü
və müsəlmanların yaşlı adamlarından soruşub öyrənmiş və çoxlu məlumat
yığmışdım. Buna görə, o böyük cənabın əmrinə itaət edərək, işə başladım"
2
.
1 Bax: Mogilevski və A.P.Yermolov. Qarabağ vilayətinin statistik təsviri, AKAK, VII cild, səh.152-153, 203.
2 Bax: Mirzə Adıgözəl bəy. Qarabağnamə, bu nəşrin I kitabı, səh.34
177
Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si 1848-ci ildə, Tifhsdə böyük
Azərbaycan şairi Mirzə Şəfi Vazeh tərəfindən nəstəliq-şikəstə xətti ilə nəfis
şəkildə köçürülmüşdür. Vaxtilə Mirzə Şəfinin həmin əlyazması Peterburqdakı
məşhur "Asiya muzeyi"ndə olmuşdur. Əsər üzərində ştamp və inventar qeydi
də bunu aydın şəkildə göstərir. Hazırda isə həmin əlyazma SSRİ Elmlər
Akademiyasının Leninqrad şəhərindəki
Şərqşünaslıq
İnstitutunun
kitabxanasında saxlanılır. Bu barədə Ə.Ə.Səidzadənin "Mirzə Şəfi və ya
Bodenştedf?" (Bakı, 1940) və Mikayıl Rəfilinin "Mirzə Şəfi dünya
ədəbiyyatında" (Bakı, 1958) əsərlərində də məlumat verilmişdir.
Mirzə Adıgözəl bəyin "Qarabağnamə" əsərinin Mirzə Şəfi Vazeh tərəfindən
köçürülmüş əlyazma nüsxəsini biz yeni əlifbaya köçürmüş, onu tədqiq edib
aşağıdakı nəticəyə gəlmişik:
1. Mirzə Şəfi Vazeh, Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sinin üzünü
1848-ci ildə "Asiya muzeyi"nin sifarişi üzrə köçürmüşdür.
2. Mirzə Adıgözəl bəy "Qarabağnamə" əsərini öz dəsti-xətti ilə deyil, nəql
əsasında qarabağlı şair Salari tərəfindən qələmə aldırmışdı. Bu səbəbdən,
əsərdə səcli cümlələr, yersiz təşbeh və mübaliğələr çoxdur. Mirzə Şəfi Vazeh
əsərin üzünü köçürərkən orijinalın məzmununa xələl gətirmədən cümlələri adi
qaydada elmi üsluba uyğunlaşdırmışdır.
3. Gələcəkdə Mirzə Adıgözəl bəyin "Qarabağnamə"si çap edilərkən Mirzə
Şəfinin əlyazma variantı, onun düzəlişləri nəzərə alınmalıdır.
Mirzə Camal Cavanşir "Qarabağ tarixi" əsərini fars dilində, 1847-ci ildə
bitirmişdir. Həmin əsərin dəyəri ilk növbədə müəllifin hadisələrin bir çoxunun
iştirakçısı, canlı şahidi olmasındadırsa, digər tərəfdən bu hadisələri Qarabağda
yaşayan hərbi və siyasi xadimlərdən eşidib qələmə almasıdır. Mirzə Camalın
tərcümeyi-halı haqqında tarix elmləri namizədi Ə.Hüseynzadə yazırdı:
"Qarabağ xanlığının tarixinə dair" ikinci əsərin müəllifi Mirzə Camal
Cavanşir (1773-1853) İbrahim xanın vəziri olmuş, xanlığın daxili və xarici
işlərində yaxından iştirak etmişdir. Qarabağ xanlığı Rusiya himayəsinə
keçdikdən sonra da Mirzə Camal Mehdiqulu xanın yanında həmin vəzifədə
qalmışdır.
Qarabağ xanlığı ləğv edildikdən sonra o, məhkəməyə təyin edilmiş və
burada 18 ilə yaxın çalışdıqdan sonra, 1840-cı ildə qocalığı ilə əlaqədar olaraq
istefaya çıxmışdır
1
.
1855-ci ildə "Kavkaz" qəzetində Mirzə Camalın "Qarabağ tarixi" əsərinin
tərcüməsini çap edən Adolf Berje eyni zamanda Mirzə Camalın qısa tərcümeyi-
halını (bu tərcümeyi-halındakı faktları ona Rzaqulu bəy Mirzə Camal oğlu
vermişdir) əsərə əlavə etmişdir.
1 Bax: Ə.Hüseynzadə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı, 1967, səh.31.
178
Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa
avar və ləzgi dillərini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşı
məlumatı vardı, tibb elmini də öyrənmişdi, istefaya çıxdıqdan sonra ömrünün
sonuna qədər xəstələri pulsuz müalicə edirdi. Onun üçün də xalq arasında
hörməti vardı"
1
.
Mirzə Camal 1853-cü ildə 80 yaşında ikən vəfat etmişdir.
Onun qələmə aldığı "Qarabağ tarixi" Pənahəli xan və İbrahimxəlil xanın
xarici istilaya qarşı ədalətli müharibəsinin təsvirinə həsr olunub.
Mirzə Camal Məhəmmədxanbəy oğlu 1773-cü ildə Qarabağın Xocalı
kəndində anadan olmuşdur. Onun atası Məhəmmədxan boy İbrahim xanın dərin
hörmətini qazanmışdı. İbrahim xan onu Şuşa şəhər qalabəyisi təyin etmişdi.
Mirzə Camal Şuşada ərəb, fars dillərində təhsil almışdır. Gəncədəki İbrahim
xanın dəftərxanasında yazı işlərini aparırdı. Az sonra Mirzə Camal İbrahim
xanın arvadı Car-Balakən hakimi Ümmə xanın bacısı Bikə xanımın yanında
katib (mirzə) işləyir. İbrahim xan, Qacarın öldürülməsindən sonra Şuşaya
qayıtmış, Mirzə Camalın və atasının xidmətini nəzərə alaraq onu M.P.Vaqifin
yerinə vəzir təyin etmişdir. 1805-ci ilin mayında İbrahim xanla general
Sisianov arasında Kürəkçay sazişi bağlanarkən Mirzə Camal da orada
olmuşdur. "Kavkaz" qəzetinin Qarabağ tarixinə aid çap etdiyi çoxlu materiallar
içərisində ən maraqlısı, şübhəsiz, Mirzə Camal Cavanşirin "Qarabağ tarixi"
əsəridir
2
. Həmin əsər yuxarıda qeyd etdiyimiz kimi rus dilinə görkəmli
şərqşünas, Qafqaz Arxeoqrafiya Komissiyasının sədri Adolf Berje tərəfindən
tərcümə olunmuşdur. Əsər rəğbətlə qarşılanmış və heç bir tarixdə, o, cümlədən,
erməni tarixçilərində də etiraz doğurmamışdır. Çünki Mirzə Camal Cavanşir
tarixi həqiqəti qələmə alırdı. Müəllif bu əsəri Qafqaz canişini Voronsovun
təklifi ilə yazdığını müqəddimədə də qeyd edir.
Keçən əsrin əllinci illərində Mirzə Camalın oğlu Rzaqulu bəy də
"Qarabağnamə" yazıb atasının yolunu davam etdirir.
Əsərin adı əlyazmasında belədir: "Rzaqulu Mirzə Camal bəy oğlu. "Pənah
xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri".
Əhməd bəy Cavanşirin Qarabağ xanlığının tarixinə dair 1883-cü ildə
yazdığı "Qarabağ xanlığının 1747-1805-ci illərdə siyasi vəziyyətinə dair" adlı
məşhur əsəri də "Kavkaz" qəzetində çap olunub
3
.
Əhməd bəy Cavanşir özü də Qarabağ xanları nəslinə mənsub idi.
1843-cü ildə sabiq Qarabağ xanı Mehdiqulu xanın təklifi ilə çar I Nikolay
Əhməd bəyi Peterburqa dəvət edir və o, dövlət hesabına, dvoryanlara məxsus
Pavlov kadet korpusuna qəbul edilir. 1848-ci ildən 1854-cü ilə qədər Əhməd
bəy hərbi xidmətdə çalışır.
1 Bax: "Kavkaz" qəzeti, 1855, №61.
2 Yenə orada, № 61-69.
3 Ахмед бек Джаваншир. О политическом существовании Карабахскоства в 1747-1805 гг.; "Кавказ" яегей,
1884, №139, 150, 154, 161, 167.
179
1853-cü ildə Krım müharibəsi başlananda Əhməd bəy döyüşən ordu
sıralarına göndərilir. Onun mənsub olduğu Qusar polku Sevastopol uğrunda
vuruşurdu. Yeri gəlmişkən xatırladaq ki, Krım müharibəsində, xüsusilə, Qafqaz
cəbhəsində iki mindən artıq azərbaycanlı döyüşlərdə iştirak etmişdir. O
cümlədən Qasım bəy Zakirin oğlu Nəcəfqulu bəy, qardaşı oğlu İskəndər bəy bu
döyüşlərdə şücaət göstərmişlər.
Əhməd bəy 1854-cü ildə istefaya çıxıb, doğma kəndi Kəhrizliyə qayıdır.
Keçən əsrin 60-cı illərində o, susuz Mil səhrasında kənd təsərrüfatını
canlandırmaq məqsədilə Arazdan su arxı çəkdirməyə səy göstərir. Arazdan
alınan su qədim Gavur arxı ilə birləşdirilir.
70-ci illərdə o, Şuşa bəy komissiyasının tərkibinə daxil edilmişdi. Saxta
yollarla bəylik adı alanları ifşa etdiyinə görə, düşmənləri ona şər atıb bir
müddət həbsxanada saxlatmışdılar.
Əhməd bəyin əsərləri və tərcümələri qızı Həmidə xanımın təşəbbüsü ilə
1906-cı ildə Tiflisdə, C.Məmmədquluzadənin təşkil etdiyi "Qeyrət"
mətbəəsində "Asari-Əhməd bəy Cavanşir" adı ilə çap olunmuşdur.
Əhməd bəy Cavan
1
şirin "Qarabağnamə"si 1961-ci ildə Azərbaycan SSR
EA terəfindən ras və Azərbaycan dillərində də çap edilmişdir. Əsəri tarixçi
Ə.Şükürzadə Azərbaycan dilinə tərcümə etmiş, kitaba şərhlər yazmış və
müəllifin ömür yolu barədə yığcam məlumat vermişdir.
Mirzə Yusif Nersesov Qarabağinin "Tarixi-Safi" əsəri də "Qarabağnamə"lər
silsiləsində mühüm yer tutur. Həmin əsər haqqında ilk məlumatı Ə.Ə.Səidzadə
vermişdir. Son illərə qədər həmin əsəri itmiş hesab edirdilər. Lakin axtarış
nəticəsində məlum oldu ki, əsərin yeganə nüsxəsi Gürcüstan SSR EA yanında
S.N.Canaşia adına Dövlət muzeyinin əlyazmaları fondunda (inventar 195)
saxlanılırdı. Fars dilində olan bu əsər Qarabağın əsasən 1745-1828-ci illər
arasındakı tarixindən söz açır.
Müəllifin ziddiyyətli və yanlış mülahizələri həmin əsərin ayrı-ayrı
fəsillərində özünü göstərir. Tarixçi Ə.Hüseynzadənin "Mirzə Yusif Qarabağinin
"Tarixi-Safi" əsəri haqqında" məqaləsində əsərin məziyyət və qüsurlan ətraflı
şərh olunmuşdur
2
.
Mirzə Yusif Qarabaği (1798-1864) Cənubi Azərbaycanın Əhər mahalından
olub, minlərlə başqa ermənilər kimi sonradan Qarabağa köçmüşdür. O, 18 il
İranda yaşamış, farscanı öyrənmiş Sərdar Əmirxanın yanında işləmişdir.
Qarabağa qayıtdıqdan sonra bir müddət Tiflisdə Qriqor Orbelianinin yanında
tərcüməçilik etmişdir.
1 А.А.Сеид-заде. Мирза Юсиф Нерсесов (Шушински). "Известия" Азерб. ФАН
СССР, 1960, №6.
2 Bax: Ə.Hüseynzadə. Mirze Yusif Qarabağinin "Tarixi-Safı" əsəri haqqında. Azərbaycan SSR EA xəbərləri (ictimai
elmlər seriyası), 1960, № 6.
180
Q.Orbelianinin yanında işləyərkən Dağıstan hərbi əməliyyatlarında iştirak
etmişdir. 1856-cı ildə Temirxanşurada "Məcmuəi-divani-Vaqif və müasirin"
əsərini çap etdirmişdir.
Mirzə Yusif Qarabaği 1864-cü ildə vəfat etmişdir. O, "Tarixi-Safi" əsərini
Qriqor Orbelianinin əmri və knyaz D.D.Georqadzenin maddi yardımı ilə
yazmışdır (1855).
Mir Mehdi Xəzaninin "Qarabağ tarixi" əsərinin də "Qarabağnamə"lər
silsiləsində özünəməxsus yeri var. Xəzani Qarabağın sabiq Zəngəzur qəzasının
Bərgüşad mahalında, Mamırlı kəndində doğulmuşdur. Atası Mir Haşım
Qarabağın məşhur seyidlərindən biri idi. Sonralar onlar Qarabağın Tuğ kəndinə
köçmüşlər. Mir Mehdi Xəzani Tuğ kəndində də vəfat etmişdir. Qəbri də elə
oradadır.
Qarabağ təzkirəçilərindən Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab",
Məhəmmədağa Müctəhidzadə "Riyazül-aşiqin" əsərində Xəzaninin mükəmməl
savada malik olduğunu, Şərq dillərini bildiyini, divan yaratdığını qeyd edirlər.
Xəzani ilk təhsilini qardaşı Mir Cəfərdən almışdır. Sonra isə Zəngəzura
gelmiş, burada molla Zülfüqarın yanında olmuş, ondan çox şey öyrənmişdir.
Keçən əsrin 30-40-cı illərində Gəncə şəhərində yaşayan Xəzani çoxlu kitab
mütaliə etmiş, Gəncə məktəblərində məktəbdar olmuşdur. Az sonra
M.M.Xəzani rus dilində yeni tipli məktəb açmışdır. 1859-cu ildən o, Şuşaya
köçmüşdür. 70-80-ci illərdə M.M.Nəvvabın "Məclisi-fəramuşan" ədəbi məcli-
sinin yığıncaqlarının fəal iştirakçılarından biri də Xəzani idi.
M.M.Nəvvabla M.M.Xəzani möhkəm dost idilər. M.M.Nəvvab "Təzkireyi-
Nəvvab" kitabında M.M.Xəzaninin öz dəsti-xətti ilə yazılmış qısa tərcümeyi-
halını və şeirlərindən nümunələri vermiş, öz litoqrafiyasında onun "Şəriətül-
islam" kitabçasını çap etmişdir. Xəzaninin "Qarabağ tarixi" əsərinin bir sıra
əlyazmaları mövcuddur, bu variantlar haqqında tarixçi Əli Hüseynzadə bir
məqaləsində geniş söz açır. Məlum olur ki, M.M.Xəzani öz əsərini Mirzə
Adıgözəl bəyin və Mirzə Camalın "Qarabağnamə" əsərlərinin təsirilə
yazmışdır. Təsadüfi deyildir ki, M.M.Xəzani öz əsərinin ilk variantını "Asari-
əl-camal" adlandırmışdır
1
. Əsərin təkcə adı deyil, məzmunu və fəsilləri də
Mirzə Camalın əsərinə bənzəyir. M.M.Xəzaninin əsəri müqəddimə, 24 fəsil və
bir xatimədən ibarətdir. "Qarabağ tarixi" əsərində təsvir olunan hadisələr Nadir
şahın vəfatı dövründən Türkmənçay müqaviləsinin bağlanmasına qədərki bir
dövrü (1747-1828) əhatə edir.
Tarix elminə çoxdan məlum olan bu əsərin əldə bir neçə əlyazma nüsxəsi
olduğundan onun elmi-tədqiqat mətninin çapında həmin nüsxə fərqlərini nəzərə
almaq zəruridir.
1 Bax: Azərbaycan SSR EA-nın Əlyazmaları İnstitutu, inv. B-2381.
181
M.M.Xəzaninin elm aləminə məlum olan "Qarabağ tarixi"nin son nüsxəsi
Əlyazmaları İnstitutunda B-1917 inventarla saxlanır. "Asarül-Camal" adlanan
həmin nüsxənin həcmi 166 səhifədən ibarətdir. Giriş sözü, müqəddimə və
birinci fəsli olmayan həmin nüsxənin üzü 9 noyabr 1905-ci ildə köçürülmüşdür.
Xəttatın özü tərəfindən verilən qeyddə də əsərin üzünün tələsik köçürüldüyü
göstərilir və oxuculardan üzr istənilir.
"Qarabağ tarixi" əsərinin əlyazması şəklində belə geniş yayılmasına səbəb
onun sadə Azərbaycan dilində yazılmasıdır.
M.M.Xəzaninin "Qarabağ tarixi" əsərinin yazılma tarixi dəqiq məlum deyil-
dir. Lakin son nüsxədə cjeyd olunur ki, əsər 1866-cı ildə yazılan bir əlyazma-
sından köçürülmüşdür. Aydın olurki, bu əsər 1866-cı ildən əvvəl mövcud idi.
Qarabağ tarixini öyrənmək üçün maraqlı və əhəmiyyətli mənbələrdən biri
də Mirzə Yusif Əhərinin "Əhərnamə" kitabıdır. Bu əsərdə Qarabağ tarixinin bir
sıra mühüm problemləri işıqlandırılır. Həmin əsərdə Ağa Məhəmməd Şah
Qacar müharibələri dövründə Xəmsə erməni məliklərinin xəyanəti və satqınlığı
barədə maraqlı faktlar vardır. Şübhəsiz, erməni məliklərinin bu antiazərbaycan
və antigürcü siyasətinin doğru izahı (onlar Qarabağı ələ keçirmək üçün Qacara
öz xidmətlərini təklif edirdilər və təbiidir ki, bu zaman Rusiyanın Qafqazdakı
planlarına ciddi zərbə endirirdilər) erməni alimlərinin belə bir mülahizəsinin
puçluğunu göstərir ki, guya Qarabağın Rusiya tərkibinə daxil olması, ilk
növbədə, buradakı erməni məliklərinin fəaliyyəti nəticəsində mümkün
olmuşdur...
Qafqazda çıxan ilk rus qəzeti "Тифлисские ведомости" (1828-1833)
səhifələrində Qarabağ tarixinə dair bir sıra maraqlı məqalələr çap olunub... O
cümlədən, "Qarabağ əyalətinə tarixi nəzər" (23 sentyabr 1830), "Şahbulaq
qalası", "Şahbulağın müasir tarixi", "Səyahətdən" (28 avqust 1830) və s. həmin
məqalələr "3...v" imzası ilə çap olunmuşdur. Şübhəsiz, bunların müəllifi Platon
Zubovdur. 1749-cu ildə Pənah xan tərəfindən tikilmiş Şahbulaq qalası XIX
əsrin əvvəllərində də öz müdafiə əhəmiyyətini saxlayırdı. "Qarabağnamə"
müəllifləri də bu faktı təsdiq edirlər.
P.Zubov az sonar "Карабахский астролог или основания крепости
Шуши в 1752 году (Москва, 1834)" əsərini yazdı. Həmin əsərdən bəzi
parçalar əvvəlcə "Тифлисские ведомости" qəzetində dərc edildi. P.Zubov
şübhəsiz ki, Pənah xanın və ümumən Qarabağ xanlığının təşəkkülü və
formalaşması prosesini öyrənə bilməmişdi. Şuşanın 1752-ci ildə tikilməsi fikri
də doğru deyil. Çünki Şuşa şəhəri 1750-ci ildə salınmışdır. Bununla belə
P.Zubovun "Qarabağ astroloqu və ya Şuşa qalasının 1752-ci ildə bina edilməsi"
əsərini Şuşa tarixinə dair ilk mənbələrdən biri hesab etmək olar.
Tiflisdə çıxan "Закафказский вестник" qəzetindəki iki məqalə də Qarabağ
tarixini öyrənmək üçün xüsusi əhəmiyyət kəsb edir. Bunlardan biri imzasız çap
olunub, "Qarabağ xanlığının Pənah xandan Mehdiqulu xanadək mövcudiyyəti
övründəki hadisələrin təsviri" adlanır
1
.
1 "Закавказский вестник", 1845, №13-14.
182
Məlumdur ki, Mirzə Adıgözəl bəy, M.P.Kolubyakinin tapşırığı ilə 1845-ci
ildə məşhur "Qarabağnamə" əsərini yazmışdı. Bu məqalədə də Mirzə Adıgözəl
bəyin "Qarabağnamə"sinin qısa icmalı verilir.
"Закавказский вестник" qəzetindəki ikinci məqalə "Ağa Məhəmməd xan
Qacarın həyatı, Qacar sülaləsinin yaranması, onun Qafqazda hərbi səfərləri"
adlanır
1
. Redaksiya qeydindən həmin əsərin ingilis dilinə tərcümə olunduğu
göstərilmişdir. Həmin məqalədə Qacarın 1797-ci il yürüşləri və Şuşada
öldürülməsi barədə tarixi həqiqətlə səsləşən faktlar xüsusilə maraq doğurur.
Əsrimizin 20-ci illərindən başlayaraq Azərbaycan xalqının tarixinə dair
mənbələrin nəşrinə başlandı. Azərbaycan tədqiq və tətəbbö cəmiyyəti
tərəfindən A.Bakıxanovun "Gülüstani-İrəm" əsəri 1926-cı ildə rus dilində,
1951-ci ildə Azərbaycan dilində çap edildi, bir qədər sonra əsərin farsca elmi
tənqidi mətni işıq üzü gördü. Bu əsər XVIII əsr Azərbaycan xanlıqlarının
tarixini öyrənmək üçün də əvəzsiz elmi mənbədir. "Qarabağnamə'Tərdə irəli
sürülən fakt və mülahizələri dəqiqləşdirmək məqsədilə "Gülüstani-İrəm"ə tez-
tez müraciət olunur.
Şərq və Qərb tarixçilərinin əsərlərini, Azərbaycanın maddi mədəniyyəti
abidələrini diqqətlə öyrənən A.Bakıxanov ilk dəfə xalqımızın tarixini bütöv
halda işıqlandırmağa səy göstərmişdir.
Qarabağ tarixinin öyrənilməsində Şeyx İbrahim Qüdsi Gəncəvinin "Gəncə
tarixi" əsərinin də mühüm əhəmiyyəti var. F.Köçərli qeyd edir ki, "Gəncə
tarixi" əlyazma şəklində əldən-ələ gəzirdi. Təəssüf ki, həmin əlyazma indiyədək
əldə edilməmişdir. "Kavkaz" qəzetinin 1846-cı il 37-ci nömrəsində Lazerev
imzası ilə "Gəncə" adlı geniş bir məqalə çap olunmuşdur. Redaksiya qeydində
deyilir: "Həmin məlumat Gəncə sakinləri arasında tatar (Azərbaycan - N.A.)
dilində əldən-ələ gəzən əlyazmasından alınmışdır".
"Gəncə tarixi"ndən bəhs edən "Gəncə" məqaləsi şəhərin əsasının
qoyulmasından 1804-cü ilə qədər - Sisianov tərəfindən zəbt olunmasına qədərki
uzun bir dövrü əhatə edir.
1926-cı ildə "Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti" tərəfindən "Şəki
xanlarının ixtisar üzrə tarixi" əsəri çap olundu. Onun müəllifi Əbdüllətif Əfəndi
idi. Sonrakı illərdə S.Mümtazm axtanşları göstərdi ki, "Şəki xanlarının
ixtisarüzrə tarixi" əsərinin müəllifi Əbdüllətif Əfəndi deyil, Səlim xanın nəvəsi,
Fateh təxəllüsü olan Kərim Ağadır. 1829-cu ildə qələmə alınmış bu əsərin şəkli
Fətəli xanın oğlu Kərim ağa Fateh tərəfindən yazıldığı Ə.Hüseynzadə
tərəfindən də təsdiq olunmuşdur
2
. Həmin əsərin Qarabağ tarixi ilə bağlı bəzi
sətirləri xüsusilə diqqəti cəlb edir. 1795-ci ildə Ağa Məhəmməd xanın
Qarabağa hücumu zamanı Şəki xanı Səlim xan Qacarın yürüşünün qarşısını
almaqda İbrahim xana yaxından kömək etmişdir. 1805-ci ildə də Səlim xan
İbrahim
1 Вах: "Закавказский вестник", 1845, 14-18
2 Bax: Ə.Hüseynzadə. XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı, Bakı, 1967, səh.29.
183
xanın təklifinə razı olub Kürəkçayda Şəki xanlığının Rusiya tərkibinə daxil
olması haqda müqaviləni imzalamışdı.
"Şəki xanlarının ixtisar üzrə tarixi" əsəri də təsdiq edir ki, 1806-cı ildə
İbrahim xan öz ailəsi ilə birlikdə Şuşa qalası yaxınlığında qala komendantı
Lisaneviç tərəfindən öldürülmüşdür. Öldürülənlər arasında Səlim xanın bacısı
da var idi. Bu qətldən sarsılan Səlim xan öz yanında olan bir neçə rus soldatını
öldürdü. General Nebolsin isə Səlim xana qarşı qoşun göndərdi. Səlim xan
İrana keçməyə məcbur oldu...
İskəndər bəy Hacınskinin "Qubalı Fətəli xan" əsəri də XIX əsr
tarixşünaslığının maraqlı nümunələrindəndir. Əsər ilk dəfə 1847-ci ildə,
Tiflisdə "Kavkaz" qəzetinin 48-49-cu nömrələrində dərc olunmuşdur.
İ.Hacınski Qafqaz canişinliyində mütərcim vəzifəsində işləyirdi, Fətəli xanın
hərbi-siyasi fəaliyyətini işıqlandıran həmin əsərdə Qarabağ xanlığından da söz
açılır. Əsərdə göstərilir ki, Fətəli xan İbrahim xanın qardaşı Mehrəli bəyi
himayə etdiyi üçün onların bir-birilə arası yox idi. Həm də Fətəli xan Qarabağı
almaq istəyirdi. Əsərdə oxuyuruq: "Qarabağlı İbrahim xan Quba xanı ilə
mübarizə etmək üçün Şirvan hakimlərinə tez-tez kömək etdiyindən Fətəli xan
güclü qoşun toplayıb, 1784-cü ildə Qarabağa hərəkət edir. Lakin Şuşa qalasına
hücum etmək iqtidarında olmayıb Ağdamı və Qarabağ xanlığının başqa aşağı
mahallarını talan etdi"
1
. Əsərboyu Qarabağ xanlığı və onun mərkəzi Şuşanın
hərbi-siyasi qüdrəti nəzərə çapdırılır. Lakin müəllif Mehralı bəyi səhvən
İbrahim xanın qardaşı oğlu kimi təqdim edir.
XIX əsrin əvvəllərində Rusiya - İran müharibələri haqqında daha dolğun
təsəvvür verən mənbələrdən biri də Nasir Nəcminin "Abbas Mirzə, yaxud
Qacar sülaləsinin ən qəhrəman, ən vətənpərvər oğlu və İran-Çar Rusiyası
müharibələri" əsəridir
2
.
Həmin əsərdə Türkmənçay müqaviləsi ilə nəticələnən sonuncu rus - İran
müharibəsinin (1826-1827) təsviri verilir.
Qarabağ tarixini yazmaq üçün bir sıra Azərbaycan ziyalılan da XIX əsrdə
və XX əsrin əvvəllərində təşəbbüs göstərmişlər. O cümlədən Baharlının
"Əhvalati-Qarabağ", Həsənli Xan Qaradağinin "Qarabağ tarixi", Həsən İxfanın
"Şura tarixi", Mirzə Rəhim Fənanın "Qarabağ tarixinə aid materialları",
müəllim Mirzə Xosrov Axundovun "Qarabağ tarixinə dair qeydləri" məlumdur.
Adı çəkilən əsərlər yarımçıq və səthi olsalar da, onları çap etmək müəyyən
maraq doğura bilər, həm də azərbaycanlı müəlliflərin Qarabağ xanlığı tarixini
öyrənməyə sonsuz marağını nümayiş etdirir.
"Qarabağnamə"lərdə Qafqaz canişini olmuş bir sıra görkəmli rus
generallarının adı çəkilir, onların Qarabağla əlaqələrindən söz açılır. Lakin tez-
tez
1 İskəndərbəy Hacınski. Qubalı Fətəli xan. Bakı, 1959, səh.20.
2 Nasir Necmi. Abbas Mirzə, yaxud Qacar sülaləsinin ən qəhrəman, ən vətənpərvər oğlu və İran-Çar Rusiyası
müharibələri, Tehran, hicri 1326.
184
xronoloji səhvlərə yol verilir. Ümumiyyətlə, XIX əsrin əvvəlində Qafqaz
canişinliyi vəzifəsini aşağıdakı hərbi-siyasi xadimlər icra etmişlər:
K.F.Knorrinq (1801 -1802), P.D.Sısianov (1802-1806), İ.V.Qudoviç (1806-
1809), A.P.Tormosov (1809-1811), F.O.Pauluççi (1811), N.F.Rtişşev (1812-
1816), A.P.Yermolov (1816-1827), İ.F.Paskeviç (1827-1831), Q.V.Rozen
(1831-1837), Y.Q.Qolovin (1837-1842), A.İ.Neydqard (1842-1844),
M.S.Voronsov (1845-1855), N.N.Muravyov (1855-1856), Baryatinski (1856-
1862) və b.
Qarabağ xanlığının tarixini, xalqın həyat və məişətini, arzu və istəklərini
öyrənmək üçün M.P.Vaqif və onun müasirlərinin yaradıcılığı da zəngin
xəzinədir. Həmin dövrdə yaranmış şifahi xalq ədəbiyyatı nümunələrini də
unutmaq olmaz. Nümuno üçün "Külli-Qarabağın abi-həyatı olan" bir neçə
bayatıya diqqət yetirək.
Xalq arasında Şuşa qalası alınmaz, bakirə bir qala hesab olunurdu. Lakin elə
ki, qala üzərinə qara yellər əsdi, xalq öz həyəcanını belə ifadə etdi:
Mən səni yel bilirdim,
Başımda tel bilirdim.
Uca dağlar başında
Qurumaz göl bilirdim.
Arasıkəsilməz xarici istilalar qarabağlıların canını boğazına yığmışdı.
Qarabağa, onun paytaxtı Şuşaya növbəti hərbi yürüşlərin birində xalq öz
kədərini gizlədə bilmir:
Gəldi, haradan gəldi,
Könlü qaradan gəldi.
Göydə bulud yox idi,
Bu sel haradan gəldi.
Bayatı Qarabağda şifahi xalq yaradıcüığının ən çox yayılmış janrı idi.
Tarixin hər bir hadisəsi bayatıda səslənirdi:
Arazı keçən də var,
Suyunu içən də var.
Çəkməyin canan adın,
Ürəyi keçən də var.
"Riyazül-aşiqin" təzkirəsinin müəllifi Məhəmmədaqi Müctəhidzadə (1867-
1958) "Qarabağnamə" mənzum əserində bu torpağın gözəlliyini və tarixi
şəxsiyyətlərini tərənnüm etmişdir:
Sınıq körpü, sərhədi-mülki İran,
Günbatanı Basarkeçər, İrəvan,
185
Qibləsidir Araz çayı, Naxçıvan,
Gündoğam Arazla Kür qovşağı,
Cavanşirlər dastanıdır Qarabağ.
Dağ-daşları, meşələri, yaylağı,
Dərə-təpə mədən suyu, bulağı,
Əti, yağı, süd, pendiri, qaymağı,
Turac, kəklik, qırqovulu, ovlağı,
Haqqın bizə ehsanıdır Qarabağ.
Hücum edib dağ-daşlardan, qayadan
Qorxmayıban qılınclardan, yaradan.
Elləri toplayıb ora-buradan,
Pənah xandır bu ölkəni yaradan,
Ər fatehlər meydanıdır Qarabağ.
Elmi və bədii mənbələrdə Qarabağın paytaxtı üç adla qeyd olunub:
Pənahabad, Qala, Şişə. Qarabağın Rusiya tərkibinə daxil edilməsindən sonra
rus mənbələrində Şişə sözü rus orfoepiyasına uyğun gəlmədiyindən Şuşa kimi
tələffüz olundu və indi də belə işlənir. Mirzə Həsən Qarabağı (1824-1904)
Qarabağın və Şuşanın təsvirinə həsr olunmuş poemasını "Rəsmi vilayəti-
Qarabağ və "Şəhri Şişə" adlandırmışdır
1
.
Biz yuxarıda yalnız "Qarabağnamə"lərə və bəzi əlavə mənbələrə nəzər
saldıq. Məlumdur ki, hər hansı bir xalqın, vilayətin, şəhərin tarixini yazmaq
üçün yazılı mənbələr kifayət deyil. Burada maddi mədəniyyət abidələrinin -
şəhərlərin, kəndlərin, müdafiə qalalarının, memarlıq abidələrinin, arxeoloji
sənədlərin son dərəcə mühüm əhəmiyyəti vardır. Qarabağ xanlığı dövründən
(1747-1822) külli miqdarda maddi mədəniyyət abidələri qalmışdır. Bu
abidələrin yaranma tarixi Qarabağ xanlığının bir çox məsələlərini aydınlaşdıra
bilər. Yeri gəlmişkən qeyd edək ki, bir çox abidələr baxımsızlıq üzündən itib-
batmış, tarixin yaddaşından silinmişdir. Belə abidələrdən biri də Qarabağ
xanlığının ilk dayaq nöqtəsi və mərkəzi olan Bayat qalası idi (1747-1748).
Əsgəran qalasına, Ağoğlan qalasına, Xudafərin körpüsünə və bir sıra başqa
abidələrə etinasız münasibət indi də davam etməkdədir. Şuşanın hələ xanlıqlar
dövründən mövcud olan 16 məhlə hamamından yalnız biri qalmışdır.
Qarabağın qədim və orta əsr abidələrinə gəldikdə isə bunların vəziyyəti lap
dözülməzdir. Bərdə abidələri tamamilə sıradan çıxmaqdadır. Qədim Beyləqanın
arxeoloji abidələri itib-batır... Halbuki həmin abidələr Azərbaycan tarixini, o
cümlədən Qarabağ tarixini öyrənmək üçün misilsiz əhəmiyyətə malikdir.
1 Bax: Mirzə Həsən Qarabaği. Seçilmiş əsərləri, Bakı, 1973, səh.75-94.
186
|