Qasim Süleymani məktəbi


  Əsl Məhəmməd (s) İslamına eşq



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   2   3   4   5   6   7   8   9   ...   23
hacqasem


Əsl Məhəmməd (s) İslamına eşq 
b
əsləmək 
Eşq  çox  güclü  sevgi  deməkdir.  Əsl  Məhəmməd  (s) 
İslamına  eşq  həqiqi  İslam  dininə  güclü  sevgi  və  ilahi 
əmrlərə əməl etmək mənasını ifadə edir. 
İmam  Xamenei  04/06/99  tarixli  cümə  xütbəsində 
buyurmuşdur:  "İmam  Xomeyni  heç  bir  dəyəri  İslam 
dəyərindən  üstün  saymırdı.  İmamın  inqilabı  və  hərəkatı 
İslam  hakimiyyətindən  ötrü  idi...  İmamın  uğur  səbəbi  bu 
idi  ki,  İslamı  aydın  və  pərdəsiz  şəkildə  ortaya  qoydu, 


 
18 
İslam üçün çalışmaq istədiyini və bütün xeyirlərin İslamın 
kölgəsində olduğunu elan etdi". 
Həmçinin  04/06/2010  tarixli  cümə  xütbəsində 
buyurmuşdur:  "İmam  Xomeyninin  fikirlərində  ilk  və  ən 
əsas  məqam  əsl  Məhəmməd  (s)  İslamıdır;  yəni  zülmlə 
barışmayan,  ədalətsevər,  mübariz,  məzlumların  tərəfdarı 
olan,  yoxsulların  və  məzlumların  haqlarını  müdafiə  edən 
İslam.  Əsl  İslam  düşüncəsi  Böyük  İmamın  daimi 
düşüncəsi idi". 
Mürşidi və imamı kimi, rəşadətli İslam komandiri Hacı 
Qasim  Süleymaninin  düşüncəsi  də  əsl  Məhəmməd  (s) 
İslamına uyğun idi. Bu əziz şəhid də zülmə qarşı barışmaz, 
ədalətsevər,  dünyanın  məzlum  və  məhrumlarının 
müdafiəçisi  idi  və  İslamını  İmam  Xomeynidən 
öyrənmişdi. 
O,  27/02/19  tarixində  "İslam  inqilabının  ikinci  addımı 
və  hövzənin  missiyası"  adlı  konfransda  çıxışında  deyirdi: 
"İmam  Xomeyni  əsl  İslamı  bəyan  etdi,  Peyğəmbər 
İslamını dirçəltdi. Bu İslam əsrlərlə qərib qalmışdı". 
Hacı Qasim Süleymani bu həqiqi İslamın davamçısıydı. 
Onun  İslamı  Əhli-beyt  İslamı,  dünya  hegemonlarından 
qorxmamaq  İslamı,  Allaha  bəndəlik  İslamı,  ağıl  İslamı, 
həyat və quruculuq İslamı, elm İslamı, məhrumların xilası, 
ədalət, heysiyyət və ləyaqət İslamı, məzlum və yoxsulların 
İslamı idi. 
Qasim  Süleymani  İslamı  əsl  İslamdır,  tövhid  İslamı, 
müsəlman  ümmətin  birliyi,  "Allah  heç  vaxt  kafirlərə 


 
19 
möminlər  əleyhinə  bir  yol  qoymaz!"
1
    İslamıdır,  "İslam 
üstün gələr, yenilməz"
2
 İslamıdır, "Kafirlərə qarşı sərt, bir-
birinə  isə  mərhəmətli"lik
3
  İslamıdır.  Allah  rəsulu  (s)  və 
ilahi  övliyalar  bu  İslamdan  ötrü  canlarını  verdilər,  İmam 
Hüseyn  (ə)  özünün  və  əzizlərinin  qanını  bu  yola  qurban 
etdi, əziz imamımız ömrünü bu İslama dəvətlə keçirdi. Bu 
İslam  dünyanın  məzlum  və  yoxsullarına  qüdrət,  ucalıq 
verir,  zalım  və  xain  qüvvələri,  hegemon,  quldur  və 
istismarçıları taxtdan endirir. 
Əziz  Şəhid  Süleymani  bu  baxışı  İmam  Xomeynidən 
öyrənmişdi. O, 08/02/19 tarixində Kirmanın Beytüz-Zəhra 
kompleksində  İmam  Xomeyninin  əsl  İslam  həyatını 
dirçəltdiyini  vurğulayandan  sonra  deyirdi:  "Bu  şəraitdə 
yalnız  Şiəliyi  deyil,  hətta  İslamı  da  qəriblikdən  çıxara 
bilərik". 
Onun özü tarixin bir dönəmində bu karvanın bayraqdarı 
oldu,  ağıl  və  cəsarətlə  əsl  Məhəmməd  (s)  İslamının 
üzündən qürbət tozunu təmizlədi, şəhadəti ilə həqiqi İslam 
yolunda hərəkətini hamıya göstərdi. 
Mədəni  İnqilab  Ali  Şurasının  katibi  Höccətül-İslam 
Səidrza  Amili  Qasim  Süleymaninin  şəhadəti  münasibəti 
ilə  müraciətində  belə  qeyd  edir:  "Süleymani  İslam 
inqilabının  ən  sevimli  simalarından  biri  idi.  O,  daim 
İslamın,  müsəlmanların  və  dünya  məzlumlarının 
başucalığını  düşünürdü,  zalım  və  istismarçı  sistemə  qarşı 
 
1
 Nisa, 141. 
2
 “Vəsail əl-şiə”, c. 26, səh. 14. 
3
 Fəth, 29. 


 
20 
mübarizə simvolu idi, həyatını zalımlara qarşı mübarizəyə, 
məzlumların  müdafiəsinə  həsr  etmişdi  və  əsl  Məhəmməd 
(s) İslamının sözün əsl mənasında davamçısı idi". 
İraqın  tanınmış  əhli-sünnə  ruhanilərindən  Şeyx  Xalid 
əl-Molla deyir: "Hacı Qasim Süleymani ölkəsini tərk edib 
səhralarda terrorizmlə vuruşan iraqlılara məsləhətlər verir, 
quru torpaq üzərində istirahət edir. O, çox böyük insandır, 
İslamı  və  müsəlmanları  müdafiə  etmək  məqsədi  ilə  İraqa 
gəlir, Suriyaya gedir". 
İmam  Xamenei  10  sentyabr  2013  tarixində 
buyurmuşdur:  "Süleymaninin  İslama  və  müsəlmanlara 
dəyərli  xidmətləri,  şübhəsiz,  ilahi  ədalət  divanında  qeyd 
olunan böyük sərvətdir". 
O,  həmçinin  Süleymaninin  şəhadəti  münasibəti  ilə 
müraciətində yazırdı: "Şəhid Qasim Süleymani İslamın və 
İmam Xomeyni məktəbinin dəyərli yetirmələrindən idi". 
Böyük  Rəhbər  31/05/90  tarixində  həzrət  İmam 
Xomeyninin  vəfatının  birinci  ildönümü  münasibəti  ilə 
müraciətində  isə  belə  yazırdı:  "İmamımızın  əsasını 
qoyduğu  inqilab  məktəbində  Əbu  Süfyan  və  Mərvan 
İslamı,  məzmunsuz  forma  və  ayin  İslamı,  pula  və 
hakimiyyətə  xidmət  edən  İslam,  hakim  qüvvələrin  əlində 
alətə və xalqların canının bəlasına çevrilmiş İslam ortadan 
götürüldü, Quran və Məhəmməd (s) İslamı, əqidə və cihad 
İslamı, zalıma düşmən, məzluma köməkçi olan, fironlarla 
vuruşan  İslam,  xülasə,  zalımları  devirib  məzlumların 
hakimiyyətini bərpa edən İslam baş qaldırdı". 
Əsl İslam Kərbəla şəhidlərinin yoludur! 


 
21 
Hüseyn yolu, Əli yolu, Peyğəmbər yoludur! 
Şəhid  Süleymani  məktəbi  bu  inqilab  məktəbində 
formalaşmışdır,  Hacı  Qasim  Süleymani  əziz  imamımızın 
yaratdığı məktəbin yetirməsidir. 
Şəhid Süleymani məktəbinin mühüm xüsusiyyətləri əsl 
Məhəmməd  İslamının  xüsusiyyətləridir.  Süleymani 
məktəbi  əsl  İslam  məktəbi  sırasındadır,  kamil  insan 
şərtlərini bəyan edir. 
Bu  məktəb  İslam  inancı,  mənəviyyat  və  din 
hökmlərindən  ibarət  üç  təməl  üzərində  qurulub. 
Süleymaninin  irfan  və  mənəviyyatı  tövhid  məktəbində 
kamilləşmişdir. 
Onun 
cəsarəti 
mənəvi 
paklığın, 
daxilindəki  düşməni  olan  nəfsini  məğlub  etməsinin  və 
ixlasının  nəticəsi  idi.  Onun  mübarizə  və  cihad  ruhiyyəsi 
ilahi vəzifələrə söykənirdi. 
O,  düzgün  ilahi  yola  hidayət  olunmuşdu.  Allah 
Ənkəbut  surəsinin  69-cu  ayəsində  buyurur:  "Bizim 
uğrumuzda cihad edənləri öz yollarımıza yönəldərik". 
Əziz  Rəbbimiz  Özünə  yaxınlaşma  yolunu  Hacı  Qasim 
Süleymaniyə  göstərdi  və  məqsədinə  çatana  qədər  əlindən 
tutdu.  Məhəmməd  surəsinin  17-ci  ayəsində  belə  deyilir: 
"Doğru  yolu  tapanlara  gəldikdə  isə,  (Allah)  onların 
doğruluğunu  daha  da  artırar  və  onlara  təqvalarının 
mükafatını verər". 
Hidayəti  qəbul  etməsi  o  əzizin  mənəvi  potensialını 
gücləndirdi,  Allahın  köməyi  ilə  təqva  mərhələsinə  nail 
oldu.  Allah  ona  nemətini  tamamladı,  onu  doğru  yola 


 
22 
yönəltdi.  Həmd  surəsinin  6-7-ci  ayələrində  oxuyuruq: 
"Bizi doğru yola yönəlt; nemət verdiyin şəxslərin yoluna!" 
Əsl  Məhəmməd  İslamı  düzgün  Allah  yoludur.  Doğru 
yol  Peyğəmbərin,  imamların  və  şəhidlərin  yoludur.  Nisa 
surəsinin  69-cu  ayəsində  buyurulur:  "Allaha  və 
Peyğəmbərə  itaət  edənlər  (axirətdə)  Allahın  nemətlər 
verdiyi  peyğəmbərlərlə,  siddiqlərlə  (etiqadı  dürüst, 
peyğəmbərləri  hamıdan  əvvəl  təsdiq  edən  şəxslər), 
şəhidlərlə və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə 
olacaqlar". 
Şəhid  Süleymani  məktəbi  bu  yolda  kamilləşdi  və  əsl 
Məhəmməd  (s)  İslamına  düyünləndi.  Bu  əsl  İslam  28 
noyabr  2018  tarixində  Kirmanın  Şəhid  Bahünər  adına 
universitetində  öz  parametrlərini  belə  təyin  edirdi: 
"Rəhbərin  baxışında  əsl  İslamın  mühüm  parametrləri 
zülmlə  barışmazlıq,  ədalətsevərlik,  məzlumları  müdafiə, 
cəmiyyətə  ümid  bəxş  etmək,  qorxu  və  cəhaləti  yox 
etməkdir". 
Bu, İmam Xomeyninin dirçəltdiyi İslamdır. Hacı Qasim 
Süleymani  2019-cu  ilin  fevralında  Kirman  şəhərinin 
Beytüz-Zəhra  kompleksində  keçirilən  həzrət  Zəhra 
əzadarlığının üçüncü axşamında deyirdi: "İmam Xomeyni 
əsl  İslam həyatını dirçəltmək şərəfinə nail olmuşdur".  Bu 
İslam  müsəlmanlara  başucalığı  verdi,  dünya  zalımlarını 
taxtdan endirdi, tiranların hakimiyyət təməllərini zəiflətdi, 
İslam respublikasını yaradıb  bütün dünyaya nümunə etdi, 
dini  quruluşun  yaşamasına  səbəb  oldu,  şərqin  və  qərbin 
təxribat planlarını pozdu. 


 
23 
Hacı  Qasim  Süleymani  2018-ci  ilin  11  fevralında 
Kirman  əhalisinin  möhtəşəm  toplantısında  deyirdi: 
"Bugünkü  İran  əsl  Məhəmməd  İslamına  arxalandığına 
görə  bütün  təxribatları  zərərsizləşdirə  bildi.  Çünki 
zamanını  tanıyan  düşmənin  hiyləsinə  uymaz...  Düşmən 
bizdən qorxur". 
Düşmənin  qorxması  və  düşmən  hiylələrinin  iflası  əsl 
Məhəmməd  (s)  İslamına  tabe  olmağın  nəticəsidir.  İmam 
Xomeyni  bu  İslam  üzərində  təkid  göstərir,  Süleymani 
məktəbi bizi ona tabe olmağa çağırırdı. 
Əsl  Məhəmməd  (s)  İslamına  tabe  olmaq  Süleymani 
məktəbinin  ən  böyük  mesajıdır.  Bu  həqiqi  İslama  tabe 
olmaq  İmam  Xomeyniyə  və  İmam  Xameneiyə  də  tabe 
olmaq deməkdir. 
Hacı  Qasim  Süleymani  İmam  Xomeyni  məktəbini 
İslam məktəbinin davamı bilir, İmam Xamenei məktəbini 
də Böyük Xomeyni məktəbinin davamı. 
O,  28/11/18  tarixində  Kirmanın  Şəhid  Bahünər  adına 
universitetində  çıxışı  zamanı  deyirdi:  "Əsl  İslam 
nəzəriyyəsində  Böyük  Rəhbər  sərvəti  və  gücü  düzgün 
mənəviyyatla  birgə  bilir,  bütün  bunların  səbəbini 
mənəviyyatda 
görür. 
Möhkəmlik, 
maddi 
imkan, 
bəşəriyyəti  əsir  etmiş  bütün  buxovlardan  həqiqi  azadlıq 
mənəviyyatla  əldə  edilir  və  bu,  əsl  İslamı  formalaşdıran 
amillərdəndir". 
İmam Xamenei 4 iyun 2003-cü ildə buyururdu: "İslam 
xalqın  xoşbəxtliyini  istəyir.  İslam  fəsada,  zülmə, 
ayrıseçkiliyə  qarşı  çıxır.  İslamın  məqsədi  xalqın 


 
24 
mənəviyyatıyla  yanaşı,  həm  də  maddi  rifahını 
yaxşılaşdırmaqdır. 
İmam 
Xomeyni 
mübarizələrin 
başlanğıcından  ömrünün  sonuna  qədər  bunu  dəfələrlə 
söyləmişdir.  Bizim  Böyük  İmamımız  İslam  dünyasına 
göstərdi  ki,  İslam  fiqhi  –  yəni  xalqın  həyatının  idarə 
qanunları,  İslam  fəlsəfəsi  –  yəni  aydın,  dərin  və  əsaslı 
düşüncə və İslam irfanı – yəni zahidlik, nəfs istəklərindən 
uzaq  durmaq  və  daim  Allaha  üz  tutmaq  bir  yerə  cəm 
olduqda necə böyük xariqələr yarada bilər. İmam əməli ilə 
göstərdi  ki,  siyasi  İslam  elə  mənəvi  İslamdır...  Siz  hansı 
müsəlman  ölkəsinə  getsəniz,  görərsiniz  ki,  aparıcı 
təbəqənin,  gənclərin,  tələbə  və  müəllimlərin,  ziyalıların, 
din  alimlərinin  və  bütün  azad  insanların  baxışında  canlı 
İslam öz xalqını dünya hegemonları, quldurları, işğalçıları 
qarşısında  qoruya  bilən,  düşmənin  müdaxilə,  istismar  və 
hökmranlığına imkan verməyən İslamdır. Onlar bu İslamı 
istəyirlər. Əsl Məhəmməd (s) İslamı da budur!" 
İmam  Xomeyni,  İmam  Xamenei  və  Şəhid  Süleymani 
məktəblərində əsl İslamın mənası budur. Bu üç məktəbdə 
bütün  xüsusiyyətlər  bir-birinə  uyğundur.  Çünki  onların 
hamısının  təməli  Məhəmməd  (s),  Əli  (ə)  və  Hüseyn  (ə) 
məktəbləridir. 


 
25 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin