Qasim Süleymani məktəbi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   2   3   4   5   6   7   8   9   ...   23
hacqasem


Əhli-beyt sevgisi 
Burada  söhbət  Əhli-beyti  ixlasla,  səmimi  şəkildə 
sevməkdən  gedir;  əziz  İslam  Peyğəmbərinin  ailəsi  olan 
Əhli-beytə sevgi, məsum imamlara səmimi eşq, diqqət və 
təvəssül. 
İmam  Xamenei  18  yanvar  1990-cı  ildə  Əhli-beyt 
məddahları  ilə  görüşdə  buyurmuşdur:  "Dövrümüzün 
böyük  insanı  olmuş  əziz  imamımız  imamların  mədhinə 
qarşı  olduqca  həssas  idi...  Bu  səviyyədə  bir  şəxsin  bu 
məsələyə  belə  həssas  yanaşması  məsələnin  böyüklüyünü 
və əhəmiyyətini göstərir". 


 
26 
O ilahi insanın baxışında Haqq övliyalarının və məsum 
vilayətin ətrafında hərəkət etmək ruhani aləmdə hərəkətə, 
mənəvi  tərbiyəyə,  nəfsin  paklanmasına  və  müqəddəs 
məqsədə çatmağa səbəbdir. 
1
 
İmam Xomeyni belə düşünürdü: "Pak və məsum Əhli-
beytin Allaha doğru mənəvi hərəkətdə uca ruhani məqamı 
var. Onu dərk  etmək  bəşərin  imkanları xaricindədir, ağlın 
və  irfani  müşahidənin  fövqündə  durur.  Şərafətli 
hədislərdən belə başa düşülür ki, onlar ruhani aləmdə əziz 
Peyğəmbərlə  (s)  ortaqdırlar,  pak  nurları  dünya 
yaranmazdan  öncə  yaranıb  müqəddəs  Rəbbə  həmd-səna 
edirmiş". 
Əhli-beytə  qarşı  belə  baxışına  görə  o  mənəvi  insanın 
məsum  imamlara  və  Fatimeyi-Zəhraya  (ə)  aşiq  olması, 
onların  məktəbləri  yolunda  canfəşanlıq  etməsi,  dünyanı 
onlara sarı çağırması, gecə-gündüz onlara təvəssül etməsi, 
onların  müsibətinə  görə  ağlayıb  sevincləri  ilə  sevinməsi 
təbiidir. 
Bu  hikmətli  arif  1979-cu  ilin  mayında  həzrət  Zəhranın 
(ə)  məqamı  barədə  buyurmuşdu:  "Bir  qadın  və  bir  insan 
üçün təsəvvür olunan bütün yaxşı xüsusiyyətlər Fatimeyi-
Zəhrada  (ə)  cəm  olmuşdur.  O,  adi  bir  qadın  olmamışdır, 
ruhani,  mənəvi  qadın  və  sözün  əsl  mənasında  insan 
olmuşdur. O, adi qadın deyil, insan formasında yaradılmış 
mənəvi  varlıqdır...  Bütün  peyğəmbərlərin  xüsusiyyətləri 
onda vardır..." 
 
1
 “Ağıl və cəhalət qoşunları” hədisinin şərhi, səh. 402. 


 
27 
Bu  məktəbin  şagirdi  də  Fatimeyi-Zəhraya  həmin 
baxışla baxır, ona təvəssül etməyi problemlərin açarı bilir, 
onu  və  övladlarını  mədh  edir,  adı  çəkiləndə  gözlərindən 
yaş axır. 
Höccətül-İslam  Seyid  Rza  Əkrəmi  deyir:  "Hacı  Qasim 
cəbhədə  hər  dəfə  problemlə  üzləşəndə  deyirdi  ki,  gedin, 
bir rövzəxan tapın, həzrət Fatiməyə təvəssüllə düyünümüz 
açılsın". 
Müqəddəs müdafiə dövründə düşmən əsirliyində olmuş 
"İyirmi  üç  yeniyetmə"  kitabının  müəllifi  Əhməd 
Yusifzadə  deyir:  "Vəlfəcr-8  əməliyyatına  başlamaq 
istəyəndə  bir  bulud  çağırılmamış  qonaq  kimi  səmanı 
bürüdü,  həm  külək  əsməyə,  həm  də  yağış  yağmağa 
başladı... Hacı Qasim hava qaralanda dalğıclarını səssizcə 
çaydan  keçirib  düşmən  mövqeyini  tutmalıydı...  Ancaq  o 
xəsis  buluda  və  yersiz  küləyə  görə  bir  iş  görə  bilməzdi. 
Diviziyanın  dalğıclarını  başına  toplayıb  kövrək  səslə  və 
yaşlı gözlə dedi: "Qardaşlar, başımıza istəmədiyimiz bir iş 
gəlib.  Hava  proqnozlarına  görə,  indi  səma  aydın,  Ərvənd 
çayı da sakit olmalıydı,  ancaq belə deyil. Artıq  Ərvəndin 
dəli dalğalarından keçmək üçün yalnız bir yol qalıb: Suyu 
həzrət Zəhraya and verin!" 
O dəyərli sərkərdə Sarəllah diviziyasına rəhbərlik etdiyi 
zaman  döyüşçülərin  və  şəhid  ailələrinin  toplantısında 
deyirdi:  "Vəlfəcr-8  əməliyyatında  Ərvəndin  qəzəbli  və 
qorxunc  dalğalarını  görəndə  yadımıza  həzrət Zəhranın (ə) 
adından  tanış  bir  ad  düşmədi.  Ərvəndin  sahilində 
bəsicilərin  qərib  və  məzlum  göz  yaşları  işığında  onu 


 
28 
səslədik,  "ya  Zəhra"  şüarı  ilə  Ərvəndi  ram  edib  keçdik. 
Kərbəla-4  əməliyyatında  düşmən  məst  halda  sahilə 
avtomat,  top  və  minaatanlardan  atəş  yağdıranda,  Ərvənd 
qan  gölünə  dönəndə,  bütün  planlar  alt-üst  olanda  dillərə 
yalnız həzrət Zəhranın (ə) adı gəlirdi... İraqlılar Ərvəndin 
sahilində  dayanıb  döyüşçülərimizi  güllə  ilə  vuranda  da 
bizim silahımız həzrət Zəhra idi. Kərbəla-5 əməliyyatında 
çarəsiz  qalanda  Bubian  sularına  baxdıq,  başımızı  divara 
qoyub  aciz  halda  onu  çağırdıq.  Mən  həzrət  Fatimeyi-
Zəhranın  (ə)  gücünü  və  ana  qayğısını  Hurda,  balıq 
kanalının  qərbində,  minalanmış  sahənin  ortasında 
görmüşəm.  Övladlarınız  qan  içində  əl-ayaq  çalanda  siz 
analar  orada  deyildiniz.  Mən  həzrət  Zəhranı  orada 
gördüm...  O,  Hurda,  Ərvənddə,  Kürdüstanın  soyuq  və 
keçilməz dağlarında bizim döyüşçülərimizə analıq edirdi". 
O,  1987-ci  ilin  martında  Kərbəla-5  əməliyyatından 
sonra  Sarəllah  diviziyasının  mehdiyyəsində  çıxış  edərkən 
deyirdi:  "Bəsicilər  suya  girən  anda  bütün  vücudum 
titrəyirdi...  Ay  işığında  əməliyyata  nəzarət  edirdim, 
uşaqların harayacan göründüklərinə baxırdım. Gördüm ki, 
tikanlı  məftilin  arxasına  qədər  bütün  dalğıc  kolonu 
görünür.  Ürəyim  bərk  döyünürdü.  Ümidimi  itirmişdim. 
Aciz  halda  deyirdim  ki,  təvəssül  duası  oxuyun,  xanım 
Fatiməyə  təvəssül  edin.  Sanki  bir  anın  içində  bir  pərdə 
gəlib  ayın  önünü  tutdu.  Heç  kim  inanmazdı  ki,  Sarəllah 
diviziyası balıq gölündən keçə bilər". 


 
29 
Rəfsəncan şəhərinin cümə imamı Höccətül-İslam Əsğər 
Əsgəri deyir: "Süleymaninin həzrət Zəhraya xüsusi sevgisi 
vardı, "ya Zəhra" zikri dilindən düşmürdü". 
General-leytenant  Rəhim  Noi-Əqdəm  deyir:  "Hacı 
Qasim həzrət Zeynəbin məqbərəsinin qapısına çatanda diz 
çöküb yeri öpür, sonra içəri girirdi".
1
 
İlahi övliyalara böyük eşq bəsləyirdi. Məhərrəm ayında 
və  fatimiyyə  günlərində  Kirmanın  Beytüz-Zəhra 
kompleksindəki  rövzə  məclisləri  ömrünün  sonuna  qədər 
tətil  olmadı.  Hər  cümə  günü  axşamüstü  evində  rövzə  və 
təvəssül məclisi keçirirdi. Məsum imamları və Peyğəmbər 
övladlarını ziyarət etməyi olduqca çox sevirdi. 
Müqəddəs Cəmkəran məscidinin Mədəni işlər üzrə sədr 
müavini  Höccətül-İslam  Yasin  Hüseynabadi  deyir:  "Hacı 
Qasim  Süleymani  tanınan  və  tanınmaz  halda  müqəddəs 
Cəmkəran  məscidinə  ibadətə  və  ya  İmam  Mehdi  ilə 
ünsiyyət qurmağa gəlirdi".
2
 
Müharibə  zamanı  Sarəllah  diviziyasının  vəzifəli 
şəxslərindən  olmuş  Mehdi  Sədəfi  deyir:  "1985-ci  il  idi. 
Axşamüstü  Abadanda  Bəhmənşir  çayının  sahilindəydi. 
Mənimlə  rabitə  əlaqəsi  qurub  diviziyanın  qərargahından 
oraya getməyimi istədi. Şam namazından sonra yola düşüb 
iki saatdan  sonra  çatdım.  Dörd  nəfərlə birgə  səngərdə  idi. 
Mənə  dedi:  "Bilirsən  bu  axşam  hansı  axşamdır?"  Dedim: 
"Həzrət Zəhranın şəhadət axşamıdır". Dedi: "İstəyirəm ki, 
bizə rövzə oxuyasan". 
 
1
 www.tabnak.ir 
2
 www.abna.ir 


 
30 
Allah-Taala  Quranın  Şura  surəsinin  23-cü  ayəsində 
buyurur:  "(Ey  Peyğəmbər!)  De:  “Mən  sizdən  bunun 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin