3
Əhli-beyt sevgisi
Burada söhbət Əhli-beyti ixlasla, səmimi şəkildə
sevməkdən gedir; əziz İslam Peyğəmbərinin ailəsi olan
Əhli-beytə sevgi, məsum imamlara səmimi eşq, diqqət və
təvəssül.
İmam Xamenei 18 yanvar 1990-cı ildə Əhli-beyt
məddahları ilə görüşdə buyurmuşdur: "Dövrümüzün
böyük insanı olmuş əziz imamımız imamların mədhinə
qarşı olduqca həssas idi... Bu səviyyədə bir şəxsin bu
məsələyə belə həssas yanaşması məsələnin böyüklüyünü
və əhəmiyyətini göstərir".
26
O ilahi insanın baxışında Haqq övliyalarının və məsum
vilayətin ətrafında hərəkət etmək ruhani aləmdə hərəkətə,
mənəvi tərbiyəyə, nəfsin paklanmasına və müqəddəs
məqsədə çatmağa səbəbdir.
1
İmam Xomeyni belə düşünürdü: "Pak və məsum Əhli-
beytin Allaha doğru mənəvi hərəkətdə uca ruhani məqamı
var. Onu dərk etmək bəşərin imkanları xaricindədir, ağlın
və irfani müşahidənin fövqündə durur. Şərafətli
hədislərdən belə başa düşülür ki, onlar ruhani aləmdə əziz
Peyğəmbərlə (s) ortaqdırlar, pak nurları dünya
yaranmazdan öncə yaranıb müqəddəs Rəbbə həmd-səna
edirmiş".
Əhli-beytə qarşı belə baxışına görə o mənəvi insanın
məsum imamlara və Fatimeyi-Zəhraya (ə) aşiq olması,
onların məktəbləri yolunda canfəşanlıq etməsi, dünyanı
onlara sarı çağırması, gecə-gündüz onlara təvəssül etməsi,
onların müsibətinə görə ağlayıb sevincləri ilə sevinməsi
təbiidir.
Bu hikmətli arif 1979-cu ilin mayında həzrət Zəhranın
(ə) məqamı barədə buyurmuşdu: "Bir qadın və bir insan
üçün təsəvvür olunan bütün yaxşı xüsusiyyətlər Fatimeyi-
Zəhrada (ə) cəm olmuşdur. O, adi bir qadın olmamışdır,
ruhani, mənəvi qadın və sözün əsl mənasında insan
olmuşdur. O, adi qadın deyil, insan formasında yaradılmış
mənəvi varlıqdır... Bütün peyğəmbərlərin xüsusiyyətləri
onda vardır..."
1
“Ağıl və cəhalət qoşunları” hədisinin şərhi, səh. 402.
27
Bu məktəbin şagirdi də Fatimeyi-Zəhraya həmin
baxışla baxır, ona təvəssül etməyi problemlərin açarı bilir,
onu və övladlarını mədh edir, adı çəkiləndə gözlərindən
yaş axır.
Höccətül-İslam Seyid Rza Əkrəmi deyir: "Hacı Qasim
cəbhədə hər dəfə problemlə üzləşəndə deyirdi ki, gedin,
bir rövzəxan tapın, həzrət Fatiməyə təvəssüllə düyünümüz
açılsın".
Müqəddəs müdafiə dövründə düşmən əsirliyində olmuş
"İyirmi üç yeniyetmə" kitabının müəllifi Əhməd
Yusifzadə deyir: "Vəlfəcr-8 əməliyyatına başlamaq
istəyəndə bir bulud çağırılmamış qonaq kimi səmanı
bürüdü, həm külək əsməyə, həm də yağış yağmağa
başladı... Hacı Qasim hava qaralanda dalğıclarını səssizcə
çaydan keçirib düşmən mövqeyini tutmalıydı... Ancaq o
xəsis buluda və yersiz küləyə görə bir iş görə bilməzdi.
Diviziyanın dalğıclarını başına toplayıb kövrək səslə və
yaşlı gözlə dedi: "Qardaşlar, başımıza istəmədiyimiz bir iş
gəlib. Hava proqnozlarına görə, indi səma aydın, Ərvənd
çayı da sakit olmalıydı, ancaq belə deyil. Artıq Ərvəndin
dəli dalğalarından keçmək üçün yalnız bir yol qalıb: Suyu
həzrət Zəhraya and verin!"
O dəyərli sərkərdə Sarəllah diviziyasına rəhbərlik etdiyi
zaman döyüşçülərin və şəhid ailələrinin toplantısında
deyirdi: "Vəlfəcr-8 əməliyyatında Ərvəndin qəzəbli və
qorxunc dalğalarını görəndə yadımıza həzrət Zəhranın (ə)
adından tanış bir ad düşmədi. Ərvəndin sahilində
bəsicilərin qərib və məzlum göz yaşları işığında onu
28
səslədik, "ya Zəhra" şüarı ilə Ərvəndi ram edib keçdik.
Kərbəla-4 əməliyyatında düşmən məst halda sahilə
avtomat, top və minaatanlardan atəş yağdıranda, Ərvənd
qan gölünə dönəndə, bütün planlar alt-üst olanda dillərə
yalnız həzrət Zəhranın (ə) adı gəlirdi... İraqlılar Ərvəndin
sahilində dayanıb döyüşçülərimizi güllə ilə vuranda da
bizim silahımız həzrət Zəhra idi. Kərbəla-5 əməliyyatında
çarəsiz qalanda Bubian sularına baxdıq, başımızı divara
qoyub aciz halda onu çağırdıq. Mən həzrət Fatimeyi-
Zəhranın (ə) gücünü və ana qayğısını Hurda, balıq
kanalının qərbində, minalanmış sahənin ortasında
görmüşəm. Övladlarınız qan içində əl-ayaq çalanda siz
analar orada deyildiniz. Mən həzrət Zəhranı orada
gördüm... O, Hurda, Ərvənddə, Kürdüstanın soyuq və
keçilməz dağlarında bizim döyüşçülərimizə analıq edirdi".
O, 1987-ci ilin martında Kərbəla-5 əməliyyatından
sonra Sarəllah diviziyasının mehdiyyəsində çıxış edərkən
deyirdi: "Bəsicilər suya girən anda bütün vücudum
titrəyirdi... Ay işığında əməliyyata nəzarət edirdim,
uşaqların harayacan göründüklərinə baxırdım. Gördüm ki,
tikanlı məftilin arxasına qədər bütün dalğıc kolonu
görünür. Ürəyim bərk döyünürdü. Ümidimi itirmişdim.
Aciz halda deyirdim ki, təvəssül duası oxuyun, xanım
Fatiməyə təvəssül edin. Sanki bir anın içində bir pərdə
gəlib ayın önünü tutdu. Heç kim inanmazdı ki, Sarəllah
diviziyası balıq gölündən keçə bilər".
29
Rəfsəncan şəhərinin cümə imamı Höccətül-İslam Əsğər
Əsgəri deyir: "Süleymaninin həzrət Zəhraya xüsusi sevgisi
vardı, "ya Zəhra" zikri dilindən düşmürdü".
General-leytenant Rəhim Noi-Əqdəm deyir: "Hacı
Qasim həzrət Zeynəbin məqbərəsinin qapısına çatanda diz
çöküb yeri öpür, sonra içəri girirdi".
1
İlahi övliyalara böyük eşq bəsləyirdi. Məhərrəm ayında
və fatimiyyə günlərində Kirmanın Beytüz-Zəhra
kompleksindəki rövzə məclisləri ömrünün sonuna qədər
tətil olmadı. Hər cümə günü axşamüstü evində rövzə və
təvəssül məclisi keçirirdi. Məsum imamları və Peyğəmbər
övladlarını ziyarət etməyi olduqca çox sevirdi.
Müqəddəs Cəmkəran məscidinin Mədəni işlər üzrə sədr
müavini Höccətül-İslam Yasin Hüseynabadi deyir: "Hacı
Qasim Süleymani tanınan və tanınmaz halda müqəddəs
Cəmkəran məscidinə ibadətə və ya İmam Mehdi ilə
ünsiyyət qurmağa gəlirdi".
2
Müharibə zamanı Sarəllah diviziyasının vəzifəli
şəxslərindən olmuş Mehdi Sədəfi deyir: "1985-ci il idi.
Axşamüstü Abadanda Bəhmənşir çayının sahilindəydi.
Mənimlə rabitə əlaqəsi qurub diviziyanın qərargahından
oraya getməyimi istədi. Şam namazından sonra yola düşüb
iki saatdan sonra çatdım. Dörd nəfərlə birgə səngərdə idi.
Mənə dedi: "Bilirsən bu axşam hansı axşamdır?" Dedim:
"Həzrət Zəhranın şəhadət axşamıdır". Dedi: "İstəyirəm ki,
bizə rövzə oxuyasan".
1
www.tabnak.ir
2
www.abna.ir
30
Allah-Taala Quranın Şura surəsinin 23-cü ayəsində
buyurur: "(Ey Peyğəmbər!) De: “Mən sizdən bunun
Dostları ilə paylaş: |