Qasim Süleymani məktəbi


 İmam Xomeyni onunla yaşayır



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   2   3   4   5   6   7   8   9   ...   23
hacqasem

1 İmam Xomeyni onunla yaşayır; 
2. Fəqihin rəhbərliyi onunla davam edir; 
3. İslam respublikası onunla ayaqda durur; 
4. İslam dünyasının ümidi onadır; 
5. İran xalqının müqavimət amilidir; 
6. Bugünkü bəşəriyyətin ehtiyacını təmin edir; 
7.  İmperializmi  və  hegemonizmi  məğlub  edən 
amildir; 
8. İranı istismarçılardan qoruyur; 
9. Dini və ilahi quruluş formalaşdırma səbəbidir; 
10. Bugünkü bəşəriyyətə yeni sözü və yolu var; 
11. Bugünkü dünyada yeni fenomendir, köhnəlmir; 
12. İranı və İslam dünyasını ədalətə, başucalığına və 
inkişafa aparır. 
 
İmam  Xamenei  19  may  2004-cü  ildə  İmam 
Xomeyninin  vəfatının  ildönümünün  Təşkilat  komitəsinin 
üzvləri  ilə  görüşdə  buyurmuşdu:  "İmam  Xomeyni  bu 
məktəbi  yalnız  ümumi  səviyyədə  və  ölkəni  idarə  etmək 
üçün  irəli  sürmədi,  şəxsi  işləri  ilə  bu  düşüncənin 


 
10 
xırdalıqlarını  bəyan  etdi  və  onlara  sadiq  olduğunu 
göstərdi". 
İmam Xomeyni yetirməsinin məktəbi də özünün təqdim 
etdiyi və "əsl İslam" adlandırdığı universal məktəbdir. 
Hacı Qasim Süleymani 2019-cu ilin fevralında Kirman 
şəhərinin  Beytüz-Zəhra  kompleksində  keçirilən  həzrət 
Zəhra  əzadarlığının  üçüncü  axşamında  söyləyirdi:  "İmam 
Xomeyni  əsl  İslam  həyatını  dirçəltmək  şərəfinə  nail 
olmuşdur". 
O,  əlavə  edirdi:  "İslam  dövləti  və  İslam  respublikası 
sayəsində  yalnız  şiəliyi  deyil,  əsl  İslamı  da  qəriblikdən 
çıxara bilərik". 
O  böyük  və  təqvalı şəhid  2018-ci  ilin  Bəsic  həftəsində 
Qüds  qüvvələrinin  toplantısında  çıxış  edərkən  deyirdi: 
"Dinlə  bağlı  Qüds  qüvvələrinin  üzərinə  düşən  vəzifə 
Böyük  İslam  peyğəmbərinin  və  ondan  sonrakı  böyük 
övliyaların missiyasını davam etdirməkdir". 
Bu,  Şəhid  Süleymani  məktəbini  formalaşdıran,  İmam 
Xomeyni  məktəbinə  bənzər  parametrlər  ortaya  qoyub 
bütün xüsusiyyətlərini təqdim edən baxışdır. 
Bu baxımdan, Süleymani məktəbi elə bir məktəbdir ki: 
1. Şəhid Süleymani və qızıl şəhadət xətti onda yaşayır; 
2. Fəqihin rəhbərliyi onunla davam edir; 
3.  İslam  respublikası  və  müqavimət  cəbhəsi  onunla 
ayaqda durur; 
4. İslam dünyasının ümidi onadır; 
5.  Qlobal 
imperializm 
və  sionizm  cəbhəsinin 
məğlubiyyəti onunla mümkündür; 


 
11 
6.  Beynəlxalq  aləmin  və  müqavimət  cəbhəsinin  ona 
ehtiyacı var; 
7.  Vahid  ümmət  və  yeni  İslam  sivilizasiyası 
formalaşdırmaq onun sayəsində mümkündür; 
8. Müqavimət cəbhəsinin dirənişi onunla mümkündür; 
9. Dünyada yeni fenomendir və köhnəlmir; 
10.  Müqavimət  cəbhəsini  və  dünya  məzlumlarını 
ədalətə, başucalığına və inkişafa aparır. 
Hacı  Qasim  Süleymani  öz  məktəbi  ilə  Qərbi-Asiyada 
İŞİD-ABŞ-Sionizm  ittifaqının  bayrağını  endirdi,  xəbis  və 
lənətlənmiş soyun hakimiyyətinə son qoydu. 
İmam  Xamenei  21/11/17  tarixində  Süleymaniyə  belə 
yazmışdı:  "Bu,  yalnız  zülmkar  və  üzüqara  İŞİD 
qruplaşmasına  yox,  həm  də  bölgədə  vətəndaş  müharibəsi 
yaratmağı,  anti-sionist  müqaviməti  məhv  etməyi  və 
müstəqil  dövlətləri  zəiflətməyi  məqsəd  seçmiş  xəbis 
siyasətə  ağır  zərbə  vurdu;  indiki  və  öncəki  ABŞ 
hökumətlərinə  və  onlara  bağlı  region  rejimlərinə  zərbə 
vurdu...  Bu  ilahi  qələbə  sizin  və  döyüş  yoldaşlarınızın 
gecə-gündüz 
bilmədən 
apardığınız 
mübarizənin 
nəticəsidir". 
İmam  Xomeyni  məktəbi  kimi  Şəhid  Süleymani 
məktəbinin də dünyaya yeni sözü var, yeni yol təklif edir. 
Bu  gözəl  məktəbdə  bəşəriyyətin  susadığı  məsələlər  yer 
alır. 
Süleymani  məktəbinin  bütün  parametrləri  İmam 
Xomeyni  məktəbində  mövcuddur.  Biz  növbəti  bəndlərdə 
bu parametrlərdən söhbət açacağıq.  


 
12 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin