Qasim Süleymani məktəbi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   ...   5   6   7   8   9   10   11   12   ...   23
hacqasem


Dünyaya r
əğbətsizlik 
Dünyaya  rəğbətsizlik  ona  könül  verməmək  deməkdir; 
yəni  dünya  ləzzətlərindən  bəhrələnmək  və  onun  maddi 
işləri ilə məşğul olmaq bir vacib əməlin tərkinə və ya bir 
haram işi görməyə səbəb olmasın. Dünya axirət səadətinə 
bir vasitə olmalıdır. 
İmam  Xamenei  21/03/97  tarixində  buyururdu:  "Bizim 
Böyük  İmamımız  paklıq,  zahidlik,  dünyaya  rəğbətsizlik 
timsalı idi". 


 
39 
Həmçinin  6  mart  1999-cu  ildə  buyururdu:  "Dünyəvi 
məsələlərin  onun  üçün  həqiqətən,  dəyəri  yox  idi.  İnsan 
bunu o böyük və mənəviyyatlı kişidə görürdü". 
Bu  dahi  insan  13/05/92  tarixində  buyururdu:  "Böyük 
alim və hikmətli imamımız bütün vücudu ilə hiss edirdi ki, 
bu  post  və  vəzifələr  heçnədir.  O,  dünyanın  təzim  etdiyi 
əzəmətli rəhbərlik vəzifəsinə də əhəmiyyətsiz baxırdı". 
İmam  Xomeyni  1979-cu  ildə  buyururdu:  "Bu  dünya 
kainatın  olduqca  kiçik  bir  hissəsidir.  Dünya  “çox  əskik” 
deməkdir". 
Həmçinin  buyururdu:  "Peyğəmbərlərin  dilində  dünya 
“çox  əskik”  deməkdir.  “Dünya”  sözünün  mənası  budur. 
Quranda deyilmiş “aşağıların aşağısı” da bu təbiətdir". 
İmam Xomeyni bu baxışla buyurmuşdu: "Peyğəmbərlər 
var-dövlət,  hakimiyyət,  güc  və  dünya  üçün  heç  vaxt  bir 
addım da atmayıblar... Vəzifələr peyğəmbərlərin baxışında 
puçdur; hakimiyyətlərin hamısı puçdur!" 
O,  06/01/82  tarixində  buyurmuşdu:  "Bizim  bütün 
səhvlərimiz nəfsimizi və cah-cəlalı sevdiyimizə görədir". 
1979-cu  ilin  aprelində  də  belə  buyurmuşdu:  "Bu 
dünyaya  diqqət  və  sevgi  nə  qədər  çox  olsa,  bir  o  qədər 
çətin olacaq". 
İmam  Xomeyni  bu  baxışla  dünyaya  rəğbətsiz, 
etinasızdır.  Onun  məktəbi  peyğəmbərlərin  məktəbindən 
qaynaqlanmışdır.  O,  peyğəmbərlərin  və  əziz  İslam 
peyğəmbərinin (s) şagirdidir. İmam Xomeyninin şagirdləri 
də özü kimi dünyaya rəğbətsizdirlər. 


 
40 
Xanım Zeynəb Süleymani deyir: "Böyük Rəhbər atama 
Zülfüqar  ordeni  verəndə  onu  təbrik  etdim.  Mənə  dedi: 
"Bunların  hamısı  dünyəvi  işlərdir.  Dua  elə,  bir  gün 
Allahdan axirət medalı alım". 
İlahi  insanların  baxışında  dünya  dəyərsizdir.  Onlar 
İslam məktəbinə və Qurani-kərimə tabe olaraq düşünürlər 
ki: "Dünya həyatı aldanışdan başqa bir şey deyildir". 
Allah-Taala  Nisa  surəsinin  74-cü  ayəsində  buyurur: 
"Elə  isə,  qoy  dünyanı  verib  əvəzində  axirəti  satın  alanlar 
Allah  yolunda  vuruşsunlar.  Kim  Allah  yolunda  vuruşaraq 
ölərsə və ya qalib gələrsə, ona böyük mükafat verəcəyik". 
Süleymani  qızı  Zeynəbə  dediyi  axirət  medalının 
arxasıncaydı. 
Axirətə  rəğbət  bəsləyənlər  dünyaya  rəğbətsizdirlər. 
İlahi  peyğəmbərlər  və  Allah  övliyaları  belədirlər;  həzrət 
İmam Hüseyn (ə) belədir; İmam Xomeyni belədir; Böyük 
Xomeyninin şagirdi Şəhid Hacı Qasim Süleymani belədir. 
İmam Xamenei Süleymaniyə Zülfüqar ordeni verərkən 
həmin  baxışla  buyururdu:  "Allah  yolunda  mübarizə  belə 
şeylərlə  əvəz  olunan  deyil...  Allah  yolunda  cihadın 
qarşılığı,  Allah-Taalanın  Öz  yolunda  can  və  malını 
verənlərə  nəzərdə  tutduğu  mükafat  cənnətdir,  Allahın 
razılığıdır..." 
Allah  adamlarının  baxışları  dünya  adamlarının, 
dünyapərəstlərin 
baxışlarından 
fərqlənir. 
Onların 
baxışlarında  dünyanın  dəyəri  yoxdur.  Onlar  heç  vaxt 
dünya  üçün,  post  və  vəzifə,  rütbə  və  orden  üçün 
çalışmırlar. 


 
41 
General-mayor  Məhəmməd  İsmayıl  Kövsəri  deyir: 
"1990-cı ildə Böyük Rəhbər rütbəmizi artırmaq üçün şəxsi 
işlərimizi istəmişdi. Hacı Qasim, Hacı Əhməd Kazimi və 
Şüştəri ilə birgə qanımızla məktuba yazdıq ki, biz korpusa 
rütbə üçün gəlməmişik. Ancaq ağa buyurdu ki, imamın bu 
məsələ üzərində təkidi vardı, bu rütbələr korpusun nizam-
intizamı  üçün  lazımdır.  Sonra  da  xəbər  göndərdi  ki, 
rütbəyə  dözə  bilmirsinizsə,  gedin,  özünüzə  bir  şey 
fikirləşin,  ancaq  gərək  rütbələrinizə  minməyə  çalışasınız. 
Hacı Qasim o gündən bütün rütbələrini görməzdən gəldi".
1
 
Zülfüqar  ordenini  də  görməzdən  gəldi,  komandanlığı 
da. 
2017-ci 
ilin 
aprelində  ondan  prezidentliyə 
namizədliyini  irəli  sürməsini  istəyən  gəncə  cavabında 
yazırdı:  "Allaha  şükür,  ölkəmizdə  o  qədər  tanınan  və 
tanınmayan  dəyərli  şəxsiyyətlər  var  ki,  bir  əsgərin  öz 
postunu  tərk  etməsinə  ehtiyac  yoxdur.  İmam  Xomeyninin 
"canım  qurban  olsun"  dediyi  bir  xalqı  müdafiə  postunda 
adi əsgər olmaq mənə şərəfdir. Qurdların pusquda durduğu 
bir şəraitdə bu postu tərk etməyi xəyanət hesab edirəm". 
Şəhid  Süleymani  öz  yolunu  İmam  Xomeynidən 
öyrənmişdi,  Allahdan  ötrü  işləməyə,  üzərinə  düşən 
vəzifəni  yerinə  yetirməyə  çalışırdı.  Dünya  onun  üçün 
dəyərsiz  idi.  Əvvəldən  baxışı  belə  idi,  bu  baxışla  da 
şəhadətə qovuşdu. 
General-polkovnik  Hacı  Qasim  Süleymani  dünyaya 
rəğbət  bəsləmir,  digərlərini  də  həmişə  belə  rəğbətsizliyə 
çağırırdı.  O,  2010-cu  ilin  fevralında  pasdarların 
 
1
 Fəkkə jurnalı, say: 202, səh. 67. 


 
42 
toplantısında  deyirdi:  "Var-dövlət,  rütbə  və  vəzifə 
baxımından harasa çatmağa  can atmayın. Bunların dəyəri 
yoxdur". 
O, 2013-cü ildə Şəhid Höccətül-İslam Hacı Şeyx Abbas 
Şirazinin  Rəfsəncanda  keçirilən  anım  tədbirində  deyirdi: 
"Vəlfəcr-8  əməliyyatı  bitmişdi.  Pasdar  günündə  Sarəllah 
diviziyasının  namazxanasına  nümunəvi  pasdarı  təqdim 
etməyə  toplaşdıq.  Bütün  gözlər  mənə  dikilib  kimi 
nümunəvi  pasdar  elan  edəcəyimi  gözləyirdi.  Mən  Mehdi 
Zəndinin  adını  çəkdim.  Şəhid  Hacı  Mehdi  Zəndi 
diviziyanın Texniki təchizat üzrə komandir müavini idi. O, 
çox  ağladı.  Qollarından  tutub  onu  qaldırdılar.  Mənə 
yaxınlaşdı.  Onun  əzəməti  qarşısında  özümü  kiçik  hiss 
etdim.  Hədiyyəni  alanda  ağlaya-ağlaya  dedi:  "Mənə  zülm 
elədin!" 
Hacı Mehdi Zəndi dünyanı kiçik sayanlardan idi. Hacı 
Qasim 
Süleymani 
dünyanı  aşağılamaq,  dünyaya 
rəğbətsizlik  dərsi  verir  ki,  bu  rəğbətsizliyin  Şəhid 
Süleymani məktəbinin mühüm xüsusiyyəti olduğunu hamı 
bilsin.  Bu  xüsusiyyət  İmam  Xomeyni  məktəbinin  alnında 
günəş  kimi  parlayır,  onun  hər  bir  ardıcılını  dünya  yerinə 
axirətə rəğbətə sövq edir. 
Cəbhədə  heç  kim  nümunə  seçilmək  və  hədiyyə  almaq 
barədə düşünmürdü,  pul  və vəzifə ardınca  qaçmırdı.  Hacı 
Qasim  Süleymani  qırx  il  cəbhədə  olduğuna  görə  həmin 
ruhiyyədəydi,  o  ruhiyyədə  də  getdi.  Dünya  onu  aldada 
bilmədi.  O,  heç  vaxt  dünyaya  tamah  salmadı,  bütün 
addımları, bütün işləri ilahi ətirlə doluydu. 


 
43 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin