Qasim Süleymani məktəbi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
hacqasem


Dini v
əzifəyə əməl etmək 
Dini vəzifə Allah tərəfindən bəndələrə təyin olunan bir 
iş  və  ya  işin  tərkidir.  Bu  vəzifələr  insan  həyatını  tənzim 
etmək məqsədilə şəriət hökmlərindən irəli gəlir. 
İmam  Xamenei  06/11/99  tarixində  buyururdu:  "Bizim 
Böyük  İmamımızın  ən  mühüm  cəhəti  bu  idi:  özünü 
görməzdən gəlib üzərinə düşən vəzifəni meyar seçirdi". 
Həmçinin  09/01/06  tarixində  buyururdu:  "İmam 
Xomeyni  ilk  gündən  buyurdu  ki,  biz  vəzifəmizə  əməl 
etməliyik.  O,  vəzifəsinə  əməl  etdi,  Allah  da  nəticəni 
verdi". 


 
47 
Böyük  Rəhbər  04/06/04  tarixində  buyururdu:  "İmamı 
məqsədlərinə  doğru  aparan  amil  ilahi  vəzifəsinə  əməl 
etmək,  Allah  üçün  hərəkət  etmək  idi.  Məqsədi  bu 
olduğuna  görə  də  qorxmurdu,  şübhəyə  düşmürdü,  məyus 
olmurdu,  qürurlanmırdı,  yorulmurdu.  İlahi  vəzifəyə  əməl 
etməyin xüsusiyyəti belədir. Üzərinə düşən vəzifəni yerinə 
yetirən adam yorulmur, yolundan dönmür, şəxsi maraqları 
onu məqsədindən yayındıra bilmir". 
Biz  bu  həqiqətləri  Şəhid  Süleymani  məktəbində  də 
gözəl və aydın şəkildə görürük. 
General-polkovnik  Hacı  Qasim  Süleymani  də  ilahi 
vəzifəni  öz  işlərinin  meyarı  seçmişdi.  Bir  dəfə  hərəm 
müdafiəçilərinin  toplantısında  demişdi:  "Biz  müharibə 
zamanı  Bədr  əməliyyatında  məğlub  olduq.  Çox  narahat 
idik,  çoxlu  şəhid  vermişdik.  Əməliyyatın  ertəsi  günü 
hamımız  Məcnun  adasına  toplaşdıq.  Hamı  narahat  idi. 
İmam Xomeyni həmin gün bir müraciət yaydı. Çox dəyərli 
müraciət  idi.  Buyurmuşdu  ki,  biz  qələbə  və 
məğlubiyyətlərə 
baxmamalı, 
vəzifələrimizi 
yerinə 
yetirməliyik". 
İmam  Xomeyni  1979-cu  ilin  fevralında  buyurmuşdu: 
"İraq 
dövləti 
keçmiş 
İran 
dövlətinin, 
Şah 
Məhəmmədrzanın  təzyiqi  ilə  bizim  evimizi  mühasirəyə 
aldı.  Bu  zaman  onlarla  danışıqlarımız  baş  tutdu.  Onlara 
dedik  ki,  bu,  bir  şəriət  məsələsidir,  ilahi  vəzifədir.  Mən 
sizin  sözünüzlə  vəzifəmi  tərk  edə  bilmərəm.  Mən  öz 
işlərimi görəcəm, siz də öz işinizi görün. Dedilər ki, bizim 
İran  dövləti  ilə  anlaşmamız  var,  sizin  və  tərəfdarlarınızın 


 
48 
işləri  öhdəliklərimizə  ziddir,  buna  dözə  bilmərik.  Cavab 
verdim ki, mənim öhdəliyim yoxdur, sizin öhdəliyiniz var. 
Mənim  bir  şəriət  vəzifəm  var,  ona  əməl  edirəm,  sizin 
öhdəliyinizə  də  məhəl  qoymayacam.  Həm  minbərlərdə 
çıxış  edəcəm,  həm  bəyanat  yayacam,  həm  də  kaset 
göndərəcəm.  Bu,  mənim  vəzifəmdir.  Sizin  də  vəzifəniz 
nədirsə, ona əməl edin". 
İmam  Xomeyni  məktəbinin  şagirdi  üçün  də  vəzifəyə 
əməl  etmək  önəmli  idi.  Onun  vəzifəsi  bəzən  Səddamla 
vuruşmaq  idi,  bəzən  Sistan  və  Bəlucistan  vilayətində 
təhlükəsizliyi təmin etmək, bəzən də  İŞİD-i məhv etmək. 
Hər bir halda vəzifə şəriət hökmlərinə əməl etməkdir. 
Süleymani  İŞİD-lə  müharibə  zamanı  döyüş  bölgəsində 
məcburiyyət  qarşısında  evində  yerləşdiyi  bir  suriyalıya 
məktubunda  yazırdı:  "Mən  sizin  kiçik  qardaşınız  Qasim 
Süleymaniyəm.  Yəqin  ki,  məni  tanıyırsız.  Biz  hər  yerdə 
əhli-sünnə  ardıcıllarına  böyük  xidmətlər  etmişik.  Mən 
şiəyəm, siz sünnisiz... Evinizdəki Qurandan, Səhih-Buxari 
və digər kitablardan bildim ki, imanlı insanlarsız. Əvvəla, 
evinizdən  icazəsiz  istifadə  etdiyimiz  üçün  sizdən  üzr 
istəyirəm və ümidvaram üzrümü qəbul edəcəksiz. İkincisi, 
evinizə  dəymiş  hər  bir  ziyanı  ödəməyə  hazırıq... 
Düşünürük ki, biz sizə borcluyuq, çünki icazəsiz evinizdə 
qalmışıq.  Bu  mənim  İrandakı  telefon  nömrəmdir. 
Ümidvaram  əlaqə  saxlayacaqsız.  Mən  istədiyiniz  hər  bir 
işi görməyə hazıram". 
İmam  Xamenei  08/01/20  tarixində  buyururdu:  "Şəhid 
Süleymani  şəriət  hökmlərinə  qarşı  çox  həssas  idi.  Bəzi 


 
49 
adamlar  müharibədə  ilahi  hökmləri  unudurlar,  deyirlər ki, 
yeri  deyil.  O  isə  həmişə  ehtiyatlı  idi  ki,  heç  kimə  zülm 
olunmasın". 
Şəhidin  döyüş  yoldaşlarından  olmuş  və  əsirlikdən 
qayıtmış  Məhəmmədrza  Həsəni  Sədi  deyir:  "Hacı  Qasim 
döyüşlərin  ən  qızğın  çağında  da  şəriət  hökmlərinə  əməl 
edirdi".
1
 
Süleymani  öz  vəzifələrinə  və  şəriət  hökmlərinə  əməl 
etmək ardıncaydı, din və Quran göstərişlərinə, iki inqilab 
imamının siyasətlərinə əməl etməyə çalışırdı. 
Ayətullah  Cavadi  Amuli  Süleymaninin  şəhadətindən 
sonra  deyirdi:  "Bizim  hamımız  bu  əziz  qardaşımız 
mərhum Şəhid Hacı Qasim Süleymaninin mübarizəsinə və 
şəhadətinə borcluyuq... O, bir ömür Qurana xidmət etmiş, 
bizim  heysiyyətimizi,  təhlükəsizliyimizi,  namusumuzu, 
şərəfimizi,  dinimizi,  quruluşumuzu  qorumuşdur.  O, 
imamın  və  rəhbərin  sözlərini  yaşatmışdır...  İlahi,  Özün 
şahidsən ki, bu əzizimiz Sənin yolunda çalışırdı". 
Bu  şəhidin  məktəbində  şəriət  vəzifəsinə  əməl  etmək 
mühüm  yer  tutur;  eynilə  mürşidi  İmam  Xomeyninin 
məktəbində olduğu kimi. 
 
1
 Dostlar jurnalı, say: 171, səh. 52. 


 
50 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin