Qasim Süleymani məktəbi


(risaləti  təbliğ  etməyimin)  müqabilində  qohumluq



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   2   3   4   5   6   7   8   9   10   ...   23
hacqasem

(risaləti  təbliğ  etməyimin)  müqabilində  qohumluq 
məhəbbətindən  (Əhli-beytə  sevgidən)  başqa  bir  şey 
istəmirəm". 
Fəxr  Razi  öz  təfsirində  belə  yazır:  "Məvəddət  ayəsi 
nazil olanda Peyğəmbərdən soruşdular ki, məhəbbəti vacib 
buyurulan  “qurba”  kimlərdir?  Peyğəmbər  buyurdu:  "Əli, 
Fatimə və övladları". 
Zəməxşərinin  təfsirində  də  Allah  rəsulunun  (s)  belə 
buyurduğunu  oxuyuruq:  "Kim  Məhəmməd  ailəsinin 
sevgisi ilə ölərsə, kamil imanla dünyadan köçmüşdür". 
Hacı  Qasim  Süleymaninin  bu  sevgisi  Qurani-kərimə 
eşqdən  və  onun  kamil  imanından  irəli  gəlirdi.  O, 
məsumlara  təvəssüllə,  yollarını  getməklə  onlarla  özü 
arasında  sıx  mənəvi  bağ  yaratmışdı,  məsumların  sevgi 
dəryasının  əsl  vurğunu  sayılırdı.  O,  vəsiyyətnaməsində 
yazmışdır:  "İlahi!  Ey  Məğlubedilməz,  Qüdrətli!  Ey  Ruzi 
verən,  Rəhmli!  Xəcalətli  şükür  alnımı  dərgahında  yerə 
qoyuram  ki,  məni  Şiə  məzhəbinə  -  pak  Fatimənin  (ə) 
övladlarının yoluna, həqiqi İslam ətrinə yönəltdin, Əli (ə) 
və  Fatimənin  (ə)  övladları  üçün  göz  yaşından 
bəhrələndirdin. Bu, ən böyük və ən dəyərli nemətindir. Bu 
nemətdə  nur  və  mənəviyyat  var,  daxilində  ən  yaxşı 
rahatlıq olan qərarsızlıq, hüzur və mənəviyyat dolu kədər 
var". 
Bu  əziz  şəhid  sözügedən  sevgini  İmam  Xomeyni 
məktəbindən  öyrənmişdi.  Böyük  İmam  belə  düşünürdü: 


 
31 
"Möminin qəlbi haqqın ərşi və kürsüsüdür, o ürəyin sahibi 
Müqəddəs  Haqdır.  Haqq-Taaladan  qeyrisinə  diqqət 
yetirmək  xəyanətdir.  İrfan  məktəbində,  Peyğəmbər 
ailəsinin  sevgisində  və  məsum  Əhli-beyt  vilayətində 
Müqəddəs  Haqdan  və  Onun  xüsusi  bəndələrindən 
başqasını sevmək xəyanət sayılır. Onların müqəddəs irfanı 
Haqqın əmanətidir".
1
 
İmam  Xomeyni  həqiqi  Əhli-beyt  aşiqi  idi.  O,  məsum 
imamların  məzarını  ziyarət  edəndə  onlarla  elə  mənəvi 
ünsiyyətə  qərq  olurdu  ki,  sanki  onları  öz  qarşısında 
görürdü,  olduqca  ağır,  vüqarlı  şəkildə  və  xüsusi  hörmətlə 
ziyarət edirdi. 
2
 
 Süleymaninin  məsum  imamların  -  İmam  Rzanın  (ə), 
İmam Əlinin (ə) və ya  İmam Hüseynin (ə) məqbərəsində 
ürəkdən  ağladığını  görəndə  əmin  olurduq  ki,  Süleymani 
məktəbi Böyük Xomeyni məktəbindən yaranmışdır. 
 
1
 Qırx hədis, səh. 480. 
2
 “Hədise-payedari”, səh. 74. 


 
32 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin