6
M
ənəviyyatla siyasətin sintezi
Siyasətlə mənəviyyatın birliyindən danışanda məqsəd
siyasət və hakimiyyətin İslam əxlaqı və irfanı ilə
birləşdirilməsidir. Bununla dünya və axirət sahələri bir-
birinə sıx birləşir.
İmam Xamenei 04/06/04 tarixində buyururdu: "Öz
siyasi məktəbinin tərənnümü olan İmam Xomeyni
siyasətlə mənəviyyatı eyni zamanda təqib edirdi. Siyasi
mübarizələrində də əsas xüsusiyyəti mənəviyyatı idi".
İmam Xomeyninin bütün rəftar və mövqeləri Allah və
mənəviyyat mərkəzli idi. O, Allahın hüquqi və təbii
44
iradəsinə inanırdı, bilirdi ki, ilahi şəriəti həyata keçirməyə
çalışarsa, təbiət qanunları ona kömək edəcəkdir.
İmam Xomeyni mənəviyyatla siyasətin əlaqəsi
məsələsində İslamın baxışını meyar seçirdi, inanırdı ki,
siyasi bir gücün, hakimiyyətin bütün qollarında dinlə
dünya qarşılıqlı əlaqədə olmalıdır. O düşünürdü ki, dünya
dini missiyanın əsas yeridir, dinsiz dünya mənəviyyatsız,
məhəbbətsiz və ruhsuzdur. Bu baxımdan, İmam
Xomeyninin məntiqində dinlə dünya, mənəviyyatla siyasət
ayrılmazdır.
Bu xüsusiyyət imamın şagirdinin məktəbində də
müşahidə olunur.
Hacı Qasim Süleymani 2009-cu ilin fevralında Qüds
qüvvələrinin toplantısında deyirdi: "Allahın saleh bəndəsi
olan İmam Xomeyninin bütün vücudu bəndəlik tərənnümü
idi. Bu mübarizə onun bayrağı altında 15 il davam etdi və
11 fevralda qələbə çaldı... İmamın əvvəldən təkid
göstərdiyi və üzərində dayandığı amil İslam idi... İmam
Xomeyni İslamı və şiəliyi inqilabın dayağı etdi... Əgər
İmam Hüseynə bağlanmaq olmasaydı, biz qələbə çala
bilərdik?! İmamın böyük hünəri budur".
O, vəsiyyətnaməsində yazır: "Əziz Xomeyninin ən
mühüm hünəri bu idi: O, əvvəlcə İslamı İranın köməyinə
gətirdi, sonra İranı İslama xidmətçi elədi. İslam olmasaydı,
bu xalqa İslam ruhu hakim olmasaydı, Səddam yırtıcı
canavar kimi bu ölkəni parçalayardı; Amerika quduz it
kimi eyni işi görərdi. Lakin imam İslamı dayaq etdi, aşura,
məhərrəm, səfər və fatimiyyə bu xalqa arxa durdu,
45
inqilabda inqilablar yaratdı. Bu səbəbdən hər dönəmdə
minlərlə fədakar can özünü sizə, İran xalqına, İran və
İslam torpağına qurban vermiş, ən böyük maddi gücləri
xar etmişdir".
Şəhid Süleymaninin bu baxışı müəllimi və rəhbəri olan
İmam Xomeyninin təfəkküründən qaynaqlanırdı. O, hələ
1964-cü ildə açıq söyləmişdi: "And olsun Allaha, bütün
İslam siyasətdir. İslamı pis təqdim ediblər. Siyasət
İslamdan qaynaqlanır".
Həmçinin buyurmuşdu: "İslam dini insan doğulmazdan
öncədən fərdi həyat çərçivəsini aydınlaşdırmış, ailənin
ictimai funksiyasını, vəzifələrini müəyyən etmişdir.
Nəhayət, insan öyrənməyə başlayır, cəmiyyətə daxil olur,
ən sonda digər dövlət və xalqlarla münasibət qurur. Bütün
bunların proqramı, müqəddəs şəriətdə qanunları var. İslam
dini təkcə dua və ziyarətdən ibarət deyil. İslamın hökmləri
yalnız namaz və oruc deyil. Dua və ziyarət İslamın yalnız
bir sahəsidir. İslamın siyasəti də var, ölkə idarəsi də var.
İslam dini böyük dövlətləri idarə etməyə qadirdir”.
Süleymaninin müqavimət cəbhəsi yaratması, İraqda
xalq hakimiyyətini və digər ölkələrdə xalqın siyasi
iştirakını dəstəkləməsi İmam Xomeyninin bu baxışından
irəli gəlir.
Şəhid Süleymani məktəbi onun baxışı əsasında
formalaşmışdır. Bu baxışın kökü İmam Xomeyniyə
birləşir. Mürşidi kimi o da düşünür ki, mənəviyyatla
siyasət bir-birinə düyünlənmişdir.
|