13
Düşməni tanıma
İnsana həyatda lazım olan məsələlərdən biri də düşməni
tanımaqdır. Düşmən insanın inkişafına, xoşbəxtliyinə
maneədir, müxtəlif yollarla öz düşmənliyini göstərir. Bu
baxımdan,
düşmənlik
üsullarını
öyrənmək
də
əhəmiyyətlidir.
İmam Xamenei 04/06/99 tarixində Tehranın cümə
namazında buyururdu: "İmam Xomeyni düşməni tanıyırdı,
onun siyasi üsullarına, təbliğat yollarına bələd idi və
onlara qarşı mübarizə aparırdı".
81
Həmçinin 1992-ci ildə buyururdu: "O müstəsna
rəhbərin inkişafının və ilahi uğurlarının əsas səbəbi budur
ki, düşməni tanıyırdı, ona zərrə qədər də inanmadan və
qarşısında geri çəkilmədən var gücü ilə müqavimət
göstərirdi".
İmam Xomeyni şahı, Səddamı, Amerikanı, İsraili, azğın
qruplaşmaları, düşmənin hiylə və planlarını tanıyırdı, ağıllı
və ayıq şəkildə onlara qarşı mübarizə aparırdı.
Süleymani də imam və vilayət məktəbini tanıyırdı,
tağuta bələd idi. O, qəddar bəəsçi düşməni, beynəlxalq
imperializmi, işğalçı sionist rejimini, münafiqləri, İŞİD-i,
terrorçuları, Ali-Səudu, Ali-Xəlifəni tanıyırdı, şəhid olana
qədər onlara qarşı mübarizə apardı.
Hacı Qasim Süleymani və Süleymani məktəbinin bariz
səciyyəsi düşməni tanımasıdır. O, 2017-ci ildə İmam
Xameneiyə məktubunda yazırdı: "İmam Əlinin dövründə
baş qaldırıb müsəlmanları əsl Məhəmməd (s) İslamının
şirinliyindən məhrum edən fitnələrə bənzər təhlükəli bir
fitnə 6 il öncə sionizm və imperializm zəhəri ilə birləşib
dağıdıcı tufana döndü, İslam dünyasına hücum çəkdi. Bu
təhlükəli və zəhərli fitnə İslam dünyasında geniş müharibə
alovu yaratmaq, müsəlmanları bir-birinin canına salmaq
məqsədi ilə törədildi".
Bu sözlər Süleymaninin yüksək ayıqlığını və düşməni
dəqiq tanımasını göstərir.
Böyük Şəhid Hacı Qasim Süleymani düşməni, onun
planlarını, İraq və Suriyadakı fitnələrin əsas icraçılarını
tanıdığına görə rəhbərinə yazırdı: "Amerikanın ən yüksək
82
dövlət məmurunun etiraf etdiyi kimi, bütün bu cinayətlər
Amerikaya
bağlı lider və təşkilatlar tərəfindən
planlaşdırılmış, icra olunmuşdur".
Bu əziz şəhid İrandakı 2009-cu il fitnələri haqda dəqiq
bilgiyə malik olduğuna, dostu düşməndən ayırd etdiyinə
görə 2010-cu ilin fevralında Qüds qüvvələrinin
toplantısında deyirdi: "Dostu düşməndən ayırmaq üçün nə
edirsiniz?.. Fitnə gecə kimi qaranlıqdır. Biz bir-birimizi
silkələməliyik; itələməli deyilik... İki məsələyə - fəqihin
rəhbərliyi və İslam respublikası quruluşuna dair
mövqeyimizi
bildirəndən sonra qaranlıqda dostu
düşməndən ayıra bilərik. İnqilab düşmənləri heç şübhəsiz,
bizə qoşulmayacaqlar. Biz inqilabçı ilə əks-inqilabçıları
ayırmalıyıq".
Hacı Qasim Süleymani 2018-ci ilin Bəsic həftəsində
deyirdi: "Mən sizə cənab Dəvvaninin "Kufə və onun ilk
İslam əsrlərində rolu" kitabını oxumağı tövsiyə edirəm.
Mən onu diqqətlə oxumuşam. Bu mövzuda digər kitablar
da mütaliə etmişəm. Nə üçün deyirəm ki, oxuyun? Çünki
hər bir mühüm cərəyanda mühüm təhdidlər də yaranır.
Əgər o təhdidlər aradan qaldırılmasa, diqqət və tamah
mərkəzində olduğuna görə həmin mühüm və təsirli
cərəyan ziyan görər. Müaviyənin İmam Əlidən qabaqkı
xəlifələrlə işi yox idi; çünki onların onunla işləri yox idi.
Bu gün bizim dünyadakı vəziyyətimiz də belədir. Amerika
və sionizm rejiminin bir çox ölkələrlə işləri yoxdur, amma
bizimlə vuruşurlar. Bu, eynilə İmam Əli və Müaviyə
siyasətlərinin ziddiyyəti kimidir. Ədalətli imam fasiq bir
83
cərəyanın İslam dövlətinin bir hissəsinə hakimiyyətini
qəbul edə bilməzdi".
Amerikanın
və
imperializmin
Süleymani
ilə
düşmənliyinin səbəbi o dəyərli şəhidin düşməni tanıdığına,
düşmənlə barışmadığına və Amerikaya qarşı mübarizə
apardığına görədir.
Seyid
Həsən
Nəsrullah
Şəhid
Hacı
Qasim
Süleymaninin şəhadəti mərasimində deyirdi: "Amerikalılar
regionda hara gedirdilərsə, Hacı Qasim Süleymanini
qarşılarında görürdülər. Suriyada, İraqda, Livanda,
Yəməndə, Əfqanıstanda – müqavimətə bağlı hər bir yerdə
Qasim Süleymanini qarşılarında görürdülər. İsrail Qasim
Süleymanini öz qarşısında ən təhlükəli adam bilirdi".
İmam Xamenei 08/01/20 tarixində buyururdu: "Əziz
şəhidimiz Hacı Qasim Süleymani pulla, Amerikanın geniş
təbliğat maşını ilə, diplomatik imkanlarıyla, dünya
siyasətçilərinə, xüsusən də zəif ölkələrə təzyiqləri ilə
hazırladıqları bütün planlar qarşısında möhkəm dayana,
Qərbi Asiyadakı planları poza bildi".
Əziz şəhidimizin bu qüvvəsi onun düşməni
tanımasından irəli gəlirdi.
Süleymani məktəbinin düşmən tanıması Şəhid Qasim
Süleymaninin
dəqiq və dərin baxışından, böyük
ayıqlığından və yüksək dərkindən formalaşmışdı. Onun
qüdrəti və düşmənlərin qəlbində yaranmış qorxusu da
düşməni tanımasının nəticəsi idi.
84
Süleymani 2016-cı ilin dekabrında demişdi: "İran xalqı
düşmənlərini tanımaqla və öz yoluna əminliklə həmişə
şərəf və ləyaqət yoluyla gedir".
O bununla bildirir ki, düşməni tanıma şərəf və ləyaqətin
açarıdır.
Höccətül-İslam Seyid İbrahim Rəisi də belə düşünür:
"Düşməni tanıması və ixlası Süleymaninin bariz
xüsusiyyətlərindən idi".
Höccətül-İslam Doktor Rəfii bu baxışla deyir:
"Düşməni tanıması Süleymaninin mühüm səciyyələrindən
idi".
1
Banənin cümə imamı Mamusta Rəhman Xudayi deyir:
"Düşməni tanıması və döyüşdə yaranmış imkanlardan
istifadə etməsi İslam ordusunun bu qəhrəman
komandirinin bariz xüsusiyyətlərindən idi".
2
General Məhəmmədrza Fəllahzadə isə belə deyir:
"Vilayət yolunun bu böyük əsgəri düşmənin planlarını
yaxşı bilir, onun öz çirkin məqsədlərinə çatmasına imkan
vermirdi".
Keşikçilər Korpusunun Baş Komandanı General-
leytenant Hüseyn Səlami General Qaaninin Qüds
qüvvələrinin komandanı kimi təqdimetmə mərasimində
deyirdi: "Bu gün düşmənlərin cismində və ruhunda
gördüyümüz məyusluq Hacı Qasim tərəfindən əsası
qoyulan yeni ənənənin nəticəsidir. O böyük komandir elə
1
Şəbistan xəbər agentliyi, 31 yanvar 2020.
2
İslam Respublikası xəbər agentliyi, 7 yanvar 2020.
85
bir iş gördü ki, düşmən xərc çəkir, amma faydasını İslam
cəbhəsi görürdü. Süleymani düşməni çaş-baş qoyurdu".
Süleymani düşməni tanıyırdı, onun plan və hiylələrinə
bələd idi, cəsarətli, möhkəm və kafirlərə qarşı sözün əsl
mənasında sərt idi.
Bu baxımdan, düşməni tanıma Süleymani məktəbinin
mühüm səciyyələrindən biridir. O əziz insan bunu İmam
Xomeyni məktəbindən öyrənmişdi.
|