11
İctimai ədalət
İctimai ədalət dedikdə məqsəd cəmiyyətdə sərvətin
düzgün bölüşdürülməsidir.
İmam Xamenei 04/06/04 tarixində buyururdu: "İctimai
ədalət Böyük İmamımızın siyasi məktəbinin ən əsas
cəhətlərindəndir".
İctimai ədalət təbiətə hakim olan ədalətə dayanır, dinc
birgəyaşayış onun əsasında həyata keçir.
İmam Xamenei 1995-ci ildə buyururdu: "İctimai ədalət
sırf ictimai bir məsələ olub hakimiyyətə, siyasətə və
cəmiyyətin idarəsinə aiddir".
67
Həmçinin buyururdu: "İctimai ədalət prinsipi, ədalətin
icrası, xalqın bütün təbəqələrinin hüququnu nəzərə almaq
və təbəqələrarası məsafəni aradan qaldırmaq İslam
quruluşunun əsas prinsiplərindəndir".
Böyük Rəhbər 1988-ci ildə buyururdu: "İctimai ədalət
odur ki, bütün təbəqələr İslam cəmiyyətinin bütün
imkanlarından bəhrələnsinlər... Bu məsələ qanun,
dəyərləndirmə, çıxış və yazılarda başda durmalı,
ayrıseçkilik, zülm və yoxsulluq aradan qaldırılmalıdır".
O həmçinin 04/06/99 tarixində buyururdu: "İctimai
ədalət əsas devizlərdəndir, onu ikinci dərəcəli hesab etmək
olmaz".
İmam Xomeyni məktəbini formalaşdıran və Süleymani
məktəbinin xüsusiyyətlərindən olan bu baxış Qurandan və
dini ədəbiyyatdan götürülmüşdür.
İmam Xamenei Quran ayələrindən istifadə edərək
ictimai ədaləti dinlərin ayrılmaz hissəsi hesab edir. Çünki
dinlərin məqsədi ədalətli sistem qurmaqdır. O, ictimai
ədaləti İslam quruluşunun ən bariz amalı adlandırıb İslam
mətnlərində çox vurğulanmasını onun əhəmiyyəti ilə
əlaqələndirir.
Allah-Taala Quran-kərimdə peyğəmbərləri göndərməsi
barədə buyurur: "Biz peyğəmbərlərimizi açıq-aşkar
dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və ədalət
tərəzisi (şəriət) nazil etdik ki, cəmiyyətdə ədalət bərqərar
olsun". Yəni ilahi peyğəmbərləri göndərməkdə məqsəd
ədalətə, ədalətli yaşayışa nail olmaqdır.
68
İmam Xomeyni 1981-ci ildə buyurmuşdu: "Allah-Taala
buyurur ki, insanlar ədalətlə yaşasınlar deyə peyğəmbərlər
göndərdik, onlara dəlillər, nişanələr verdik. Məqsəd budur
ki, insanlar arasında ictimai ədalət olsun, zülm aradan
qalxsın, haqsızlığa son qoyulsun, zəiflərə qayğı
göstərilsin".
Süleymani 2018-ci ildə Bəsic həftəsində deyirdi: "Dinlə
bağlı Qüds qüvvələrinin üzərinə düşən vəzifə Böyük İslam
peyğəmbərinin və ondan sonrakı böyük övliyaların
missiyasını davam etdirmək, zülmə, İslam düşmənlərinə
qarşı mübarizə aparmaq, İslamı qorumaq, yaymaq, İslam
mədəniyyətini təbliğ etmək, müsəlmanlara özlərini
müdafiə imkanı yaratmaq, məzlumları müdafiə və
istismarçıları məğlub etməkdir".
O, eynilə bu yolla getdi. Süleymaninin İraq, Suriya,
Livan, Yəmən və Əfqanıstan xalqlarını ABŞ, İsrail və
İŞİD-dən ibarət işğalçı və terrorçulardan xilas etmək,
Suriya və İraqda sülh və əmin-amanlıq yaratmaq,
zülmkarlığa son qoymaq istiqamətində fəaliyyətləri və
ictimai ədalətin icrası üçün göstərdiyi səylər heç vaxt
dünya müsəlmanlarının yadından çıxmayacaq.
General-mayor Əsğər Səburi deyir: "Şəhid Süleymani
üçün şiə-sünni fərqi yox idi. Müsəlmanların canı onun
üçün dəyərli idi. O, inqilab rəhbərindən öyrənmişdi ki,
müqavimət cəbhəsini və məzlumları müdafiə etmək üçün
müsəlmanlar arasında fərq qoymamalıdır".
1
1
Fəkkə jurnalı, say: 202, səh. 71.
69
Süleymaninin baxışında ictimai ədalət, xalqa diqqət,
xalqın problemlərini həll etmək və vəzifəsini yerinə
yetirmək böyük əhəmiyyət kəsb edirdi.
General-mayor Mehdi İranməniş deyir: "İnsanların
məktublarıyla ciddi maraqlanıb deyirdi: "Mənə məktub
yazan adam cavabını gözləyir. Gərək cavab verim".
Süleymani xalqın və müsəlmanların razılığını istəyirdi.
O, dünyada ictimai ədalətin bərqərar edilməsini və zülmə
son qoyulmasını istəyir, regionda və digər yerlərdə hər bir
məzluma dəstək verməyə çalışırdı. O, 2018-ci ilin yayında
Həmədanda Ramazan əməliyyatının ildönümü tədbirində
çıxış edərək deyirdi: "Bütün hökumətlər xidmətçidirlər.
Hər bir hökumət ölkəni bir qədər irəli aparmışdır. Ancaq
hökumətlər bəzi məsələlərə diqqət yetirsələr, böyük
təsirləri olar. Bəlkə də idarəçilikdə möcüzə göstərməyə
bilərik, ancaq ümumi razılıqda, ədalətdə, qardaşlıqda və
həmrəylikdə göstərə bilərik".
1
Şəhid Süleymani bu baxışı əsl Məhəmməd İslamından,
İmam Xomeyni və İmam Xamenei məktəblərindən
öyrənmişdi.
O, 2018-ci ildə Kirmanın Şəhid Bahünər adına
universitetində deyirdi: "Rəhbərin baxışında əsl İslamın
mühüm parametrləri zülmlə barışmazlıq, ədalətsevərlik,
məzlumları müdafiə, cəmiyyətə ümid bəxş etmək, qorxu
və cəhaləti yox etməkdir".
Onun özü eynilə həmin çərçivədə, həmin rels üzərində
getdi, həyatı zülmə qarşı mübarizə, məzlumu müdafiə və
1
Şərq qəzeti, 28 iyul, 2018.
70
ictimai ədalət uğrunda işlərlə keçdi. O, əməlləri ilə xalqa
ümid verir, cəmiyyətin razılığını artırır, həmrəylik
öyrədirdi.
Süleymani məktəbi ictimai ədalət xüsusiyyəti ilə bütün
dünyaya göstərdi ki, materialist ideologiyalar və sosial-
demokratiya nəzəriyyələri varlı və yoxsul arasında
məsafəni aradan qaldıra, problemləri həll edə, insanların
maddi və mənəvi nemətlərdən bəhrələnməsini təmin edə
bilmir. O, ədalət yoluyla gedərək müsəlmanlara və qeyri-
müsəlmanlara göstərdi ki, bugünkü bəşəriyyətin yeganə
xilas konsepsiyası əsl Məhəmməd (s) İslamındadır.
Süleymani məktəbinin ictimai ədalət xüsusiyyəti İmam
Xomeyninin
1988-ci
ildə
dediyi
əsl
İslamdan
götürülmüşdür:
"Əziz
və
mübariz
övladlarım!
Düşünəcəyiniz yeganə iş əsl Məhəmməd (s) İslamının
təməllərini
gücləndirməkdir.
Bu
İslam,
başında
müstəmləkəçi Amerikanın durduğu qərbi və cinayətkar
Sovetin dayandığı şərqi xar edəcək. Bu İslamın
bayraqdarları dünyanın məzlum və yoxsulları, düşmənləri
dinsizlər, kafirlər, kapitalistlər və pulpərəstlərdir".
İmam 03/04/89 tarixində Ayətullah Cənnətiyə
müraciətində əsl Məhəmməd (s) İslamının çərçivəsini
müəyyən etmişdi: "Əsl Məhəmməd (s) İslamının çərçivəsi
qərb kapitalizminə və işğalçı şərq kommunizminə qarşı
müqəddəs və inqilabi qəzəbdən ibarətdir..."
İctimai ədalət yalnız əsl Məhəmməd (s) İslamının
yoluyla getməklə əldə oluna bilər. Süleymani bu yolla
gedir, həqiqi ədalətə nail olmaq istəyirdi.
71
Hacı Qasim Süleymani İslam məktəbindən, əziz İslam
peyğəmbəri həzrət Məhəmməd ibn Abdullahın (s) və
İmam Xomeyninin məktəbindən dərs alaraq dünyada
zülmün yox və ədalətin bərqərar edilməsini qarşısına
məqsəd qoymuşdu, ictimai ədalət xüsusiyyəti ilə İmam
Mehdi (ə) hakimiyyətinə zəmin yaradırdı.
İmam Xomeyni 1987-ci ildə buyururdu: "Həzrət
Mehdinin (ə) dövründə vahid hökumət qurulacaq, bütün
dünyada ictimai ədalət bərqərar olacaq". 1980-ci ildə isə
buyururdu: "Həzrət Mehdi (ə) İslama və İslam
peyğəmbərinə tabedir, ancaq bununla yanaşı, Peyğəmbərin
gözünün işığıdır və onun buyurduqlarını icra edəcəkdir".
O həmçinin buyurmuşdu: "İmam Mehdi (ə) İslamın
icraçı orqanıdır. Onun zamanında hər yerə ədalət
yayılacaq".
|