12
Cazib
ə və dafiə
İnsan öz əqidəsi yolunda bəzi qrupları özünə cəzb edir,
onlar tərəfindən sevilir, bəzi qrupları da özündən
uzqlaşdırır; həm dost qazanır, həm düşmən.
İmam Xamenei 04/06/10 tarixində İmam Xomeyninin
vəfatının ildönümündə buyururdu: "İmam xəttinin, İmam
yolunun digər bir xüsusiyyəti də cazibə və dafiədir. Böyük
insanların cazibə və dafiələri olduqca geniş olur. Hamı
cəzb və dəf edir. Siz öz rəftarınızla birini özünüzə
yaxınlaşdırır, birini uzaqlaşdırır, incidirsiniz. Bu, cazibə və
dafiədir. Böyük insanlar olduqca geniş bir təbəqəni cəzb
73
və dəf edirlər. İmamın cazibə və dafiəsi möhtəşəmdir.
Bunda meyarı da məktəb idi, İslam idi. Onun heç kimlə
şəxsi düşmənliyi yox idi, şəxsi kinlərini ayaq altına
qoyurdu. Ancaq məktəbə görə düşmənliyi çox ciddi idi.
1962-ci ildə hərəkata başlayanda xalq arasındakı müxtəlif
təbəqələrə, müxtəlif ideologiyalara, hər bir qrup və
məzhəbdən olan insanlara qucaq açan imam inqilabın
əvvəlində
bəzi
qrupları
özündən
uzaqlaşdırdı.
Kommunistləri açıq şəkildə uzaqlaşdırdı. Onda bu iş bizim
çoxumuza qəribə gəlirdi. Ancaq o, inqilabın əvvəllərində
kommunistlərə qarşı açıq mövqeyini bildirdi, onları
özündən ayırdı, Qərb mədəniyyətinə, Qərb quruluşlarına
vurğun olanlar və liberallar qarşısında da qətiyyət göstərdi,
onları da özündən ayırdı, heç nədən çəkinmədi. Halbuki
onlarla da şəxsi düşmənliyi yox idi... İmamın şəxsi davası
yox idi, ancaq məktəb çərçivəsində çox qətiyyətlə cəzb və
dəf edirdi. Bu, imamın həyatının və məktəbinin əsas
xüsusiyyətidir".
Şəhid Süleymani məktəbi bu xüsusiyyətdə də İmam
Xomeyni məktəbi ilə uyğundur. O, dəyərli İslam meyarları
əsasında güclü cazibə və dafiəyə malik idi.
Şəhid Süleymaninin cazibə və dafiə prinsiplərindən biri
bəndəliklə yanaşı olan rasionallığıydı. Bu dəyərli şəhid
İslamın əsas prinsiplərinə çox bağlı idi, onlardan bir addım
da yayınmırdı. Onun sevgi və qəzəbi Allahdan ötrüydü,
heç vaxt nəfsi istəklərinə uymur, dünya, vəzifə, güc
əsasında cəzb və dəf etmirdi.
74
Rəşadətli Qasim Süleymaninin cazibə və dafiə əsası əsl
Məhəmməd (s) İslamı idi. O, İslam məktəbinə, İmam
Xomeyni məktəbinə arxalanaraq təmiz niyyət və əməllə
dünya müsəlmanlarının çoxunu cəzb etdi. O, əsas və
prinsiplərə sadiqliyinə görə özünə bəzi düşmənlər də
yaratdı, İslam inqilabını və fəqih rəhbərliyini sonadək
qorudu, sözünü dedi, İslam və inqilab dəyərlərini müdafiə
etdi.
İmam Xamenei 08/01/20 tarixində buyururdu: "Şəhid
Süleymani ölkənin daxili məsələlərində partiya və cinah
adamı deyildi, ancaq olduqca inqilabçı idi. İnqilab və
inqilabçılıq onun qırmızı xəttini təşkil edirdi. Bəziləri
bunu kölgə altına salmağa çalışırlar. O, inqilabda ərimişdi,
inqilaba çox sadiq idi, mərhum imamın işıqlı yolundan heç
vaxt dönmədi".
Bu əziz şəhid 2016-cı ilin oktyabrında Məlayir
şəhidlərinin anım mərasimində deyirdi: "Düşmənlə döyüş
xəttində iki səs ucalmamalı, kimlərsə, "düşmən deyil,
dostdur" deməməlidir. Xəvaric bu baxışın məhsulu idi.
Əgər vəzifəli şəxslər yanlış ünvan versələr, cəmiyyətdə
düşmənə qarşı ikitirəlik yaratsalar, xəyanət etmişlər.
Düşmənə cinah vermək ən pis xəyanətdir. Düşmən barədə
yanlış təsəvvür yaratmaq, cəmiyyətin düşmənə qarşı
həssaslığını aradan qaldırmaq və təfriqə salmaq
xəyanətdir".
O, 2019-cu ildə Kirman vilayətinin şəhidlərinin anım
tədbirində deyirdi: "BƏRCAM (Nüvə Sazişi üzrə Birgə
Komissiya) düşmən üçün üçbucaq şəklindədir. Düşünürdü
75
ki, tədricən digər iki bucağa da çatacaq. Hamıdan gec
gəlib, birinci getmək istəyirdi. Regionda ikinci BƏRCAM
üzərində israrlarının səbəbi budur ki, müsəlman İrandan
İslam dünyasına can verən fəallığı, hərəkəti, İslam
dünyasında coşmuş bu qanı qurutmaq istəyirlər. Məqsəd
budur ki, ikinci BƏRCAM-da əsl İslam gücü yox olsun.
Əgər gedib ikinci BƏRCAM-da da məğlub olsaq, bununla
bitəcək? Xeyr, əsas BƏRCAM İranın daxilinə aiddir.
Onlar üçüncü BƏRCAM-da mənbəyi qurutmaq istəyirlər.
Mənbə İrandır".
Hacı Qasim Süleymani həmçinin Şəhid Şatirinin
şəhadətinin ildönümündə deyirdi: "İrandakı millətçiliyin
böyük hissəsi yalandır. Millətçiliyi islamçılıq qarşısında
bayraq ediblər, vətəni sevmək, ölkə üçün can-başla
çalışmaq mənasında millətçilik yoxdur. Elə olsaydı, biz
müharibədə
millətçiləri
hamıdan
öndə
görərdik.
Səkkizillik müharibədə, xarici düşmənin hücumunda
millətçilərdən, azadlıq hərəkatından və milli cəbhədən heç
bir əsər-əlamət görmədik. Heç vaxt görmədik ki, ad
yazdırsınlar, könüllü qüvvələrini toplayıb cəbhəyə bir
batalyon və ya bölük göndərsinlər. Heç vaxt belə bir şey
olmadı. Məqsədləri dinə, İslama qarşı yalançı millətçilik
idi".
1
İnqilabçı ruhiyyəsi sözünü açıq şəkildə söyləməyə
səbəb olurdu. Bəzilərini dəf etməli olsa da, çəkinmədən
sözünü deyirdi.
1
Mehr xəbər agentliyi, 8 fevral 2015.
76
Bu əziz şəhid məktəb hüdudları daxilində qətiyyətlə
cəzb və dəf edirdi. Harada dəf etmək lazım idisə,
meydandaydı; harada cəzb etməyə ehtiyac var idisə, yenə
meydandaydı.
O deyirdi: "Mən və adamlarım”, “mən və yoldaşlarım”,
“mən və müridlərim”... “Bu, hicabsızdır, o, hicablı”; “bu,
solçudur, o, sağçı”; “bu, islahatçıdır, o, mühafizəkar”...
Bəs kim qaldı?! Hicabı düzgün olmayan qız bizim, sizin
qızınızdır, cəmiyyətimizin övladıdır. Hizbullahçı yalnız
hizbullahçı ilə əlaqə qurmamalıdır, dindarlığı zəif olanla
da münasibəti olmalıdır. Cəmiyyətimiz bizim ailəmizdir.
Bunların hamısı bizim xalqımızdır. Bunlar bizim
övladlarımızdır".
1
Yoxsullar fondunun sədri mühəndis Pərviz Fəttah
deyir: "Hacı Qasimin ruhu olduqca yüksək, zehni geniş
idi. O, ölkədən xaricdə elə adamlarla işləyirdi ki, İrandakı
bəzi hizbullahçı qüvvələr əsla onlarla işləməzlər.
Süleymaninin ordusunun əhatəsi olduqca geniş idi, yalnız
hizbullahçı qüvvələrdən və hərəm müdafiəçilərindən
ibarət deyildi. Düzdür, əsasən, onlara etimad edirdi, ancaq
qətiyyətlə deyə bilərəm ki, dünyada çoxlarını öz ordusuna
cəlb edə bilmişdi".
2
Şəhid Süleymaninin qırxillik dostlarından və Müqəddəs
məqbərələr qərargahının fəal müdirlərindən olan Əli
Mühacirani deyir: "Bəzən əyilib fəhlələrin əlini öpürdü...
Onları bir-bir qucaqlayıb əzizləyirdi".
1
Məşriq xəbər agentliyi, 5 yanvar 2020.
2
“Süleymani məktəbi” xüsusi buraxılışı, səh. 84.
77
Müqəddəs məqbərələr qərargahının sədri Məhəmməd
Cəlal-məab deyir: "Xuzistana sel gələndə bir-bir camaatın
evinə baş çəkdi. Bir kişi evindən çıxmaq istəmirdi.
Təhlükəsizliyindən ötrü onu razı salmaq lazım idi.
Süleymani gedib qocanın əlindən öpdü, dedi ki, bu gün öz
təhlükəsizliyindən ötrü buradan get".
Onun şəhid ailələri ilə rəftarı da olduqca gözəl idi.
Məhəmmədrza Həsəni deyir: "Şəhid Süleymanidə
telefon dəftərçəsi vardı, təxminən yüz əlli şəhid ailəsinin
telefon nömrəsi yazılmışdı. Bəzi günlər onların bir
neçəsinə zəng vururdu. Bəzi şəhid anaları ilə çox səmimi
münasibəti vardı. Şəhid Əli Şəfiinin anasına qarşı da elə
idi. Bəzən hətta Suriyadan ona zəng vururdu".
Şəhid Süleymaninin sürücüsü Nəsrullah Cahanşahi
müsahibəsində deyir: "Hacı iş adamıydı. Kirmana gedəndə
azca vaxt tapan kimi şəhid ailələrinə baş çəkirdi. Tehranda
olanda, Məşhədə gedəndə də boş vaxtını şəhid ailələrinə
ayırırdı".
Bu səmimi münasibətlər və şəhid ailələrinə qayğı onları
cəzb edirdi. Onlar Süleymanini çox sevirdilər.
Hərəm müdafiəçisi Şəhid Puya İzədinin həyat yoldaşı
deyir: "Hacı Qasim şəhid ailələrinin təsəllisi idi.
Əzizlərimiz şəhid olandan sonra onların ailələrini Hacı
Qasim Süleymaninin varlığı möhkəm, dözümlü saxlayırdı.
Şəhid Süleymaninin çox səmimi dostlarından olan Hacı
Məhəmməd Xaliqi deyir: "Hacı Qasim 2016-cı ildə bir
şəhidin qızıgilə baş çəkdi. Şəhidin qızı görüşdən sonra
78
hacıya məktub yazıb bildirdi ki, sizin gəlişinizlə atamın
şəhadətinin 35 illik qəm-kədəri ürəyimdən çıxdı".
1
Hərəm müdafiəçisi Şəhid Həmzə Kaziminin həyat
yoldaşı deyir: "Hacı Qasim 2018-ci ildə İmam Əlinin (ə)
mövlud günündə bizə gəldi. Qızım Leyla o qədər sevinirdi
ki, yerə-göyə sığmırdı. Hacının yanında oturdu, ata-qız
kimi yavaşca söhbətləşməyə başladılar. Hacı Qasimin
barmağında bir üzük vardı, şəhid dostlarından birinin
yadigarıydı. Üzüyü barmağından çıxarıb Leylaya verdi və
dedi: "Bu üzüyə səndən layiq birini tanımıram. Mənə
yadigar qalmış bu üzüyü sənə verirəm... Qızım Hacı
Qasimin şəhid olduğunu eşidəndə şok keçirdi. O gündən
onu çətinliklə sakitləşdirirəm. Elə bilir ki, atası yenə şəhid
olub. Atasının şəhid olduğu günlərdəki kimidir".
Şəhid generalımızın əsl cazibəsini şəhid övladlarının
dilindən eşitmək lazımdır. Sarəllah diviziyasının
komandirlərindən olmuş Şəhid Hacı Mehdi Məğfurinin
qızı Fatimə deyir: "Qızım Zeynəb xəstələnmişdi,
əməliyyata ehtiyacı vardı. Onu xəstəxanaya apardıq. Hacı
Qasim cənab Pur-Cəfəri ilə xəstəxanaya gəldi. İşi başından
aşsa da, Zeynəbin əməliyyatı bitənə, hətta narkozdan
ayılana qədər gözlədi. Bizimlə çox səmimi idi. Dəfələrlə
bizə gəlmişdi, biz onlara getmişdik. Mənə bir ata kimi idi.
Şəhadəti ürəyimi yandırdı. Bir neçə ay ötsə də, hələ də göz
yaşlarım dayanmır".
1
Yenə orada, səh. 73.
79
Şəhid ruhani Şeyx Məhəmməd Şüayinin qızı Fatimə
deyir: "Süleymaninin gedişi qəlbimizə od vurdu. Qardaşım
Hüseyn sakitləşmir".
Ordu şəhidlərindən olan Şəhid Nəməkinin qızı Səba
deyir: "Hacı Qasimin şəhadəti ilə şəhid övladları bir daha
matəmə qərq oldular".
Süleymaninin bu cazibə və eşqinin sirrini onun Sarəllah
diviziyası barədə yazısında da görmək olar. O yazır:
"Sarəllah yalnız hərbi birləşmə deyildi, cəmiyyətdən
böyük, elm hövzələrindən geniş bir hərbi yer, gənclərdə və
xalqda böyük dəyişiklik yaradan düşüncə məktəbi idi.
Sarəllah elə aşiqanə görüş yeri idi ki, insanlar Allah evinin
deyil, Allahın Öz dərgahında baş əyir, ilahi vəzifələrini ən
yaxşı şəkildə yerinə yetirərək əməli eşq təvafı edirdilər.
Sarəllah yalnız başının kəsilməsinə razı olan deyil, hətta
canını Allah yolunda vermək üçün yalvaran ismayıllarla
dolu bir ev idi. Sarəllah o qədər cazibədar idi ki, görən
ondan ayrıla bilmirdi. Bu eşq və fədakarlıq məktəbinin
idarəçiləri pak qucaqlarda böyümüş və Allah tərəfindən
nəsil-nəsil belə bir günçün saxlanmış gənclər idi; eşqi
yalnız təcrübə edən yox, hətta özləri eşqin bünövrəsini
qoyan aşiqlər".
Bu eşq məktəbinin birinci idarəçisi Şəhid Süleymaninin
özü idi. O, aşiqliyin əsasını qoydu, eşqi elə gözəl təsvir
etdi ki, yalnız şəhidlərin valideynləri, həyat yoldaşları və
övladları deyil, yalnız İran deyil, bütün İslam ümməti və
bütün müqavimət cəbhəsi onun şəhadətinə ağlayıb içdən
yandı. O, bu cəhətdən də İmam Xomeyniyə bənzəyir.
|