Qasim Süleymani məktəbi


  Xalqın roluna səmimi inam



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
hacqasem


Xalqın roluna səmimi inam 
İran  İslam  Respublikasının  banisi  İmam  Xomeyni 
xalqın  hakimiyyətdə  rolu  üzərində  daim  təkid  göstərir, 
xalqı İslam dövlətinin təməllərindən biri bilir, çıxışlarında 
hakimiyyətin xalqa arxalanması üzərində dayanırdı. 
İmam  Xamenei  04.06.04  tarixində  İmam  Xomeyninin 
vəfatının  on  beşinci  ildönümü  mərasimində  buyururdu: 
"İmamın  siyasi  məktəbində  xalqın  iradəsi  sözün  əsl 
mənasında  təyinedicidir.  O,  xalqın  iradəsinə  hörmət  edir, 
dəyər  verirdi.  Digər  tərəfdən,  xalqın  gücünə  arxalanaraq 


 
56 
düşünürdü  ki,  onun  polad  iradəsi  ilə  bütün  beynəlxalq 
təcavüzkarlar qarşısında duruş gətirmək mümkündür". 
İmam Xomeyni düşünürdü ki, xalqın iştirakı və nəzarəti 
ilə  bütün  fəsadlara  qarşı  mübarizə  aparıb  İslam 
respublikası quruluşunu qorumaq olar. 
İmam Xomeyni cəmiyyətin hər bir fərdini məsuliyyətli 
bilir,  xalqın  bütün  işlərə,  o  cümlədən  dövlət  adamlarının 
və  siyasi  quruluşun  əməllərinə  ümumi  nəzarətini  lazım 
sayır,  hətta  idarə  və  təşkilatlarda  da  tənqid  və  təklifləri 
araşdırmağı  tapşırır,  ümumi  nəzarətin  olmamasını  dini-
demokratik quruluşun məhvinə səbəb hesab edirdi. 
O,  1981-ci  ildə  Tehranın  din  alimləri  və  ruhaniləri  ilə 
görüşdə buyurmuşdu: "Əgər xalq hökumətin, parlamentin 
və  digər  orqanların  işinə  nəzarət  etməsə,  kənara  çəkilsə, 
fəsad  yarana  bilər...  Əgər  qarışmasaq  və  İslama  zərər 
toxunsa, ilahi ədalət məhkəməsində hər birimiz sorğu-sual 
olunacağıq...  Məgər  "İslamdan  mənə  nə  dəxli  var?!" 
demək olar?! Onu qorumaq sənin borcundur!" 
İmam  Xomeyninin  xalqın  roluna  baxışı  belə  idi. 
Əlbəttə,  xalq  da  dini  demokratiyanı  formalaşdırmaqda 
həqiqətən,  böyük  rol  oynadı.  Belə  ki,  imam 
vəsiyyətnaməsində  yazdı:  "Cəsarətlə  iddia  edirəm  ki, 
hazırkı  İran  xalqı  Peyğəmbər  dövründəki  Hicaz 
əhalisindən,  İmam  Əlinin  və  İmam  Hüseynin  dövründəki 
Kufə  və  İraq  əhalisindən  yaxşıdır...  Bu  gün  bu  xalqın 
silahlı  qüvvələrdən  və  Bəsicdən  tutmuş  əşirətlərə, 
könüllülərə,  ön  və  arxa  cəbhədə  çalışanlara  qədər  hansı 
fədakarlıqlar  etdiyini,  necə  qəhrəmanlıqlar  yaratdığını 


 
57 
görürük...  Bunların  hamısı  onların  Allah-Taalaya,  İslama 
və əbədi həyata imanından, eşqindən irəli gəlir... Biz belə 
bir dövrdə, belə bir xalqla yaşadığımıza görə fəxr edirik". 
Şəhid  Süleymani  məktəbində  də  xalqın  roluna  səmimi 
inam,  İran  xalqına  və  İslam  ümmətinə  sevgi  parlayır.  O, 
imamın  şagirdi  və  ardıcılıydı,  rəhbərinin  yolunu  davam 
etdirir, xalqına eşq bəsləyirdi. 
Hacı  Qasim  Süleymani  vəsiyyətnaməsində  yazır: 
"Mənim  əziz  iranlı  qardaş  və  bacılarım!  Ey  şərəfli  və 
başıuca  xalq!  Mənim  canım  kimi  minlərlə  can  sizə  fəda 
olsun! Necə ki, siz yüz minlərlə canı İslama və İrana fəda 
etmisiniz". 
O əziz şəhid və misilsiz  arif habelə vəsiyyətnaməsində 
deyir: "Əziz Kirman əhalisinə bir məqamı xatırladacağam. 
Onlar  sevimli  insanlardır,  səkkizillik  müqəddəs  müdafiə 
zamanı  ən  böyük  fədakarlıqları  göstərmiş,  İslama  çox 
dəyərli  komandir  və  mücahidlər  təqdim  etmişlər.  Mən 
həmişə onlardan xəcalətli qaldım… 
Əzizlərim!..  Mən  sizi  öz  ata-anamdan,  övladlarımdan, 
bacı  və  qardaşlarımdan  çox  sevirəm.  Çünki  onlardan  çox 
sizinlə bir yerdə olmuşam. Üstəlik, mən onların, onlar da 
mənim  ürəy  parçam  olsalar  da,  varlığımı  sizə  və  İran 
xalqına nəzir etdiyimi qəbul etmişlər".
1
 
Süleymani həmçinin 2016-cı ildə bir gəncin məktubuna 
cavabında  yazırdı:  “İmam  Xomeyninin  "canım  qurban 
olsun" dediyi bir xalqı  müdafiə  postunda adi  əsgər  olmaq 
mənə şərəfdir”. 
 
1
 Fəkkə jurnalı, say: 202, səh. 34. 


 
58 
Məhkəmə  orqanının  sədri  Höccətül-İslam  Seyid 
İbrahim Rəisi 2020-ci ilin fevralında o böyük şəhidin qırxı 
mərasimində  deyirdi:  "Şəhid  Süleymani  xalqın  fikrinə 
formal yanaşmırdı, həqiqətən,  inanırdı.  O,  xalqa  və bütün 
dünya  məzlumlarına  doğrudan  da  eşq  bəsləyirdi.  Bu  eşq 
yalnız  kirmanlıya,  iranlıya,  suriyalıya,  iraqlıya  və  ya 
əfqanstanlıya məxsus deyildi". 
Doktor  Məhəmməd  Türkmən  deyir:  "Hacı  Qasim  əkiz 
nəvələrini  görməkdən  ötrü  xəstəxanaya  gəlmişdi...  Onun 
tibb  bacıları  ilə  səmimi  salamlaşması  bir  göz  qırpımında 
hamısını  başına  topladı.  Qərara  gəldik  ki,  yadigar  şəkil 
çəkdirək.  Hacının  dəqiqliyi  mənə  çox  qəribə  gəldi. 
Şöbənin  bütün  tibb  bacıları  şəkil  çəkdirmək  üçün  onun 
ətrafında  dayandılar.  Birdən  hacı  əli  ilə  zalın  sonunu 
göstərdi.  Xadimələrin  biri  döşəməni  silirdi.  Onu  çağırıb 
dedi ki, gəlin, yadigar şəklimizdə siz də olun".
1
 
Məhəmmədrza  Fəllahzadə  deyir:  "Hələbdə  əhalinin 
şəhərdən  boşaldılmasına  şəxsən  kömək  edirdi.  Özü 
maşınla camaatı daşıyırdı ki, digərləri daha çox çalışsınlar. 
Tez-tez  tapşırırdı  ki,  camaatın  qış  geyimi,  adyalı  və  rahat 
yorğan-döşəyi olsun. Su, yemək və dərman təminatı ilə də 
ciddi  maraqlanırdı.  Hələbdə,  Əbu  Kamalda  və  bütün 
Suriyada 
imkanlarının 
bir 
qismini 
əhalinin 
təhlükəsizliyinə,  yerləşdirilməsinə,  qidalanmasına  və 
sağlamlığına həsr edirdi. Elə davranırdı ki, elə bil öz ata-
anası,  qardaş-bacıları,  övladlarıdır.  İnsanların  ehtiyacını 
aradan qaldırmaq üçün əlindən gələni edirdi". 
 
1
 İslam Respublikası qəzetinin xüsusi buraxılışı, 09/02/20, səh. 4. 


 
59 
O,  əlavə  edir:  "Bir  gün  Kirmandan  qayıtmışdı.  Çox 
yorğun  idi.  Dedi  ki,  elə  bil,  yolbasan  maşının  altından 
çıxmışam.  Soruşdular  ki,  nə  üçün?  Dedi:  "Çox  müraciət 
edən  vardı.  Bu  camaatın  gözü  bizim  kimilərin  köməyinə 
dikilib. Mən də bacardığım qədər kömək edirəm".
1
 
İnsanlara  sevgisinə  görə  İranın  bütün  şəhər  və 
vilayətlərinin,  eləcə  də  İraq,  Livan,  Suriya,  Yəmən, 
Pakistan,  Əfqanıstan,  Azərbaycan,  Nigeriya,  Rusiya, 
Türkiyə  və  Hindistan  kimi  ölkələrin  xalqları  dəfn  və  əza 
məclislərində ağlayır, ona matəm saxlayırdılar. 
Sadiq  Xərrazi  deyir:  "Şəhadətindən  dörd  gün  öncə 
böyük  bir  alimin  yanındaydıq.  Süleymani  o  alimə  dedi: 
"Gecə vaxtı Allahdan istədim ki, mənim ömrümdən beş il 
kəsib sizə versin". Həmin alim gülümsəyib dedi: "Yetmiş 
beş  ildir  Əhli-beyt  məktəbi  üçün  kitab  yazıram, 
araşdırıram. Müxtəlif risalə və əsərlər toplamışam, fiqh və 
təfsir mövzusunda 140-150  kitab və elmi yazı yazmışam, 
yüzlərlə  şagird  yetişdirmişəm.  Bütün  bunlar  Qasim 
Süleymaninin  Allah hüzurunda  beş  dəqiqəlik  münacatına, 
onun  Allaha  və  xalqa  xidmətinə  qurban  olsun!  Sənin  beş 
dəqiqəndən ötrü bütün ömrümü verməyə razıyam!" 
2
 
İmam Xamenei 08/01/20 tarixində buyururdu: "Bu əziz 
şəhid hər dəfə yazılı və ya şifahi məruzə edəndə gördüyü 
işlərə  görə  onu  həm  ürəyimdə,  həm  də  dilimdə 
alqışlayırdım.  Ancaq  bu  gün  ölkəyə  və  regiona  etdiyi  bu 
xidmətinə  görə  qarşısında  təzim  edirəm.  Böyük  bir  iş 
 
1
 “Hacı Qasim məktəbi” xüsusi buraxılışı, səh. 177. 
2
 Yenə orada, səh. 82. 


 
60 
gördü, qiyamət qopardı. Onun mənəviyyatı şəhadətini belə 
dəyərli  etdi.  İranda,  Kazimeyndə,  Bağdadda,  Nəcəfdə, 
Kərbəlada keçirilən vida mərasimləri... Bu tikə-tikə bədən 
nələr etdi!" 
Böyük  Rəhbər  həmçinin  həmin  ilin  12  iyulunda 
buyururdu:  "Xalq  iranlıların  milli  qüdrət  və  cihad  timsalı 
olan  Şəhid  Süleymanini  uca  tutmaqla  göstərdi  ki, 
imperializmə qarşı mübarizə və müqaviməti dəstəkləyir və 
öz milli qəhrəmanına ən üstün dəyərləri tanıyır". 
General Hüseyn Nicat 15/02/20 tarixində deyirdi: "Hacı 
Qasim  Süleymaninin  müstəqillik  və  istismarçılarla 
mübarizə 
barədə  düşünən  hökumət  və  xalqlara 
məsləhətləri  onun  sevilməsinə  səbəb  oldu.  Xalq  Suriya, 
İraq  və  Yəməndə  günahsız  körpələrin  öldürülməsini 
görmüşdü,  İŞİD-dən  və  Amerikadan  həmin  körpələrin 
qisasını alan adamı sevmələri təbii idi". 
Onun  xalqa,  xalqın  da  ona  böyük  sevgisi  Süleymani 
məktəbinin  bariz  xüsusiyyətidir.  Siz  həmin  eşqi  1979-cu 
ilin 1 fevralında İmam Xomeynini qarşılayanda, həmçinin 
6  iyun  1989-cu  ildə  onun  pak  cəsədini  dəfn  edəndə  də 
yaxşı görmüşdünüz. 


 
61 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin