8 Rasionallıq Rasionallıq İslam təlimlərinə uyğun məfhumlardan
biridir. İslam hədislərində ağılla şəriətin bir-birinə uyğun
olduğu bildirilmişdir.
İmam Xomeyni öz məktəbini əsl İslam əsasında
formalaşdırmışdır. Onun məktəbində rasionallıqdan söz
açılmışdırsa, bu xüsusiyyətin əsl Məhəmməd (s) İslamında
olduğuna görədir.
İmam Xomeyni hələ 1978-ci ildə buyurmuşdu: "İslam
dininin insan üçün təbiətdən metafizikaya qədər
nəzəriyyəsi, proqramı vardır. İslam dini insanı universal
51
yetişdirmək istəyir. Təbiət xisləti olduğuna görə ona təbii
inkişaf verir, bərzəx xüsusiyyəti olduğuna görə bərzəx
inkişafı, ruh cəhəti olduğuna görə ruhi inkişaf, əqli cəhəti
olduğuna görə əqli inkişaf".
Dahi İmam 1984-cü ildə oğlu Hacı Seyid Əhməd
Xomeyniyə irfani məktubunda yazırdı: "Əqli addım o
zaman ruhi və iman addımına çevrilir ki, ağıldan qəlbə
çatsın, qəlb əqli cəhətdən isbat olunana inansın".
İmam Xomeyni keçmiş SSRİ-nin prezidenti Qorbaçova
məktubunda yazırdı: "İlahi dünyagörüşdə bilgi meyarı
həm duyğu orqanları, həm də ağıldır. Əqli cəhətdən isbat
olunan da elm sahəsinə daxildir".
İmam Xomeyni məktəbinin iki mühüm və əsas cəhəti
mənəviyyat və rasionallıqdır.
İmam Xamenei 04/06/11 tarixində buyururdu: "İmamın
məktəbində ağıl və düşüncəni işlətmək nəzərdə
tutulmuşdur".
Xalq hakimiyyəti, işğalçı düşmənə qarşı barışmazlıq,
düşmənlərə
və imperialistlərə inanmamaq, xalqa
özünəinam aşılamaq İmam Xomeyninin həyatverici
məktəbinin rasional nümunələrindəndir. Bütün bu
xüsusiyyətlər Şəhid Süleymani məktəbində də mövcuddur.
Bu əziz şəhid 2010-cu ilin fevralında Qüds
qüvvələrinin toplantısında deyirdi: "İraqın Yaponiya,
Almaniya və Cənubi Koreya ilə əsaslı bir fərqi var.
Amerikalıların İraqda qalmaları, hərbi bazalar qurmaları
mümkün deyil. İraq heç vaxt Koreya, Yaponiya və
Almaniya
kimi
olmayacaqdır.
Bu
fərq
İslam
52
respublikasıyla, bu xalqla, onun mədəniyyəti ilə
qonşuluqdan ibarətdir... Qədimdə eşidirdim ki, İmam
Hüseynin ziyarətinə getmək istəyənlər bir qollarını
verirmişlər. İndi öz gözlərimizlə görürük ki, bu yollarda