Qasim Süleymani məktəbi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   ...   15   16   17   18   19   20   21   22   23
hacqasem

15 
Müqavim
ət 
Müqavimət  –  duruş  gətirmək,  müdafiə  etmək  və 
çətinliklərə dözməkdir. 
İmam Xamenei 1992-ci ildə buyururdu: "Bu mədrəsədə 
(Feyziyyədə)  İmam  Xomeyni  kimi  bir  şəxsiyyət  ortaya 
çıxıb  dünyanı  dəyişdirdi.  Onun  yaratdığı  yenilik  yalnız 
İranla  məhdudlaşmır.  Əlbəttə,  İranda  baş  tutan  məsələ 
möcüzəyə  bənzəyir.  O,  bütün  dünyada  fırtına  qopardı. 
Bunların hamısı müqavimət və dirənişə görədir". 
O,  4  iyun  1996-cı  ildə  buyururdu:  "İmamın  hərəkatı 
İmam Hüseyn hərəkatına çox bənzəyir... Hər iki hərəkatın 
aydın  xüsusiyyətlərindən  biri  müqavimət  məsələsidir.  Bir 
gün  İmam  Xomeyniyə  dedilər  ki,  bu  hərəkatı  davam 
etdirsəniz,  Qum  Elm  Hövzəsini  bağlayacaqlar.  Bir  gün 
dedilər ki, bu yolu davam etdirsəniz, bütün böyük alimləri 
və  təqlid  müctəhidlərini  sizin  əleyhinizə  qaldıracaqlar. 
İmama  dəfələrlə  dedilər  ki,  tökülən  qanlara  görə  kim 
cavab  verəcək?  Bu  zaman  hamının  ayaqları  əsərdi,  ancaq 
imam  dayanmadı,  yolundan  dönmədi,  irəlilədi.  Çoxları 


 
96 
təzyiq səbəbindən yolda qaldı, imam isə qələbə çalanadək 
duruş gətirdi". 
İmam  Xamenei  4  iyun  1999-cu  ildə  buyururdu:  "Heç 
bir ağır hadisə onu məğlub edə, diz çökürə bilmədi. İmam 
onillik  rəhbərliyi  dövründə  baş  vermiş  çoxlu  acı  və  ağır 
hadisələrin  hamısından  böyük  idi.  Bu  hadisələrin  heç  biri 
–  nə  müharibə,  nə  Amerikanın  hücumu,  nə  çevriliş 
planları,  nə  çoxsaylı  terrorlar,  nə  iqtisadi  embarqolar,  nə 
də düşmənlərin əl atdığı digər işlər bu böyük insanı ruhdan 
sala bildi. O, bütün bu hadisələrdən güclü və böyük idi". 
Hacı  Qasim  Süleymani  də  mürşidi  kimi  təhdid  və 
təzyiqlərdən  qorxmadı,  bütün  meydanlarda  duruş  gətirdi, 
müqavimət göstərdi və çoxlu düşmənlərə qalib gəldi. 
1982-ci  ildə  Ramazan  əməliyyatında  uğursuzluqdan 
sonra  elə  vəziyyət  yarandı  ki,  korpusun  Baş  komandanı 
Möhsün  Rzayi  Kərbəla  qərargahının  komandirlərinin 
toplantısında  elan  etdi  ki,  işıqları  söndürək,  kim  qalmaq 
istəmirsə, getsin. Həmin iclasda əhdi yeniləmək üçün çıxış 
edən ilk komandir Hacı Qasim Süleymani oldu. 
İraq  və  Suriyada  İŞİD-lə  müharibə  zamanı  da 
səkkizillik  müharibədə  olduğu  kimi  müqavimət  və 
mübarizə simvolu kimi tanındı. 
İraqın  Həşd-şəbi  könüllü  qüvvələrinin  sözçüsü  Əhməd 
Əsədi deyir: "Hacı Qasim Süleymani əksər əməliyyatlarda 
iştirak  edirdi,  onun  tövsiyələri  olmadan  heç  bir  strateji 
qərar nəticəyə çatmırdı". 
İraq  Kürdüstan  Regional  Hökumətinin  başçısı  Məsud 
Barizani  deyir:  "İŞİD  Ərbil  darvazalarına  çatmışdı. 


 
97 
Şəhərin  tez  bir  zamanda  işğal  ediləcəyindən  qorxurduq. 
Mən  amerikalılarla,  türklərlə  danışdım,  İngiltərə,  Fransa, 
hətta  Ərəbistanla  əlaqə  saxladım.  Hamısı  dedi  ki,  hələlik 
heç bir kömək edə bilməyəcəyik. Tez Hacı Qasimlə əlaqə 
saxlayıb  vəziyyət  haqda  məlumat  verdim.  Hacı  Qasim 
dedi:  "Mən  sabah  sübh  namazından  sonra  Ərbildəyəm". 
Ona dedim: "Sabah gecdir, indi gəlin". Hacı dedi: "Məsud 
qardaş" bu gecə şəhəri saxla. Hacı Qasim sübh çağı Ərbil 
hava  limanındaydı.  Onu  özüm  qarşıladım.  Xüsusi 
qüvvələrindən əlli nəfərlə gəlmişdi. Onlar tez döyüş yerinə 
gedib  peşmərgə  qüvvələrini  idarə  etdilər  və  bir  neçə  saat 
ərzində vəziyyət bizim xeyrimizə dəyişdi. Biz sonradan bir 
İŞİD  komandirini  əsir  tutduq,  ondan  həmin  gün  nə  üçün 
geri çəkildiklərini soruşanda dedi: "Ərbildəki adamlarımız 
xəbər 
verdilər 
ki, 
Qasim 
Süleymani 
oradadır. 
Döyüşçülərimizdə  ruh  düşkünlüyü  yarandı,  biz  də  geri 
çəkildik". 
Cənubi  Xorasan  korpusunun  komandiri  Əli  Qasimi 
deyir:  "General-polkovnik  Süleymaninin  əməliyyatlarda 
iştirakı  bütün  şəxsi  heyətdə  ruh  yüksəkliyi  yaradırdı, 
hamımız ürəklənirdik... Özü həmişə meydandaydı".
1
 
Şəhid  Süleymaninin  müşaviri  Həsən  Pəlarək  deyir: 
"1999-cu  ildə  Talibanın  hücum  etdiyinə  və  Əfqanıstanın 
tezliklə  süqut  edəcəyinə  dair  xəbər  gələn  kimi  səhər  saat 
8-də Əfqanıstana yola düşdü".
2
 
 
1
 “Hacı Qasim məktəbi” xüsusi buraxılışı, səh. 59. 
2
 Ettelaat qəzetinin xüsusi buraxılışı, 13 fevral 2020, səh. 49. 


 
98 
Livan  Hizbullahının  Baş  katibi  Seyid  Həsən  Nəsrullah 
deyir:  "O,  korpus  komandiri  idi,  Tehranda  oturub 
digərlərini  iş  dalınca  yollaya  bilərdi.  Sonra  onlarla  iclas 
keçirib sözlərini dinləyər, özü isə məsələn, hər altı aydan, 
bir  ildən  bir  Livana,  Suriyaya,  İraqa  və  digər  yerlərə 
gedərdi. Bəzi komandirlər belə edirlər. Ancaq Hacı Qasim 
məktəbi  əməliyyat  yerinə,  əməl  meydanına  getmək 
deməkdir.  1998-ci  ildə  onu  tanıyandan,  onunla 
əlaqələrimiz başlayandan çox az olub ki, biz onun yanına 
gedək.  Həmişə  o  gəlirdi.  Burada  bütün  qardaşları  görür, 
özü  birbaşa  döyüş  yerinə  gedir,  döyüşçü  və  mücahidlərin 
sözlərini dinləyirdi".
1
 
O,  əlavə  edir:  “Hacı  Qasim  həmişə  ölümün  ağzına 
girirdi,  ön  cəbhədəydi...  2006-cı  ilin  iyulunda,  otuz  üç 
günlük  müharibədə  Tehrandan  Dəməşqə  gəldi.  Oradan 
bizimlə  əlaqə  saxlayıb  dedi  ki,  Cənubi  Zahiyəyə  sizin 
yanınıza  gəlmək  istəyirəm.  Biz  dedik  ki,  bu,  mümkün 
deyil,  bütün  körpülər  vurulub,  yollar  bağlanıb,  İsrail 
qırıcıları  hər  bir  hədəfi  vururlar,  vəziyyət  çox  ağırdır, 
Zahiyəyə və Beyruta gəlmək mümkün deyil. O isə israrla 
dedi:  "Maşın  göndərməsəz,  özüm  yola  düşüb  gələcəm”. 
Nəhayət,  özünü  bizə  yetirdi  və  bütün  müddəti  yanımızda 
qaldı".
2
 
 
1
 “Hacı Qasim məktəbi” xüsusi buraxılışı, səh. 152. 
2
 Yenə orada, səh. 153. 


 
99 
Süleymani  deyir:  "Döyüşün  sonuna  qədər  qayıtmadım, 
otuz  üç  gün  bitənə  qədər  Livanda  qaldım,  ondan  sonra 
İrana döndüm".
1
 
Doktor  Nuri  əl-Maliki  deyir:  "İraqın  Baş  naziri 
vəzifəsindən  uzaqlaşandan  sonra  Dəyalinin  yuxarısındakı 
döyüş bölgələrinə getdim. İŞİD-lə bizim döyüşçülərimizin 
arasında  bir  bölgəyə  çatdıq.  İraq  ordusu  ilə  Həşd-şəbi 
qüvvələri  birlikdə  vuruşurdular.  Vəziyyət  təhlükəli  idi. 
Mənə  orada  çox  qalmağa  icazə  vermədilər,  çünki  daim 
atəşə  tutulurdu.  Bir  də  gördüm  ki,  Hacı  Qasim  maşından 
endi.  O,  düşmən  cəbhəsi  tərəfdən,  təmas  xəttindən 
gəlirdi...  O,  qardaşların  mənə  təhlükəli  olduğunu 
söylədikləri yerdən də öndəymiş".
2
 
Səkkizillik müharibə dövründə də eyni ruhiyyədəydi. O 
zaman  Sarəllah  diviziyasının  komandir  müavini  olmuş 
Mustafa  Müəzzinzadə  deyir:  "Kərbəla-1  əməliyyatında 
kəşfiyyatçı  uşaqların  biri  ilə  birgə  motosikletlə  düşmən 
mövqelərinin  içinə  getdi,  bölgənin  təmizlənməsini 
gözləmədi. Halbuki iraqlılar oraya səpələnmişdilər".
3
 
Müvəhhid  Əmiri  deyir:  "Kərbəla-5  əməliyyatında 
korpusun  Quru  Qoşunlarının  qərargahındaydım.  Bir  gün 
dostların  bir  neçəsi  ilə  birgə  növbəti  əməliyyat  yerini 
araşdırmaq  üçün  Bəsrənin  şərqinə  balıq  kanalına  getdim. 
Ora  əməliyyat  zonasının  dimdiyi  sayılırdı,  düşmən 
qüvvələri  ilə  cəmi  bir  neçə  metr  məsafəmiz  vardı.  Mən 
 
1
 Yenə orada, səh. 147. 
2
 Yenə orada, səh. 213. 
3
 Ettelaat qəzetinin xüsusi buraxılışı, 13 fevral 2020, səh. 11. 


 
100 
Hacı Qasimi orada görüb soruşdum: "Burada nə edirsiz?" 
Hacı  Qasim  dedi:  "Məgər  mənim  digər  uşaqlardan  nə 
fərqim var ki, arxada qalım?!"
1
  
İranın İordaniyadakı keçmiş səfiri Mustafa Müslihzadə 
deyir: "Qasim Süleymaninin ən mühüm xüsusiyyəti bu idi 
ki,  qarşı  tərəfdən  qorxmurdu,  bütün  təhdidlərlə  yanaşı  işə 
başlayırdı.  Əvvəlcə  düşmənin  irəliləməsini  dayandırır, 
sonra onlara məğlubiyyətlər yaşadırdı".
2
 
Süleymani  2019-cu  ilin  sentyabrında  İslam  İnqilabının 
Keşikçiləri  Korpusunun  komandirlərinin  toplantısında 
deyirdi: "Korpus təhlükəyə atılır, ancaq ağılla, düşüncə ilə. 
Korpus təhlükəyə girməkdən qorxsa, daha korpus olmaz... 
Əgər  korpus  qorxsa,  hamı  qorxar.  Korpusun  təhlili, 
cəsarəti  və  müqaviməti  hamıya  təsir  edir...  Korpus  sonu 
görünməyən  ağır,  qaranlıq,  naməlum  böhranlar  içindən, 
güclü  qorxu  və  vahimə  içindən  ən  böyük  imkanlar 
yaradır...  O,  müqəddəs  müdafiədən,  elə  nurlu  zirvədən 
“Müqəddəs hərəm müdafiəçisi” adlı başqa bir nur yaratdı 
və möhkəm dayandı... Korpus müqaviməti həm keyfiyyət, 
həm say baxımından gücləndirdi". 
Hacı  Qasim  Süleymani  deyirdi:  "Bir  dəfə  rəhbər  məni 
çağırdı,  işarə  ilə  yaxınlaşmağımı  istədi.  Yaxınlaşanda 
əlindəki kitabı açıb bir neçə şəhidin şəklini göstərdi: Şəhid 
Bakiri, Şəhid Baqiri və Şəhid Zeynəddin. Şəkillərin biri də 
mənimki idi. Mənə dedi ki, sizin şəklinizin digər şəkillərlə 
nə  əlaqəsi  var.  Cavanlıq  şəklim  olduğuna  görə  dedim  ki, 
 
1
 Yenə orada, səh. 27. 
2
 Təsnim xəbər agentliyi, 10 fevral, 2020. 


 
101 
biz həmyaşıd idik. Ağa buyurdu: "Onlar vəzifələrini yerinə 
yetirib  getdilər.  Allahın  məsləhəti  bu  idi  ki,  siz  qalıb 
onların  işlərindən  də  çətin  olan  işləri  görəsiniz.  Siz 
olmasanız, bu işləri kim görəcək?!" 
Dəyərli  Şəhid  Hacı  Qasim  Süleymani  korpus 
komandirlərinin  toplantısında  deyirdi:  "Korpusun  İmam 
Hüseynə  (ə)  çox  bənzərliyi  vardır.  Korpus  nurda 
yetişmişdi, özü də nur yetişdirdi. Dünən Şəhid Fəhmidəni 
yetişdirdi, bu gün ondan Şəhid Hücəci, Şəhid İsgəndəri və 
Şəhid Allahkərəm ərsəyə gəldi. Onlar hərəm müdafiəsində 
şəhidlər  sərvəri  Hüseyn  ibn  Əliyə  (ə)  ən  çox  oxşayan 
insanlar  idilər.  Qolu  kəsilənlərin,  gözü  çıxanların, 
parçalanmış  başların  korpusu...  Cavad  Allahkərəm,  Şəhid 
Hücəci  və  Hüseyn  İsgəndəri  qürbətdə  anasız-bacısız 
başlarını  verdilər...  Hücəcinin  bədəninin  yarısını çöllükdə 
başsız  və  yırtılmış  halda  topladıq...  Ağa  buyurmuşdu  ki, 
korpus  Kərbəla-5  əməliyyatında  Aşuranı  təcrübə  etdi... 
Balıq kanalının qərbi cəsədlə dolu idi. Gənclərin bədənləri 
bir-birinin üstünə düşmüşdü". 
O,  şəhid  yoldaşlarına  məktubunda  yazırdı:  "Əzizlərim! 
Mən  dəfələrlə  sizin  can  vermənizə  baxmışam,  yüzlərlə 
qətlgahınıza  tamaşa  etmişəm.  Mən  sizin  boğazınızın 
kəsilmə  xırıltısını  qulaqlarımla  eşitmişəm,  tank  tırtılları 
altında  qardaşlarınızın  əzilməsini  görmüşəm,  cəllad 
qamçısı  altında  "Xomeyni!  Xomeyni!"  fəryadınızı 
eşitmişəm.  Siz  məzlum  və  mənəvi  halda  can  vermisiz. 
Xuzistan və Kürdüstanda dabanlarınızın yarıqlarından hələ 
də  qan  axır.  Mən  hücum  və  əks-hücumlarda  yüzlərlə 


 
102 
minalanmış sahədə kabab olmuş bədənlərinizin qoxusunu 
duymuşam. O bədənlər bomba çuxurlarında həmişəlik yox 
oldu.  Qiyamətdə  bütün  ümidim  son  tanış  baxışa  və  vida 
öpüşünədir.  Ömrümün bu qış çağında onun istiliyini hələ 
də hiss edirəm. Mən sizin torpaqlarınızda bitmişəm, sizin 
qanınızla  suvarılmışam,  bütün  xidmət  tumurcuqlarımdan 
sizin qanınızın ətri gəlir. Qasim sizsiz Qasim deyil, sizinlə 
Qasim  oldu.  Mənim  həyatım  sizsiz  ölümdür  və  sizinlə 
ölüm mənə ləzzətli həyatdır". 
Onlar  cəsarət,  qeyrət,  qorxmazlıq,  müqavimət  və 
şəhadətsevərliklə  Qasimi  Qasim  etdilər.  Süleymani  o 
səhnələrin  hamısını  görüb  ciddi  qərara  gəldi  ki,  duruş 
gətirsin və dostlarının qanının İslamın qələbəsindən ibarət 
nəticəsini tamamlasın. 
Hacı  Qasim  Süleymani  bu  məktubu  Sarəllah 
diviziyasının  Sarəllah  ətirli  şəhidləri  olan  Xanəli, 
Məhəmməd,  Mahmud,  Mehdi,  Hüseyn  və  Seyid  Cavada 
yazmışdı. 
Həmçinin  diviziyasının  əsirlikdən  qayıtmış  döyüşçüsü 
Əhməd  Yusifzadəyə  yazır:  "Kirmanlı  olmağımla  fəxr 
edirəm;  düşmən  caynağında  "Səddama  ölüm"  qışqırıb 
İmam  Səccad  (ə)  məktəbindən  aldığı  dərsini  yaxşı 
öyrəndiyini  göstərən  Şahsuvari,  bədəninin  qamçıdan 
parçalanmış  ətləri  ütülənən  Əmir  Şahpəsəndi,  əsirlikdə 
əzəmət  yaratmış  Əhməd  Yusifzadə,  Zadxoş,  Müstəqimi, 
Həsəni və digər gövhərlərə görə". 
Onların hamısı son nəfəsinə qədər müqavimət göstərib 
düşmən  raketi  altında  parça-parça  olan  Süleymaninin 


 
103 
məktəbinin  şagirdləri  idilər.  O,  vəsiyyətnaməsində 
yazmışdı:  "Məni  Kirmanda  Hüseyn  Yusif-İlahinin  məzarı 
yanında  dəfn  edin  və  qəbrim  üstə  belə  yazın:  "Əsgər 
Qasim Süleymani". 
Artıq bütün dünya Hacı Qasim Süleymanini müqavimət 
şəhidi  bilir,  müqavimət  və  duruşu  o  əziz  şəhidin 
məktəbinin  xüsusiyyətlərindən  sayır.  Özü  deyirdi  ki, 
Allahın  saleh  bəndəsi  olan  Böyük  Xomeyninin  əsgəridir. 
İmamı  əziz  Xamenei  də  buyurur:  "O,  İslamın  və  İmam 
Xomeyni məktəbinin nümunəvi yetirmələrindən idi". 


 
104 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin