Qasim Süleymani məktəbi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə21/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   ...   15   16   17   18   19   20   21   22   23
hacqasem

16 
Kitab v
ə mütaliə sevgisi 
Kitab və mütaliə sevgisi insanın bariz üstünlüklərindən 
biridir. 
İmam  Xamenei  4  iyun  1999-cu  ildə  buyururdu: 
"Mənim  araşdırdığım  və  xatırladığım  qədərincə,  dünya 
liderlərində  mövcud  olmuş  üstün  xüsusiyyətlərin  əksəri 
İmam  Xomeynidə  cəm  olmuşdu.  O,  həm  ağıllı  idi,  həm 
uzaqgörən;  həm  ehtiyatlı  idi,  həm  düşməni  tanıyan;  həm 
dosta güvənirdi, həm də düşmənə qətiyyətli cavab verirdi. 
Belə  həssas  bir  vəzifədə  Allahı  və  vicdanını  razı  salmaq 


 
105 
üçün  lazım  olan  bütün  xüsusiyyətlər  bu  kişidə 
toplanmışdı". 
Rəhbər  düşünürdü  ki,  İmam  Xomeyni  fiqh  və  üsul 
elmlərində  yenilik  adamıydı.  Onun  Qumdakı  dərsi  birinci 
fəlsəfə  dərsi  olmuşdur.  O,  həm  də  əxlaq  müəllimi  idi. 
İmam Xomeyni Fəqihin  rəhbərliyi nəzəriyyəsini  bugünkü 
dünyanın,  mövcud  ideologiyaların  yeni  və  tükənməz 
üfüqlərinə  baxışla  qələmə  almış,  əsaslandırmışdı.  O, 
mütaliə və qələm əhli idi. 
İmam  Xamenei  buyurur:  "İslam  inqilabının  memarı 
keçmiş hərəkatların tarixini diqqətlə oxuyub araşdırmışdı, 
inqilabı qorumaq üçün bu təcrübələrdən istifadə edirdi". 
Məcid Zamanpur "İmam Xomeyninin kitab və mütaliə 
macəraları"  kitabında  yazır:  "Ağanın  dostları  deyirlər: 
"Dəfələrlə olub ki, səhərdən günortaya qədər otaqda onun 
yanında  oturmuşuq.  O  isə  bir  söz  belə  söyləmədən  kitab 
oxuyub".  Mütaliəni  sevirdi.  O  qədər  mütaliə  edirdi  ki, 
gözləri yorulurdu. Bəzən altı saat dayanmadan oxuyurdu". 
Höccətül-İslam  Seyid  Mahmud  Duayi  2008-ci  ildə 
demişdi:  "İmam  mütaliə  adamı  idi,  kitab  oxumağı  çox 
sevirdi". 
İmam  Xomeyni  1988-ci  ildə  yazmışdı:  "Elm  və 
məlumat  dolu  həyat  o  qədər  şirin,  kitab  və  qələmlə 
ünsiyyət  o  qədər  xatirəli  və  qalıcıdır  ki,  bütün  acı  və 
uğursuzluqları yaddan çıxarır". 
Şəhid Süleymani məktəbində də kitab oxumaq mühüm 
qaydalardan  sayılır.  Onun  özü  mütaliəçi  idi  və  mütaliəyə 
həvəsləndirirdi. O, tarixi, əxlaqi, dini və təfsir kitablarını, 


 
106 
müharibənin  şifahi  tarixi  barədə  yazılmış  əsərləri  daim 
oxuyur,  öz  qeydləri  ilə  onları  təbliğ  edir,  mütaliəsinə 
həvəsləndirirdi. 
“Radio”,  “409-cu  batalyon”,  “Mən  sağam”,  “Ay 
batanda”  kitablarına,  Kirman,  Sistan  və  Bəlucistan  və 
Hürmüzqan  vilayətlərinin  şəhidlərinin  anım  konfransının 
kitablarına  qeydləri  Süleymaninin  kitab  və  mütaliə 
sevgisinə nümunələrdir. 
Şəhid  Süleymani  Şəhid  Hacı  Əli  Məhəmmədipurun 
həyatı  barədə  yazılmış  kitabın  müəllifi  Məhəmmədrza 
Bayramiyə  məktubunda  yazırdı:  "Mən  barəsində 
yazdığınız bu şəhidi illər öncədən tanıyıram. Biz bir yerdə 
böyümüşük,  birlikdə  müharibəyə  getmişik,  birlikdə 
vuruşmuşuq,  əməliyyatlarda  iştirak  etmişik...  Mən 
səhərəcən oturub sizin kitabınızı oxuyub ağlamışam. Sizin 
əllərinizdən  öpürəm.  Ancaq  bizim  şəhidlərimiz  yetərincə 
böyükdürlər,  onların  barəsində  mübaliğə  etmək  lazım 
deyil". 
İslam Təbliğatı Komitəsinin İncəsənət şöbəsinin keçmiş 
sədri  Möhsün  Mömini  deyir:  "Süleymani  şəhidlər  barədə 
kitab  yazmağın  əhəmiyyətini  24-25  il  öncə  başa  düşüb 
şəhid  dostları  üçün  kitab  yazılmasına  çalışırdı...  Hacı 
Qasim Əli Xoşləfzin xatirələrini oxumuşdu. Deyirdi ki, bu 
kitabı  Bağdaddan  Kürdüstana  gedəndə  oxumuşam.  Yəni 
bizim komandirimiz belə şəraitdə də kitab oxuyurdu". 
Süleymani deyirdi: "Əl-Qarat" kitabını mütləq oxuyun. 
Onu  oxusaq,  Əli  ibn  Əbu  Talib  (ə)  hökumətinin  davamı 
olan bu hökumət barədə daha şüurlu şəkildə, fərd və qrup 


 
107 
maraqlarından  uzaq  halda  fikir  bildirər,  onu  müdafiə 
edərik". 
O,  2018-ci  ildə  Bəsic  həftəsində  çıxış  edərkən  deyirdi: 
"Mən xahiş edirəm İmam Əlinin (ə) dördillik hakimiyyəti 
barədə  yazılmış  kitabları  oxuyun...  Çox  yaxşı  olar  ki,  bu 
kitabları  oxuyaq,  onun  söz  və  tapşırıqlarıyla  tanış  olaq. 
Mən  cənab  Dəvvaninin  yazdığı  "Kufə  və  onun  ilk  İslam 
əsrlərində  rolu"  kitabını  oxumağı  tövsiyə  edirəm.  Qalın, 
amma  mühüm  kitabdır.  Müəllifin  atası  mərhum  Əli 
Dəvvani  də  mühüm  tarixçi  olub,  ona  çox  gözəl 
müqəddimə yazıb. Mən bu kitabı diqqətlə oxumuşam. Bu 
mövzuda başqa kitablar da mütaliə etmişəm...” 
Süleymani  həmçinin  2014-cü  ilin  Müqəddəs  müdafiə 
həftəsində çıxışında deyirdi: "Mən müharibəni yaşamış və 
yaşamamış adamların hamısına müqəddəs müdafiə barədə 
kitabları  oxumağı  tövsiyə  edirəm.  Bəlkə  də  ən  güclü 
tərbiyə  amilləri  bu  kitablardadır.  Görürsünüz  ki,  Böyük 
Rəhbər ən çox müqəddəs müdafiə kitablarını tərifləyir və 
tövsiyə edir. Bəlkə bu barədə çap olunmuş az kitab var ki, 
o  oxumasın,  barəsində  qeyd  yazmasın.  Çünki  bu 
kitablarda çox təsirli amillər vardır". 
İmam  Xamenei  29  oktyabr  1999-cu  ildə  buyururdu: 
"Vaxtım  çox  olmasa  da,  müqəddəs  müdafiə  barədə 
yazılmış  kitabların  bir  çoxunu  oxuyuram.  Özüm  üçün  də 
faydalıdır.  Bu  kitabları  oxuyun,  dəyərli  gənclərin  həyatını 
öyrənin". 
O,  13  dekabr  2016-cı  ildə  buyururdu:  "Mən  müqəddəs 
müdafiə  dövrünün  şəhid  və  veteranları  barədə  yazılmış 


 
108 
kitabları oxumanızı tövsiyə edirəm. Həm şirin və maraqlı 
kitablardır,  həm  də  sizi  bir  çox  məsələlərlə  tanış 
edəcəkdir". 
Dahi  Rəhbər  7  oktyabr  2013-cü  ildə  buyururdu: 
"İnqilab  tarixinin,  müqəddəs  müdafiə  tarixinin  bu 
nailiyyətlərini  öyrənin.  Bunları  çox  uca  tutmaq  lazımdır. 
Xalq arasında da yayılmalıdır... Düzgün tarix bunlardır, bu 
kitablardır.  Bunların  gənclərə  çatması  üçün  əlinizdən 
gələni edin". 
Şəhid Hacı Qasim Süleymani İmam Xomeyni və İmam 
Xamenei  kimi  kitab  təbliğatçısıdır,  müqəddəs  müdafiə 
kitablarını oxumağı tövsiyə edir. 
O, “Radio” kitabına qeydində yazır: "Ağır və həyəcanlı 
əməliyyatdan  belə  dəyərli  və  çox  təsirli  xatirə  bu  qədər 
sadə  şəkildə  çatdırılmamalıdır.  Radio  mövzusunun  özü 
bütün  nəsillərə  ən  gözəl  və  maraqlı  roman  ola  bilər. 
Müharibələrin  əsir  və  dustaqlarının  adətən,  siqaret  və 
unutdurucu  narkotik  maddələr  axtardığı  halda  Ruhullah 
Xomeyninin 
mənəvi  övladları  onun  düşüncələrini 
öyrənməyə,  ruhlarının  onun  yolunda  duruş  gətirməsinə 
çalışırlar...  Bu,  bir  inqilab  liderinin  çox  ağır  bir  şəraitdə 
gənc və yeniyetmələr üzərində təsirini göstərir". 
Həmçinin  iyirmi  üç  yeniyetmə  əsir  barədə  yazılmış 
kitab  haqda  yazırdı:  "Əziz  Əhməd,  kitabını  oxuyanda 
özümdən  asılı  olmadan  gözlərim  önündə  əsirlik  səhnəsi 
təcəssüm  olundu,  həzrət  Zeynəbin  əsirliyini  xatırlayıb 
ağladım". 


 
109 
O  əziz  şəhid  əsirlikdən  qayıtmış  Məsumə  Abada 
məktubunda "Mən sağam" kitabı barədə yazırdı: "İnşallah, 
kitabını  bütün  dillərə  tərcümə  etdirəcəyəm  ki,  kənizi 
Məsumənin  belə  məsum  olduğu  halda  Peyğəmbər  qızı 
Zeynəbin necə olduğunu hamı bilsin". 
Onun  bu  baxışı  İmam  Xameneinin  baxışından  irəli 
gəlirdi.  Böyük  Rəhbər  2013-cü  ildə  buyururdu:  "Sizin 
kitablarınız  tərcümə  olunsa,  çox  oxucu  toplayar. 
Beynəlxalq  oxuculara  çox  əhəmiyyətli  yanaşın.  Siz 
müqəddəs  müdafiəyə  və  ya  əsirlərə  aid  şifahi  xatirələri 
ingiliscəyə,  ispancaya,  yaxud  bu  tərəfdən,  urdu  dilinə 
tərcümə  etsəniz,  bilirsiniz  dünyada  nə  baş  verər?!  Bir 
mədəniyyətin  təbliği  üçün  bu  qədər  zəhmət  çək,  adam 
yetişdir,  filan  yerə  göndər,  gedib  öhdəsindən  gələlər, 
yaxud gəlməyələr... Ancaq siz bu işi kitab vasitəsilə görə, 
bütün dünyanı əhatə edə bilərsiniz. Necə ki digərləri bu işi 
görmüşlər... Çalışın, bunları digər ölkələrdə də yayın". 
Süleymaninin iki inqilab imamı kimi İranda və dünyada 
mütaliəyə  həvəsləndirməsi  müqavimət  cəbhəsinin  bu 
beynəlxalq  şəhidinin  həyatında  böyük  əzəmətdən  xəbər 
verir. 
Süleymaninin  mütaliəsi  bütün  sahələri  əhatə  edirdi: 
tarixi,  əxlaqi,  fiqhi  və  təfsiri  kitablardan  roman  və 
povestlərə  qədər;  Quran,  Nəhcül-bəlağə,  Səhifeyi-
Səccadiyyə  kitablarının  tərcümə  və  təfsirlərindən  qeydlər 
götürməkdən  kolumbiyalı  yazıçı  Qabriel  Qarsiya 
Markesin kitablarını oxumağa qədər. 


 
110 
Bu dəyərli şəhid 9 iyul 2019-cu ildə "Qırxillik inqilab" 
kitabına yazdığı qeyddə özünün dərin elmi və dini baxışını 
ortaya  qoymuşdur:  "Bu  kitab  İslamın  dövlət  idarəçiliyi 
bacarığının  bir  qismini  göstərir.  Əgər  imkan  versəydilər, 
bu dəyərli irs - fəqih rəhbərliyinin Quran hakimiyyəti tam 
həyata  keçsəydi,  o  zaman  Quranın  və  dinin  möcüzəsini 
daha aydın görərdilər". 
Süleymani 
məktəbində  beşikdən  qəbrədək  elm 
öyrənmək  mədəniyyəti  praktik  formada  görünür.  O, 
şəhadətindən  üç-dörd  gün  öncə  ofisindəki  dostlarından 
birinə  demişdi  ki,  Ayətullah  Cavadi  Amuli,  Ayətullah 
Misbah  Yəzdi,  Ayətullah  Məzahiri, Ayətullah  Meşkini  və 
Ağa  Müctəba  Tehraninin  əxlaq  dərslərinin  kaset  və 
disklərini əldə etsin. 
O, əxlaq və irfan kitablarını olduqca çox mütaliə edirdi. 
Həmişə tövsiyə edirdi ki, İmam Xomeyninin “Qırx hədis” 
və  “Namazın  sirləri”  kitablarını  mütaliə  edək.  Dostlarına 
və şəhid övladlarına ən dəyərli hədiyyəsi kitab olurdu. 


 
111 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin