Qasim Süleymani məktəbi



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix20.04.2022
ölçüsü0,92 Mb.
#55826
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
hacqasem

10 
D
əyərləri müdafiə 
Dəyərlər  etiqad  sistemində  və  insanın  əməllərində  ən 
mühüm  və  əsaslı  amil  sayılır.  İnsanın  qəbul  etdiyi  dəyər 
onun üçün məqsədə çevrilir. 
İmam  Xomeyni  məktəbində  imperializmə  qarşı 
mübarizə,  inqilabçılıq,  ədalətsevərlik,  dəbdəbədən  uzaq 
durmaq,  dövlət  məmurlarının  sadə  yaşaması,  əxlaqi 
sekulyarizm  və  özbaşınalığın  inkarı,  dünya  məzlumlarını 
müdafiə,  düşmənə  qarşı  müqavimət,  əxlaqi  fəzilətlərin, 
birliyin,  bərabərliyin,  qardaşlığın  təbliği,  siyasi  asılılığın 
inkarı,  ayıqlıq,  düşməni  tanıma  və  təqva  qəbul  olunmuş 


 
62 
dəyərlərdəndir.  Onları  yaymalı,  qorumalıyıq.  İmam 
Xomeyni 
dəyərlər  məsələsinə  Fəqihin  rəhbərliyi 
mövzusunu  açıqlayarkən  aydınlıq  gətirmişdir.  Həmin 
baxış Şəhid Süleymani məktəbində də görünür. 
İmam  Xamenei  04/06/04  tarixində  buyururdu: 
"Vilayəti-fəqih  (Fəqihin  rəhbərliyi)  quruluşun  idarə 
olunduğu,  sağa-sola  yayınmanın  qarşısının  alındığı 
mərkəzdir.  Fəqihin  rəhbərliyi  məsələsində  əsas  olan 
budur". 
O, eyni çıxışında buyururdu: "Quruluşun ali məqsədlərə 
doğru ümumi hərəkətini qorumaq, ona nəzarət etmək fəqih 
rəhbərliyinin ən mühüm, ən əsaslı roludur". 
General-polkovnik  Hacı  Qasim  Süleymani  belə 
düşünürdü:  "Kim  inqilab  prinsiplərinə  sadiqdirsə,  onun 
əlini öpürük. Hamımız birlikdə onun əlini öpürük. İnqilab 
prinsipləri  rəhbərliyə  diqqətdir,  Fəqihin  rəhbərliyi 
prinsipini qəbul etməkdir".
1
 
O,  vəsiyyətnaməsində  yazır:  "İslam  dünyasının  həmişə 
rəhbərliyə  ehtiyacı  var;  şəriət  və  fiqh  nöqteyi-nəzərindən 
məsum  tərəfindən  təyin  olunan  və  məsuma  birləşən 
rəhbərliyə.  Yaxşı  bilirsiniz  ki,  dünyanı  silkələmiş  və 
İslamı dirçəltmiş ən pak din alimimiz, yəni böyük və pak 
Xomeynimiz  fəqih  rəhbərliyini  ümmətin  yeganə  xilas 
nüsxəsi adlandırmışdır. Ey ona şiə kimi dini baxımdan, ya 
da sünni  kimi əqli  baxımdan  inananlar! Hər  bir ixtilafdan 
uzaq  halda,  İslamın  xilası  naminə  vilayət  çadırını  tərk 
etməyin.  Çadır  peyğəmbər  çadırıdır.  Dünyanın  İslam 
 
1
 Fəkkə jurnalı, say: 202, səh. 35. 


 
63 
Respublikasına  qarşı  düşmənlikdə  əsas  planı  bu  çadırı 
yandırmaq,  uçurmaqdır.  Onun  ətrafında  olun.  And  olsun 
Allaha!  And  olsun  Allaha!  And  olsun  Allaha!  Bu  çadır 
xəsarət  alsa,  Allahın  müqəddəs  evi,  Allah  rəsulunun  evi 
olan  Mədinə,  Nəcəf,  Kərbəla,  Kazimeyn,  Samərra  və 
Məşhəd qalmaz, Quran xəsarət alar". 
Süleymani  vəsiyyətnaməsinin  davamında  belə  qeyd 
edir:  "Mənim  əziz  iranlı  qardaş  və  bacılarım!.. 
Prinsiplərinizi qoruyun. Prinsiplər fəqih rəhbərdir, xüsusən 
bu dahi məzlum, dində, fiqhdə, irfanda və mərifətdə öncül 
şəxsdir.  Əziz  Xameneini  canınızın  əzizi  bilin,  hörmətini 
müqəddəslərin hörməti sayın". 
O,  Kirman  əhalisinə  müraciətlə  deyir:  "Kirmanın 
sonadək vilayətə sadiq qalmasını istəyirəm. Bu vilayət Əli 
ibn  Əbu-Talibin  vilayəti,  bu  çadır  Fatimə  Hüseyninin 
çadırıdır. Onun başına dolanın". 
Dövlət məmurlarına isə  belə müraciət edir: "Bir olmaq 
istəyirsinizsə,  birliyin  şərti  prinsiplər  üzərində  açıq 
konsensusa  gəlməkdir.  Prinsiplər  bir  neçə  əsas məsələdən 
ibarətdir.  Birincisi  vilayəti-fəqihə  əməli  etiqaddır;  yəni 
onun  nəsihətlərini  eşidin,  dini  və  elmi  təbib  kimi  etdiyi 
tövsiyə və tapşırıqlarına ürəkdən əməl edin". 
Bu əziz şəhid din alimlərinə və dəyərli müctəhidlərə isə 
belə  vəsiyyət  edir:  "İslam  respublikası,  dəyərlər  və 
vilayəti-fəqih  İmam  Xomeyninin  irsləridir.  Bunlar  ciddi 
şəkildə dəstəklənməlidir. Mən həzrət Ayətullah Xameneini 
çox  məzlum  və  yalqız  görürəm.  Onun  sizin  köməyinizə, 
dəstəyinizə  ehtiyacı  var.  Siz  böyük  alimlər  sözlərinizlə, 


 
64 
görüşlərinizlə, 
dəstəklərinizlə 
cəmiyyətə 
mesaj 
verməlisiniz". 
Hacı Qasim Süleymani 2010-cu ildə Xanuq şəhidlərinin 
anım  mərasimində  deyirdi:  "Mən  heç  bir  partiya  və 
cinahın  üzvü  deyiləm,  İslama  və  inqilaba  xidmət 
edənlərdən  başqa  heç  bir  tərəfə  təmayülüm  yoxdur...  Şiə 
alimlərinin  hamısını  yaxından  tanıyıram...  And  olsun 
Allaha!  Allah  şahiddir  ki,  bütün  bu  ruhanilərin  birincisi 
Ayətullah Xameneidir". 
O deyir: "Əgər bütün dünya alimləri bir tərəfdə, Böyük 
Rəhbər  bir  tərəfdə  olsa,  heç  şübhəsiz,  İmam  Xameneinin 
tərəfinə gedərəm".
1
 
O  deyirdi:  "Bu  gün  nəyimiz  varsa,  inqilabdan  və 
imamdandır. Biz bu ümumi başucalığını imamın xəttinə və 
onun  Böyük  Rəhbər  tərəfindən  davam  etdirilməsinə 
borcluyuq.  Bu  rəhbərdən  qiymətli  bir  sərvət  yoxdur.  Bu 
sərvət  başqa  heç  bir  sərvətlə  müqayisəolunası  deyil. 
Ölkədə  Böyük  Rəhbərin  siyasətlərinin  ziddinə  bir  söz 
deyilməməlidir.  Əgər  deyilsə  və  ona  etiraz  edilməsə,  biz 
də günahına şərik olarıq". 
Süleymani məktəbini bu baxış formalaşdırmışdır. Şəhid 
Süleymaninin  dəyərləri,  fəqihin  rəhbərliyini,  konkret 
olaraq,  İmam  Xameneini  müdafiə  etməsi  İmam  Xomeyni 
məktəbindən,  İslam  respublikasının  banisinin  baxışından 
götürülmüşdür. 
İmam Xomeyni 11/01/88 tarixində öz əzizi Xameneiyə 
məktubunda  yazmışdı:  "İslam  və  İslam  əsaslarına  bağlı 
 
1
 Qardaş Qasim, səh. 28. 


 
65 
olan dostlar arasında nadir şəxslərdən olub günəş kimi işıq 
saçırsınız". 
Süleymani  İmam  Xameneiyə  və  fəqih  rəhbərliyinə 
məhz  İmam  Xomeyninin  bu  baxışıyla  baxır.  İslam 
İnqilabının  Böyük  Rəhbəri  də  Süleymaninin  əzəmətinə, 
mənəvi  məqamına  və  ayıqlığına  görə  ona  məktubunda 
yazırdı:  "Döyüş  yerində  olduğunuza  görə  necə  narahat 
olduğum  barədə  bir  söz  demirəm,  ancaq  bilin  ki, 
narahatam". 
Süleymani həmin məktubun cavabında yazırdı: "Mənim 
dəyərsiz  canım  sizin  narahatlığınıza  dəyməz.  Mənim 
canım sizin dəyərli canınıza min dəfə qurban olsun!" 
Süleymaninin  ustadı  İmam  Xomeyni  belə  düşünürdü: 
"Əgər  bu  iki  xüsusiyyətə  (ilahi  qanun  barədə  elm  və 
ədalətə) sahib olan layiqli bir şəxs ayağa qalxıb  hökumət 
qursa,  cəmiyyətin  idarəsində  Allah  rəsulunun  (s) 
vilayətinə  yiyələnər  və  bütün  insanların  ona  itaəti  vacib 
olar".
1
 
Süleymani  məktəbi  İmam  Xomeyni  kimi  dəyərləri  və 
amalları  müdafiəyə  qalxır.  Süleymani  canını  İmam 
Xomeyninin 
buyurduğu 
dəyərlərdən 
olan 
fəqih 
rəhbərliyinə və dövrünün fəqih rəhbərinə min dəfə qurban 
verməyə hazırdır. 
 
1
 Fəqih Rəhbərin səlahiyyətləri, səh. 33. 


 
66 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin