4.5.36. Stiloskopiya müəyyən qaydada razılaşdırılmış metodik göstərişlərin və ya təlimatların tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.
4.5.37. Qaynaq birləşmələrinin termiki emalının yerinə yetirilmə keyfiyyətini yoxlamaq məqsədilə qaynaq birləşməsinin metal tikişinin bərkliyi ölçülür.
4.5.38. İstiliyə davamlı perlit və martensit-ferrit sinfinə aid poladlardan yerinə yetirilən qaynaq birləşmələrinin tikişlərinin metalı NS-də müəyyən olunmuş üsullarla və həcmdə bərkliyi ölçülməlidir.
4.5.39. Yoxlama qaynaq birləşmələrindən hazırlanmış nümunələr üzərində mexaniki xassələrin yoxlanması, kristallararası korroziyaya qarşı möhkəmliyin sınaqdan keçirilməsi və qaynaq birləşmələrinin metalloqrafik tədqiqatı aparılmalıdır.
Yoxlama qaynaq birləşmələri tutumun möhkəmliyini (obeçaykaların uzununa tikişi, qabarıq diblərin düz xətli və meridian tikişləri), eləcə də uzununa tikişləri olmayan tutumların halqavari tikişlərinin möhkəmliyini müəyyən edən, uc-uca qaynaq birləşmələrindən birini əks etdirməlidir.
Yoxlama qaynaq birləşmələri nəzarət olunan istehsal qaynaq birləşmələri ilə (markasına, təbəqənin qalınlığı və ya boruların ölçüsünə, kənarların kəsilmə formasına, qaynaq üsuluna, qaynaq materiallarına, tikişin vəziyyətinə, qızdırılma rejimi və temperaturuna, termiki emala görə) tam oxşar olmalıdır və eyni qaynaqçı tərəfindən, eyni qaynaq avadanlığı ilə yoxlanan istehsal birləşməsi ilə eyni zamanda qaynaq olunmalıdır. Çoxlaylı tutumların halqavari tikişləri üçün yoxlama qaynaq birləşmələri bu tutumların hazırlanmasına aid NS-lə müəyyən olunur.
Əgər Qaydaların tələblərinə uyğun olaraq qaynaq texnologiyasının attestasiyası keçirilibsə, ixtisaslaşdırılmış müəssisənin razılığı üzrə yoxlama qaynaq birləşmələrinin mexaniki sınaqlarını yerinə yetirməməyə icazə verilir.
4.5.40. Mexaniki xassələrin yoxlanması, kristallararası korroziyaya qarşı dayanıqlığın sınaqdan keçirilməsi və metalloqrafik tədqiqat üçün təyin olunmuş yoxlama birləşmələrin (plastinlərin) qaynağı zamanı plastinləri qaynaq olunan elementlərə elə yaxınlaşdırmaq lazımdır ki, yoxlama plastinlərin tikişi qaynaq olunan məhsulun qaynaq tikişinin davamı olsun.
Üzərinə plastinləri yapışdırmaq mümkün olmayan tutumun elementlərinin birləşmələrini yoxlamaq üçün yoxlama plastinlərin qaynağı yoxlanan uc-uca birləşmələrin qaynağının bütün şərtlərinə mütləq riayət etməklə onlardan ayrılıqda yerinə yetirilə bilər.
4.5.41. Tutumların avtomatik (mexaniki) qaynağı zamanı hər bir tutuma bir yoxlama birləşmə qaynaq edilməlidir. Əgər bir iş növbəsi ərzində bir texnoloji proses üzrə bir neçə eynitipli tutum qaynaq olunursa, bu növbədə qaynaq olunan bütün tutum partiyası üçün bir yoxlama birləşməni yerinə yetirməyə icazə verilir. Bir neçə qaynaqçı tərəfindən əl ilə tutumların qaynağı zamanı onların hər biri hər tutum üçün bir ədəd yoxlama birləşmə qaynaq etməlidir.
4.5.42. Tutumların seriyalı istehsalında uc-uca qaynaq birləşmələrinin ultrasəs defektoskopiyası və radiasiya yoxlama üsulu ilə 100% yoxlanması lazım olan halda hər qaynaq növü üçün bütün tutum partiyasına bir ədəd yoxlayıcı qaynaq birləşmə yerinə yetirməyə icazə verilir. Belə halda təyinatına və tipinə görə, eyni növlü metal məhsuldan (lövhə, boru, döymədən və s.) hazırlanmasına görə, eyni metal markalı, kənarları eyni forma kəsikli, vahid texnoloji
proses üzrə hazırlanmış və bir termiki emala uğradılan və əgər yığım-qaynaq işləri, termiki emalı və yoxlama əməliyyatları üzrə bütün məhsulların hazırlanma dövrü üç aydan artıq deyilsə, bu tutumları bir partiyada birləşdirmək olar.
4.5.43. Uc-uca tikişli boru elementlərin qaynaq birləşmələrinin keyfiyyəti yoxlanan zaman birləşmələrin mexaniki xassələrini sınaqdan keçirmək üçün boruların qaynağı ilə eyni zamanda, eyni istehsal şəraitində yoxlama uc-uca birləşmələr hazırlanmalıdır. Yoxlama uc-uca birləşmələrin sayı hər qaynaqçının qaynaq etdiyi eynitipli birləşmələrin ümumi sayının 1%-ni təşkil etməlidir, lakin bu rəqəm hər qaynaqçıya düşən bir ədəd uc-uca birləşmədən az olmamalıdır.
4.5.44. Bütün hallarda yoxlama birləşmələrin qaynağı tutumlarda nəzarət olunan qaynaq birləşmələri yerinə yetirən qaynaqçılar tərəfindən həyata keçirilməlidir.
4.5.45. Yoxlama birləşmələrin ölçüləri onlardan, nəzərdə tutulmuş bütün növ mexaniki sınaqların, kristallararası korroziyaya qarşı dayanıqlığı sınamaq üçün, metalloqrafik tədqiqatlar aparmaq üçün, eləcə də təkrar sınaqlar keçirmək üçün lazımi sayda nümunə kəsməyə kifayət etməlidir.
4.5.46. Yoxlama qaynaq birləşmələri bütün uzunluq boyunca ultrasəs defektoskopiyası və radiasiya yoxlama üsulu ilə yoxlanmalıdır.
Əgər yoxlama birləşmədə yol verilməyən qüsurlar aşkar edilirsə, o zaman bu birləşməyə aid, defektoskopiyaya uğradılmayan bütün istehsal qaynaq birləşmələri bütün uzunluğu boyunca dağıdıcı olmayan yoxlama üsulu ilə yoxlanmalıdır.
4.5.47. Mexaniki sınaqlar, yoxlanılan uc-uca qaynaq birləşmələrinin mexaniki xassələrini “Qaydalar”ın və texniki şərtlərin tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə aparılmalıdır.
Mütləq (hökmən) aparılmalı olan mexaniki sınaq növləri:
statik dartılma – bütün qrup tutumlar üçün (bax cədvəl 5);
statik əyilmə və ya əzilmə (yastılanma)- bütün qrup tutumlar üçün;
zərbədən əyilmə - 5 MPa (50 kqq/sm2)-dan yuxarı təzyiqdə və ya 450oC-dən yüksək temperaturda işləmək üçün təyin olunmuş və qaynaq zamanı közərməyə meylli poladlardan hazırlanmış tutumlar üçün (əlavə 4);
zərbədən əyilmə - -20 oC-dən aşağı temperaturda işləmək üçün təyin olunmuş 1, 2, 3-cü qrup tutumlar üçün.
Qaynaq birləşmələrinin zərbədən əyilməyə sınağı 3-cü bənd üzrə 20oC tempera- turda, divarının qalınlığı 12 mm və daha çox olan tutumlar və onların elementləri üçün,
4-cü bənd üzrə isə işçi temperaturda keçirilir.
Əgər Qaydaların tələblərinə uyğun qaynaq texnologiyasının istehsal attestasiyası keçirilmişdirsə, o zaman ixtisaslaşdırılmış müəssisələrlə razılığa görə yoxlama qaynaq birləşmələrini mexaniki sınaqlardan keçirməməyə icazə verilir.
4.5.48. Hər bir yoxlanılan uc-uca qaynaq birləşməsindən kəsilməlidir: statik dartılmaya sınamaq üçün iki nümunə;
statik əyilməyə və əzilməyə sınamaq üçün iki nümunə; zərbədən əyilməyə sınamaq üçün üç nümunə.
4.5.49. Tutumların şərti keçid diametri 100 mm-dən az və divarının qalınlığı 12 mm-dən az olan boru elementlərinin yoxlama uclarının statik əyilməyə sınağı əzilməyə sınağı ilə əvəz edilə
bilər.
Dostları ilə paylaş: |