Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi


Qoruyucu klapanın keçirmə (buraxma) qabiliyyəti NS-ə uyğun olaraq müəyyən edilir. 5.5.11



Yüklə 0,57 Mb.
səhifə33/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   ...   76
daq-meden-

5.5.10. Qoruyucu klapanın keçirmə (buraxma) qabiliyyəti NS-ə uyğun olaraq müəyyən edilir.

5.5.11. Qoruyucu qurğular pasport və istismar təlimatı ilə birlikdə istehsalçı tərəfindən tədarük olunmalıdır.

Pasportda digər məlumatlarla yanaşı sıxılan və sıxılmayan mühitlər üçün klapanın sərf əmsalı, eləcə də aid olduğu səth göstərilməlidir.



5.5.12. Qoruyucu qurğular birbaşa tutuma birləşdirilmiş borucuqlarda və ya boru xətlərində quraşdırılmalıdırlar.

Qoruyucu qurğuların birləşdirici boru xətləri (daxil olan, çıxan və drenaj) onların içərisindəki işçi mühitin donmasından mühafizə olunmalıdır.

Bir borucuqda (boru xəttində) bir neçə qoruyucu qurğu quraşdırılarkən borucuğun eninə en kəsiyinin sahəsi onun üzərində quraşdırılmış klapanların kəsiklərinin cəmi sahəsinin 1,25-dən az olmamalıdır.

Uzunluğu 1000 mm-dən çox olan birləşdirici boru xətlərinin kəsiyi müəyyənləşdirilərkən onların müqavimətinin qiymətini də nəzərə almaq lazımdır.

Üzərində qoruyucu qurğular quraşdırılan qol borulardan işçi mühitin götürülməsinə (və

tutumdan klapanlara qədər birləşdirici boru xətləri olan sahədən) yol verilmir.


5.5.13. Qoruyucu qurğular onlara rahat xidmət edilə bilən əlverişli yerdə yerləşdirilməlidir.
5.5.14. Tutumla qoruyucu qurğu arasında, eləcə də onun arxasında bağlayıcı armaturun
quraşdırılmasına icazə verilmir.
5.5.15. Armatur qoruyucu qurğudan əvvəl (sonra) quraşdırıla bilər, bu şərtlə ki, iki

qoruyucu qurğunun və bloklayıcının qurulması onların eyni zamanda söndürülməsini (ayrılmasını) istisna etsin. Bu halda onlardan hər biri Qaydaların 5.5.9-cu bəndində nəzərdə tutulmuş keçirmə (buraxma) qabiliyyətinə malik olmalıdır.

Qoruyucu qurğular qrup şəklində qurulanda və armatur onlardan əvvəl (sonra) quraşdırılan zaman blokirovka elə yerinə yetirilməlidir ki, layihədə istənilən nəzərdə tutulmuş variantda açılan klapanlar olan zaman qoruyucu qurğuların ümumi (toplanmış) keçirmə qabiliyyəti Qaydaların 5.5.9 bəndində nəzərdə tutulana bərabər olsun.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin