Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi



Yüklə 0,57 Mb.
səhifə34/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   76
daq-meden-

5.5.16. Qoruyucu qurğuların çıxış boru xətləri və impuls qoruyucu qurğuların (İQQ) impuls xətləri kondensatın toplana biləcəyi yerdə kondensatın kənarlaşdırılması üçün drenaj qurğuları ilə təchiz olunmalıdır.

Drenaj boru xətlərində bağlayıcı orqanların və ya başqa armaturun quraşdırılmasına yol verilmir. Qoruyucu qurğulardan və drenajdan çıxan məhsullar (mühit) təhlükəsiz yerə yönəldilməlidir.


Atılan toksiki, partlayış - yanğın təhlükəli məhsullar sonrakı utilizasiya üçün qapalı sistemlərə və ya təşkil olunmuş yanma sistemlərinə yönəldilməlidir.

Qarışarkən partlayış təhlükəli qarışıqlar və ya stabil olmayan birləşmələr yarandıqda atılan məhsulların bir yerə yığılması qadağandır.



5.5.17. Membranlı qoruyucu qurğular aşağıdakı yerlərdə quraşdırılır:


    • konkret mühitin işçi şəraitində inersiyalı olması və başqa səbəblərdən lingli-yük və yaylı qoruyucu klapanların tətbiq oluna bilmədiyi halda onların yerinə;



    • işçi mühitin zərərli təsiri (korroziya, eroziya, polimerləşmə, kristallaşma, qaynama, donma) nəticəsində və ya bağlı klapandan partlayış - yanğın təhlükəli, zəhərli, ekoloji zərərli və s. maddələrin mümkün ola biləcək sızması nəticəsində qoruyucu klapanlar etibarlı işləyə bilmədiyi halda qoruyucu klapanlardan əvvəl. Bu halda membranın saz vəziyyətdə olmasına nəzarət etməyə imkan verən qurğu nəzərdə tutulmalıdır;





    • atqı (atılma) sistemləri tərəfindən işçi mühitin zərərli təsirinin qarşısını almaq üçün və bu sistem tərəfindən əks təzyiqin enib qalxmasının qoruyucu klapanların işə salınması dəqiqliyinə təsirini aradan qaldırmaq üçün qoruyucu klapanların çıxış tərəfində.

Membranlı qoruyucu qurğuların quraşdırılmasının zəruriliyini və yerini, onun konstruksiyasını layihə edən müəssisə müəyyənləşdirir.



5.5.18. Qoruyucu membranlar markalanmalıdır və bu da membranın işə salınmasının dəqiqliyinə təsir etməməlidir.

Markalanmanın məzmunu:



  • Istehsalçının adı (işarəsi) və ya əmtəə nişanı;



  • membran partiyasının nömrəsi;

  • membranın tipi;

  • şərti diametri;

  • işçi diametri;

  • materialı;



  • verilmiş temperaturda və 20oC temperaturda partiyada membranın işə salınmasının minimal və maksimal təzyiqi.

Markalanma membranın kənar halqasının sahəsi üzrə yerinə yetirilməli və ya onlara bərkidilmiş marka etiketləri ilə təchiz olunmalıdır.



5.5.19. Hər membran partiyası üçün istehsalçı tərəfindən tərtib olunmuş pasport olmalıdır.
Pasportun məzmunu:

  • istehsalçının adı və ünvanı;

  • membran partiyasının nömrəsi;



  • membranın tipi;

  • şərti diametri;

  • işçi diametri;

  • materialı



  • verilmiş temperaturda və 20oC temperaturda partiyada membranın işə salınmasının minimal və maksimal təzyiqi.

1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin