Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi


Tutumlar, adamların toplana biləcəyini istisna edən yerlərdə, açıq meydançalarda və ya ayrıca dayanan binalarda quraşdırılmalıdır. 6.1.2



Yüklə 0,57 Mb.
səhifə37/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   33   34   35   36   37   38   39   40   ...   76
daq-meden-

6.1.1. Tutumlar, adamların toplana biləcəyini istisna edən yerlərdə, açıq meydançalarda və ya ayrıca dayanan binalarda quraşdırılmalıdır.

6.1.2. Tutumların aşağıdakı yerlərdə quraşdırılmasına icazə verilir:


  • binadan kapital divarla ayrılması şərti ilə istehsal binalarına bitişik örtülü yerlərdə (otaqlarda);



  • sahə üzrə təhlükəsizlik qaydalarında nəzərdə tutulduğu halda istehsal sahələrində;

  • armaturu idarə etmək və ona baxış keçirmək üçün daxil olma imkanı və tutumun

divarlarının həm torpaq və həm də azan cərəyanların korroziyasından qorunması şərti ilə torpağa basdırmaqla.



6.1.3. SİTGDMND Agentliyində qeydiyyatdan keçmiş tutumların yaşayış, ictimai və məişət binalarında, eləcə də onlarla yanaşı yerlərdə quraşdırılmasına icazə verilmir.

6.1.4. Tutumların quraşdırılması onların aşma ehtimalını istisna etməlidir.

6.1.5. Tutumların quraşdırılması onlara baxış keçirmək, təmir etmək, daxili və xarici tərəfdən təmizləmək imkanını təmin etməlidir.

Tutumlara rahat xidmət etmək üçün meydançalar və pilləkənlər düzəldilməlidir. Tutumlara baxış keçirmək və təmir etmək üçün asma meydançalar və ya başqa qurğular tətbiq edilə bilər. Göstərilən qurğular tutumların möhkəmliyinə və dayanıqlığına xələl gətirməməli, onların tutumlara qaynaq edilməsi isə Qaydaların tələblərinə uyğun olaraq yerinə yetirilməlidir. Materiallar, pilləkənlərin və meydançaların konstruksiyası fəaliyyətdə olan NS-ə uyğun olmalıdır.



6.2. Tutumların qeydiyyatdan keçirilməsi

6.2.1. Qaydaların tələblərinin şamil edildiyi tutumlar işə buraxılmazdan əvvəl SİTGDMND Agentliyində qeydiyyatdan keçməlidirlər.

6.2.2. Aşağıdakı tutumların SİTGDMND Agentliyinin orqanlarında qeydiyyatdan keçməsi lazım deyil:


  • divarı 200 oC-dən yuxarı olmayan temperaturda işləyən, təzyiqinin Mpa (kqq/sm2)-dan m3(litr) həcmə vurma hasili 0,05 (500)-dən çox olmayan 1-ci qrup tutumlar, eləcə də yuxarıda göstərilən temperaturda işləyən, təzyiqinin Mpa (kqq/sm2)-dan m3(litr) həcmə vurma hasili 1,0 (10000)-dən çox olmayan 2, 3, 4-cü qrup tutumlar. Tutumların qrupu cədvəl 5 üzrə müəyyən edilir;



  • istilik izolyasiya örtüyünün daxilində (regeneratorlar, sütunlar, istilik mübadiləediciləri, kondensatorlar, adsorberlər, ayırıcılar, buxarlandırıcılar, filtrlər, soyuducu və qızdırıcılar) yerləşən havaayırıcı və qazayırıcı qurğuların aparatı;



  • hava elektrik açarlarının çənləri;



  • mayeləşdirilmiş qazların daşınması üçün çəlləklər, o cümlədən stasionar quraşdırılmış, eləcə də sıxılmış, mayeləşdirilmiş və həllolmuş qazların nəql olunması və (və ya) saxlanması üçün təyin olunan 100 litr həcmli balonlar;



  • hidrometeoroloji xidmət tərəfindən istifadə olunan, hidrogen almaq üçün generatorlar (reaktorlar);

  • qapalı neft və qaz hasilatı sisteminə (quyudan magistral borukəmərlərinə qədər) daxil olan, qaz və qaz kondensatının nəql edilməsi və utilizasiyaya hazırlanması texnoloji prosesinə aid olan tutumlar: separasiyanın bütün pillələrinin separatorları, kəsici separatorlar (qaz xəttində, məşəl üzərində), absorberlər və adsorberlər, kondensatı, absorbentləri və inhibitorları, qazsızlaşdıran həcmlər, kondensat yığanlar (toplayanlar), neft, qaz və kondensatın nəzarət və ölçü tutumları;

- boşaldılan zaman vaxtaşırı təzyiq altında olan mayeləşdirilmiş qazların, mayelərin və səpələnən maddələrin saxlanması və ya nəql edilməsi üçün tutumlar;




  • nəqliyyat vasitələrinin mühərriklərini yanacaqla təmin etmək üçün təyin olunan və onların üzərində quraşdırılan sıxılmış və mayeləşdirilmiş qazı olan tutumlar;



  • yeraltı dağ hasilatında quraşdırılan tutumlar.


6.2.3. Tutumların qeydiyyatı tutum sahibinin (istismarçının) yazılı ərizəsi əsasında yerinə yetirilir. Qeydiyyat üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:


  • müəyyən olunmuş formada tutumların pasportu;

  • montajın keyfiyyəti barədə vəsiqə (şəhadətnamə);



  • tutumun təzyiq mənbəyi, parametrləri, onun işçi mühiti, armaturları, nəzarət-ölçü cihazları, avtomatik idarə olunma vasitələri, qoruyucu və blokirovka qurğuları göstərilməklə onun işə salınma sxemi. Sxem müəssisə rəhbəri tərəfindən təsdiq olunmalıdır.

  • keçiricilik qabiliyyətinin hesablanması ilə qoruyucu klapanın pasportu.



  • Montajın keyfiyyəti barəsində şəhadətnamə montajı yerinə yetirən müəssisə tərəfindən tərtib olunmalı və bu müəssisənin rəhbəri tərəfindən, eləcə də tutum sahibi olan müəssisənin rəhbəri tərəfindən imzalanmalı və möhürlərlə təsdiq olunmalıdır.

Şəhadətnamədə aşağıdakı məlumatlar verilməlidir:




  • montaj edən idarənin adı;

  • tutum sahibi olan müəssisənin adı;

  • istehsalçı müəssisənin adı və tutumun zavod nömrəsi;



  • pasportda göstərilənlərə əlavə olaraq montaj idarəsi tərəfindən tətbiq edilmiş materiallar barədə məlumatlar;



  • qaynağın növü, elektrodların tipi və markası, termiki emalı, termiki emalın rejimləri və diaqramları daxil olan qaynaq haqqında məlumatlar;



  • qaynaqçıların və termistlərin soyadları və vəsiqələrinin nömrəsi;



  • yoxlama birləşmələrin (qaynaq olunmuş nümunələrin) sınaq nəticələri, eləcə də birləşmələrin dağıdıcı olmayan defektoskopiya yoxlanmasının nəticələri;



  • tutumun yerinə yetirilmiş montaj işlərinin Qaydaların, layihənin, texniki şərtlərin və istismar üzrə təlimatların tələblərinə uyğunluğu və pasportda göstərilən parametrlərdə onun istismara yararlı olması barədə rəy.


6.2.4. SİTGDMND Agentliyi 5 gün müddətində təqdim olunan sənədlərə baxmalıdır. Tutumun sənədlərinin Qaydaların tələblərinə uyğun olduğu halda SİTGDMND Agentliyi pasportda qeydiyyat haqqında ştamp qoyur, sənədləri plomblayır və onu tutumun sahibinə qaytarır. Qeydiyyatdan imtina edildiyi halda, bu barədə tutum sahibinə imtina səbəbləri göstərilməklə və Qaydaların müvafiq bəndlərinə istinad etməklə yazılı surətdə xəbər verilir.

6.2.5. Tutumun yeri dəyişdirildikdə və ya başqa sahibə verildikdə, eləcə də tutumun işə salınması sxemində dəyişikliklər edildikdə tutum yenidən SİTGDMND Agentliyində qeydiyyatdan keçməlidir.

6.2.6. Qeydiyyatdan keçmiş tutumu uçotdan çıxarmaq üçün tutum sahibi SİTGDMND Agentliyinə uçotdan çıxma səbəblərini göstərməklə və pasportu təqdim etməklə yazılı surətdə

ərizə təqdim etməlidir.


6.2.7.Tutuma aid istehsalçının texniki sənədləri olmayan tutumların qeydiyyatdan keçməsi üçün onun pasportu SİTGDMND Agentliyindən texniki qurğuların (tutumların) sənaye təhlükəsizliyi ekspertizasını keçirməyə lisenziyası olan ixtisaslaşdırılmış müəssisə tərəfindən tərtib edilə bilər.

6.2.8. Üzərlərində təzyiq altında işləyən tutumlar istismar olunan təhlükəli istehsalat obyektləri Azərbaycan Respublikasının “Texniki Təhlükəsizlik haqqında Qanunu” (Bakı şəhəri, 2 noyabr 1999-cu il №-733 -1Q ilə təsdiq olunmuş qeydiyyat Qaydalarının təhlükəli istehsalat obyektləri Dövlət reyestrində müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilməlidirlər.


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin