5.2.4. Bağlayıcı armaturun nazimçarxı üzərində onun açılıb- bağlanarkən fırlanma
istiqamətləri göstərilməlidir.
5.2.5. Partlayış, yanğın
təhlükəli maddələr, ГОСТ 12.1.007-76 üzrə 1-ci və 2-ci sinif təhlükəli
maddələr üçün tutumlar, eləcə də alov və ya qaz qızdırıcı buxarlandırıcılar olan tutumlar üçün nasosdan və ya kompres -sordan ona daxil olan xətt üzərində tutumun içərisindəki təzyiqdən avtomatik bağlanan əks klapan quraşdırılmalıdır. Əks klapan nasosla (kompressorla) tutumun bağlayıcı armaturu arasında quraşdırılmalıdır.
5.2.6. Legirlənmiş poladdan və ya əlvan metallardan hazırlanmış, şərti keçidi 20 mm-dən çox olan armaturun müəyyən olunmuş formada pasportu olmalıdır. Bu pasportda
armaturun kimyəvi tərkibi,
mexaniki xassələri, termiki emal rejimləri barədə məlumatlar və hazırlanma keyfiyyətinin dağıdıcı olmayan üsulla yoxlanmasının nəticələri göstərilməlidir.
Markası olan, lakin pasportu olmayan armaturun yalnız yoxlanıldıqdan, sınaqdan keçirildikdən və materialının markası yoxlanıldıqdan sonra tətbiqinə icazə verilir. Bu halda armatur sahibi tərəfindən pasport tərtib olunmalıdır.