Qaydalari ümumi müddəalar


 Akademik məsləhətçi (tyutor) xidməti



Yüklə 292,48 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix23.03.2023
ölçüsü292,48 Kb.
#89382
növüQaydalar
1   2   3   4   5   6   7
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili

5. Akademik məsləhətçi (tyutor) xidməti 
5.1 Kredit sistemi ilə təhsil alan tələbələrə köməklik göstərmək məqsədi ilə ali təhsil 
müəssisələrində akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur. 
5.2 Tyutorların sayı təhsil alan tələbələrin sayı ilə müəyyənləşdirilir. Bu zaman dövlət ali 
təhsil müəssisələrində hər bir tyutora 100-dən az olmamaq şərti ilə tələbə müəyyənləşdirlir. 
Özəl ali təhsil müəssisələri isə bu normativi özləri müəyyənləşdirirlər. 
5.3 Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan
şəxslərdən seçilir. 
5.4 Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur. 
5.5 Tyutorlar: 
- tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyur; 
- tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim 
edirlər; 
- tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər; 



- müəyyən olunmuş müddətdə tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil edirlər və 
ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planlarının tərtibində iştirak edirlər; 
- tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər; 
- yay semestrinin təşkilində iştirak edirlər. 
6. Tələbə və müəllim mobilliyi 
6.1 Kredit sistemi ilə tədrisin təşkilində Bolonya bəyannaməsinin müddəalarına müvafiq 
olaraq tələbələrin akademik mobilliyi onların digər ali təhsil müəssisələrində, o cümlədən xarici 
ölkə ali təhsil müəssisələrində ayrı-ayı fənlər üzrə kreditləri qazanmaqla təmin edilir. Tələbənin 
digər ali təhsil müəssisələrində kreditləri qazanması təhsil aldığı ali təhsil müəssisəsinin razılığı 
ilə həyata keçirilir. Bu zaman təhsil haqqının ödəniş şərtləri təhsilalanla göndərən və qəbul edən 
ali təhsil müəssisələri arasında razılaşdırılır. Qazanılmış kreditlər tələbənin təhsil aldığı ali təhsil 
müəssisəsi tərəfindən tanımalıdır. 
Digər ali təhsil müəssisələrində qazanılacaq kreditlərin sayı ixtisas (ixtisaslaşma) üzrə 
nəzərdə tutulmuş kreditlərin 30%-ni aşmamalıdır. 
6.2 Tələbənin akademik mobilliyinin ali təhsil müəssisələri arasında təmin edilməsi üçün 
aşağıdakı sənədlər nəzərdə tutulur: 
- akademik transkript
- tələbənin ərizə (təhsil alacağı dildə doldurulur) forması
- tədris razılığı
- məlumat paketi
6.3 Professor-müəllim heyətinin mobilliyi (mühazirənin oxunması, seminar, praktik 
məşğələlər, laboratoriya keçirilməsi) ali təhsil müəssisələri arasında xüsusi razılıq əsasında 
həyata keçirilir. 

Yüklə 292,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin